İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)


    244-245-Cİ AYƏLƏR

    وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ وَاعْلَمُواْ أَنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ (244) مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ (245)
    TƏRCÜMƏ:

    244- "Allah yolunda cihad edin və bilin ki, Allah eşidən və biləndir.”

    245- "Kimdir ki, Allaha qərzül-həsənə (gözəl və əvəzsiz borc) versin (Allahın ona əta etdiyi mal-dövlətdən infaq etsin, Al-lah da) ondan bir neçə qat artığını əta etsin?! (Bəndələrin ru-zisini) məhdud və ya vüsətli edən məhz Allahdır. Sizin hamınız Ona doğru qaytarılacaqsınız (və öz mükafatınızı alacaqsınız).”

    Bu ayədən etibarən cihad ayələri başlayır. Əvvəldə bu-yurulur: Allah yolunda cihad edin və bilin ki, Allah eşi-dən və biləndir. Sizin sözlərinizi eşidir, fikirlərini-zi bilir və cihad barəsində olan niyyətlərinizdən də agah-dır.
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

    Nəql olunmuşdur ki, bir gün Peyğəmbəri-əkrəm (s) bu-yurdu: "Hər kəs sədəqə versə onun əvəzini iki qat artıqlaması ilə behiştdə alacaqdır.” Əbuddəhda Ənsari ərz etdi: "Ey Allahın Rəsulu! Mənim iki bağım vardır. Onların birini sədəqə versəm, iki qat artığını behiştdə alacağammı?” Həzrət buyurdu: "Bə-li.” Sonra o, ən yaxşı bağını sədəqə verdi. Bu ayə nazil ola-raq onun sədəqəsinin əvəzinin minlərlə qat artıq olduğunu bildirdi. Bu da "əzafən kəsirə” cümləsinin mənasıdır.
    TƏFSİR:

    Bu ayədə buyurulur: Kimdir ki, Allaha gözəl şəkildə borc versin (və Allahın ona bağışladığı mal-dövlətdən cihad yolunda və fəqir-füqəranı himayə etmək üçün infaq etsin) ki, Allah da onun ehsan etdiyini bir neçə qat artır-sın? مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً

    Buna əsasən, Allaha borc vermək, mal-dövləti cihad yo-lunda xərcləmək deməkdir.

    Ayənin axırında buyurulur: Allah-taala bəndələrinin ruzisini həm məhdud, həm də vüsətli edir. Sizin hamınız Ona tərəf qaytarılacaqsınız^ وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ

    Bu ayə xatırladır ki, mal-dövlətinizi Allah yolunda infaq etdiyiniz təqdirdə, onun azalacağını təsəvvür etməyin. Çünki ruzinin artıb-azalması yalnız Allahın əlindədir.
    NƏ ÜÇÜN AYƏDƏ "BORC” TƏBİRİ GƏTİRİLMİŞDİR?

    Quranın bir çox ayələrində Allah yolunda infaq edil-məsi "qərz” (Allaha borc vermək) kimi təbir olunur. Bu da bir tərəfdən Allahın bəndələrə qarşı son dərəcə lütf və mər-həmətini, digər tərəfdən isə infaq etməyin əhəmiyyətini çatdırır. İmam Əli (ə) buyurur: "Allah-taala sizdən borc is-təmişdir, halbuki, yerlərin və göylərin xəzinələri Onun ixtiya-rındadır və O, hər bir şeydən ehtiyacsız və tərifə layiqdir. (Bəli, bu iş Allahın ehtiyaclı olması deyildir), əksinə Allah istəyir ki, sizi yoxlayıb hansınızın daha yaxşı əməl sahibi ol-masını aşkar etsin.”[33]
    246-CI AYƏ

    أَلَمْ تَرَ إِلَى الْمَلإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَى إِذْ قَالُواْ لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللّهِ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِب َ عَلَيْكُمُ الْقِتَال ُ أَلاَّ تُقَاتِلُواْ قَالُواْ وَمَا لَنَا أَلاَّ نُقَاتِلَ فِي سَبِيلِ اللّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَآئِنَا فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْاْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمِينَ (246)
    TƏRCÜMƏ:

    "Bəni-israildən olan o kəsləri görmədinmi? Onlar Musadan sonra öz peyğəmbərlərinə dedilər: "Bizim üçün rəhbər (və sərkərdə) seç ki, (onun rəhbərliyi altında) Allah yolunda cihad edək.” Pey-ğəmbər onlara dedi: "(Ehtimal vermirsinizmi ki,) əgər cihad hökmü sizə verilsə (ondan imtina edib) Allah yolunda cihad et-məzsiniz?!” Dedilər: "Necə mümkün ola bilər ki, Allah yolunda cihad etməyək, halbuki biz öz ev-eşiklərimizdən və ailəmizdən qo-vulub çıxarılmışıq?! (Şəhərlərimiz düşmənlərimizin vasitə-silə işğal olunub və övladlarımız əsir edilibdir?!)” Amma onla-ra cihad hökmü veriləndə az bir dəstə istisna olmaqla, hamısı imtina etdilər. Allah zalımların işindən agahdır.”
    TƏFSİR:

    Bu ayədə Bəni-israildən olan bir dəstənin başına gə-lən ibrətamiz əhvalatlara işarə edilir. Bu hadisə Musa peyğəmbərdən sonra baş vermişdi. Əlbəttə, bu hadisənin cihad və dinin müdafiə olunması ilə əlaqədar olan məsələ-lərdən sonra qeyd olunması müsəlmanların ibrət alması üçündür. Ayələrin təfsirinə başlamazdan qabaq bu hadisəni şərh edirik.
    İBRƏTLİ HADİSƏ

    Fironun istilası nəticəsində zəiflədilmiş yəhudi qövmü Musa (ə)-ın ağıllı və müdrik rəhbərliyi nəticəsində o ağır vəziyyətdən nicat tapıb qüdrət və əzəmətə çatdılar. Allah-taala o peyğəmbərin bərəkəti ilə onlara çoxlu nemət-lər bəxş etdi. "Əhd sandığı” da o nemətlərdən biri idi. (248-ci ayənin təfsirində bu barədə söhbət olunacaqdır). Yəhudilər həmin sandığı qoşunun önündə apararaq ruhiyyə-lərini gücləndirirdilər. Bu qüdrət və əzəmət Musa (ə)-ın vəfatından sonrakı dövrə qədər davam etdi. Amma bu böyük qələbə və nemətlər yavaş-yavaş məğruruluğa səbəb oldu. On-lar eyş-işrətdə, rahatlıqda həyat sürmək ruhiyyəsi nəticə-sində tədricən bu qüdrəti əldən verdilər, hətta öz vətən-lərini müdafiə etməyə belə qadir olmadılar. Buna görə də Əhd sandığını itirib öz vətənlərini əldən verdilər. Bunun ardınca elə bir pərakəndəlik və ixtilafa düçar oldu-lar ki, ən zəif düşmənin müqabilində belə müqavimət gös-tərə bilmədilər. İş o yerə çatdı ki, onların böyük bir dəstəsi öz vətənlərindən qovuldu, ailə və övladları isə əsir düşdü.

    Bu vəziyyət uzun müddət davam etdi, nəhayət Allah-taala İşmuil adlı peyğəmbəri seçdi ki, onlara nicat verib yol göstərsin. Onlar düşmənin zülmündən təngə gəlib sığına-caq axtardıqları zaman bir yerə yığışdılar. Peyğəmbərdən, bir əmir və rəhbər təyin etməsini istədilər ki, hamılıq-la onun rəhbərliyi altında toplaşıb düşmənə qarşı vu-ruşsunlar, əldən verdikləri izzət və şövkəti geri qaytar-sınlar.

    Onların zəif və süst əhval-ruhiyyələrindən tamamilə agah olan İşmuil peyğəmbər cavabında dedi: Qorxuram ki, cihad hökmü verilərkən öz rəhbərinizin göstərişlərin-dən boyun qaçırasınız və düşmənlərlə mübarizədə öz vəzi-fənizi yerinə yetirməyəsiniz. Onlar dedilər: Axı necə müm-kün ola bilər ki, biz öz rəhbərimizin əmrlərindən boyun qa-çıraq və vəzifəmizi yerinə yetirməyək?! Halbuki, düşmən bi-zim vətənimizi işğal edərək övladlarımızı əsir tutmuş-dur.

    İşmuil peyğəmbər onların əsas məsələni və sanki öz ge-riliklərinin səbəbini dərk edərək onun ardınca gəldiklə-rini başa düşdü. O da Allah dərgahına üz gətirdi və qöv-münün istəyini Ondan dilədi. Ona vəhy olundu ki, Talutu on-lar üçün rəhbər seçdim.

    İşmuil Allaha ərz etdi: "Pərvərdigara, axı mən Talutu görməmişəm və onu tanımıram?!” Vəhy gəldi ki, Biz onu sənə tərəf göndərəcəyik. Talut sənin yanına gəldikdə ordunun sərkərdəliyini ona həvalə et və cihad bayrağını onun əlinə ver.

    Amma bütün bunlarla yanaşı onlar, cihad hökmü veri-lən zaman bəhanə axtarmağa başladılar. Kiçik bir qoşun-dan başqa heç kəs meydana getmədi. Sərkərdəni tək qoydular və onun əmrlərinə itaət etməkdən boyun qaçırdılar.
    247-Cİ AYƏ

    وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ أَنَّى يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَاللّهُ يُؤْتِي مُلْكَهُ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ (247)
    TƏRCÜMƏ:

    "Peyğəmbər onlara dedi: "Allah Talutu sizin üçün rəhbər seçmişdir.” Dedilər: "Necə ola bilər ki, o bizə hakimlik etsin?! Halbuki biz bu məqama ondan daha layiqik! Onun çoxlu mal-dövlə-ti yoxdur.” Peyğəmbər dedi: "Allah onu sizin üçün rəhbər seçmiş, onun elm və (cismi) qüdrətini yüksəltmişdir. Allah Öz mülkü-nü (sərkərdəlik və rəhbərliyi) istədiyi şəxsə verir. Allahın (eh-sanı) vüsətlidir və O, (insanların mənsəblərə ləyaqət və bacarıq-larına) agahdır.”
    TƏFSİR:

    Bəni-israil tayfası içərisində zülm görmüş bir dəs-tə, zalımların zülmündən nicat tapmaq üçün öz peyğəmbər-lərindən onlar üçün sərkərdə təyin etməsini istədikləri zaman imtahan meydanında qərar tutdular. Peyğəmbər yoxsul, adı-sanı məlum olmayan cavan bir çobanı – Talutu onlar üçün sərkərdə təyin etdikdə, onlar rəhbər və sərkərdə barə-sində yersiz təsəvvür və qürur üzündən dedilər: Necə ola bilər ki, o bizim sərkərdəmiz olsun, halbuki onun şan-şöhrəti və mal-dövləti yoxdur? Biz mal-dövlət və imkan ba-xımından bu məqama ondan daha layiqik. Peyğəmbər onların, Talutun kasıb olmasını bəhanə gətirdiyini gördükdə buyur-du: Şübhəsiz, sizin üçün onu Allah-taala seçmişdir və ona, yoxsulluğunun əvəzinə elmi bacarıq və müharibədə sərkər-dəlik üçün lazımi qüdrət əta etmişdir. Allah-taala istə-diyi şəxsə, batini istedad və ləyaqətinə görə sərkərdəlik bəxş edər.
    248-Cİ AYƏ

    وَقَالَ لَهُمْ نِبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَن يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌ مِّمَّا تَرَكَ آلُ مُوسَى وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلآئِكَةُ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ (248)
    TƏRCÜMƏ:

    "Peyğəmbər onlara dedi: Onun hökumətinin nişanələri bu-dur ki, Əhd sandığı sizə tərəf gələcəkdir. (Elə bir sandıq ki,) Pərvərdigarınız tərəfindən aramlıq, Harun və Musa xanədanı-nın yadigarları ondadır və iki mələk onu daşıyır. Bu məsələdə sizin üçün (aydın) nişanələr var – əgər imanınız vardırsa.”
    TƏFSİR:

    Peyğəmbər, onları, Talutun sərkərdə olmasına əmin et-mək üçün dedi: Bəni-israilin müqəddəs sandığı, (yaxud tabut) onlara doğru qaytarılacaqdır ki, Talutun Allah-taala tərə-findən seçilməsinə nişanə və sübut olsun. Tabutdan məqsəd Musanın anasının Allahın əmri ilə öz körpəsini içinə qoyaraq Nil çayına buraxdığı taxta sandıqdır ki, Fironun məmurları o sandığı tutub körpəni onun içərisindən çı-xarmışdılar.

    O sandıq həmin vaxta qədər Fironun sarayında idi. Musa (ə) peyğəmbərliyə çatdıqdan sonra Tövrat lövhələrini ona qoydu. Vəfat edən zaman onun zirehli paltarı və sair yadigarları da sandığın içində idi. O, zamanın keçməsi ilə "Əhd sandığı” adı ilə məşhurlaşaraq Bəni-israil qöv-mü arasında müqəddəs sandıq kimi tanındı. Onu müharibə-lərdə qələbə qazanmaq üçün ordunun önündə aparırdılar, am-ma getdikcə onun müqəddəsliyi unuduldu. (Tövratda bu sandıq barəsində müəyyən məlumatlar qeyd olunmuşdur.)

    Talutun rəyasəti dövründə Allah-taala oğurlanmış mü-qəddəs sandığı mələklərin vasitəsi ilə onlara qaytardı ki, qəlbən xatircəmlik və aramlıq tapsınlar.
    249-CU AYƏ

    فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلاَّ مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُواْ مِنْهُ إِلاَّ قَلِيلاً مِّنْهُمْ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُواْ مَعَه ُ قَالُواْ لاَ طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنودِهِ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو اللّهِ كَم مِّن فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللّهِ وَاللّهُ مَعَ الصَّابِرِينَ (249)
    TƏRCÜMƏ:

    "Talut (Bəni-israilin ordusuna sərkərdə seçiləndən sonra) əsgərlərini özü ilə birlikdə şəhərdən kənara apardığı zaman on-lara dedi: "Allah sizi axar su ilə imtahan edəcəkdir. Hər kəs on-dan (susayan zaman) içsə məndən deyildir, amma bir ovucdan artıq içməyənlər məndəndir (bu qədər götürüb içməyin eybi yoxdur)”. (Su-ya çatdıqları zaman) az bir dəstə istisna olmaqla hamı ondan iç-di. Sonra o və ona iman gətirənlər (imtahandan üzüağ çıxanlar) o çaydan keçib (öz adamlarının azlığından narahat oldular, onlar-dan bir dəstəsi) dedilər: "Bu gün bizim Calut və onun ordusu ilə qarşılaşmağa qüdrətimiz yoxdur.” Amma Allaha qovuşacağını bilənlər (və Qiyamət gününə imanları olanlar) dedilər: "Nə qədər olub ki, (bir çox hallarda) sayları azı olanlar Allahın fərmanı ilə böyük qoşunlara qələbə çalmışlar.” Və Allah, (müqavimət gös-tərib) səbr edənlərlədir.”
    TƏFSİR:

    Bu ayədə Bəni-israil qövmünün bir dəstəsi haqda xəbər verilir: onlar su içməklə imtahan olundular, amma bəzi-ləri susuzluğa dözməyib bu imtahandan üzü ağ çıxmadılar.

    Yerdə qalanların qarşısında başqa imtahan – ruhi və mənəvi bir imtahan var idi. Onlar Calutun ordusu ilə qar-şılaşan zaman dedilər: Bizim təpədən-dırnağa qədər si-lahlanmış ordu ilə qarşılaşmağa qüdrətimiz yoxdur.

    Amma Qiyamətə və Allah-taala ilə görüşəcəklərinə imanı olanlar dedilər: Qələbə yalnız Allahın əlindədir. Bir çox hallarda azsaylı dəstələr Allahın izni və fərmanı ilə böyük qoşunlara qələbə çalmışlar.
    250-Cİ AYƏ

    وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِ قَالُواْ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ (250)
    TƏRCÜMƏ:

    "Calut və onun ordusu ilə qarşılaşan zaman dedilər: Pər-vərdigara, bizim səbrimizi artır, qədəmlərimizi sabitləşdirib bizi kafirlərə qalib et.”

    Bu ayədə iki ordunun qarşılaşması məsələsi bəyan olu-naraq buyurulur: Onlar (Talut ilə Bəni-israil qövmü) Calut və onun ordusu ilə qarşılaşan zaman dedilər: "Pərvərdigara, bizim səbrimizi artır, qədəmlərimizi möhkəmlət və bizi kafirlərə qa-lib et.”

    Talut və onun ordusu Allahdan üç şey istəmişdilər: əv-vəlcə onlara səbr və dözümlülük əta etməsini istəyirdilər. İkinci arzularında Allahdan istəyirdilər ki, Pərvərdi-


    gara, bizim qədəmlərimizi möhkəmlət ki, yerimizdə möhkəm dayanaq və geriyə qaçmayaq. Həqiqətdə birinci dua batini, ikinci dua isə zahiri yönə malik idi. Qədəmlərin sabit ol-ması səbirlilik və müqavimət ruhiyyəsinin nəticəsidir.

    Üçüncü arzuları isə bu idi ki, bizə, bu kafir qövm mü-qabilində kömək əta et və bizi onlara qalib et. Səbrin, mü-qavimətin və sabitqədəm olmağın nəticəsi də məhz qələbə-dir.
    251-Cİ AYƏ

    فَهَزَمُوهُم بِإِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَآتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاء وَلَوْلاَ دَفْعُ اللّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الأَرْضُ وَلَـكِنَّ اللّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ (251)
    TƏRCÜMƏ:

    "Sonra onların qoşunu (Talut və onun tərəfdarları) Alla-hın izni ilə düşmən ordusunu məğlub etdilər və (Talutun dost-larından mömin, şücaətli və yeniyetmə bir şəxs olan) Davud (düşmən ordusunun sərkərdəsi olan) Calutu öldürdü. Allah ona (Davuda) hökumət və elm əta etdi və istədiyi şeyləri ona öyrətdi. Əgər Allah, camaatın bəzisini başqa bəzisinin vasitəsi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsadla dolardı. Amma Allah aləm-dəkilərə qarşı mərhəmət və ehsan sahibidir.”
    TƏFSİR:

    Onların sayının az, düşmənin sayının isə çox olma-sına baxmayaraq, Allah-taala Özünün mömin və xalis bəndə-lərini heç vaxt yalqız qoymayacaq. Buna görə də ayədə buyu-rulur: Onlar Allahın əmri ilə düşmən ordusunu darmada-ğın etdilər: فَهَزَمُوهُم بِإِذْنِ اللّهِ

    Yaşının az olmasına baxmayaraq, qüdrətli və şücaətli bir cavan olan Davud, Calutu öldürdü: وَقَتَلَ دَاوُدُ جَالُوتَ

    O, əlində olan sapand ilə iki daşı elə məharətlə atdı ki, Calutun düz alnına dəydi. Calut fəryad çəkib yerə yıxıl-dı. Bu hadisədən yaranan vahimə və qorxu düşmən əsgərlə-rinin canına vəlvələ saldı, hamısı qaçmağa üz qoydu. Sanki Pərvərdigari-aləm Öz qüdrətini göstərmək istəyirdi: belə bir əzəmətdə olan padşah böyük bir ordu ilə gəlməsinə baxmayaraq, cavan bir oğlanın vasitəsi ilə, həm də zahirdə dəyərsiz bir silahla məğlub edilir. Sonra buyurur: Allah-taala ona hökumət və elm bəxş etmiş, istədiyi şeyləri ona öy-rətmişdi. وَآتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا

    Bu ayə Davudun Bəni-israilin böyük peyğəmbərlərindən olan Süleymanın atası Davud olduğunu göstərməsə də, yuxarı-dakı cümlə onun nübüvvət məqamına çatmasını bildirir.

    Axırda isə ümumi bir qanun kimi buyurulur: Əgər Al-lah-taala camaatdan bəzisini, bəzilərinin vasitəsilə dəf etməsəydi, yer üzü fitnə-fəsadla dolardı. Amma Allah-taala bütün aləmdəkilərə qarşı mərhəmətlidir.

    يَشَاء وَلَوْلاَ دَفْعُ اللّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الأَرْضُ وَلَـكِنَّ اللّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ


    252-Cİ AYƏ

    تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ (252)


    TƏRCÜMƏ:

    Quranın ikinci cüzünün axırıncı ayəsi olan bu ayədə qeyd olunur ki, əvvəlki ayələrdə söhbət açılan hadisə və əhva-latların hamısı ibrət dərsləridir. Xüsusilə, minlərlə insanın bir anda həlak olaraq sonradan ilahi bir peyğəm-bərin duası ilə yenidən dirilməsi, adsız-sansız, lakin rəh-bərlik məqamına layiq və bilikli bir çobana rəhbərlik verilməsi, azsaylı bir dəstənin böyük və başdan-ayağa qədər silahlanmış düşmən ordusuna qələbə çalması, o mühari-bədə cavan bir oğlanın şücaət və mərdanəliyi, ona nübüvvət məqamının əta olunması göstərilir.


    Bunların hamısı ilahi ayələrin cilvəsi, Peyğəmbəri-əkrəm (s)-in risalətinin doğruluq nişanələridir. Keçən ayələrdən qələbə amilinin üç şey olması məlum olur:

    1- Layiqli və qüdrətli rəhbər;

    2- İmanlı ardıcıllar;

    3- Allaha təvəkkül etmək, səbirli olmaq və ilahi hədəf və məsuliyyət hissi keçirmək.
    253-CÜ AYƏ

    تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِّنْهُم مَّن كَلَّمَ اللّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ وَلَـكِن ِ اخْتَلَفُواْ فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلُواْ وَلَـكِنَّ اللّهَ يَفْعَلُ مَا يُرِيدُ (253)
    TƏRCÜMƏ:

    "O peyğəmbərlərin bəzilərini bəzilərindən üstün etdik. Allah onların bəziləri ilə danışırdı; bəzilərinə (üstün) dərəcələr bəxş etdi; Məryəm oğlu İsaya aydın nişanələr verdik və onu Ruhul-qudus ilə qüvvətləndirdik. (Lakin onların məqam-ları arasındakı fərqlər ümmətlərinin ixtilafa düşməsinə mane olmadı.) Əgər Allah istəsəydi, onlardan sonra gələnlər, onlar üçün bu qədər aydın nişanələr gəldikdən sonra bir-biri ilə vuruşmazdılar. (Amma Allah insanları məcbur etmir; və onları səadət yolunu keçməkdə azad qoymuşdur.) Lakin bir-biri ilə ixtilaf edənlər məhz bu ümmətlər idi. Bəziləri iman gə-tirdilər, bəziləri isə kafir oldular (və müharibə edib qırğın törətdilər). əgər Allah istəsəydi, onlar bir-biri ilə müha-ribə etməzdilər, lakin Allah istədiyini (hikmət üzündən) ən-cam verir.”
    TƏFSİR:

    Bu ayədə bəzi peyğəmbərlərin malik olduğu imtiyaz və üstünlüklərdən söhbət açılır. Məsələn, Həzrət Musa barə-sində qeyd olunur ki, Allah onunla danışmışdır. "Əraf” surəsinin 144-cü ayəsində buyurulur: "Ey Musa, Mən səni Öz ri-salətlərim və (səninlə) danışmağımla seçib camaatdan üstün etdim.”

    Həzrəti Məhəmməd (s)-ə gəldikdə isə "Ənbiya” surəsi-nin 107-ci ayəsindən məlum olduğu kimi, ona bütün aləmlərə rəhmət və bütün ilahi peyğəmbərlərin sonuncusu olması, na-zil olan kitabının (Qurani kərimin) təhrif olunmayacağı və sair məziyyətlərlə üstünlük verilmişdir.

    Həzrəti İbrahim və Nuh (ə)-a isə Allah tərəfindən ən yaxşı salamlar göndərilmişdir. Yuxarıdakı ayədə də qeyd olunur ki, Həzrəti İsa Ruhul-qudusun vasitəsi ilə qüv-vətləndirilmişdir. Bu ayədə həmçinin qeyd olunur ki, əgər Allah istəsəydi, peyğəmbərlər gəldikdən sonra cama-at arasında yarana biləcək ixtilafların qarşısı alı-nar, insanlar məcburən və heç bir çətinlik olmadan va-hid bir yolda qərar verilərdi. Lakin Allahın dəyişməz qanunu budur ki, insanlar tam ixtiyarla hər hansı bir yo-lu seçib-seçməməkdə azad olsunlar.
    254-CÜ AYƏ

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لاَّ بَيْعٌ فِيهِ وَلاَ خُلَّةٌ وَلاَ شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ (254)
    TƏRCÜMƏ:

    "Ey iman gətirənlər, nə (səadət və cəzadan qurtuluş yolla-rını satın almaq üçün) alış-verişin, nə (maddi məqsədlərlə olan) dostluğun, nə də (layiq olmadığınız) şəfaətin olmadığı gün gəlib çatmazdan əvvəl sizə ruzi kimi verdiyimiz şeylərdən infaq edin. Zalımlar məhz kafirlərdir (çünki onlar həm özləri-nə, həm də başqalarına zülm edirlər).”
    TƏFSİR:

    Bu ayə möminlərə xəbərdarlıq edərək buyurur ki, yara-nan fürsətləri əldən verməsinlər və qiyamət günü gəlib çat-mazdan əvvəl səfər ehtiyatı tədarük görsünlər. Çünki qiya-mətdə ilahi cəzadan xilas olmaq və səadət vasitələrini təda-rük görmək üçün nə alış-veriş, nə dostluq, nə vasitəçilik və nə də başqa şey vardır.

    Onlar buna görə şəfaətdən məhrumdurlar ki, dünyada digərlərinin məhrumiyyətlərə düçar olmasına səbəb ol-muşlar. Məsələn, paxıl adam öz varlığında səadətinə səbəb olan nuru söndürdüyü, ilahi göstərişlərə etinasız yanaş-dığı üçün özünə zülm etmiş olur və bununla da öz axirətini puça çıxarır.
    255-Cİ AYƏ

    اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ (255)
    TƏRCÜMƏ:

    "Həyy (diri) və Qəyyum (Özü Öz Zatı ilə, qalan varlıqlar isə Onun Zatı ilə qaim) olan Allahdan başqa heç bir məbud yoxdur. O nə mürgüləyər, nə də yuxuya gedər. Asimanlarda və yerdə olanlar Ona məxsusdur. Onun izni olmadan kim Onun yanında (hüzurunda) şəfaət edə bilər?! (Buna görə də Allahın izni ilə şəfaət edən-lərin şəfaəti Onun mütləq hakimiyyətinə xələl gətirməz.) On-ların (bəndələrin) keçmişini də, gələcəyini də bilir. Heç kəs Al-lahın elmindən, Onun Özünün istədiyi miqdardan artıq şeyə agah ola bilməz. Onun hakimiyyət kürsüsü (elm, qüdrət və səltə-nəti) asimanları və yeri əhatə etmişdir. Bu ikisini (asiman-ları və yeri) mühafizə etmək Onun üçün çətin deyildir. O, əliyy (ən uca və yüksək məqamlı) və əzimdir (Zat və sifətdə ən böyük var-lıqdır).”
    AYƏTƏL-KÜRSÜ QURANIN ƏN MÜHÜM AYƏLƏRİNDƏN BİRİDİR

    Bu şərif ayənin fəzilət və əhəmiyyətini bəyan etmək üçün təkcə Peyğəmbər (s)-in bu barədə buyurduğunu qeyd etmək kifayətdir. O həzrət Übeyy ibni Kəbdən soruşdu: "Allahın kitabında (məqam cəhətindən) ən böyük ayə hansıdır?” Übeyy ərz etdi: "Əllahu la ilahə illa huvə” ayəsi. Peyğəmbər-əkrəm (s) əli-ni onun sinəsinə vurub buyurdu: "Elmin sənə halal olsun! Mə-həmmədin canı (qüdrət) əlində olan Allaha and olsun, bu ayənin iki dili və iki dodağı vardır ki, ilahi ərşdə Allahı təqdis edib təsbih deməklə məşğuldur.”[34]

    İmam Baqir (ə)-dan nəql olunan bir hədisdə buyurulur: "Hər kim Ayətəl-kürsünü bir dəfə oxusa, Allah-taala onun min dünya və min də axirət çətinliyini aradan qaldırar. Belə ki, dünyadakı xoşagəlməz işlərinin ən yüngülü yoxsulluq, axirətdə-kilərin ən yüngülü isə qəbir əzabıdır.”[35]
    TƏFSİR:

    Bu ayədə əvvəlcə Allahın müqəddəs Zatı və tovhid məsə-lələrindən, sonra Onun gözəl adlarından (əsmai-hüsna) söh-bət edilərək buyurulur: "Allahdan başqa heç bir məbud (ibadətə layiq kimsə) yoxdur.” اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ

    "Allah” kəlməsi Haqq-taalanın xüsusi adı olub bütün kəmal, cəmal və cəlal sifətlərini özündə cəm edən Zat məna-sını çatdırır.

    Sonra isə əlavə edilərək buyurulur: "Elə bir Allah ki, Həyy (diri) və Öz Zatı əsasında qaimdir, kainatın sair varlıqla-rı isə Onun vasitəsi ilə mövcud olur.” الْحَيُّ الْقَيُّومُ

    Aydındır ki, Allahda olan dirilik və həyat həqiqi hə-yatdır. Çünki burada həyat Onun Zat, elm və qüdrət məcmuəsi ilə eyniyyət təşkil edir. Lakin sair varlıqlara gəldikdə isə, onların həyatı zatlarına arizidir, yəni ona əlavə olunmuşdur. Buna görə də müəyyən bir müddətdən sonra məhv olub aradan gedir.

    Amma Allah-taalanın müqəddəs Zatı belə deyildir. "Fürqan” surəsinin 58-ci ayəsində buyurulduğu kimi: "Heç vaxt ölməyən diri bir Zata təvəkkül et!”

    Ayənin davmında buyurulur: "O, nə mürgüləyər, nə də yuxuya gedər.” O, bir an olsun belə, kainatı idarə etməkdən və yarat-dığı varlıqlardan qafil olmur: لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ

    "Sinətun” kəlməsi insanın yalnız gözlərinə ariz olan yuxuya deyilir. Amma bu yuxu dərinləşərək qəlbə də nüfuz et-dikdə, ona "novm” deyilir. Bu cümlə həqiqətdə bunu çatdırır ki, Allah-taalanın feyz və lütfü daimidir, bir an da olsun belə, kəsilmir.

    Sonra Allahın mütləq hakimiyyəti və səltənətinə işa-rə edilərək buyurulur: "Göylərdə və yerdə olanların hamısı Ona məxsusdur.” لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ

    Bu xüsusiyyət yuxarıdakı ayədə Allah-taala üçün bəyan olunan beşinci sifətdir. Çünki, ondan əvvəl Allahın yega-nəliyi (tovhid), Həyy və bütün yaranmışlara Qaim olması, eləcə də yuxunun Onun müqəddəs Zatına aid edilməməsi qeyd olunmuşdur.

    Aydındır ki, Allahın bu sifətinə - hər bir şeyin yalnız Ona məxsus olmasına diqqət yetirilməsi insanlara çox mühüm tərbiyəvi təsir bağışlayır. Çünki insan, istis-nasız olaraq malik olduğu bütün şeylərin Allaha məxsus olduğunu və həmin şeylərin bir növ ona icarə və ya əmanət verilməsini bildikdə, bu əqidə qəti olaraq onu, başqala-rının hüququnu tapdalamaqdan, istismarçılıq, möhtəkir-lik, hərislik, paxıllıq, tamahkarlıq və sair kimi rəzil xüsusiyyətlərdən saxlayır.

    Ayədə gətirilən altıncı sifət isə belə bəyan edilir: "Onun izni olmadan, kim Onun yanında şəfaət edə bilər?!”

    مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ

    Həqiqətdə burada inkari sual ilə cavab verərək başa salmaq istəyir ki, heç bir kimsə Allahın fərmanı olmadan Onun dərgahında şəfaət edə bilməz. ("Bəqərə” surəsinin 48-ci ayəsinin izahında şəfaət barəsində ətraflı söhbət olundu.)

    Ayənin davamında yeddinci sifət belə bəyan edilir: "Allah onların (bəndələrin) arxalarında və qarşılarında olan-ları bilir, onların keçmiş və gələcəklərindən agahdır.”

    ِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ

    Beləliklə, bütün zaman və məkan dairəsi Onun elm dər-gahında tamamilə aşkardır. Deməli hər bir iş, hətta şə-faət belə, Onun izni ilə olmalıdır.

    Bu sifətin ardınca buyurulur: "Onlar (bəndələr) Allahın istədiyi miqdardan başqa, Onun elmindən agah ola bilməzlər.” Elminin yalnız məsləhət görülən cüzi bir qismini başqa-larının ixtiyarında qoymuşdur: وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء

    Buradan aydın olur ki, bəndələrin olduqca məhdud el-minin mənşəyi də məhz Onun sonsuz və mütləq elmidir.

    Yuxarıdakı cümlədən iki əsas məsələ aydınlaşır: Birincisi budur ki, heç kəsin özünə məxsus olan elmi yoxdur və bəşərdə olan elm və biliyin hamısı yalnız Allah tərə-findəndir.

    İkincisi isə budur ki, Allah-taalanın Öz gizli elm və sirlərinin bir qismini istədiyi şəxslərə əta etməsi müm-kündür.

    Ayədə doqquzuncu və onuncu sifətlər belə bəyan olunur:

    "Onun (elm, qüdrət və hakimiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir, yerin və göylərin qorunub saxlanması Onun üçün əsla çətin deyildir.” وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا

    Allahın hakimiyyət dairəsi bütün göyləri və yeri, elm kürsüsü bütün aləmləri əhatə etmişdir. Heç bir şey Onun elm və qüdrət dairəsindən xaricdə deyildir.

    Bəzi hədislərdən məlum olur ki, Allahın kürsüsü asimanlardan və yerdən qat-qat genişdir. İmam Sadiq (ə)-dan belə nəql olunur: "Asimanlar və yer, Allahın kürsüsü ilə müqa-yisədə səhraya atılmış bir üzüyə bənzəyir. Kürsü də öz növbəsində ilahi ərş ilə müqayisədə, səhranın ortasına atılmış bir üzüyə bənzəyir.”[36]

    Əlbəttə, bəşər elmi indiyə qədər bu ayənin əsl mənası-nı kəşf etməkdə acizdir.

    On birinci və on ikinci sifətləri belə bəyan edir: "O, əliyy (ən yüksək məqamlı) və əzimdir (ən əzəmətlidir).” وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

    Mütləq əzəmət və sonsuz qüdrətə malik olan Allah üçün heç bir şey çətin ola bilməz. O, heç vaxt varlıq aləmini idarə etməkdən yorulmaz, onların heç birindən qafil və xə-bərsiz deyil. Onun elmi hər bir şeyi əhatə etmişdir.

    Diqqət yetirmək lazımdır ki, bu ayə (Ayətəl-kürsü) məş-hur nəzəriyyənin əksinə olaraq, bir neçə ayədən deyil, yalnız qeyd olunan bu ayədən ibarətdir.
    256-CI AYƏ

    لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ (265)
    TƏRCÜMƏ:

    "Dində (dini qəbul etməkdə) məcburiyyət yoxdur (çünki) düz yol azğınlıq yolundan aydın şəkildə seçilmişdir. (Belə isə) hər kəs tağuta (büt, şeytan və hər bir tüğyançı varlığa) kafir olsa və Allaha iman gətirsə, şübhəsiz ki, heç vaxt qırılmaq bilməyən möhkəm dəstəkdən (ürvətül-vüsqadan) yapışmış olar. Allah eşi-dən və biləndir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Mədinə əhalisindən olan Əbu Həsinin iki oğlu var idi. Mədinəyə ticarətə gələn tacirlərdən bəziləri o iki oğlan uşağını yoldan azdıraraq onları məsihi dininə də-vət etdilər. Onlar da bu təbliğatın təsiri altına düşdü-lər.

    Əbu Həsin bu hadisədən bərk narahat olub onu Peyğəm-bərə xəbər verdi və o həzrətdən xahiş etdi ki, onları yeni-dən öz dininə dəvət etsin. Yuxarıdakı ayə nazil olaraq dində məcburiyyət və zorakılıq olmamasını bəyan etdi.
    TƏFSİR:

    "Ayətəl-kürsü” həqiqətdə dinin əsasını təşkil edən tovhid, Allahın cəlal və cəmal sifətlərini bəyan edən bir məcmuə idi. Bunun hər bir mərhələsinin əqli dəlillərlə isbat olunması mümkün olduğuna, icbar və ikraha ehtiyac du-yulmadığına görə bu ayədə buyurulur: "Dinin qəbul olunmasında heç bir məcburiyyət yoxdur. (Çünki) düz yol azğınlıq yolundan ay-dın şəkildə seçilmişdir.” لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ

    Bu ayə islam dininin bəzi hallarda icbar və zorla qə-bul etdirilməsinin tərəfdarı olmasını, yalnız qılınc və süngü gücünə irəliləməsini iddia edənlərə tutarlı bir də-lildir.

    Sonra, əvvəlki cümlədən alınan ümumi bir nəticə belə bəyan edilir: "Belə isə hər kəs tağuta (bütlərə, şeytana, tağut-sifət və tüğyançı insanlara) kafir olsa və Allaha iman gətirsə, heç vaxt qırılmaq bilməyən möhkəm bir dəstəkdən yapışmış olur: فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا

    Ayənin axırında buyurulur: "Allah eşidən və biləndir.”

    وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

    İman və küfr elə məsələlərdəndir ki, heç vaxt zahiri əlamətlərlə məlum olmur. Çünki Allah-taala aşkarda, xü-susi şəkildə və gizlində deyilən sözlərin hamısını eşi-dir.
    257-Cİ AYƏ

    اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (257)
    TƏRCÜMƏ:

    "Allah iman gətirən şəxslərin vəlisidir (ixtiyar sahibi və rəhbəridir). Onları zülmətlərdən nura çıxarar. (Amma) kafir olanların vəliləri (ixtiyar sahibləri və rəhbərləri) tağutlar-dır ki, onları nurdan (çıxarıb) zülmətlərə doğru aparar. Onlar cəhənnəm əhlidir və həmişəlik olaraq orada qalacaqlar.”
    TƏFSİR:

    İman və küfr barəsində qeyd olunanların ardınca, bu ayədə hansı rəhbərə tabe olmaq baxımından mömin və ka-firlərin vəziyyəti bəyan edilərək buyurulur: "Allah iman gə-tirənlərin vəlisi və rəhbəridir”: اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ

    Bu vilayət və rəhbərlik "Onları zülmətlərdən çıxarıb nura doğru aparır.” يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ

    Sonra buyurulur: "Kafir olanların rəhbər və vəlisi isə ta-ğutlardır (bütlər, şeytanlar, yoldan azanlar və zalımlardır) ki, onları nurdan çıxarıb zülmətlərə doğru aparar.”

    وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَات

    Buna görə də "Onlar cəhənnəm əhlidir və həmişəlik olaraq orada qalacaqlar.” أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
    258-Cİ AYƏ

    أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ (258)
    TƏRCÜMƏ:

    "Allahın əta etdiyi padşahlıq üzündən İbrahim ilə, Pər-vərdigar barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədin-mi? (Və ya onun əhvalatını bilmirsən?) İbrahim ona: "Mənim Rəbbim o kəsdir ki, öldürür və dirildir”, - dedikdə, o, "mən də həm dirildir, həm də öldürürəm!” - deyə cavab verdi. İbrahim dedi: "Mənim Allahım günəşi məşriqdən gətirir, (əgər sən də dünya-nın hakimisənsə) günəşi məğribdən çıxart.” (Məhz belə olan halda) o kafir heyrətdə donub qaldı. Allah zalım qövmü düz yola hidayət etməz.”
    TƏFSİR:

    Tarixi rəvayətlərdə qeyd olunur ki, Babilin padşahı Nəmrud, İbrahim (ə) ilə Allah barəsində mübahisə etdi. İbrahim ona dedi: "Mənim Pərvərdigarım o kəsdir ki, varlıq-ları dirildir və öldürür.” Nəmrud dedi: "Mən də öldürür və diril-dirəm.” Sonra zindandan iki nəfərin gətirilməsini əmr verdi. Onların birini qətlə yetirib digərini isə azad etdi. İbrahim (ə) bu müğalitəni, eləcə də onun öldürmək və diriltməyi necə də yanlış başa düşməsini, bu yolla da avam insanları yoldan azdırmaq istəməsini gördükdə buyurdu: "Mənim Allahım günəşi şərqdən çıxarır. Dünyaya mütləq haki-miyyətini, hər bir şeyin sənin nəzarətin altında olmasını id-dia edirsənsə, günəşi qərb tərəfdən çıxart”. İşi belə görən Nəmrud çıxılmaz vəziyyətdə qaldı və sükut etməkdən başqa heç bir cavab tapa bilmədi.
    259-CU AYƏ

    أَوْ كَالَّذِي مَرَّ عَلَى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا قَالَ أَنَّىَ يُحْيِـي هَـَذِهِ اللّهُ بَعْدَ مَوْتِهَا فَأَمَاتَهُ اللّهُ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالَ كَمْ لَبِثْتَ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالَ بَل لَّبِثْتَ مِئَةَ عَامٍ فَانظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ وَانظُرْ إِلَى حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِّلنَّاسِ وَانظُرْ إِلَى العِظَامِ كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (259)
    TƏRCÜMƏ:

    "Yaxud damları çökmüş, divarları uçmuş (viran olmuş) bir diyardan keçən o şəxsi görmədinmi? (Oranın əhalisinin hamısı ölmüş və sümükləri pərakəndə vəziyyətdə hər tərəfə dağılmışdı. O öz-özünə) dedi: "Allah, öldükdən sonra bunları necə dirildə-cək?” (Bu zaman) Allah onu yüz il öldürdü və sonra dirildib "Nə qədər burada qaldın?” - deyə soruşduqda, "bir gün, yaxud bir gündən də az” - deyə cavab verdi. Allah buyurdu: "(Xeyr!) Sən yüz il yatmı-san. Yeməyinə və içməli şeylərinə bir bax, (onları sən özünlə gə-tirmişdin, uzun illər keçməsinə baxmayaraq) əsla dəyişilmə-miş, xarab olmamışdır. (Allah, tez xarab olan bu yeməyi uzun il-lər təzə-tər saxlamağa qadirdir.) Lakin öz ulağına bir bax, (o, necə çürüyüb aradan getmişdir) biz səni (qiyamətdə yenidən dirilmək üçün) bir nişanə və insanlar üçün bir höccət qərar veririk. (İn-di sənin miniyin olan) ulağın sümüklərinə bax, gör onları bir-birinə necə yapışdırıb sonra ətlə örtürük. (O ilahi insan üçün bu həqiqətlər) aşkar olduqda dedi: "Bilirəm ki, Allah hər bir şe-yə qadirdir.”
    TƏFSİR:

    Keçən ayədə həzrəti İbrahimlə Nəmrudun tovhid barə-sində olan söhbəti, başqa sözlə desək, dəlil-sübut yolu ilə olan hidayət barəsindəki mübahisəsini nəzərinizə çatdır-dıq. Bu ayədə isə məad barəsində söhbət gedir, hidayət əməli surətdə, hiss olunan tərzdə nümayiş etdirilir. Bəzi hədis-lərdə qeyd olunur ki, bu şəxs Üzeyir peyğəmbər olmuşdur. "Əl-mizan” təfsirində qeyd olunur ki, Allah-taala ilə da-nışmaq şərəfinə nail olduğu üçün, o, hökmən peyğəmbər ol-malı idi.
    İNCƏ NÖQTƏLƏR:

    1- Dəlil gətirməyin ən yaxşı yollarından biri də hər hansı bir şeyi əməli olaraq nümayiş etdirməkdir:

    فَانظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ

    2- Müəyyən bir məsələni başa düşmək üçün lazım gəlsə, hətta yüz il ölmək də çox mühümdür.

    3- Hətta bildiyiniz şeylər haqqında da təcrübə və sınaq keçirməklə, soruşmaq və digər yollarla öz elminizi artı-rın: أَنَّىَ يُحْيِـي هَـَذِهِ اللّهُ

    4- Keçmişdən yadigar qalan şeylərdən, hətta uçub dağıl-mış və viran olmuş qədim tikililər və əşyalardan da yeni-yeni ibrət dərsləri almaq lazımdır.

    5- İnsan hansı surətdə ölmüşsə, həmin halda da diri-lib məhşərə gələcəkdir: ثُمَّ بَعَثَهُ

    6- Uzun zaman fasiləsi Allahın əzəli və yenilməz qüd-rətinə heç bir xələl gətirə bilməz: فَأَمَاتَهُ اللّهُ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ

    7- Allahın iradəsi ilə bərk sümüklərin çürüyüb ara-dan getməsi, amma tez xarab olan yeməklərin yüz il ərzində təravətli qalması mümkündür.

    8- Allahın müəyyən məsələlərdə xüsusi qüdrət nümayiş etdirməsi insanları düz yola hidayət etmək üçündür:

    وَلِنَجْعَلَكَ آيَةً لِّلنَّاسِ

    9- Allah-taala Qiyamət səhnəsini elə bu dünyada nüma-yiş etdirir: وَانظُرْ إِلَى العِظَامِ كَيْفَ نُنشِزُهَا

    10- Məad təkcə ruhani deyil, həm də cismanidir:

    وَانظُرْ إِلَى العِظَامِ

    Əgər məad təkcə ruhani olsaydı, heç vaxt sümük, qəbir və s. kimi şeylərdən söhbət açılmazdı.

    11 - Rəcət, yəni ölülərin qiyamət başlamazdan əvvəl, elə bu dünyada dirilməsi əqlən qəbul olunası bir işdir.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 1292 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024