İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)
    Nurul-Quran
    «BƏQƏRƏ» SURƏSİ 187-286-cı ayələrinin təfsiri
    DUA BARƏSİNDƏ BİR NEÇƏ HƏDİS


    1- İmam Sadiq (ə) buyurur: "Əmirəl-möminin Əli ibni Əbi Talib (ə) buyurmuşdur: "Yer üzərindən Allah-taala dərga-hına yüksələn ən sevimli əməl dua, ən yaxşı ibadət isə zahidlik-dir (dünyaya bağlı olmamaq).” Əli (ə) çox dua edərdi.”[1]

    2- İmam Sadiq (ə) buyurur: Peyğəmbəri-əkrəm (s) buyur-muşdur: "Dua möminin silahı, dinin sütunu, asimanların və yerin nurudur.”[2]

    3- Əmirəl-möminin Əli (ə) buyurur: "Dua qurtuluşun açarı, məqsədə çatmaq və nicat xəzinəsidir. Ən yaxşı dua odur ki, pak sinədən və pəhrizkar qəlbdən çıxmış olsun.”[3]

    4- Peyğəmbəri-əkrəm (s) buyurur: "Sizə, düşmənlərdən xilas edib ruzinizi bol edən bir silah göstərimmi?” Dedi-lər: "Əlbəttə ki, istəyirik!” Həzrət buyurdu: "Gecə-gündüz Pərvərdigarın dərgahına dua edin. Çünki, möminin silahı dua-dır.”[4]

    5- İmam Sadiq (ə) buyurur: Əli (ə) belə buyurmuşdur: "Dua möminin qalxanıdır. Əgər bir qapını çox döysən, mütləq üzünə açılacaqdır.”[5]

    6- İmam Riza (ə) öz dostlarına buyurdu: "Özünüzü peyğəm-bərlərin silahı ilə təchiz edin!” Soruşdular: "Peyğəmbərlərin silahı nədir?” Buyurdu: "Dua.”

    7- İmam Sadiq(ə) buyurur: "Dua dəmir nizədən də kəsərli-dir.”
    187-Cİ AYƏ

    أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ عَلِمَ اللّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ فَالآنَ بَاشِرُوهُنَّ وَابْتَغُواْ مَا كَتَبَ اللّهُ لَكُمْ وَكُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّواْ الصِّيَامَ إِلَى الَّليْلِ وَلاَ تُبَاشِرُوهُنَّ وَأَنتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَقْرَبُوهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ (187)
    TƏRCÜMƏ:

    "Oruc tutduğunuz günlərin gecələrində həyat yoldaşınızla cinsi əlaqədə olmağınız halaldır. Onlar sizin, siz də onların li-basısınız (hər biriniz digərinin zinəti və qorunmasına səbəb olur). Allah bilirdi ki, siz özünüzə xəyanət edirdiniz (və qadağan olunan bu işi yerinə yetirirdiniz). Beləliklə də O, tövbənizi qəbul edib sizi bağışladı. İndi onlarla yaxınlıq edin və Allahın sizin üçün qərar verdiyini istəyin. Sübhün ağ sapı (ge-cənin) qara sapından seçilənə qədər yeyib için, sonra orucu gecəyə qə-dər təkmil edin. Məscidlərdə etikaf bağladığınız zaman öz zöv-cələrinizlə yaxınlıq etməyin. Bu, Allahın (təyin etdiyi) hədd-hüduddur, ona yaxın düşməyin. Allah Öz ayələrini camaat üçün bu cür aşkar edir ki, bəlkə təqvalı olalar.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    İslam tarixindən məlum olur ki, oruc hökmü nazil olan ilk çağlarda müsəlmanlara, yalnız gecə yatmazdan qabaq çörək yeməyə icazə verilmişdi. Əgər bir kəs o zaman yuxuya gedib vaxt keçəndən sonra yuxudan ayılırdısa, yeyib-içmək ona haram sayılırdı. Həmçinin o dövrlərdə Ramazan ayının həm gecəsi, həm də gündüzündə həyat yoldaşı ilə yaxınlıq etmək qadağan olunmuşdu. Səhabələrdən biri – Mütim ibni Cübeyr fiziki cəhətdən zəif olduğuna baxmayaraq oruc tutur-du. Bir gün iftar zamanı evə daxil oldu. Həyat yoldaşı yemək gətirməyə gedəndə, çox yorğun olduğuna görə onu yuxu tutdu. Ayılanda dedi: "Artıq mənim yemək yeməyə haqqım yoxdur.” Ac-susuz halda yatdı və sabah oruc tutduğu halda (xəndək mühari-bəsində) xəndək qazmağa getdi. İş əsnasında zəiflik və ac-lıq səbəbi ilə huşdan gedib yerə yıxıldı. Peyğəmbər (s) onun başının üstünə gələrkən halını müşahidə etdi, qəlbi riqqətə gəldi.

    Bundan əlavə, müsəlman cavanlardan bəziləri özlərini saxlaya bilməyib Ramazan ayının gecələri öz həyat yoldaş-ları ilə yaxınlıq edirdilər. Bu zaman yuxarıdakı ayə nazil oldu və müsəlmanlara, Ramazan ayında bütün gecəni yemək-içməyə, öz həyat yoldaşları ilə əlaqədə olmağa icazə verdi.
    TƏFSİR:
    ORUC HÖKMÜNÜN ÜMUMİLƏŞDİRİLMƏSİ

    Ayənin nazil olma səbəbində qeyd olunduğu kimi, isla-mın əvvəllərində həm gecə, həm də gündüzlər həyat yoldaşı ilə yaxınlıq etmək, yuxuladıqdan sonra yeyib-içmək qadağan olunmuşdu. Bu, bəlkə də onları bir növ imtahan etmək və oruc hökmlərini qəbul etmək üçün hazırlamaq məqsədi da-şıyırdı.

    Oruc və etikaf barəsində dörd islami hökmə şamil olan bu ayə əvvəlcə buyurur: "Oruc tutduğunuz günlərin gecələ-rində həyat yoldaşınızla cinsi əlaqədə olmağınız halaldır.”

    أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ

    Sonra bu məsələnin səbəbini araşdıraraq buyurur: "Onlar sizin, siz də onların libasısınız (hər biriniz digəri-nin zinəti və qorunmasına səbəb olur).” هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ

    Libas bir tərəfdən insana isti-soyuq və təhlükəli əşya-ların zərər çatdırmasının qarşısını alır, digər tərəf-dən onun eyiblərini örtür və eyni zamanda insan üçün bir növ zinət və gözəllik sayılır. Ayədəki təşbih məhz bu incə-liklərə işarədir.

    Ər-arvad bir-birinin əxlaqi pozğunluğa düşməsinin qarşısını alıb eyiblərini örtür, hər biri digərinin zi-nəti hesab olunur və biri digərinin rahatlıq və asayiş va-sitəsi sayılır.

    Bu təbir kişi və qadın arasında olan mənəvi rabitə-ni, onların bir-birinə bağlılığını, həmçinin bu zəminə-də onların bərabər olmasını tamamilə aydınlaşdırır. Çünki, kişilərin barəsində gələn həmin təbir elə qadın-ların da barəsində gəlmişdir.

    Sonra Quran bu ilahi qanunun dəyişdirilməsindəki hikmətə işarə edərək buyurur: "Allah-taala bilirdi ki, siz özünüzə xəyanət edirdiniz (və qadağan olunan bu işi yerinə yeti-rirdiniz). Beləliklə də O, tövbənizi qəbul edib sizi bağışladı.”

    عَلِمَ اللّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ

    Sizin daha artıq günaha aludə olmamağınız üçün Al-lah Öz rəhmət və lütfü ilə bu hökmü asanlaşdıraraq onun müddətini qısaltdı və məhdudiyyətini aradan qaldırdı:

    "İndi onlarla yaxınlıq edin və Allahın sizin üçün qərar verdiyini istəyin.” فَالآنَ بَاشِرُوهُنَّ وَابْتَغُواْ مَا كَتَبَ اللّهُ لَكُمْ

    Şübhəsiz, bu əmr vacib mənasında deyil, qadağan olun-muş hökmün götürülməsi deməkdir və üsul alimlərinin nə-zərində, "həzər” ardınca gələn "əmr” adlandırılmışdır ki, bu da həmin işin caiz olduğunu çatdırır.

    "Vəbtəğu ma kətəbəllahu ləkum” cümləsi göstərir ki, ya-radılış qanunları və insan nəslinin qorunub saxlanması yolundakı hökmün genişləndirilməsi və yüngülləşdiril-məsindən istifadə etmək olmaz.

    Sonra ikinci hökmü bəyan edərək buyurur: "Sübhün ağ sa-pı (gecənin) qara sapından seçilənə qədər yeyib için, sonra orucu gecəyə qədər təkmil edin.”

    وَكُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ

    Beləliklə müsəlmanlara bütün gecə boyu yeməli və içmə-li şeylərdən istifadə etməyə icazə verildi. Amma onlar sübh açılandan gün batana qədər oruc tutmalı idilər. Sonra üçüncü hökmü bəyan edərək buyurur: "Sonra orucu gecəyə qədər təkmil edin.” ثُمَّ أَتِمُّواْ الصِّيَامَ إِلَى الَّليْلِ

    "Summə ətimmus-siyamə iləl-ləyl” cümləsi Ramazan ayın-da oruc tutan şəxslərin gündüz yeyib-içməsinin, həyat yolda-şı ilə yaxınlıq etməsinin qadağan olunmasına bir daha təkid edir və orucun sübhdən başlayıb gecə sona çatmasını göstərir.

    Nəhayət dördüncü hökmü belə bəyan edir: "Məscidlərdə etikaf bağladığınız zaman öz zövcələrinizlə yaxınlıq etməyin.”

    وَلاَ تُبَاشِرُوهُنَّ وَأَنتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ

    Bu, əvvəlki hökmdən bir növ istisnadır. Çünki müddəti üç gündən ibarət olan etikaf zamanı oruc tutulur, amma bu müddətdə nə gecə, nə də gündüz qadınlarla yaxınlıq etmək ol-maz. Axırda əvvəlki hökmlərə işarə edərək buyurur: "Bu, Al-lahın (təyin etdiyi) hədd-hüduddur, ona yaxın düşməyin.”

    تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَقْرَبُوهَا

    Çünki sərhədlərə yaxınlaşmaq insanda vəsvəsə yaradır, bəzən sərhəddi aşaraq günaha düşməsinə də səbəb olur. "Al-lah Öz ayələrini camaat üçün bu cür aşkar edir ki, bəlkə təqvalı olalar.” كَذَلِكَ يُبَيِّنُ اللّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ
    İLAHİ HƏDD-HÜDUD

    Yuxarıdakı ayələrdə oruc və etikaf hökmlərinin bir qismi Allahın təyin etdiyi hədd-hüdud, yəni halal ilə haramın, qadağan olunmuş şeylə icazə verilmiş şeylərin arasındakı hədd-hüdud və sərhəd kimi bəyan olunmuşdur. Ayədə heç də "sərhədlərdən, hədd-hüduddan keçməyin” deyil, "ona yaxın düşməyin” deyə buyurulur, çünki sərhəddə yaxın-laşmaq vəsvəsə yaradır. Bəzən insan şəhvət qüvvəsinin tüğ-yan etməsi nəticəsində və yaxud da müəyyən səhv və xəta ucba-tından həmin sərhədləri keçə bilər. Ona görə də bəzi is-lam qanunlarında insanın günaha düşməsinə səbəb olan yer-lərə getmək qadağan olunmuşdur. İnsanın özü günaha aludə olmasa belə, günah məclislərində iştirak etməsi, yaxud başqalarının daxil ola bilmədiyi gözdəniraq və xəlvət bir yerdə yad qadınla olması və digər məsələləri buna misal gös-tərmək olar.
    2- ETİKAF

    Etikaf, əslində uzun müddət bir şeyin yanında həbs olunub qalmaq deməkdir. Şəriət terminologiyasında eti-kaf ən azı 3 gün ibadət məqsədilə məscidlərdə qalmağa deyi-lir. Onun şərtlərindən biri oruc tutmaq, bəzi maddi ləz-zətləri tərk etməkdir. Bu ibadət ruhun saflaşdırılma-sında, Pərvərdigara diqqət yetirilməsində çox dərin təsir-lərə malikdir. Onun qayda-qanunları və şərtləri fiqhi ki-tablarda ətraflı şəkildə qeyd olunmuşdur. Əlbəttə, bu iba-dət müstəhəb əməllərdəndir. Bəzi müstəsna hallarda isə va-cib şəklinə düşür. Qeyd olunan ayə onun şərtlərindən yal-nız birinə – qadınlarla istər gecə, istərsə də gündüz yaxın-lıq etməyin qadağan olunmasına işarə edir.
    3- SÜBHÜN AÇILMASI

    "Fəcr” lüğətdə "yarılmaq” deməkdir. Sübhün açılmasına fəcr deyilməsinin səbəbi budur ki, gecənin qaranlıq pərdə-si sübhün ilk ağartısı ilə yarılır.

    Bəhs olunan ayələrdə bu ifadə "hətta yətəbəyyənə ləku-mul-xəytul-əbyəzu” kimi gəlmişdir. Bu barədə belə bir hədis nəql olunmuşdur: Ədi ibni Hatəm Peyğəmbər (s)-in hüzuruna gəlib ərz etdi: "Mən orucun vaxtını müəyyən etmək üçün qar-şıma ağ və qara ip qoyub onlara baxırdım. Peyğəmbər (s) bu sözü eşidərkən elə təbəssüm etdi ki, mübarək dişləri gö-ründü. Sonra buyurdu: "Ey Hatəmin oğlu, ağ sapdan məqsəd orucun vacib olma zamanını göstərən sübhün qaranlıq gecə üfüqünə da-xil olmasıdır.”[6]

    Diqqət yetirmək lazımdır ki, bu təbir başqa bir məsə-ləni də aydınlaşdırır. O da sadiq (həqiqi) sübhün kazib (yalançı) sübhdən ayırd edilməsidir. Çünki, gecənin sonun-da əvvəlcə asimanda şaquli vəziyyətdə azacıq bir ağartı yara-nır ki, onu tülkü quyruğuna oxşadırlar. Bu, yalançı (kazib) sübhdür. Amma ondan bir qədər sonra üfüqi istiqamətdə şəffaf bir ağlıq yaranır və sap kimi gecənin qaranlıq üfüqündə çəkilir. Bu, orucun başlanması və sübh namazı-nın əvvəl vaxtını göstərən sadiq sübhdür ki, onun yalançı sübh ilə heç bir oxşarlığı yoxdur.
    4- ƏVVƏL DƏ, AXIR DA TƏQVADIR

    Oruc barəsində olan ilk ayədə oxuduq ki, oruc tutmaqda son məqsəd təqvadır. Həmin təbir eynilə bu ayələrin axırın-da da gəlmişdir. Bu da göstərir ki, bütün bu hökmlər insan-da təqva, pəhrizkarlıq, günahdan uzaq olmaq və Allahın müəy-yən etdiyi vəzifələr qarşısında məsuliyyət hiss etmə ruhu-nu inkişaf etdirmək üçündür.
    188-Cİ AYƏ

    وَلاَ تَأْكُلُواْ أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ وَتُدْلُواْ بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُواْ فَرِيقًا مِّنْ أَمْوَالِ النَّاسِ بِالإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ (188)
    TƏRCÜMƏ:

    "Və bir-birinizin mal-dövlətini batil (və nahaq yerə) öz aranızda yeməyin. Və camaatın mal-dövlətinin bir qismini (bu işin böyük günah olduğunu) bildiyiniz halda, günahkarcasına ye-mək üçün (onun bir hissəsini rüşvət kimi) qazılara verməyin.”
    TƏFSİR:

    Bu ayə müsəlmanları son dərəcə yaramaz bir işdən çə-kindirərək, onlara bir-birinin malını nahaq yerə ələ ke-çirməməyi, qanunsuz yollarla var-dövlət qazanmamağı tövsiyə edir. Mümkündür ki, bir şəxs başqasının mal-dövlətini nahaq yerə ələ keçirsin və bu iş məhkəmə ilə nəticələnsin. Həmin şəxs də qanunsuz yerə xalqın malını öz mülkiyyətinə keçirmək üçün rüşvət adı ilə hakimə bir şey də hədiyyə et-sin. Belə olan halda həmin şəxs iki böyük günaha mürtəkib ola bilər: birincisi, başqasının haqqını yemək, ikincisi isə rüşvət vermək.

    Rüşvət islamda olduqca çirkin bir iş sayılaraq qətiy-yətlə pislənmişdir. İmam Sadiq (ə) onun barəsində buyurur: "Məhkəmədə hökm və ya qərar çıxaran zaman rüşvət alan şəxs Al-laha qarşı kafir olmuşdur.”[7]

    Rəsuli-əkrəm (s) buyurur: "Allah-taala rüşvət verənə, rüş-vət alana və onların arasında vasitəçilik edənə lənət etsin!”

    "Nisa” surəsinin 29-cu ayəsində buyurulur: "Ey iman gə-tirənlər! Qarşılıqlı razılıq əsasında olan ticarətdən əldə etdikləriniz istisna olmaqla, bir-birinizin malını (qanunsuz və nahaq yerə) yeməyin.”

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلاَّ أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ

    Bu ayə aşkar şəkildə bəyan edir ki, əgər müəyyən şəxslər rüşvət verməklə məhkəmədə haqq qazansalar, münaqişəli olan mal onlara haram olacaq. Məhkəmədə zahiri şahidlə-rə əsasən, müəyyən vasitələrlə bir şeyi sübuta yetirib hökm vermək haram malı halal mala çevirmir. Başqa sözlə desək, məhkəmədə zahiri hökm verməklə bir kəs camaatın qanuni malına sahib ola bilməz.

    Peyğəmbəri-əkrəm (s)-dən belə nəql olunmuşdur: "Mən də sizin kimi insanam (və zahiri şahidlərə əsasən sizin aranızda mühakimə yürüdürəm). Mənim yanımda müəyyən bir münaqişəli məsələ müzakirə olunarkən, ola bilsin ki, bəziləri başqaların-dan güclü dəlil gətirsin. Bu halda mən onun gətirdiyi dəlil və sübutlara əsaslanıb, onun xeyrinə mühakimə yürüdə bilərəm. Am-ma bilin ki, əgər mən bir kəsin haqqını başqasına versəm (onda bu iş) bir parça cəhənnəm odu olar. Əgər həmin şəxs cəhənnəm odu istəyirsə, o malı öz ixtiyarına keçirsin, əks halda bu işi tərk etsin.”[8]
    RÜŞVƏTXORLUĞUN TÖRƏTDİYİ BƏLALAR

    Qədim zamanlardan cəmiyyətdə mövcud olan və müasir dövrdə daha da şiddətlə yayılan böyük bəlalardan biri də rüşvətxorluqdur. Rüşvətxorluq cəmiyyətdə ədalətin bərqərar olunması yolunda ən böyük maneələrdən biri sayılır. Cəmiy-yətdəki mövcud qanunlar zəif təbəqələrin mənafeyinə xidmət edib zülm və zorakılıq etmək istəyənlərin haqlarını məh-dudlaşdırmalı olduğu halda, rüşvətin yayılması bu qanun-ların zülmkarlara xidmət etməsinə səbəb olur. Çünki, zülm və zorakılıq edənlər həmişə öz qüdrəti ilə şəxsi mənafe-yini müdafiə edə bilir. Zülm altında inləyən şəxslərin mənafe və hüquqları isə qanun sayəsində qorunmalıdır. Ay-dındır ki, əgər cəmiyyətdə rüşvətxorluq yayılarsa, qanunlar tamamilə əks nəticə verəcəkdir. Çünki imkanlı və qüdrətli şəxslər həmişə rüşvət verməyə qadir olduğundan, qanun, zə-if şəxslərə zülm edilməsi və hüquqlarının tapdanması üçün onların əlində bir vasitə olacaqdır.

    Buna görə də rüşvətxorluğun yayıldığı hər hansı bir cəmiyyəti bədbəxtlik bürüyər, zülm, fitnə-fəsad, haqsızlıq, ayrı-seçkilik yayılar və ədalətin quru adından başqa bir şey qalmaz.

    İslam dinində rüşvətxorluq qəbahətli bir iş hesab olunmuş və kəbirə günahlardan sayılmışdır. Ona görə də bu yaramaz və alçaq iş "hədiyyə”, "hörmət”, "haq-hesab”, "zəh-mət haqqı”, "ənam” və s. kimi başqa aldadıcı ünvanlar al-tında yerinə yetirilir. Aydındır ki, sadəcə olaraq adın də-yişdirilməsi ilə mahiyyət dəyişməz. Hər bir halda bu yolla alınan pul haram və qeyri-qanunidir.

    "Nəhcül-bəlağə”də qeyd olunur ki, Əşəs ibni Qeys Əli (ə)-ın ədalət məhkəməsində qələbə çalmaq üçün o həzrətə hə-diyyə adı ilə rüşvət təklif edir. Gecə ikən ləzzətli bir halva hazırlayıb Əli (ə)-ın evinə gətirir və onu "hədiyyə” adlandırır. Əli (ə) isə qəzəblənib buyurur: "Matəmlilər sə-nin matəmində otursun (yəni ölüm olsun sənə)! Sən məni aldat-maq və haqq ayinindən saxlamaq üçün gəlmisənmi?! Allaha and ol-sun! Əgər yeddi iqlim qurşağını və onların səması altında olanları qarışqanın ağzında olan arpa qabığını zülm ilə alaraq Allaha qarşı asi olum deyə mənə versələr, heç vaxt bu işi görmə-rəm. Sizin dünyanız mənim nəzərimdə çəyirtkənin ağzında çeynə-diyi yarpaqdan da dəyərsizdir. Əlinin fani dünya, ötəri ləzzətlər-lə nə işi?!”

    İslam, rüşvəti hansı formada olmasından asılı ol-mayaraq qadağan etmişdir. Peyğəmbər (s)-in təyin etdiyi vali-lərdən birinin hədiyyə şəklində rüşvət qəbul etdiyini o həzrətə xəbər verdilər. Həzrət qəzəblənib ona buyurdu: "Nə üçün haqqın olmadığı şeyi alırsan?” O, cavabında üzür-xahlıq edərək dedi: "Aldıqlarım yalnız hədiyyədir.” Peyğəm-bər buyurdu: "Əgər mənim tərəfimdən vali olmayıb evinizdə otursaydınız camaat sizə hədiyyə gətirərdimi?”

    Hədiyyəni alıb beytül-mala təhvil verilməsini əmr et-dikdən sonra onu işdən götürdü.[9]

    İslam məhkəmə sistemində qazının (şəriət hakimi-nin) gizli rüşvət almaması üçün göstəriş verilir ki, o, özü şəxsən bazara getməsin. Çünki belə şəxslər bu kimi iş-ləri özləri icra etsələr, ixtiyarsız olaraq alacağı şeylər ona ucuz qiymətə verilər və bu da hakimə təsir qoyar, nəti-cədə məhkəmədə ona ucuz satan şəxsin tərəfini saxlaya bi-lər.

    Müsəlmanlar Qurani-kərimdən ilham alaraq heç bir şeyi rüşvətə qurban verməməlidirlər.

    Bəziləri demişlər ki, ayədə bir-birinin mallarının əbəs işlərə xərclənməməsi, qumar və sair kimi işlərə qo-yulmaması nəzərdə tutulmuşdur. İmam Məhəmməd Baqir (ə) buyurur: "Qüreyş qəbiləsinin başçıları şəxsi mal-dövlətlərini və hətta həyat yoldaşlarını belə qumara qoyurdular. Allah-taala onları bu işdən çəkindirdi.”

    Qeyd olunan bu təfsirlərin hamısını qəbul etmək daha münasibdir.[10]
    189-CU AYƏ

    يَسْأَلُونَكَ عَنِ الأهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوْاْ الْبُيُوتَ مِن ظُهُورِهَا وَلَـكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (189)
    TƏRCÜMƏ:

    "Səndən ayın hilalları barəsində soruşurlar. De: Onlar ca-maatın (həyat və məişət) vaxtlarının və (təbii) təqvim (əsa-sında) həcc vaxtının təyin olunması üçündür və (cahiliyyət dövründə ərəblər həcc mərasimini yerinə yetirmək üçün ehram bağ-layandan sonra evin qapısından deyil, bacadan daxil olurdular, siz belə etməyin) evin bacasından daxil olmaq yaxşı iş deyil; yaxşı iş təqvalı olmağınızdır. Evə, qapıdan daxil olun, Allah qarşı-sında təqvalı olun, bəlkə nicat tapasınız.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Nəql olunmuşdur ki, Məaz ibni Cəbəl Peyğəmbər (s)-in hüzuruna gəlib dedi: Bizdən ayın hilalı, tədricən böyüyüb on beş günlüyündə bütövləşməsi və sonradan əvvəlki vəziyyə-tinə qayıtmasının səbəbi barədə tez-tez soruşurlar. Yəhudi-lər də o həzrətdən "Ayın hilal olması nə üçündür və nə ki-mi faydası vardır?”-deyə soruşduqda, yuxarıdakı ayə nazil olub elan etdi ki, ayın müxtəlif vəziyyətləri insan həyatın-da çoxlu faydalara malikdir.
    TƏFSİR:

    Ayənin nazil olma səbəbində qeyd olunduğu kimi, bəzi-ləri ayın hilalı və onun səbəbləri barəsində Peyğəmbər (s)-dən müxtəlif suallar soruşur, ayın müxtəlif şəkillərə düşməsinin faydaları barəsində məlumat almaq istəyirdi-lər. Allah-taala bu sualların cavabında Peyğəmbər (s)-ə gös-təriş verir ki, hilalın faydalarını bəyan edib, ayın əvvəl-də hilal (qövs) şəklində olub sonra tədricən böyüməsinin dini ibadət və vəzifələrin yerinə yetirilməsində, eləcə də insanların məişət və maddi həyatlarının tənzim olunma-sında müxtəlif müsbət təsirlərə malik olmasını desin. Çünki hamı asanlıqla öz ticarət işlərini, bağladığı mü-qavilələri tənzim edib, vədə və əhd-peymanlarının vaxtını təyin edə bilir. Həmçinin oruc və əzəmətli həcc mərasimi müəyyən bir vaxtda yerinə yetirildiyindən, bu əməllərin vax-tının təyin edilməsinin ən yaxşı və münasib yolu ayın hi-lalıdır. Camaat hilalı görməklə ayın əvvəlini, ortasını və axırını ayırd edərək onun əsasında öz işlərini tənzim edə bilər.

    Həqiqətdə ay bütün insanlar üçün təbii bir təqvim he-sab olunur. Savadlı və ya savadsız olmasından asılı olma-yaraq bütün insanlar dünyanın hər yerində bu təbii təqvim-dən istifadə edərək təkcə ayın əvvəli, ortası və axırını de-yil, həm də diqqətlə baxdıqda bütün günlərini ayırd edə bi-lirlər. Aydındır ki, bəşərin ictimai həyatının tənzim olunması ümumi və dəqiq bir vasitə – təqvim olmadan müm-kün deyildir. Buna görə də böyük Allah həyat sistemini tən-zim etmək üçün bu təbii təqvimi bütün insanların ixtiya-rına vermişdir.
    TƏBİİ MİQYASLAR

    İslam qanunlarının üstünlüklərindən biri də onun göstərişlərinin adətən təbii meyar və miqyaslar əsasında olmasıdır. Çünki bu miqyaslardan hamı istifadə edə bilir və zamanın keçməsi onda heç bir dəyişiklik yaratmır. Amma təbii olmayan miqyaslardan hamı istifadə edə bilmir, hət-ta müasir dövrdə də, insanların hamısı mövcud texniki (dünyəvi) miqyaslardan faydalana bilmir. Buna görə də islam şəriətində bəzən qarış, bəzən addım, bəzən barmaqların bəndləri, bəzən də insanların boyu meyar (etalon) götürü-lür. İbadət vaxtlarının təyin olunmasında da günəşin bat-ması, sübhün açılması, günəşin nisfun-nahardan[11] keçməsi və ayın görünməsi qərar verilmişdir.

    وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوْاْ الْبُيُوتَ مِن ظُهُورِهَا

    Yəni "evlərin arxasından daxil olmaq yaxşı bir iş deyil-dir.”

    Əvvəlki ayələrdə söhbət həccdən getdiyindən, eləcə də həcc mövsümünün vaxtı ayın müxtəlif vəziyyətlərdə olması ilə təyin edildiyindən, bu ayədə Allah-taala həcc barəsində cahiliyyət dövründən miras qalan bəzi yanlış və xurafi adətlərə işarə edərək onları bu əməldən çəkindirir. Belə ki, onlar ehram paltarı geydikləri zaman, batil əqidə əsa-sında evlərinə qapıdan daxil olmurdular. Buna görə də evin arxasından baca açıb ehram zamanı yalnız oradan daxil olur və bu işin yaxşı və bəyənilən bir əməl olduğunu güman edirdilər. İslam dini həcc əməllərinin düzgün formada icra olunması üçün yanlış adətlərə, xüsusilə ehramdakı adətlərə son qoymalı idi.[12]

    Amma Quran aşkar şəkildə buyurur ki, yaxşılıq xura-fatçı adət-ənənələrlə deyil, təqva ilədir. Sonra müsəlman-lara göstəriş verir ki, evlərinizə hökmən adi və təbii yol-la daxil olun.

    Ayənin daha geniş bir mənası da vardır: İstər dini, istərsə də sair işlərə xurafatçı, inhirafçı yollarla de-yil, düzgün yolla başlamaq lazımdır. Cabirin imam Baqir (ə)-dan nəql etdiyi hədis məhz bu mənanı daşıyır.[13]

    Əhli-beyt (ə) imamları bu ayə barəsində buyurmuşdur: "Biz Allahın qapıları, Allaha çatmaq yolu və behiştə doğru də-vət edənlərik.”[14]

    Yəni bütün dini məsələlərə həqiqi yoldan başlamalı, öz vəzifələrimizin təyin olunmasında onlardan göstəriş almalıyıq. Çünki vəhy onların evində nazil olmuşdur, ila-hi vəhy məktəbində təlim-tərbiyə alanlar da məhz onlardır.

    "Leysəl-birru” cümləsi başqa bir incə mənanı da çatdı-ra bilər: dini maarif əvəzinə ayın müxtəlif vəziyyətləri barədə sual verməyiniz evin əsl yolunu qoyub arxadan daxil olan şəxslərin əməlinə oxşayır ki, bu da çox acınacaqlı bir haldır.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 930 | Rating: 3.6/5
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019