İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
    40-CI AYƏ
    يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُواْ بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ (40)

    40- ”Ey İsrail övladları, sizə əta etdiyim nemətləri yada salın, Mənimlə bağladığınız əhd-peymana vəfa edin ki, Mən də si-zin peymanınıza vəfalı qalım, (və vəzifənizi yerinə yetirib pey-mana lazımınca əməl etməkdə) yalnız Məndən qorxun.”

    ALLAH NEMƏTLƏRİNİN XATIRLANMASI
    Adəmin yer üzündə Allahın xəlifəsi olması, mələklər tərəfindən təzimlə yad edilməsi, habelə ilahi peymanı unutmaqla behiştdən xaric olunması və sonradan tövbə etmə-si keçən ayələrdə qeyd olundu. Bu hadisədən aydın oldu ki, bu dünyada həmişə haqq və batil adlı iki qüvvə bir-biri ilə mübarizədədir. Şeytana tabe olan şəxs batil yolunu seçmiş olur, nəticədə behiştdən, əbədi səadətdən uzaqlaşaraq dərd-qəmə, əzab-əziyyətə düçar olur, onun ardınca da əbədi həsrət və peşmançılıq gəlir. Amma Pərvərdigarın fərmanına itaət edənlər şeytanın vəsvəsələrinə etina etməyib Alla-hın fərmanına tabe olanlar bütün qəm-qüssələrdən asudə olacaqlar.
    Bəni-israilin Fironun caynağından xilas olub yer üzə-rində xəlifə olması, daha sonra İlahi peymanları unuda-raq bədbəxtliyə düçar olması, sanki Adəmin başına gələn əhvalatlara oxşayır, həm də bu ümumi qanunun bir şaxəsi sayılır. Bu və sair onlarla ayədə Allah-taala Bəni-israilin həyatının müxtəlif mərhələlərini, onların talelərini bəyan edir ki, Adəmin həyatının qeyd olunması ilə başlanan tərbiyəvi məktəb bu bəhsdə təkmilləşdirilsin.
    Allah-taala Bəni-israilə xitab edərək buyurur: "Ey İs-rail övladları, sizə əta etdiyim nemətləri yada salın və Mənim-lə bağladığınız əhdə vəfa edin ki, Mən də sizin əhdinizə vəfa edim və yalnız Məndən qorxun.”

    يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُواْ بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ
    Həqiqətdə bu üç göstəriş (Pərvərdigarın böyük nemət-lərini xatırlamaq, Onunla bağlanan əhdə vəfa etmək və Ona qarşı üsyankarlıqdan qorxmaq) bütün ilahi proqramların əsasını təşkil edir. Allah nemətlərini xatırlamaq insanı öz Rəbbini tanımağa, Ona eşq-məhəbbət bəsləməyə dəvət edir, bəndələrdə nemət sahibinə təşəkkür etmək hissini oyadır. Daha sonra bu nemətlərin qeydsiz-şərtsiz olmadığını, onunla eyni zamanda Allahın insanlarla əhd-peyman bağlamasını yada salmaqla diqqəti Allah qarşısında olan vəzifə və borclara yönəldir. Allahdan başqa heç bir şəxsdən və heç bir məqamdan qorxmamaq insanı, bütün maneələri aradan qaldırmağa və öz əhdlərinə vəfa etməyə sövq edir. Çünki, bu yolun ən mühüm maneələrindən biri də nəyə görəsə, kimlərdənsə qorxmaqdır. Xüsusilə uzun illər boyu fironçuların istismarı və hakimiyyəti altında olan Bəni-israil qovmunun Firondan başqa heç bir qorxuları olmamalıdır.

    İNCƏ NÖQTƏLƏR
    1- YƏHUDİLƏR MƏDİNƏDƏ
    Quran təfsirçilərinin bəzilərinin dediklərinə gö-rə "Bəqərə” surəsi Mədinədə nazil olan ilk surədir. Onun əsas hissəsi yəhudilər barəsində söz açır. Oradakı yəhudi-lər kitab əhlindən olan tanınmış şəxslər idilər. İslam Peyğəmbərinin zühurundan əvvəl dini kitablarında - Töv-ratda verilən xəbərlərə əsasən belə bir şəxsin zühur etmə-sini gözləyir və başqa insanlara da bu məsələni müjdə ve-rirdilər. İqtisadi cəhətdən onların vəziyyəti çox yüksək idi, Mədinədə böyük nüfuza malik idilər. Onların qanunsuz mənfəət yollarını bağlayan, azğınçılıqlarının, inhiraf-larının yolunda ciddi maneə törədən İslam dini zühur etdikdən sonra onun çağırışını qəbul etmədilər, üstəlik aşkarda və ya gizlində İslam əleyhinə mübarizəyə başla-dılar. Onlar elə bir mübarizəyə başladılar ki, İslamın başlanğıcından on dörd əsr keçməsinə baxmayaraq, bu düş-mənçilik yenə də davam etməkdədir. Yuxarıdakı ayə və ondan sonrakı ayələr onları ən şiddətli tərzdə tənqid atəşinə tutur. Onların tarixlərinin həssas yönlərini dəqiq şəkil-də aydınlaşdıraraq azacıq da olsa belə, haqq axtarmaq ruhiy-yəsi olan şəxsləri qəflətdən ayılmağa, irəliyə doğru addım atmağa dəvət edir.
    Bundan əlavə, bu ayələr bütün müsəlmanlar üçün ibrəta-miz bir dərsdir. gələcək ayələrdə Allahın köməyi ilə onların Fironun qanlı caynaqlarından qurtuluşa çıxması, dəryanın yarılması, fironçuların dəryada qərq olması, Mu-sanın Tur dağında Allahla vədələşməsi, Bəni-israilin Musa olmadığı bir dövrdə danaya pərəstiş etmələri, qanlı tövbə göstərişi, Allahın xüsusi nemətlərinin onlara na-zil olması kimi ibrətamiz məsələlərlə rastlaşacağıq.

    2- ALLAHIN YƏHUDİLƏRLƏ BAĞLADIĞI ON İKİ PEYMAN HANSILAR İDİ?
    Quran ayələrindən məlum olduğu kimi, bu əhd-peyman Allaha sitayiş etmək, ata-anaya yaxşılıq etmək, qohumlara, yetimlərə, kasıblara yaxşılıq və ehsan etmək, insanlarla yaxşı münasibətdə olmaq, namaz qılıb zəkat vermək, insan-lara əzab-əziyyət verib qan axıtmaqdan uzaq olmaq. Bu sözlərin şahidi həmin surənin 83-84-cü ayələri ola bilər:

    وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لاَ تَعْبُدُونَ إِلاَّ اللّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسْناً وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ...

    "Yada sal o zamanı ki, Bəni-israillə "Allahdan başqasına si-tayiş etməyin, ata-anaya, qohum-əqrəbaya, yetimlərə, fəqirlərə yax-şılıq və ehsan edin, camaat ilə yaxşı danışın, namaz qılıb zəkat verin” - deyə, əhd-peyman bağladıq.”

    وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لاَ تَسْفِكُونَ دِمَاءكُمْ وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ
    "...Və sizinlə əhd-peyman bağladıq ki, bir-birinizin qanını-zı axıtmayıb öz yurdunuzdan çıxarmayın, siz bunu qəbul etdiniz və özünüz də şahidsiniz.”
    Həqiqətdə bu iki ayə Allah-taalanın yəhudilərlə bağla-dığı on əhd-peymana işarədir. "Maidə” surəsinin 12-ci ayə-sində qalan iki əhd-peymanı xatırladır:

    وَلَقَدْ أَخَذَ اللّهُ مِيثَاقَ بَنِي إِسْرَآئِيلَ وَبَعَثْنَا مِنهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ
    "Həqiqətən Allah Bəni-israildən əhd-peyman alıb buyurdu ki, əgər namaz qılıb zəkat versəniz və Mənim göndərdiyim peyğəm-bərlərə iman gətirib kömək etsəniz, Mən sizinləyəm.”
    Bu ayədə iki əhd-peyman, yəni Allahın peyğəmbərlərinə iman gətirib onlara yardım etmək kimi iki göstərişi aydın olur. Buna əsasən məlum olur ki, onlar Allahın böyük nemət-ləri qarşısında Onunla çoxlu əhd-peyman bağlamışdılar. Onlara vədə verilmişdi ki, əgər bu əhd-peymana vəfalı qalsa-nız, qəsrlərinin və ağaclarının altından çaylar axan behişt bağlarında sizə yer veriləcəkdir.

    وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ
    Amma çox təəssüflər olsun ki, onlar bütün bu əhd-pey-manları pozdular (və hal-hazırda da əhd-peyman pozmaq ən-ənəsini davam etdirirlər). Nəticədə pərakəndə və didərgin hala düşdülər və nə qədər ki, onlar əhd-peymanı pozmaq-larını davam etdirirlər bu vəziyyətdə qalacaqlar. Bir müddət başqalarının ətəyinə sığınaraq hay-küy qoparmaqsa, heç də onların qələbələrinə dəlil ola bilməz. Biz millət-ilikdən uzaq olub yalnız Quran ətrafında birləşəcək qey-rətli müsəlmanların onların qopardıqları hay-küyləri so-na yetirəcəkləri bir günü aydınca görürük.
    3- Allah da Öz əhdinə vəfa edir. Pərvərdigarın ne-mətləri heç vaxt qeydsiz-şərtsiz deyildir. Hər nemət qar-şısında müəyyən bir məsuliyyət və əməli şərt qoyulmuşdur. İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə buyurulur: "Sizinlə bağladığım əhdə vəfa edin” cümləsindən məqsəd budur ki, Mən də Öz əhdimə vəfa edəcəyəm və sizi behiştə daxil edəcəyəm.”[ "Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh:72]
    Bu hədisin bir hissəsində Həzrəti Əlinin (ə) vilayə-tinə iman gətirmənin bu əhd-peymanın tərkibi kimi qeyd olunması heç də təəccüblü deyildir. Çünki, ilahi peyğəm-bərlərin risalətinin qəbul olunması və onlara kömək olunaraq qüvvətləndirilməsi bu əhd-peymanın bir hissəsi-dir. Bildiyimiz kimi, peyğəmbərlərin həqiqi canişinləri-nin təyin edilməsi rəhbərlik və vilayət məsələsinin dava-mıdır ki, hər zamanda dövrün tələbinə uyğun olaraq gerçək-ləşməlidir. Musa peyğəmbərin dövründə bu vəzifəni öhdəyə

    alan, onun özü idi. İslam Peyğəmbərinin zamanında isə əv-vəl Həzrətin özü, ondan sonra isə Həzrəti Əli (ə) idi.
    وَإِيَّايَ فَارْهَبُونِ "İyyayə fərhəbun” (yalnız Mənim cəzalandırmağım-dan qorxun) cümləsi Allah ilə bağlanan əhdə vəfa etmək və Onun əmrlərinə itaət etmək yolunda heç kəsdən və heç nədən qorxma-mağı qüvvətləndirir. "İyyayə” kəlməsinin "fərhəbun” cümləsin-dən qabağa keçməsi həmin qorxunun yalnız Allaha həsr edilmə-sini göstərir.

    NƏ ÜÇÜN YƏHUDİLƏRƏ BƏNİ-İSRAİL DEYİRLƏR?
    İsrail - Yusifin atası Yəqubun adlarından biridir. Məşhur təfsirçi Təbərsi "Məcməul-bəyan” təfsirinin bi-rinci cildinin 92-ci səhifəsində və Şeyxüt-taifə mərhum Tusi "Tibyan” təfsirinin 1-ci cildinin 180-cı səhifə-sində yazır: "İsrail Həzrəti İbrahimin nəvəsi İshaqın oğlu Yəqubdur.” Onlar deyirlər "isr” bəndə, "il” isə Allah mənasınadır. Bu iki kəlmənin birlikdə mənası Allah bəndəsi deməkdir. Bu kəlmələr əbərani (ivrit) dilindən götürülmüşdür.
    41-43-CÜ AYƏLƏR

    وَآمِنُواْ بِمَا أَنزَلْتُ مُصَدِّقاً لِّمَا مَعَكُمْ وَلاَ تَكُونُواْ أَوَّلَ كَافِرٍ بِهِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَناً قَلِيلاً وَإِيَّايَ فَاتَّقُونِ (41) وَلاَ تَلْبِسُواْ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُواْ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ (42) وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ (43)
    TƏRCÜMƏ:
    41- ”Bizim nazil etdiyimizə (Qurana) iman gətirin, çün-ki, onun nişanələri sizin kitablarınızda gələn xəbərlərlə ta-mamilə uyğundur. Və ona qarşı ilk kafirlərdən olmayın, Mənim ayələrimi dəyərsiz şeylər müqabilində satmayın (müxtəsər gəlir mənbəyi əldə etmək üçün Quran nişanələrini və sizin kitab-larınızda yazılan İslam Peyğəmbərinin əlamətlərini gizlət-məyin) və yalnız Məndən (Mənim göstərişlərimlə müxalifət etməkdən) qorxun, camaatdan qorxmayın.”
    42- ”Haqqa batil donu geyindirməyin və həqiqəti bildiyiniz halda gizlətməyin.”
    43- ”Namaz qılın, zəkat verin, rüku edənlərlə birlikdə rüku edin (namazı camaatla birlikdə qılın).”

    AYƏLƏRİN İZAHI

    وَآمِنُواْ بِمَا أَنزَلْتُ مُصَدِّقاً لِّمَا مَعَكُمْ
    Allah-taala yəhudilərə əmr edərək buyurur ki, iman gətirin və Quranı təsdiq edin. Çünki, Qurana iman gətirib onun Allah tərəfindən nazil olmasını təsdiq etmək, Tövra-tı təsdiq etmək deməkdir. Bu ayə onlara göstərir ki, siz Töv-rata iman gətirmisiniz və həmin Tövrat da Həzrəti Məhəm-mədin (s.ə.v.v) gəlişini və Quranın nazil olmasını müjdə verir. Tövratı təsdiq etmək üçün Quranı da təsdiq etməli-siniz. وَلاَ تَكُونُواْ أَوَّلَ كَافِرٍ بِهِ
    Siz-kitab əhlinin alimləri, Allaha iman gətirib pey-ğəmbərləri təsdiq edən şəxslərdən olduğunuz halda, Qurana kafir olub onun haqq olmasını inkar edən ilk şəxslər ol-mamalısınız. Əks halda sair insanlar da sizə tabe olub Quranı təkzib edərlər.
     وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَناً قَلِيلاً
    Bəzi rəvayətlərdə gəlmişdir ki, yəhudi alimləri Pey-ğəmbəri-əkrəmin (s.ə.v.v) şənində olan, o Həzrətin bəzi xüsusiyyətlərini açıqlayan mətləbləri yəhudi sahibkarla-rına satır, Tövratın ayələrini təhrif edir və bunun müqa-bilində pul alırdılar. Allah-taala bu çirkin əməlləri qa-dağan edərək onları məzəmmətləyir və buyurur ki, siz Alla-hın ayələrini əhəmiyyətsiz şeylərə necə satırsınız?! Tövra-tın ayələrini təhrif etmək müqabilində aldıqları bu məb-ləğ, nə qədər çox olsa belə, onların əməlləri qarşısında çox az hesab olunurdu. Çünki, ilahi ayələrin təhrif olun-ması haqdan yayınmağa, çirkin və mənfur işlərə gətirib çıxaran böyük bir cinayət hesab olunurdu ki, onlara verilən qızıl və gümüş nə qədər çox olsa belə, yenə də heç bir şey sayılır.
    Əgər "səmənün qəlil” kəlməsindən məqsəd, yüksək məqam, rəyasət əldə etmək olarsa, (belə ki, bəziləri bu nəzəriyyəni irəli sürmüşlər) o da belə bir əməl müqabilində çox az sayılır. وَلاَ تَلْبِسُواْ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُواْ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
    Bu mətləb yəhudi alimlərinə xitab olan yuxarıdakı ayə-ni bir daha təkidləndirib buyurur ki, Tövrat ayələrini təhrif etməklə haqqa batil pərdəsi çəkməyin, Peyğəmbəri-ək-rəmin (s.ə.v.v) barəsində olan ayələri gizlətməyin və onları aşkar edin. Çünki, siz alimsiniz və haqqı batildən seçə bi-lirsiniz. وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ
    Allaha, Rəsuli-əkrəmə və məada imandan sonra, namaz və zəkat - etiqadın iki əsas sütunudur ki, bu iki mühüm göstə-riş olmadan imanın bünövrəsi möhkəmlənə bilməz.
    Qurani-məciddə və hədislərdə namaz və zəkat barəsində çoxlu tövsiyələr olunmuşdur. (Quranın Mirəhməd adlı bir şəxs tərəfindən 1988-ci ildə tərcüməsinin haşiyəsində bu ayənin barəsində nəql olunmuşdur.)

    44-CÜ AYƏ

    أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلاَ تَعْقِلُونَ (44)
    TƏRCÜMƏ:
    44- ”Camaatı itaətə, yaxşılığa əmr etdiyiniz halda özü-nüzü unudursunuz? Halbuki kitab oxuyursunuz, nə üçün dərindən fikirləşmirsiniz?!”

    وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلاَّ عَلَى الْخَاشِعِينَ (45) الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ (46)
    TƏRCÜMƏ:
    45- ”Səbr və namaz ilə (daxili istəkləri nəzarət altına alıb müqavimət göstərmək və Pərvərdigara diqqət yetirib Ondan yardım almaqla) kömək istəyin. Bu iş Allaha müti olanlardan başqaları üçün çox ağırdır.”
    46- ”(Allaha müti olanlar) o kəslərdir ki, öz Rəbbləri ilə görüşəcəklərinə və Ona tərəf qayıdacaqlarına imanları vardır.”

    TƏFSİR:
    Bu ayə insanın öz nəfsani istəklərinə qələbə çalıb şan-şöhrət, məqam sevdasını başından çıxartması üçün buyurur: "Səbr və namaz ilə kömək istəyin və batini istəkləri nəzarət altına alıb onların qarşısında müqavimət göstər-məklə qələbə çalın. Bu iş Allahın müti olan bəndələrindən qey-rilərinə çox ağırdır.”

    ÇƏTİNLİKLƏRƏ QƏLƏBƏ ÇALMAĞIN YOLU
    Çətinliklərə qələbə çalıb irəliləmək üçün iki əsas şey lazımdır: Birincisi, insanın daxilində möhkəm və qüd-rətli bir dayaq, digəri isə xaricdə möhkəm bir sığınacaq. Yuxarıdakı ayələrdə bu iki əsaslı dayağa səbr və namaz kəlmə-ləri ilə işarə edilmişdir. Səbr-oruc tutmaq, çətinlik-lərə müqavimət və mətanət; namaz isə Allah ilə qurulan möh-kəm rabitə vasitəsidir.
    Təfsir kitablarının birində səbr kəlməsi barəsində deyilir: O, təbii və düşünülən bir məfhumdur. Hər bir dü-şüncəli, batini pak olan şəxsə aydındır ki, insan nəfsi-nin tərbiyəsi üçün cismi məşğələlər bədənin qüdrəti dai-rəsində olmalı və onu maddi-dünyəvi istəklərdən xilas et-məlidir. Əks halda öz şəxsi şəhvətinin və təbii meylləri-nin dərin quyularında qərq olacaqdır. Buna görə də bu təbii varlığı ruhi sərhədlərin ən yüksək dərəcələrinə yüksəlt-məliyik. Yalnız bir sıra dini qayda-qanunlar və əməllər sil-siləsindən ibarət olan duaları oxumaq və namazları qılmaq-la bir yerə çatmaq olmaz. Bütün vasitələri səfərbər edərək daim çağlayan heyvani nəfsi cilovlamaq, nəzarət altına al-maq lazımdır. İnsanın öz çılğın xüsusiyyət və istəklərinə (ehtiras və qərizələrə) üstünlük qazanmasının, mənəvi qüd-rət və ixtiyara malik olmasının özü çox mühüm və geniş bir mətləbdir. Bu ilahi ayələrdə qeyd olunan nöqtələrə toxunulur və həmin mətləblər qısa şəkildə şərh edilir.
    Bu şərif ayədə gələn səbr kəlməsinin mənası barədə İmam Sadiqdən (ə) belə rəvayət olunmuşdur: "Səbr-oruc tut-maq deməkdir.”[ "Əl burhan fi təfsiril-Quran”, 1-ci cild, səh:14 və "Təfsiri safi”, 1-cild, səh:111]
    Böyük və dahi təfsirçilər bu ayənin şərhində qeyd edirlər ki, Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v) müəyyən bir çətin-liklə qarşılaşan zaman namaz və orucdan kömək alardı.[Məcməül-bəyan”, 1-ci cild, səh:99] Həzrəti Əli əleyhissəlam da bu cür edərdi.[Üsuli-kafi”, 3-cü cild, səh:480]
    İmam Sadiq əleyhissəlamdan belə nəql olunmuşdur: "Sizlərdən hər kim dünya qəm-qüssələri ilə qarşılaşsa, dəstəmaz alıb məscidə getsin və namaz qılıb dua etsin. Çünki, Allah-ta-ala göstəriş vermişdir ki, səbr və namazdan kömək istəyin.”[Məcməül-bəyan”, 1-ci cild, səh:100]
    Bəli, namaz insanı elə bir əzəli qüdrətlə əlaqələndi-rir ki, bütün çətinliklər Onun üçün sadə və asandır. Buna görə də insan xoşagəlməz hadisələr zamanı ruhən qüvvətli və soyuqqanlı olur. Görəsən təfəkkür və təsəvvür aləmində, zəif bir insanın rəhman Allahın dərgahına yaxınlaşıb Ondan yardım alması üçün namazdan da yaxşı və təsirli bir vasitə varmı?!
    Quran sonrakı ayələrdə Allaha müti olan bəndələri be-lə təqdim edir: "O kəslər ki, öz Rəbbləri ilə görüşəcəklərinə və Ona doğru qayıdacaqlarına inanırlar.”

    الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ
    Əmirəl-möminin Əli əleyhissəlamdan rəvayət nəql olunub ki, "möminlərdən ibarət olan müti bəndələrin xüsusiy-yətlərindən biri onların Allah ilə görüşməyə yəqin və inamlı olmalarıdır. Bu görüş axirət aləmində baş verəcəkdir.”[Ətyəbul bəyan”, 2-ci cild, səh:21]

    ALLAHLA GÖRÜŞ NƏ DEMƏKDİR?
    Qurani-məciddə bir neçə dəfə işlədilmiş "liqaul-lah”, yəni Allahla görüş kəlməsi Qiyamət səhnəsində hazır olmaq mənasınadır. Aydındır ki, Allahla görüş dedikdə, bəşər fərdlərinin bir-biri ilə görüşməsi kimi hissi görüş nəzərdə tutulmur. Çünki, Allah cisim deyil, rəng, məkan və bu kimi sairə şeylərə ehtiyacı yoxdur ki, gözlə gö-rünə bilsin.
    Məqsəd Qiyamətdə, Onun qüdrət nişanələrini, mükafat, cəza, nemət və ya əzablarını müşahidə etməkdir. Bir çox təfsirçilər bu mənanı təsdiq etmişlər.
    Bu görüş bir növ batini və qəlbi müşahidə kimi də təfsir olunmuşdur. Çünki, insan bəzən elə bir məqama çatır ki, sanki Allahı öz qəlbinin gözü ilə müşahidə edir, onun üçün heç növ şəkk və tərəddüd yeri qalmır.
    Bu halət paklıq, təqva, ibadət və nəfsin rəzil xüsu-siyyətlərdən təmizlənməsi, saflaşması yolu ilə bu dünyada da bəzi şəxslərə müyəssər olur. Belə ki, "Nəhcül-bəlağə”də buyurulur: Əli əleyhissəlamın alim dostlarından biri-Zələb Yəmani Həzrətdən soruşdu: "Öz Allahını görmüsənmi?” Həzrət buyurdu: "Mən görmədiyim Allaha sitayiş etmərəm!” O, əlavə izahat verilməsini istədikdə İmam buyurdu: "Zahiri gözlər heç vaxt Onu görə bilməz; Onu yalnız qəlblərin iman nuru ilə dərk etmək olar.”[Nəhcül-bəlağə, 179-cu kəlam]
    Amma bu batini müşahidə Qiyamətdə hamı üçün aşkar olacaq. Çünki, o dünyada Allahın qüdrət və əzəməti o qədər aşkar olacaqdır ki, hətta qəlbi kor olan insan üçün belə həqiqi və qəti iman hasil olacaqdır.

    47-48-Cİ AYƏLƏR

    يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ (47) وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلاَ هُمْ يُنصَرُونَ (48)
    TƏRCÜMƏ:
    47- ”Ey İsrail övladları, sizə əta etdiyim nemətləri yadı-nıza salın, sizi bütün aləmlərdən üstün tutduğum zamanı xa-tırlayın.”
    48- ”Elə bir gündən qorxun ki, (o gündə) heç kəs başqasının yerinə cəzalandırılmaz və şəfaət qəbul olunmaz, bir kəsin yerinə başqasından heç nə qəbul olunmaz və heç kəsə kömək olunmaz.”

    TƏFSİR:
    YƏHUDİLƏRİN PUÇ VƏ YANLIŞ XƏYALLARI
    Bu ayələrdə Allah-taala bir daha Bəni-israilə xitab edərək onlara verdiyi nemətlərini xatırladır və buyurur: "Ey İsrail övladları, sizə verdiyim nemətləri yada salın.”
    يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ
    Bu nemətlər olduqca çoxdur. Hidayət və imandan başla-mış fironçuların qanlı caynağından qurtarmağa, əzəmət və istiqlallarına qayıtmağa qədər bütün nemətləri əhatə edir.
    Sonra Allah-taala onları öz zəmanələrindəki insan-lardan üstün etməsinə, onlara nemət və fəzilət bəxş etmə-sinə işarə edir ki, bu da öz növbəsində müxtəlif nemətlər-dən təşkil olunmuşdur. "Mən sizi bütün aləmlərdən üstün etdim.”
     وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ
    Bəlkə də bəziləri belə güman edir ki, "fəzzəltüküm ələl-aləmin” cümləsinin mənası, onlara bütün dövrlərdə ya-şayacaq insanlardan üstünlük bəxş edilməsidir. Amma Qur-anın sair ayələrinə diqqət yetirməklə aydın olur ki, bu yal-nız öz dövrlərindəki insanlardan üstün olmaqlarıdır. Çünki, Quranda oxuyuruq ki, كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ "Ey müsəl-manlar, siz insanlar üçün yaradılan ən yaxşı ümmətsiniz.”[ "Ali-İmran” surəsi, 110-cu ayə]
    Başqa yerdə isə Bəni-israil barəsində oxuyuruq:

    وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُواْ يُسْتَضْعَفُونَ مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا
    "Biz bu zəif təbəqəni yer üzünün məşriq və məğribinin va-risləri etdik.”[Əraf” surəsi, 137-ci ayə]
    Aydındır ki, Bəni-israil qövmü o dövrdə bütün dünyaya deyil, yalnız öz yaşadıqları məntəqənin qərb və şərqinə va-ris olmuşdular. Buna əsasən onların aləmlərdən üstün ol-ması həmin mühitdə və həmin dövrün şəxslərinə aid idi.
    Sonrakı ayədə Quran yəhudilərin yanlış xəyallarının üstünə xətt çəkir. Çünki, onlar belə təsəvvür edirdilər ki, ilahi peyğəmbərlər olan ata-babaları onlara şəfaət edəcək, yaxud öz günahları üçün cərimə ödəyəcək, yaxud da bu dünyada rüşvət verdikləri kimi, axirətdə də müəyyən bir şey ver-məklə hər şeyi öz xeyirlərinə həll edəcəklər. Quran buyu-rur: "Elə bir gündən qorxun ki, (onda) heç kəsə başqasının yerinə cəza verilməyəcək.” وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً
    "Nə də (Pərvərdigarın izni olmadan) bir şəxsin vasitəçiliyi (şəfaəti) qəbul olunmayacaq” وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ
    "Və o gündə bir kəsin verdiyi əvəz də qəbul olunmayacaq.”
    وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ
    "Və heç bir kəsə kömək olunmayacaq.” وَلاَ هُمْ يُنصَرُونَ
    O günün hökm edəni, mühakimə yürüdəni o kəsdir ki, pak əməllərdən başqa bir şeyi qəbul etməz. Belə ki, "Şüəra” surəsinin 88-89-cu ayələrində buyurulur:
    يَوْمَ لاَ يَنفَعُ مَالٌ وَلاَ بَنُونَ إِلاَّ مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ
    "O gündə mal-dövlət və övladların Allahın sağlam ruh və pak qəlb əta etdiyi şəxslərdən başqasına heç bir faydası olmaz.”
    Yuxarıdakı ayədə bu dünyada mövcud olan bir qayda göstə-rilir. Bu dünyada müqəssir və günahkar şəxslərə veriləcək cəzaları yüngülləşdirmək və onlara nicat vermək üçün müx-təlif yollar mövcuddur: Bəzən bir nəfər başqasının cəri-məsini ödəyir. Əgər bu yolla məqsəd hasil olmasa, digər şəxslərin vasitəçiliyindən istifadə edir. Əgər bu yol da mümkün olmasa, çalışırlar ki, özləri cərimə verməklə azad olsunlar və ya dostları onun cəzalandırılmasına mane olsunlar.
    Bu, dünyada insanların cəzadan qurtarmaq üçün mümkün olan yollarıdır. Amma Qurani-kərim buyurur: Qiyamət gü-nündəki cəza qayda-qanunları bu dünyadakılardan tamamilə fərqlənir. Bu dünyadakı işlərdən heç birinin Qiyamətdə faydası olmayacaq. Nicat yolu yalnız iman və təqvaya üz tutmaq, Allahın lütfündən imdad diləməkdir.
    Pərvərdigara, ey bizim yaradanımız! Sənin ilahi dər-gahından acizanə rəhmət diləyirik!

    QURAN VƏ HƏDİSLƏRDƏ ŞƏFAƏT
    Şəfaət kəlməsi ilə həmcins olan sözlər Qurani-kə-rimdə otuz dəfə müxtəlif surətlərdə (müsbət və ya mənfi formada) işlənmişdir. Bu da həmin məsələnin əhəmiyyəti-ni çatdırır.
    Şübhə yoxdur ki, Allah-taalanın cəza tədbirləri is-tər bu dünyada, istərsə də axirətdə intiqam məqsədi daşı-mır. Həqiqətdə, bunların hamısı qanunların icrasına zə-manət, nəticəsi isə insanların inkişaf edib təkamülə çat-ması üçündür. Buna əsasən qanunların icrasını zəiflədən hər bir şeydən uzaqlaşmaq lazımdır ki, insanlar günah işlərə cürət etməsinlər.
    Digər tərəfdən də Allah dərgahına qayıtmaq və nəfsi islah etmək yolu olan tövbə qapısı günahkarların üzünə ta-mamilə bağlanmamalıdır, əksinə onlara imkan verilməli-dir ki, özlərini islah edib Allaha tərəf qayıtsınlar, təq-valı və pak olsunlar. Buna əsasən peyğəmbərlər, Allah dost-ları, övliyalar və saleh şəxslər Qiyamət günündə Allah ilə öz iman rabitələrini tamamilə kəsməyən, öz Pərvərdigarı və peyğəmbərləri ilə olan mənəvi rabitələrini qoruyub sax-layan şəxslərə şəfaət edəcəklər.
    Başqa sözlə desək, şəfaət həqiqətdə mötədil şəxslə-rin, eləcə də günahkarların günahdan itaətə, bəndəçiliyə doğru qayıdış vasitəsidir.
    Quranda şəfaət barəsində çoxlu ayələr vardır. Şəfaət ayələrindən düzgün nəticə almaq üçün bu ayələrin hamısını araşdırmalı, məcmuə halında mülahizə etməli və sonra bütün ayələrin məna və məqsədlərini özündə cəmləşdirən ayəyə istinad etməliyik. Bir şəxsin şəfaətə dəlalət edən ayə-lər arasında öz müddəasının isbatı üçün yalnız bir ayəni gətirib sair ayələri nəzərə almaması çox yanlış bir üslub-dur. Şəfaət, yaxud sair əqli məsələlərdə mövcud olan yanlış fikirlər məhz bu cür nöqsanlı və yarımçıq araşdırmalar nəticəsində yaranmışdır. Əgər müəyyən bir ayəni əsas tutub, həmin ayəni təfsir edən və ya onun mənasını tamamlayan başqa ayələri kənara qoysaq, hökmən həqiqətdən uzaqlaşarıq.
    Buna əsasən əvvəla, Qiyamət günündə şəfaət məsələsi la-büddür, çünki, Quran buyurur: فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَافِعِينَ
    "Şəfaət (və vasitəçilik) edənlərin şəfaəti onlara (kafir-lərə) fayda verməz.”
    Deməli, bir sıra ayələr əsasında şəfaətin gerçəkli-yini bəyan edən müxtəlif bəhslərin hamısı, həmçinin Həz-rəti Rəsuli-əkrəmin (s.ə.v.v) hədislərindən hasil olan əlavə arxayınlıq, şübhəsiz insana təbii və məntiqi bir nəticə almağa imkan verir. O da, Qiyamətdə şəfaət məsələsinin in-kar olunmaz bir həqiqət olmasıdır. Yəni şəfaət Allah-taalanın mömin bəndələrinə qarşı lütf və mərhəməti ki-mi təbii və məntiqi bir amil surətində qəbul olunur.
    İkincisi, aydın məsələdir ki, Quran çoxlu ayələrdə (on-ların bəziləri qeyd olunmuşdur) xüsusi şərtlər daxilində Qiyamət günündə şəfaətin təsirini qüvvətləndirir. Həqi-qətdə Pərvərdigari-aləmin seçdiyi şəxslər şəfaət etmək haqqına malik olacaqlar.
    Üçüncüsü, Qiyamətdə bir sıra insanlar labüd olaraq mü-əyyən şərtlər daxilində şəfaət edəcəklər. Allah-taala on-lara şəfaət etmək vədəsi vermişdir.

    يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا
    "Qiyamətdə Allahın izn verdiyi və sözlərindən razı olduğu şəxslərdən başqa bir kəsin başqa şəxs üçün etdiyi şəfaət qəbul olunmaz.”
    Başqa bir ayə: وَلَا تَنفَعُ الشَّفَاعَةُ عِندَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ...
    "Allahın izn verdiyi şəxslərdən başqa Allah dərgahında heç kəsin vasitəçiliyinin faydası olmaz.”[Zuxruf” surəsi, 86-cı ayə]

    Yaxud: وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ
    "Allahdan başqa çağırılanlar heç vaxt şəfaətə malik olmazlar; amma haqq şəhadət verənlər və səmimi qəlbdən ona alim olanlardan başqa.”
    Şəfaəti göstərən sair ayələr isə bunlardır: "Şüəra” surəsi, ayə-100; "Bəqərə” surəsi, ayə-123; "Müddəssir” surəsi, ayə-48; "Ənbiya” surəsi, ayə-28; "Məryəm” surəsi, ayə-87.
    İslami rəvayətlərdə, habelə sünnü və şiələrin mötə-bər kitablarında da yuxarıdakı ayələrin məzmununu bəyan edən və şəfaətçilərin Qiyamətdə şəfaət edəcəklərini sübut edən çoxlu təbirlər mövcuddur. O cümlədən, "Biharül-ən-var”, "Məcməül-bəyan”, "Təfsiri əlmizan”, "Əl-bürhan fi təfsiril-Quran”, "Təfsiri tibyan”, "Əl-xisal” (Şeyx Səduq), "Üsuli-kafi”, "Sünəni ibni Macə”, "Müsnədi Əhməd”, "Mü-vəttəəi Malik”, "Sünəni Termezi”, "Sünəni Darəmi”, "Səhi-hi-Mülsüm”, "Səhihi-Buxari” və sair. İndi isə nümunə ola-raq bir neçə hədisi diqqətinizə çatdırırıq:
    1- Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurmuşdur: "Mən (Qiya-mətdə) mən ilk şəfaət edən, habelə Allah dərgahında şəfaəti ilkin qəbul olunan şəxsəm.”[Sünəni-Termizi”, 5-ci cild, səh: 248, "Sünəni Darəmi”, 1-ci cild, səh. 26-27]
    2- Həzrəti Əli əleyhissəlam bir hədisdə buyurur: "Biz şəfaət edəcəyik və bizim dostlarımız da şəfaət edəcəklər”[Xisal”, səh:624.]
    3- Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: "Böyük Allah mənə beş mə-ziyyət əta etmişdir ki, onlardan biri şəfaətdir. Mən onu öz ümmətim üçün (Qiyamətə) saxlamışam. Şəfaət müşrik olma-yan (Allaha şərik qoşmayan) şəxslər üçündür.”[Müsnədi-Əhməd”, 1-ci cild, səh:301, "Sünəni Nəsai”, 1-ci cild, səh:172]
    4- Həmçinin Həzrət buyurur: "Qiyamət günü mənim şəfa-ətimlə hamıdan artıq o kəslər xoşbəxt olacaq ki, qəlbən, ixlas ilə Allaha iman gətirmiş olsunlar.” 
    5- Peyğəmbəri-əkrəm (s.ə.v.v) bir hədisin məzmununda bu-yurur: "Hər müsəlman mənim şəfaətimdən bəhrələnəcək.”[Sünəni-İbni Macə”, 2-ci cild, səh:1444]
    6- Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: "Qiyamət günü şəfaət edənlər beşdir: Quran, rəhm, əmanət, Peyğəmbər (s.ə.v.v) və Peyğəmbərin Əhli-beyti.”[Biharül-ənvar”, 8-ci cild, səh:43]
    7- İmam Sadiq əleyhissəlam buyurur: "Qiyamət günü məx-luqat arasında elə bir kəs yoxdur ki, Həzrəti Məhəmmədin (s.ə.v.v) şəfaətinə ehtiyaclı olmasın.”
    Bu hədisə əsasən bütün insanlar Qiyamət günü Peyğəmbə-rin şəfaətinə möhtacdır.
    8- ”Kafi” kitabında İmam Sadiq əleyhissəlamdan belə nəql olunmuşdur: "Hər kəs Allah dərgahında şəfaət edənlərin şəfaətinin onun üçün faydalı olmasını istəyirsə, gərək Alla-hın razılığını qazansın.”[Üsuli-Kafi”, 8-ci cild, səh:11, "Biharül-ənvar”, 8-ci cild, səh:53]
    Mütəal Allahdan istəyirik ki, bizim hamımıza itaət və bəndəçilik müvəffəqiyyəti mərhəmət etsin, bizi hər növ xəta və yanlış yol getməkdən uzaq saxlasın və Qiyamətdə Peyğəmbər (s.ə.v.v) və onun Əhli-beytinin şəfaətindən məhrum etməsin. Amin!

    49-CU AYƏ

    وَإِذْ نَجَّيْنَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوَءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءكُمْ وَيَسْتَحْيُونَ نِسَاءكُمْ وَفِي ذَلِكُم بَلاء مِّن رَّبِّكُمْ عَظِيمٌ (49)
    TƏRCÜMƏ:
    49- ”Və (həmçinin, o zamanı yada salın ki,) Firon əhli sizə ən ağır tərzdə əzab-əziyyət verdikləri, sizin oğlanlarınızın başını kəsib, qadınlarınızı (kənizlik üçün) diri saxladıqları vaxt sizi fironçuların zülmündən xilas etdik. Və bu, sizdən öt-rü Rəbbiniz tərəfindən ağır bir imtahan idi.”

    TƏFSİR:
    Quran bu ayədə Bəni-israil qövmünə əta olunan nemətlə-rin digərinə işarə edir. Bu nemət Allahın ən böyük ne-mətlərindən biri, yəni zalım fironçuların zülmündən xi-las olmalarıdır. Allah-taala bu neməti onlara xatırlada-raq buyurur:
    "Yada salın o zamanı ki, sizi fironçuların əlindən (zül-mündən) xilas etdik. وَإِذْ نَجَّيْنَاكُم مِّنْ آلِ فِرْعَوْن
    (O kəslərdən xilas etdik ki,) onlar sizə əzab-əziyyət verir-dilər.” يَسُومُونَكُمْ سُوَءَ الْعَذَابِ
    "Oğlanlarınızın başını kəsir, qadınlarınızı isə (kəniz-lik və xidmətçilik üçün) diri saxlayırdılar”
    يُذَبِّحُونَ أَبْنَاءكُمْ وَيَسْتَحْيُونَ نِسَاءكُمْ
    "Bu hadisədə Allah tərəfindən sizin üçün ağır bir imta-han var idi.” وَفِي ذَلِكُم بَلاء مِّن رَّبِّكُمْ عَظِيمٌ
    Quran, xüsusilə fironçuların Bəni-israilə qarşı rəva gördükləri zülmü, əzab-əziyyəti təcəssüm etdirmək üçün "yəsumunəküm” təbirindən istifadə etmişdir. Bu, əzab və işgəncənin davam etməsini göstərir. Belə ki, onlar öz gözləri ilə günahsız oğlanlarının başlarının kəsilib qızlarının kəniz aparıldığını müşahidə edirdilər. Onlar özlərinin bu cür acınacaqlı keçmişlərindən daim ruhi əzab çəkmişlər. Qibti ölkəsində olan qullar və xid-mətçilər Fironun dəstəsindən hesab olunurdu. Mühüm məsələ budur ki, Quran bu hadisəni Allah tərəfindən Bəni-israil üçün olan ağır və kəskin bir imtahan kimi təqdim edir. Bəla sözünün mənalarından biri imtahandır. Həqiqə-tən bu cür ağır hadisələrə dözmək çətin bir imtahan idi.
    Belə bir ehtimal da vermək olar ki, bəla, cəzalan-dırılmaq mənasında olsun. Çünki, Bəni-israil ondan əvvəl-ki dövrlərdə böyük qüdrət və bol nemət sahibi idi, amma nankorluqla küfr-nemət etdilər, Allah da onları cəzalan-dırdı.
    Amma Bəni-israilin fironçuların zülmündən xilas olunduğu zaman mühüm və tarixi bir gündür ki, Quran onu təkrar-təkrar buyurmuşdur.

    QIZLARIN HƏMİN ZAMANDA VƏ MÜASİR DÖVRDƏKİ KÖLƏ VƏZİYYƏTİ
    Bəni-israil tarixində bu qövmün Misirdə əsir olma-ları ağır imtahanlardan biri idi. Hətta belə nəticə alınır ki, Quran Bəni-israil qızlarının diri saxlanı-lıb oğlanlarının başının kəsilməsini ağır bir əzab adlandırır. Buna əsasən onların bu ağır işgəncələrdən ni-cat tapıb azad olunması həqiqətdə böyük ilahi nemətlərdən biri sayılır.
    Sanki Quran bu hadisə ilə bizə xatırladır ki, insan-lar nəyin bahasına olursa olsun, öz azadlıqlarını əldə et-məli, onu qoruyub saxlamaq üçünsə əllərindən gələni əsirgə-məməlidirlər.
    Belə ki, Həzrəti Əli əleyhissəlam bu məsələni öz kəlamlarında buyurur: "Diri olub kiminsə əlinin altında (zillətdə) olmağınız ölümdür, azadlıq yolundakı ölümünüz isə həyatdır.”[Nəhcül-bəlağə”, 51-ci xütbə]
    Amma müasir dünyanın keçmişlə fərqi bundadır ki, o zamanda Firon zülm ilə öz müxaliflərindən olan kişi və oğlanları öldürür, qızlarını isə azad qoyurdu. Amma bu günkü dünyada müxtəlif bəhanələrlə kişilik ruhu öldü-rülmüş, qızlar əxlaqsız, şəhvət əsiri olmuşlar. Bu dünya-nın fironları nə kişiyə rəhm edir, nə qadına, nə oğlana, nə qıza, nə böyüyə, nə kiçiyə və nə də südəmər körpəyə. Buna gö-rə də həm İslam və həm də qeyri-İslam ölkələrində biolo-ji, kimyəvi bombalarla, kütləvi qırğın silahları ilə qətlə yetirilənləri müşahidə edirik. Belə ki, onların mənfur əməlləri heç də fironçulardan geri qalmır. Amma nə üçün Firon Bəni-israil tayfasının oğlanlarını öldürüb qızla-rını isə diri saxlamaq qərarına gəlmişdi? Təfsirçi-lərdən bəzisi bu cinayətin mənşəyini Fironun yuxusu hesab edirlər. Daha düzgün cavab "Qəsəs” surəsinin 4-cü ayəsində gələcəkdir. Orada biləcəksiniz ki, Bəni-israil oğlanla-rının öldürülməsi təkcə yuxu səbəbi ilə deyil, həm də fir-onçuların Bəni-israilin güclənməsi və hakimiyyəti ələ al-ması məsələsindən vəhşəti idi.

    50-Cİ AYƏ

    وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ (50)
    TƏRCÜMƏ:
    50- ”(Və yada salın) o zamanı ki, sizdən ötrü dəryanı yarıb sizə nicat verdik, fironçuları isə siz baxa-baxa qərq etdik.”

    TƏFSİR:
    FİRONÇULARIN CAYNAĞINDAN QURTULUŞ
    Keçən ayələrdə Bəni-israilin Fironun caynağından xi-las olması qısa şəkildə qeyd olundu. Qeyd olunan bu ayə isə həqiqətdə bu xilaskarlığın keyfiyyəti barəsindədir. Bu, Pərvərdigari-aləmin Bəni-israilə əta etdiyi başqa nemət-lərdən biridir.
    Ayə buyurur: "Yada salın o zamanı ki, dəryanı sizin üçün yardıq.” وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ
    "Və sizə nicat verdik, fironçuları isə qərq etdik, halbuki siz baxırdınız.” فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ
    Fironçuların qərq olması və Bəni-israilin nicat tapması hadisəsi müxtəlif surələrdə gəlmişdir. O cümlə-dən "Əraf” surəsinin 136-cı, "Ənfal” surəsinin 54-cü, "İs-ra” surəsinin 103-cü, "Şüəra” surəsinin 63-64-cü, "Zuxruf” surəsinin 55-ci, "Duxan” surəsinin 17 və 24-cü ayələrini qeyd etmək olar.
    Bu surələrdə həmin hadisənin təqribən bütün incəlik-ləri qeyd olunmuşdur. Amma bəhs etdiyimiz ayədə yalnız Al-lahın Bəni-israilə olan nemət və lütfünə işarə olunur ki, onları İslamı - bu xilaskar ayini qəbul etməyə təşviq edir.
    Qeyd olunan surələrdə bu hadisələr geniş şəkildə bəyan olunmuşdur: Musa əleyhissalam Firon və firon-çuları haqq yola dəvət edib, müxtəlif möcüzələr göstərdisə də, faydası olmadı və onlar bu çağırışları qəbul etmə-dilər. Bundan sonra ona əmr olundu ki, gecə yarısı Bəni-israillə birlikdə Misirdən köçsünlər. Amma Nil çayına çatanda gözlənilmədən Fironun öz qoşunu ilə onları təqib etdiyini gördülər. Bu zaman iztirab və vəhşət Bəni-israil tayfasına hakim kəsildi. Onların qarşılarında dərya, arxalarında isə irəliləməkdə olan Fironun güclü qoşunu dayanırdı və Bəni-israilin heç bir çıxış yolu yox idi. Burada Musaya əmr olunur ki, öz əsasını dəryaya vursun. O Həzrət əsanı dəryaya vurduqdan sonra onun daxilindən müx-təlif yollar açılır və Bəni-israil sağ-salamat dəryadan keçirlər. Digər tərəfdən isə hələ də onları təqib etməkdə olan düşmən qoşunları hamılıqla dəryanın ortasına ça-tırlar, bu zaman su qovuşur və hamısı həlak olur. Firon-çuların cəsədləri suyun üzünə qalxır, Bəni-israil tayfası öz gözləri ilə düşmənlərinin necə həlak olduqlarını görürlər.

    Bu iztirab və vəhşət haləti diqqət mərkəzində olan mə-sələdir ki, onlar bu vəziyyəti sonrakı əmin-amanlıqla müqa-yisə edib Allaha şükür etməlidirlər.
    Allah yəhudilərə demək istəyir ki, Mən sizə qarşı lütf və mərhəmət göstərdim, sizi iztirab və vəhşətdən xi-las etdim. Bu halda nə üçün Mənim göndərdiyim Peyğəmbərin göstərişləri ilə müxalifət edirsiniz?
    Bu ayə insanlara belə bir dərs verir ki, əgər həyatda yalnız Allaha arxalansalar, Onun tükənməz və mütləq qüdrə-tinə etimad etsələr və düzgün yolda irəliləməkdə səy etmək-dən yorulmasalar ağır və həyəcanlı anlarda Allah onlara kömək edəcəkdir.

    51-54-CÜ AYƏLƏR
    51- ”Və yada salın o zamanı ki, Musa ilə qırx gecə-gündüz vədələşdik (və o, ilahi fərmanı almaq üçün vədəgaha gəldi), son-ra siz dananı (pərəstiş üçün) seçdiniz və bu işlə (özünüzə) zülm etdiniz.”
    52- ”Sizi bu işdən sonra bağışladıq, bəlkə bu nemətin şükrünü yerinə yetirəsiniz.”
    53- ”Və yada salın o zamanı ki, Musaya kitab və haqqı batil-dən seçmə vasitəsi olan Furqan əta etdik ki, bəlkə (doğru yola) hidayət olunasınız.”
    54- ”O zaman Musa öz tayfasına dedi: "Ey mənim qəbiləm! Siz dananı ibadət üçün seçməklə özünüzə zülm etdiniz. Tövbə edin və Xaliqinizə doğru qayıdıb özünüzü qətlə yetirin (cihad edin). Bu iş sizin üçün Allah dərgahında daha yaxşıdır. Sonra Allah sizin tövbənizi qəbul etdi, çünki, O, tövbələri qəbul edən və rəhimlidir.”

    TƏFSİR:
    BƏNİ-İSRAİL TAYFASININ ƏN BÖYÜK XƏTASI
    Quran bu ayədə Bəni-israil tayfasının başına gələn hadisələr tarixindən digər bir hissəyə işarə edib həyə-canlı nöqtələri bəyan edir və onların tarix boyu ən böyük inhiraf və xətalarından, yəni tövhiddən şirkə, danapə-rəstliyə doğru bir inhirafa yuvarlanmalarından söz açır. Və onlara xatırladır ki, siz fitnə-fəsad törədənlərin təhrikləri nəticəsində bir dəfə belə bir taleyə məhkum oldunuz. İndi agah olun, xalis tövhid yolu (İslam və Quran yolu) sizin üzünüzə açılmışdır, onu əldən verməyin.
    Əvvəldə buyurur: "Yada salın o zamanı ki, Musa ilə qırx gecə vədələşdik: 
    وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً
    "O sizdən ayrıldı və otuz gecə vədəsi qırx gecəyə uzandı, siz dananı özünüzə məbud seçdiniz, halbuki bu əməllə özünüzə zülm etdiniz”.
    ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ
    Bu hadisənin ətraflı şərhi "Əraf” surəsinin 142-ci, "Taha” surəsinin 86-cı ayələrindən sonra gələcəkdir ki, onun xülasəsi belədir:
    Bəni-israil fironçuların zülmündən xilas edildik-dən və fironçular suda qərq olduqdan sonra Musaya əmr olundu ki, Tövrat lövhələrini götürmək üçün otuz gecə "Tur” dağına gedib orada qalsın. Amma camaatın sınaqdan keçirilməsi üçün görüş on gün də uzadıldı. Hiyləgər bir kişi olan Samiri fürsətdən istifadə edərək fironçu-lardan Bəni-israilə qənimət qalan qızıl və cəvahiratdan bir dana heykəli düzəltdi ki, ondan xüsusi bir səs eşidi-lirdi. Sonra Bəni-israil tayfasını o danaya sitayiş etməyə dəvət etdi.
    Bəni-israilin əksəriyyəti onun təklifini qəbul etdi. Həzrəti Musanın qardaşı və canişini Harun az bir dəstə ilə tövhid dinində qaldı. Amma nə qədər çalışdısa, başqa-larını bu böyük azğınlıqdan qaytara bilmədi. İş o yerə çat-dı ki, hətta az qaldı Harunun özünü də həlak etsinlər.
    Həzrəti Musa "Tur” dağından qayıdıb bu hadisələri gördükdə, dərindən narahatlıq hissi keçirdi və onları möhkəm danladı. Onlar öz işlərinin çirkinliyini anla-dılar və tövbə etməyi qərara aldılar. Musa əleyhissalam Al-lah tərəfindən onlar üçün böyük bir tövbə vəzifəsini gə-tirdi ki, onun təfsiri sonrakı ayələrdə məlum olacaq.
    Sonrakı ayədə Allah-taala buyurur: "Bu böyük günah ilə belə, yenə sizi əfv etdik, bəlkə Bizim nemətlərimizin şükrünü yerinə yetirəsiniz.” ثُمَّ عَفَوْنَا عَنكُمِ مِّن بَعْدِ ذَلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ
    Bu bəhsin davamında buyurulur: "Yada salın o zamanı ki, Musaya haqqı batildən ayırd etmək üçün kitab əta etdik ki, bəlkə siz hidayət olasınız.” وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ
    "Yada salın o zamanı ki, Musa öz tayfasına dedi: Ey camaat siz dananı özünüzə məbud seçməklə özünüzə zülm etmisiniz.”

    وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ
    "Tövbəniz də belə olmalıdır ki, gərək bir-birinizi öldürə-siniz.”

    فَاقْتُلُواْ أَنفُسَكُمْ 
    Yəni yaxşı insanlar pis insanları öldü-rüb aradan aparsınlar. Əlbəttə, danaya sitayiş etməyənlərə qətl hökmü verilmədi, əksinə onların özünə danaya ibadət edənləri öldürmək əmr olunmuşdu, çünki, onlar müşrik idilər.["Ətyəbül-bəyan”, 2-ci cild, səh:34]
    "Və tövbə etmək Xaliqinizin dərgahında sizin üçün daha yaxşıdır.” 
    ذَلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ
    "Sonra Allah sizin tövbənizi qəbul etdi. O, tövbə qəbul edən və rəhimlidir.”
    فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
    "İnnəküm zələmtüm ənfüsəküm” cümləsi (yəni həqiqətən siz özünüzə zülm etmisiniz) diqqətə layiq bir məsələdir. Çünki, islami nöqteyi-nəzərdən hər bir şəxsin mürtəkib olduğu günah, onun məhz özünə rəva gördüyü zülmdür. Yaramaz işlər günahkar şəxsin heysiyyətini aradan aparır, onu Al-lahın dərgahından uzaqlaşdırır.
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-19)
    Views: 865 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024