İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
    55-56-CI AYƏLƏR
    وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نُّؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ (55) ثُمَّ بَعَثْنَاكُم مِّن بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ (56)
    TƏRCÜMƏ:
    55- ”(Həmçinin yada salın o zamanı ki,) dediniz: Ey Musa! Biz Allahı aşkar surətdə (gözlərimizlə) görməyincə sənə iman gətirməyəcəyik. Bu halda ildırım sizi vurdu, halbuki siz baxır-dınız.”
    56- ”Sonra sizə ölümdən sonra bir daha həyat verdik, bəlkə nemətlərinin şükrünü yerinə yetirəsiniz.”
    QƏRİBƏ BİR İSTƏK
    Bu iki ayə Allahın Bəni-israilə əta etdiyi böyük ne-mətlərdən başqa birinə işarə edir, onların necə də bəhanə axtaran, inadkar insanlar olduğunu, habelə Allahın ağır əzabla onları cəzalandırmasını göstərir. Amma bundan sonra yenə də Allahın lütf və mərhəməti onlara şamil olur.
    Ayə əvvəldə buyurur: "Yada salın o zamanı ki, dediniz: "Ey Musa, nə qədər ki, Allahı aşkar şəkildə görməmişik, biz sənə iman gətirməyəcəyik.” وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نُّؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً
    Bu istək bəlkə də onların cəhalət və nadanlığı səbəbi-lə olmuşdur. Çünki, nadan şəxslər öz hisslərinin fövqün-də dayanan şeyləri dərk etməyə qadir deyillər. Hətta onlar Allahı da gözlə görmək istəyirlər.
    Digər tərəfdən də bu istəyin onların bəhanə axtarmaq və inadkarlığı üzündən olduğunu da ehtimal vermək olar. Çünki, bu xislət həmin tayfanın səciyyəvi xüsusiyyətlərin-dən biri idi. Ümumiyyətlə, onlar aşkar şəkildə Musaya de-dilər ki, biz Allahı gözlərimizlə görməyincə sənə iman gətirməyəcəyik.
    Burada çıxış yolu yalnız bu idi ki, onlar görüb müşa-hidə etməyə qüdrəti olmadığı Allah məxluqlarından biri-ni görsünlər və bilsinlər ki, onların zahiri gözlərinin nəinki Allahı, hətta Allahın məxluqlarından çoxunu belə görməyə qüdrəti yoxdur.
    İldırım çaxıb dağa dəydi, gözləri qamaşdıran nur, vahiməli və qorxunc səs və onunla yanaşı baş verən zəlzələ camaatı elə vəhşətə saldı ki, hamısının cansız cəsədləri torpağın üstünə düşdü.
    Quran cümlənin davamında buyurur: "Sonra həmin halda il-dırım sizi vurdu, halbuki baxırdınız.” فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ
    Musa bu hadisədən bərk narahat oldu. Çünki, Bəni-isra-il rəhbərlərində yetmiş nəfərin həlak olması bəhanəçi-lərin əlinə digər bir əsas verirdi. Bu bəhanə ilə onlar Musa üçün həyatı qaranlıq zindana döndərəcəkdilər. Buna görə də Həzrəti Musa Allahdan istədi ki, onları yenidən diriltsin. Onun bu istəyi qəbul olundu. Belə ki, Quran son-rakı ayədə buyurur: "Biz sizi ölümünüzdən sonra diriltdik, bəl-kə nemətlərin şükrünü yerinə yetirəsiniz.”
    Bu iki ayədə qısa şəkildə gələnlər "Əraf” surəsinin 155-ci və "Nisa” surəsinin 153-cü ayələrində geniş şəkildə bəyan olunmuşdur. Allahı görmək barəsində istək müqəddəs İncilin ingilis dilində mətninin 19-17-16-33; 20-də gəl-mişdir.
    Bu hadisə böyük ilahi peyğəmbərlərin inadkar və nadan camaatı haqq yola dəvət edərkən necə də ağır çətinliklərlə üzləşdiklərini göstərir. Bəzən onlardan ağır möcüzələr istəyir, bəzən bununla da qane olmayıb Allahı zahiri göz-lərlə görməyi tələb edib qətiyyətlə deyirdilər ki, əgər bu is-təyimizi yerinə yetirməsən, bizim iman gətirməyimiz qeyri-mümkün olacaqdır. Bu zaman Allah tərəfindən ağır cəzalan-dırma ilə qarşılaşanda yenidən başqa bir müşkül yara-nırdı ki, əgər Allahın lütfü olmasaydı, bu bəhanələr qur-taran deyildi.
    Həmin bu ağlasığmaz istəyi Peyğəmbərin müxalifləri də ondan tələb etmişdilər. Belə ki, "Nisa” surəsinin 153-cü və "İsra” surəsinin 90-96-cı ayələrində bu məsələ bəyan olu-nub.
    Bunu da qeyd edək ki, həmin ayə bu dünyanın özündə öldükdən sonra yenidən dirilməyi isbat edir. Çünki, bir şeyin bir dəfə baş verməsi sair hallarda da baş vermə-sinin mümkün olduğunu göstərir.

    57-Cİ AYƏ
    وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ (57)
    TƏRCÜMƏ:
    57- ”Və Biz buludu sizin üçün kölgələnəcək qərar verdik və "mənn”[Göyərçinə oxşar quş adıdır.] və səlvanı[Ağacların ləzzətli və xüsusi şirəsi] sizə nazil etdik və (dedik ki,) sizə ruzi olaraq ver-diyimiz (halal və pak) nemətlərdən yeyin (amma siz nankorluq etdi-niz). Onlar bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.”
    TƏFSİR:
    MÜXTƏLİF NeMƏTLƏR
    "Maidə” surəsinin 20-22-ci ayələrindən məlum olduğu ki-mi, Bəni-israil fironçuların zülmündən nicat tapdıqdan sonra, Allah onlara əmr etdi ki, müqəddəs Fələstin ölkəsinə sarı hərəkət etsinlər və orada qalsınlar. Amma Bəni-israil tayfası bu əmri qəbul etməyib dedi:
    قَالُوا يَا مُوسَى إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىَ يَخْرُجُواْ مِنْهَا فَإِن يَخْرُجُواْ مِنْهَا فَإِنَّا دَاخِلُونَ
    "Nə qədər ki, zalımlar (Əmaliqə tayfası) oradan çıxmayıb, biz bu ölkəyə daxil olmayacağıq.”["Maidə” surəsi, 22-ci ayə]
    Onlar bununla da kifayətlənməyib Musaya dedilər:
    قَالُواْ يَا مُوسَى إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُواْ فِيهَا فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلا إِنَّا هَاهُنَا قَاعِدُونَ
    "Sən öz Allahınla gedib onlarla müharibə edin, siz qələbə çaldıqdan sonra biz də gələrik.”[ "Maidə” surəsi, 24-cü ayə]
    Musa bu sözlərdən bərk narahat oldu və Allah dərga-hına şikayət etdi. Nəticədə Bəni-israilin qırx il müddə-tində Sina səhrasında sərgərdan qalmaları əmr olundu. On-lardan bəziləri öz yaramaz işlərindən bərk peşman olub Allaha üz gətirdilər. Allah Bəni-israilə bir daha Öz ne-mətlərini nazil etdi. O nemətlərdən biri də bizim bəhs et-diyimiz ayədir: وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ "Biz buludu sizin üçün kölgələ-nəcək qərar verdik.”
    Sübhdən axşama qədər yandırıcı səhrada günün altın-da yol gedən bir müsafirə günəşin qarşısını alan bir bu-ludun nə qədər faydalı olması aydın bir məsələdir.
    Düzdür ki, səhrada başqa buludların bu cür kölgə sal-maq ehtimalı da vardır, amma ayə aşkar şəkildə buyurur ki, bu iş Bəni-israil barəsində heç də adi iş deyildi
    Onlar Allahın lütfü ilə əksər hallarda bu nemət-lərdən bəhrələnirdilər. Bu yandırıcı və quraqlıq səhranın yolçuları qırx illik bir müddətdə lazımi yeyinti məhsulları-na ehtiyaclı idilər. Allah-taala bu çətinliyi də onlar üçün həll etdik Ayənin ardınca buyurur: "Biz mənn və səlvanı sizə nazil etdik.” وَأَنزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى
    "Sizə əta etdiyimiz bu pak yeməklərdən yeyin (və Allahın əmrlərindən boyun qaçırmayın, nemətlərin şükrünü yerinə yeti-rin).” كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ
    "(Amma yenə də onlar naşükürlük etdilər). Onlar Bizə deyil, yalnız özlərinə zülm etdilər.” وَمَا ظَلَمُونَا وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ

    58-59-CU AYƏLƏR
    وَإِذْ قُلْنَا ادْخُلُواْ هَـذِهِ الْقَرْيَةَ فَكُلُواْ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَداً وَادْخُلُواْ الْبَابَ سُجَّداً وَقُولُواْ حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ (58) فَبَدَّلَ الَّذِينَ ظَلَمُواْ قَوْلاً غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُواْ رِجْزاً مِّنَ السَّمَاء بِمَا كَانُواْ يَفْسُقُونَ (59)
    TƏRCÜMƏ:
    58- ”Və yada salın o zamanı ki, sizə: "Bu qəryəyə (Beytul-mü-qəddəsə) daxil olun və onun bol nemətlərindən istədiyiniz qədər yeyin, onun (Beytul-müqəddəsin) qapısından "Pərvərdigara, bizim günahlarımızı bağışla”, deyərək təvazökarlıqla daxil olun, Biz də sizi bağışlayaq.”-demişdik. Və O, yaxşı əməl sahiblərinə daha çox mükafat verəcəkdir.”
    59- ”Amma zalım şəxslər onlara deyilən bu sözü dəyişdir-dilər (və onun yerinə istehzalı sözlər dedilər). Buna görə də Biz zalımların bu əməlləri və itaətsizlikləri müqabilində asi-mandan (şiddətli) əzab nazil etdik.”
    TƏFSİR:
    BƏNİ-İSRAİLİN KƏSKİN İNADKARLIĞI
    Burada Bəni-israil həyatının başqa bir dövrü ilə qar-şılaşırıq. Bu, onların müqəddəs məkanlara daxil olmala-rı ilə əlaqədardır. Əvvəlki ayə buyurur: "Yada salın o zamanı ki, Biz onlara dedik: "Bu qəryəyə (müqəddəs məkana) daxil olun.”
    وَإِذْ قُلْنَا ادْخُلُواْ هَـذِهِ الْقَرْيَةَ
    Qəryə kəlməsi, bizim dövrümüzdə kənd mənasına işlən-məsinə baxmayaraq, Quranda və ərəb ədəbiyyatında camaatın bir yerə yığışdığı məhələ deyilir, istər böyük şəhər olsun, istərsə də kənd. Burada isə məqsəd Beytul-müqəddəs və sair mü-qəddəs ərazilərdir.
    Sonra ayə əlavə edir: "Onun nemətlərindən istədiyiniz qədər yeyin.” فَكُلُواْ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَداً
    "Və Beytul-müqəddəsin qapısından təvazökarlıqla daxil olun.” وَادْخُلُواْ الْبَابَ سُجَّداً
    "Sonra deyin: Pərvərdigara! Bizim günahlarımızı bağış-la.” وَقُولُواْ حِطَّةٌ
    "Bəlkə sizin xətalarınızı bağışlayam. Biz yaxşı əməl sa-hiblərinə çoxlu savab verəcəyik.” نَّغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ
    Qeyd etmək lazımdır ki, ayədəki "hittətun” kəlməsi lü-ğətdə sürüşmə, aşağı gəlmə mənasınadır. Amma bu ayədə mənası budur ki, "Pərvərdigara, Səndən günahlarımızın tö-külməsini istəyirik.”
    Allah onlara göstəriş verir ki, öz günahlarından tövbə etmək üçün bu cümləni səmimi qəlbdən desinlər və onlara vədə verir ki, bu göstərişə əməl edəcəkləri surətdə onların xəta-larını, günahlarını bağışlasın. Bəlkə də bu səbəbə görə Bey-tul-müqəddəsin qapılarından biri "Babül-hittə” adlandı-rılmışdır. Belə ki, Əbu Həyyan deyir: "Yuxarıdakı ayədə "bab” sö-zündən məqsəd Beytul-müqəddəsin Hittə qapısı adı ilə məşhur olan qapılarından biridir.”["Təfsiri Kaşif”dən nəqlən, 1-ci cild səh:109]
    Ayənin sonunda əlavə edir: "Pak və əməli saleh şəxslər üçün günahların bağışlanmasından əlavə, yenə də mükafat veri-ləcəkdir.” وَسَنَزِيدُ الْمُحْسِنِينَ
    Bir sözlə, Allah-taala onlara göstəriş verir ki, gü-nahlarından tövbə edib qayıtmaq üçün Allah dərgahında öz acizliyini izhar etməkdən əlavə, tövbə və əfv diləmək əla-məti olan bu cümləni də səmimi qəlbdən desinlər. Onlara vədə verir ki, bu göstərişlərə əməl edəcəkləri surətdə günahlarını bağışlayacaq, hətta pak və əməli saleh insan-lara, günahlarının bağışlanmasından əlavə çoxlu savablar da verəcəkdir.
    Amma bildiyimiz kimi, Bəni-israil tayfasının inad-karlığı səbəbi ilə onlardan bir dəstəsi, hətta bu cümləni deməkdən belə imtina etdilər və onun yerinə istehza əlaməti olaraq nalayiq sözlər dedilər. Buna görə də Quran buyurur: "Amma zülm edənlər bu sözləri onlara deyildiyindən başqa şəklə saldılar.” فَبَدَّلَ الَّذِينَ ظَلَمُواْ قَوْلاً غَيْرَ الَّذِي قِيلَ لَهُمْ
    "Biz də bu zülmkarlara öz günah və fisq əməlləri səbəbi ilə asimandan əzab nazil etdik.”
    فَأَنزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُواْ رِجْزاً مِّنَ السَّمَاء بِمَا كَانُواْ يَفْسُقُونَ

    60-CI AYƏ
    وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِّعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْناً قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ كُلُواْ وَاشْرَبُواْ مِن رِّزْقِ اللَّهِ وَلاَ تَعْثَوْاْ فِي الأَرْضِ مُفْسِدِينَ (60)
    TƏRCÜMƏ:
    60- ”Və yadaınıza salın ki, Musa öz tayfası üçün Allahdan su istədikdə, Biz ona "əsanı məxsus bir daşa vur”-dedik. (O, əsanı daşa vuran kimi gözlənilmədən) on iki su çeşməsi qaynamağa başladı. Bəni-israilin on iki tayfasından hər biri öz məxsus çeşməsini ta-nıdı. Və Biz onlara: "İlahi nemətlərdən yeyib-için, yer üzündə fəsad etməyin”-dedik.”
    TƏFSİR:
    SƏHRADA ÇeŞMƏ QAYNAMASI MÖCÜZƏSİ
    Yenə də bu ayədə Allah-taala Bəni-israilə əta etdiyi mü-hüm nemətlərdən birinə işarə edərək buyurur: "Yada salın o zamanı ki, Musa (ə) (susuz çöldə, Bəni-israilin su cəhətindən çətinlikdə olduqları vaxt) Allahdan öz tayfası üçün su istədi.”
    وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ
    Allah bu duanı qəbul etdi. Belə ki, Quran buyurur: "Biz ona göstəriş verdik ki, öz əsasını məxsus daşa vursun.”
    فَقُلْنَا اضْرِب بِّعَصَاكَ الْحَجَرَ
    "Gözlənilmədən o daşdan su qaynamağa başladı və (Bəni-israil qəbilələrinin sayına uyğun olaraq) on iki çeşməyə ayrıldı və sürətlə axmağa başladı.” فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْناً
    Bu çeşmələrdən hər biri müəyyən bir tayfaya tərəf ax-mağa başladı. Belə ki, Bəni-israil qəbilələrindən hər bi-ri öz çeşməsini gözəl şəkildə tanıyırdı. قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ
    Bu daşın necə daş olması, habelə Musanın (ə) o daşa əsa ilə necə vurması və suyun ondan hansı surətdə axmağa başlaması barəsində çoxlu sözlər deyilmişdir. Quranın bu barədə buyurduğu budur ki, Musa əsanı daşa vurdu və on iki çeşmə axmağa başladı.
    Bu hadisə İncilin İksut və İksvot kitabında da nəql olunmuşdur, lakin orada çeşmələrin sayı qeyd olunmamış-dır.[İncilin 1 və 6-cı ayələri]
    Ümumiyyətlə, Allah-taala bir tərəfdən onlara "mənn” və "səlva” nazil edir, digər tərəfdən isə kifayət qədər su verir və onlara buyurur ki, Allahın nemətlərindən yeyib-için, am-ma yer üzərində təxribat və fəsad etməyin.
    كُلُواْ وَاشْرَبُواْ مِن رِّزْقِ اللَّهِ وَلاَ تَعْثَوْاْ فِي الأَرْضِ مُفْسِدِينَ
    Həqiqətdə bu ayə onlara xatırladır ki, heç olmasa tə-şəkkür əlaməti olaraq, bu böyük nemətlər müqabilində pey-ğəmbərlərə əzab-əziyyət verməkdən, onların əmrləri qarşı-sında inadkarlıqdan əl çəksinlər.

    61-Cİ AYƏ
    وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نَّصْبِرَ عَلَىَ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الأَرْضُ مِن بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُواْ مِصْراً فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآؤُوْاْ بِغَضَبٍ مِّنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعْتَدُونَ (61)
    TƏRCÜMƏ:
    61- ”Və yada salın o zamanı ki, siz: "Ya Musa, biz heç vaxt bir növ təam ilə kifayətlənməyəcəyik. Öz Rəbbindən istə ki, yerin bitirdiyi şeylərdən-tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından bizim üçün gətirsin”-dediniz. Musa da: "Məgər siz xe-yirli olan şeyləri bu cür pis şeylərlə dəyişdirirsinizmi? (İndi ki, belədir, çalışın bu səhradan) bir şəhərə daxil olun, çünki, istədi-yiniz şeylərin hamısı orada vardır”-dedi. Zillət, xarlıq və miskin-lik damğası onların alnına vuruldu və yenidən Pərvərdigarın qəzəbinə düçar oldular. Çünki, onlar ilahi ayələrə qarşı küfr edir, peyğəmbər-ləri nahaq yerə öldürürdülər. Bu, onların asi olduqlarına, günahkar və inadkar olub hədlərini aşdıqlarına görə idi.”
    TƏFSİR:
    MÜXTƏLİF NÖV YeMƏKLƏR İSTƏMƏK
    Allahın Bəni-israilə əta etdiyi bol nemətləri şərh edərkən bu ayə onların nemətlər qarşısında naşükürlük-lərini əks etdirir və onların necə də inadkar bir tayfa olduğunu göstərir. Bəlkə də bu itaətsizlik tarixdə misli görünməmiş inadkarlıqdır ki, heç bir millətə bu qədər nemət əta olunmamışdı, amma onlar bunun müqabilində Allaha qarşı bu qədər naşükürlük və üsyankarlıq etdilər.
    Ayə əvvəldə buyurur: "Yada salın o zamanı ki, dediniz: "Ey Musa, biz heç vaxt bir növ qida ilə kifayətlənməyəcəyik ("mənn” və "səlva” nə qədər yaxşı və ləzzətli olsa da, biz növbənöv yeməklər istəyirik).” وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نَّصْبِرَ عَلَىَ طَعَامٍ وَاحِدٍ
    "Buna əsasən, öz Allahından istə ki, bizə yerdən göyərənləri - gö-yərti, xiyar, sarımsaq, mərci və soğan əta etsin.”
    فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الأَرْضُ مِن بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا
    Amma Musa onlara dedi: "Məgər siz pis yeməyi sizə əta olunan yaxşı yeməklərlə dəyişirsinizmi? قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ
    İndi ki, belədir, bu səhradan gedin və bir şəhərə da-xil olmağa çalışın. Çünki, istədiklərinizin hamısı ora-da vardır. اهْبِطُواْ مِصْراً فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ
    Sonra Quran buyurur: "Allah zillət və fəqirlik damğası-nı onların alnına vurdu.” وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ
    "Və bir daha onlar ilahi əzaba giriftar oldular.”
    وَبَآؤُوْاْ بِغَضَبٍ مِّنَ اللَّهِ
    "Çünki, onlar ilahi ayələri inkar edib peyğəmbərləri nahaq yerə öldürürdülər.” ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ
    "Ona görə ki, onlar günah işlər görüb təcavüz edirdilər.”
    ذَلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعْتَدُونَ
    NƏ ÜÇÜN BƏNİ-İSRAİL ZİLLƏT MÖHÜRÜ İLƏ DAMĞALANDI?
    Yuxarıdakı ayədən aydın olur ki, onlar iki səbəbə görə zillət və xarlığa düçar oldular: onlardan biri ilahi nemətlərə küfr və naşükürlük edib Allahın göstəriş-lərindən boyun qaçırmaları, tövhiddən inhirafa, şirkə yuvarlanmaları, digəri isə Allahın göndərdiyi ilahi şəxsləri nahaq yerə öldürmələri idi. Bu daş ürəklilik və ilahi qanunlara etinasızlıq, hətta hal-hazırda da yəhudi-lərin arasında aydın şəkildə görünməkdədir. Bütün insani qanunlara təcavüz etmək onların əbədi zillət və bədbəxtlik-lərinə səbəb oldu.
    Bu cümlələri yazdığım bir vaxtda müsəlman ölkəsi olan Livan, qəsavətli yəhudi tayfalarının dağıdıcı və vəhşətli zərbələri altındadır. Minlərlə qadın, uşaq, cavan, qoca, hətta xəstəxanalardakı xəstələr belə, faciəli tərzdə, vəh-şicəsinə qətlə yetirilir. Müasir dövrdə də, iyirmi birin-ci əsrin astanasında olduğumuz bir vaxtda belə, bu vəhşi hərəkətlərin şahidiyik və şübhəsiz, bu zalımlar öz qəd-darlıqlarını gələcəkdə də davam etdirəcəklər.

    62-Cİ AYƏ
    إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ (62)
    TƏRCÜMƏ:
    62-”İslam Peyğəmbərinə iman gətirənlər, yəhudilər, nəsra-nilər və sabeinlər (Həzrəti Yəhya (ə), yaxud Nuh (ə), yaxud İbrahi-min (ə) ardıcılları) içərisində Allaha, Qiyamət gününə iman gətirib saleh əməl edənlərin mükafatları Pərvərdigarın ya-nındadır və onlar üçün heç bir qorxu, qəm-qüssə yoxdur.” (Öz zaman-larında ilahi əmrlər əsasında əməl edən hər bir dinin ardıcıl-larına Allah tərəfindən savab veriləcək və onlar qurtuluşda-dırlar.)
    TƏFSİR:
    QURTULUŞUN ÜMUMİ QANUNU
    إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ
    Buna əsasən, "onların nə gələcəkdən qorxusu, nə də keçmiş-dən qəm-qüssələri vardır.” وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    Bu ayə təqribən həmin ifadə ilə "Maidə” surəsinin 69-cu ayəsində və bir qədər fərqlə "Həcc” surəsinin 17-ci ayəsində gəl-mişdir.
    "Maidə” surəsində həmin ayədən sonra gələn ayələr gös-tərir ki, yəhudilər və nəsranilər öz dinlərinin başqa din-lərdən üstün olması ilə fəxr edirdilər. Beləliklə də, be-hişti özlərinə məxsus bilirdilər.
    Bəlkə bu cür iftixarlar müsəlmanların arasında da olmuşdur. Qeyd olunan ayə buyurur ki, həqiqi iman, xüsusilə saleh əməl olmadan gətirilən iman istər müsəlmanlardan, istər yəhudilərdən, istərsə də nəsranilərdən və sair din ardı-cıllarından baş verərsə, heç bir dəyərə malik deyil. Yalnız həqiqi, xalis, yaxşı və saleh əməllə yanaşı olan imanın Qiya-mət gününün ədalət məhkəməsində, Allah dərgahında dəyəri vardır. Yalnız bu proqram mükafata, xatircəmlik və əmin-amanlığa səbəb ola bilər.
    Sabeinlərin kim olması barəsində Rağib öz "Müfrədat” kitabında belə yazır: Onlar Nuhun (ə) ardıcıllarından olan bir dəstə idi. Onların möminlər, yəhudi və nəsranilər cərgə-sində qeyd olunmaları göstərir ki, onlar asimani dinlərdən birinin ardıcılları olmuş, Allaha və Qiyamətə iman gətir-mişlər.
    Bəzilərinin onları müşrik və ya ulduzpərəst, bəzi-lərinin isə məcus hesab etmələri əsla düzgün deyildir. Çünki, sabeinlər inanırdılar ki, ilk asimani kitablar Adəmə, ondan sonra Nuha, ondan sonra Sama, daha sonra Rama, ondan sonra İbrahimə, daha sonra Musaya və Yəhya ibni Zəkə-riyyaya nazil olunmuşdur.
    Sabeinlərin kim olması barəsində əlavə nəzərlər də vardır. Biz bu qədərlə kifayətlənirik.
    ƏHLİ-KİTAB KİMLƏRDİR?
    Kitab əhli Quranın otuzdan çox ayəsində qeyd olunmuş-dur və əsas etibarı ilə yəhudilərə və nəsranilərə işarə edilir.
    Zahirən kitab sahibi olan bütün peyğəmbərlərin ardı-cıllarını əhli kitab adlandırmaq olar. Onun ən bariz nümu-nələri yəhudilər və məsihilərdir.
    Belə olan halda biz Həzrəti Rəsuli-əkrəmdən (s.ə.v.v) nəql olunan hədisi qeyd edirik. Həzrətdən soruşdular: "Allah-taala neçə kitab nazil etmişdir?” Həzrət buyurdu: "Yüz dörd kitab; on-lardan on kitabı Adəmə, əllisini Şeysə; İdrisə otuz kitab nazil etmişdir. O qələmlə yazan ilk şəxsdir. İbrahimə on kitab, həmçi-nin Tövrat, İncil, Zəbur və Furqanı nazil etmişdir.”["Məcməul-bəyan” 10-cu cild, səh:474]

    63-64-CÜ AYƏLƏR
    وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاذْكُرُواْ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ (63) ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَلِكَ فَلَوْلاَ فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ (64)
    TƏRCÜMƏ:
    63- ”Yada salın o zamanı ki, sizinlə əhd-peyman bağladıq və "Tur” dağını başınız üzərinə qaldırdıq (və dedik ki,) sizə verdi-yimiz ayə və göstərişləri qüdrətlə götürün və onun içindəkiləri yadınızda saxlayın (və ona əməl edin) ki, bəlkə təqvalı olasınız.”
    64- ”Siz bu hadisədən sonra əhdinizdən üz döndərdiniz. Əgər Allahın (sizə qarşı) fəzl və rəhməti olmasaydı, hökmən ziyana uğrayanlardan olardınız.”
    TƏFSİR:
    Allah ayələrini qüvvətlə tutun!
    Bu ayələrdə Bəni-israildən Tövratın göstərişlərinə əməl etmək üçün əhd-peyman alınması və sonra onların bu əhd-peymanı pozmalarına işarə edilmişdir.
    Əvvəldə buyurulur: "Yada salın o zamanı ki, Biz sizinlə əhd-peyman bağladıq” وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ
    "Və Tur dağını sizin başınız üstündə qərar verdik.”
    وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ
    "Və dedik ki, sizə verilən ilahi ayələri qüdrət və qüvvə ilə götürün.” خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ
    "Və onda olanları dəqiq şəkildə yadda saxlayın (və ona əməl edin) ki, bəlkə təqvalı olasınız.” وَاذْكُرُواْ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
    "Amma siz öz əhd-peymanınızı unutdunuz və bu hadisədən sonra üz çevirdiniz.” ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَلِكَ فَلَوْلاَ فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ
    "Əgər Allahın (sizə qarşı) fəzl və rəhməti olmasaydı, hök-mən ziyana uğrayanlardan olardınız.”
    Burada əhd-peyman dedikdə, həmin surənin 40-cı ayəsin-də, habelə, 83 və 84-cü ayələrində nəzərdə tutulanlardır. Yəni bu əhd-peymandan məqsəd, Allahı yeganə bilmək, ata-anaya, qohum-əqrəbaya, yetimlərə və fəqirlərə kömək və yax-şılıq etmək, gözəl danışmaq, namaz qılıb, zəkat vermək və Tövratda bəyan olunduğu kimi, qan tökməkdən uzaq olmaqdır.
    "Maidə” surəsinin 12-ci ayəsindən məlum olur ki, Allah-taala yəhudilərdən əhd-peyman aldı ki, bütün ilahi peyğəmbərlərə iman gətirsinlər, onlara arxa dursunlar və Allah yolunda sədəqə verib peyğəmbərlərə yardım etsinlər.
    Həmin ayədə də onlara zəmanət verir ki, əgər bu əhd-peymana əməl etsəniz behişt əhli olarsınız.
    DAĞ BƏNİ-İSRAİLİN BAŞI ÜSTÜNDƏ NECƏ QƏRAR TUTUR?
    Böyük İslam təfsirçisi mərhum Təbərsi, ibni Zeyddən belə nəql edir: Musa (ə) Tur dağından qayıdanda və Tövratı gətirdikdə, öz tayfasına dedi: "Sizə bir asimani kitab gə-tirmişəm. O, dini göstərişləri, halal-haramı bəyan edir. Elə göstərişlərdir ki, Allah-taala onu sizin üçün əməl qanunu qərar vermişdir. Onu götürün və hökmlərə əməl edin.”
    Yəhudilər Həzrəti Musanın onlar üçün çətin vəzifə-lər gətirdiyini bəhanə edərək inadkarlıq və üsyankarlıq yolunu tutdular. Allah da mələklərə əmr etdi ki, Tur dağı-nın böyük bir parçasını qoparıb onların başı üstündə saxlasınlar.
    Bu zaman Musa (ə) elan etdi ki, əgər əhd-peyman bağlayıb Allahın göstərişlərinə əməl etsəniz və öz inadkarlığı-nızdan əl çəkib tövbə etsəniz, bu əzab və cəza sizdən dəf ediləcəkdir; əks halda hamılıqla həlak olacaqsınız. Onlar təslim olub Tövratı qəbul etdilər və Allah qarşısında səc-dəyə düşdülər, halbuki hər an o dağın onların üstünə düş-mək ehtimalı var idi. Yalnız bu əməldən tövbə etmək nəticə-sində ilahi əzab onlardan götürüldü.["Məcməül-bəyan” və "Əraf” surəsinin 171-ci ayəsini bəyan edən sair təfsir kitabları; Həmin mövzu ilə əlaqədar olaraq "Bəqərə” surəsinin 93-cü, "Nisa” surəsinin 104-cü, "Əraf” surəsinin 171-ci ayələrində azacıq təfavüt-lə nəql edilmişdir.]
    Dağın Bəni-israilin başı üstündə necə qərar tutması barəsində bəzi təfsirçilər yazırlar ki, Allah-taalanın əmri əsasında Tur dağı yerindən qoparaq onların başı üzə-rində qərar tutdu. Quranda gələn yuxarıdakı hadisə yəhudi-lər üçün tamamilə məlum bir məsələ idi. Onlar bu hadisə-ni Tövratın 1-ci surəsinin 2-ci ayəsində oxumuşdular. Orada deyilirdi: "Mən dağdan Sizin başınız üzərində tavan qərar verirəm.”

    65-66-CI AYƏLƏR
    وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ (65) فَجَعَلْنَاهَا نَكَالاً لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ (66)
    TƏRCÜMƏ:
    65- ”Hökmən, şənbə günündə sizin içərinizdən üsyankarlıq və günah edən şəxslərin halını bildiniz. Biz onlara: "Zəlil və qovul-muş meymunlar şəklinə düşün!”-dedik.”
    66- ”Biz bu hadisəni o dövrün camaatına, habelə onlardan sonra gələnlər üçün ibrət, cəzalandırma, müttəqilərdən ötrü nəsihət olsun deyə, etdik.”
    TƏFSİR:
    ŞƏNBƏ GÜNÜNÜN ÜSYANKARLARI
    Bu iki ayə də əvvəlki ayələr kimi yəhudilərin üsyan-karlıq və itaətsizlik ruhiyyəsinə, onların maddi məsələ-lərə həddindən artıq maraqlı olmalarına işarə edir. Əv-vəldə buyurur: "Hökmən şənbə günləri (aranızda olan) günah və üsyankarlıq edən kəslərin halını bildiniz.”
    وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ
    "(Həmçinin bunu da bildiniz ki,) biz onlara dedik: Qovul-muş meymunlar şəklinə düşün.” فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ
    Bəziləri belə təsəvvür edə bilər ki, yəhudilərin ha-zırkı vəziyyəti və onların zahiri tərəqqiləri, ikinci dünya müharibəsindən, yaxud Beytul-müqəddəsi işğal etdikdən son-rakı mövqeləri bu məsələ ilə uyğun deyildir; amma doğrusu budur ki, onların hamısı əksər millətlər tərəfindən nif-rətlə qarşılanır və heç vaxt həqiqi asayişləri yoxdur. Yəhu-di kəlməsi xəsis, paxıl mənasında atalar sözünə çevril-mişdir. Bu onların ideoloji puçluğu və başqalarına nif-rət etməsinə görədir ki, bir çox hallarda, o cümlədən Fə-ləstin, Livan və sair bir kimi məsələlərdə özünü aşkar şə-kildə göstərməkdədir.
    "Biz bu cəzalandırmanı o dövrün camaatına və ondan sonra gələn xalqlara ibrət, həmçinin pəhrizkar və təqvalı şəxslər üçün öyüd-nəsihət və moizə qərar verdik.”
    فَجَعَلْنَاهَا نَكَالاً لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
    İmam Baqir və İmam Sadiq (ə) bu ayənin mənası barə-sində buyurmuşlar: "Ma bəynə yədəyha” kəlməsi o dövrün insanla-rına, "ma xəlfəha” isə biz müsəlmanlara aid olur.” Yəni bu ibrət dərsi heç də Bəni-israilə məxsus olmayıb, bütün insanlara şa-mildir.[Məcməul-bəyan”, 1-ci cild, səh:130]
    HƏZRƏTİ MUSANIN İLAHİ MÖCÜZƏSİ
    Hər hansı bir Peyğəmbər (s.ə.v.v) özünü Allah tərəfindən göndərilən bir şəxs, mötəbər və həqiqi rəsul kimi öz millə-tinə tanıtdırmaq istəsəydi, öz iddiasını Allah tərəfindən ona verilən möcüzə vasitəsi ilə isbat etməli idi. Burada qeyd etmək lazımdır ki, ilahi, xariqul-adə, heyrətamiz və fövqəl-təbii hadisələr (Quranın təbiri ilə) möcüzə surətində Musaya (ə) verilmişdi ki, onun Peyğəmbərçiliyinin sübutu olsun. Bu möcüzələrdən hər biri öz yerində araşdırılacaq. Onlar aşağıdakılardan ibarətdir:
    1- Həzrəti Musanın əsasının böyük əjdaha surətinə düşməsi;[Əraf” surəsi, 107-ci aəyə, "Şüəra” surəsi, 32-ci ayə]
    2- Musa əleyhissəlamın əlinin nurani olması;[Şüəra” surəsi, 33-cü ayə, "Əraf” surəsi, 108-ci ayə]
    3- Dəryanın yarılması;["Bəqərə” surəsi, 50-ci ayə]
    4- Daşın içərisindən su qaynaması;[Bəqərə” surəsi, 60-74-cü ayələr]
    5- Asimandan mənn və səlvanın nazil olması;[Bəqərə” surəsi, 57-ci ayə]
    6- Buludun Bəni-israil tayfasının üzərinə kölgə salması;[Bəqərə” surəsi, 57 və 93-ci ayələr]
    7- Ölülərin dirildilməsi;["Bəqərə” surəsi, 56 və 73-cü ayələr]
    8- Dağın Bəni-israil tayfasının başı üzərində göydən asılı vəziyyətdə qalması;["Bəqərə” surəsi, 63-cü ayə]
    9- Zalımların məsx olunaraq meymun şəklinə düşməsi.[Bəqərə” surəsi, 66-cı ayə, "Əraf” surəsi, 166-cı ayə]
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-15)
    Views: 963 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024