İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    151-152-Cİ AYƏLƏR

    كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولاً مِّنكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ (151) فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ (152)
    TƏRCÜMƏ:

    151. "(Qiblənin dəyişdirilməsi ilə Öz nemətlərimi sizə tamam etdiyim kimi,) sizin özünüzdən olan bir Peyğəmbər seçdik ki, Bizim ayələrimizi sizə tilavət etsin; və sizin nəfslərinizi paklaşdırsın, sizə kitab və hikmət öyrətsin, bilmədiyiniz şey-ləri sizə bəyan etsin.”

    152. "Belə isə, Məni yad edin ki, Mən də sizi yad edim. Mənə şükür edin və (nemətlərimin qarşısında) naşükürlük etmə-yin.”
    TƏFSİR:

    Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsi Həzrət İbrahimin duasının qəbul olunma əlamətidir. O, dua edə-rək Allahdan belə istəmişdi: "Pərvərdigara! Mənim nəslim-dən peyğəmbər seç ki, Sənin ayələrini onlar üçün oxusun.” Peyğəm-bəri-əkrəm (s) buyurmuşdur: "Mən babam İbrahimin duasının nəticəsiyəm.”

    Ayədə buyurulur ki, Peyğəmbər (s) müsəlmanların özün-dən olan bir rəhbərdir ki, onların istək, ehtiyac və arzu-ları ilə tanışdır. Onların dilində danışır və onların arasında yaşayır: رَسُولاً مِّنكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ

    İkinci ayədə Allah-taala insanın məqamını Öz adı-nın zikri və bəndəçiliyi ilə yüksəldərək buyurur:

    فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُون

    ِ

    İnsanların elm və dərrakə səviyyəsi müxtəlifdir, buna görə də Allah bəzi bəndələrinə buyurur: وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ

    "Allahın sizə verdiyi nemətləri yad edin.”[43]

    Amma bəzilərinə xitab edərkən: "Məni yad edin” - deyə buyurur.

    Qeyd olunan ayədə buyurulduğu kimi, Allahı yad etmək Ona şükür etmək deməkdir. Buna görə də "yad etmək” kəlməsi "şükür” kəlməsindən qabaq gəlib. Bu, insanın Allah qarşı-sında bəndəçilik hissini zahir etməsinin, eləcə də Alla-hın Öz bəndələrinə qarşı lütf və mərhəmətinin təzahü-rüdür. Bir tərəfdə insanın cəhalət, fəqirlik, fanilik və zəifliyi, digər tərəfdə isə elmli, ehtiyacsız, əbədi, qüd-rətli və Öz bəndəsindən Onu yad etməsini istəyən Allah qə-rar tutur. O Allah Öz bəndəsindən Peyğəmbəri-əkrəm (s) və qiblə kimi nemətlər qarşısında şükür etməsini və daim Onu xatırlamasını istəyir ki, bu məsələnin özü də Allah tərəfindən bəndələrə əta olunan digər bir nemətdir.

    Əgər belə bir şəxs öz Rəbbindən qafil olsa, Haqq-taala da ona qarşı etinasız olar və ona rəhmət nəzəri ilə baxmaz.

    وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ

    ”Mənə şükür edin və (nemətlərimin qarşısında) naşükür-lük etməyin.”
    İNCƏ NÖQTƏLƏR

    1. Nəfsin saflaşdırılması, vəhy və camaatın bilmə-diyi sair şeylərin təlim verilməsi Peyğəmbərin(s) vəzifə-lərindəndir.

    2. Elə bir rəhbər müvəffəqiyyətə nail ola bilər ki, ca-maatın özündən olsun, onların dərdləri ilə tanış olsun və onlarla eyni dildə danışsın.

    3. İnsan öz elmi çətinliklərini təklikdə həll edə bil-məz.

    Allah-taala "ma ləm təkunu tələmun” cümləsi ilə xa-tırladır ki, əgər peyğəmbərlər olmasaydı, insanlar nəinki əbədi olaraq Onun barəsində elm və mərifət tapmaqdan, hət-ta öz gələcəyinin necə olacağından, həqiqi səadət yolunu tə-yin etməkdən məhrum qalardı.

    4. Peyğəmbərlər insanların təkcə etiqadi və əxlaqi cə-hətdən deyil, elmi cəhətdən də rəhbərləri idi. Onların rəhbərliyi olmadan insanların elmi heç bir sahədə lazı-mi səviyyədə inkişaf edə bilməz.

    5. Allahı yad etmək Onun lütf və mərhəmətinin sayə-sində mümkün olur, Onu yad etməklə qəlblər aramlıq tapır. "Rəd” surəsinin 28-ci ayəsində buyurulur: "Agah olun ki, yal-nız Allahı zikr etməklə qəlblər aramlıq tapır.”

    أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

    Allahı yad etməyin ən yaxşı növü namazdır. Belə ki, "Taha” surəsində buyurulur: وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي

    "Məni yad edəsiniz deyə namaz qılın.”
    153-CÜ AYƏ

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ (153)
    TƏRCÜMƏ:

    "Ey iman gətirənlər! (Həyatın ağır hadisələri müqabilin-də) səbr, (dözümlülük və) namazdan kömək alın, (çünki) Allah səbr edənlərlədir.”
    TƏFSİR:

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ "Ya əyyuhəl-ləziynə amənu” ifadəsi başda Həz-rət Əmirəl-möminin və sair məsum imamlar (ə) olmaqla bü-tün möminlərə xitabdır. Bir çox hədislərdə, habelə "Bür-han” təfsirində ibni Abbas Peyğəmbər (s)-dən belə nəql edir: "Allah-taalanın "Ey iman gətirənlər” xitabı ilə nazil etdiyi bütün ayələrin başında Əli (ə) durur və onun əmiri (rəh-bəri) Əlidir.”[44]

    Əkrəmə də ibni Abbasdan belə nəql etmişdir: "Allah-taalanın Quranda "ya əyyuhəl-ləziynə amənu” kəlməsi ilə nazil etdiyi ayələrin hamısının şərifi və əmiri Əlidir.”[45]

    Əlbəttə, hər kəsin imanının dərəcəsi nə qədər yüksəlib kamilləşsə ayənin ona şamil olması daha aşkar və zahir olar.

    "Vəstəinu” (kömək alın) kəlməsi irşadi və qeyri-ami-ranə göstərişdir, çünki bəndələr bütün işlərində – istər ixtiyari işlərdə olsun (faili-muxtar olmaları ilə yana-şı, müstəqil təsir qüvvəsinə malik olmadıqlarına görə), istərsə də qeyri-ixtiyari işlərdə Haqq-taalanın kömək və mərhəmətlərinə ehtiyaclıdır. Çünki bütün varlıqların vücudu müstəqil deyil, sırf rabitədir, hər tərəfdən ehtiyac və fəqirlik əllərini Pərvərdigarın dərgahına tərəf uzat-mış və Onun köməyinə ehtiyaclıdır.

    Haqq-taalanın köməyi yalnız mərhəmət üçün qabiliyyət və səlahiyyəti olan şəxslərə çatır. Qabiliyyətli olmaq da yal-nız iki şeylə gerçəkləşər: Birincisi, ruzigarın xoşagəl-məz müsibətlərinə səbr edib dözməklə; Çünki səbr nə qədər acı olsa da, onun səmərəsi şirin və mənfəətli olacaqdır. Hədislərdə buyurulduğu kimi: "Əs-səbru miftahul-fərəc” – səbr qurtuluşun açarıdır.

    İkincisi, müxtəlif məşəqqətlərdə, ibadət etməkdə, mərifət və bəyənilən səciyyələr, gözəl əxlaqlar kəsb etməkdə yaranacaq çətinliklərə dözmək, habelə ruhun günaha sürük-ləyən ləzzətlərdən, şəhvətlərdən, nəfsani istəklərdən qo-runması üçün səbr etmək.

    Əli (ə) təqvalıların xüsusiyyətləri barəsində buyurur: "Onlar (təqvalılar) qısa bir müddət səbr etməklə uzun-uzadı ra-hatlıq taparlar.”[46]

    Bu ayədəki səbrin oruc və cihad kimi təfsir edilməsi onun xarici nümunələrinin bəyan edilməsi qəbilindəndir. Onun başqa bir mənası isə namazdır. Bu da insanın Haqq dərgahına diqqət yetirməsinin ən yüksək növü, feyz mənbəyi olan Yaradandan kömək və imdad diləmək, Onun dərgahına ya-xınlaşmaq üçün isə ən yaxşı vasitədir.

    Bəziləri bu ayədə qeyd olunan "səlat” sözünü dua, bəzi-ləri isə vacib və müstəhəb namazlar kimi, hətta bəziləri də namaza təzə başlayan şəxsin namazı kimi təfsir etmiş-lər. Belə ki, bu mənaların hər biri barəsində müxtəlif hədislər də nəql olunmuşdur. Əyyaşinin təfsirində Füzeyl, imam Baqir (ə)-dan belə rəvayət edir: "Ey Füzeyl, şiələrimiz-dən hər kəsi görsən, bizdən onlara salam çatdır və mənim adımdan de ki, təqvalı olmasanız Allah-taala yanında sizə heç bir kömək edə bilməyəcəyəm; öz dilinizi haram sözlərdən qoruyun, əllərinizi saxlayın. Səbirli olun, çünki həqiqətən Allah-taala səbr edən-lərlədir.”[47]

    Allahın səbr edənlərlə olmasının mənası Onun səbr edən bəndəsinə köməyi, müvəffəqiyyət verməsi, düz yola hida-yət edib məqsədə çatdırması və sair kimi nemətləridir. Bunların da hamısının fövqündə axirət savabı dayanır. Onların barəsində buyurulur: إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ

    "Həqiqətən səbr edənlər sorğu-sualsız öz savablarına nail ola-caqlar.”[48]

    Təbiidir ki, əqlən hər bir fərd Allah-taala tərəfin-dən nazil olan xüsusi nemətləri əldə etmək üçün müəyyən istedada, qabiliyyətə malikdir. Əgər bu ayəni Məkkənin fət-hi kimi başa düşsək, ayəni bu cür də təfsir etmək olar ki, camaat islam həqiqətlərini qəbul etmək yolunda ən kəskin, ağır imtahanlara dözərək namaz qılmaqla öz ləyaqət və dəyər-lərini göstərməlidirlər. Çünki namaz qılan şəxs başa dü-şür ki, Allah hər bir yerdə hazırdır və onun əməllərinə nəzarət edir. Namaz belə bir şəxsin öz Rəbbinə iman və tə-vəkkül, xalis dua və ibadət fürsətini verən bir Allah qar-şısındakı mərifətini göstərir.

    Həqiqi iman təkcə sözlə hasil olmur. İmanlı şəxs gə-rək öz qarşısına çıxan bütün hadisələrdə səbr və dözümlü-lük göstərsin ki, Allaha olan etiqadının düzgünlüyünü iz-har etsin. Bu da Ondan kömək istəmək, dua və raz-niyaz etmək-lə məlum olur.
    154-CÜ AYƏ

    وَلاَ تَقُولُواْ لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاء وَلَكِن لاَّ تَشْعُرُونَ (154)
    TƏRCÜMƏ:

    "Allah yolunda öldürülənlərə ölü deməyin; onlar diridirlər, lakin siz onu dərk etmirsiniz.”
    TƏFSİR:

    لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ "Limən yuqtəlu fi səbiylillah” (yəni Al-lah yolunda öldürülmək) o kəslərə aid edilir ki, müharibə meydanında, Peyğəmbərin, imamın və yaxud onun xüsusi naibi-nin önündə şəhid olsun.

    Bu hökm islamın təbliğ edilməsi, dinin inkişaf et-dirilməsi yolunda şəhid olanlara da aid olunur. Bu ayə "Bədr” müharibəsinin şəhidləri barəsində nazil olması-na baxmayaraq, təkcə onlara məxsus deyildir və Allah yolunda öldürülən bütün insanlara, o cümlədən məsum imamlar, on-ların səhabələri, naibləri, alimlər və sair möminlərə də şamil olur. Çünki, ölümdən sonrakı həyat (bərzəx həyatı) təkcə şəhidlərə məxsus deyildir. Burada ayə onların halı-nı bəyan edir, amma bir şeyin isbat edilməsi yerdə qalanla-rın inkar edilməsi demək deyildir. Məsələn, əgər "Əhməd adildir” deyilirsə, bu halda ədalətin yalnız ona məxsus ol-ması və başqalarının adil olmaması başa düşülmür, on-dan əlavə, burada minlərlə ədalətli şəxsin olması da müm-kündür.

    Buna əsasən, ayə ölümdən sonrakı həyatı (bərzəx həyatı-nı) şəhidlər üçün isbat edir. Amma ayə və rəvayətlər, bu hə-yatın bərzəx aləmində bütün möminlərə aid olduğunu çat-dırır. Onların ruhu bədənlərindən ayrıldıqdan sonra, elə bu dünyadakı bədənə oxşar bir şəklə düşür və Qiyamət günü-nə qədər ilahi nemətlərdən bəhrələnir. Kafirlərin ruhu da bədənlərindən ayrıldıqdan sonra həmin şəklə düşərək bərzəx aləmində əzaba düçar olacaq.

    Allah-taala buyurur:

    حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ

    "(Onlar öz yanlış yollarını) o zamana qədər (davam etdirər-lər ki,) onlardan birinin əcəli gəlib çatar, o vaxt deyər: "Ey Rəb-bim, məni qaytar! Bəlkə, tərk etdiklərim və səhlənkarlığa yol verdiyim işlərdə saleh əməllər görəm.” (Amma ona deyərlər:) Belə deyil! Həqiqətən bu onun dildə dediyi bir sözdür! (Əgər dünyaya qay-tarılsa, elə keçmişdəki əməllərini bir daha təkrar edəcəkdir.) Onların arxasınca dirildikləri günə qədər bərzəx vardır.”[49]

    "Məcməul-bəyan” təfsirində ("Təhzib” kitabından) nəql olunur ki, Yunis ibni Zəbyan deyir: İmam Sadiq (ə)-ın hüzurunda oturmuşdum. Möminlərin ruhu haqda söhbət dü-şəndə, buyurdu: "Camaat möminlərin ruhları barəsində nə deyir?” Ərz etdim: "Deyirlər ki, yaşıl quşların çinədanın-da ərş qəndillərindədir.”

    Həzrət təəccüblə buyurdu:"Sübhanəllah! Allah-taala mö-mini qəbzi-ruh edəndə onu dünyada olduğu misali qalibə salır; o, ye-yir, içir, bir kəs ona tərəf getdikdə onu, dünyada olduğu surətdə tanıyır.”[50]

    Həmçinin Əbu Bəsir belə rəvayət edir: İmam Sadiq (ə)-dan möminlərin ruhu barəsində soruşdum, buyurdu: "Cən-nətdə elə bu bədən surətindədirlər, əgər onları görsən deyərsən ki, bu filan kəsdir.”[51]
    ONLAR DİRİDİRLƏR...

    Həyat bir neçə növdür:

    Bitkilərin həyatı, heyvanların həyatı, insanların hə-yatı və iman həyatı.

    Bitkilərin həyatı yalnız təbii inkişafdan ibarət-dir. Bu həyat həm bitkilər, həm heyvanlar və həm də insanlar arasında müştərəkdir. Ölümləri də bu qüvvənin məhv olub aradan getməsindən ibarətdir. Heyvani həyat da elə bir qüv-vədir ki, onun vasitəsi ilə hiss etmə və iradi hərəkətlər baş verir. Bu da heyvanla insan arasında müştərəkdir. Onun ölümü isə bu qüvvənin aradan getməsi ilədir.

    İnsani həyat isə idrak və külli şeylərin dərk edilmə qüvvəsidir ki, insanlar onun vasitəsi ilə heyvanlardan seçi-lir. Bu qüvvə insandakı mücərrəd ruhun, natiqə nəfsin vasi-təsi ilə yaranır və bədəni idarə edir.

    Onun da ölümü nəfsin (ruhun) bədənlə olan əlaqəsinin kəsilməsi və onu idarə etmə dövrünün sona çatmasından iba-rətdir. Amma onun üçün məhv olub aradan getməyin mənası yoxdur. Ruh bədənlə olan əlaqə kəsildikdən sonra da diri qa-lır və insanlar Qiyamətdə dirilərkən yenidən onunla rabitə yaradır.

    Amma Allaha iman və mərifət sayəsində möminlərdə hasil olan imani həyat qəlbin aramlığı, nəfsin xatircəm-liyi və qəlbin nuraniliyidir. Onun sayəsində insan rahat, asudə və ləzzətlə yaşayır, dünyanın kədərləri, xoşagəlməz hadisə və müsibətləri onun üçün qəm-qüssə, qorxu, narahat-lıq və iztirab yaratmır. Çünki o, elə bir Allaha etimad edir ki, Ondan xeyir və gözəllikdən başqa bir şey baş ver-mir. Bu da sair ayələrdə qeyd olunan "təyyibə” adlı həyatdır. Belə ki, Allah-taala buyurur:

    مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً

    "Kişi və qadınlardan hər kəs imanlı olan halda saleh əməl görərsə, mütləq və mütləq Biz onu təyyibə həyat ilə dirildərik.”[52]

    Həmçinin buyurur:

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ وَاعْلَمُواْ أَنَّ اللّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ

    "Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna, sizi həyatve-rici bir şeyə dəvət etdikləri zaman cavab verin.”[53]

    Hikmət alimlərinin nəzərinə görə, sözlər ümumi və külli mənalar üçün düzəldilmişdir. Sözün mənaya hansı dərəcədə tətbiq olunması onun son nəticəsi və təsirindən asılıdır. Məsələn, çıraq qaranlıqda işıqlana bilən hər şey üçün nəzərdə tutulmuşdur. Deməli, hər şey bu təsirə malik olsa, hətta forma, quruluş və maddə baxımından fərq-li olsalar belə, bu sözün ona tətbiq edilməsi düzgündür. Hə-yatın da ümumi bir mənası da vardır ki, ona bağlı olan təsirin zahir olması deməkdir. Bu mənada onun Haqq-taala-nın pak və müqəddəs Zatına aid edilməsi düzgündür.

    اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ

    Allahın Zatında elm və qüdrət əlamətləri zahir oldu-ğuna görə demişlər ki, Allahın həyatı eynilə Onun elmi, elmi də eynilə Onun qüdrətidir. Qadir və alim olan Zat hə-mişə diridir. Buna görə də hər yerdə bu mənanın əsər-əla-məti olarsa, bu sözün ona aid edilməsi düzgündür. Amma onun növ, xüsusiyyət və keyfiyyətlərinin hər yerdə və bütün aləmlərdə eyni cür olması zəruri deyildir, hər aləmdə olsa, mövcud olduğu aləmlə mütənasib olmalıdır. Buna görə də şəhidlər və sair şəxslər üçün nəzərdə tutulan bərzəx həya-tı elə həmin aləmin öz növündən olacaqdır. Bu cəhətdən də dünya aləmindəki şəxslər bu aləmə məxsus olan hiss üzvləri ilə bərzəx həyatını dərk edə bilməzlər.

    Şüur – cəhalət və məlumatsızlıqdan sonra gələn il-kin idrakdır. Buna görə də belə bir məfhum Allah-taalaya aid edilə bilməz. Bəzilərinin nəzərinə görə, şüur işlə-rin dəqiqlik, incəlik və lətafətinə diqqət yetirməkdir. Bu-na görə də "şair” sözünün mənası mənaların lətafət və də-qiqliklərinə diqqət yetirən şəxs deməkdir.

    Qeyd etmək lazımdır ki, adi insanlar, hətta iman əhli-nin çoxu belə, şəhidlərin malik olduğu həyatdan məhrum-durlar və bərzəx həyatını dərk etmirlər.
    155-157-Cİ AYƏLƏR

    وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ (155) الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ (156) أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ (157)
    TƏRCÜMƏ:

    155- "Əlbəttə, sizi az bir çətinliklərlə, o cümlədn qorxu, aclıq, mal-dövlətinizə, özünüzə və məhsullarınıza dəyən bəlalarla imtahan edəcəyik. (Bu bəlalarda) səbr edənlərə müjdə ver.”

    156- "O kəslər ki, ağır və xoşagəlməz hadisələrə düçar olanda (səbirli olub) deyirlər: "Biz Allah tərəfindən gəlmişik və Ona doğru qayıdacağıq.”

    157- "Bunlar ilahi lütf və mərhəmətin (Allahın xüsusi rəhmətinin) şamil olduğu şəxslərdir. Onlar həqiqətdə hidayət olunanlardır.”
    TƏFSİR:
    İMTAHAN İLAHİ BİR QANUDUR

    Əmirəl-möminin (ə) ilahi imtahanların səbəbini çox gözəl şəkildə bəyan etmişdir: "Allah-taala bəndələrin əməllərinə onların özlərindən daha artıq agahdır, buna baxmaya-raq, onları imtahana çəkir ki, mükafat və cəzanın meyarı olan yaxşı və pis işləri aşkar olsun.”[54]

    Allah-taala bütün insanları imtahana çəkir, amma ha-mı bu sınaqdan eyni səviyyədə çıxmır. Dünya həyatı imtahan səhnəsidir, bütün insanlar, hətta peyğəmbərlər də imtahan edilirlər. Acı və ya şirin hadisələrin hamısı imtahan vasitələridir. Qeyd edək ki, Allahın imtahanı nəyinsə ay-dınlaşdırılması üçün deyil, əksinə, insanlarda olan is-tedadların çiçəklənməsi, tərbiyə edilməsi və yetişdiril-məsi üçündür. Müxtəlif hadisələr, o cümlədən qorxu, aclıq, mala və cana dəyən ziyan, məhsuldarlığın azalması, düşmə-nin təhdidləri, iqtisadi mühasirə, müharibə və cihada kö-mək, övladların və sair əzizlərin müharibə meydanlarına göndərilməsi və sair kimi işlər ilahi imtahan vasitə-ləridir. Bu imtahanlar islamın ilk müharibəsində (Bədr müharibəsində) olmuş və həzrəti imam Zaman (ə)-ın zühuru-na qədər də davam edəcəkdir. Müsəlmanların hamısı özlə-rini Həzrətin ümumdünya və haqq-ədalət inqilabı üçün ha-zırlamalıdır.

    İnsanın qarşısına çıxan xoşagəlməz hadisələr adə-tən, onun malına, canına, yaxud da övladlarına aid olur. Bəl-kə də ilk imtahanın "qorxu” kimi təqdim edilməsinin əsas səbəbi də bu üç şeydən birinin itirilməsi təhlükəsidir. Belə ki, faciə baş verməzdən əvvəl insan, ona dəyə biləcək xəsarətin qorxusundan həmişə həyəcanlı olur.

    İkinci mərhələ də aclıqdır və bu da təbii olaraq yox-sulluq nəticəsində yaranır. Oruc tutmaq da onun nümunələ-rindən biridir.

    Üçüncü mərhələ də mal-dövlətin azalmasıdır. Əlbəttə var-dövlətin itirilməsi çox xoşagəlməz hadisədir, xüsusi-lə varlı bir şəxsin müflisləşməsi, var-yoxdan çıxması daha dözülməz olur.

    Dördüncü mərhələ isə insanın canına dəyən fiziki zə-rərlərdir ki, Allah yolunda cihad zamanı (müharibə meyda-nında) yaralanmaq, daxili və ya xarici xəstəliklərə mübtəla olmaq və s. bu qəbildəndir.

    Peyğəmbəri-əkrəmə (s) xitab olunur ki, müsibətlərdə, ağır hadisələrdə səbirli olub özünü itirməyənlərə, şivən qoparmayanlara müjdə ver.


    Təfsirçilərin nəzərinə görə, bu müjdə behişt, ilahi əfv və bağışlanma mənasındadır. Belə ki, İmam Sadiq (ə)-dan nəql olunmuşdur: "Allah-taalanın buyurduğu "səbr edənlərə müjdə ver”, cümləsinin mənası "onları cənnət və ilahi əfvlə müjdələ” deməkdir.”[55]

    İmam Sadiq (ə)-dan nəql olunan bir başqa hədisdə "müjdə”nin məfhumu imam Məhdi (ə)-ın zühuru kimi bil-dirilmişdir.

    Həzrət yenə buyurmuşdur: "Həqiqətən Həzrət Qaimin gəli-şi Allah-taala tərəfindən möminlər üçün bir imtahandır. Və bu, Allah-taalanın وَبَشِّرِ الصَّابِرِينَ deyə buyurduğu ayənin mənasıdır.

    Başqa bir yerdə buyurur: "Bu hadisələr zamanı səbr edənlə-rə, Qaim (ə)-ın zühuru ilə müjdə ver.”[56]

    Bəli, dünya yüksək həyəcanla o böyük islahatçının zühu-runun intizarındadır. O həzrət gələn zaman dünyanı haqq-ədalətlə dolduracaq. Belə ki, bərabərsizlikdən, haqsızlıq-dan, ədalətsizlikdən zülm və təcavüzdən əsər-əlamət qalmaya-caqdır. Allah-taala Öz rəhmət qapılarını yerdə və göydə se-vimli bəndəsinin zühuru vasitəsi ilə açacaqdır. Mömin-lər o Həzrətin hökuməti dövründə sülh, səfa-səmimiyyət və asayişdə yaşayacaq, Allah-taala dərgahında öz bəndəçilik borcunu yerinə yetirəcəklər.

    Bu təbirlə əlaqədar olaraq Həzrəti Rəsuli-əkrəm (s) buyurmuşdur: "Məhdi məndəndir. Onun alnı uca və genişdir... O yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldu-racaqdır.”[57]

    Allah-taala bu ayədə müsibət və xoşagəlməz hadisələri sadalayaraq səbr edənlərə müjdə verir, daha sonra isə buna layiq olan səbirliləri təqdim edir. Çünki hamı bütün bu kəramət və fəzilətlərə layiq deyildir. Buna görə də bu müj-dəni elə şəxslərə aid edir ki, onlar müəyyən əsaslar üzərin-də səbr edir. Buyurur ki, Allah-taala tərəfindən olan məx-sus lütf, rəhmət və salavatla onları müjdələ. Onlar elə şəxslərdir ki, müsibət və xoşagəlməz hadisələrlə qarşı-laşan zaman qəlblərində Allahı yad edir və deyirlər: "Biz Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq.”

    ْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ

    Çünki onlar elmul-yəqin və eynul-yəqin əsasında bilir-lər ki, hər şey Allahındır, Onun ixtiyarındadır, eləcə də bu dünyada onlara əta olunan hər bir şey, o cümlədən can, mal, övlad və bütün nemətlər Allah-taala tərəfindən müvəq-qəti olaraq verilmişdir.

    Onlar bilirlər ki, insana bəxş edilən nemətlərin hər biri xüsusi hikmət və məsləhət üzərindəndir və nə vaxt-sa müəyyən məsləhətə əsasən onlardan alınacaqdır. Allah-taala bəzən ondan daha yaxşısını əta etmək üçün kimdənsə, hansısa bir neməti geri alır.

    Həmçinin onlar fitri elmlə başa düşürlər ki, hamı-nın qayıdış yeri Allaha doğrudur.

    Xoşagəlməz hadisələrin, habelə can, mal və ixtiyarın-da olan bütün şeylərin Allahın mülkü olub Onun qüdrəti sayəsində yaranmasını dərk edənlər və Onun təkvini əmrlə-rinə təslim olub layiqincə səbr edən şəxslər üçün "ulaikə ələyhim səlavatun min Rəbbihim” təbiri gətirilir, yəni bunlar həqiqətən nicat tapanlardır və belə şəxslərin barə-sində "onlar Haqq-taalanın rəhmətinə nail olanlardır”, deyil-məsi çox münasibdir.

    أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُون

    Bəzi təfsirçilər demişlər ki, "Allah tərəfindən olan salavat” dedikdə, əfv edib bağışlamaq nəzərdə tutulur. Bə-zilərinin nəzərinə görə isə, "səlavat” həmd-sənadan (tə-rifdən) ibarətdir. Buna görə də bu kəlmə cəm formasında gəlmişdir və bu da ilahi rəhmətin həddən çox olmasını göstərir.

    Bəlkə də məqsəd səbr edən şəxslər üçün müntəzəm və ar-dıcıl rəhmətlər gəlməsidir. Həzrəti Peyğəmbər (s)-dən belə nəql olunmuşdur: "Hər kim müsibətlə qarşılaşan zaman "inna lillahi və inna iləyhi raciun” ayəsini oxusa, Allah-taala həmin hadisənin üstündən uzun müddət keçməsinə baxmayaraq, müsibət baş verən gündə olan savabını onun üçün yeniləşdirər.”[58]

    Başqa bir hədisdə buyurulur: "Allah-taala belə bir şəx-sin müsibətinə (layiq olduğundan) daha yaxşı əvəz verər və onun aqibətini xeyirlə qurtarar.”

    Bəla və müsibət zamanı səbirli olub özünü və ixtiya-rında olanları Allahın mülkü hesab edənlər, habelə özlə-rinin Allaha tərəf qayıdacağını dərk edib, bunu dildə də iqrar edənlər Allah-taalanın dərgahında yüksək məqamlara çatıb haqq-həqiqət yoluna düşərək hidayət olunanlardır.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 1000 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024