İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    AYƏ 100:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.»
    TƏFSİR:

    Müxtəlif təfsirlərdə qeyd olunur ki,[18] yəhudilərdən Şas ibn Qeys adlı bir nəfər Mədinə müsəlmanlarının, xüsusilə, Ovs və Xəzrəc qəbilələri arasındakı səfa-səmimiyyəti və qardaşlığı görəndə çox narahat oldu. Fikirləşdi ki, bu qəbilələr keçmişdə bir-birinə qarşı uzunmüddətli müharibə aparmışlar, amma hazırda Həzrət Məhəmmədin (s) düzgün idarəçiliyi və rəhbərliyi sayəsində sülh, qardaşlıq və səfa-səmimiyyətdə yaşayırlar. Bu rəhbərlik davam edərsə, yəhudilik ciddi bir təhlükə ilə qarşılaşacaqdır. O xüsusi tədbirlə bir qrupu yoldan çıxarıb özü ilə həmfikir etdi. Cavan bir müsəlmana göstəriş verdi ki, bu iki qəbilənin arasında baş vermiş köhnə müharibələri və müharibənin baş verdiyi yeri xatırladaraq onları yeni davaya təhrik etsin. Cavan bu işi gördü: müharibə odu şölələnmək ərəfəsində olduqda Rəsuli-Əkrəm (s) özünün xatircəmlik bağışlayan sözlərilə xəbərdarlıq verib onları bu məkirli hiylə və onun acınacaqlı nəticələrindən agah etdi. Onlar qəflət yuxusundan oyanaraq silahı yerə qoyub bir-birini qucaqladılar, ağlaşdılar və əməllərindən peşman oldular. Təfsirçilərin nəzərinə görə, bu ayə və ondan əvvəlki iki ayə həmin hadisə ilə əlaqədar nazil oldu və kitab əhlini danlayıb müsəlmanlara xəbərdarlıq verdi.
    AYƏ 101:

    ﴿ وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾
    TƏRCÜMƏ:

    «Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.»
    TƏFSİR:

    İnhiraf və küfr ya düz yolun, ya da düzgün rəhbərin olmamasından irəli gəlir. Amma kitab, sünnə, ilahi qanun və rəhbərlərin mövcud olması ilə, artıq inhirafa, düz yoldan azmağa yer qalmır.

    Allaha arxalanmaq, Ona təvəkkül etmək, hər bir işdə Ondan kömək diləmək bütün inhiraf və vəsvəsələlərdən amanda qalmağa səbəb olur.
    İNCƏ MƏTLƏBLƏR

    1. Allaha sarılmaq yolu hər kəsin üzünə açıqdır.[19]

    2. Qanun təklikdə küfr, azğınlıq və inhirafın qarşısını almağa kifayət etmir; düzgün rəhbər də lazımdır.

    3. Allahdan başqa hər kəsə və hər bir məqama üz döndərmək inhiraf, azğınlıq sayılır.

    4. Hərəkətdən öncə ən mühüm məsələ düzgün yolu tapmaq və onun əsasında hərəkət etməkdir.

    5. Allaha sarılmağın hökmən müsbət nəticəsi vardır.

    6. Allaha sarılmaq agahlıq nəticəsində olan seçmə ilə yanaşı bir hərəkətdir və bu da Allah övliyaları ilə birlikdə Onun yolunda hərəkət etməkdən ibarətdir.
    AYƏ 102:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.»
    TƏFSİR:

    İman, elm və təqvada olduğu kimi, hər hansı bir kamalın da müxtəlif mərhələləri – ilkin və ən yüksək mərhələsi vardır ki, mütləq kamala qədər gedib çatır. Məsələn, Quranda Peyğəmbərin (s) dilindən deyilir: «Rəbbi zidni elmən» – yəni, Pərvərdigara, mənim elmimi artır.»[20] «Məkarimul-əxlaq» duasında isə oxuyuruq: «Bəlliğ bi imani əkmələl-iman» – yəni Pərvərdigara, mənim imanımı kamal həddinə çatdır. Bu ayədə də buyurulur ki, «Allah qarşısında ən yüksək səviyyədə təqvalı olun.» İmam Sadiq (ə) buyurur: «Təqvanın haqqı budur ki, Allaha itaət edəsən.» Deməli, təqvanın da müxtəlif mərhələ və mərtəbələri vardır.
    İNCƏ MƏTLƏBLƏR

    1. Hər gün daha yüksək mərhələlərə nail olmaq lazımdır.

    2. İman gətirməyin özü təklikdə kifayət deyildir, əsas şərt imanlı qalmaqdır. Hər hansı bir işin əvvəli çox da mühüm deyil. Onun axırı daha yüksək əhəmiyyət kəsb edir.

    3. İslam dini insana təkcə necə yaşamağı deyil, həm də dünyadan necə getməyi öyrədir.

    4. Təqva insanın axır-aqibətinin gözəl nəticələnməsinin əsas meyarıdır.
    AYƏ 103:

    ﴿وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ﴾
    TƏRCÜMƏ:

    «Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.»
    TƏFSİR:
    İTTİHADA DƏVƏT

    Bu ayədə cəmiyyətin ittihadda olub hər növ təfriqə və ikitirəlikdən uzaq olmasından ibarət olan yekun bəhs irəli çəkilir və buyurulur: "Hamılıqla Allah ipindən yapışın və pərakəndəlikdən uzaq olun.”

    Bu ayədəki «həblillah» (Allah ipi) kəlməsi barəsində təfsir alimləri müxtəlif ehtimallar irəli sürmüşlər. İslam rəvayətlərində də bu məsələ ilə bağlı müxtəlif təbirlər gözə deyir. Lakin onların bir-birilə heç bir əsaslı ixtilafı yoxdur. Çünki «Allah ipi» dedikdə bəndələrlə Allah arasında olan hər növ rabitə və vasitə nəzərdə tutulur, bu vasitə istər Quran olsun, istər Peyğəmbər (s), istərsə də onun Əhli-beyti (ə).

    Sonra Quran böyük bir nemət olan ittihad və qardaşlığa işarə edərək müsəlmanları, özlərinin qəm-qüssəli və rüsvayçı keçmişləri barəsində fikirləşməyə, pərakəndəlik və təfriqə ilə vəhdəti müqayisə etməyə dəvət edir və buyurur: "Allahın sizə əta etdiyi neməti yada salın: siz bir-birinizlə düşmən olduğunuz zaman qəlbləriniz arasında ülfət və mehribanlıq yaratdı və Onun verdiyi nemət səbəbi ilə qardaş oldunuz.”

    Burada möminlərin qəlbləri arasında ülfət və mehribanlıq yaratmaq məsələsi Allahın Özünə mənsub edilmişdir: «Allah sizin qəlbləriniz arasında ülfət yaratdı.» Bu təbir İslamın böyük bir ictimai möcüzəsinə işarə edir. Çünki ərəblərin arasında qədimdən mövcud olan düşmənçilik və ədavət məsələlərini düzgün araşdırdıqda məlum olur ki, onlar çox kiçik, əhəmiyyətsiz və sadə bir məsələ üstündə yüz illərlə müharibə aparırdılar. Bu da sübut edir ki, belə bir pərakəndə, nadan və bixəbər milləti adi yollarla vahid bayraq altında birləşdirmək və aralarında qardaşlıq yaratmaq heç vaxt mümkün olmazdı.

    Bir-birinə dərin kin-küdurət və amansız düşmənçilik bəsləyən ərəb qəbilələri arasında vəhdət və qardaşlıq yaradılması qeyri-müsəlman tarixçiləri və alimlərinin də nəzərindən qaçmamışdır. Onların hamısı bu məsələni son dərəcə təəccüblə qeyd etmişlər.

    Quran sonra buyurur: "Siz keçmişdə od ilə dolu olan bir uçurumun kənarında idiniz, hər an oraya düşməyiniz və hamılıqla yanıb külə dönməyiniz mümkün idi. Amma Allah-təala sizi bu oddan xilas etdi, sizi bu uçurumdan əminamanlıq, qardaşlıq və məhəbbət diyarına yönəltdi.”

    Yuxarıdakı ayədə qeyd olunan «nar» (od) cahiliyyət dövründə kiçik və əhəmiyyətsiz şeylər üstündə qəbilələr arasında şölələnən müharibə oduna və çəkişmələrə işarədir.

    Ayənin axırında daha artıq təkid üçün buyurulur: Allah Öz ayələrini sizin üçün belə aydınlaşdırır ki, bəlkə hidayəti qəbul edəsiniz.

    Deməli, əsas və yekun hədəf sizin düz yola hidayət olunub nicat tapmağınızdır, belə isə qeyd olunanlara ciddi əhəmiyyət verin.
    AYƏ 104:

    ﴿ وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ ﴾
    TƏRCÜMƏ:

    «Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!»
    TƏFSİR:

    Əmr be məruf və nəhy əz münkər kimi vacib əməl ilə əlaqədar nazil olan ayənin ittihad və vəhdətə dəvət edən iki ayənin arasında yerləşdirilməsinin səbəbi bəlkə də bu ola bilər ki, təfriqəyə düçar olmuş hər hansı bir ictimai sistemdə ya xeyir işlərə dəvətetmə qüdrəti yoxdur, yaxud da bu dəvətlər heç bir müsbət təsirə malik deyildir.

    Əmr be məruf və nəhy əz münkər iki yolla yerinə yetirilir:

    1. Ümumi vəzifə olaraq hər kəs bu işi öz bacardığı qədər yerinə yetirməlidir.

    2. Hər hansı bir qrup və ya təşkilat öhdəsinə aldığı vəzifə olaraq bu işi tam qüdrətlə yerinə yetirir. (Bu, bir sürücüyə bənzəyir ki, əgər maşın yolunda yol-hərəkət qaydalarının əksinə hərəkət edərsə, həm başqa sürücülər ona etiraz edər, həm də yol polisi onun törətdiyi pozuntuların qarşısını almaq üçün ciddi tədbir görər.)

    Əmr be məruf və nəhy əz münkər barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Təkcə Həzrət Əlinin (ə) buyurduğu aşağıdakı kəlamı qeyd etmək kifayətdir: «Əgər əmr be məruf və nəhy əz münkər olmasa, yaxşı işlər tərk edilər, pis işlər cəmiyyətə hakim olar. Bu zaman dua etsəniz də qəbul olunmaz.»[21]
    İNCƏ MƏTLƏBLƏR

    1. İslam cəmiyyətində dövlət tərəfindən dəstəklənən bir qrup – yoxlanış qrupu olmalıdır ki, insanların davranış, hərəkət və rəftarlarına və ümumiyyətlə, cəmiyyətin vəziyyətinə nəzarət etsin.

    2. Cəmiyyəti xeyir işlərə dəvət etmək əmr-bemərufdan öndədir.

    3. Cəmiyyətin islah olunması, fəsadın və fəsad əhlinin qarşısının alınması müəyyən şəkildə məsul işçinin və qüvvənin olmadığı halda mümkün deyildir.

    4. Cəmiyyətin inkişafı və islah olunması üçün ürək yandıranlar həqiqi nicat tapanlardır. (Tənbəllərin və bu kimi işlərə laqeyd yanaşanların qurtuluşdan payları yoxdur.)

    5. Xeyir işlərə dəvət etmək, əmr be məruf və nəhy əz münkər işi cəmiyyətdə daimi şəkildə olmalıdır, heç də müvəqqəti və müəyyən mövsümlərlə bitməməlidir. (Bu işlərin indiki zaman formasında gətirilməsi davamiyyəti göstərir.)

    6. Qurtuluş yalnız insanın özünün nicatı ilə bitmir, başqalarına da nicat verilib inkişafa doğru sövq etdirilməsi qurtuluşun şərtlərindəndir.

    7. Xeyrə dəvət edən şəxs həm İslamı, həm camaatı, həm də bu işin yerinə yetirilməsi yollarını tanımalıdır. Ona görə də buyurulur ki, ümmətin hamısı deyil, bəzi şəxsləri bu işi yerinə yetirməlidir.

    8. Yaxşı işlərə dəvət etmək pis işlərdən çəkindirməkdən öncə gəlir. (Əgər yaxşı işlərin yolu açılsa, pis işlərə yaranan şərait azalacaqdır.)
    AYƏ 105:

    ﴿ وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «(Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır.»
    TƏFSİR:

    Keçmiş dövrlərdə insanların ixtilafa düşmələrinin acınacaqlı təsirlərindən ibrət almalı və bilməliyik ki, bütün ixtilafların mənşəyi həmişə cəhalət deyil. İnsanın nəfs istəkləri də ixtilaf yaradır. İxtilaflar və təfriqələr təkcə sizin dünyadakı qüdrətinizi sarsıtmır, həm də Qiyamətdə cəhənnəm əzabına düçar olmağınızdan ötrü zəmin yaradır.
    AYƏ 106:

    ﴿ يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): "İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!”»
    TƏFSİR:

    Bəlkə də Qiyamətdə üzlərin ağ və ya qara olması insanların bu dünyada olan ruhani halətlərinin təcəssüm etməsi ilə əlaqədardır. Dünyada Allahın vilayət və hakimiyyətini qəbul edənləri Allah zülmətdən çıxarıb nura doğru aparar, Qiyamət günündə də onların üzləri nurani olar. Lakin tağutun, tüğyançıların vilayətini qəbul edənləri tağutlar nurdan zülmətə, nəfs istəklərinə, təfriqəyə, şirkə, cəhalətə doğru sövq etdiyindən onlar Qiyamət günündə qaranlıq simalarla zahir olarlar.

    "Küfr” sözü Quranda 16 dəfə imandan sonra, 2 dəfə İslamdan sonra, 3 dəfə Allaha iman gətirdikdən sonra, buzova pərəstiş edənlərə işarə edilən zaman, 27 dəfə elmi olduğu halda bilərəkdən inkar edənlərə işarə edilən zaman işlədilmişdir. Bunların hamısı da bizim hamımız üçün təhlükənin varlığına dair ciddi bir xəbərdarlıqdır.
    AYƏ 107-108:

    ﴿ وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللّهِ هُمْ فِيهَا خَالِدُونَ. تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَمَا اللّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ ﴾
    TƏRCÜMƏ:

    107. «Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar.»

    108. «Bunlar (axirət aləminin hekayətləri), Allahın ayələridir ki, onları haqq və doğru olaraq sənə oxuyuruq. Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir.»
    TƏFSİR:

    İlahi ayələrin heç bir mübaliğə, artırıb-azaldılma olmadan oxunması həqiqətə uyğundur. Ümmətlərin əməl və davranışları, rəftar və mükafatları, hərəkət və cəzaları və s. dəyişilməz bir qanun əsasındadır. Allah-təala nə Öz bəndələrini taqətlərindən artıq bir şeyə vəzifəli edir, nə də ümmətlərin barəsindəki ilahi qanunlar dəyişilir.
    İNCƏ MƏTLƏBLƏR

    1. Allah-təala heç kəsə azacıq zülmü belə rəva görməz və heç kəsin də zülm etməsini istəmir.

    2. Üzüağ və ya üzüqara olmaq insanın öz əməllərinin, fikir və əqidələrinin inikasıdır.

    3. Zülmü o kəs rəva görər ki, müəyyən qədər çatışmazlığı olsun, yaxud öz məqsədinə haqq yolu ilə nail ola bilməsin, yaxud da zülmün çirkinliyindən və pisliyindən qafil olsun. Bunların heç birinin Sübhan olan Allahda olması əsla mümkün deyil. Bəlkə də sonrakı ayə bu məsələyə işarə edir və buyurur ki, bütün şeylərin sahibi, qayıdılacaq yeri olan Allahın zülm etməyə nə ehtiyacı var?!
    AYƏ 109:

    ﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَإِلَى اللّهِ تُرْجَعُ الأُمُورُ ﴾
    TƏRCÜMƏ:

    «Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.»
    TƏFSİR:

    Bu ayə Allah-təaladan zülmün, nahaq işin baş verməsinin qeyri-mümkünlüyünə dəlildir. Ayədə buyurulur: "Allahın bir kəsə zülm etməsi necə mümkün ola bilər? Halbuki asimanlarda və yerdə olanlar Ona məxsusdur və bütün işlər Ona doğru qayıdır, məhz Onun fərmanı ilə baş verir.”
    AYƏ 110:

    ﴿كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ﴾
    TƏRCÜMƏ:

    «Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.»
    TƏFSİR:
    BİR DAHA FƏSAD İLƏ MÜBARİZƏ VƏ HAQQA DƏVƏT

    Bu ayədə bir daha əmr be məruf, nəhy əz münkər, eləcə də Allaha iman gətirmək məsələsi irəli çəkilir və buyurulur: Siz insanların xeyrinə yaradılmış ən yaxşı ümmətsiniz. Çünki əmr be məruf və nəhy əz münkər işini yerinə yetirir və Allaha iman gətirirsiniz.

    Maraqlıdır ki, bu ayədə müsəlmanların ən yaxşı ümmət olmasının dəlili əmr be məruf və nəhy əz münkər işini yerinə yetirib Allaha imanlı olması qeyd olunur. Bu da onu göstərir ki, bəşər cəmiyyətlərinin islahı iman gətirmək, haqqa dəvət etmək və fəsad ilə mübarizə aparmaq kimi işlər olmadan mümkün deyildir. Bundan əlavə, bu iki vacib əməlin yerinə yetirilməsi imanın güclənməsinə, cəmiyyətdə ictimai və fərdi qanunların icra olunmasına zəmanət verir. Bir əməlin icra olunmasına zəmanət verilməsi o əməlin özündən qabaqdır.

    Sonra buyurulur ki, bu qədər açıq-aydın dinin, imanın və əzəmətli qanunların mənfəəti hər kəs üçün inkarolunmazdır. Buna əsasən əgər kitab əhli (yəhudilər və məsihilər) iman gətirsələr, onların öz xeyrinə olar. Təəssüflər olsun ki, onların yalnız az bir hissəsi özlərinin cahiliyyət təəssüblərindən əl çəkərək İslamı qəbul etmişlər, əksəriyyəti isə Allahın fərmanından xaric olmuşlar.
    AYƏ 111:

    ﴿ لَن يَضُرُّوكُمْ إِلاَّ أَذًى وَإِن يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الأَدُبَارَ ثُمَّ لاَ يُنصَرُونَ ﴾
    TƏRCÜMƏ:

    Bu ayə müsəlmanlar üçün bir növ uzaqgörənlikdir. Onları müjdələyir və qəlblərinə təsəlli verir. İttihad, iman, əmr be məruf nəticəsində onların həyatına zəmanət verir və buyurur ki, düşmənlərin təhdidindən qorxmayın, çünki qələbə sizinlədir, siz qalibsiniz, düşmənləriniz isə xar və zəlildir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Müsəlmanlara və İslam məktəbinə iman sayəsində zəmanət verilir.

    2. Sizin müxalifləriniz sizə əzab-əziyyət verməkdən ibarət olan hədəflərinin yalnız bir qisminə nail olurlar.

    3. İmanı olmayan şəxsdə müqavimət ruhiyyəsi yoxdur.
    AYƏ 112:

    ﴿ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُواْ إِلاَّ بِحَبْلٍ مِّنْ اللّهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَآؤُوا بِغَضَبٍ مِّنَ اللّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ﴾
    TƏRCÜMƏ:

    «Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər. Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır.»
    TƏFSİR:

    Küfr və əhd-peyman pozmağın nəticəsi bu dünyada zillət və xarlığa, axirətdə isə Allahın qəhr və qəzəbinə düçar olmaqdan ibarətdir. Günah və təcavüzkarlıq daha böyük günahlara, o cümlədən küfr, peyğəmbər öldürmək və s. kimi böyük günahlara zəmin yaradır.

    Diqqət yetirilməlidir ki, təcavüzkarlıq və küfrdən daha pis olan şey küfr və təcavüzü davam etdirməkdir.

    Yəhudilər həmişə xar olublar. Baxmayaraq ki, bəzi hallarda təbliğat vasitələrini, iqtisadiyyat və siyasətin idarə olunmasını ələ alırlar. Buna baxmayaraq insani kəramət, izzət, məhbubiyyət, əminamanlıq cəhətindən ən pis məqamdadırlar. (Bu, eynilə əli silahlı zalım bir şəxsə bənzəyir ki, insanların qəlbində vəhşət hissi və vahimə yaratmaqla külli miqdarda gəlir əldə edir, lakin heç vaxt ali-insani məqamlara nail ola bilmir.
    İNCƏ MƏTLƏBLƏR

    1. İzzətin rəmzi və sirri iki şeydir: Allahın qüdrətinə batini iman və zahirdə insanlarla, ümmət və millətlərlə gözəl rəftar, közəl rabitə. Bunların hər biri digəri olmadan nöqsanlı sayılır. Əgər iman olsa, amma insan başqalarından ayrılıb guşənişin həyat tərzi keçirsə, heç vaxt müvəffəqiyyət qazana bilməz. Eləcə də əgər bütün insanlarla rabitə bərqərar etsə, lakin Allaha imanı olmasa, yenə də məğlubiyyətə uğrayacaq.

    2. Bu ayədə «həbl» kəlməsinin iki dəfə təkrar olunması bəlkə də bunu göstərir ki, bu iki ip bir-birilə eyni deyildir.

    3. Rəvayətlərdə qeyd olunur ki, yəhudilər peyğəmbərləri qılıncla öldürmürdülər, amma onların xəbər və sirlərini faş edirdilər, zalım qüdrətlər də peyğəmbərləri tutub şəhid edirdilər.
    AYƏ 113:

    ﴿ لَيْسُواْ سَوَاء مِّنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَآئِمَةٌ يَتْلُونَ آيَاتِ اللّهِ آنَاء اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar.»
    TƏFSİR:
    İSLAMIN HAQQAXTARMA RUHİYYƏSİ

    Keçən ayələrdə yəhud qövmünü şiddətlə məzəmmət etməyin ardınca bu ayədə ədalətə riayət etmək, layiqli insanların hüququna ehtiram qoymaq, eləcə də insanlar arasında fərq qoymadan, hamısına eyni gözlə baxmamaq məsələsini çatdırmaq üçün buyurulur: "Kitab əhlinin hamısı eyni deyildir. Pozğun və əxlaqsız insanların müqabilində onların arasında elələri tapılır ki, Allaha itaət etməkdə və qiyamda sabitqədəmdirlər.”

    Onların digər bir xüsusiyyəti budur gi, həmişə gecə yarısı Allahın ayələrini oxuyurlar.

    Ayənin axırında onların xüzu və mütiliyi qeyd olunaraq buyurulur: "Onlar Pərvərdigarın əzəməti müqabilində səcdəyə düşürlər.
    AYƏ 114:

    ﴿ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər.»
    TƏFSİR:

    Bu ayədə əlavə edilir ki, onlar Allaha və Qiyamət gününə iman gətirir, əmr be məruf, nəhy əz münkər işini yerinə yetrir və yaxşı işlərdə bir-birindən qabağa keçirlər. Nəhayət, onlar saleh və imanlı şəxslərdir.
    AYƏ 115:

    ﴿ وَمَا يَفْعَلُواْ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوْهُ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir.»
    TƏFSİR:

    İlahi dünyagörüşdə heç bir şey, heç vaxt zay olub aradan getməz. Quranda oxuyuruq ki, «İnnəma yətəqəbbəlullahu minəl-muttəqin» - Allah yalnız təqva əhlinin əməlini qəbul edər. Deməli, əməllərin qəbul olunmasında əsas şərt iman və təqvadır. Burada da buyurulur: "Biz əməllərini qəbul etməkdən ötrü müttəqilərin kim olduğunu bilirik.”
    AYƏ 116:

    ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi əsla dəf etməyəcəkdir. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar.»
    TƏFSİR:

    Quran dəfələrlə elan edib bildirmişdir ki, Allahın qəhr-qəzəbi müqabilində nə mal-dövlət, nə oğul-uşaq, nə qohum-əqrəba, nə həyat yoldaşı, nə üzrxahlıq, nə dostluq, nə ağalıq – heç bir şey zərrə qədər belə təsirə malik deyildir.
    AYƏ 117:

    ﴿مَثَلُ مَا يُنفِقُونَ فِي هِـذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُواْ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلَـكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ﴾
    TƏRCÜMƏ:

    «Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.»
    TƏFSİR:

    Ayədəki «sirr» kəlməsi həm yandırıcı istilik, həm də şiddətli soyuq mənasında gəlmişdir. Diqqət yetirilməli məsələ budur ki, ilahi dünyagörüşdə bütün işlərdə əqidə və məqsəd əsas rol oynayır. Həmin münasibətlə bağlı qeyd olunur ki, kafirlərin batil yolda xərclədikləri büdcələrdən, çoxlu mal-dövlətdən nigaran olmayın. Bunlar yandırıcı və məhvedici küləyin əsdiyi əkin sahələrinə bənzəyir. İslamın əvvəllərindən indiyə qədər İslam və müsəlmanlar əleyhinə müxtəlif hiyləgərlik planları, töhmətlər, hücumlar, müharibələr, təbliğatlar aparılmışdır, lakin Allah dini günbəgün inkişaf edib yayılmaqdadır. Hər hansı bir qövm Allahın qəzəbinə düçar olursa, bu Allahın bəndələrə zülm etməsi mənasına deyil, əksinə, onların öz əməllərinin nəticəsidir.
    AYƏ 118:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik.»
    TƏFSİR:
    YADLARI ÖZ SİRRİNİZƏ MƏHRƏM ETMƏYİN

    Bu ayə müsəlmanların kafirlərlə münasibətini bəyan edən ayələrin ardınca nazil olaraq çox həssas və mühüm bir məsələni xatırladır, incə bir təşbehlə möminlərə xəbərdarlıq verərək buyurur: "Ey iman gətirənlər, öz məsləkinizdə olanlardan başqasını sirlərinizə dost, sirdaş seçməyin, yadları öz gizli sirlərinizdən xəbərdar etməyin!”

    Keçmişdə onlarla dost olmağınız, (dində və məsləkdə ayrı olduğunuza görə) sizə əzab-əziyyət vermək fikrində olmamalarına mane olmaz. Onlar həmişə sizin əzab-əziyyətə düşməyinizi istəyirlər.

    Onların batini fikirlərinin sizin üçün faş olmaması, sirlərinin ifşa edilməməsi üçün adətən, əməl və rəftarlarında özlərini gözləyir, çox ehtiyat və diqqətlə danışırlar. Bütün bunlarla belə onların ədavət və düşmənçilikləri sözlərindən aşkar olur.

    Bir sözlə, bu ayədə Allah-təala düşmənin batinini tanıma yolunu göstərir və sizi onların batindəki fikirlərindən agah edərək buyurur: "Onların qəlblərində sizə qarşı olan ədavət və düşmənçilikləri dildə dediklərindən qat-qat böyükdür.”

    Sonra əlavə edilir: «Biz bu ayələri sizin üçün bəyan etdik ki, onda dərindən düşünəsiniz, onun vasitəsi ilə öz düşməninizi dostlarınızdan seçə biləsiniz, nicat və qurtuluş yolunu düşmənlərin şərindən ayırd edə biləsiniz.»
    AYƏ 119:

    ﴿هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾
    TƏRCÜMƏ:

    «Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman "iman gətirdik” deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: "Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.”»
    TƏFSİR:

    Bu ayədə müsəlmanlara xitab edilərək buyurulur ki, siz qohumluq, yaxud qonşuluq və yaxud başqa səbəblərə görə onları sevirsiniz, amma bundan qafilsiniz ki, onlar sizi sevmirlər; siz Allah tərəfindən nazil olan bütün kitablara – həm öz kitabınıza, həm də digər səmavi kitablara iman kətirmisiniz, lakin onlar sizin asimani kitabınıza iman gətirməmişlər.

    Sonra Quran onların əsl simasını, həqiqi mahiyyətini və iç üzünü açaraq buyurur: "Kitab əhlindən olan bu dəstə münafiqdir. Təklikdə olduqları zaman sizə qarşı bəslədikləri ədavət, qəzəb və kinin şiddətindən barmaqlarını dişləyirlər. Ey Peyğəmbər, de: "Qəlbinizdə olan bu qəzəblə ölün! Bu qüssə öldüyünüz günə qədər sizdən götürülməyəcəkdir.” Siz onların batini vəziyyətindən agah deyilsiniz, amma Allah agahdır. Çünki Allah onların qəlblərinin zatına agahdır.”
    Category: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 935 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024