İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    AYƏ 47:

    ﴿ قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللّهُ يَخْلُقُ مَا يَشَاء إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ ﴾
    TƏRCÜMƏ:

    «(Məryəm) dedi: Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?! Dedi: Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur.»
    TƏFSİR:

    Allahın iradəsi varlıqların yaranma səbəbidir və O, maddi və təbii amillər, vasitələr və səbəblər olmadan da hər hansı bir şeyi yarada bilər. Səbəbləri yaratmaq və səbəblərin təsirini aradan aparmaq Allahın əlindədir. Bəzən müəyyən şeylərin mövcud təsirini ondan alır, bəzən isə müəyyən şeylərə (onların malik olmadıqları halda) təsir bağışlayır. Varlıqların yaranması, onların həyatının davam etməsi, varlığın əsər-əlamətləri, əsərlərin miqdarı, növü və zamanı və s. bütün bunların hamısı Allahın iradəsinə tabedir. Quranda Zəkəriyyanın (ə) cavabında «yəfəlu ma yəşau» (istədiyi işi yerinə yetirir), Məryəmin (ə) cavabında isə «yəxluqu ma yəşau» (istədiyini xəlq edir) deyə buyurulmasının səbəbi bu ola bilər ki, ərsiz, bakirə qızın övlad dünyaya gətirməsi qoca kişinin övlad sahibi olmasından daha da təəccüblüdür.

    Daha sonra bu mətləb təkmilləşdirilərək buyurulur: «Bir şeyi iradə və müqəddər etdiyi (və onun vücuda gəlməsinin hökmünü verdiyi) zaman ona «ol!» deyər, o da dərhal vücuda gələr.»
    İNCƏ MƏTLƏBLƏR

    1. Allahın hansısa bir şeyi yaratmaqda iradəsi qeyri-məhduddur. Onun xəlq etməsi – istər təbii, istərsə də qeyri təbii yollarla olsun, eyni səviyyədədir.

    2. Allahın hər hansı bir varlığı qeyri adi yollarla yaratması yeni bir məsələ deyil. Əvvəllər də belə bir hadisə baş vermişdir.

    3. Sual və təəccübün mənşəyi inkar və inadkarlıq olmazsa, heç bir eybi yoxdur.
    AYƏ 48:

    ﴿ وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ ﴾
    TƏRCÜMƏ:

    «Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçinin Tövrat və İncili öyrədəcək.»
    TƏFSİR:

    Şiə və sünni alimlərinin təfsir kitablarında qeyd olunur ki, «kitab təlimi» dedikdə məqsəd xətt və yazı, «hikmət təlimi» dedikdə isə məqsəd əşyaların faydaları, təsirləri, məsləhət və ziyanları, eləcə də işlər, əxlaq və etiqad nəzərdə tutulur. İstər dünyaya aid olsun, istərsə də axirətə.
    İNCƏ MƏTLƏBLƏR

    1. Rəhbərliyin şərait və prinsiplərindən biri kimi əsas şey elm, hikmət və səmavi kitabların möhtəvasından lazımi qədər agahlığa malik olmaqdır.

    2. Hər bir zamanda rəhbərlik keçmişdəki hadisə və qanunlara agahlıqla yanaşı olmalıdır (Allah İsaya (ə) Musanın (ə) Tövratını öyrətmişdi).
    AYƏ 49:

    ﴿وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ وَأُبْرِىءُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ﴾
    TƏRCÜMƏ:

    «Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır.»
    TƏFSİR:

    Bu ayədə Həzrət İsanın (ə) möcüzələrindən söhbət açılaraq buyurulur ki, Allah-təala onu peyğəmbər olaraq Bəni-İsrail qövmünə göndərdi. Ona əmr olunmuşdu ki, Bəni-İsrail qövmünə belə desin: "Mən Pərvərdigarınız tərəfindən sizin üçün nişanə gətirmişəm. Təkcə bir nişanə deyil, çoxlu nişanələr gətirmişəm! Mən palçıqdan quş şəkilli bir şey düzəldib, sonra ona üfürürəm, Allahın izni ilə quşa çevrilir.”

    Sonra onun ikinci möcüzəsinə, yəni çox çətin müalicə olunan və ya ümumiyyətlə, əlacsız xəstəlikləri sağaltmasına işarə edilir. O buyurur: "Mən anadangəlmə korları və xora xəstəliyinə tutulanları müalicə edirəm.”

    Şübhəsiz bu məsələ, xüsusilə o dövrün həkim və alimləri üçün inkaredilməz bir möcüzə sayılırdı. Üçüncü mərhələdə isə Həzrətin (ə) digər bir möcüzəsinə işarə edilərək onun dilindən buyurulur: «Mən ölüləri Allahın izni ilə dirildirəm.»

    Bütün zamanlarda bu iş möcüzə və xariquladə işlərdən sayılıb.

    «Məcməül-bəyan» təfsirində deyilir: Həzrət İsa (ə) çox ölüləri diriltmişdi. O cümlədən, bir nəfərin tabuta qoyularaq dəfn olunmaq üçün qəbristanlığa tərəf aparıldığını görüb dua edir və o dirilir. Sonra tabutdan çıxıb, paltar geyinir və evlərinə qayıdır. Daha sonra çoxlu övlad sahibi olur.

    Digər bir möcüzəsi də on yaşlı qızı diriltməsidir. Belə ki, İsa (ə) onu ölümündən bir gün sonra diriltdi və o öz evlərinə qayıtdı. Bir müddətdən sonra ailə qurdu və övlad sahibi oldu.

    Bu möcüzələr Peyğəmbəri-Əkrəm (s), Əmirəl-möminin Əli (ə), sair Əhli-beyt imamlarından (ə) da baş vermişdir. Məsələn, Kufə əhalisindən biri Xorasanda İmam Rzanın (ə) hüzuruna gəlib dedi: "Ey peyğəmbər övladı, Kufə camaatı cəddiniz Əmirəl-möminin Əlidən (ə) çoxlu möcüzələr nəql edir. Siz də bir möcüzə göstərin, mən onu Kufə camaatı üçün hədiyyə aparım.”

    İmam Rza (ə) buyurdu: "Nə etməyimi istəyirsən?”

    Dedi: "Anam ölmüşdür, sizdən xahiş edirəm ki, Allahdan istəyin, onu diriltsin.”

    İmam (ə) dua etdikdən sonra onun anası dirildi. Həmin şəxs camaata elan edib bildirdi ki, bu, imam Rzanın (ə) möcüzəsidir. Dirilən şəxs bir neçə il yaşadıqdan sonra yenidən dünyadan getdi.

    Həzrət İsanın (ə) möcüzələrinin nə üçün məhz bu xüsusda olması barədə danışarkən qeyd etmək lazımdır ki, onun zəmanəsində tibb elmi çox sürətlə inkişaf edib özünün ən yüksək zirvəsinə çatmışdı. Allah-təala onun möcüzəsini də zəmanəsinin elminə uyğun qərar verdi ki, dövrün alimlərinə qalib gəlsin. Bununla da nübüvvətinin haqq olması sübuta yetsin.

    Musa ibn İmranın (ə) dövründə sehrkarlıq çox geniş yayılmışdı. Allah-təala da onun əsasını möcüzə kimi ona əta etdi ki, həmin şəxslərin sehrlərini batil etsin və onlar belə bir möcüzə gətirməkdə aciz olsunlar.

    Bizim Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) dövründə fəsahət, bəlağət və söz ustalığı özünün son dərəcəsinə çatmışdı. Buna görə də Allah-təala o Həzrətə Qurani-Kərim kimi bir möcüzəni əta etdi. Bu da öz növbəsində söz ustalığı və bəyan üslubunun ən gözəl və xariquladə nümunələrindən biridir.

    Yuxarıdakı ayədə möcüzəli işlərin dördüncü mərhələsində camaatın gizli sirlərindən xəbər vermək irəli çəkilir. Çünki hər kəsin həyatında adətən, elə sirləri vardır ki, başqaları ondan agah deyildir. Həzrət İsa (ə) buyurur: «Mən sizin yediyiniz və evlərinizdə ehtiyat etdiyiniz şeylərdən xəbər verərəm.»

    Axırda bu dörd möcüzənin hamısına işarə edilərək buyurulur: «Şübhəsiz, əgər imanlı və həqiqətaxtaran olsanız, bunlarda sizin üçün nişanələr vardır.»

    Bu və buna oxşar ayələrdən məlum olur ki, Allahın göndərdiyi peyğəmbərlər və ilahi övliyalar lazım olan vaxtlarda Onun izni ilə təkvin və yaradılış aləmində təsərrüf edir, təbii qayda-qanun və adətlərin əksinə olaraq müəyyən hadisələr yaradırlar. Bu da camaata rəhbərlikdən ibarət olan təşrii vilayətdən çox yüksəkdə olub «təkvini vilayət» adlanır.
    AYƏ 50:

    ﴿ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ فَاتَّقُواْ اللّهَ وَأَطِيعُونِ ﴾
    TƏRCÜMƏ:

    «Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin.»
    TƏFSİR:

    Bu sözlər Həzrət İsanın (ə) kəlamının davamıdır. Həqiqətdə o bu sözlərlə öz besətinin hədəflərindən bir qismini izah edərək buyurur: "Mən gəlmişəm ki, Tövratı təsdiq edəm, onun əsasını möhkəmləndirəm, həmçinin etdiyiniz zülm və günahlarınız səbəbilə haram olunan bəzi şeyləri (dəvə ətini, heyvanların bəzi yağlı yerlərini, eləcə də bəzi quş və balıqları) sizə halal edəm.”

    Sonra əlavə edir: «Mən Pərvərdigarınız tərəfindən sizin üçün bir ayə və nişanə gətirmişəm.»

    Ayənin axırında belə nəticə alınır: «Buna əsasən Allahın əmr və fərmanları ilə müxalifətçilik etməkdən qorxun və mənə itaət edin.»
    AYƏ 51:

    ﴿ إِنَّ اللّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَـذَا صِرَاطٌ مُّسْتَقِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»
    TƏFSİR:

    Bu ayədə Həzrət İsanın (ə) dilindən hər növ səhvin aradan qaldırılması, müəmmanın həll edilməsi və istisna xüsusiyyətlərini əsas tutaraq onun ilahiləşdirilməsi məsələsini aradan qaldırmaq üçün deyilir: "Şübhəsiz, Allah mənim və sizin Pərvərdigarınızdır, belə isə yalnız Ona pərəstiş edin; Nə mənə, nə də başqalarına yox. Bu, düzgün yoldur.” Tövhid şirk, ikiliyə, bir neçə məbuda pərəstiş etmək yolu deyil, yeganəpərəstlik yoludur.”

    Quranın başqa ayələrində də təkrar oxuyuruq ki, Həzrət İsa (ə) özünün Allah dərgahında bəndəlik məsələsinə çox təkid edirdi. Hazırkı təhrif olunmuş incillərin əksinə olaraq (onlar əksər hallarda Həzrət İsanın (ə) dilindən Allahı «ata» kəlməsi ilə ifadə edirlər), Qurani-Məcid onun dilindən Rəbb (Pərvərdigar) və sair kimi sözləri nəql edir. Bu da o Həzrətin (ə) şirklə mübarizə apardığı vaxtlar, yaxud sonradan ilahiyyat məqamına yüksəldiləcəyinə diqqət yetirdiyini göstərir. Buna görə də Həzrət İsa (ə) camaatın arasında olduğu vaxtlarda heç kəs onu Allah kimi tanıtdırmağa cürət etməmişdir. Əksər məsihi tədqiqatçılarının etiraf etdiyi kimi, təslisə (üçlüyə) sitayiş miladın üçüncü əsrində yaranmışdır.
    AYƏ 52:

    ﴿ فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللّهِ آمَنَّا بِاللّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim? Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq.»
    TƏFSİR:

    «Həvariyyun» kəlməsi yolu dəyişmək mənasına olan «həvari» kəlməsinin cəm formasıdır. Həvariyyun o kəslərə deyilir ki, camaatın azğın yolunu boşlayıb haqq yola yönəlmiş olsunlar.

    «Səfinətul-bihar» kitabında imam Rzadan (ə) belə nəql olunur: «Onlar həm özlərini paklaşdırıb nurani etmişdilər, həm də başqalarının pak olması üçün çalışırdılar.»

    «Kafi» kitabında imam Sadiqdən (ə) belə nəql olunur: «Həzrət İsa peyğəmbərin şagirdləri əməl məqamında ondan ayrıldılar, lakin bizim həvarilər canlarını müxtəlif bəlalar qarşısında sipər etdilər və bizə itaət etməkdən əl çəkmədilər...»

    Həzrət Musanın (ə) öncədən xəbər verdiyi kimi, yəhudilər İsanın (ə) gəlişindən qabaq onun zühurunu gözləyirdilər. Lakin o, zahir olduqda Bəni-İsrailin yoldan çıxmış şəxslərindən olan bir qrupun qanunsuz mənafeyi təhlükəyə düşdükdə yalnız azsaylı bir dəstə İsanın (ə) ətrafına yığışdı. Ayədə buyurulur: «İsa (ə) onların küfr və müxalifətlərini hiss etdikdə dedi: "Allah dininin təbliğ olunması yolunda kim mənim köməkçim olar?»

    Burada yalnız bir neçə adam onun çağırışına müsbət cavab verir. Quran bu kimi şəxsləri pak və həvariyyun adlandıraraq buyurmuşdur: «Həzrət İsanın (ə) xüsusi şagirdləri olan həvarilər dedilər: "Biz Allah dininin köməkçiləriyik, buna iman gətirmişik. Sən də şahid ol ki, biz İslamı qəbul edərək haqq dininə təslim oluruq.”»

    Həvarilər öz ixlas və sədaqətlərini isbat etmək üçün cavabda «biz sənə kömək edəcəyik» deyil, «Biz Allahın köməkçiləriyik və Onun dininə kömək edəcəyik» dedilər.
    AYƏ 53:

    ﴿ رَبَّنَا آمَنَّا بِمَا أَنزَلَتْ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ ﴾
    TƏRCÜMƏ:

    «Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz.»
    TƏFSİR:

    Bu ayə barədə bəzi mətləblər nəql olunmuşdur ki, onlar həvarilərin ixlasının və tövhidin son dərəcəsində olmasını göstərir. Onlar Allah dərgahında öz imanlarını belə bəyan edirlər: "Pərvərdigara, biz Sənin nazil etdiklərinə iman gətirdik və Sənin göndərdiyin peyğəmbər olan Həzrət İsaya (ə) tabe olduq. Belə isə bizi şahidlərin cərgəsində yaz.”
    AYƏ 54:

    ﴿ وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)»
    TƏFSİR:

    Həzrət İsanın (ə) dövründə bəziləri onun haqq dəvətini məhv etmək üçün müəyyən məkirli planlar hazırlayır və tədbirlər görürdülər. Hətta, onu tutub həbs etmək üçün mükafatlar təyin etmiş, onun edam olunması üçün zəmin hazırlamışdılar. Amma Allah-təala onların məkirli planlarını ifşa etdi və ona ən gözəl şəkildə nicat verdi.
    İNCƏ MƏTLƏBLƏR

    1. Allah-təalanın tədbir və iradəsi başqalarının tərəfindən olan hər növ səy, hərəkət və tədbirdən çox-çox yüksəkdədir.

    2. Allah-təala Öz dostlarının himayəçisidir.

    3. İnsanların hərəkət və tədbirləri Allah-təalanın qəzəb və ya mərhəmətinin müqəddiməsidir.
    AYƏ 55:

    ﴿إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾
    TƏRCÜMƏ:

    «(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərin-dən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»
    TƏFSİR:

    Bu ayədə Həzrət İsanın (ə) həyatı ilə bağlı əhvalatların davamı bəyan edilir. İslam təfsirçiləri arasında məşhur olan nəzəriyyəyə əsasən, «Nisa» surəsinin 157-ci ayəsinə istinadən buyurulur ki, Həzrət Məsih heç vaxt öldürülmədi, Allah-təala onu göylərə apardı. Sözü gedən ayə də həmin məsələni bəyan edir və buyurur: "Yada sal o zamanı ki, Allah-təala İsaya Dedi: "Mən səni alıb Öz dərgahıma, göylərə doğru aparacağam, səni kafir olanlardan paklayacağam.”

    Burada paklıq dedikdə məqsəd ya onun imansız və iyrənc sifətli insanların caynağından xilas edilməsi, ya ona vurulan yersiz ittihamlardan paklaşdırılması, yaxud namərdcəsinə edilən məkr və hiyləgərlik planlarından xilas edilməsidir. Bu da onun dininin qələbəsi sayəsində müyəssər olur.

    Sonra əlavə edilir: "Biz sənin ardıcıllarını Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyik.”

    Bu ayə Quranın ən böyük möcüzələrindən və öncədən verdiyi qeybi xəbərlərdən biridir. Çünki buyurulur ki, Həzrət Məsihin (ə) ardıcılları həmişə onunla müxalifətçilik edən yəhudilərdən üstün olacaqlar.

    Ayənin axırında buyurulur: «Sonra sizin hamınızın qayıdacaq yeri Mənə doğrudur və Mən də sizin ixtilafda olduğunuz məsələ barəsində aranızda mühakimə edəcəyəm.»

    Yəni, qeyd olunan qələbələr bu dünya ilə əlaqədardır. Yekun mühakimə və əməllərin nəticəsinin alınması isə axirətdə baş verəcəkdir.
    AYƏ 56:

    ﴿ فَأَمَّا الَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır.»
    TƏFSİR:

    Bu və bundan sonrakı ayədə Həzrət İsaya (ə) xitab edilir. Əvvəldə buyurulur: İnsanlar Allah dərgahına qayıtdıqdan sonra Allah onların arasında mühakimə edəcək, cərgələr bir-birindən ayrılacaqdır; kafir olanları, haqqı tanıdıqdan sonra inkar edənləri dünya və axirətdə şiddətli cəzalar gözləyir və onlar üçün heç bir köməkçi olmayacaqdır.
    AYƏ 57:

    ﴿ وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ ﴾
    TƏRCÜMƏ:

    «İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir.»
    TƏFSİR:

    Sonra ikinci dəstəyə işarə edilərək buyurulur: «İman gətirib saleh əməllər görənlərin mükafatını isə Allah kamil şəkildə verəcək.» Sonra təkidlə buyurulur: "Allah heç vaxt zalımları sevməz.”

    Deməli, zalımları sevməyən Allah bəndələrinə heç vaxt zülm etməyəcək, onların mükafatlarını kamil surətdə verəcəkdir.
    AYƏ 58:

    ﴿ ذَلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ ﴾
    TƏRCÜMƏ:

    «Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır.»
    TƏFSİR:

    Həzrət Məsihin (ə) əhvalatı şərh olunduqdan sonra bu ayədə İslam Peyğəmbərinə (s) xitab edilərək buyurulur: "Sənə oxuduğumuz bu şeylər sənin haqq olmağının nişanələri və hikmətli bir xatırlatmadır ki, Quran ayələri şəklində sənə nazil olunur. Eyni zamanda, bunlar hər növ batil mətləbdən və xurafatdan da pakdır. Halbuki, başqaları bu böyük ilahi Peyğəmbərin sərgüzəştini minlərlə yalan, əfsanə, xurafat və bidətlə qarışdırmışlar.
    AYƏ 59:

    ﴿ إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.)»
    TƏFSİR:

    Məsihilərdən bir qrupu Mədinəyə daxil olub Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəldi. Onlar danışıq apararkən Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini onun ilahiləşdirilməsinə bir əsas gətirdilər. Bu ayə nazil olub onların cavabını belə bəyan etdi: "Əgər atasız dünyaya gəlmək Allah, yaxud Allahın övladı olmağa dəlildirsə, onda nə üçün Adəmi Allah, yaxud Allahın övladı hesab etmirsiniz. Halbuki, onun yaradılışı daha mühümdür! Çünki onun nə atası, nə də anası vardı!”
    İNCƏ MƏTLƏBLƏR

    1. Müxalifləri onların qəbul etdikləri vasitə və yollarla haqqa dəvət etmək lazımdır. (Onlar qəbul etmişdilər ki, Adəm Allahın məxluqudur, halbuki onun nə atası vardı, nə də anası.)

    2. Tarixin xatırladılması, keçmiş təcrübə və əməl nümunələrinin təqdim edilməsi dəvətin ən yaxşı yoludur.

    3. Allahın qüdrəti heç nə ilə məhdudlaşmır.
    AYƏ 60:

    ﴿ الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُن مِّن الْمُمْتَرِينَ ﴾
    TƏRCÜMƏ:

    «60 (Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!»
    TƏFSİR:

    «Mümtərin» kəlməsi şəkk və tərəddüd mənasına olan «miryət» kökündən alınmışdır. Bu ifadə eynilə «Bəqərə» surəsinin 147-ci ayəsində də gəlmişdir. Buradan aydın olur ki, sabit və haqq olan söz, həqiqi və davamlı kəlam Allah tərəfindən olmalıdır. Çünki Onun Özü də haqq və sabitdir. Lakin həvayi-nəfs və qərizələr tufanında qərq olan insanların sabitliyi yoxdur. Onlardan heç vaxt davamlı, düzgün qanunlar gözləmək olmaz.
    İNCƏ MƏTLƏBLƏR

    1. Allah yolunda ilahi kəlam və Allah qanunundan başqa heç bir şeyin sabitliyi yoxdur.

    2. Müxaliflərin sayının çox olması, bacardıqları qədər səy göstərib fəaliyyət etmələri, təbliğat və sərvətlərinin çoxluğu insana mənfi təsir göstərməməlidir.
    AYƏ 61:

    ﴿فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ﴾
    TƏRCÜMƏ:

    «Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa (və haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (canlarımızı) çağıraq, siz də öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək.»
    TƏFSİR:

    1. Bu şərif ayə, onda işlənən «nəbtəhil» kəlməsinə əsasən «mübahilə» adı ilə məşhurdur. Mübahilənin mənası şəxsi mənafeləri kənara qoyaraq Allah dərgahına üz gətirib yalvarış etməklə batil əhlinin həlak olub lənətə məruz qalmasını istəməkdir.

    Sünni və şiə təfsirlərində, eləcə də bəzi hədis və tarix kitablarında qeyd olunur ki, hicrətin onuncu ilində bir neçə nəfər Rəsuli-Əkrəmin (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı yaymağa, təbliğ etməyə təyin olundular. Nəcran məsihiləri Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir nümayəndə heyətini Mədinəyə göndərdilər. Danışıqlardan sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyirlər. Bu ayə nazil oldu və buyuruldu: "Səninlə mübahisə apararaq haqqı qəbul etməkdən imtina edənlərə de: "Gəlin biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (bizim canımız dəyərində olanları) çağıraq, siz də öz nəfslərinizi çağırın, sonra mübahilə edək və yalançılara Allahın lənət etməsini istəyək. Yəni bu qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaqdır. Bununla da mübahisəni sona yetirərik.

    Nəcran nümayəndə heyəti Peyğəmbəri-Əkrəmdən (s) mübahilə təklifini eşitdikdə təəccüblə bir-birinə baxaraq heyrətdən donub qaldılar. Buna görə də bu barədə fikirləşib məşvərət etmək üçün Peyğəmbərdən (s) möhlət istədilər. Onlar Peyğəmbərin (s) hüzurundan gedib bir-biri ilə məsləhətləşməyə başladılar.

    Böyükləri onlara dedi: "Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur. Amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın.”

    Mübahilə günündə gördülər ki, Peyğəmbəri-Əkrəm (s) iki uşaq, bir cavan kişi və bir cavan qadınla gəlir. O iki uşaq Həsən (ə) və Hüseyn (ə), o cavan kişi Əli ibn Əbu Talib (ə) və qadın da Fatimeyi Zəhra (s) idi.

    Beləliklə də mübahilə fikrindən dönüb Peyğəmbərlə (s) razılaşdılar ki, hər biri qırx dirhəm qiymətində olan iki min hilləni müsəlmanlara versinlər.


    Bu hadisə şiə təfsir kitablarından əlavə, mötəbər sünni kitablarında da qeyd olunmuşdur.[5]

    2. Bəzi rəvayətlərə əsasən mübahilə Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir. Həmin yerdə «Məscidül-icabə» adlı bir məscid də tikmişlər. Bu məscidlə Məscidün-Nəbinin və Peyğəmbərin (s) qəbrinin arası təqribən iki kilometrdir. İlahi, bizə onun ziyarəti və şəfaətini nəsib et!

    3. Mübahilə məsələsi həmin dövrlə bitmir; bəzi rəvayətlərdə qeyd olunur ki, siz də istədiyiniz şəxslə mübahilə edə bilərsiniz. «Nurus-səqəleyn» təfsirinin 1-ci cildinin 351-ci səhifəsində bu məsələ ilə əlaqədar imam Sadiqdən (ə) bir hədis nəql olunmuşdur. Həzrət (ə) bu barədə müəyyən göstərişlər vermişdir.

    «Üsuli-kafi» kitabının 2-ci cilidinin «mübahilə» adlı bölməsində beş hədis qeyd olunmuşdur. Orada bəyan edilir ki, siz də 3 gün özünüzü islah edib oruc tutduqdan sonra müxaliflərinizlə mübahilə edə bilərsiniz. Mübahilə belə edilməlidir: Sübh açılan vaxtla gün çıxan vaxt arasında sağ əlinizin barmaqlarını qarşı tərəfin barmaqlarının üstünə qoyacaqsınız. Bu zaman xüsusi dua oxunmalıdır.
    İNCƏ MƏTLƏBLƏR

    1. Əli ibn Əbu Talib (ə) Rəsuli-Əkrəmin (s) canıdır.

    2. Hər kəs məntiq, dəlil və möcüzə yolu ilə haqqın qarşısında təslim olmazsa, onu qəbul etməzsə, onu məhv olmaqla təhdid etmək lazımdır.

    3. Möminin ən axırıncı vasitəsi və ən kəsərli silahı duadır.

    4. Əgər siz möhkəm dayansanız, düşmənləriniz batil olduğuna görə geri çəkiləcəklər.

    5. Allah və Onun Rəsulu (s) bu əməllə bizim hamımıza anlatmaq istəyir ki, adları qeyd olunan şəxslər Rəsuli-Əkrəmin (s) haqq dəvətindəki köməkçiləri və onun hədəfinin aparıcılarıdır. Buna görə də bu hadisə zamanı onunla gələrək hər növ təhlükəni qəbul etməklə onun başladığı hərəkəti davam etdirmişlər.
    Category: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 877 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024