İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)
    125-Cİ AYƏ

    وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْناً وَاتَّخِذُواْ مِن مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَن طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ (125)
    TƏRCÜMƏ:

    125- ”(Yada salın o zamanı ki,) Kəbə evini qayıdış yeri, ca-maat üçün əmin-amanlıq yeri etdik. (Ey möminlər, bu xatirəni yenidən canlandırmaq üçün) İbrahimin məqamında özünüz üçün namaz yeri seçin. Biz İbrahimə və İsmailə əmr etdik ki, Mənim evimi təvaf edənlər, orada qonşu olanlar, rüku və səcdə edənlər üçün pak-pakizə etsinlər.”
    TƏFSİR:
    ALLAH eVİNİN ƏZƏMƏTİ

    Keçən ayədə İbrahimin yüksək məqamına işarə edildik-dən sonra, bu ayədə Allah evinin əzəməti bəyan edilir. Allah tərəfindən İbrahimə və İsmailə tövsiyə olunur ki, Onun evini pak-pakizə etsinlər. Allah buyurur: "Yada salın o zama-nı ki, Kəbə evini camaat üçün əmin-aman və qayıdış yeri qərar verdik.” وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْناً

    Bu ayədəki "məsabət” sözü, əslində bir şeyin ilk əvvəlki vəziyyətinə qayıtması mənasına olan "sovb” kökündən alın-mışdır. Allah evi tövhidçilər üçün mərkəz olduğundan, hər il insanlar ona doğru üz gətirirdilər. Ora təkcə cisma-ni nəzərdən deyil, həm də ruhi cəhətdən tövhidə və ilkin fitrətə qayıtmaq mərkəzidir. Bu cəhətdən də həmin yer, məsa-bət kimi təqdim olunmuşdur. İnsanın evi onun həmişəlik qayıdış yeri, asayiş və aramlıq məhəlli olduğuna görə, mə-sabət kəlməsində bir növ aramlıq, xatircəmlik və asudəlik yatmışdır. Həmin məna bu ayədə gələn "əmnən” kəlməsi ilə bir daha təkid olunur. Xüsusilə "linnas” kəlməsi göstərir ki, bu əmin-amanlıq mərkəzi bütün dünya insanları, ümum-xalq kütlələri üçün sığınacaq yeridir.

    Bu, həqiqətdə İbrahimin Allahdan istədiyi dualardan birinin qəbul olunmasıdır. (Sonradan ona işarə olunacaq.) Sonra əlavə edib buyurur: "İbrahim məqamından özünüz üçün namaz yeri seçin.” وَاتَّخِذُواْ مِن مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى

    İbrahim məqamının nə olması barəsində təfsirçilər arasında müxtəlif bəyanlar gözə dəyir. Bəziləri demişlər ki, bütün həcc yerləri İbrahim məqamıdır. Bəziləri isə onu "Ərəfat”, "Məşərul-həram”, üçlük daş atılan yer kimi götürmüşlər. Bəziləri də demişlər ki, bütün Məkkə hərə-mi İbrahim məqamı hesab olunur. Amma islami rəvayətlər-də nəql olunduğu kimi, habelə çoxlu təfsirçilərin qeyd etdiyinə görə, o məkan zahirən Allah evi Kəbənin yaxınlı-ğında olan və İbrahim məqamı ilə məşhur olan bir yerin adıdır ki, hacılar təvaf əməlini yerinə yetirdikdən sonra oraya gedir və orada təvaf namazı qılırlar. Buna əsasən "müsəlla” sözündən məqsəd namaz yeridir.

    Sonra İbrahim və onun oğlu İsmail ilə Allah evinin paklanması barəsində alınan əhd-peymana işarə edərək buyurur: "Biz İbrahim və İsmailə əmr etdik ki, Mənim evimi təvaf edənlər, qonşular, rüku və səcdə edənlər üçün (namaz qılan-lar üçün) pak etsinlər.”

    وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَن طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ
    TƏHARƏT VƏ PAKLIQDAN MƏQSƏD NƏDİR?

    Bəziləri demişlər ki, bütlərdən paklanması nəzərdə tutulub. Bəziləri də deyirlər ki, zahiri nəzərdən, xüsusilə qan və yaxud qurbanlıq üçün kəsilən heyvanların qarnı, ba-ğırsaqları və sair kimi şeylərdən təmizlənməsidir, çünki, insanlardan bəziləri belə əməli yerinə yetirirdilər. Bə-ziləri də demişlər ki, bu ayədəki təharətdən məqsəd tövhid binası olan Kəbənin bünövrəsinin möhkəmləndirilmə-sində niyyətin xalis olmasıdır. Amma təharət məfhumunu məhdudlaşdırmağa heç bir əsas yoxdur. Əksinə bu məna Al-lahın tövhid evinin hər növ zahiri və batini aludəlik-lərdən paklanmasıdır. Buna görə də bəzi rəvayətlərdə buyu-rulur ki, bu ayə Allah evinin müşriklərdən paklanması, bəzi rəvayətlərdə isə bədənin çirkinliklərdən paklanıb təmizlənməsidir.
    İNCƏ NÖQTƏLƏR
    1- TƏHLÜKƏSİZLİK MƏRKƏZLƏRİNİN İCTİMAİ VƏ TƏRBİYƏVİ TƏSİRLƏRİ

    Yuxarıdakı ayəyə uyğun olaraq Allah evi-Kəbə, Pərvərdi-gar tərəfindən əmin-amanlıq, sığınacaq yeri kimi elan edilmişdir. Bildiyimiz kimi İslam dinində bu müqəddəs məkanda hər növ dava-dalaş, çəkişmə, müharibə və qan axı-dılmasının qarşısını almaq üçün ciddi qadağalar qoyul-muşdur. Belə ki, təkcə sinfi mənsubiyyətindən və ya hər hansı bir ictimai vəziyyətindən asılı olmayaraq, təkcə insanlar deyil, həm də heyvanlar, quşlar orada əmin-amanlıqda olma-lıdırlar. Heç kəsin onlara maneçilik törətməyə haqqı yoxdur.

    Həmişə çəkişmələrin, vuruşmaların mövcud olduğu bir dünyada belə bir əmin-amanlıq mərkəzi insanlar ara-sında münaqişələrin həll edilməsində xüsusi və əsaslı çı-xış yollarını göstərə bilər. Çünki, bu məntəqənin təhlü-kəsiz olması insanların arasında mövcud olan bütün ixti-laflara baxmayaraq, onun ətrafında bir yerə yığışıb müza-kirə edə bilərlər. Beləliklə də adətən müzakirələrin baş-lanması düşmənçiliklərin, çəkişmələrin dəf edilməsi üçün bir qapı açılması yolundakı ən böyük çətinlik həll olub aradan qalxır. Çünki, bir çox hallarda döyüşən tərəf-lər, yaxud bir-biri ilə mübarizə aparan dövlətlər düşmən-çiliyi aradan qaldırmaq məqsədi ilə müzakirələrə başla-yırlar. Amma hər iki tərəf üçün müqəddəs və möhtərəm sayı-lan təhlükəsiz bir mərkəz tapa bilmirlər. İslamda isə bu məsələ həll olunmuş, Məkkə məhz belə işlər üçün tam təh-lükəsiz bir mərkəz elan edilmişdir.

    Hal-hazırda təəssüflə ixtilaf, çəkişmə və müharibə girdabında qərq olan dünya müsəlmanları bu müqəddəs və təh-lükəsiz mərkəzdən istifadə edərək müzakirəyə başlaya bi-lər, bu ilahi məkanın əvəzolunmaz nuraniyyətindən, misil-siz mənəviyyatından faydalanmaqla münaqişələri aradan qaldıra bilərlər.
    2- NƏ ÜÇÜN KƏBƏ?

    Yuxarıdakı ayədə Kəbə "Mənim evim” adı ilə ifadə olunmuşdur. Amma məlum olduğu kimi, Allah nə cisimdir, nə də evə ehtiyacı var. Bu evin Allaha mənsub edilməsi mü-səlmanları təşviq etmək üçündür. Belə ki, müəyyən bir şeyin əzəmətini və şərafətini bəyan etmək üçün Allah onu Özünə mənsub edir. Məsələn, Ramazan ayı Allahın ayı, Kəbə evi də Allahın evi adlandırılır.
    126-CI AYƏ

    وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُم بِاللّهِ وَالْيَوْمِ الآخِرِ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلاً ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ (126)
    TƏRCÜMƏ:

    126- ”(Yada salın o, zamanı ki,) İbrahim ərz etdi: Pərvərdi-gara, bu şəhəri əmin-amanlıq yeri et və Allaha, Qiyamət gününə iman gətirən əhalisinə onun növbənöv səmərələrindən ruzi ver.” (Biz İbrahimin bu duasını qəbul etdik və möminləri əsrin müx-təlif bərəkətlərindən bəhrələndirdik.) Allah buyurdu: Hər kəs kafir olsa, ona çox az bir şey çatacaq. Sonra onları cəhənnəm əza-bına düçar edərəm. Necə də pis yerdir ora!”
    TƏFSİR:
    İBRAHİMİN (Ə) ALLAHDAN İSTƏDİKLƏRİ

    Bu ayədə İbrahim (ə) Allahdan həmin məkanda məskun-laşmaq üçün iki mühüm şey istəyir. Onlardan biri əvvəlki ayədə qeyd olundu. Quran buyurur: "yada salın o zamanı ki, İbra-him (ə) ərz etdi: Pərvərdigara, buranı əmin-amanlıq yeri qərar ver.” وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـَذَا بَلَدًا آمِنًا

    Əvvəldəki ayədə oxuduğumuz kimi, Həzrəti İbrahimin duası qəbul olundu. Allah bu müqəddəs yeri əmin-amanlıq mərkəzi qərar verdi, ona zahiri və batini əmniyyət bəxş et-di. Onun ikinci istəyi bu idi ki, bu yerin Allaha, Qiyamət gününə iman gətirən əhalisinə növbənöv səmərələrdən ruzi versin. وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُم بِاللّهِ وَالْيَوْمِ الآخِرِ

    Maraqlıdır ki, İbrahim (ə) əvvəlcə oranın təhlükə-sizlik mərkəzi olmasını, sonra isə iqtisadi vəziyyətinin yaxşılaşmasını istəyir. Bu da göstərir ki, əgər müəyyən bir şəhərdə və yaxud ölkədə əmin-amanlıq olmasa, sağlam iqtisa-diyyatı tənzim etmək qeyri-mümkündür.

    "Səmərat” sözünün hansı mənada işlənməsi barəsində təfsirçilər arasında çox gözəl izahlar gözə dəyir. Amma za-hirən, "səmərat” sözü daha geniş məna daşıyır və bütün maddi nemətləri, o cümlədən meyvələri, sair qida məhsulla-rını və mənəvi nemətləri də əhatə edir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq ki: "Məqsəd qəlblərin meyvəsi-dir.” Buna işarə edir ki, Allah insanların məhəbbətini bu diyara doğru yönəltmişdir.[37]

    Qeyd edilməlidir ki, Həzrəti İbrahimin təkcə Allaha və Qiyamət gününə imanı olanlar üçün dua etməsi bəlkə də, İlahi əhdin zalımlara aid olmayacağına bir işarədir. Çünki, o Həzrət başa düşmüşdü ki, gələcək nəsillərdən bir dəstəsi şirk və zülm yolu ilə gedəcəklər. O, burada ədəb qaydalarına riayət edərək onları öz duasından istisna etdi. Allah onun ca-vabında İbrahimə buyurdu: "Amma küfr yolunu gedənlərə gəldikdə isə, (bilməlisən ki,) bu səmərələrdən çox az bir qismətini onlara ve-rəcəyəm (amma onları tamamilə məhrum etməyəcəyəm)."

    قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلاً

    "Amma axirət aləmində onları cəhənnəm əzabına doğru çəkəcə-yəm. Və necə də pis aqibətləri vardır!” ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ

    Rəhmaniyyət sifəti Allahın ümumi sifətidir və Onun bol nemət süfrəsindən hamı bəhrələnir. Onun qeyb xəzinə-lərindən həm yaxşı, həm də pis insanlar istifadə edirlər. Amma xüsusi rəhmətin büruz etdiyi axirət aləmində isə ni-cat və rəhmət onlara şamil olmur.
    127-129-CU AYƏLƏR

    وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ (127) رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَا أُمَّةً مُّسْلِمَةً لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَآ إِنَّكَ أَنتَ التَّوَّابُ الرَّحِيمُ (128) رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولاً مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنتَ العَزِيزُ الحَكِيمُ (129)
    TƏRCÜMƏ:

    127- ”(Və həmçinin, yada salın) İbrahim və İsmail Kəbə evi-nin sütunlarını qaldırdıqda: "Pərvərdigara, (bu işi) bizdən qəbul et! Həqiqətən Sən eşidən və bilənsən” - deyə dua etdilər.”

    128- ”Pərvərdigara, bizi Öz fərmanlarına təslim et və nəsli-mizdən də Öz fərmanlarına təslim olan ümmət yarat, Sənə sitayiş tərzini bizə göstər, tövbələrimizi qəbul et! Həqiqətən Sən tövbə-ləri qəbul edən və rəhimlisən.”

    129- ”Pərvərdigara, onların arasında özlərindən olan peyğəm-bərlər seç ki, Sənin ayələrini onlar üçün oxusunlar, kitab və hik-mət öyrədib onları paklaşdırsınlar. Çünki, Sən qadir və hikmət sahibisən (və bu işə qadirsən).”
    İBRAHİM KƏBƏ EVİNİ TİKİR

    Quranın müxtəlif ayələrindən, habelə İslam tarixi və hədislərindən məlum olur ki, Kəbə evi İbrahimdən əvvəl, hətta Adəmin dövründə tikilmişdi. "İbrahim” surəsinin 37-ci ayəsində bu böyük peyğəmbərin dilincə oxuyuruq:

    رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ

    "Pərvərdigara, övladlarımdan bəzilərini bu susuz və yandı-rıcı səhrada, Sənin evinin kənarında məskunlaşdırdım.”

    Bu ayə şəhadət verir ki, İbrahim öz həyat yoldaşı və südəmər övladı İsmail ilə Məkkə diyarına gələn zaman Kə-bə evindən müəyyən qədər əsər-əlamət var idi.

    "Ali-İmran” surəsinin 96-cı ayəsində buyurulub:

    إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا "Camaat üçün Allaha sita-yiş məqsədi ilə tikilən ilk bina Məkkə diyarındadır.”

    Şübhəsiz, Allaha sitayiş yeri və ibadət mərkəzinin tikilməsi İbrahimin (ə) dövrünə deyil, Adəmin zamanına aid edilir. Birinci ayədə qeyd etdiklərimiz də bunu çatdı-rır: "Yada sal o zamanı ki, İbrahim və İsmail Allah evinin sü-tunlarını yüksəltdilər və dedilər: Pərvərdigara, bu işi bizdən qəbul et, Sən həqiqətən eşidən və bilənsən.”

    وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ

    Bu mətləb göstərir ki, Kəbə evinin sütunları əvvəlcə-dən var idi, İbrahim və İsmail sadəcə olaraq onun sütunla-rını yüksəldirdilər.

    "Nəhcül-bəlağə”nin məşhur "Qasiə” xütbəsində buyuru-lur: "Məgər görmürsünüz ki, Allah dünya insanlarını Adəmdən bu günkü günə qədər daş parçaları ilə imtahan edib və onu Öz hörmətli evində qərar verib? Adəmə və onun övladlarına əmr et-mişdir ki, onun ətrafında təvaf etsinlər.”

    Quran ayələri və İslam rəvayətləri bu məşhur tarixi təsdiq edirlər ki, Kəbə evi ilk dəfə Adəmin əli ilə tikil-miş, sonra Nuhun tufanında dağılmış, daha sonra isə İb-rahim və oğlu İsmailin əli ilə təmir edilmişdir.

    Axırıncı iki ayədə İbrahim və oğlu İsmail Allahdan beş mühüm məsələni istəyirlər. Kəbə binasının yenidən təmir edilməsi zamanına təsadüf edən bu beş istək çox də-rindən düşünülmüşdür, maddi və mənəvi həyatın ehtiyac-larının hamısını əhatə edir. Bu növ istək və dua o Həzrət-lərin ruhi əzəmətini bizə tamamilə bəyan edir.

    Əvvəldə ərz edirlər: "Pərvərdigara, bizi Öz fərmanına təslim olanlardan qərar ver.” رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ

    Sonra deyir: "Bizim nəslimizdən də Öz fərmanların müqabi-lində təslim və müsəlman olan ümmət qərar ver.” وَمِن ذُرِّيَّتِنَا أُمَّةً مُّسْلِمَةً لَّكَ

    Sonra deyirlər: "Sənə ibadət olunma tərzini bizə göstər və bizi ondan agah et” وَأَرِنَا مَنَاسِكَنَا "Ki, hüzurunda Sənə layiq olan tərzdə ibadət edək.” Sonra Allahdan bağışlanmaq istəyərək deyirlər: وَتُبْ عَلَيْنَآ إِنَّكَ أَنتَ التَّوَّابُ الرَّحِيمُ

    "Tövbəmizi qəbul et və Öz rəhmətini bizə şamil et. Həqiqə-tən Sən tövbələri qəbul edən və rəhimlisən.”

    Ayədəki beşinci istək budur: "Pərvərdigara, onların ara-sında özlərindən olan peyğəmbərlər seç ki, Sənin ayələrini on-lar üçün oxusunlar. Kitab və hikmət öyrədib onları (ruhən) pak-laşdırsınlar.”

    رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولاً مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ

    "Çünki, Sən bütün işlərə qadir və hikmət sahibisən.”

    إِنَّكَ أَنتَ العَزِيزُ الحَكِيمُ
    130-132-Cİ AYƏLƏR

    وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَاهِيمَ إِلاَّ مَن سَفِهَ نَفْسَهُ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الآخِرَةِ لَمِنَ الصَّالِحِينَ (130) إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْت ُ لِرَبِّ الْعَالَمِينَ (131) وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلاَ تَمُوتُنَّ إَلاَّ وَأَنتُم مُّسْلِمُونَ (132)
    TƏRCÜMƏ:

    130- ”Səfeh və nadanlardan başqa, İbrahimin pak ayinindən kim üz çevirər? Şübhəsiz, Biz onu bu dünyada seçilmişlərdən et-dik və axirətdə isə saleh bəndələrdəndir.”

    131- ”(Yada salın o zamanı ki,) Pərvərdigarı ona: "İslamı qəbul et (haqqa təslim ol)”-deyə buyurdu, o da Allahın fərmanını can-dildən qəbul etdi və) dedi: Aləmlərin Pərvərdigarı qarşı-sında təsliməm.”

    132- ”İbrahim və Yəqub öz övladlarını (ömürlərinin son an-larında) bu dinə tövsiyə etdilər (hər biri öz övladlarına) dedi-lər: "Övladlarım! Allah bu pak dini sizin üçün seçmişdir. Siz İslamdan (Allahın fərmanları qarşısında təslim olmaqdan) başqa bir halda ölməyin.”
    TƏFSİR:
    İBRAHİM-BİR NÜMUNƏVİ İNSAN

    Keçən ayələrdə İbrahimin şəxsiyyəti müəyyən qədər bəyan olundu. Onun Allah yolunda göstərdiyi bəzi xidmətlər, ha-belə bütün maddi və mənəvi yönləri əhatə edən istəkləri araşdırıldı.

    Bu bəhslərdən aydın olur ki, bu böyük Peyğəmbər (s.ə.v.v) bütün dünyanın haqq axtaran insanları üçün nümunə ola bi-lər və onun etiqad və ayinlər məcmuəsi insan qurucu bir ide-ologiya kimi hamı tərəfindən istifadəli ola bilər.

    Buna əsasən indi bəhs etdiyimiz ayənin əvvəlində buyu-rulur: "Səfeh kəslərdən başqa kim İbrahimin pak dinindən üz döndərər?” وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَاهِيمَ إِلاَّ مَن سَفِهَ نَفْسَهُ

    İnsanın pak və parlaq bir dini buraxıb şirk, fəsad, azğınlıq yollarında irəliləməsi səfehlik deyilmi? Elə bir din ki, insanın ruhu, fitrəti ilə tamamilə uyğun və ta-nışdır, əql ilə həmahəngdir; elə bir din ki, onda həm axi-rət var, həm də dünya. Bəzi insanların belə bir dini buraxa-raq əqlin düşmöni, fitrətin müxalifi, din və dünyanı puç edən işlərin dalınca getməsi səfehlik deyilmi?

    Sonra əlavə edir: "Biz İbrahimi bu dünyada (bu böyük mə-ziyyətlər səbəbi ilə) seçdik və o, axirət dünyasında salehlərdən-dir.” وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

    Bəli, İbrahim Allahın seçdiyi saleh şəxslərin nümu-nəsidir. Buna görə də hamıya nümunə olmalıdır.

    Sonrakı ayə təkidlə İbrahimin əslində sair səciyyəvi xüsusiyyətlərinin mənşəyi olan seçilmiş bir sifətə işarə edərək buyurur: "Yada salın o, zamanı ki, Pərvərdigar ona buyur-du: "Mənim fərmanlarım qarşısında təslim ol!” O dedi: "Aləm-lərin rəbbi olan Pərvərdigarın əmrlərinə təsliməm.”

    إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ

    Bəli, fədakar bir insan olan İbrahim öz daxilində fitrətin nidasını eşidir. Pərvərdigarı ona "təslim ol!” əmri verir. O da Allah qarşısında qeydsiz-şərtsiz təslim olur. İbrahim öz fikri və dərrakəsi ilə dərk edib görür ki, ulduzlar, ay, günəş hamısı qürub edərək yaradılış qa-nunlarına tabe olurlar. Buna görə də deyir: Bunlar mənim Allahım deyildir.

    إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ

    "Mən öz üzümü elə bir Allaha tərəf çevirirəm ki, asiman-ları və yeri yaratmışdır. Bu yolda öz əqidəmi xalis etdim və müşriklərdən deyiləm.”[38]

    Həqiqətdə insanda mənəvi dəyər yaratmağın ilk addımı xa-lislik və paklıqdır. Buna görə də İbrahim özünü yalnız Alla-hın fərmanına təslim etdi və Allah tərəfindən sevildi, Al-lahı seçdi və buna görə də Onu və Onun məktəbini təqdim etdi.

    Həzrəti İbrahimin həyatının əvvəlindən axırına qə-dər bütün işləri misilsizdir. Onun bütpərəstlərlə, ulduz-pərəstlərlə mübarizəsi, odun içinə atılması, hətta öz inadkar və qatı düşməni olan Nəmrudu təsir altına saldı. Nəmrud ixtiyarsız olaraq dedi: من اتخذ إلهاً فليتخذ إلهاً مثل إله ابراهيم

    "Əgər bir kəs Allah seçmək istəsə, İbrahimin Allahı ki-mi bir məbud seçsin.”[39]

    Həyat yoldaşını və südəmər körpəsini o susuz və yandı-rıcı səhraya gətirib müqəddəs diyarda qoyması, Kəbə evini təmir etməsi və cavan övladını qurbangaha aparması, hər biri onun iş üslubundan bir nümunədir.

    Ömrünün axır günlərində övladlarına etdiyi tövsiyə də bizə digər nümunədir. Belə ki, qeyd olunan ayənin axırın-da buyurulur: "İbrahim və Yəqub öz övladlarına ömürlərinin son anlarında bu pak tövhid ayinini tövsiyə etdilər.”

    وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ

    "Onlardan hər biri öz övladlarına dedi: Övladım! Allah bu tövhid dinini sizin üçün seçmişdir.” يَا بَنِيَّ إِنَّ اللّهَ اصْطَفَى لَكُمُ الدِّينَ

    Buna əsasən, bu dini qoyub, başqa ayinlər dalınca düş-məyin və "imanla, Allah qarşısında təslim olmaqla dolu olan bir qəlbdən başqa şeylə ölməyin.” فَلاَ تَمُوتُنَّ إَلاَّ وَأَنتُم مُّسْلِمُونَ


    أَمْ كُنتُمْ شُهَدَاء إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِن بَعْدِي قَالُواْ نَعْبُدُ إِلَـهَكَ وَإِلَـهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ إِلَـهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ (133) تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ (134)
    TƏRCÜMƏ:

    133- ”Yoxsa siz Yəqubun ömrü sona çatanda orada idiniz? O öz övladlarına: "Məndən sonra nəyə sitayiş edəcəksiniz?”,-deyəndə, onlar: "Sənin Allahına və sənin babaların İbrahimin, İsmai-lin və İshaqın Allahına. Allah vahiddir, biz Onun müqabilində təslimik”,-deyə cavab verdilər.”

    134- ”Onlar bir ümmət idilər ki, keçmişdə yaşamışdı-lar. Onların kəsb etdiyi əməllər özlərinə, sizin də əməlləriniz özünüzə aiddir. Siz onların əməlləri barəsində sorğu-suala tu-tulmayacaqsınız.”
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

    Yəhudilərdən bir dəstəsi inanırdı ki, Yəqub dünyadan gedərkən öz övladlarını yəhudilərin hal-hazırda inandıq-ları dinə (bütün təhriflərlə belə) tövsiyə etmişdi. Allah onların etiqadlarını rədd edərək bu ayələri nazil etdi.
    TƏFSİR:
    HƏR KƏS ÖZ ƏMƏLİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIR

    Ayənin nazil olma səbəbində qeyd olunduğu kimi, onun zahiri mənasından aydın olur ki, İslamı inkar edənlərdən bir dəstəsi düzgün olmayan mətləbləri Allah peyğəmbəri olan Yəquba istinad edirdilər. Quran bu dəlilsiz iddianı rədd etmək üçün buyurur: "Yoxsa siz Yəqub dünyadan gedən zaman orada idinizmi ki, Yəqubun öz övladlarına belə tövsiyə etdiyini deyirsiniz?” أَمْ كُنتُمْ شُهَدَاء إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ

    Onun etdiyi vəsiyyətlər heç də sizin ona istinad etdik-ləriniz kimi deyildi. "O, öz övladlarından soruşdu: Məndən sonra nəyə sitayiş edəcəksiniz?” إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِن بَعْدِي

    "Onlar cavabında dedilər: Sənin Allahına, sənin ata-babaların İbrahimin, İsmailin və İshaqın Allahına, yeganə Allaha sitayiş edəcəyik.” قَالُواْ نَعْبُدُ إِلَـهَكَ وَإِلَـهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ إِلَـهًا وَاحِدًا

    "Və biz Onun fərmanları qarşısında təslimik.” وَنَحْنُ لَهُ مُسْلِمُونَ

    O, tövhid və haqqın fərmanları qarşısında təslim ol-maqdan başqa bir şeyi tövsiyə etməmişdi. Bu da ilahi qa-nunların hamısının qəbul edilməsinin əsasıdır. Qeyd olu-nan ayədən məlum olur ki, ölüm zamanı Yəqubun vücudunda bir narahatçılıq və övladlarının gələcəyi barədə nigaran-çılıq hiss olunurdu. O, nəhayət bu nigarançılığı dilinə gətirib soruşdu: Övladlarım, məndən sonra nəyə sitayiş edəcəksiniz? Xüsusilə "nəyə”-deyə buyurdu, amma "kimə”-deyə buyurmadı. Çünki, onun yaşadığı mühitdə bir dəstə bütpə-rəst var idi ki, müxtəlif cansız əşyaların müqabilində səcdə edirdilər.

    Yəqub bilmək istəyirdi ki, onların ruhunun dərinlik-lərində bu dinə nə qədər meyl vardır. Amma övladlarının cavabından sonra tam xatircəm oldu.

    Bu məsələ də qeyd edilməlidir ki, İsmail Həzrəti Yəqu-bun atası, yaxud babası deyil, əmisi idi. Halbuki, bu ayədə "əb” (ata) kəlməsinin cəm forması olan "aba” (atalar-baba-lar) işlənmişdir. Buradan aydın olur ki, ərəb dilində bə-zi vaxtlar "əb” kəlməsi əmiyə də aid edilir. Buna görə də, de-yirik ki, əgər bu kəlmə Quranda Azərin barəsində işlədi-libsə, onun İbrahimin əmisi olmasını çatdırmasına heç bir maneə yoxdur.

    Sonuncu ayə, yəhudilərin səhvlərindən birinə cavab ve-rir. Çünki, onlar öz ata-babalarına, onların iftixarına və Allah dərgahında olan əzəmətlərinə arxalanaraq güman edirdilər ki, əgər özləri günaha batsalar da belə, ata-baba-larının hesabına nicat əhli olacaqlar.

    Quran buyurur: "Onlar elə bir ümmət idilər ki, ölüb get-dilər; onların əməlləri özlərinə, sizin əməlləriniz isə sizə aid-dir.” تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ

    "Və siz heç vaxt onların əməlləri qarşısında məsuliyyət daşımırsınız (necə ki, onlar da sizin əməllərinizə cavabdeh de-yildirlər).” وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

    Buna əsasən bütün səylərinizi təhqir, lovğalanma və ya öz ata-babalarınızla iftixar etməyə sərf etməkdənsə, öz əməl və əqidələrinizin islah olunması ilə məşğul olun.

    Bu ayə təkcə əhli-kitaba və yəhudilərə xitab etsə də, on-dan başa düşülən hökm, təkcə onlara məxsus deyildir. Biz müsəlmanlar da bu ayəyə əsasən ata-babalarımızın fəziləti ilə iftixar etməməliyik.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 834 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024