İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)


    AYƏ 136:

    ﴿ أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ ﴾
    TƏRCÜMƏ:

    «Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!»
    TƏFSİR:

    Üç ayədə ardıcıl olaraq «muttəqin», «muhsinin» və «amilin» kəlmələrinin təkrar olunması göstərir ki, təqva təkcə şəxsi bir məsələ və insanın ruhu ilə əlaqədər deyil, həm də cəmiyyət səhnəsində əməl və ehsanla yanaşı olan bir xüsusiyyətdir.
    İNCƏ MƏTLƏBLƏR

    1. İnsan günahdan pak olmayınca behiştə daxil olmaq ləyaqətini əldə edə bilmir.

    2. Təkcə arzularla Allahın mərhəmətinə nail olmaq olmaz, iş və əməl də lazımdır.
    AYƏ 137:

    ﴿ قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُواْ فِي الأَرْضِ فَانْظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذَّبِينَ ﴾
    TƏRCÜMƏ:

    «Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın.»
    TƏFSİR:

    Keçmiş qövmlərdə mövcud olan sünnələr aşağıdakılardır:

    1. Onların haqqı qəbul edərək nicata çatmaları.

    2. Onların haqqı təkzib edərək həlak olmaları.

    3. Onlar üçün ilahi imtahanlar.

    4. Qeybi yardımlar.

    5. Zalımlara fürsət və möhlət verilməsi.

    6. Allah bəndələrinin, ilahi şəxsiyyətlərin müqavimət göstərərək hədəflərinə çatmaları.

    7. Kafirlərin məkirli planları və bu planların Allah tərəfindən ifşa edilməsi.
    İNCƏ MƏTLƏBLƏR

    1. Keçmiş ümmətlərin tarixinin öyrənilməsi gələcək nəsillərin həyatı üçün bir çırağa bənzəyir. (İnsanların tarixi bir-birilə mədəni və ideoloji bağlılığa malikdir. Dünənin dəyişiklikləri bu gündə və bu günün dəyişiklikləri gələcək nəsillərdə təsirlidir.)

    2. Hədəfli və məqsədyönlü olan səyahət və gəzinti, həmçinin təfəkkürlə yanaşı olduqda zalımların əsərləri barəsində düşünülməsi insanların ən yaxşı tərbiyəçisi, müəllimi və ibrət dərsi ola bilər.

    3. Siz digər ümmətlərdən əsla fərqlənmirsiniz. Hər kəsin inkişaf və tərəqqisinin, yaxud süquta və tənəzzülə uğramasının amilləri eynidir.

    4. İnsanlar inkişaf etdikdən, istedadları çiçəkləndikdən sonra qocalığa doğru getdiyi kimi, onlardan təşkil olunmuş cəmiyyətlər də inkşaf edərək tərəqqiyə çatır, çiçəklənir və ya suquta uğrayır.

    5. Tarixin mütaliə olunub araşdırılmasında əsas məsələ ondakı mühüm hadisələr deyil, işin necə sona çatmasıdır.
    AYƏ 138:

    ﴿ هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ ﴾
    TƏRCÜMƏ:

    «Bu (Quran), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir.»
    İNCƏ MƏTLƏBLƏR

    1. Quranın bütün iinsanlar üçün nazil olmasına baxmayaraq, ondan yalnız pəhrizkar və müttəqi şəxslər ibrət alırlar.

    2. İlahi ayələrdən nə dərəcədə istifadə edib faydalanmaqda insanların ruhiyyəsi təsirlidir.
    AYƏ 139:

    ﴿ وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾
    TƏRCÜMƏ:

    «Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.»
    TƏFSİR:

    «Ühüd» müharibəsində rəhbərə itaət edilməməsi nəticəsində İslam qoşunu məğlubiyyətə düçar oldu və bu hadisədən sonra müsəlmanlar sarsılıb öz əhval-ruhiyyələrini əldən verdilər. Yuxarıdakı ayə nazil olaraq onlara göstəriş verdi ki, məğlubiyyətdən sonra özünüzü itirməyin, imanınızı gücləndirin, çünki üstünlük sizinlədir. Allah-təala Musaya (ə) buyurur: «Həqiqətən sən üstünsən, amma camaata de ki, əgər mömin olsanız, üstünlük sizinlədir.»
    İNCƏ MƏTLƏBLƏR

    1. Müvəqqəti məğlubiyyət son məğlubiyyətin əlaməti deyildir (ayənin nazil olması səbəbinə əsasən).

    2. Əgər iman ruhunu əldən verməsəydiniz, Peyğəmbərin (s) göstərişlərini görməməzliyə vurmasaydınız, məğlubiyyətə uğramazdınız (ayənin nazil olması səbəbinə əsasən).
    AYƏ 140:

    ﴿إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ وَتِلْكَ الأيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَاء وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ﴾
    TƏRCÜMƏ:

    «Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.»
    TƏFSİR:

    Bu ayə müsəlmanlara təskinlik verməklə yanaşı, həqiqəti bəyan edir və buyurur ki, əgər siz haqq məqsəd və ilahi hədəflər yolunda, aydın gələcək naminə fiziki cəhətdən zərərə düçar olmuşsunuzsa, narahat olmayın, sizin düşmənləriniz də öldürülüb-yaralanmışlar. Siz bu gün «Ühüd»də qələbə qazanmamışsınızsa, sizin düşmənləriniz də dünən «Bədr» döyüşündə məğlubiyyətə uğramışlar. Deməli, imtahan və sınaqlarda səbirli, müqavimətli olmaq lazımdır.
    İNCƏ MƏTLƏBLƏR

    1. Siz müsəlmanlar səbir və müqavimətdə kafirlərdən geri qalmamalısınız.

    2. Həyatın acılı-şirinli hadisələri həmişəlik deyildir.

    3. Müharibələrdə, həyatın enişli-yoxuşlu yollarında həqiqi iman sahibləri iman iddiaçılarından seçilib ayrılırlar.

    4. Allah-təala acınacaqlı «Ühüd» müharibəsində sizin özünüzdən şahidlər tutdu ki, rəhbərə itaət etməkdən boyun qaçırmağın məğlubiyyətə necə səbəb olduğunu görəsiniz.

    5. Kafirlərin müvəqqəti qələbələri onların Allah yanında sevimli olmalarına dəlil ola bilməz.
    AYƏ 141:

    ﴿ وَلِيُمَحِّصَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَمْحَقَ الْكَافِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!»
    TƏFSİR:

    Bu ayədəki «təmhis» kəlməsi hər növ eybdən paklanmaq, «məhq» isə tədrici olaraq azalıb yox olmaq deməkdir. Sanki Allah-təala «Ühüd» müharibəsindəki məğlubiyyətlə müsəlmanların zəif cəhətlərini göstərmək istəyirdi ki, onlar bu nöqsanlı halları aradan qaldırıb özlərini islah etmək fikrinə düşsünlər və sonrakı hərəkətlər üçün kifayət qədər hazırlığa malik olsunlar. Bəzən baş verən məğlubiyyətlər insanı yuxudan oyadır və onun həyatında həlledici rol oynayır. Bu da insanı qəflətə daldıran qələbələrdən daha yaxşıdır.
    AYƏ 142:

    ﴿ أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!»
    TƏFSİR:

    Bu ayədə möminlərin cihad, səbr və müqavimət ruhiyyələrinə işarə olunur. Çünki behişt yolu elə səbr və cihad yolundan ibarətdir. Quranda buyurulur: «Səlamun əleykum bima səbərtum!” [Ey behişt əhli, səbr və müqavimət etdiyinizə görə sizə salam olsun!] Belə bir təbir gətirilməsində incə işarələr vardır. Ayədə «sizin həccə gedib, oruc tutmağınız, xüms-zəkat verməyinizə görə salam olsun» – deyə buyurulmur, çünki hər bir əməlin yerinə yetirilməsi səbr və müqavimət tələb edir.
    İNCƏ MƏTLƏBLƏR

    1. Sadəcə iman gətirmək kifayət deyildir, əməl, fəaliyyət, işgüzarlıq da lazımdır. (Behişti dəyərə görə verirlər, bəhanəyə görə yox.)

    2. Behiştin açarı səbr və cihaddır (qəm-qüssələr, şadlıqlar, günahlar, itaətlər və bir sözlə, böyük və kiçik cihad müqabilində səbr etmək).

    3. Cihadla yanaşı, səbr və müqavimət də lazımdır. Çünki müharibənin başlanması və davam etdirilməsi müəyyən tələfatlara səbəb olur, müharibədən sonra da baş verən çatışmazlıqların aradan qaldırılmasında səbr və təmkinə ehtiyac vardır.

    4. Puç, batil, xam xəyallardan və yersiz təvəqqelərdən əl çəkin.
    AYƏ 143:

    ﴿ وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)»
    TƏFSİR:

    Bu ayənin nazilolma səbəbində qeydə olunur ki, «Bədr» müharibəsində müsəlmanlar qələbə çaldılar və onlardan bəziləri şahadət dərəcəsinə nail oldu. Bu zaman bəziləri arzu edib deyirdilər ki, kaş biz də «Bədr» müharibəsində iştirak edib Allah yolunda şəhadətə çataydıq. Lakin sonrakı il baş verən «Ühüd» müharibəsində elə həmin şəxslər döyüş meydanından qaçdılar. Bu ayə nazil olub onları tənqid atəşinə tutdu.
    İNCƏ MƏTLƏBLƏR

    1. Özünüzün uzun-uzadı arzularınıza aldanmayın, hər şüara və hər şüar verənə xatircəm olmayın.

    2. Böyük şəxsiyyətlər təcrübə və əməl meydanında sınaqdan keçirilir:

    Sözün əməldə isbat olunması gələn zaman

    Rüsvay olar "mən-mən” deyən dil pəhləvanı olan.

    Kərbəla şəhidlərinin ziyarətində oxuyuruq: «Kaş biz də sizinlə olaydıq və şəhadətə çataydıq.» Doğrusu, heç fikirləşmişik ki, əmələ gəldikdə nə edirik?
    AYƏ 144:

    ﴿وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ﴾
    TƏRCÜMƏ:

    «Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.»
    TƏFSİR:

    Müxtəlif sünni və şiə təfsirlərində qeyd olunur ki, «Ühüd» müharibəsində kafirlər tərəfindən atılan bir daş Peyğəmbərin (s) mübarək dişlərinə dəydi, onun ağzından qan axmağa başladı. Bu zaman uca səslə dedilər ki, «Məhəmməd öldürüldü!» Bəziləri də Müsəbin şəhid olması ilə Peyğəmbərin (s) şəhid olmasını güman etdilər. Bu şayiə nəticəsində kafirlər sevindilər və ruhiyyələri yüksəldi, bəzi müsəlmanlar isə süstləşərək müharibə meydanından qaçmağa başladılar, hətta bəziləri kafirlərin başçısı Əbu Süfyandan aman almaq fikrinə düşmüşdü. Bunların müqabilində bir dəstə müsəlman da uca səslə deyirdi: «Əgər Məhəmməd də olmasa Məhəmmədin yolu və Məhəmmədin Allahı həmişəlikdir, meydandan qaçmayın!»
    İNCƏ MƏTLƏBLƏR

    1. İslam cəmiyyəti o qədər möhkəm və mütəşəkkil olmalıdır ki, hətta onun rəhbərinin aradan getməsi ilə də cəmiyyətə zərbə dəyməməlidir.

    2. İslam Peyğəmbəri (s) ilahi sünnəyə tabedir. Ölüm və həyat kimi təbii qanun və şəraitlər onun barəsində də cərəyan edir.

    3. Məgər əvvəlki peyğəmbərlərin ölməsi ilə ardıcılları onların dinindən dönürdülərmi?!

    4. Şayiə yaymaq düşmənin hiyləgərlik planlarından birdir (bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə məlum olur).

    5. İnsanların kafir və ya mömin olmasının Allah üçün heç bir zərəri və ya faydası yoxdur (dindən dönmək, yaxud kafir olmağın nəticəsi insanların özlərinə aid olur.)

    6. Haqq yolunda müqavimət göstərmək əməllə edilən ən yaxşı şükür növüdür ki, onun da mükafatı Allah tərəfindən verilir.
    AYƏ 145:

    ﴿ وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلاَّ بِإِذْنِ الله كِتَابًا مُّؤَجَّلاً وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.»
    TƏFSİR:

    Qeyd olunduğu kimi, Peyğəmbərin (s) «Ühüd» müharibəsində şəhid edilməsi ilə əlaqədər yayılan əsassız şayiələr müsəlmanların çoxunun qəlbinə vəhşət və qorxu saldı, hətta onlardan bəziləri müharibə meydanından qaçmışdı, bəziləri də İslam dinindən çıxaraq əvvəlki vəziyyətə dönmək fikrinə düşmüşdü. Bu kimi insanları tənbeh edib qəflətdən ayıltmaq üçün buyurulur: Ölüm yalnız Allahın əlindədir və Allahın əmri ilədir. Hər kəs üçün əvvəldən təyin olunmuş bir əcəl vardır ki, ondan qaçıb xilas ola bilməz.

    Deməli əgər Peyğəmbəri-Əkrəm (s) bu döyüş meydanında şəhadət şərbətini içsəydi, ilahi sünnədən başqa bir iş baş verməyəcəkdi. Digər tərəfdən də müharibə meydanından qaçmaq əcəli təxirə sala bilməz. Eləcə də cihad meydanlarında iştirak etmək insanın əcəlini tezləşdirməz.

    Ayənin axırında buyurulur: İnsanın işgüzarlığı və fəaliyyəti heç vaxt zay edilməz. Əgər bir kəsin hədəfi və məqsədi yalnız maddi və dünyəvi nəticələr almaq olsa («Ühüd» döyüşündə iştirak edən bəzi döyüşçülər kimi. Onlar yalnız qənimət əldə etmək üçün döyüşürdülər), nəhayət ondan müəyyən qədər bəhrə əldə edər. Amma hədəf daha yüksək olarsa, insanların səy və fəaliyyətləri əbədi həyat, ali-insani fəzilətlər kəsb etmək üçün sərf olunsa, yenə də öz hədəflərinə nail olacaqlar. Əgər dünya və axirət səadətinə çatmağın hər ikisi insanın müsbət fəaliyyətinə bağlıdırsa, onda nə üçün insan öz varlıq və vücud sərmayəsini ikinci yolda, yəni daha yüksək məram və davamlı yolda işlətməməlidir?

    Sonra bir daha təkidlə buyurulur: «Biz şükr edənlərin mükafatını tezliklə verəcəyik.»
    AYƏ 146:

    ﴿ وَكَأَيِّن مِّن نَّبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُواْ لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللّهِ وَمَا ضَعُفُواْ وَمَا اسْتَكَانُواْ وَاللّهُ يُحِبُّ الصَّابِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.»
    TƏFSİR:
    SABİQ MÜCAHİDLƏR

    «Ühüd» müharibəsi ilə əlaqədar baş verən hadisələrin ardınca keçmiş peyğəmbərlərin köməkçilərinin və mücahidlərin şücaət, iman və müqavimətlərinə işarə edilir, müsəlmanları şücaət, rəşadət, fədakarlıq və dözümlülüyə təşviq edir. Bununla yanaşı «Ühüd» döyüş meydanından qaçanları məzəmmət edərək buyurur: Çoxlu peyğəmbərlər olmuşdur ki, Allaha pərəstiş edən mübarizlər onların köməkçiləri cərgəsində olmuşdur, onlar heç vaxt Allah yolunda onlara vurulan ağır yara və dəyən xəsarətlərdən süstləşməmiş, zəiflik göstərməmiş, kafirlər qarşısında təslim olmamışlar.

    Aydındır ki, Allah da belə şəxsləri sevir. Çünki onlar müqavimətdən əl çəkmirdilər.
    AYƏ 147:

    ﴿ وَمَا كَانَ قَوْلَهُمْ إِلاَّ أَن قَالُواْ ربَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: "Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.”»
    TƏFSİR:

    Onlar düşmən qarşısında ehtimal verilən bəzi hallarda səhvə, süstlüyə, yaxud satqınlığa düçar olduqları zaman meydandan qaçmaq, yaxud kafirlərə təslim olmaq, yaxud da dindən çıxıb kafirliyə yönəlmək fikrinə düşmək əvəzinə, Allah dərgahına üz gətirib deyirdilər: «Pərvərdigara, bizim günahlarımızı bağışla, işlərimizdə etdiyimiz israflarmızı güzəştə get, bizim addımlarımızı möhkəmləndir və bizi kafirlərə qalib et.»
    AYƏ 148:

    ﴿ فَآتَاهُمُ اللّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الآخِرَةِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir.»
    TƏFSİR:

    Ayənin axırında onlar yaxşı əməl sahiblərindən hesab edilərək buyurulur: Allah ehsan sahiblərini, yaxşı əməl edənləri sevir.
    AYƏ 149:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ الَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمْ عَلَى أَعْقَابِكُمْ فَتَنقَلِبُواْ خَاسِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Ühüd» müharibəsi sona çatdıqdan sonra İslam düşmənləri bir sıra zəhərli təbliğatlarla, «nəsihət» və «ürəyiyananlıq» adı ilə müsəlmanların arasına təfriqə və ikitirəlik toxumu səpir və onları qorxudurdular. Yuxarıdakı ayə nazil olaraq onları bu işdən çəkindirdi və buyurdu: Ey iman gətirənlər, əgər kafirlərə tabe olsanız, sizi əvvəlki vəziyyətinizə – İslam təbliğatı sayəsində iftixarlı maddi-mənəvi təkamül yolunu keçdikdən sonra ilkin fəsada, küfr nöqtəsinə qaytarılarsınız. Belə olan halda ən böyük ziyan və xəsarətə düçar olarsınız.


    Bundan da böyük xəsarət ola bilərmi ki, insan İslamı küfrlə, səadəti bədbəxtliklə, həqiqəti batillə dəyişsin?!
    AYƏ 150:

    ﴿ بَلِ اللّهُ مَوْلاَكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «(Onlar sizə kömək edən və həmçinin itaətə layiq deyildirlər,) əksinə sizin yardımçınız Allahdır və O, kömək edənlərin ən yaxşısıdır.»
    TƏFSİR:

    Bu ayədə təkidlə buyurulur ki, Allah sizin rəhbər və himayədarınızdır. O ən yaxşı köməkçidir. Elə bir köməkçidir ki, heç vaxt məğlub edilməz, heç bir qüdrət Onun qüdrəti müqabilində dayana bilməz. Halbuki, digər köməkçilərin məğlub olmaları, yaxud məhv olmaları mümkündür.
    AYƏ 151:

    ﴿ سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُواْ الرُّعْبَ بِمَا أَشْرَكُواْ بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ ﴾
    TƏRCÜMƏ:

    «Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.»
    TƏFSİR:

    Bu ayədə müsəlmanların «Ühüd» müharibəsindən sonra möcüzəli şəkildə xilas olmalarına işarə edilərək buyurulur: Biz tezliklə kafirlərin qəlblərinə qorxu və vəhşət salarıq. «Ühüd» müharibəsinin axırlarında onların qəlblərinə qorxu saldıq, onun bariz nümunəsini də öz gözlərinizlə gördünüz.

    Sonrakı cümlədə isə onların qəlblərinə qorxu və vəhşət salınmasının səbəbi bəyan olunur: Buna görə qorxu saldıq ki, onlar heç bir dəlil olmadan Allaha şərik qoşurdular.

    Ayənin sonunda belə insanların taleyinə işarə edilir və buyurulur: Bu şəxslər həm özlərinə, həm də cəmiyyətlərinə zülm etmişlər, buna əsasən onların cəhənnəmdən başqa yerləri olmaz və ora necə də pis yerdir!
    AYƏ 152:

    ﴿وَلَقَدْ صَدَقَكُمُ اللّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الأَمْرِ وَعَصَيْتُم مِّن بَعْدِ مَا أَرَاكُم مَّا تُحِبُّونَ مِنكُم مَّن يُرِيدُ الدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ الآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنكُمْ وَاللّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir.»
    TƏFSİR:
    QƏLƏBƏDƏN SONRA MƏĞLUBİYYƏT

    «Ühüd» müharibəsi ilə əlaqədar hadisələrdə qeyd etdik ki, müsəlmanlar müharibənin əvvəllərində xüsusi ittihad, rəşadət və şücaətlə vuruşurdular. Nəticədə qısa vaxt ərzində qələbə çaldılar. Lakin öz səngərlərini boşaldan oxatanların bir qrupunun itaətsizlik edib müharibə qənimətlərini yığmağa məşğul olmaları ucbatından bu döyüşün müvazinəti tamamilə əksinə dəyişdi: İslam qoşunu ağır məğlubiyyətlə üzləşdi. Müsəlmanlar ağır tələfat verdikdən və xəsarətə düçar olduqdan sonra Mədinəyə qayıdanda yolda bir-birlərinə deyirdilər ki, «məgər Allah bizə qələbə və fəth vədəsi verməyibmi?! Onda nə üçün məğlub olduq?!»

    Bu ayədə Quran onlara cavab verir və məğlubiyyətin səbəblərini izah edərək buyurur: Allahın sizə qələbə barəsindəki verdiyi vədə tamamilə düzgün idi. Buna görə də müharibənin əvvəlində qələbə çaldınız və Allahın fərmanı ilə düşmənləri qətlə yetirdiniz. Bu vədə də Peyğəmbərin (s) əmrlərinə itaət etdiyiniz, müqavimət ruhiyyəsini əldən vermədiyiniz vaxta qədər davam etdi. Məğlubiyyət o zamandan başladı ki, sizdə süstlük və itaətsizlik ruhiyyəsi yarandı.

    Yəni əgər qələbə vədəsinin heç bir qeydi-şərti olmadığını güman edirsinizsə böyük səhvə düçar olmuşsunuz və yanılırsınız. Bütün qələbə vədələri Allahın fərmanına itaət etməklə şərtlənir.

    Sonra buyurulur: Siz öz istədiyiniz və nəzərə çarpacaq dərəcədə böyük qələbəni müşahidə etdikdən sonra itaətsizlik yolunu tutdunuz və səngərləri boşaltmaqla bir-birinizlə çəkişməyə başladınız.

    Sonra buyurulur: Bu zaman sizdən bir dəstə dünyanı istəyir və müharibə qənimətlərini toplayırdı, halbuki, başqa bir dəstə öz yollarında sabitqədəm dayanıb axirəti və ilahi mükafatları istəyirdi.

    Bu zaman müharibənin vəziyyəti tam əksinə dəyişdi, dönüş nöqtəsi yarandı və Allah sizin qələbənizi məğlubiyyətə döndərdi ki, imtahana çəkib tənbeh etsin və sizi tərbiyələndirsin. Sonra Allah cəzalandırılmağa layiq olduğunuz halda sizin etdiyiniz bu qədər itaətsizlik və günahları bağışladı, çünki Allah heç bir neməti möminlərə əsirgəməz.
    AYƏ 153:

    ﴿إِذْ تُصْعِدُونَ وَلاَ تَلْوُونَ عَلَى أحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غُمَّاً بِغَمٍّ لِّكَيْلاَ تَحْزَنُواْ عَلَى مَا فَاتَكُمْ وَلاَ مَا أَصَابَكُمْ وَاللّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾
    TƏRCÜMƏ:

    «O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.»
    TƏFSİR:

    Bu ayədə «Ühüd» müharibəsinin son hadisələri müsəlmanlara xatırladılır və buyurulur: Yada salın o zamanı ki, pərakəndə vəziyyətə düşərək müharibə meydanından qaçırdınız. Heç kəs öz arxasına baxmır və öz müsəlman qardaşlarının nə halda olduğuna əhəmiyyət vermirdi. Halbuki, Peyğəmbər (s) sizi arxadan səsləyirdi.

    O, fəryad edib deyirdi ki, «ey Allahın bəndələri, mənə doğru qayıdın, mənə doğru qayıdın, mən Allahın Rəsuluyam!»

    Lakin sizlərdən heç biri onun sözlərinə əhəmiyyət vermirdi, bu zaman hər tərəfdən qəm-qüssə sizə nazil oldu, qəm-qüssə seli sizə tərəf axmağa başladı. Səbəbi də bu idi ki, müharibə qənimətlərini əldən verdiyinizə görə qəmgin, müharibə meydanlarında qələbə naminə aldığınız yaralardan nigaran olmayasınız. Allah sizin işlərinizdən agahdır.
    AYƏ 154:

    ﴿ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّن بَعْدِ الْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَى طَآئِفَةً مِّنكُمْ وَطَآئِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِاللّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ يَقُولُونَ هَل لَّنَا مِنَ الأَمْرِ مِن شَيْءٍ قُلْ إِنَّ الأَمْرَ كُلَّهُ لِلَّهِ يُخْفُونَ فِي أَنفُسِهِم مَّا لاَ يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الأَمْرِ شَيْءٌ مَّا قُتِلْنَا هَاهُنَا قُل لَّوْ كُنتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَى مَضَاجِعِهِمْ وَلِيَبْتَلِيَ اللّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحَّصَ مَا فِي قُلُوبِكُمْ وَاللّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾
    TƏRCÜMƏ:

    «Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü. Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir.» Onlar qəlblərində sənə aşkar etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər: «Əgər (verilən vədələr doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi, biz burada öldürülməzdik!» De: «Əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz, (Lövhi-məhfuzda) barələrində öldürülmək yazılmış, qərara alınmış kəslər (döyüş meydanındakı) yataqlarına tərəf hərəkət edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.»
    TƏFSİR:

    «Ühüd» müharibəsindən sonrakı gecə çox kədərli və iztirablı bir gecə idi. Müsəlmanlar qələbə çalmış Qüreyş əsgərlərinin yenidən Mədinəyə qayıdacaqlarına ehtimal verirdilər. Bu zaman həqiqi və tövbə edən mücahidlər, yəni «Ühüd»dən qaçdıqlarına görə peşman olanlar Allahın lütf və mərhəmətinə arxayın olmuş və Peyğəmbərin verdiyi vədələrlə ürəklərini isitmişdilər. Bu ayə həmin gecə baş verən hadisələri şərh edərək buyurur: Bu qəm-qüssələrdən sonra Allah sizin qəlblərinizə xatircəmlik nazil etdi. Bu xatircəmlik yüngül bir yuxudan ibarət idi ki, sizlərdən bir dəstəni əhatə etdi. Amma yalnız öz canlarının hayında olan başqa bir dəstə xilas olmaqdan başqa bir şey fikirləşmirdi. Buna görə də aramlıq və asudəliklərini tamamilə əldən vermişdilər.

    Sonra münafiqlərin, eləcə də həmin gecədə oyaq qalan süst imanlı şəxslərin fikirlərinə, onların aralarında baş verən söz-söhbətlərə işarə edərək buyurulur: Onlar Allah barəsində İslamdan əvvəlki cahiliyyət dövrünə məxsus olan nadürüst, yersiz gümanlar edir və qəlblərində Peyğəmbərin (s) verdiyi vədlərin yalan olmasına ehtimal verirdilər.

    Onlar bir-birinə və öz aralarında şəkk ilə deyirdilər: "Necə mümkün ola bilər ki, gördüyümüz bu qədər narahatedici və ürək yandıran vəziyyətlə bizə qələbə nəsib olsun?!”

    Onlar bu işin baş verməsini çox çətin və qeyri-mümkün hesab edirdilər. Quran onların cavabında buyurur: De: «Qələbə Allahın əlindədir, əgər istəsə və sizin də ləyaqətli olduğunuzu görsə, qələbəni sizə nəsib edəcəkdir. Onlar öz qəlblərində sənə aşkar etmədikləri şeyləri gizlədir və sanki belə təsəvvür edirdilər ki, «Ühüd»dəki məğlubiyyət İslam dininin düzgün olmaması əlamətidir.» Buna görə də deyirdilər ki, əgər biz haqq yolda olsaydıq və qələbə bizə nəsib olsaydı, burada heç kəs öldürülməzdi.

    Quran onların cavabında iki mətləbə işarə edərək buyurur: De: "Əgər öz evlərinizdə də olsaydınız şübhəsiz, öldürülmək əmri müqəddər olunan şəxslər evlərindən çıxıb gələr və qətlə yetirilərdilər.”

    Digəri isə bundan ibarətdir ki, bu hadisələrin baş verməsi labüd idi ki, Allah qəlblərinizdə olanları sınağa çəksin və həqiqi möminlər münafiqlərdən ayrılsın; bundan əlavə, insanlar tədriclə kamala doğru inkişaf etsin, onların niyyətləri xalis, imanları möhkəm və qəlbləri də pak olsun.

    Ayənin axırında buyurulur: Allah sizin qəlblərinizdə olanları bilir.

    Buna görə də camaatın təkcə əməllərinə deyil, həm də onların qəlblərinə nəzər yetirir, onları sınağa çəkir, hər növ aludəlikdən, şirk, nifaq və şəkk-şübhədən paklayır.
    AYƏ 155:

    ﴿ إِنَّ الَّذِينَ تَوَلَّوْاْ مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُواْ وَلَقَدْ عَفَا اللّهُ عَنْهُمْ إِنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.»
    TƏFSİR:

    Bu ayə müsəlmanların «Ühüd» müharibəsində meydandan qaçması ilə əlaqədar nazil olmuşdur. Təfsirlərdə qeyd olunduğu kimi «Ühüd» müharibəsində beş nəfəri mühacirdən, səkkiz nəfəri isə ənsardan olmaqla on üç nəfərdən başqa hamı qaçmağa üz qoymuşdu. Bu on üç nəfərin – Əli (ə) istisna olmaqla – hamısının adı və kim olmasında ixtilaf vardır.

    «Ühüd» müharibəsində müsəlmanlar dörd qrupa bölünmüşdü: 1. Şəhidlər. 2. Səbr edənlər. 3. Sonradan əfv edilən fərarilər. 4. Münafiqlər.
    İNCƏ MƏTLƏBLƏR

    1. Günahlar şeytan vəsvəsəsi üçün meydan açır.

    2. Müharibədən qaçmağın əsas amillərindən biri də günahdır. Günah təqvanı aradan aparır, insanın ruhiyyəsini zəiflədir və şeytanın ona nüfuz etməsi üçün şərait hazırlayır.

    3. İnsanların əməlləri onların ruhiyyələrinə də təsir qoyur.

    4. Döyüşçülər müharibəyə başlamazdan əvvəl tövbə və istiğfar etməli, ruhlarını paklamalıdırlar.
    AYƏ 156:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَكُونُواْ كَالَّذِينَ كَفَرُواْ وَقَالُواْ لإِخْوَانِهِمْ إِذَا ضَرَبُواْ فِي الأَرْضِ أَوْ كَانُواْ غُزًّى لَّوْ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجْعَلَ اللّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللّهُ يُحْيِـي وَيُمِيتُ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir.»
    TƏFSİR:

    İnsanı hədəfdən yayındıran, onu zəiflədib süstləşdirən, ruhunu sarsıdan təbliğat və təlqinlərin qarşısında dayanmaq və şayiələri təkrar etməmək lazımdır. Diqqət yetirmək lazımdır ki, həm ölüm, həm də həyat Allahın müqəddər etdiyi işlərdəndir. Bu iş əsla müharibə, səfər və s. kimi işlərlə əlaqədar deyil. Düşmən ürəyiyananlıq göstərmək, həsrət çəkmək və təəssüflənməklə sizin aranızda zəhərli təbliğat aparır. Siz də bilin ki, Allah hər şeydən agahdır; buna görə də öz əməl, rəftar və halınızın qeydinə qalın.
    AYƏ 157:

    ﴿ وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ ﴾
    TƏRCÜMƏ:

    «Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşı.»
    TƏFSİR:

    İlahi dünyagörüşdə və dini nəzəriyyələrdə Allah yolunda öldürülmək və şəhadətə çatmaq bütün dünya və onda olan şeylərdən daha yaxşıdır. İlahi rəhmət və məğfirətin nəticəsi əbədidir, lakin mal-dövlət və sərvətin təsirləri müvəqqətidir. Əsas məsələ insanın Allah yolunda ölməsidir – istər şəhid olmaqla, istərsə də öz əcəli ilə.
    AYƏ 158:

    ﴿ وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız.»
    TƏFSİR:

    İnsanların qarşısında birdən artıq yol yoxdur; o da Allah dərgahına qayıtmaqdır. Onda nə üçün bu səmtə doğru hərəkətdə ən yaxşı vasitədən istifadə etməyək və Allahın razılığına nail olmayaq?!

    Əgər ölüm və şəhadət Allah dərgahına qaydışdırsa, onda nə üçün nigaran olmalıyıq? İmam Hüseyn (ə) buyurur: «Əgər bədənlər ölüm üçün yaradılıbsa, onda insanın Allah yolunda qılıncla öldürülməsi daha yaxşıdır.»[23]
    AYƏ 159:

    ﴿فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.»
    TƏFSİR:

    Bu ayənin məzmununun ümumi göstərişlərdən ibarət olmasına baxmayaraq «Ühüd» müharibəsi ilə əlaqədar nazil olmuşdur. Çünki «Ühüd» müharibəsində fərarilik edən və nəticədə məğlubiyyətə uğrayan müsəlmanlar həsrət və peşmançılıq odunda yanırdılar. Onlar Peyğəmbərin (s) ətrafına yığışmışdılar və üzürxahlıq edirdilər. Allah bu ayədə Peyğəmbərə (s), onları ümumi şəkildə bağışlamaq göstərişini verir.
    İNCƏ MƏTLƏBLƏR

    1. Yumşaq davranış, mülayim rəftar ilahi bir hədiyyədir.

    2. Daşürəkli, həddindən artıq ciddiyyətli və tələbkar olan insanlar cəmiyyəti idarə edə bilməzlər.

    3. Düzgün rəhbərlik və idarəçilik cəzb və atifələrlə yanaşı olmalıdır.

    4. Müharibədə məğlubiyyətə düçar olan və xəcalət çəkən günahkarlar cəzb olunmalıdır.

    5. Məşvərətdə istedadların çiçəklənməsi, dostla düşmənin bir-birindən ayrılıb seçilməsi, ən yaxşı rəyin əldə edilməsi, qarşılıqlı məhəbbət yaradılması, başqalarına əməli bir dərs və s. kimi məsələlər gizlənmişdir.[24]

    6. Sənə zülm edənləri əfv et, onlar üçün Allah qarşısında düçar olduqları günahdan bağışlanmaq istə, ictimai-siyasi hadisələrdə məşvərət etməklə onları səhnədə saxla.

    7. Fikir və məşvərətdə Allaha təvəkkül məsələsi unudulmamalıdır.

    8. Məşvərət və təvəkkül Allahın sevdiyi işlərdəndir, istər nəticə əldə olunsun, istərsə də olunmasın.

    9. İdarəçilikdə bəzən mülayim (bu ayədə qeyd olunduğu kimi), bəzən isə çox ciddi olmaq lazım gəlir ("vəğlüz əleyhim” (onlarla qəzəblə davran) ayəsi kimi).
    Category: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 916 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024