İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran
    «BƏQƏRƏ» SURƏSİ 83-186-cı ayələrinin təfsiri

    83-86-CI AYƏLƏR

    وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لاَ تَعْبُدُونَ إِلاَّ اللّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسْناً وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلاَّ قَلِيلاً مِّنكُمْ وَأَنتُم مِّعْرِضُونَ (83) وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لاَ تَسْفِكُونَ دِمَاءكُمْ وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ (84) ثُمَّ أَنتُمْ هَـؤُلاء تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقاً مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاء مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلاَّ خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ (85) أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الْحَيَاةَ الدُّنْيَا بِالآَخِرَةِ

    فَلاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنصَرُونَ (86)
    TƏRCÜMƏ:

    83- ”Və (yada salın) o zamanı ki, Bəni-israildən:” Allahdan qey-risinə sitayiş etməyin, ata-ananıza, yaxın qohumlarınıza, ye-timlərə, miskinlərə yaxşılıq edin, camaatla yaxşı danışın! Namaz qılıb, zəkat verin.”-deyə əhd-peyman aldıq. (Amma əhd-pey-man bağlamalarına baxmayaraq) sizin az bir dəstəniz istisna ol-maqla, hamınız itaətdən boyun qaçırdınız və (öz vədənizə vəfa etməkdən) üz çevirdiniz.”

    84- ”Və (yada salın o zamanı ki,) sizdən əhd-peyman aldıq ki, bir-birinizin qanınızı axıtmayın, bir-birinizi öz yurdunuzdan çıxarmayın və siz iqrar etdiniz (və əhd-peymana) şahid oldunuz.”

    85- ”Amma (ey yəhudilər,) siz o adamlar idiniz ki, (bu əhd-pey-mandan sonra) bir-birinizi qətlə yetirdiniz, özünüzdən olan bir dəstəni yurdunuzdan çıxardınız və bu günah və təcavüzkarlıqda həmkarlıq etdiniz. (Bunların hamısı Allah ilə bağlanan əhd-peymanın pozulması idi.) Amma onlardan bəziləri əsir kimi ya-nınıza gəlsələr, fidyə verib azad edirsiniz! Halbuki, onların yurdlarından çıxarılması sizə haramdır. Aya asimani kitabın göstərişlərindən bəzi hissələrinə iman gətirib, bəzi his-sələrinə qarşı kafir olursunuz? Sizlərdən hər kəs bu əməli etsə (ilahi hökm və qanunların arasında ayrı-seçkilik salsa), onun bu dünyada yalnız rüsvay olmaqdan, Qiyamətdə isə dərdli əzaba düçar olmaqdan başqa bir şey nəsibi olmayacaq. Allah sizin əməlləri-nizdən heç də qafil deyil.”

    86- ”Bunlar həmin kəslərdir ki, axirəti dünya həyatı müqa-bilində satdılar. Buna görə də onların cəzalandırılmasında gü-zəştə gedilməz və heç kəs onlara kömək etməz.”
    TƏFSİR:
    ƏHD-PeYMAN POZANLAR

    Keçən ayələrdə Bəni-israilin Allahla bağlanan əhd-pey-manı qısa şəkildə qeyd olundu. Amma, indi sözü gedən ayələrdə Allah bu tayfa ilə bağlanan əhd-peymanın bəzi hissələrinə işarə edir ki, onların böyük əksəriyyətini ilahi dinin sabit qanunlarından hesab etmək olar. Çünki, bütün asimani dinlər-də bu əhd-peyman və göstərişlər müəyyən qədər mövcuddur.

    Bu ayələrdə Qurani-məcid yəhudiləri kəskin tərzdə mə-zəmmət edib buyurur ki, nə üçün əhd-peymanı pozdunuz! Və on-arı əhd-peymanı pozduqlarına görə bu dünyada rüsvayçılıq-la, axirətdə isə ağır cəzalandırmaqla təhdid edir. Bəni-is-railin özlərinin şahid olub iqrar etdiyi bu əhd-peymanda aşağıdakı məsələlər var idi:

    1- Yeganə Allaha sitayiş etmək, Onu vahid bilmək;

    Əvvəlki ayə buyurur: "Yada salın o zamanı ki, Bəni-israil-dən belə bir əhd-peyman aldıq ki, yeganə Allahdan başqasına sita-yiş etməsinlər. (Heç bir bütün qarşısında boyun əyməsinlər.)”

    وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لاَ تَعْبُدُونَ إِلاَّ اللّهَ

    2-”Və öz ata-ananıza qarşı yaxşılıq edin.” وَبِالْوَالِدَيْنِ إِحْسَاناً

    3-”Öz qohum-əqrəbanıza, yetimlərə, kasıblara qarşı gözəl rəftar, ehsan edin.” وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ

    4-”Və camaatla yaxşı kəlamlarla danışın.” وَقُولُواْ لِلنَّاسِ حُسْناً

    5-”Və namaz qılın (və hər bir halda Allaha diqqət yetirin)”.

    وَأَقِيمُواْ الصَّلاَةَ

    6-”Zəkatı (məhrumların haqqını) verməkdə səhlənkarlıq etməyin.” وَآتُواْ الزَّكَاةَ

    "Amma az bir dəstəniz istisna olmaqla, siz bu hökmdən bo-yun qaçırdınız və öz əhdinizə vəfa etməkdən üz çevirdiniz.”

    ثُمَّ تَوَلَّيْتُمْ إِلاَّ قَلِيلاً مِّنكُمْ وَأَنتُم مِّعْرِضُونَ

    7- ”Yada salın o zamanı ki, sizdən əhd-peyman aldıq ki, bir-birinizin qanını axıtmayın.” وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لاَ تَسْفِكُونَ دِمَاءكُمْ

    8-”Bir-birinizi öz ev-eşiyinizdən və vətəninizdən çıxartma-yın.” وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ

    9- ”Əgər müharibədə bir kəs sizə əsir düşsə, hamınız onun azad olmasına kömək edin, fidyə verib onu azad edin.”

    أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ

    "Siz bunları iqrar etdiniz və özünüz bu əhd-peymana şahid idiniz.” ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ

    "Amma ilahi əhd-peymanın bir çox maddələrini pozdunuz. Siz bir-birinizi qətlə yetirdiniz və bir dəstə insanı öz vilayətlərindən çıxartdınız.” ثُمَّ أَنتُمْ هَـؤُلاء تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقاً مِّنكُم مِّن دِيَارِهِمْ

    "Və bu günah və təcavüzkarlığın yerinə yetirilməsində bir-birinizə kömək etdiniz.” تَظَاهَرُونَ عَلَيْهِم بِالإِثْمِ وَالْعُدْوَانِ

    Bütün bunlar Allah-taala ilə bağlanan əhd-peymanın po-zulması idi.

    "Amma, onlardan bəziləri əsir düşüb sizin yanınıza gəldikləri vaxt fidyə verir, onları azad edirsiniz.” وَإِن يَأتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ

    "Halbuki, onların öz ev-eşiklərindən çıxarılması əvvəldən sizə haram idi.” وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ

    Təəccüblü budur ki, siz "fidyə verib əsirləri azad etməkdə Tövratın hökmünə və ilahi əhd-peymana istinad edirsiniz.” İla-hi kitabın bəzi göstərişlərinə iman gətirib, bəzisinə kafir olursunuz?! أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ

    "İlahi hökmlər barəsində rəva görülən belə bir ayrı-seçki-liyin kəskin cəzası dünyada rüsvayçılıqdan başqa bir şey olmaya-caqdır.” فَمَا جَزَاء مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلاَّ خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا

    "Qiyamətdə isə ən ağır əzablara düçar olacaq.”

    وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ

    "Allah sizin əməllərinizdən heç də qafil deyil.”

    وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

    Allah bütün əməlləri dəqiq şəkildə hesaba gətirmiş-dir və onların əsasında sizi ədalət məhkəməsində mühaki-məyə çəkəcəkdir.

    Sözü gedən axırıncı ayə, həqiqətdə bir-birinə zidd olan bu iki mətləbin məqsədini bəyan edərək buyurur:

    أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الْحَيَاةَ الدُّنْيَا بِالآَخِرَةِ فَلاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنصَرُونَ

    "Onlar həmin kəslərdir ki, axirəti dünyaya satdılar.”

    Həmin səbəbə görə onlara verilən əzabda heç də güzəştə gedilməyəcək, cəza yüngülləşdirilməyəcək və heç kəs onlara kömək etməyəcək.
    MİLLƏTLƏRİN HƏYATININ DAVAM ETMƏSİ ÜÇÜN ƏN GÖZƏL PROQRAM

    Bu ayələr, Bəni-israil haqqında nazil olmasına baxma-yaraq, bütün insanlar barəsində olan bir sıra ümumi qanun-ları bəyan edir, millətlərin əbədi qalıb həyatını davam et-dirməsini və başıuca olmasının, yaxud məğlubiyyətlə qar-şılaşmasının amillərini qeyd edir.

    Quran nəzərindən millətlərin öz varlıqlarını qoru-yub saxlaması və başıuca olması o zaman mümkündür ki, ən böyük qüdrətə arxalansınlar və bütün hallarda Ondan göstə-riş alsınlar. Elə bir qüdrətə arxalansınlar ki, fənaya, za-vala uğramağın Onda mənası yoxdur: yalnız Onun qarşısında təzim etsinlər. Əgər belə edərlərsə, heç kəsdən qorxuları, vəhşətləri olmayacaq. Aydındır ki, belə bir varlıq böyük Ya-radandan başqası ola bilməz. Bəli, bu arxalanacaq yalnız Allahdır: لاَ تَعْبُدُونَ إِلاَّ اللّهَ

    Digər tərəfdən, millətlərin əbədi qalması üçün onla-rın arasında sıx birlik lazımdır. Bu əməl o zaman mümkün ola bilər ki, qohumluq rabitəsində bağlılıq telləri ən ya-xın olan ata-anasına, sonrakı mərhələdə öz qohum-əqrəbası-na, daha sonra isə bütün cəmiyyət fərdlərinə yaxşılıq etsin, nəticədə hamı bir-birinə həmkar və yardımçı olsun. Xüsu-silə zəif şəxsləri himayə altına alsınlar ki, düşmənlə-rin tələlərinə düşməsinlər.

    وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى... وَقُولُواْ لِلنَّاسِ حُسْناً

    Hər bir millətin maddi vəziyyətinin möhkəmləndi-rilməsi sinfi ziddiyyətlərin və irqi ayrı-seçkiliyin ara-dan qaldırılmasında, bir millətin ruhunun canlı saxlan-masında özünə məxsus rol ifa edir ki, onun əsas hissələ-rindən biri də zəkat verməkdir. وَآتُواْ الزَّكَاةَ

    Digər tərəfdən isə hər hansı bir millətin məğlub olub fənaya düçar olması onların aralarındakı rabitələ-rin pozulması, çəkişmələrin yayılması və daxili mühari-bələrin baş verməsi nəticəsində olur. Bir-birinin qarşı-sında cəbhələşən, təfriqəyə düçar olan, həmkarlıq və qar-şılıqlı yardım əvəzinə bir-birinin canına düşən, bir-birinin mal-dövlətlərini və ölkələrini işğal etmək fik-rində olan, nahaq qanlar axıtmaq üçün qollarını çırma-layan, mal-dövlətini ələ keçirib özlərini sərgərdan qoymağa çalışan bir millətin özü gec-tez məhv olacaq, ölkələri vi-ran olacaq, cəmiyyətləri isə bədbəxt olacaqdır.

    لاَ تَسْفِكُونَ دِمَاءكُمْ وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ

    Nəhayət, millətlərin süquta, tənəzzülə uğrama amillə-rindən biri də qanunların icrasında ayrı-seçkiliyə yol ver-məkdir. Yəni onların fərdi mənafeylərinə uyğun olanları icra edib, ictimaiyyətin xeyrinə olanları isə kənara qoymaq-dır. أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ

    Millətlərin inkişaf və tərəqqiyə nail olması, yaxud tənəzzülə uğraması səbəbləri Quran nəzərində məhz sadala-dıqlarımızdan ibarətdir.
    87-88-Cİ AYƏLƏR

    وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِن بَعْدِهِ بِالرُّسُلِ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ أَفَكُلَّمَا جَاءكُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقاً كَذَّبْتُمْ وَفَرِيقاً تَقْتُلُونَ (87) وَقَالُواْ قُلُوبُنَا غُلْفٌ بَل لَّعَنَهُمُ اللَّه بِكُفْرِهِمْ فَقَلِيلاً مَّا يُؤْمِنُونَ (88)
    TƏRCÜMƏ:

    87- ”Şübhəsiz, Biz Musaya kitabı (Tövratı) əta etdik. Ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik, İsa ib-ni Məryəmə aydın dəlillər, möcüzələr bəxş etdik. Onu Ruhul-qudusun vasitəsi ilə qüvvətləndirdik. Məgər hər hansı bir pey-ğəmbər sizin nəfsani istəklərinizin əleyhinə çıxan zaman, onun müqabilində təkəbbür etmədinizmi, ona iman gətirməkdən im-tina etmədinizmi? (Bununla kifayətlənmədiniz, hətta) onla-rın bəzilərini təkzib edib, digər bir qismini qətlə yetirdi-niz.”

    88- ”(Onlar istehza üzündən) deyirdilər: "Bizim qəlblərimiz qılafdadır (paslanıbdır, biz sənin sözlərindən heç nə başa düşmü-rük. Bəli, elə bu cürdür,) Allah onların etdikləri küfrlər səbəbi ilə onlara lənət etmiş, Öz rəhmətindən uzaqlaşdırmış, məhrum etmişdir (həmin səbəbə görə heç nəyi dərk etmirlər). Onlardan çox az bir hissəsi iman gətirər.”
    TƏFSİR:
    QILAFDA OLAN QƏLBLƏR

    Bu ayələrdə söhbət yenə də Bəni-israil barəsində gedir. Onun məhfum və meyarlarının ümumi və hamıya aid olması-na baxmayaraq, xitab Bəni-israilə yönəldilir.

    Əvvəldə buyurulur: "Biz, şübhəsiz, Musaya asimani kitabı (Tövratı) verdik.” وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ

    "Ondan sonra peyğəmbərləri ardıcıl olaraq göndərdik.” (Da-vud, Süleyman, Yusif, Zəkəriyya, Yəhya və sairə peyğəmbərləri göndərdik.) وَقَفَّيْنَا مِن بَعْدِهِ بِالرُّسُل

    "Məryəm oğlu İsaya aşkar dəlillər (möcüzələr) verdik və onu Ruhul-qudusun vasitəsi ilə qüvvətləndirdik.”

    وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ

    "Amma belə bir qurucu proqramlarla gələn bu böyük peyğəmbər-lərin ayələri, görəsən, sizin nəfsani istəklərinizin xilafına bir şey gətirdi ki, onun müqabilində təkəbbür edib fərmanları-na tabe olmadınız?” أَفَكُلَّمَا جَاءكُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنفُسُكُمُ اسْتَكْبَرْتُمْ

    "Həvayi-nəfsin sizə hökmranlıq etməsi o qədər şiddətli idi ki, onlardan bir dəstəsini təkzib edib, digər bir dəstəsini qət-lə yetirdiniz.” فَفَرِيقاً كَذَّبْتُمْ وَفَرِيقاً تَقْتُلُونَ

    "Əgər sizin onları təkzib etməyiniz təsirli olsaydı və məqsədiniz əməli olaraq həyata keçsəydi, bəlkə də onunla kifayət-lənərdiniz. Əks halda isə peyğəmbərləri qanlarına qəltan edərdi-niz.”

    Bu ayədən məlum olur ki, ilahi rəhbərlər öz risalətlə-rinin təbliği yolunda həvayi-nəfsə itaət edən müxaliflərə etina etmirdilər. Elə belə də olmalı idi. Çünki, düzgün rəhbərlik bundan başqa bir şey deyildir. Əgər peyğəmbər-lər qeydsiz-şərtsiz özlərini onların həvayi-nəfs ilə uyğun-laşdırsaydılar, onların işi haqq yolunun yolçularına rəh-bərlik deyil, azğınların dalına düşmək olardı.

    Sonra ayə buyurur: "Onlar peyğəmbərlərin çağırışları (ya-xud İslam Peyğəmbərinin dəvəti) müqabilində istehza edərək de-yirdilər ki, bizim qəlblərimiz qılafdır (və biz bu sözlərdən heç nə anlamırıq).” وَقَالُواْ قُلُوبُنَا غُلْفٌ

    Bəli, həqiqətdə də belə idi. "Allah onların küfrlərinə görə onları lənətləmiş və Öz rəhmətindən uzaqlaşdırmışdır. (Həmin səbəbə görə də heç nəyi dərk etmirdilər) və az bir dəstə iman gətirirdi.” بَل لَّعَنَهُمُ اللَّه بِكُفْرِهِمْ فَقَلِيلاً مَّا يُؤْمِنُونَ

    Bəlkə də yuxarıdakı cümlə peyğəmbərləri təkzib edən, ya-xud onları qətlə yetirən yəhudilər barəsindədir. Həmçinin belə bir ehtimal da verilir ki, bu ayə Peyğəmbərlə müasir olub, onun sözləri müqabilində inadkarlıq yolunu tutan yə-hudilər barəsindədir. Amma hansı mənaya götürülsə belə, bu həqiqəti çatdırır ki, insan öz inadkar həvayi-nəfsinə məğlub olmaqla Allah dərgahından elə qovulur ki, onun qəl-bini pərdələr örtür və haqq-həqiqət çox az hallarda ora yol tapa bilir.
    89-90-CI AYƏLƏR

    وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُواْ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُواْ فَلَمَّا جَاءهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِ فَلَعْنَةُ اللَّه عَلَى الْكَافِرِينَ (89) بِئْسَمَا اشْتَرَوْاْ بِهِ أَنفُسَهُمْ أَن يَكْفُرُواْ بِمَا أنَزَلَ اللّهُ بَغْياً أَن يُنَزِّلُ اللّهُ مِن فَضْلِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ فَبَآؤُواْ بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ (90)
    TƏRCÜMƏ:

    89- ”Və onlara Allah tərəfindən özlərində olan nişanələri təsdiqləyən bir kitab gəldi. Halbuki bundan əvvəl də özlərinə fəth barədə müjdə verirdilər (ki, onun köməyi ilə düşmənlərə qalib gəl-sinlər). Amma əvvəlcədən tanıyıb bildikləri kitab və Peyğəmbər on-lara doğru gəldikdə onlara qarşı kafir oldular. Allahın lənəti ka-firlərə olsun!”

    90- ”Onlar özlərini necə də əhəmiyyətsiz və dəyərsiz qiymət mü-qabilində satdılar və Allahın göndərdikləri ayələr qarşısında yer-siz olaraq kafir oldular! Onlar etiraz edib deyirdilər ki, nə üçün Allah Öz fəzli ilə bəndələrdən istədiyi şəxsə ayələrini nazil et-mir? Buna görə də Allahın qəzəbi üst-üstdən onları əhatə edir. Ka-firlər üçün xaredici əzab vardır.”
    TƏFSİR:
    ÖZLƏRİNİN TƏBLİĞATÇISI OLDUQLARI ŞeYƏ KAFİR OLDULAR!

    Bu ayələrdə də söhbət yəhudilərin başına gələn hadisə-lər barəsindədir. Onlar xüsusi həvəs və maraqla Həzrəti Rə-suli-əkrəmə (s.ə.v.v) iman gətirmək üçün öz vətənlərindən köçərək Mədinədə məskunlaşmışdılar. Onlar hətta Həzrə-ti Peyğəmbərin əlamətlərini öz asimani kitabları olan Tövratda oxumuşdular və səbirsizliklə Peyğəmbərin zühu-runun intizarını çəkirdilər. Amma Allah tərəfindən on-lara yəhudilərin öz kitablarında göstərilən nişanələrlə tam müvafiq olan kitab (Quran) nazil olduğuna, habelə, əv-vəldə özləri İslam Peyğəmbərinin zühurunu xəbər verdik-lərinə, düşmənə onun vasitəsi ilə qələbə çalmağa ümid bağ-ladıqlarına baxmayaraq, əvvəldən tanıdıqları Peyğəmbərə qarşı kafir oldular:

    وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُواْ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُواْ فَلَمَّا جَاءهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِ

    "Allahın lənəti kafirlərə olsun!” فَلَعْنَةُ اللَّه عَلَى الْكَافِرِينَ

    Bəli, bəzən insan aşiqcəsinə müəyyən bir həqiqətin ar-dınca gedir, amma ona çatdıqda onu öz şəxsi mənafeyinin əksinə görüb xudpəsəndlik nəticəsində peşman olur, bəzən müxalifətə də başlayır.

    Həqiqətdə yəhudilər bu inadları ilə çox ziyanlı ticarət etmişdilər. İslam Peyğəmbərinə ardıcıl olmaq üçün ölkələ-rindən köçüb çoxlu çətinliklərlə yanaşı öz məqsədlərinə çat-maq niyyəti ilə Mədinədə məskunlaşan yəhudilər nəhayətdə ka-firlərin və münkirlərin sırasına keçdilər. Buna görə də Quran buyurur: "Onlar çox pis qiymət müqabilində özlərini sat-dılar.” بِئْسَمَا اشْتَرَوْاْ بِهِ أَنفُسَهُمْ

    Onlar həsəd üzündən Allahın nazil etdiklərinə kafir oldular və etiraz edib deyirdilər ki, nə üçün Allah Öz ayə-lərini istədiyi bəndələrdən hər birinə Öz fəzli ilə nazil etmir?أَن يَكْفُرُواْ بِمَا أنَزَلَ اللّهُ بَغْياً أَن يُنَزِّلُ اللّهُ مِن فَضْلِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ

    Sanki onlar istəyirdilər ki, vədəsi verilən Peyğəmbər (s.ə.v.v) Bəni-israildən və onların arasından olsun, Quranın başqa şəxsə nazil olmasından narahat olurdular. Ayə axırda buyurur: "Buna görə də Allahın qəzəb şölələri bir-birinin ardınca onları tutdu və kafirlər üçün xaredici cəzalar vardır.”

    فَبَآؤُواْ بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ
    91-93-CÜ AYƏLƏR

    وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ بِمَا أَنزَلَ اللّهُ قَالُواْ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرونَ بِمَا وَرَاءهُ وَهُوَ الْحَقُّ مُصَدِّقاً لِّمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاء اللّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ (91) وَلَقَدْ جَاءكُم مُّوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ (92) وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُواْ قَالُواْ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُواْ فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِن كُنتُمْ مُّؤْمِنِينَ (93)
    TƏRCÜMƏ:

    91- ”Onlara "Allahın nazil etdiyinə iman gətirin”-deyi-ləndə, "bizim özümüzə nazil olanlara iman gətiririk”,-deyə cavab verir və ondan qeyrilərinə kafir olurlar. Halbuki o (Quran) haq-dır və onlara nazil olan ayələri təsdiq edir. De: Əgər düz deyir-sinizsə (və özünüzə nazil olan ayələrə iman gətirmisinizsə), onda nə üçün Allahın peyğəmbərlərini bundan əvvəl qətlə yetirirdi-niz?!”

    92- ”(Həmçinin yada salın) o zamanı ki, Musa o qədər möcü-zələri sizin üçün gətirdi (və siz) ondan sonra danaya ibadət et-məyə başladınız və bu işlə zülm etdiniz.”

    93- ”(Həmçinin,) sizdən əhd-peyman aldıq və "Tur” dağını si-zin başınız üzərində yüksəltdik, "sizə göndərdiyimiz göstəriş-ləri möhkəm alın və yaxşı-yaxşı eşidin”,-dedik. Siz dediniz: "Eşitdik və müxalifət etdik!” Onların qəlbləri dananın mə-həbbəti ilə (küfr nəticəsində) suvarılmışdır. De: "Əgər ima-nınız varsa, onda imanınız sizə necə də pis fərman verir!”
    TƏFSİR:
    YƏHUDİLƏRİN İRQÇİLİK TƏƏSSÜBLƏRİ

    Keçən ayələrin təfsirində oxuduq ki, yəhudilər Tövra-tın vədə verdiyi Peyğəmbərə qovuşmaq yolunda sinə gərdik-ləri bütün əzab-əziyyətlərə baxmayaraq, həsəd üzündən, yaxud Peyğəmbərin Bəni-israildən olmamasına görə, habelə onla-rın şəxsi mənafeyləri xətərə düşdüyündən, o Həzrətə iman gətirib itaət etməkdən imtina etdilər.

    Bəhs edilən ayələrin davamında yəhudilərin dünyada məş-hur olduqları təəssübkeşlik-irqçilik xüsusiyyətlərinə işarə edilir və buyurulur: "Onlara "Allahın nazil etdiklərinə iman gətirin”-deyəndə, deyirlər ki, bizim özümüzə nazil olanlara iman gə-tiririk (başqa qovmlara nazil olanlara isə yox) və ondan qeyrilərinə kafir oluruq.”

    وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ بِمَا أَنزَلَ اللّهُ قَالُواْ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرونَ بِمَا وَرَاءهُ

    Onlar nə İncilə, nə də Qurana iman gətirmədilər, əksinə yalnız öz irqi xüsusiyyətlərini və mənafeylərini nəzərə aldılar. "Halbuki, bu Quran haqdır və öz kitablarında Peyğəmbər (s.ə.v.v) barədədə oxuduqları əlamət və nişanələrlə tamamilə uyğundur.” وَهُوَ الْحَقُّ مُصَدِّقاً لِّمَا مَعَهُمْ

    Ayə onların yalanlarının üzərindən pərdəni götürüb buyurur: "Əgər sizin iman gətirməməyinizin səbəbi Həzrəti Məhəm-mədin sizdən olmamasıdırsa, onda nə üçün keçən dövrlərdəki peyğəm-bərlərə iman gətirmədiniz? Əgər düz deyirsinizsə və imanınız varsa nə üçün onları öldürdünüz?” قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاء اللّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ

    Əgər doğrudan da onlar Tövrata-günahsız insanın öldü-rülməsini böyük günah hesab edən bu kitaba inansaydılar, Allahın böyük peyğəmbərlərini heç vaxt qətlə yetirməzdi-lər. Bundan əlavə, əsas etibarilə onların dedikləri "yalnız bizə nazil olan göstərişlərə iman gətiririk” kimi sözlər töv-hiddən, şirklə mübarizə yolundan azmaqdır. Bu özü şəxsi və ya milli xudbinlik, irqi özünəpərəstişdir. Tövhid ayini gəlmişdir ki, bu cür çirkin xüsusiyyətləri insanın vücu-dundan təmizləsin ki, insanlar ilahi göstərişləri yalnız Allah tərəfindən olduğuna görə qəbul etsinlər. Başqa sözlə desək, "əgər ilahi göstərişlər bizim özümüzə nazil olacağı su-rətdə itaət edəcəyik”-deyə şərt kəsilsə, həqiqətdə iman deyil, şirk və İslam deyil, küfrdür. Belə göstərişlərin qəbul edilməsi heç vaxt iman əlaməti ola bilməz.

    Maraqlıdır ki, yuxarıdakı ayədə belə buyurulur: "Onla-ra "Allahın nazil etdiyi şeylərə iman gətirin”-deyiləndə, bu kimi ifadələrdə heç də Həzrəti Məhəmməd və ya Həzrəti Musa və ya İsanın adı çəkilmir, əksinə sadəcəبِمَا أَنزَلَ اللّهُ "Al-lahın nazil etdiyinə”-deyilir.

    Quran onların yalanlarını aşkar etmək üçün başqa bir sənəd də bəyan edib onları ifşa edir və buyurur: "Musa sizin üçün o qədər aşkar möcüzə və dəlillər gətirdi, amma onlardan son-ra siz yenə də danaya sitayiş etmək yolunu seçdiniz və bu yolla da za-lım oldunuz.” وَلَقَدْ جَاءكُم مُّوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ

    Qeyd olunan üçüncü ayədə onların iddialarının yanlış olduğunu göstərən başqa bir dəlil də qeyd olunur. Belə ki, Tur dağı və əhd-peyman məsələsini bəyan edib buyurur: "Biz sizinlə əhd-peyman bağladıq və Tur dağını başınızın üzərində ucaltdıq. Sizə dedik ki, verdiyimiz göstərişləri möhkəm götürün və yaxşı eşidin. Amma onlar dedilər ki, eşitdik və müxalifət etdik.”


    وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُواْ قَالُواْ سَمِعْنَا وَعَصَيْنَا

    "Bəli, onların qəlbləri küfr səbəbi ilə, danaya məhəbbətlə suvarılmışdı!” وَأُشْرِبُواْ فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ

    Bu mətləbin bariz nümunəsi olan Samirinin düzəltdi-yi qızıl danaya eşq-məhəbbət bəsləmək, şirk və dünyapərəst-lik onların qəlblərinin dərinliyinə nüfuz etmiş, bütün vücudlarına işləmişdi və buna görə də Allahı unutmuş-dular.

    Qəribədir! Bu necə imandır ki, ilahi peyğəmbərləri öldürməklə, danaya sitayiş etməklə və Pərvərdigarın möh-kəm əhd-peymanlarını unutmaqla bir yerə toplanır?! Bəli, "əgər sizin imanınız varsa, onda o iman sizə necə də pis göstə-rişlər verir!” قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِن كُنتُمْ مُّؤْمِنِينَ
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 978 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024