İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    234-CÜ AYƏ

    وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (234)
    TƏRCÜMƏ:

    "Sizlərdən bir kəs ölsə və onun həyat yoldaşı qalsa, o, dörd ay on gün gözləməlidir (iddə saxlamalıdır). İddə sona çatdıqda öz-ləri barəsində istədikləri hər hansı layiqli bir iş görmələ-rində (ürəkləri istədikləri başqa bir kişi ilə evlənmələrində) sizin üçün heç bir günah yoxdur. Allah, sizin etdiyiniz əməllər-dən agahdır.”
    TƏFSİR:
    QADINLARI BƏDBƏXT EDƏN XURAFİ ADƏTLƏR

    Qadınların əsas çətinliklərindən biri də ər öləndən sonra onların yenidən ailə qurmaq məsələsidir. Ər öldükdən sonra qadınların dərhal başqa ərə getməsi bir neçə cəhət-dən münasib deyildir: əvvəla, bu işlə o, əvvəlki ərinə ehti-ramsızlıq etmiş olur və onunla olan mehr-məhəbbətinə tam soyuqqanlıq göstərir. İkincisi, bu müddət ərzində onun bət-nində əvvəlki ərindən uşaq olması ehtimalı vardır. Üçün-cüsü, bu işlə ölən şəxsin qohum-əqrəbasının qəlbinə dağ basılır və onların qeyrət hissi təhrik olunur. Buna görə də yuxarıdakı ayədə əri ölən qadınlara dörd ay on gün müddə-tində iddə saxlamaq şərti ilə yenidən ailə qurmağa icazə verilir.

    Ərlə arvad arasında olan qarşılıqlı ehtiramın, hətta ərin ölümündən sonra qorunması fitri bir məsələ-dir. Bu məqsədlə müxtəlif millət və qəbilələrdə müəyyən qayda-qanunlar vardır. Bəzən bu qayda-qanunlarda ifrata vararaq qadınları əsarət altında saxlayır, bəzən isə onla-rın barəsində ən ağır cinayət tədbirləri görürlər. Nümunə üçün, bunu qeyd edə bilərik ki, bəzi qəbilələrdə ər öldükdən sonra onun arvadını diri-diri yandırır, yaxud əri ilə birlikdə dəfn edirdilər. Bəzi qəbilələrdə əri ölən qadın-lar ikinci dəfə ərə getmə haqqından həmişəlik olaraq məhrum edilir və onu evin bir güncündə saxlayırdılar. Bə-zi qəbilələrdə isə belə qadınlar ərinin qəbrinin yanında uzun müddət çadır qurub çirkli və köhnə paltarlar geyməyə məcbur edilirdilər. Onlar hər növ bəzək və səliqədən, hətta bədənin yuyulmasından belə məhrum edilir və gecə-gündüz ərinin qəbrinin yanında qalırdılar.[32]

    Yuxarıdakı ayə bütün bu xurafatları əsassız hesab et-məklə yanaşı, ər-arvad münasibətlərinin qorunması üçün də müəyyən qədər iddə saxlanmasını vacib etmişdir.

    وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا

    Quranda bir çox yerdə işlənən "təvəffi” kəlməsi "al-maq” mənasındadır. Keçmiş zaman formasında işlənməyən "yəzəru” feli isə "qoyub getmək” mənasındadır. Ayədə buyuru-lur ki, öz ərlərini itirən qadınlar dörd ay on gün iddə sax-lamalı və bu müddət ərzində ərə getməməlidirlər.

    فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ

    "Buluğul-əcəl” fürsət və müddətin sona çatması demək-dir. Bu ayədə buyurulur ki, bu müddət keçəndən sonra qadınlar istədiyi kişi ilə ailə qura bilərlər.

    Qadının qəyyumları bəzən xurafat və mövhumatçı tə-fəkkür əsasında onun ikinci dəfə ərə getməyinə mane oldu-ğundan, ayə onlara xitab edərək buyurur ki, bu barədə siz heç bir cavabdehlik daşımırsınız. Qadınların istədiyi şəxs-lərlə ailə qurmasına mane olmayın: وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

    Qadının qəyyumları onun işinə yersiz müdaxilə etmə-məlidir. Pərvərdigari-aləm hər şeydən xəbərdardır və hər kəsə, gördüyü yaxşı və ya pis əməlin əvəzini verəcəkdir.
    235-Cİ AYƏ

    وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِ مِنْ خِطْبَةِ النِّسَاء أَوْ أَكْنَنتُمْ فِي أَنفُسِكُمْ عَلِمَ اللّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَـكِن لاَّ تُوَاعِدُوهُنَّ سِرًّا إِلاَّ أَن تَقُولُواْ قَوْلاً مَّعْرُوفًا وَلاَ تَعْزِمُواْ عُقْدَةَ النِّكَاحِ حَتَّىَ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ (235)
    TƏRCÜMƏ:

    "Sizə (əri vəfat etmiş qadınlar üçün) üstü örtülü şə-kildə elçilik etməyinizin, yaxud (izhar etmədən) qəlbinizdə bu iş barəsində qərara gəlməyinizin günahı yoxdur. Allah bilirdi ki, siz onları yad edəcəksiniz (və O, sizin layiqli şəkildə olan təbii istəklərinizlə müxalif deyildir). Onlara, gizli şəkildə evlənmək vədəsi verməyin – yalnız bəyənilmiş tərzdə (üstü örtü-lü şəkildə) izhar edib vədə verin. İddələri axıra çatmayınca on-larla izdivac etməyin. Bilin ki, Allah sizin ürəyinizdə olanları bilir, Onunla müxalifət etməkdən çəkinin və bilin ki, Allah bağışlayan və həlimdir (bəndələrini cəzalandırmaqda heç vaxt tələsmir).”
    TƏFSİR:
    İDDƏDƏ OLAN QADINLARA ELÇİLİK ETMƏK OLARMI?

    Vəfat iddəsində qeyd olunan məsələlərə münasib olaraq bu ayədə iddədə olan qadınların mühüm hökmlərindən biri haqda söhbət açılır. Ayədə buyurulur ki, vəfat iddəsində olan qadınlar üçün üstü örtülü şəkildə elçilik etməyiniz, yaxud ürəyinizdə bu işi qərara almağınız günah deyildir. Allah bilir ki, siz onları yad edirsiniz. Amma onlara, gizlində izdivac vədəsi verməyin – bunu yalnız layiqli tərz-də (və üstü örtülü şəkildə) izhar edin.

    وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا .. قَوْلاً مَّعْرُوفًا

    Təbiidir ki, ərin ölməsi ilə qadın öz gələcəyini fi-kirləşir və bəzi kişilər də şərtlərin asan olmasına gö-rə dul qadınlarla izdivac fikrində olurlar.

    Ayənin davamında buyurulur ki, vəfat iddəsi sona çat-mayınca onlarla nikah əqdi bağlamayın.

    وَلاَ تَعْزِمُواْ عُقْدَةَ النِّكَاحِ حَتَّىَ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ

    Şübhəsiz, əgər bir kəs iddədə izdivac əqdi oxuyarsa, bu əqd batildir. Əgər bu işin batil olduğunu bildiyi halda əqd oxuyarsa, o qadın həmin kişiyə həmişəlik olaraq haram olur.

    Bunun ardınca buyurulur: Bilin ki, Allah sizin qəlblə-rinizdə olanları bilir. Onun əmrləri ilə müxalifət et-məkdən çəkinin və bilin ki, Allah-taala bağışlayan və hə-limdir, günahkar bəndələrini cəzalandırmaqda tələsmir:

    وَاعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ
    236-CI AYƏ

    لاَّ جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاء مَا لَمْ تَمَسُّوهُنُّ أَوْ تَفْرِضُواْ لَهُنَّ فَرِيضَةً وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدْرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ (236)
    TƏRCÜMƏ:

    "Əgər (müəyyən səbəblərə görə) qadınlarınızla cinsi yaxın-lıqdan və mehriyyə təyin etməzdən qabaq təlaq versəniz, sizin üçün heç bir günah yoxdur. (Belə olan təqdirdə) onlara münasib hədiyyə verin. İmkanlı olanlar öz imkan dairəsində, kasıblar isə öz və-ziyyətinə uyğun olan (hədiyyəni alanı və verənin halına münasib olaraq) layiqli hədiyyə versin. Bu, yaxşı əməl sahibləri üçün va-cibdir.”


    TƏFSİR:

    Bu ayədə təlaq hökmlərinin davamı olaraq, başqa bir hökm də bəyan olunmuşdur. Əvvəldə buyurulur: Qadınları-nızla cinsi yaxınlıqdan və mehriyyə təyin etməzdən qabaq on-lara təlaq versəniz, sizin üçün heç bir günahı yoxdur.

    لاَّ جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاء مَا لَمْ تَمَسُّوهُنُّ أَوْ تَفْرِضُواْ لَهُنَّ فَرِيضَةً

    Əlbəttə bu, qadın və ya kişinin izdivac əqdi oxunduqdan sonra, eləcə də ər-arvad münasibətlərinə başlamazdan əvvəl müəyyən səbəblər üzündən ayrılmağın məsləhət olduğunu başa düşüb bir-birindən ayrıldıqları halda olmalıdır. Çünki sonrakı mərhələlərdə iş daha da çətinləşir.

    Daha sonra bu barədə başqa bir hökm bəyan edilərək bu-yurulur: Belə halda gərək onlara münasib hədiyyə verəsiniz:

    وَمَتِّعُوهُنَّ

    Hədiyyə verilməsində ərin imkan və bacarığının nəzə-rə alınmasına işarə edilərək buyurulur: İmkanı olanlar öz imkanı dairəsində, yoxsullar da öz səviyyələrinə uyğun şə-kildə layiqli hədiyyə verməlidirlər. Bu, ehsan sahibləri üzərində olan bir haqdır.

    عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدْرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ

    İmkanlılar öz imkanı daxilində, yoxsullar da öz ba-cardıqları qədər hədiyyə verməlidir. Bu hədiyyə də ailə mü-nasibətlərinin pozulması nəticəsində yarana biləcək inti-qamçılıq hislərinin qarşısını almaq üçün nəzərdə tutul-muşdur. Yuxarıdakı ayə onu ehsan və yaxşı əməl ruhiyyəsi ilə əlaqələndirərək buyurur: Bu əməl ehsan sahiblərinə lazım və zəruri olan bir işdir. Yəni bu iş xeyirxahlıq və qarşı-lıqlı ehtiramla yanaşı olmalıdır.
    237-Cİ AYƏ

    وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إَلاَّ أَن يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ وَأَن تَعْفُواْ أَقْرَبُ لِلتَّقْوَى وَلاَ تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (237)
    TƏRCÜMƏ:

    "Əgər arvadlarınıza mehriyyə təyin etdikdən sonra və cin-si yaxınlıqdan əvvəl təlaq versəniz, (gərək) təyin etdiyiniz meh-riyyənin yarısını onlara verəsiniz. Amma onlar (öz haqlarından) keçərsə və ya (ruhi xəstə və həddi-büluğa çatmamış olanlarda isə) izdivac əqdi əlində olan şəxs (yəni onların qəyyumu) onu bağış-layarsa, eybi yoxdur. Güzəştə getməyiniz (və bütün mehriyyəni on-lara verməyiniz) təqva və pəhrizkarlığa daha yaxındır. Öz aranız-da ehsan va güzəşti unutmayın. Allah bütün işlərinizdən agah-dır.”
    TƏFSİR:

    Bu ayədə söhbət mehriyyə təyin edildiyi halda əri ilə cinsi əlaqədə olmadan ayrılan qadınlardan gedir. Quranda buyurulur: Əgər cinsi yaxınlıq etməzdən əvvəl təlaq versəniz və qabaqcadan da mehriyyə təyin etmiş olsanız, mehriyyənin yarısını onlara verməlisiniz.

    وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ

    Bu qanun qadına, hətta cinsi yaxınlıq olmadıqda belə, öz mehriyyəsinin yarısını tam şəkildə almaq haqqı verir. Sonra isə bu məsələyə əxlaqi və atifi cəhətdən yanaşaraq bu-yurur ki, həddi-büluğa çatan və normal vəziyyətdə olan qadın-ların özləri, həddi-büluğa çatmayanların və ruhi xəstə-lərin isə qəyyumları bu haqqı bağışlayarsa, onda eybi yoxdur:

    إَلاَّ أَن يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ

    Sonrakı cümlədə buyurulur: Əfv edib güzəştə getmək və mehriyyənin hamısını qadına vermək pəhrizkarlığa daha ya-xındır. Öz aranızda güzəşt və yaxşılığı unutmayın. Çünki Allah-taala yerinə yetirdiyiniz əməllərdən agahdır.

    وَأَن تَعْفُواْ أَقْرَبُ لِلتَّقْوَى وَلاَ تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    Bu ayələr bütövlükdə xeyirxahlıq və ehsan məsələlərinə təkid edir. Hətta təlaq və ayrılıq da çəkişmə, dava-dalaş və intiqamçılıq əsasında deyil, alicənablıq, insanlıq, ehsan, əfv və güzəşt əsasında olmalıdır.
    238-Cİ AYƏ

    حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى وَقُومُواْ لِلّهِ قَانِتِينَ (238)
    TƏRCÜMƏ:

    "Bütün namazları, xüsusi ilə orta namazı (zöhr namazını) qılmaqda çalışın və Allaha mütilik və itaət məqsədilə ayağa qalxın.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Münafiqlərdən bəziləri havanın qızmar olduğunu bə-hanə gətirərək müsəlmanların cərgəsinə təfriqə salır və camaat namazında iştirak etmirdilər. Bunun ardınca mö-minlərdən də bəzisi camaat namazında iştirak etməkdən çəkinirdilər. Peyğəmbəri-əkrəm (s) bu işdən çox narahat oldu, hətta onları ağır cəzalandırmaqla təhdid etdi. Bir hədisdə nəql olunmuşdur ki, Peyğəmbər (s) son dərəcə qızmar yay havasında zöhr namazını camaatla qılırdı. Bu namaz o həzrətin dostları üçün ən çətin namazlardan sayılırdı. Be-lə ki, camaat namazında bir-iki cərgədən artıq adam olmur-du. Buna görə də Peyğəmbər (s) buyurmuşdu: "Qərara almışam ki, bizim namazımızda iştirak etməyənlərin evlərini yandı-ram.” Bu ayə nazil olub zöhr namazının camaatla qılınması-nın əhəmiyyətini təkid etdi.
    TƏFSİR:

    İnsanla Allah arasında ən təsirli rabitə vasitəsi sa-yılan namaz, xüsusilə orta namaz olan günorta namazı bir çox Quran ayələrində təkid olunmuşdur. O cümlədən, qeyd olunan ayədə buyurulur ki, bütün namazların, xüsusilə orta namazın qılınmasında ciddiyyət göstərin və onun qorunma-sına çalışın, حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى

    Allaha müti olub xüzu, xüşu və tam diqqətlə ayağa qal-xın: وَقُومُواْ لِلّهِ قَانِتِينَ

    Havanın isti və ya soyuq olması, müxtəlif çətinliklər, dünya malı, əhli-əyal və övladlar sizi bu mühüm işdən sax-lamasın.

    "Əssəlatul-vusta” kəlməsindən məqsəd zöhr namazıdır. Bu namazın daha çox təkid olunmasının səbəbi budur ki, müsəlmanların bəziləri yayın qızmar günlərində namaz qılmaq çətin olduğundan, yaxud ticarət və s. kimi işlərə başları qarışdığından ona az əhəmiyyət verirdilər.
    239-CU AYƏ

    فَإنْ خِفْتُمْ فَرِجَالاً أَوْ رُكْبَانًا فَإِذَا أَمِنتُمْ فَاذْكُرُواْ اللّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ (239)
    TƏRCÜMƏ:

    "Əgər (düşməndən, yaxud başqa bir təhlükədən) qorxsanız (namazı) piyada və ya süvari halda qılın. Hər vaxt əmin-amanlıqda olsanız, (namazı adi qaydada qılın,) Allah, bilmədiyiniz şeyləri sizə öyrətdiyinə görə Onu yad edin.”
    TƏFSİR:

    Bu ayədə·buyurulur ki, ən çətin vəziyyətlərdə, hətta mü-haribə şəraitində belə, namaz unudulmamalıdır. Belə bir vəziyyətdə namazın bir çox şərtləri, o cümlədən qiblə, rüku, səcdə hökmlərinə riayət etmək vacib olmur. Buna görə də bu-yurulur: Əgər müharibə, yaxud başqa təhlükədən qorxsanız, namazı yol gedərkən piyada, yaxud minik üstündə qılıb rüku və səcdəni işarə ilə yerinə yetirməlisiniz.

    فَإنْ خِفْتُمْ فَرِجَالاً أَوْ رُكْبَانًا

    Aydındır ki, namazın qılınma keyfiyyətini həm əmin-amanlıq və təhlükəsizlik, həm də qorxu və təhlükəli şəra-itdə insana öyrədən ilahi təlim-tərbiyənin şükrünü yerinə yetirmək üçün bu göstərişlərə müvafiq şəkildə əməl etmək lazımdır.

    240-CI AYƏ

    وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِّأَزْوَاجِهِم مَّتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِيَ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ (240)
    TƏRCÜMƏ:

    "Sizlərdən ölüm ayağında olan və öz həyat yoldaşlarını qoyub dünyadan gedən şəxslər gərək onlar barəsində vəsiyyət etsinlər ki, (onları) bir il müddətində (həyat və məişət xərclərini ver-məklə) bəhrələndirsinlər. Bu şərtlə ki, onlar (ər evindən) çıx-mamış (və yenidən ailə qurmamış) olsunlar. Əgər (onların öz-ləri) evdən çıxsalar və özləri barəsində layiqli qərara gəlsələr, on-da (məişət xərcləri barəsində heç bir haqları yoxdur) sizə heç bir günah yoxdur. Allah qüdrətli və hikmətlidir.”

    Ayəni ayrı bir şəkildə də tərcümə etmək olar: Allah, əri ölmüş qadınlara bir illik xərclərin verilməsini töv-siyə edir və bu halda ərin vəsiyyətinə ehtiyac qalmır.
    TƏFSİR:

    Bu ayədə bir daha izdivac və təlaq barəsində olan məsə-lələr işıqlandırılır. Əvvəlcə ölüm ayağında olan və öz arvadlarını bu dünyada qoyub gedən kişilər barəsində söz açılır və onlara tövsiyə edilir ki, bir il ərzində öz həyat yoldaşlarının xərclərinin verilməsini və onların evdən çıxarılmamasını vəsiyyət etsinlər. Beləliklə, onlar ər evində qalsınlar və onların həyat və məişət xərcləri tə-min olunsun.

    وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِّأَزْوَاجِهِم مَّتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ

    Əlbəttə bu, o zaman olmalıdır ki, onların özləri ər evindən çıxıb başqa ərə getməmiş olsunlar. Əgər getsələr, onda mənzil və yaşayış haqqına malik deyillər, amma əgər öz barələrində layiqli bir iş görsələr (məsələn, vəfat iddəsi tamam olduqdan sonra yenidən ərə getsələr) sizin üçün heç bir günahı yoxdur:فَإِنْ خَرَجْنَ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِيَ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ

    Ayənin axırında belə qadınlara, öz gələcəklərindən nigaran olmamaları üçün təskinlik verilir və buyurulur ki, Allah-taala hər bir işə qadirdir və ərləri ölmüş qa-dınlara müəyyən imtiyazlar verməklə onların bir çox çətin-liklərini aradan qaldıracaq. Əgər onlara müəyyən bir müsi-bət baş veribsə, hökmən onda bir hikmət varmış. Çünki Allah-taala qadir və hikmətlidir: وَاللّهُ عَزِيزٌ حَكِيمٌ

    241-Cİ AYƏ

    وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ (241)
    TƏRCÜMƏ:

    Bu ayədə təlaqın başqa bir hökmünə işarə olunur:

    "Təlaq verilmiş qadınlara layiqli hədiyyə vermək lazımdır (bu hədiyyə ərin tərəfindən verilir). Bu, pəhrizkarların öhdəsin-də olan bir haqqdır.”

    Əvvəldə bəyan olunan 236-cı ayənin şahidliyi ilə bu ayə, əqd bağlanan zaman mehriyyəsi təyin olunmayan və cinsi ya-xınlıqdan əvvəl təlaq verilən qadınlar üçündür.
    242-Cİ AYƏ.

    كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ (242)
    TƏRCÜMƏ:

    Boşanmağa aid olan axırıncı ayədə buyurulur:

    "Allah Öz ayələrini sizin üçün belə şərh edir ki, bəlkə də-rindən düşünəsiniz.”

    Aydındır ki, dərindən düşünməkdən məqsəd, əməl üçün bir müqəddimə olan təfəkkürdür. İlahi hökmlər barəsində sadəcə təfəkkür edib, əməl etməməyin heç bir müsbət nəticə-si olmayacaqdır.
    243-CÜ AYƏ

    أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُواْ مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللّهُ مُوتُواْ ثُمَّ أَحْيَاهُمْ إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُونَ (243)
    TƏRCÜMƏ:

    "Ölümün qorxusundan öz evlərindən çıxıb qaçanları görmə-dinmi?! Halbuki onların sayı minlərlə idi. (Onlar taun xəstə-liyini bəhanə gətirərək cihadda iştirak etməkdən boyun qaçır-mışdılar.) Allah onlara "Ölün!” - deyə buyurdu, (onlar da məhz bə-hanə gətirdikləri bu xəstəliklə kütləvi surətdə öldülər,) sonra Allah onları diriltdi (və onların başına gələn əhvalatları gələcək nəsillər üçün bir ibrət dərsi qərar verdi). Allah insanla-ra ehsan edir, amma camaatın əksəriyyəti (Onun) şükrünü yerinə yetirmirlər.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Şam şəhərində taun xəstəliyi sürətlə yayıldı və in-sanlar kütləvi şəkildə ölməyə başladılar. Bu zaman böyük bir dəstə ölümdən xilas olmaq üçün o şəhərdən köçdülər. Öz vətənlərindən qaçıb ölümdən xilas olduqdan sonra bir növ qüdrət və istiqlaliyyət əldə etdilər, Allahın iradəsini nə-zərə almadan təbii qüvvələrə arxalandılar və nəticədə if-rat dərəcədə məğrurluq hissi keçirdilər. Allah-taala da on-ları bu çöldə taun xəstəliyi ilə məhv etdi.
    TƏFSİR:

    Bu ayə keçmiş qövmlərdən birinin başına gələn qəribə və ibrətamiz əhvalatı qısa şəkildə bəyan edir. Belə ki, yolu-xucu və dəhşətli bir xəstəlik yayıldı və minlərlə insan oradan qaçdı. Ayədə buyurulur: "Ölümün qorxusundan ev-eşiklə-rindən çıxıb qaçanları görmədinmi?! Halbuki, onların sayı minlərlə idi.” أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُواْ مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ

    Sonra onların işinin sonu barəsində buyurulur: "Al-lah onlara "ölün!” deyə əmr etdi, onlar da şəhərdən bəhanə edib qaçdıqları xəstəliyə yoluxaraq öldülər.” فَقَالَ لَهُمُ اللّهُ مُوتُواَْ

    Bu əmr, bir növ mübarək "Yasin” surəsinin 82-ci ayəsin-də olan təkvini əmrə bənzəyir. Orada buyurulur: "Allahın əm-ri belədir: bir şeyi yaratmağı iradə etdikdə ona "ol!” deyər, o da dərhal vücuda gələr.” ثُمَّ أَحْيَاهُمْ

    "Summə əhyahum” (sonra onları diriltdi) cümləsi o in-sanların Həzqil peyğəmbərin duası ilə dirilmələrinə işa-rədir. Onların bir daha dünyaya qayıdışı aşkar ilahi mərhəmət və ibrət, eləcə də həm özlərinin, həm də başqala-rının nəzərindən bir nemət olduğuna görə, ayənin axırında buyurulur: Allah Öz bəndələrinə ehsan edir, lakin camaatın əksəriyyəti Onun şükrünü yerinə yetirmirlər.

    إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُون

    Təkcə onlar deyil, bütün insanlar Allahın nemət və mərhəmətindən faydalanır.

    Məşhur islam alimi mərhum Şeyx Səduq bu ayəyə isti-nadən rəcətin baş verəcəyini isbat edib deyir: Bizim əqidə-mizdən biri də rəcətdir. Biz inanırıq ki, insanlardan bir dəstəsi elə bu dünyada dirilib yenidən həyata qayıdacaqlar. Bu ayə məada və insanların öldükdən sonra Qiyamətdə bir da-ha diriləcəyinə də canlı bir sübut ola bilər. 
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 620 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019