İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
    23-24-CÜ AYƏLƏR
    وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ (23) فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ (24)
    TƏRCÜMƏ:
    23- ”Əgər Öz bəndəmizə (Peyğəmbərə) nazil etdiyimizdə (Qur-anda) şəkkiniz olsa (heç olmazsa) onun kimi bir surə gətirin və Allahdan başqa olan öz şahidlərinizi bu işə dəvət edin!--Əgər doğru deyirsinizsə!”
    24- ”İndi ki, bu işi bacarmırsınız və heç vaxt da bacara bilməyəcəksiniz, onda kafirlər üçün hazırlanmış, odu insanla-rın (günahkar insanların) bədənləri və daşlar olan cəhənnəm odundan qorxun.”
    TƏFSİR:
    Sübhan Allah münafiq və kafirlərin halını bəyan etdikdən, yerin-göyün xilqətindən, yağış nazil edib yer üzərində bitkilər cücərdilməsindən söz açdıqdan sonra, aləmin Xaliqi və yaradanını isbat edərək Quranın haqq olmasını və Rəsuli-əkrəmin (s.ə.v.v) buyurduğunun düzgün olmasını sübuta yetirmək istəyir. Aşkar dəlilə görə hər kəs öz dərk və zəkası qədər Quranın möcüzə olmasını başa düşə bilir və bu düşüncə onlar üçün höccət sayılır. Bununla yanaşı, Rəsuli-əkrəmin (s.ə.v.v) risalət və peyğəm-bərliyi də sübuta yetir. Buna görə də Quran özünün haqq olmasını isbat etmək üçün mübarizə meydanında rəqib istəmək məqamına gəlir. Bu təkcə Peyğəmbər (s.ə.v.v) dövründə yaşayan insanlara məxsus olmayıb bütün dövrlərdə yaşayan bəşər övladları üçün rəqib istəmə və mübariztələblik iddiasıdır. Ayə buyurur: وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ
    Ey müxalif qruplar! Əgər qüds aləmindən hərflər və sözlər surətində öz bəndəmizə nazil etdiyimizin (Quranın) Haqq-taala tərəfindən olmadığını güman edirsinizsə və bəşər kəlamı hesab edirsinizsə, siz də zahirdə onun kimi bir bəşərsiniz: أنَا بَشَرٌ مَثْلُكُمْ Belə isə, Quran kimi bir surə gətirin və sizin misillərinizdən, Quranı inkar edən-lərdən öz sözünüzə şahidlər gətirin və Quranın kiçik bir surəsilə müqayisə edin” Məsələn, "Kovsər” surəsi ilə. Əgər bütün məziyyət və xüsusiyyətlərdə bir-biri ilə eyni səviyyədə olsalar, yalnız onda Quranın haqq kəlamı olmasını inkar etməyinizin yeri vardır.
    Söz sənətində və ərəb ədəbiyyatında son dərəcə yüksək na-iliyyətlər əldə etmiş ərəb dilli müşrik və kafirlər bəla-ğət və fəsahət sahələrində etdikləri iddia və qürurların əksinə olaraq bu mübarizədən imtina etdilər və Quranla rə-qabətə çıxa bilmədilər. Buna görə də bu ədəbi mübarizəni qanlı müharibələrə çevirdilər. Çünki onların müharibə meydanlarında qarşılaşacaqları məğlubiyyət ədəbi müba-rizə və mübahisədə xar olmaqlarından qatqat asan idi. Ərəb ədəbiyyatı Quranın mübariztələbliyi qarşısında aciz qal-dı. Təkcə Həzrət Peyğəmbərin (s.ə.v.v) müasirləri deyil, on-dan sonrakı dövrlərdə meydana gələn insanlardan da heç bi-ri Quranın oxşarını gətirə bilmədilər. Bütün var qüvvə-si və səyləri ilə çalışmalarına baxmayaraq, onun əleyhinə heç bir iş görə bilmədilər. Nəhayət bütün səylərini işə saldıqdan sonra geri çəkilmək məcburiyyətində qaldılar.
    QURAN HANSI CƏHƏTDƏN MÖCÜZƏDİR?
    Quranın xariqul-adə bir kitab olması təkcə danışıq-da, gözəl söz və bəyan üslubunda deyil, həm də möcüzəsinin çoxlu sayda və müxtəlif çeşidlərdə olmasıdır ki, hətta onun ən kiçiyi ilə belə höccət tamam olar və heç bir bəhanə yeri qalmaz. Bütün fəsahət ustaları, ədiblər və Quranı oxu-yan şəxslər onun hərf və kəlmə tərkibinin fəsahət və bəla-ğət baxımından ən yüksək dərəcədə olduğunu bilirlər. Onla-rın etiraflarına görə fəsahət və bəlağət elmi o dövrdə özünün çiçəklənmə dövrünə, intibah dövrünə çatmışdı. Quranın da ərəb dilində nazil olmasına baxmayaraq onun ən kiçik ayəsi qədər də olsa belə bir ayə gətirə bilmədilər. Pey-ğəmbəri-əkrəmə qarşı bəslədikləri düşmənçilik və şid-dətli ədavətə baxmayaraq onunla müharibə aparmağa, əhli-əyallarının əsir olmağına razı oldular, amma Quranla mü-barizəyə cürət etmədilər. Şübhə yoxdur ki, əgər Qurani-kərim bəşər kəlamı, Peyğəmbərin (s.ə.v.v) qələminin məhsu-lu olsaydı, söz ustaları öz güclərini sınayar, Quranın qar-şısında bir neçə kitab gətirib onun bəşər kəlamı oldu-ğunu isbat edərdilər. Əgər onlar Qurana oxşar bir şey yaza bilsəydilər onu var-qüvvələri ilə qorumağa çalışar və onu yaşatmaq üçün əllərindən gələni əsirgəməzdilər. Təbiidir ki, belə bir şey mövcud olsaydı, İslam düşmənləri müntəzəm olaraq onu başımıza qaxınc edər və hər yerdə bizi rüsvay etməyə çalışardılar.
    Məlumdur ki, Peyğəmbəri-əkrəm (s.ə.v.v) zahirdə savad-sız idi, heç bir müəllimin şagirdi olmamışdı və təhsil üçün maddi imkanı da yox idi. Hələ dünyaya gəlməmiş atası vəfat etmiş, uşaqlıq çağlarında anasız qalmış və babası Əbdül Müttəlibin himayəsi altında böyüyüb boya-başa çat-mışdı. Bununla yanaşı belə bir şəxsin keçmiş peyğəmbər-lərdən, habelə Allahdan başqa bir kəsin bilmədiyi gələcək hadisələrdən xəbər verməsi üçün kifayət qədər məlumat əldə etməsi də mümkün deyildi.
    Bəli, onun elm və biliyi heç də başqalarından əxz edil-məmişdi: وَمَا يَنطِقُ عَنِ الْهَوَى (3) إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَي
    "O (Peyğəmbər) həvayi-nəfs üzündən danışmır. Bu ona ilham olan vəhydən başqa bir şey deyildir.”[Nəcm” surəsi, 3-4 cü ayələr]
    O vücud aləminin qəlbidir ki, Allah elm və bilik yolu-nu ona öyrətmişdir. Bəzi təfsirçilərin dediyi kimi, Qur-anın həqiqəti və onun nazil olma məhəlli məhz Həzrəti Mə-həmmədin (s.ə.v.v) müqəddəs sinəsidir. Onun pak sinəsi vəhy və qələm vasitəsilə Allah-taala tərəfindən əvvəldən axıra qədər olan bütün elmlərin həkk olunduğu Lövhi-məhfuzdur.
    Deməli bütün elm, hikmət və maariflə əhatəli olduğu üçün ona Quran deyilir. Haqqı batildən ayırdığına görə fürqan deyilir. Halal-haramı ayırd etdiyinə görə tibyan sa-yılır. Hər bir alim Quran barəsində azacıq fikirləşsə, başa düşər ki, bəşər elmi inkişaf edib genişləndikcə, Quranın incə nöqtələri və sirləri daha artıq aydınlaşır. Bəli, Qiyamətə qədər qüvvədə qalmalı olan və bütün məxluqa-tın ona əməl etməyə vəzifəli olduqları din və şəriət məhz bu ilahi kitabdır. Bizim qanun kitabımız, Peyğəmbəri-mizin möcüzəsi olan və bu günə qədər əlimizdə qalan yeganə şey Qurani-kərimdir. Əlbəttə, belə bir kitab bütün bəşər elmləri və alimlərinin fövqündə dayanan, bütün elmləri özündə ehtiva edəndir. Belə ki, bəşər elmi tərəqqi edib yük-səldikcə bu kitabda ondan daha yüksək mənaları tapar və heç kəs üçün bəhanə yeri qalmaz.
    Qısa şəkildə desək, dünya alimlərinin bütün elmləri, bütün siyasətlərin mənbəyi, siyasi qanun və göstərişlər, bə-şərin yüksəliş və tərəqqisinə səbəb olan hər bir şeyin kö-kü Qurani-məciddən və Həzrəti Məhəmməd (s.ə.v.v)-in qanu-nundan nəşət tapır.
    Quran özü buyurur:
    قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا
    "De: Əgər Pərvərdigarımın Quran elmləri və ilahi hik-mətdən ibarət olan kəlmələrini yazmaq üçün dəryaların suyu mü-rəkkəb olsa və dəryalar qurtarsa və bir o qədər də ona əlavə edilsə, Pərvərdigarımın kəlmələri qurtarmazdan əvvəl dəryaların suyu qurtarar.”[Kəhf” surəsi, 109-cu ayə]
    Bu ayə bizim müddəamızın düzgünlüyünə ən tutarlı bir şahiddir.
    Əziz oxucu! Heç fikirləşmisinizmi ki, əgər yer kürə-sini dörd hissəyə bölsək onun üç hissəsi su, bir hissəsi isə qurudur. Əgər bu üç hissəni də iki qat artırıb mürəkkəbə çevirsək və Quranın sirlərini və elmlərini yazsaq, bu dər-yaların suyu tükənər, amma Quranın elmləri qurtarmaz. Bu mətləbin əzəmətinə diqqət yetirin və dərindən düşünün!
    NƏ ÜÇÜN PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏYƏ EHTİYACI VAR?
    Bildiyimiz kimi nübüvvət və peyğəmbərlik ən böyük məqamdır və o, yalnız bir sıra pak insanlara əta edilir. Çünki, sair mənsəb və məqamlar adətən bəşər fərdlərinin cisminə hakimdir, amma nübüvvət məqamı cəmiyyətin ruhuna və canına hakim olmaq deməkdir. Buna görə də həmişə yalan-çı iddiaçılar bu mənsəbi özünə aid etmək və ondan sui-isti-fadə etmək istəyiblər.
    Burada insanlar ya hər iddiaçının iddiasını qəbul et-məli, yaxud hamısının dəvətini rədd etməlidir. Əgər hamısını qəbul etsələr, aydındır ki, hərc-mərclik yarana-caq və Allahın dini bərbad vəziyyətə düşəcəkdir. Əgər heç birini qəbul etməsələr, nəticəsi azğınçılıq və geri-çilik olacaqdır.
    Buna əsasən peyğəmbərliyə məbus olmağı sübuta yetirmək və həqiqi peyğəmbərlərin yalançı iddiaçılardan seçilməsi üçün mötəbər dəlil və sənədi olmalıdır. Bu səbəbdən də hər bir peyğəmbər möcüzə gətirməli və öz risalətinin doğrulu-ğunu sübuta yetirməlidir.
    Möcüzə sözünün mənasından aydın olduğu kimi, peyğəm-bər başqalarının yerinə yetirə bilmədiyi və aciz qaldığı xariqul-adə işləri yerinə yetirməyə qadir olmalıdır. Ölü-ləri diriltmək, heyvanlarla danışmaq və sairə işləri qeyd olunan məsələyə aid etmək olar.
    Möcüzə sahibi olan peyğəmbər gərək camaatı bir növ özü ilə mübarizəyə çağırsın. Yəni o, öz risalətinin düzgün-lüyünü sübuta yetirmək üçün möcüzə təqdim etməli və digər-lərinə "əgər bacarırsınızsa, siz də buna oxşar işlər gö-rün”-deyə müraciət etməlidir. Bu məsələ kəlam elmində "tə-həddi” (yəni mübarizəyə dəvət etmək) adlanır.
    QURAN İSLAM PEYĞƏMBƏRİNİN ƏBƏDİ MÖCÜZƏSİDİR
    Peyğəmbəri-əkrəmdən baş verən möcüzələr sırasında Quran onun haqq olmasına ən dəyərli və ən yaxşı sübutdur. Əlbəttə bildiyimiz kimi, böyük İslam alimlərinin nəql et-diyinə əsasən, Peyğəmbərin 4440 möcüzəsi olmuşdur.[Mənaqib”, 1-ci cild səh.144]
    Quran da o Həzrətin möcüzəsidir. Bu, bəşər təfəkkürü və zəkasının fövqündə dayanan bir kitabdır. İndiyə qədər heç bir kəs onun kimi bir kitab gətirə bilməmişdir və bu böyük kitab asimani möcüzədir.
    Quran İslam Peyğəmbərinin haqq olmasının canlı sə-nədi və o Həzrətin böyük möcüzəsi kimi bütün möcüzələr arasından seçilmişdir. Çünki, Quran aşkar, əbədi, cahan-şümul və ruh oxşayan bir möcüzədir.
    Əvvəlki peyğəmbərlər öz möcüzələri ilə bir yerdə və bir zamanda olmalı və onun möcüzə olmasını isbat etmək üçün müxalifləri onunla mübariziyə çağırmalı idilər. Həqiqətdə o möcüzələrin danışan dili həmin peyğəmbərlə-rin özləri idi. Bu məsələ Peyğəmbəri-əkrəmin (s.ə.v.v) Qur-andan başqa sair möcüzələri barəsində də doğrudur.
    Amma Quran özü danışan bir möcüzədir. Onu təqdim etməyə ehtiyac duyulmur. Özü insanları özünə tərəf dəvət edir, müxalifləri mübarizəyə çağırır və onları batil ol-maqda məhkum edib mübarizə meydanından qalib və başıuca çıxır. Buna görə də Peyğəmbəri-əkrəmin (s.ə.v.v) vəfatından əsrlər keçməsinə baxmayaraq onun dini həyatında olduğu ki-mi öz dəvətini davam etdirir. O həm dindir, həm də möcü-zə, həm qanundur, həm də qanunun sənədi.
    QURANIN ƏBƏDİ VƏ CAHANŞÜMUL OLMASI
    Qurani-məcid müəyyən çərçivəyə sığmayaraq zaman və mə-kanın fövqündə qərar tutmuşdur. Çünki, keçmiş peyğəmbər-lərin möcüzələri, hətta Peyğəmbəri-əkrəmin (s.ə.v.v) Quran-dan başqa sair möcüzələri də müəyyən bir dövr və müəyyən bir məkanda yaşamış insanlar qarşısında baş vermişdir. Həzrəti Məryəmin körpəsinin danışması, Həzrəti İsanın (ə) vasitəsilə ölülərin dirildilməsi və bu kimi digər qey-ri-adi işlər müəyyən coğrafi ərazi və tarixin məxsus bir mərhələsində həyata keçirilirdi. Bildiyimiz kimi, zaman və məkan daxilində baş verən işlərdən uzaqlaşdıqca, hətta möcüzə olaraq həyata keçirilən məsələlər öz əhəmiyyətini müəyyən qədər itirir. Bu da zaman daxilində baş verən işlə-rin təbii xüsusiyyətlərindəndir. Amma qeyd etdiyimiz kimi, Qurani-kərim çərçivə və sərhədlərə həsr olunmamış, on dörd əsr bundan qabaq Ərəbistan yarımadasında cəhalət və nadanlıq içərisində inləyən bir xalqın dilində nazil ol-masına baxmayaraq, bu gün də özünəməxsus möhtəva və xüsusiy-yətlə təravətli olaraq qalmaqdadır. Əksinə, zamanın keçmə-si, elm və texnikanın inkişafı bizə imkan verir ki, ondan keçmiş dövrlərdəki insanlarla müqayisədə daha çox istifa-də edək. Aydındır ki, Quran zaman və məkan təsirlərinə mə-ruz qalsaydı, əbədi olaraq dünyanın hər yerində irəliləyə bilməyəcəkdi. Cahanşümul və əbədi bir dinin haqq olması üçünsə dünya səviyyəsində təqdim edə biləcək mötəbər bir sə-nədi olmalıdır. Həmin sənəddə (Quranda) bu qəbilədən olan məsələlərə cavab verəcək bəzi nöqtələri göstərmək yerinə düşərdi:
    -Elmi qanunlar, elmlərin kəşf edilməsi;
    -Təbiət dünyası, bitkilər, canlılar və sair;
    -Kosmos və sair kürələrdə həyat ehtimalı;
    -Təbii varlıqlar, su, külək, dağlar və s;
    -Varlığın yaranma tarixi, yer və insan;
    -İnsan, cəmiyyət və onun gözəl və çirkin xüsusiyyətləri;
    -İnsanın, yerin və dünyanın gələcəyi;
    -İnsan, onun cism və ruhu, aşkar və batini yönləri;

    25-Cİ AYƏ
    وَبَشِّرِ الَّذِين آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ كُلَّمَا رُزِقُواْ مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقاً قَالُواْ هَـذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ وَأُتُواْ بِهِ مُتَشَابِهاً وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ (25)
    TƏRCÜMƏ:
    25- ”(Ey Peyğəmbər,) iman gətirib saleh əməl edənlərə ağacla-rının altından çaylar axan cənnətləri müjdə ver. Hər zaman o cənnətlərin meyvəsindən onlara verilsə, deyərlər ki, bu həmən mey-vələrdir ki, əvvəldə bizə ruzi verilmişdi. (Amma bunlar nə qədər gözəl və alidir!) Onlar üçün gətirilən meyvələrin hamısı (gözəl-lik nəzərindən) eyni səviyyədədirlər, onlar üçün pak-pakizə həyat yoldaşları vardır. Onlar əbədi olaraq orada qalacaqlar.”
    TƏFSİR:
    BEHİŞT NEMƏTLƏRİNİN XÜSUSİYYƏTİ
    Sonuncu ayənin təfsirində qeyd olunduğu kimi, Quranı inkar edənlər və kafirlər dərdli əzabla təhdid olunurlar. Bu ayələrdə isə möminlərin axirət taleyi bəyan olunur və bu bir növ həmin insanların müqəddəratını aydınlaşdırmaq üçün Quranın seçdiyi üslubdur. Əvvəldə buyurur:
    "İman gətirib saleh əməl edənlərə ağaclarının altından çaylar axan behişt bağlarını müjdə ver.”
    وَبَشِّرِ الَّذِين آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ
    Daimi olaraq axar suları olmayan və kənar sularla suva-rılan bağlar çox da təravətli olmaz. Çağlar bulaqları olan bağların isə quraqlıq və ya suyun azlığından heç bir qorxusu yoxdur. Behişt bağları da bu cürdür.
    Sonra bu bağların müxtəlif çeşidli meyvələrindən söz açaraq buyurur: Hər zaman bu bağlardan onlara meyvə veri-lərsə, deyərlər ki, bu əvvəlcə də bizə verilən meyvələr qəbi-lindəndir. كُلَّمَا رُزِقُواْ مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقاً قَالُواْ هَـذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ
    Təfsirçilər bu cümləni müxtəlif cür təfsir etmiş-lər. Bəzilərinin nəzərinə əsasən, məqsəd budur ki, bu ne-mətlər bizim əvvəlcədə dünyada etdiyimiz gözəl əməllərin nəticəsidir və onun zəminəsini əvvəlcədən hazırlamışdıq.
    Bəziləri demişlər ki, behişt meyvələri ikinci dəfə onlara veriləndə deyərlər ki, bu həmin əvvəl yediyimiz meyvə-lərdəndir. Amma yedikdən sonra görürlər ki, onun yeni ləz-zəti və dadı vardır. Bu dünyada yedikləri üzüm və ya almanın hər biri əvvəlki şəkildədir, amma behişt nemətləri za-hirdə bir növ olmasına baxmayaraq, hər an təzə bir çeşidə, ləzzətə malikdir. Bu xüsusiyyət axirət imtiyazlarındandır və sanki onda heç bir təkrarlıq yoxdur.
    Bəzilərinin nəzərinə əsasən, onlar behişt meyvələri-ni görəndə qəribə hisslər keçirməsinlər deyə, onu dünya mey-vələrinə oxşadarlar. Amma yedikləri vaxt təmamilə yeni və xoşagələn bir ləzzət hiss edərlər.
    Ayədə gətirilmiş həmin cümləni qeyd olunan məfhum-ların hamısına şamil etmək olar. Çünki, Quranın kəlmə-ləri həmişə müxtəlif mənalara malik olur. Sonra əlavə edir ki, onlara bir-birinə oxşar meyvələr gətirərlər.
    وَأُتُواْ بِهِ مُتَشَابِها
    Hamısı gözəllik və yaxşılıq cəhətindən bir-birinə oxşayır. Elə yüksək kefiyyətdədirlər ki, birini digərindən üstün saymaq olmaz. Amma bu dünya meyvələrinin bəziləri kal, bəziləri isə həddindən artıq yetişmiş, bəzilərinin rəngi, iyi az, bəziləri isə əlvan və ətirli olur. Amma be-hişt meyvələri bir-birindən daha ətirli, daha şirin, da-ha ləzzətli və gözəldir!
    Və nəhayət bu ayədə qeyd olunan sonuncu nemət behişt əhli üçün yaradılmış pak-pakizə həyat yoldaşlarıdır.
    وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ
    Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr vardır.
    Təfsirçilər İbni Abbasdan nəql edirlər ki, bu ayə Həz-rəti Əli ibni Əbitalibin və həqiqi möminlərin barə-sində nazil olmuşdur. Çünki, onların həm imanları var, həm də saleh əməllər edirlər.
    İNCƏ NÖQTƏLƏR
    1-İMAN VƏ ƏMƏL
    Qurani-kərimin bir çox ayələrində iman və saleh əməl bir-birindən ayrılmaz iki xislət kimi yanaşı gətiril-mişdir. Həqiqətdə də belədir. Çünki, iman və əməl bir-birinin tamamlayıcısıdır.
    Əgər iman insan ruhunun dərinliklərinə yol tapsa, hökmən onun şüaları rəftarlarda təsir qoyacaq və nəticədə bütün işləri saleh əmələ çevirəcəkdir. Bu məsələ otağın içərisində yandırılan nurlu bir çırağa bənzəyir ki, işığı bütün pəncərələrdən parlayır. İman çırağı da məhz bu cür-dür ki, insanın qəlbində işıqlanır, şüaları isə insanın gözündə, qulağında, dilində, əlində və ayaqlarında aşkar olur.
    "Təlaq” surəsinin 11-ci ayəsində buyurur:
    وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا
    "Hər kəs Allaha iman gətirib saleh əməl etsə, Allah onu ağacların altından çaylar axan cənnətlərə daxil edər və onlar orada əbədi qalarlar.”
    "Nur” surəsinin 55-ci ayəsində buyurulur:
    وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ
    "Allah-taala iman gətirib saleh əməl edənlərə vədə ver-mişdir ki, onları yer üzünün xəlifələri, sahibləri etsin.”
    Ümumiyyətlə, iman ağacın kökünə, saleh əməl isə onun meyvəsinə bənzəyir. Şirin meyvələrin varlığı ağacın kökü-nün sağlam olmasına dəlalət etdiyi kimi, sağlam kökün var-lığı da faydalı meyvələrin yetişməsinə səbəb olur.
    Ola bilsin ki, imansız adamlar bəzən yaxşı işlər də görsünlər, amma şübhəsiz bu əməllər heç də həmişəlik ol-mayacaqdır. Saleh əmələ zəmanət verən şey insanın ruhunda kök salan imandır ki, hər bir şəxs yalnız onun vasitəsi ilə məsuliyyət hissi keçirir.
    2-BEHİŞT ZÖVCƏLƏRİ
    Bu ayədə behişt zövcələri üçün qeyd olunan yeganə sifət onların pak-pakizə olmasıdır. Bu onu göstərir ki, həyat yoldaşı üçün nəzərdə tutulan ilkin və ən mühüm xüsusiyyət pakizəlikdir və qalan sifətlər əhəmiyyət baxımından bun-dan sonra gəlir.
    Peyğəmbəri-əkrəmdən nəql olunmuş məşhur bir hədis bu həqiqəti daha da aşkar edir: "Zibilliklərdə göyərən yaşıl otlardan, bitkilərdən uzaq olun!” Soruşdular: "Ey Peyğəmbər, bu bitkilərdən məqsədiniz nədir?” Buyurdu: "Əxlaqsız ailədə böyüyüb boya-başa çatan gözəl qadınlardır.”[Vəsailuş-şiə”, 14-cü cild, səh.19]
    "Əzvac” kəlməsi "zövc” sözünün cəm formasıdır ki, mə-nası arvadlar deməkdir və bu da bir növ kişilər məfhumu-nun əksidir. Ola bilsin ki, bu söz hər iki cinsə aid olan cüt mənasını versin və ümumi şəkildə mömin qadınlarla imanlı kişilərə aid edilsin. Yəni orada həqiqi imana ma-lik olan qadın və kişilər üçün cütlər yaradılıb. Ümumiy-yətlə, istər huri, istərsə də insan cinsindən olan behişt qadınları pakizədirlər. Onlar qan, ifrazat, sperma, heyz, nifas, istihazə, çirk və bu kimi zahiri çirkinliklərdən, eləcə də rəzil sifətlər, xəbislik, həsəd, xainlik və sairə batini xəstəliklərdən pakdırlar. Çirkin və bəyənilməyən işlər, o cümlədən zina, fahişəlik, özünü satmaq onlarda yoxdur və onlar paklığın bütün xüsusiyyətlərinə malikdir-lər. Buna görə də Peyğəmbəri-əkrəm (s.ə.v.v) Səid ibni Amirin nəql etdiyi hədisdə buyurur: "Əgər behişt qadınlarından biri dünyaya bir dəfə baxsa yer üzü müşk ətri ilə dolar və nuru günün və ayın işığını kölgədə qoyar.”[Mənhəcus-sadiqin”, 1-ci cild səh.199]

    3-BEHİŞTDƏ MADDİ VƏ MƏNƏVİ NEMƏTLƏR
    Quran ayələrinin çoxu behiştin maddi nemətlərindən söhbət açır. O cümlədən, "ağacları altından çaylar axan bağlar, qəsrlər, pakizə həyat yoldaşları, növbənöv çeşidli meyvələr, eyni növdən olan dostlar və s.” Amma bu nemətlərlə yanaşı daha mühüm mənəvi nemətlərin də adı çəkilir ki, bizim təsəvvür və müqayisəmizlə onların əzəmətini qiymətləndirmək qeyri-müm-kündür. Məsələn, "Tövbə” surəsinin 72-ci ayəsində buyurur:
    وَعَدَ اللّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِّنَ اللّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
    "Allah mömin kişi və möminə qadınlara (ağaclarının) altından çaylar axan cənnətlər və ədn cənnətlərində gözəl məs-kənlər vədə verir. Onlar əbədi olaraq orada qalacaqlar. Bunların hamısından üstün olan isə Allahın razılığı vardır. Bu böyük bir qurtuluşdur.”
    "Bəyyinə” surəsinin 8-ci ayəsində behiştin maddi ne-mətlərini buyurduqdan sonra əlavə edir: رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ
    "Allah onlardan, onlar da Allahdan razıdırlar.”
    Doğrudan da əgər bir kəs o məqama çatsa, Allahın ondan razı olduğunu bilsə və onun özü də Allahdan razı olsa, artıq bundan sonra o, bütün ləzzətləri unudacaq, qəlbini yalnız Ona bağlayacaq və Ondan qeyrisi barədə düşünməyəcək. Bu ruhi bir ləzzətdir ki, heç bir bəyan və dillə vəsf edilə bilməz.
    Sözün qısası budur ki, məad həm ruhani, həm də cismani yönə malik olduğuna görə, behişt nemətləri də birtərəfli ol-mayıb hər iki cəhəti əhatə edir. Artıq, yaranmış bu ümumi-lik sayəsində hər kəs öz istedad və ləyaqəti qədər ondan bəhrə-lənə bilir.

    26-CI AYƏ

    إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِي أَن يَضْرِبَ مَثَلاً مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُواْ فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً يُضِلُّ بِهِ كَثِيراً وَيَهْدِي بِهِ كَثِيراً وَمَا يُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِينَ (26)
    TƏRCÜMƏ:
    26- ”Həqiqətən Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. Allahın kitabına iman gətirənlər bilirlər ki, bu məsəllər haqdır və Pərvərdigarın tə-rəfindəndir. Amma (inad, inkar, istehza və məsxərə üzündən) ka-fir olanlar isə: "görəsən Allah bu məsəllərlə nə demək istəyir?”-deyirlər. Bu məsəllərlə Allah bir çoxlarını yoldan azdırır və bir çoxunu isə hidayət edir. Bu məsəllər fasiqlərdən qeyrilərini yol-dan azdırmaz (və o kəsləri ki, öz ruzigarlarını fisq ilə, günah ilə puç etmişlər, onların qəlbləri pas bağlamış, artıq ilahi kəlmələrdən ibarət götürmürlər).”
    TƏFSİR:
    Misal gətirməkdə əsas məqsəd Allahın istəyini aşkar et-mək, vəhm qüvvəsindən istifadə etməklə əql yolu ilə dərk olu-nanları hiss yolu ilə bəyan etməkdir. Çünki, insanın əqli bədənlə əlaqəli olduğu üçün qeyri-maddi şeyləri, mənəvi ruhu və həqiqəti vəhm və xəyal qüvvəsi olmadan dərk edə bilmir. Buna görə də ilahi kitab, hikmət sahibləri və digər söz ustaları həmin mənaları maddi misal formasında çatdırır və bunun-la da bəşərin dərk etməkdə aciz olduğu əqli məfhumlar təcrü-bi və hissi yolla aydınlaşır.
    Bu ayədə ağcaqanad və ondan böyük olan şeylərə misal vurma-ğın səbəbi bu ola bilər ki, təşbih və ya misal gətirmək, bu ki-çik şeyləri misal vurmaq heç də Pərvərdigarın əzəmət və qüds məqamına xələl gətirmir. Bilmək lazımdır ki, Haqq-taalanın ilahi məqamı böyük və ya kiçik şeylər qarşısında eyni səviy-yədədir; Yüksək və alçaq, həqir və şərafətli şeylər hamısı Al-lahın əzəmət dairəsindədir və Onun rəhmət zülalından sirab olurlar. Əgər diqqət etsək görərik ki, bütün varlıqlar zəncir halqaları kimi bir-birinə bağlıdır, hamısı Allaha müti-dir; Bir-birilə sıx rabitəli və əlaqədədir, vahid orqanizmin üzvləri kimi müştərək vəzifələr yerinə yetirirlər.
    Bəlkə də ağcaqanada misal vurmaq yaradılış aləmində mövcud olan lətif, incə və hikmətli məsələlərə işarədir ki, onların hamısı belə bir kiçik məxluqda tətbiq edil-mişdir.
    Həzrəti İmam Sadiq (ə) buyurur: "Allah ağcaqanadı ona görə misal vurur ki, o həddən artıq kiçik olmasına baxmayaraq yaradı-lışda fil ilə bərabərdir. Bu kiçik həşəratın təşbih gətiril-məsi bir növ möminləri ayıltmaq üçündür ki, onlar xilqət alə-minin möcüzələrinə, Yaradanın lətif əməllərinə nəzər etsinlər.” [Nurus-səqəleyn”, 1-ci cild səh.45]
    Allah-taala buyurur: أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ
    "Məgər dəvəyə baxmırlar ki, necə yaradılıb?”[Ğaşiyə” surəsi, 17-ci ayə]
    Əmirəl-möminin Əli ibni Əbi Talib (ə) "Nəhcül-bə-lağə”də bu barədə maraqlı bir bəyan buyurmuşdur: "Əgər dün-yanın bütün canlı varlıqları bir yerə yığışıb bir-birinə kö-mək etsələr bir milçək yarada bilməzlər və üstəlik, onların əqli bu heyvanın yaradılış sirlərini tapmaqda heyran və sərgərdan qa-lar. Onların bütün qüvvələri zəifləyər, yorular, tükənər və nəha-yət bütün səylərdən sonra məğlub olub etiraf edərlər ki, hətta milçək kimi kiçik bir varlığı yaratmaqda acizdirlər. Onlar öz acizliklərini onu məhv etməkdə bildirərlər.[Nəhcül-bəlağə”, 186-cı xütbə]
    فَأَمَّا الَّذِينَ آمَنُواْ فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ
    İman gətirənlər və Allah kəlamını təsdiq edənlər bi-lirlər ki, bu möcüzəli kəlmələr vəhy mədənindən nazil ol-muşdur. Onların qəlbləri təkəbbür və həsəddən uzaq, ruhla-rı isə mərifət nurunun şölələndiyi məhəldir. Onlar üçün aşkar olar ki, bu aydın misallar yerində vurulmuşdur və Allah tərəfindən nazil edilmişdir.
    وَأَمَّا الَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً يُضِلُّ بِهِ كَثِيراً وَيَهْدِي بِهِ كَثِيراً وَمَا يُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِينَ
    "Kafir olanlar, iman nurunu küfr pərdəsi altında gizlə-dənlər, haqqı görməkdə kor olanlar, həqiqəti eşitməmək üçün qu-laqlarını kar edənlər cəhalət və ya istehza üzündən: "Allah bu məsəllərlə nə demək istəyir?”-deyərlər. Allah (bu məsəllərlə) ca-maatdan bir çoxunu hidayət edir, bir çoxunu isə yoldan azdırır.”
    Mərhum şeyx Tusi "Tibyan” təfsirində[1-ci cild, səh.19] belə buyurur: Sanki bir kəs deyir ki, Allah-taala bu misallarla nə demək istəyir? Mümkündür ki, bəziləri bu misalla yoldan azsın, bəziləri isə hidayət olsun. Allah-taala onun cavabında bu-yurur: Yalnız fasiqlər yollarını azarlar. Amma möminlər isə iman, dərk, fəhm, mərifət və imanın son həddinə çata-caqlar.

    AYƏNİN NAZİL OLMA SƏBƏBİ
    Əvvəldəki iki ayə " مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً” və ondan sonra-kı ayə "أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء” nazil olduqdan sonra münafiqlər de-dilər: Allah-taala heç vaxt belə kiçik misallar vurmaz, Onun məqamı bu işdən çox-çox uzaqdır. Allah-taala onların sözlərini rədd etmək üçün buyurdu: "Həqiqətən Allah ağcaqa-nadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz.”

    27-Cİ AYƏ

    الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الأَرْضِ أُولَـئِكَ هُمُ الْخَاسِرُونَ (27)
    27- ”(Fasiqlər o kəslərdir ki,) Allahla bağladıqları əhd-pey-manı, möhkəmləndikdən sonra pozarlar, Allahın bərqərar etməyə əmr etdiyi rabitələri kəsərlər və yer üzündə fəsad törədərlər. On-lar ziyana uğrayanlardır.”

    TƏFSİR:
    HƏQİQİ ZİYANA UĞRAYANLAR
    Keçən ayələrin axırıncısı, fasiqlərin zəlalət və az-ğınlıqları haqda söz açırdı. Bu ayədə isə fasiqlərin üç xü-susiyyətini qeyd edərək onları tamamilə ifşa edir.
    1- Fasiqlər o kəslərdir ki, Allahla bağladıqları əhd-peymanı pozurlar: الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ
    2- Sonra onların ikinci əlamətlərini açıqlayaraq bu-yurur: Onlar, Allahın bərqərar etməyə əmr etdikləri əlaqə-ləri kəsirlər. وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ
    Təfsirçilərin çoxu bu ayəni qohum-əqraba ilə olan əla-qələrin kəsilməsi kimi izah etmişlər. Lakin ayənin məf-humuna diqqət yetirsək məlum olar ki, burada daha geniş bir məna nəzərdə tutulur ki, qohumluq əlaqələrinin kəsil-məsi sadəcə olaraq onun konkret nümunələrindən biridir.
    Çünki, ayə buyurur: "Fasiqlər Allahın bərqərar olunmağa əmr etdiyi əlaqələri kəsirlər.” Bu əlaqələr qohumluq, dostluq, ictimai rabitələr və Allahla olan digər əlaqələrə də şa-mildir.
    Bəzi hədislərdə "ما أمر الله به أن يوصل” cümləsi Əmirəl-mö-minin Əli (ə) və sair Əhli-beyt imamları ilə olan əlaqə ki-mi təfsir edilmişdir.
    3- Fasiqlərin digər əlamətlərindən biri də yer üzə-rində fitnə-fəsad törətməkdir. Bu həmin nişanələrin axı-rıncı mərhələsində adı çəkilən məsələdir: "Onlar yer üzə-rində fitnə-fəsad törədirlər.” وَيُفْسِدُونَ فِي الأَرْضِ
    Əlbəttə, aydın məsələdir ki, onlar Allahı unudaraq Ona itaət etməkdən boyun qaçırmışlar və hətta öz qohumlarına qar-şı belə, mərhəmət və şəfqət göstərmirlər. Bu halda başqala-rı ilə necə rəftar etmələrini izah etməyə ehtiyac yoxdur. On-lar yalnız kam almaq, öz şəxsi ləzzətlərinə çatmaq və şəxsi mə-nafe əldə etmək istəyirlər. Cəmiyyətin hansı tərəfə sürüklən-məsinin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onların yeganə məqsədi daha çox ləzzət almaqdır. Bu hədəfə çatmaq üçün də heç bir yaramaz işdən çəkinmirlər. Bu cür təfəkkür tərzi və bəd-rəftarlığın cəmiyyətdə necə də ağır fəsadlara gətirib çıxa-racağı aydın bir məsələdir.
    Qurani-məcid bu ayənin axırında buyurur: "Məhz bunlar ziyana uğrayanlardır.” أُولَـئِكَ هُمُ الْخَاسِرُونَ
    Doğrudan da belədir! Bundan da ağır, ziyan ola bilərmi ki, insan özünün bütün maddi və mənəvi imkanlarını fəna, yoxluq, bədbəxtlik və cinayətkarlıq yolunda sərf etsin. Hansı ki, insanlar bu imkanlar sayəsində yüksək iftixar və səadət əldə edə bilərlər.
    "Fisq” kəlməsinin məzmununa uyğun olaraq, Allaha itaət və bəndəçilik dairəsindən çıxan kəslərin bundan da acına-caqlı taleləri ola bilərmi?
    İslamda fisq ən çirkin və mənfur günahlardan sayı-lır, hətta bu məsələ qətldən də böyük və ağır cinayətdir.[Bəqərə” surəsi, 217-ci ayə]
    Bu məsələ İslam dini və onun ardıcıllarının yer üzə-rində sülh-səfa və sabitlik tərəfdarı olmalarını göstə-rən ən yaxşı dəlillərdən biridir. Buna görə də onlar sülhü heç bir şeylə dəyişmirlər.

    28-29-CU AYƏLƏR

    كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ (28) هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (29)
    TƏRCÜMƏ:
    28- ”Allaha qarşı necə kafir olursunuz, halbuki siz ruhsuz və cansız varlıqlar idiniz və O, sizi diriltdi, həyat verdi. Sonra sizi öldürəcək, yenidən sizi dirildəcək. Daha sonra Ona tərəf qay-tarılacaqsınız. (Deməli, nə həyatınız, nə də ölümünüz sizin ix-tiyarınızda deyildir. Hər nəyiniz varsa, Allaha məxsusdur).”
    29- ”O elə bir Allahdır ki, yer üzərində olan bütün nemət-ləri sizin üçün yaratmış, sonra asimanı yaratmağa başlayaraq onu yeddi asiman halında nizama salmışdır. O, hər şeyi bilən-dir.”

    TƏFSİR:
    ƏSRARƏNGİZ HƏYAT NEMƏTİ
    Quran yuxarıda qeyd olunan iki ayədə ilahi nemətləri və ecazkar varlıqlardan bir neçəsini qeyd edərək insanla-rın diqqətini Allaha və Onun əzəmətinə cəlb edir. 21-22-ci ayələrdə Allahı tanımaq barəsində qeyd olunan dəlilləri bu ayələr təkmilləşdirir.
    Qeyd etmək lazımdır ki, Allah məfhumunun düzgün dərk olunması imanın ibtidai tələblərindən biridir. Elə bir iman ki, hidayətin əsl mənşəyindən, Allahdan nəşət tapır və bütün dini işlərə, əqidələrə müdaxilə edir. Haqq-taala-nın müqəddəs Zatı barəsində mərifət kəsb etməyin ən sadə yolu gözlərimiz önündə olan xilqət məsələsini müşahidə etməkdir.
    Quran burada Allahın varlığını isbat etmək üçün elə bir məsələdən başlayır ki, onunla heç bir kəs üçün inkar və bəhanəyə yer qalmır. Quranda dönə-dönə təkrarlanan bu üslub aşkar şəkildə buyrulmuş, eyni zamanda əsas mənbə kimi qeyd olunmuşdur. Bu ilahi kitabda məqbul sayılan yol insanın təlim-tərbiyəsidir ki, bu da öz növbəsində ən elmi və ən mü-asir üslub olub mənanı zat, yaxud zatı məna vasitəsilə dərk etməklə olan istidlal növüdür.
    Əvvəldə buyurur: "Allahı necə inkar edirsiniz, halbuki, siz cansız cismlər idiniz və O, sizi diriltdi, həyat libasını sizə geyindirdi.” كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ
    Quran bütün insanlara xatırladır ki, bundan əvvəl siz daş, odun və s. varlıqlar kimi cansız idiniz, nəsim küləyi vücudunuza əsməmişdi. Amma indi həyat və varlıq nemə-tindən bəhrələnirsiniz, sizə müxtəlif əzalar, hiss, idrak və duyğu üzvləri verilmişdir. Bu həyatı və varlığı sizə kim əta etmişdir? Bunları özünüz xəlq etmisiniz?!
    Əlbəttə ki, hər bir insaflı şəxs fikirləşmədən ca-vab verər ki, heç bir şey özünü yarada bilməz və bütün bu ne-mətlər alim və qadir bir qüvvə tərəfindən yaradılmışdır. O, elə bir varlıqdır ki, həyatın bütün sirrlərini, onun mü-rəkkəb qanunlarını bilir və onu tənzim etməyə qadirdir. Bu halda belə bir sual yaranır ki, bizə varlıq və həyat bəxş edən Allaha qarşı nə üçün kafir olaq?!
    Bu gün bütün dünya alimləri yekdilliklə etiraf edir-lər ki, həyat məsələsi qədər mürəkkəb bir şey yoxdur. Çünki, dəqiq və humanitar elmlər sahəsində əldə olan bütün bu tə-rəqqi və nailiyyətlərə baxmayaraq, hələ də həyat anlamı açıl-mamış bir müəmma kimi qalmaqdadır. Bu məsələ o qədər əs-rarəngizdir ki, hətta milyonlarla alim onu dərk etməkdə aciz qalmışdır. Mümkündür ki, gələcəkdə yorulmaz səylər nəticəsində insan həyatının sirrləri tədricən aşkar edilsin. Amma görəsən son dərəcə elm və qüdrət tələb edən, dəqiq və zərif sirrlərlə dolu olan bir məxluq şüursuz və cansız təbiət tərəfindən yaradıla bilərmi?! Belə olan hal-da tam cürətlə deyə bilərik ki, dünyada həyat adlı heyrəta-miz bir şey Allahın varlığını isbat etmək üçün ən böyük sənəddir. Quran yuxarıdakı ayədə bu məsələnin üzərində xü-susi vurğu ilə dayanır, lakin biz hələlik bu miqdar söyləni-lənlərlə kifayətlənirik.
    Allah-taala bu nemətin ardınca ayənin davamında başqa bir dəlil olan ölüm məsələsini də xatırladır. Ayə buyurur: "Sonra Allah sizi öldürər.” ثُمَّ يُمِيتُكُم
    Hər bir insan gündəlik həyatında öz qohum-əqrəbala-rından, dost-tanışlarından kiminsə həyatının sona yetdi-yini görür, onların cansız cəsədinin torpaqlar altında dəfn olunduğunu müşahidə edir. Bu mənzərələr ibrət almaq və həyat haqqında dərindən düşünmək üçün gözəl məqamdır. Görəsən varlığı onlardan kim alır? Əgər bu varlıqlar özgə qüdrət tərəfindən deyil, onların özündən olsaydı, əbədi olaraq diri qalmalı idilər. Həyatın onlardan geri alın-ması onun başqası tərəfindən verilməsinə aydın bir sübut-dur.
    Bəli, həyatın yaradanı, elə ölümün yaradanıdır. "Mülk” surəsinin 2-ci ayəsində oxuyuruq:
    الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا
    "O, elə bir Allahdır ki, həyatı və ölümü yaratmışdır ki, hansınızın əməlcə daha gözəl olduğunu imtahan etsin.”
    Quran bu iki aşkar dəlili qeyd etdikdən sonra Alla-hın varlığı, insanın ruhu və sair məsələləri isbat etmək üçün məad məsələsinə (ölülərin yenidən dirilməsi) toxuna-raq buyurur: "Sonra isə bir daha sizi dirildəcək.” ثُمَّ يُحْيِيكُمْ
    Öldükdən sonra yenidən dirilmək heç də təəccüblü bir iş deyildir. Çünki, insan əvvəldə də belə bir mərhələni keçmişdir. Cansız varlıqların yaradılması və onlara hə-yat əta edilməsinə diqqət yetirilsə, çürüyüb aradan gedən bə-dənlərə də həyat verilməsi məqbul sayılacaqdır. Hətta bu işin əvvəlkindən daha asan olması düşünüləcəkdir. Hal-buki, sonsuz qüdrət sahibi olan bir varlıq (Allah) üçün iş-lərin asan və ya çətin olmasının heç bir məfhumu yoxdur. Əgər bir mühəndis tikdiyi binanın, sökülüb dağıldıqdan sonra yenidən tikəcəyini iddia etsə, normal ağlı olan hər bir şəxs ona inanar. Çünki o, bu işi artıq bir dəfə gör-müşdür. (Red.)
    Təəsüflər olsun ki, bəzi şəxslər Allahın qüdrətinə şəkk edir, insanların yenidən diriləcəyinə inanmırlar. Halbuki bu qadir mühəndisin onları ilkin olaraq cansız cisimlərdən yaratdığını bilirlər.
    Quran yuxarıdakı ayədə həyat mərhələlərini əvvəldən axıra kimi insanın gözləri önündə canlandırır, qısa bir bəyanla xilqətin əvvəl-axırını, daha sonra isə məad məsə-ləsini onun gözləri önündə təcəssüm etdirir.
    "Allaha tərəf qayıtmaq”, dedikdə məqsəd onun nemət-lərinə tərəf qayıtmaqdır. Yəni "Qiyamətdə Allahın nemət-lərinə tərəf qayıdacaqsınız.” Bunun şahidi "Ənam” surə-sinin 36-cı ayəsidir: وَالْمَوْتَى يَبْعَثُهُمُ اللّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ
    "Allah ölüləri dirildəcək, sonra Ona tərəf qaytarılacaq-lar.”
    Mümkündür ki, "Pərvərdigara tərəf qayıtmaq”-dedikdə, məqsəd qeyd olunandan daha dəqiq bir həqiqət olsun, yəni bü-tün varlıqlar öz təkamül yollarını sıfır hesab olunan yox-luq nöqtəsindən başlayır və Pərvərdigarın pak və müqəddəs Zatına doğru irəliləyir.
    Buna əsasən ölməklə təkamül işi heç də dayanmır, insan Qiyamət günü yenidən dirilir və daha yüksək səviyyəli həyatın başlanması ilə öz kamillik yolunu davam etdirir.

    NƏTİCƏ
    "Kuntum” kəlməsi ərəb dilində ikinci şəxs əvəzliyi-nin cəmidir, yəni "siz oldunuz.” Mümkündür ki, bu müraciət indiki kimi məlumatları olmayan ilk insanlara bir növ xitabdır.
    Bu ayədə İslamdan əvvəlki vəziyyət ölüm kimi qeyd olun-muşdur ki, Allah onları diriltməklə indiki şəraiti vü-cuda gətirmişdir. Bədəndən agah olan ruhun ondan ayrıl-ması ölüm adlandırılır ki, bu da Allah tərəfindən müqəd-dər olunmuşdur. Özündən agah olan insanın vəziyyəti ruh bədəndən ayrılandan sonra həyat adlandırılmışdır ki, bu haldan başqa hala keçmək və Allaha tərəf qayıdaraq sonsuz nöqtəyə çatmaq deməkdir. Buradan aydın olur ki, həyat bir də-fə başlayır və artıq bundan sonra geriyə (yoxluğa) doğru heç bir yol yoxdur. Bu, qeyd etdiyimiz kimi, bir haldan başqa ha-la keçən davamlı cərəyandır. Ölüm isə əvvəlki haldan sonra-kı həyata daxil olmaq deməkdir. Nəhayət, insanın iradə və istəyindən asılı olmayan həyatdəyişmə prosesi dünyada baş-lanan təkamülün axirətdə davam etdirilməsidir.
    Bu ayə təklikdə göstərir ki, kamillik yolunda ardıcıl dəyişikliklər, agah insan fitrətinin üstünlük tələb etmə-si əbədiyyət ilə rabitə qurmaq istiqamətindədir. Ayə fəna və yoxluq, yaxud sonsuz cəzb etmə mənasını deyil, bütün səbəb-lərin səbəbkarı olan yeganə və vahid Allahdan başqa heç bir həqiqi varlığın olmamasını aydınlaşdırır. Ayə həyat nemətini qeyd etdikdən sonra məbdə və məad məsələsinə, Al-lahın yüksək nemətlərindən sayılan bu iki məsələyə işarə edərək buyurur: "O elə bir Allahdır ki, yer üzündə olan şeylərin hamısını sizin üçün xəlq etmişdir.”
    هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً
    Beləliklə insanın dəyəri və onun yer üzərində olan var-lıqların hamısından üstün olması aydınlaşır. Buradan an-layırıq ki, Allah insanı çox dəyərli və əzəmətli bir məqsəd üçün yaratmışdır. Amma belə bir sual da qarşıya çıxır ki, Allah hər şeyi insan üçün xəlq etmişdirsə, onda insanın özünü nə üçün yaratmışdır? Bəli o, varlıq aləmində ən ali bir varlıq olmaqla onların hamısından dəyərlidir.
    İnsanın yüksək məqamını xatırladan təkcə bu ayə deyil-dir. Quranda çoxlu ayələr görmək olar ki, insanı bütün dün-ya varlıqlarının yaradılmasının son məqsədi və hədəfi ki-mi təqdim edir.
    Belə ki, "Casiyə” surəsinin 13-cü ayəsində buyurulur:
    وَسَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِّنْهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لَّقَوْمٍ يَتَفَكَّرُونَ
    "Göylərdə və yerlərdə olanların hamısını sizin üçün müti edən Odur. Həqiqətən bunlarda təfəkkür edən, düşünən qövm üçün ayə və nişanələr vardır.”
    "İbrahim” surəsinin 32-33-cü ayələrində də geniş su-rətdə oxuyuruq:
    "Gəmiləri sizin üçün müsəxxər və ram etdim.” وَسَخَّرَ لَكُمُ الْفُلْك
    "Çayları sizin ixtiyarınızda qərar verdim.” وَسَخَّرَ لَكُمُ الأَنْهَار
    "Günəşi və ayı sizin üçün xidmətçi qərar verdim.”
    .وَسَخَّر لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ.
    "Gecə və gündüzü sizin ixtiyarınızda qərar verdim.”
    وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ
    "Casiyə” surəsinin 12-ci ayəsində buyurulur:
    وَسَخَّرَ لَكُمُ البَحْرَ
    "(O,) sizi dəryalara hakim etdi.”
    (Bu barədə "Rəd” surəsinin 2-ci, habelə "İbrahim” su-rəsinin 32-33-cü ayələrində ətraflı şəkildə qeyd olunacaq-dır.)
    "İstəva” cümləsi "istiva” kökündən alınmışdır və tam hakim kəsilmək, əhatə etmək, habelə yaratmaq və idarəçi-likdə qüdrətli olmaq mənasınadır.

    YEDDİ ASİMAN
    "Səma” kəlməsi lüğətdə, yuxarı səmt mənasındadır. Bu, xarici aləmdə müxtəlif konkret nümunələrə malik olan bir məfhumdur. "Yeddi asiman”dan məqsədin nə olması barəsin-də İslam alimləri və təfsirçləri arasında müxtəlif bə-yanlar mövcuddur; Onlar müxtəlif növ təfsirlər etmişlər, amma "yeddi asiman” ifadəsinin məcazi deyil, həqiqi mənada işlədilməsi daha düzgün nəzərə gəlir.
    Quran ayələrindən məlum olur ki, bizim gördüyümüz bütün göy cisimləri, sabit və hərəkətdə olan ulduzlar hamı-sı birlikdə birinci asimanı təşkil edir. Yerdə qalan altı aləm isə bizim gözlərimizdən, müasir elmi cihazların görə biləcəyindən çox-çox uzaqdadır. Onların yeddi aləmi yeddi asimanı təşkil edir. Bu sözün canlı şahidi Quranın öz buyurduğudur: وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ
    "Biz aşağı asimanları ulduzların çıraqları ilə zinətlən-dirdik.” [ "Fussilət” surəsi, 12-ci ayə]
    Başqa bir ayədə oxuyuruq: إِنَّا زَيَّنَّا السَّمَاء الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ
    "Biz aşağı asimanları ulduzlarla zinətləndirdik.”[ "Saffat” surəsi, 6-cı ayə]
    Bu ayələrdən gözəl şəkildə məlum olur ki, bizim mü-şahidə etdiklərimizin hamısı və ulduzlar aləmini təş-kil edənlər, birinci asimanın hissələridir və bundan əla-və altı asiman da mövcuddur ki, hal-hazırda onların barə-sində dəqiq məlumatımız yoxdur.
    Amma altı asimanın bizdən uzaqda olması və yalnız gələ-cəkdə elmin inkişafı nəticəsində onların da kəşf olunaca-ğına ehtimal vardır. Qeyd etməliyik ki, bəşərin naqis elmləri nə qədər irəliləyərsə, kainatın sirləri ilə bir o qədər yaxın-dan tanış olur, yaradılışın qəribəliklərində yeni-yeni mö-cüzələrlə rastlaşırıq. Artıq, heyət elmi (astronomiya) öz in-kişafında elə bir həddə çatmışdır ki, yerdəki teleskoplar artıq öz rolunu, funksiyasını itirmiş, əvəzində isə həmin məqsəd kosmik gəmilərdə yerləşdirilmiş məxsus radarlardan və dəqiq aparatlardan istifadə etməklə yerinə yetirilir. Böyük rəsədxanaların kəşf etdikləri ulduzların yerdən fasiləsi milyardlar kilometr işıq ili qədərdir. Onlar özləri eti-raf edirlər ki, hələ bu, dünyanın axırı yox, əvvəlidir. Ola bilsin ki, gələcəkdə elmin, xüsusilə astronomiya və kosmik elmlərin inkişafı ilə sair qalaqtika və asimanlar da kəşf edilsin.
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 921 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024