İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    AYƏ 29:

    ﴿ قُلْ إِن تُخْفُواْ مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللّهُ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأرْضِ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾
    TƏRCÜMƏ:

    «De: Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir.»
    TƏFSİR:

    Təqiyyə ayəsinin ardınca gələn bu ayə bəlkə də çatdırmaq istəyir ki, təqiyyə adı ilə kafirlərlə bəzi əlaqələr qurulmamalıdır, çünki Allah-təala sizin fikir və niyyətlərinizdən tamamilə agahdır.
    İNCƏ MƏTLƏBLƏR

    1. Bu ayə təqiyyə adı ilə kafirlərlə birbaşa əlaqə yaratmaq istəyənlərə xəbərdarlıq verir.

    2. Allah-təala sizin hər bir tədbirinizdən agahdır.

    3. Allah hətta sizin niyyətlərinizdən belə xəbərdardır.

    4. Allahın aşkara və gizlinə, yerə və asimana olan elmi bərabərdir.

    5. Allah-təala həm insanların fikir və düşüncələrindən agahdır, həm də hər bir şeyə qüdrətlidir. Yəni bir anda hər bir şeyi ifşa edə bilər.

    6. Hansı bir şeyi asimanların və yerin sirlərindən agah olan Allahdan gizlətmək olar?
    AYƏ 30:

    ﴿يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوَءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَاللّهُ رَؤُوفُ بِالْعِبَادِ﴾
    TƏRCÜMƏ:

    «Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir.»
    TƏFSİR:

    Bu ayə məzmun baxımından «Kəhf» surəsinin 49-cu ayəsinə bənzəyir. Orada buyurulur: «Qiyamət günündə insanlar bütün əməllərini öz qarşılarında hazır görəcəklər.» «Burhan» təfsirində qeyd olunur ki, İmam Səccad (ə) hər cümə günü «Məscidün-Nəbi»də moizə edərkən camaata bu ayəni oxuyardı.
    İNCƏ MƏTLƏBLƏR

    1. Bizim bugünkü əməllərimiz Qiyamət günü öz qarşımızda təcəssüm edəcəkdir.

    2. Günahkarlar Qiyamətdə öz əməllərini görüb xəcalətli olacaqlar.

    3. Allah Öz bəndələrini (ilahi əzabla) qorxutmaqla yanaşı bəndələrinə mərhəmət və mehribançılığını da göstərir ki, bu kimi günahlara aludə olmasınlar.

    4. İnsanın bu dünyada sevdiyi əməllərin çoxu Qiyamətdə onun nifrətinə səbəb olacaqdır.

    5. O gündə peşmançılığın heç bir faydası yoxdur və arzular xam xəyaldan başqa bir şey olmayacaq.

    6. Allahın etdiyi xəbərdarlıqların da mənşəyi mehr və məhəbbətdir.

    7. Allah bütün insanları sevir.

    8. Allahın insanlara mərhəmət və nəvazişi birbaşadır.
    AYƏ 31:

    ﴿ قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «De: Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır.»
    TƏFSİR:
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Yuxarıdakı ayələr kitab əhlindən (Nəcran məsihilərindən) bir dəstəsinin barəsində nazil olmuşdur. Onlar deyirdilər: «Biz Allahın dostlarıyıq.» Bu ayə nazil oldu və Allah-təala Öz Rəsuluna tabe olmağı ilahi məhəbbətə nail olmağın ən bariz nümunəsi kimi qeyd edərək buyurdu: «Əgər «Allah bizi sevir» – deyə etdiyiniz iddiada sadiqsinizsə, onda mənə itaət edin. Əgər Allaha itaət etsəniz, O sizi sevib dost tutar və günahlarınızı bağışlayar.»
    AYƏ 32:

    ﴿ قُلْ أَطِيعُواْ اللّهَ وَالرَّسُولَ فإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ لاَ يُحِبُّ الْكَافِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «De: Allaha və Onun peyğəmbərinə itaət edin. Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən Allah kafirləri sevmir.»
    TƏFSİR:

    Allahın Öz bəndəsinə məhəbbəti, ona mükafat vermək istəməsi bəndənin də Allaha məhəbbət göstərməsi, Onun qarşısında itaət və bəndəlik etməsidir. Çünki məhəbbət iradədən irəli gəlir.

    Sonra bu mətləbi bir daha təkid edərək buyurur: "Ey Peyğəmbər, əgər onlar öz iddialarına uyğun olaraq Allahı sevib dost tuturlarsa, o zaman bu dostluq nişanələrini Allaha və onun Rəsuluna tabe olmaqla aşkar etsinlər. Əgər Allaha və Onun Rəsuluna itaətdən boyun qaçırsalar, deməli, kafirdirlər və Allah kafirləri sevməz, küfr etdiklərinə görə onlar üçün heç bir mükafat nəzərdə tutmaz.
    AYƏ 33-34:

    ﴿ إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ. ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ﴾
    TƏRCÜMƏ:

    33. «Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.»

    34. «Bəzisi digər bəzisinin nəslindən olan övladlardırlar (fəzilətlər və üstünlüklər baxımından hamısı birdirlər). Allah eşidən və biləndir.»
    TƏFSİR:

    Bu ayədən başlayaraq Həzrət Məryəm (ə) və onun əcdadları barəsində söhbət açılır. «Ali-İbrahim» dedikdə İsmail, İshaq və onların övladları, «Ali-İmran» dedikdə isə Musa, Harun və İmran İbn Yəshürün oğlanları nəzərdə tutulur.

    Bu ayədəki «zürriyyə» kəlməsi «Ali-İbrahim» və «Ali-İmran» sözlərinin əvəzedicisidir. «Bəzuha min bəzin» – yəni İbrahimin və İmranın övladlarının hər ikisi bir sülalədən və bir xanədandan əmələ gəlmiş, bir-birindən yaranmışdır. Bəzi təfsirlərdə qeyd olunur ki, «Ali-İbrahim» dedikdə məqsəd «Ali-Muhəmməd», yəni o Həzrətin (s) Əhli-beyti (ə) və Əmirəl-möminin Əlidən (ə) Həzrəti Məhdiyə (ə) qədər olan imamlardır.

    Allah-təala bir kəsi Öz məxluqları içərisindən yalnız o vaxt seçər ki, məsum, pak-pakizə, çirkin işlərdən, günah əməllərdən uzaq olsun. Buna əsasən Ali-İbrahim və Ali-İmrandan elə şəxslər seçilməlidir ki, məsum olsunlar – istər peyğəmbər olsunlar, istərsə də seçilmiş imamlar.
    AYƏ 35-36:

    ﴿ إِذْ قَالَتِ امْرَأَةُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ. فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَى وَاللّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالأُنثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وِإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ ﴾
    TƏRCÜMƏ:

    35. «(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzr etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman edirdi.)»

    36. «Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum.» Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram.»
    TƏFSİR:

    Həzrət Musanın (ə) həyat yoldaşı Həzrət Məryəmin (ə) anası və İsanın (ə) nənəsi sayılır. Onun adı Hənnə idi. Onun bacısı İyşa Həzrəti Zəkəriyyənin zövcəsi idi. Atasının adı isə Faquz idi. Deməli, Həzrət Yəhya (ə) və Həzrəti Məryəm (ə) xalaoğlu-xalaqızı sayılırlar.

    «Mühərrərən» – yəni, Beytül-müqəddəsə xidmətçilik üçün azad olan şəxs. Ayədəki həmin söz bu mənadadır ki, həmin övlad azad olsun və mənim ixtiyarımda olmasın, onu öz işlərim üçün göndərməyim. İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: "Allah-təala İmrana vəhy etdi ki, Mən sənə bərəkətli bir övlad əta edəcəyəm. O, anadangəlmə korları sağaldacaq, xora xəstəliyinə düçar olanlara şəfa verəcək, Mənim iznimlə ölüləri dirildəcəkdir (və onu Bəni-İsrail üçün peyğəmbər seçəcəyəm).” O bu məsələni həyat yodaşına xəbər verdi, Hənnə Məryəmə hamilə olanda dedi: "Pərvərdigara, mən nəzir edirəm ki, bətnimdəki övladı mühərrər edəm. Bunu məndən qəbul et (yəni, mənim nəzrimi Öz razılığınla qəbul et). Həqiqətən, Sən mənim dediklərimi eşidən, qəlbimdə olanları bilənsən.”

    İmranın zövcəsi istəyirdi ki, övladı oğlan olsun. Amma körpəsinin qız olduğunu gördüyü zaman xəcalət çəkdi. Xəcalətdən başını aşağı salıb dedi: «Pərvərdigara! ... Mən dünyaya qız gətirdim.»

    O bu sözləri həsrət və qəm-qüssə üzündən deyirdi. Çünki o, oğul dünyaya gətirmək ümidi ilə yaşayırdı. Buna görə də nəzir etmişdi ki, onu məbədə xidmətçi qoysun.

    Sonra dedi: «Pərvərdigara, Sən bilirsən ki, mənim nəzir etdiyim hədəfləri yerinə yetirməkdə qız oğlan kimi deyildir. Oğlanın yerinə yetirdiyi işləri qız görə bilməz.» Allah-təala onun dünyaya gətirdiyi uşağın əzəmətini bildirmək üçün cavabında buyurdu: «Allah (Məryəm və anasının) bilmədiyi mühüm işlərdən agahdır.»

    Bu cümlədən məlum olur ki, anası tərəfindən bu körpəyə Məryəm adı verilməsi doğuş vaxtı baş vermişdir. Qeyd etmək lazımdır ki, ibrani dilində Məryəm "ibadət edən qadın” mənasınadır. Bu da həmin pak ananın öz övladını Allaha bəndəlik yolunda fəda etməsinə nə qədər eşq bəslədiyini göstərir. Buna görə də bu adqoymanın ardınca Allahdan istəyir ki, gələcəkdə dünyaya gətirəcəyi bu körpəni Öz mərhəməti ilə şeytanın vəsvəsələrindən amanda saxlasın.
    AYƏ 37:

    ﴿فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقاً قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَـذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və bir yaxşı tərzdə yetişdirdi və onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir.»
    TƏFSİR:

    Məryəmin qız olmasına baxmayaraq, Allah-təala onun anasının nəzərinə – oğlan əvəzində Beytül-müqəddəsdə xidmətçilik etməsinə razı oldu. Bu da Allah tərəfindən onun barəsində bir mərhəmət idi. Allah onun böyüyüb boya-başa çatmasını gözəl qərar verdi, tərbiyəsini gözəl şəkildə yerinə yetirdi, bütün hallarda onun işlərini islah etdi. Yəni Allah-təala Məryəmi (ə) Zəkəriyyanın (ə) əhli-beytinə qovuşdurdu, onu Həzrəti Məryəmin (ə) başçısı və hamisi qərar verdi ki, onun məsləhətlərinə zəmanət versin.

    Zəkəriyya (ə) hər vaxt onun mehrabına daxil olurdusa, mövsümü olmasa da təzə meyvələr görür, «bunlar sənin üçün haradandır?» – deyə soruşurdu. Məryəm də onların behiştdən gəldiyini bildirirdi. Bu da Allah tərəfindən Məryəmin barəsində edilən böyük bir mərhəmət idi.

    «Kəşşaf» təfsirində nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) quraqlıq və qıtlıq illərində bir gün çox acmışdı. Fatimə (ə) iki çörək götürdü və bir qədər ət xörəyi hazırlayıb atasına hədiyyə göndərdi və beləliklə də atasını sevindirdi. Peyğəmbər (s) o hədiyyəni götürüb Fatimənin (ə) evinə qayıtdı. Evə daxil olan zaman buyurdu: «Qızım, yaxına gəl!» Fatimə (ə) yaxına gəldikdə Peyğəmbər (s) tabağın üstündəki parçanı götürdü. Gördülər ki, həmin tabaq çörək və ətlə doludur. Fatimə (ə) bunu görərkən heyrətləndi və onların Allah tərəfindən göndərildiyini bildi.

    Sonra soruşdu: «Bunlar haradandır?»

    Fatimə (ə) ərz etdi: «Allah tərəfindəndir!»

    Peyğəmbər (s) buyurdu: «Allaha həmd edirəm ki, səni (yəni, Fatiməni) Bəni-İsrailin qadınlarının xanımı (yəni, Məryəm) kimi qərar vermişdir.» Sonra Peyğəmbər (s), Həzrət Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), bütün Əhli-beyt o tabağın ətrafında oturub hamısı o təamdan doyunca yedilər. Hətta, doyduqdan sonra da yemək qalmışdı (sanki ona heç əl vurulmamış və azalmamışdı). Fatimə (ə) onu qonşuların arasında bölüşdürdü.[4]

    Allah hər kəsə istəsə hesabsız ruzi verər. Çünki Allahın qüdrəti və mülkü sonsuzdur, onun tərəfindən olanlar bu mülkün azalmasına səbəb ola bilməz.
    AYƏ 38-39:

    ﴿ هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء. فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ ﴾
    TƏRCÜMƏ:

    38. «Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: « Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən.»

    39. «Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir.»
    TƏFSİR:

    «Hunalikə», yəni o məkanda. Zəkəriyya məscidin mehrabında, Məryəmin yanında oturduğu zaman, yaxud da Həzrət Zəkəriyya Məryəmin (ə) Allah yanındakı məqam və ləyaqətini görüb müşahidə etdiyi zaman öz həyat yoldaşının artıq doğuş dövrünün arxada qoymasını bildiyinə baxmayaraq, onun da öz həyat yoldaşı İyşadan bacısı Hənnənin qızı kimi bir övladı olmasını arzu etdi. Zəkəriyya dedi: "Pərvərdigara, mənə xeyir-bərəkətli, təqvalı və sağlam bir övlad əta et. Həqiqətən, Sən duaları qəbul edənsən.”

    O, mehrabda dayanıb Allahla raz-niyaz etdiyi zaman mələklər onu səsləyərək dedilər: "Allah-təala sənə Yəhyanı müjdə verir. Bir halda ki o, Allahın kəlməsini (Həzrəti İsanı) təsdiq edir, o həm də seyyid və rəhbər, nəfs istəklərindən uzaq və saleh peyğəmbərlərdən biri olacaqdır.”

    Allah-təala onun duasının qəbul olunmasını mələklər vasitəsi ilə xəbər verməkdən əlavə, pakizə övladın beş xüsusiyyətini də bəyan etdi:

    1. O, İsanı təsdiq edib ona iman gətirəcək.

    Həzrət Yəhya (ə) İsadan (ə) altı ay böyük idi və onun nübüvvətini təsdiq edirdi. Yəhya Həzrət İsanı təsdiq edən və onun haqq peyğəmbər olmasına şəhadət verən ilk şəxs idi. O demişdi ki, İsa (ə) Allahın ruhu və Onun kəlməsidir. Bu da Həzrəti İsanın möcüzələrindən biri idi və onun nübüvvətinin zahir olub yayılmasında ən güclü vasitə sayılırdı. Çünki camaat malik olduğu zöhd və doğruçuluğa görə Yəhyanın (ə) sözünü tez qəbul edirdilər. Bununla yanaşı, İsa (ə) və Yəhya (ə) kəlmələrinin mənası eynidir: hər ikisi «diri qalacaqsan» deməkdir.

    2. O, öz qövmünün böyüyü idi, şərafət, elm, ibadət və gözəl əxlaqda da onların hamısından üstün sayılırdı.

    3. Özünü inadkar nəfsin istəklərindən, dünyapərəstliyə aludə olmaqdan saxlamışdı.

    4. O, şərafətli və yüksək mərtəbəli bir peyğəmbər olacaqdır.

    Həzrət Yəhyanın (ə) nübüvvət məqamı da ona uşaqlıq zamanında əta edilmişdir. «Məryəm» surəsinin 12-ci ayəsində buyurulur: «Biz ona elə uşaqlıq çağında nübüvvət məqamını bağışladıq.» Bir çox mötəbər hədislərdə Həzrət İmam Cavadın (ə) yeddi yaşında, Həzrət Hadi (ə) və Həzrət Bəqiyyətullahın (ə) kiçik yaşlarda imamət məqamına çatmasını sübut etmək üçün həzrəti Yəhya (ə) və İsanın (ə) uşaqlıq çağlarında nübüvvət məqamına seçilməsini sübut gətirmişlər.

    5. O, saleh şəxslərdən olan bir peyğəmbərdir.
    AYƏ 40:

    ﴿ قَالَ رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء ﴾
    TƏRCÜMƏ:

    «(Zəkəriyya) dedi: Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin qısır olduğu halda mənim necə oğlum ola bilər?! Dedi: Elədir, (amma) Allah istədiyini edir.»
    TƏFSİR:

    Həzrət Zəkəriyya bu müjdəni eşitdiyi zaman sevincə qərq oldu və eyni zamanda bu məsələ ilə əlaqədər sevincini gizlədə bilmədiyi üçün dedi: «Pərvərdigara! Mənim necə övladının dünyaya gələ bilər, halbuki, özüm qocalıb əldən düşmüşəm, həyat yoldaşım da doğmayandır?»

    Burada Allah ona cavab verərək buyurur: "Belədir. Lakin Allah istədiyi hər bir işi yerinə yetirir.”

    Zəkəriyya ilahi qüdrət və iradənin nüfuzlu olmasını göstərən bu qısa kəlam vasitəsilə qane oldu.
    AYƏ 41:

    ﴿ قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ﴾
    TƏRCÜMƏ:

    «Dedi: Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir. Dedi: Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»
    TƏFSİR:

    Bu ayədə Zəkəriyya Allahın ona verdiyi müjdə ilə bağlı bir nişanə göstərməsini istəyir ki, qəlbi tam xatircəmliklə dolsun. İbrahim Xəlil (ə) də məad səhnəsini əyani olaraq müşahidə etmək istəyi ilə öz qəlbində daha artıq aramlıq olmasını istəyirdi. Zəkəriyya ərz etdi: "Pərvərdigara, mənim üçün bu barədə bir nişanə qərar ver.” Allah-təala cavabında buyurdu: "Sənin nişanən budur ki, üç gün müddətində camaatla yalnız işarə və rəmz ilə danışacaqsan. Sənin dilin heç bir eyb və səbəb olmadan camaatla danışmaqdan aciz olacaqdır. Lakin bu nemətin şükrünü yerinə yetirmək üçün öz Pərvərdigarını çox yad et, gecə və sübh çağları Ona təsbih de.”

    Allah-təala Zəkəriyyanın duasını qəbul etdi, onun dili heç bir təbii amil olmadan üç gün ərzində camaatla danışmaqdan aciz oldu. Halbuki, Allaha zikr deyirdi. Bu qəribə və təəccüblü hadisə Allahın hər işə qadir olmasını göstərir. O Allah ki, bağlı olan dili zikr vaxtı açmağa qadirdir. Doğmayan bir qadının bətnində Allahı yad etməyin təzahürü olan imanlı bir övladı vücuda gətirə bilər.
    AYƏ 42:

    ﴿ وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ ﴾
    TƏRCÜMƏ:

    «Və (yada sal) o zamanı ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.»
    TƏFSİR:

    «Ruhul-bəyan» və «Əl-mənar» təfsirlərində, Qurtəbinin, Mərağinin, Fəxri Razinin təfsirlərində qeyd olunur ki, dünya qadınlarının xanımı dörd nəfər olmuşdur: Məryəm, Asiya, Xədicə və Fatimə. Əhli-beytdən (ə) nəql olunan hədislərdə də qeyd olunur ki, Məryəm öz dövrünün qadınlarının seyyidəsi idi, lakin Fatimeyi Zəhra (s) tarix boyu olmuş və olacaq bütün qadınların seyyidəsidir. Əlbəttə, hikmətli Allah hər vaxt bir şəxsi seçirsə onun müəyyən ləyaqət və qabiliyyətli xüsusiyyətlərinə görə seçir. Həzrət Məryəmin də bütün dünya qadınlarından üstün olub seçilməsi yalnız onun təqvası və pəhrizkarlığı sayəsində olmuşdur. Bəli, o seçilmişdi ki, Həzrət İsa Məsih (ə) kimi bir peyğəmbəri dünyaya gətirsin.
    İNCƏ MƏTLƏBLƏR

    1. Mələklər Peyğəmbərdən başqaları ilə də danışa bilər.

    2. Qadın «Allah övliyası» məqamına çata bilər və Allah ona xəbər göndərə bilər.

    3. Məryəm həm kamal məqamında seçilmişdi, həm də bütün dünya qadınlarından üstün idi; buna görə də «istəfaki» sözü iki dəfə təkrar olunur.
    AYƏ 43:

    ﴿ يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ ﴾
    TƏRCÜMƏ:

    «Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).»
    TƏFSİR:

    Bu ayədə mələklərin həzrət Məryəmə digər bir xitabından söhbət açılır. Onlar deyirlər: "Ey Məryəm! Bu böyük ilahi nemətlərin şükrünü yerinə yetirmək üçün Pərvərdigarına səcdə et və rüku edənlərlə birlikdə rüku et.”
    AYƏ 44:

    ﴿ ذَلِكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهِ إِلَيكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُون أَقْلاَمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə və dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin.»
    TƏFSİR:

    Bu ayə Həzrət Məryəmin başına gələn əhvalatların digər bir hissəsini bəyan edərək buyurur: "Həzrət Məryəmin və Zəkəriyyanın başına gələn əhvalatlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik.” Çünki bu hadisələr (hər növ xurafatdan pak olan, səhih tərzdə) əvvəlki kitabların heç birində təhrif olunmamış şəkildə mövcud deyildi və onun yeganə mənbəyi yalnız Quran, ilahi vəhy idi.

    Bu hadisənin davamında buyurulur: "Onlar püşk ataraq Məryəm üçün bir himayəçi təyin etməkdən ötrü oxlarını suya atdıqları zaman, eləcə də Bəni-İsrail alimləri Məryəmə himayədarlıq iftixarına çatmaq üçün bir-biri ilə çəkişib mübahisə etdikləri zaman sən orada deyildin. Biz bunların hamısını vəhy vasitəsi ilə sənə çatdırırıq.”

    Bu ayədən və «Saffat» surəsində Həzrət Yunisin barəsində nəql olunanlardan aydın olur ki, çətin işlərin həll olunması, yaxud müəyyən mübahisəli məsələlərdə çıxılmaz vəziyyət yarananda bu işin həll olunub ixtilaflara son qoyulmasında püşk atmaqdan istifadə etmək olar.
    AYƏ 45:

    ﴿ إِذْ قَالَتِ الْمَلآئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ ﴾
    TƏRCÜMƏ:

    «(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır.»
    TƏFSİR:

    Quranda Həzrət İsa (ə) «Allahın kəlməsi» deyə qeyd olunur. Quranda «kəlmətun» sözü məxluq mənasında işlədilmişdir. «Kəhf» surəsinin 109-cu ayəsində buyurulur: "Əgər Allahın kəlmələrini yazmaq üçün bütün dəryalar mürəkkəb olsaydı - qurtarar, lakin Allahın kəlamları sona yetməzdi.”

    Quranda «vəcihən fid-dunya vəl-axirə» (dünya və axirətdə üzüağ, hörmətli, alnıaçıq) vəsfi təkcə Həzrət İsa (ə) barəsində deyilmiş, sair şəxslərin barəsində bu xüsusiyyət qeyd olunmamışdır.
    İNCƏ MƏTLƏBLƏR

    1. Qadının məqamı elə yüksək səviyyəyə çata bilər ki, Allah-təala mələk vasitəsi ilə onunla danışsın.

    2. Allah-təala Öz övliyaları üçün təvəllüdlərindən qabaq ad qoyur.

    3. İsa Allahın övladı deyil, Onun məxluqudur. O, Məryəmdən dünyaya gəlmiş, onun bətnində rüşeym dövranını keçmişdir. Bu halda necə ola bilər ki, Allahın övladı olsun?

    4. Övlad nemətdir.
    AYƏ 46:

    ﴿ وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَمِنَ الصَّالِحِينَ ﴾
    TƏRCÜMƏ:

    «İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir.»
    TƏFSİR:

    Həzrət İsanın (ə) beşikdə danışması onun gələcəkdən xəbər verməsidir ki, böyüdüyü vaxta qədər sağ qalacaqdır.
    İNCƏ MƏTLƏBLƏR

    1. Həyat yoldaşına malik olmayan Həzrət Məryəmə övlad verməyə qadir olan Allah beşikdə olan uşağa da danışmaq qüdrəti verə bilər.

    2. Allah-təala bir şəxsin yersiz ittihamlardan pak olmasını istəsə, hətta dilibağlı uşağı da danışdıra bilər.

    3. Allah istəyərsə, uşaq da böyüklər kimi danışar.

    5. Allahın istədiyi bir şəxs hətta uşaqlıq çağlarında belə ilahi xəbərləri insanlara çatdıra bilər. Buna görə də imamlarımızdan bəziləri, o cümlədən, İmam Cavad (ə), İmam Əliyyən Nəqi (ə) və İmam Zaman (ə) uşaqlıq çağlarında imamət məqamına çatmışlar.

    Category: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 895 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024