İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    190-CI AYƏ

    وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ (190)
    TƏRCÜMƏ:

    "Və Allah yolunda, sizinlə vuruşanlara qarşı vuruşun, am-ma həddi aşmayın, çünki Allah həddini aşanları sevmir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Müsəlmanlar, sonrakı il Məkkə səfərinə hazırlaşar-kən müşriklərin öz əhdlərinə vəfa etməyib onlara mane olacaqlarını və nəticədə müharibə başlanacağını ehti-mal verirdilər. Müharibə başlanacağı surətdə Peyğəmbər (s) haram aylarda cihad etməyə məcbur olacağından bərk nara-hat idi. Yuxarıdakı ayə nazil olaraq, müharibə başlanacağı təqdirdə onlarla mübarizə edilməsinə hökm etdi.
    TƏFSİR:

    Qurani-kərim bu ayədə müsəlmanlarla müharibəyə baş-layaraq onların üzərinə qılınc çəkənlərə qarşı cihad hök-münü verir və onların, düşmənləri susdurmaq üçün silaha sarılaraq hər növ müdafiə vasitələrindən istifadə etmələ-rinə icazə verir. Çünki, artıq müsəlmanların səbir kasası dolmuşdu, indi onlar mərd-mərdanəliklə, açıq-aşkar öz hüquqlarını müdafiə etməli idilər.
    NƏ ÜÇÜN MÜHARİBƏ EDƏK VƏ KİMLƏRLƏ DÖYÜŞƏK?

    Bu ayədə islamın müharibə barəsində məntiqini tama-milə aşkar edən üç əsas məsələyə toxunulmuşdur:

    وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ

    "Allah yolunda müharibə edin” cümləsinə diqqət yetirmək-lə islamda müharibənin (cihadın) əsl hədəfi aydın-laşır. Belə ki, islam nəzərindən intiqam almaq, şan-şöhrət və rə-yasət qazanmaq, torpaqların genişləndirilməsi, qənimət əl-də edilməsi, başqa ölkələri işğal edərək kiməsə ağalıq et-mək məqsədilə aparılan müharibələr mənfi qiymətləndi-rilir. Silahlı cihad o zaman düzgün ola bilər ki, Alla-hın razılığı yolunda və ilahi qanunların, haqq-ədalətin, tövhidin genişləndirilməsi, eləcə də zülm, fəsad və azğın-lığın kökünün kəsilməsi məqsədilə olsun.

    Kiminlə müharibə etmək məsələsinə gəldikdə isə,

    "الَّذِينَ يُقَاتِلُونَكُمْ” (yəni sizinlə müharibə edənlərlə mühari-bə edin) cümləsi aşkar şəkildə bəyan edir ki, düşmən tə-rəf ələ silah alıb müsəlmanlarla müharibəyə başlamayın-ca, müsəlmanlar mübarizəyə qalxmamalıdır. Amma cihad ayə-lərində qeyd olunan bəzi şəraitlər bu hökmdən istisna olu-nub.

    Bu ayədən məlum olur ki, müharibə zamanı qeyri-hərb-çilər, xüsusilə qadınlar və uşaqlar hücuma məruz qalmama-lıdır. Onlar müharibəyə başlamadıqlarından, təhlükəsiz-likləri təmin olunmalıdır.

    Buna görə də Həzrət Əli ibni Əbi Talib (ə) öz əsgərlə-rinə göstəriş verib buyururdu: "Nə qədər ki, onlar hücum et-məmişlər, siz onlara hücum etməyin. Çünki siz haqqa tabesiniz, onların əleyhinə (Allah dərgahında) dəlil-sübutunuz vardır. Müharibəyə ilk dəfə başlamamaq sizin haqq olmağınızı çatdı-rır.”

    Müharibəyə məxsus olan müxtəlif məsələlər də "və la tətədu” (həddi-hüdudu aşmayın) cümləsindən aydın olur. Çün-ki islamda müharibə yalnız Allahın razılığı və Onun yo-lunda aparılmalıdır. Bu yolda heç növ təcavüzə yol vermək, Allahın təyin etdiyi həddi-hüdudu aşmaq olmaz. Buna görə də islam dini müasir müharibələrin əksinə olaraq, hərbdə əxlaq normalarına riayət olunması barədə çoxlu tövsiyələr etmişdir. Məsələn, silahı yerə qoyaraq təslim olanlar, dö-yüş qabiliyyətini əldən verənlər, ümumiyyətlə vuruşmağa qüdrəti olmayanlar, o cümlədən, qocalar, qadınlar və uşaq-lar təcavüzə məruz qalmamalıdır. Əkin sahələri, bağlar və istehsal mərkəzləri məhv edilib aradan aparılmamalı, ət-


    raf mühit və su zəhərlənərək korlanmamalıdır (kimyəvi, bioloji və atom bombalarından istifadə olunmamalıdır).

    Əli (ə) buyurur: "Allahın köməyi ilə düşmən qoşununa zə-fər çaldığınız zaman qaçanları və yaralıları öldürməyin, onlara işgəncə verməyin, hətta əgər sizin böyüklərinizi söyərək nalayiq sözlər desələr belə, onlara əzab-əziyyət verməyin.”

    Bu ayədə Quranın müharibə və cihadın müxtəlif məsə-lələri barəsindəki izahlarından müxaliflərin və isla-mın qərəzli düşmənlərinin cihad barəsindəki yersiz itti-hamları tamamilə aydın olur. Sair ayələrdə cihadın müxtə-lif məsələləri ilə əlaqədar olaraq əlavə izahlar da veril-mişdir ki, Allahın köməyi ilə oxuyacaqsınız.
    191-Cİ AYƏ

    وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلاَ تُقَاتِلُوهُمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِن قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاء الْكَافِرِينَ (191)
    TƏRCÜMƏ:

    "Və onları (cinayət törətməkdə əllərindən gələni əsirgə-məyən bütpərəstləri) hər yerdə tapsanız öldürün; onları, sizi qo-vub çıxardıqları yerdən (Məkkədən) çıxardın. Fitnə (və bütpə-rəstlik) qətldən də pisdir. Onlarla, Məscidul-həramın yanında (hərəm sayılan yerlərdə) müharibə etməyin. Amma əgər onlar si-zinlə orada müharibə aparsalar (bu halda eybi yoxdur). Əgər onlar sizinlə (həmin yerdə) müharibə etsələr onları qətlə yetirin. Ka-firlərin cəzası məhz budur!”
    TƏFSİR:

    Bu ayə müsəlmanlara, onları öz vətənlərindən çıxarıb didərgin salan Məkkə bütpərəstləri ilə müharibə etmək və


    törətdikləri cinayətlər müqabilində Məkkədən çıxarmaq göstərişi verir. Çünki onlar illər boyu müsəlmanlara qətldən də ağır olan müxtəlif işgəncə və əzab-əziyyətləri rəva görmüşlər.

    Fiziki cəhətdən öldürülmək insanın dünyəvi həyatdan məhrum edilməsidir və onun əvəzində insan axirət səadəti-nə nail olur. Amma işgəncədə nə dünyəvi rifah, nə bir ləz-zət, nə də başqa bir asayiş vardır.

    Bunlarla yanaşı, yenə də göstəriş verilir ki, Məsci-dul-həramın əmin-amanlıq və müqəddəsliyi xatirinə onun ətrafında müharibə aparmayın. Amma əgər müşriklər ora-nın ehtiramını saxlamayaraq müharibəyə başlasalar, mü-səlmanlar da mübarizəyə qalxıb onları cəzalandıra bilər-lər.
    İNCƏ NÖQTƏLƏR:

    1- Müəyyən hallarda düşmənin törətdiyi cinayət əməl-lərinə cavab olaraq onlara da elə həmin cəza verilməlidir.

    2- Hərəm və Məscidul-həram müqəddəsdir, amma müsəl-manların qanının hörməti ondan da müqəddəsdir. Burada "nisbətən mühüm olan işlə daha yüksək əhəmiyyət kəsb edən iş” məsələsi irəli gəlir.

    3- Müharibəni ilk olaraq başlamamaq əmr olunduğu ki-mi, müqəddəslərin hörmətinin məcburi olaraq pozulmasın-da da qabağa düşmək olmaz.

    4- Hər hansı bir göstəriş və ya hökmün səbəbinin bəyan olunması insana sevinc gətirir və onun əmrlərə daha yaxşı şəkildə itaət etməsinə şərait yaradır. Quran müşriklə-rin qətlə yetirilməsi hökmünün dəlilini bəyan edərək buyu-rur ki, onlar uzun illər sizə əzab-əziyyət, işgəncə vermiş-lər, bu da qətldən daha pis və daha şiddətlidir. Belə isə, müsəlmanlara əmr edib buyurur ki, onlarla müharibə və mü-barizədə süstlük və zəiflik göstərməyin. Quranın müşrik-ləri Məkkədən çıxarmağa dair hökm verməsinin dəlili on-ların uzun illər müsəlmanları öz vətənlərindən, ev-eşik-lərindən çıxarıb didərgin etmələridir.
    192-Cİ AYƏ

    فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ (192)
    TƏRCÜMƏ:

    "Əgər onlar əl çəksələr, Allah da bağışlayan və mehriban-dır.”
    TƏFSİR:

    Bu ayədə buyurulur ki, düşmən fitnədən əl çəkərək büt-pərəstliyi və şirki tərk edərsə, Allah da onların tövbə-lərini qəbul edər. Onlar islamı qəbul etsələr, müsəlmanla-rın qardaşı sayılacaq, hətta cinayətkarlar üçün nəzərdə tu-tulan cəzalarda güzəştə gediləcək, vurduqları xəsarətlərin ödənməsi tələb olunmayacaqdır.
    193-CÜ AYƏ

    وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ فَإِنِ انتَهَواْ فَلاَ عُدْوَانَ إِلاَّ عَلَى الظَّالِمِينَ (193)
    TƏRCÜMƏ:

    "Onlarla müharibə edin ki, fitnə qalmasın (bütpərəstlik və insanların asayişinin pozulmasına son qoyulsun) və din yalnız Allaha məxsus olsun. Deməli, əgər onlar (öz yanlış əməl və yolla-rından) əl çəksələr, (onlara mane olmayın, çünki) zalımlardan başqasına təcavüz rəva deyildir.”
    TƏFSİR:

    Bu ayədə islami cihadın əsl hədəfi bəyan olunaraq buyu-rulur ki, islamda cihadın əsas məqsədi adi müharibələrdə olduğu kimi, yer üzərinə hökmranlıq etmək, torpaqları ge-nişləndirmək, çoxlu qənimətlər əldə etmək, malların satı-şı üçün bazar tapmaq, xammal əldə etmək, yaxud kimisə isti-la altına almaq deyildir. Cihadın əsas hədəf və məqsədi Pərvərdigarın razılığını cəlb etmək, ictimai ədaləti bərqərar etmək, azğınlıqda olanları hidayət etmək, bütün islam və insan cəmiyyətlərində şirkin, bütpərəstliyin kö-künü kəsmək və Allahın hökmlərini icra etməkdir. Buna əsasən, islamda cihadın əsas məqsədi cəmiyyətlərdə fitnə-fəsadın aradan qalxması, tövhid ayininin cəmiyyətdə rəvac tapıb rövnəqlənməsidir.

    Ayənin axırında buyurulur ki, küfr, fəsad və bütpə-rəstlikdən əl çəkib haqqa qayıtsalar, müsəlmanlar onlara toxunmamalı, onlardan intiqam almaq məqsədi güdməməli, olub-keçənlərdə güzəştə getməlidirlər. Çünki yalnız za-lımlarla müharibə aparmağa icazə verilir.

    İslami cihadı xülasə şəkildə üç yerə bölmək olar:
    1- AZADLIQ BƏXŞ EDƏN İBTİDAİ CİHAD

    Allah-taala insanların səadəti, azadlığı, təkamülü, xoşbəxtliyi və asayişi üçün müxtəlif əmr və göstərişlər bəyan etmiş, Öz peyğəmbərlərinə bu göstərişləri camaata çatdırmağı əmr etmişdir. Ayrı-ayrı fərdlər və ya müəyyən dəstələr bu təbliğləri öz şəxsi mənafelərinə zidd görərək ona qarşı çıxdıqda və ya maneçilik törətmək istədikdə, ilk növbədə tövsiyə və danışıq yolu ilə bu işdən yayındırılma-lı, mümkün olmadıqda isə, zor tətbiq etməklə susdurulmalı və nəticədə azad təbliğat üçün şərait yaradılmalıdır.

    Başqa sözlə desək, bütün cəmiyyətlərdə hər bir insan, ilahi elçilərin dəvətini eşitmək və onların dəvətini qəbul edib-etməməkdə azaddır. Əgər müəyyən şəxslər onları öz qanuni haqqından məhrum etməyə çalaşaraq, Allah yolu ça-ğırışçılarının səsini eşitməyin qarşısını alaraq on-ları ictimai və fikri əsarətdən qurtarmağa qoymasalar, on-da bu çağırışın tərəfdarları öz azadlığını əldə etmək üçün mümkün olan qanuni vasitələrdən istifadə edə bilər-lər. Buradan ibtidai cihadın islam və sair səmavi dinlər-dəki zərurəti aydınlaşır.

    Həmçinin əgər müəyyən şəxslər möminləri təzyiqə mə-ruz qoyaraq, onları icbari şəkildə öz ata-babalarının di-ninə qaytarmaq istəsələr, onda müsəlmanlar bu təzyiqləri aradan qaldırmaq üçün hər bir vasitədən istifadə edə bi-lərlər.
    2- MÜDAFİƏ CİHADI

    Bəzən müəyyən bir şəxs və ya dəstəyə müharibə zorla qə-bul etdirilir, onlar düşmənin təcavüzünə və qəfil hücum-larına məruz qalırlar. Belə olan halda bütün səmavi və bə-şəri qanunlar hücuma məruz qalanların, öz varlıqlarını müdafiə etmək üçün ayağa qalxıb mümkün olan hər bir şeydən istifadə etməsinə, bu məqsədlə hər bir tədbirə əl atmasına icazə verir. Bu növ cihada müdafiə cihadı deyilir. İsla-mın əvvəllərində baş verən "Əhzab”, "Ühüd”, "Mutə”, "Tə-buk”, "Hüneyn” və s. müharibələr məhz bu qəbildən olan ci-had idi və onlar müdafiə xarakteri daşıyırdı.
    3- ŞİRK VƏ BÜTPƏRƏSTLİYİN KÖKÜNÜ KƏSMƏK ÜÇÜN APARILAN CİHAD

    Müqəddəs dinimiz bütün dünya xalqlarını səmavi din-lərin sonuncusu və ən yüksəyi olan islam dinini seçməyə də-vət etməklə yanaşı, əqidə azadlığına da ehtiram qoyur. Buna görə də bu din səmavi kitaba malik olan qövm və millətlərə islam ayini barəsində axtarış aparmaq, dərindən fikir-ləşmək üçün kifayət qədər fürsət verir. Əgər lazımi axta-rışlardan sonra da qəbul etməsələr, kiçik qruplar olan di-ni azlıqlar kimi, çox da çətin olmayan şərtlər daxilində onlara dinc yanaşı yaşamaq haqqı verilir. Amma şirk və bütpərəstlik səmavi bir din olmadığından, heç bir ehtira-ma layiq görülmür. Şirk və bütpərəstlik həqiqətdə xurafat, azğınlıq, düşüncəsizlik və həqiqətdə əxlaqi və əqidə xəs-təliyi olduğundan, mümkün olan hər biri vasitə ilə onlara qarşı mübarizə aparılıb kökü kəsilməlidir.

    Hər hansı bir əqidə və ya fikir düzgün köklərə malik olan zaman "azadlıq” və "başqalarının əqidəsinə ehtiram qoymaq” sözlərinə layiq görülür. Amma inhiraf, xurafat və azğınçılıq kimi şeylər ehtirama layiq olmadığından, is-lam dini nəyin bahasına olursa-olsun, hətta müharibə ilə olsa belə, bəşər cəmiyyətindən bütpərəstliyin kökünün kə-silməsinə göstəriş verir. Bütxanalar və bütpərəstliyin rüsvayçı ayinlərinin aradan qaldırılması dinc yolla müm-kün olmazsa, zor gücünə məhv edilməlidir.
    NƏ ÜÇÜN CİHAD HÖKMÜ MƏHZ MƏDİNƏDƏ VERİLDİ?

    Bildiyimiz kimi, cihad hökmü müsəlmanlara hicrətin ikinci ilində vacib edildi. Səbəbi də tamamilə aydındır. Çünki əvvəla, Məkkədə müsəlmanların sayı az olduğundan, si-lahlı qiyam onların tamamilə məhvinə səbəb ola bilərdi. Digər tərəfdən də, Məkkədəki islam düşmənləri çox güclü idi və ora islamla düşmən olan qüdrətlərin əsas mərkəzi hesab olunurdu. Onlarla Məkkədə mübarizə aparmaq əsla mümkün deyildi. Amma Peyğəmbər (s) Mədinəyə gəldikdən son-ra iman gətirənlərin sayı artdı. Həzrət öz dinini həm Mə-dinənin daxilində, həm də ətraf məntəqələrdə aşkar surət-də təbliğ edib genişləndirməyə başladı. Kiçik bir höku-mət yarandıqdan sonra düşmənlə mübarizə aparmaq üçün la-zımi vasitələr və döyüş sursatı hazırlandı. Mədinə Məkkə-dən nisbətən uzaqda yerləşdiyinə görə, bu iş tam aramlıqla baş verirdi, inqilabçı və azadlıqsevər qüvvələr düşmən müqabilində ciddi şəkildə mübarizəyə hazırlaşırdılar.
    194-CÜ AYƏ

    الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ (194)
    TƏRCÜMƏ:

    "Haram ay, haram ay müqabilindədir. (Əgər düşmənlər onun ehtiramını pozaraq o ayda sizinlə müharibə etsələr, siz də onlar-la mübarizəyə qalxa bilərsiniz.) Və bütün haramlar qisas alınma-ğa (layiqdir). Və (ümumiyyətlə) hər kəs sizə təcavüz etsə, onun et-diyi təcavüz kimi də siz ona təcavüz edin və Allah qarşısında təqvalı olun (ifrata varmayın) və bilin ki, Allah təqvalılar-ladır.”
    TƏFSİR:

    İlin dörd ayı xüsusi ehtirama malikdir və həmin ay-larda müharibə aparmaq qadağandır. Onların üçü – Zilqə-də, Zil-həccə və Məhərrəm bir-birinin ardınca gəlir, Rə-cəb ayı isə onlardan ayrıdır. Ərəbcə mənasından məlum ol-duğu kimi, Zil-qədə ayında da müharibəni saxlayaraq atəşkəs bərqərar etmək lazım və vacibdir (qəədə müharibədən yayın-maq).

    İslam ilin bu dörd ayında atəşkəs elan edir. Amma düşmən həmişə pusquda durub fürsətdən istifadə etmək is-təyir və müsəlmanların bu aylarda atəşkəsə riayət etməyə və-zifəli olmalarından sui-istifadə edərək onlara həmlə et-mək fikrinə düşür. Ayədə buyurulur ki, əgər sizin düşmən-ləriniz bu dörd ayda sizə hücum etsələr, siz də onlarla mü-barizəyə qalxıb həmin aylarda onlarla vuruşun (haram ayı haram ayın müqabilində qərar verin). Çünki müsəlmanların təhlükəsizliyi və islam dövlətinin əhəmiyyəti bu ayların hörmətindən daha artıqdır: وَالْحُرُمَاتُ قِصَاصٌ

    Hər kəs hörməti saxlamazsa, ondan qisas alınmalıdır.

    Sonra ümumi bir qanun şəklində buyurulur ki, hər kəs sizə təcavüz etsə, siz də həmin miqdarda ona təcavüz edin. İs-lam dini təcavüzkarlıq dini deyildir, amma başqalarının da təcavüzkarlığını, inadkarlığını qəbul etmir. Öz ardı-cıllarına tövsiyə edir ki, təqvalı olub lazım olan miqdar-dan artıq qisas almasınlar və bilsinlər ki, Allah-taala təq-valılarladır.
    İNCƏ NÖQTƏLƏR:

    1- İslamın heç bir hökmündə imkansızlığa və çıxıl-maz vəziyyətdə qalmağa yol verilmir, müsəlmanların toxunul-mazlığı məkan və zaman ehtiramının qorunmasından daha irəlidir.

    2- Hətta düşmənlərlə qarşılaşdıqda belə, ədalətə ri-ayət etmək lazımdır: فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ

    3- Təqvaya bütün şəraitlərdə, hətta müharibə zamanı belə əməl olunması islamda insani tərbiyə üsullarından biridir.

    4- Qanunçuluq elə olmalıdır ki, müsəlmanların məyus, düşmən və kafirlərin isə cürətlənməsinə səbəb olmasın. Qisasda "rəva görülən miqdarda qisas almaq” prinsipi də məhz həmin səbəbə görə müəyyən edilmişdir.

    5- Ayə müsəlmanlara təskinlik verərək buyurur ki, əgər siz düşməndən qisas almaqda ədalətdən kənara çıxmasanız və təqva prinsiplərinə riayət etsəniz, mütləq qeybi yardımlar-dan faydalanacaqsınız.
    195-Cİ AYƏ

    وَأَنفِقُواْ فِي سَبِيلِ اللّهِ وَلاَ تُلْقُواْ بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ (195)
    TƏRCÜMƏ:

    "Və Allah yolunda infaq edin və (infaqı tərk etməklə) özü-nüzü öz əllərinizlə həlakətə salmayın. Yaxşılıq edin, çünki Al-lah yaxşılıq edənləri sevir.”
    TƏFSİR:

    Cihadda sədaqətli, qüvvəli və sınaqdan çıxmış insan-lara ehtiyac olduğu qədər mal-dövlətə, maddi imkanlara da ehtiyac vardır. Çünki cihadda həm ruhi və fiziki hazır-lıq, həm də fərdlərin zəmanəyə uyğun olan münasib silahlar-la, hərbi sursatla təchiz olunması zəruridir. Müharibə-nin müqəddəratında həlledici amilin ilk növbədə döyüşçü-lər olmasına baxmayaraq, əsgərlərin də müxtəlif döyüş tex-nikasına ehtiyacı vardır. Bu ayə təkid edir ki, bu yolda in-faq etməmək özünü və müsəlmanları həlakətə salmaq demək-dir. Xüsusilə də islamın əvvəllərində müsəlmanların əksə-riyyəti Allah yolunda cihada çox maraq göstərib onu rəğbət-lə qarşılayırdılar. Amma bəziləri fəqir və ehtiyaclı ol-duğuna görə, müharibə üçün lazım olan vasitələri təmin edə bilmirdilər. Quranın buyurduğuna görə, onlar Peyğəmbə-rin yanına gəlib döyüş təchizatı alaraq müharibəyə getmək istəyirdilər. Amma silah çatışmadığına görə qəmgin olur və göz yaşı axıdırdılar.

    وَلاَ عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لاَ أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّواْ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلاَّ يَجِدُواْ مَا يُنفِقُونَ

    "Onlar, müharibədə iştirak etmək üçün mal-dövlətləri olmadığına görə çox qəmgin olur və ağlar gözlərlə qayıdırdılar.” [15]
    İNFAQ İCTİMAİ BƏLALARIN QARŞISINI ALIR

    Cihad ayələri sırasında gəlməsinə baxmayaraq, bu ayə ümumi və ictimai bir həqiqəti – infaq etməyin ümumiyyətlə cəmiyyəti həlakətdən qurtarmasını çatdırır. Amma infaq məsələsi unudularaq mal-dövlət cəmiyyətin yalnız müəyyən bir sinfinin əlində toplanarsa, əksəriyyət isə səfalət və yoxsul-luqda dolanarsa, cəmiyyətdə qarşısıalınmaz böhran yaranar, sərmayədar və sahibkarlar mal-dövlətləri ilə birlikdə in-qilab odunda yanarlar. Buradan da infaqla cəmiyyətdə baş ve-rəcək fəlakətin qarşısının necə alınması məlum olur.

    İnfaq məhrum və fəqir insanlardan daha çox, sərmayə-darların öz xeyrinədir. Çünki sərvətin normal səviyyədə ol-ması onun qorunmasına təminat verir. Əmirəl-möminin Əli (ə) bu həqiqətə işarə edərək buyurur: "Zəkat verməklə öz mal-dövlətinizi qoruyun.”

    Ayənin sonunda ehsan edilməsinə göstəriş verib cihad və infaqdan sonra ehsan və yaxşılıq məsələsini irəli çə-kir. وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ

    Çünki ehsan insan təkamülünün ən yüksək mərhələsidir, İslam da bu məsələyə tam diqqət yetirmişdir.

    Bu cümlənin infaq ayəsinin axırında qeyd olunması göstərir ki, infaq və xeyriyyəçilikdə tam yaxşılıq və mehri-banlıq olmalı, hər növ minnətdən, şəxsə ruhi və vicdan əza-bı verən şeylərdən uzaq olmaq lazımdır.
    196-CI AYƏ

    وَأَتِمُّواْ الْحَجَّ وَالْعُمْرَةَ لِلّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلاَ تَحْلِقُواْ رُؤُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَن كَانَ مِنكُم مَّرِيضاً أَوْ بِهِ أَذًى مِّن رَّأْسِهِ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ (196)
    TƏRCÜMƏ:

    "Və həcci və ümrəni Allah üçün tamamlayın. Əgər çıxıl-maz vəziyyətdə qalsanız (düşməndən qorxu, xəstəlik və sair kimi maneələr ehram bağladıqdan sonra Məkkəyə daxil olmağa imkan ver-məsə) hazırladığınız qurbanları (zibh edin və ehramdan çıxın) və qurbanlıqlar öz yerlərinə çatmayınca öz başınızı qırxmayın (onları qurbangahda kəsin). Əgər sizdən bir kəs xəstələnsə, yaxud başında narahatlığı olsa (öz başını qırxmağa məcbur olsa), oruc tutmaq, yaxud sədəqə vermək və ya bir qoyun kəsmək kimi fidyə və kəffarə verməlidir. (Xəstəlikdən və düşməndən) amanda olduğu-nuz vaxt ümrəni qurtararaq həcci başlayan şəxslər müyəssər olan qədər (qurbanlıq zibh etsin). Hər kəs (qurbanlıq) tapmasa üç gün həccdə və yeddi gün həccdən qayıtdıqdan sonra oruc tutsun. Bu, ta-mam on gündür. (Əlbəttə,) bu, ailəsi Məscidul-həramın yanında olmayan (Məscidul-həram və onun ətrafında yaşamayan) şəxslər üçündür. Allahdan qorxun və bilin ki, Allahın cəzalandırması çox ağırdır.”
    ÜMRƏ VƏ HƏCC ƏMƏLLƏRİNİN XÜLASƏSİ

    Allah evinin ziyarətçiləri ilk növbədə ümrə mərasi-mini yerinə yetirirlər. Onlar bu əmələ, "Miyqat” adlanan müəyyən məntəqələrdən ehram bağlamaqla başlayırlar. Yəni söz verirlər ki, ehram halında olan şəxsə qadağan olan bir sıra işləri tərk etsinlər. Onlar iki parçadan ibarət olan ehram paltarına bürünərək "ləbbeyk” deyə-deyə Allah evinə doğru yola düşürlər. Əvvəlcə Kəbənin ətrafında yeddi dəfə təvaf edib sonra "Məqami-İbrahim” adlı yerdə iki rəkət namaz qılırlar. Daha sonra Səfa və Mərvə dağları arasında yeddi dəfə gedib-qayıdır, axırda saçlarını bir qədər qırx-maq və dırnaqlarını tutmaqla ehramdan çıxırlar.

    Həcc mərasimi üçün Məkkədən ehram bağlayıb Zil-həc-cənin 9-cu günü Məkkənin dörd fərsəxliyində yerləşən "Ərəfat” çölünə gedir, həmin gün günortadan gün batana qə-dər orada qalaraq Pərvərdigar ilə raz-niyaz edirlər. Gün ba-tandan sonra Məkkənin 2,5 fərsəxliyində yerləşən Məşə-rul-hərama köçür və gecəni sübhə qədər o müqəddəs vadidə qa-lırlar. Günəş çıxan zaman oranın yaxınlığında olan Mi-naya doğru hərəkət edirlər.

    Həmin gün (yə”ni Qurban bayramı günü) Cəməreyi-əqəbə adlanan xüsusi sütunlara yeddi dəfə daş atırlar. Sonra qur-banlığı kəsib başlarını qırxmaqla ehramdan çıxırlar.

    Bu əməllər qurtardıqdan sonra həmin gün, yaxud onun sa-bahı Məkkəyə qayıdıb Kəbə evini təvaf edir, təvaf namazı qılır, Səfa ilə Mərvə arasında səy edir, "Nisa” təvafı edib onun namazını qılır, on bir və on ikinci günlərdə Minada yerləşən üç xüsusi sütuna – Cəmərələrin hər biri-nə, növbə ilə yeddi dəfə daş atırlar. On birinci və on ikinci gecəni Minada qalır və beləliklə hər biri öz növbə-sində şirin bir tarixi xatirəni canlandıran, nəfsin saf-laşdırılmasında insana kömək edən və müəyyən ictimai fəlsəfələrə malik olan həcc mərasimi sona yetir. Bu əməl-lərin hər birinin səbəbi öz yerində şərh olunmuşdur.
    TƏFSİR:

    Ayədə buyurulur ki, bütün bu əməllər yalnız Allah xati-rinə və Onun fərmanlarına müvafiq şəkildə yerinə yeti-rilməli, özünü göstərmək, riyakarlıq və bütlərin xatirinə olmamalıdır.

    Əvvəldəki "və ətimmul-həccə vəl-umrətə lillah” cümləsi çatdırır ki, həcc və ümrə əməllərini yerinə yetirərkən Al-lah dərgahına yaxınlaşmaqdan başqa heç bir məqsədiniz olmamalıdır: وَأَتِمُّواْ الْحَجَّ وَالْعُمْرَةَ لِلّهِ

    Sonra əlavə edib buyurur ki, əgər ehram bağladıqdan sonra müəyyən xəstəliklərə düçar olduqda, yaxud düşmən həcc və ümrə əməllərinin yerinə yetirilməsinə mane olduqda, hər kəs bacarığı qədər qurban kəsməlidir.

    فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ

    Əgər yaranan çətinlik xəstəlik və sair kimi şeylər, bağlanan ehram isə ümreyi-müfrədə üçün olsa, onda qurban-lıq, kəsilmək üçün Məkkəyə göndərilməlidir. Amma əgər düşmən tərəfindən qorxu yaranarsa, onda qurbanlıq elə düş-mənin mane olduğu həmin yerdə kəsilməlidir. (Peyğəmbəri-əkrəm (s) də Hüdeybiyyədə məhz belə etmişdi.) Həcc ehramın-da xəstəliyə düçar olduğu təqdirdə, qurbanlıq Minaya göndə-rilməlidir: وَلاَ تَحْلِقُواْ رُؤُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ

    Həcc əməllərindən biri də qurban kəsilməzdən qabaq sa-çın qırxılmasıdır. Amma bir şəxs müəyyən xəstəlik və ya maneə üzündən saçını həmin vaxtdan əvvəl qırxmağa məcbur olsa, onda belə hadisələr baş verən zaman fidyə verməlidir. Fidyə dedikdə, ya üç gün oruc tutmaq, ya altı fəqirə təam ver-mək və yaxud da bir qoyun kəsmək nəzərdə tutulur:

    فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ ...

    Üçlə yeddinin cəminin on gün olması məlumdur, amma Quranın buyurduğu "on gün tamam” bəlkə də bunu göstərir ki, on gün tutulan oruc tam surətdə bir qurbanlığı əvəz edə bi-lər. ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ


    Təməttö həcci Məscidul-həramın ətrafında yaşamayan-lar üçündür. Fəqihlər arasında belə bir məşhur hökm var-dır ki, hər kəs Məkkədən on altı fərsəx, yaxud daha artıq mə-safədə yaşayarsa, o təməttö həccini yerinə yetirməlidir. Amma Məkkə ilə bundan az məsafədə yaşayanların vəzifəsi Qiran, yaxud İfrad həccindən ibarətdir. Bu məsələ və onun sənədləri fiqhi kitablarda qeyd olunmuşdur.

    Ayənin axırında buyurulur ki, təqvalı olun, Allahın verdiyi əmr və göstərişləri yerinə yetirməkdə səhlənkarlıq etməyin və özünüzü Pərvərdigarın şiddətli əzabından qo-ruyun.

    Mümkündür ki, bu təkid həccin islamda mühüm ibadət-lərdən biri olmasını göstərsin. Əgər bu dini və ictimai mərasimə lazımınca riayət olunmasa və onun əsl hədəf və məqsədi unudularsa müsəlmanların ağır xəsarətlərə düçar olması mümkündür.

    Əmirəl-möminin Əli (ə) həcci islamın bayrağı və mü-hüm bir şüarı adlandırmış, ömrünün son anlarındakı və-siyyətində buyurmuşdur: "Sizi and verirəm Allaha, nə qədər ki, dirisiniz Allahın evindən əl çəkməyin! Əgər onun ziyarəti tərk olunarsa, sizə möhlət verilməz və öz varlığınız xətərə düşər.”

    İslam düşmənləri isə deyirlər: nə qədər ki, həcc röv-nəqlidir, biz müsəlmanlara qələbə çala bilmərik.[16]

    Alimlərdən biri deyir: "Əgər müsəlmanlar həccin həqiqi mənasını dərk etməsələr, onda vay olsun onların halına! Başqa-ları da onun mənasını dərk etməsələr, vay olsun onların halı-na!”
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 952 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024