İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    AYƏ 194:

    ﴿ رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ ﴾
    TƏRCÜMƏ:

    «Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan.»
    TƏFSİR:

    Bu bir neçə ayədə Pərvərdigari-aləm əql sahiblərini belə vəsf edir: Onlar Allahı daim xatırlayar, hikmət əldə etmək, peyğəmbərlərə təslim olmaq, günahlarından istiğfar etmək, yaxşı insanlarla birlikdə ölmək, Allahın lütf və mərhəmətinə nail olmaq, əbədi rüsvayçılıqdan və xarlıqdan xilas olmaq barəsində fikirləşirlər. Əvvəlki ayələrdə əql sahiblərinin Allaha və Qiyamət gününə imanları bəyan olmuşdu, bu ayədə nübüvvətə iman da irəli çəkilir.
    İNCƏ MƏTLƏBLƏR

    2. Əql sahibləri peyğəmbərlərin və ilahi vədlərin hamısına iman gətirmişlər.
    AYƏ 195:

    ﴿فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لاَ أُضِيعُ عَمَلَ عَامِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَى بَعْضُكُم مِّن بَعْضٍ فَالَّذِينَ هَاجَرُواْ وَأُخْرِجُواْ مِن دِيَارِهِمْ وَأُوذُواْ فِي سَبِيلِي وَقَاتَلُواْ وَقُتِلُواْ لأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ ثَوَابًا مِّن عِندِ اللّهِ وَاللّهُ عِندَهُ حُسْنُ الثَّوَابِ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: "Həqiqətən Mən sizlərdən heç bir əməl sahibinin - istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız - əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır.”»
    TƏFSİR:

    Əvvəlki ayələrin ardınca olan bu ayə əql sahiblərinin əməllərinin nəticəsi ilə əlaqədardır. Bu ayə barəsində nəql olunmuşdur ki, Peyğəmbərin (s) zövcələrindən biri olan Ümmü Sələmə o Həzrətə (s) ərz etdi: «Quranda kişilərin cihad, hicrət və fədakarlığı barədə çox söhbət olunmuşdur. Buyurun görək qadınların da bu işlərdə bir qismətləri vardırmı?» Yuxarıdakı ayə nazil oldu və Allah-təala bu suala cavab verərək buyurdu: «Mən (yaxşı) əməl edən heç bir şəxsin – istər qadın olsun, istərsə kişi – əməyini zay etmərəm.»

    Buradan da bəzi nadan və cahil adamların İslam haqqında nankorluq edərək «İslam yalnız kişilərə aid olan bir dindir, qadınların heç bir hüququ yoxdur» – deyə tutduqları iradların həqiqətdən nə qədər uzaq olduğu məlum olur. Çünki Allah-təala buyurur ki, sizin hamınız yaradılışda bir-birinizlə bağlısınız, «sizlərdən bəziniz bəzilərinizdən dünyaya gəlmişdir: qadınlar kişilərdən, kişilər də qadınlardan.»

    Sonrakı cümlədə nəticə alınaraq buyurulur: (Allah yolunda) hicrət edən, öz ev-eşiklərindən, vətənlərindən didərgin düşən, Mənim yolumda əzab-əziyyətlərə düçar olan, müharibə edib öldürülənlərin günahlarını hökmən bağışlayaram.

    Sonra buyurulur: Onların günahlarını bağışlamaqdan əlavə, şübhəsiz, onları ağaclarının altından çaylar axan, müxtəlif nemətlərlə dolu olan cənnət bağlarına daxil edərəm.

    Bu onların fədakarlıqları müqabilində Allah tərəfindən verilmişdir və ən yaxşı mükafatlar da məhz Allahın yanındadır.

    İlahi nemət və mükafatların bu dünyadakı insanlar üçün tam şəkildə bəyan olunması mümkün olmadığından sadəcə olaraq «yüksək nemətlər» kimi vəsf edilir.
    AYƏ 196:

    ﴿ لاَ يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُواْ فِي الْبِلاَدِ ﴾
    TƏRCÜMƏ:

    «Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!»
    TƏFSİR:

    Məkkə müşrikləri və Mədinə yəhudiləri ticarət səfərləri etdiklərinə görə iqtisadi və maddi cəhətdən yaxşı vəziyyətdə idilər. Lakin müsəlmanlar Mədinəyə köçüb bütün mal-dövlətlərini və məişət vəsaitlərini Məkkədə qoyduqlarından, digər tərəfdən də iqtisadi mühasirədə, təzyiqdə olduqlarından bu ayə onlara bir növ ruhi təskinlik verir.
    İNCƏ MƏTLƏBLƏR

    1. Siyasi, iqtisadi, hərbi heyətlərin göndərilməsi, sirli yığıncaqların təşkil olunması, düşmən tərəfindən olan müsahibələr sizi aldatmasın.
    AYƏ 197:

    ﴿ مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ ﴾
    TƏRCÜMƏ:

    «(Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.»
    TƏFSİR:

    Həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə buyurulur: «Ardınca cəhənnəm əzabı gələn xeyir və xoşhallığın heç bir dəyəri yoxdur.»

    Qısamüddətli ləzzətlər və əbədi əzab kafirlər üçün, müvəqqəti çətinliklər və əbədi asayiş isə möminlər üçündür.
    AYƏ 198:

    ﴿ لَكِنِ الَّذِينَ اتَّقَوْاْ رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلاً مِّنْ عِندِ اللّهِ وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلأَبْرَارِ ﴾
    TƏRCÜMƏ:

    «Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.»
    TƏFSİR:

    «Nüzul» qonaq üçün şərbət, meyvə və s. verilərək göstərilən ilkin xidmətlərə deyilir. Ayə bu təbirlə sanki buyurmaq istəyir ki, bu, kafirlərin gediş-gəlişləri müqabilində Allah tərəfindən sizə veriləcək nemətlərin hamısı deyil, ilkin nemətlərdir.
    AYƏ 199:

    ﴿وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَن يُؤْمِنُ بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلّهِ لاَ يَشْتَرُونَ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ﴾
    TƏRCÜMƏ:

    «Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qurana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).»
    TƏFSİR:

    Təfsirçilərdən bəziləri inanırlar ki, bu ayə kitab əhlindən İslamı qəbul edənlər barəsində nazil olmuşdur. Onlar Nəcranda 40 nəfər, Həbəşistanda 32 nəfər və Romada 8 nəfər idi.[35]

    Bəzi təfsirlərdə də qeyd olunur ki, bu ayə hicrətin doqquzuncu ilinin Rəcəb ayında vəfat edən Nəcaşinin barəsində nazil olmuşdur. Peyğəmbər (s) bundan xəbərdar olduqda camaata buyurdu: «Sizin qardaşlarınızdan biri ölkədən xaricdə vəfat etmişdir. Hazırlaşın, xidmətləri müqabilində ona cənazə namazı qılaq.» Soruşdular: «O kimdir?» Buyurdu: «Nəcaşi». Sonra müsəlmanlar Peyğəmbəri-Əkrəmlə (s) birlikdə «Bəqi» qəbristanlığına gedib ona namaz qıldılar.
    AYƏ 200:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اصْبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.»
    TƏFSİR:

    Bu ayə ağrılı-acılı hadisələr, ağır müsibətlər qarşısında səbrli olub müqavimət göstərməyin zərurətini bəyan edir, buyurur ki, ilk mərhələdə özünüzün şəxsi həyatınızda baş verən xoşagəlməz hadisələr və həvayi-nəfs qarşısında səbr edin. İkinci mərhələdə kafirlərin göstərdiyi təzyiqlər qarşısında daha artıq müqavimət göstərin. Üçüncü mərhələdə ölkə sərhədlərinin qorunub-saxlanmasında ciddiyyətlə çalışın ki, xarici düşmənlər ölkənizə hücum etməsin, eləcə də elmi mübahisələrlə öz etiqad və ideologiyanızı şübhələrdən, qəlbinizi şeytan vəsvəsələrinin hücumlarından hifz edin.

    «Ribat» kəlməsi (bu, əmr formasında olan «rabitu» felinin məsdəridir) bir şeyi müəyyən bir məkanda bağlamağa deyilir. Karvansaralara ona görə "ribat” deyilir ki, karvan əhli o yerlərdə qalır, ticarət əmtəələrini, atlarını və dəvələrini orada yerləşdirirdilər.

    Allahın lütf və mərhəmətinə möhkəm bağlı olan qəlbə də «ribat» deyilir. İrtibat, mərbut, ribat - bunların hamısının kökü eynidir.

    Rəvayətlərdə «rabitu» kəlməsi «namazın intizarını çəkin» kimi bəyan olunmuşdur. Sanki müsəlmanlar namazda icad etdikləri mənəvi bağlılıqlarla öz qəlblərini və canlarını möhkəmləndirirlər.

    [1] Mərhum Şeyx Abbas Qumi, «Məfatihul-cinan» kitabı.


    [2] «Məcməul-bəyan», 2-ci cild, səh. 419

    [3] Yenə orada

    [4] «Təfsiri Kəşşaf», 1-ci cild, səh. 427

    [5] «Əl-mizan» təfsirinin müəllifi qeyd edir ki, mübahilə hadisəsini səhabələrdən 51 nəfər tam yekdil nəzərlə qeyd etmişlər. Fəxri Razinin, Alusinin, Mərağinin təfsirlərində, ibni Əsirin «Əl-kamil» kitabının 2-ci cildinin 293-cü səhifəsində, «Əl-müstədrəku ələs-səhiheyn»in 3-cü cildinin 150-ci səhifəsində, Əhməd ibni Hənbəlin «Müsnəd» kitabının 1-ci cildinin 185-ci səhifəsində, eləcə də «Ruhul-bəyan», «Əl-mənar» və s. kimi təfsir kitablarında, habelə, çoxlu sünni və şiə kitablarında bu hadisə qeyd olunmuşdur. Həmin kitablarda deyilir ki, Rəsuli-Əkrəm (s), Əli, Fatimeyi-Zəhra (ə.s), Həsən və Hüseynin (ə) duaları qəbul olunan idi. Bu da Əhli-beyt əleyhimüssəlamın əzəmətini göstərən ən canlı dəlildir. «Ehqaqul-həqq» kitabının 3-cü cildinin 46-cı səhifəsində də böyük sünni alimlərindən 60 nəfərin adı qeyd olunur ki, hamısı bu ayənin Peyğəmbər (s) və Əhli-beytin (ə) əzəmətinə dəlalət etməsini qeyd etmişlər.

    [6] «Təfsiri Məraği», 3-cü cild, səh. 192

    [7] «Səhihi Buxari», 2-ci cild, səh.81, Fəxri Razinin təfsiri «Məcməül-Bəyan» və «Təfsiri-Nümunə»

    [8] «Məcməül-Bəyan» təfsiri

    [9] «Əl-mənar» təfsiri, 3-cü cild, səh. 376 «Ehyaul-ülum» kitabından.

    [10] «Təfsiri Nümunə»də qeyd olunur ki, dəvə əti insanın əsəb sistemindəki narahatçılığın müalicəsinə və bə’zi müsbət təsirlərə malikdir.

    [11] Məkkə camaatın toplaşdığı izdihamlı yer mə’nasındadır.

    [12] «Dəhvəl-ərz» müəyyən bir nahiyədən genişləndirilmə mə’nasınadır (məqsəd Kə’bədir).

    [13] «Ali İmran» surəsi, 96.

    [14] «Maidə» surəsi, 97.

    [15] «Həcc» surəsi, 29.

    [16] «Bəqərə» surəsi, 121.

    [17] «Nəhcül-Bəlağə».

    [18] «Məcməül-bəyan», «Ruhul-bəyan», «Ruhul-məani» təfsirlərindən, həmçinin Fəxri Razi, Məraği, Qunduzi və digər alimlərin təfsir kitablarından nəql olunub.

    [19] İmam Hadidən (ə) nəql olunan «Camiəyi-Kəbirə» ziyarətində oxuyuruq: «Hər kəs sizə sarılsa, şübhəsiz Allaha sarılmış olur.» Kim Allah övliyalarına təvəssül edib onlara sığınsa, həqiqətdə özünü Allahın himayəsində qərar vermiş olur. Əvvəlki ayədə kafirlərə itaət etmək küfr və yalanın səbəbi olduğu kimi, ilahi rəhbərlərə itaət etmək də Allaha imana səbəb olur.

    [20] «Taha» surəsi, 114-cü ayə

    [21] «Nəhcül-bəlağə», Həzrət Əlinin (ə) vəsiyyətnaməsi, 47-ci məktub

    [22] «Ətyəbül-bəyan» təfsiri və «Təhqiq fi kəlimatil-Qur’an»

    [23] «Biharul-ənvar», 2-ci cild, səh. 374

    [24] «Şur» arının güllərdən şirə çəkməsinə deyilir. Bu kökdən olan məşvərət kəlməsi isə insanın ən yaxşı nəzəriyyələri cəlb etməsidir.

    [25] «Biharul-ənvar», 71-ci cild, səh. 138

    [26] Peyğəmbərlərin camaat arasından seçilməsinin çoxlu bərəkətləri vardır:

    1. Camaat onların keçmişlərini tanıyıb e’timad edirlər.

    2. İlahi göstəriş və qanunları icra etməkdə hamıdan irəlidirlər.

    3. Camaatın qəm-qüssələrinə şərik olub dərdlərini hiss edirlər.

    4. Camaat istədiyi vaxt onlara müraciət edə bilir.

    [27] Ərəblər arasında belə bir məsəl var: «Hər şey özünün ziddi ilə tanınar.» Həzrət Əlinin (ə) «Nəhcül-bəlağə»də buyurduqlarından aydın olur ki, cahiliyyət dövründə insanların nə sağlam bir mədəniyyəti var idi, nə də sağlam bir səhiyyələri. Həzrət Əlinin (ə) qardaşı Cə’fər Təyyar Həbəşistana hicrət edən zaman Nəcaşinin qarşısında cahiliyyət dövründə cəmiyyətə hakim olan vəziyyəti belə bəyan edir: «Biz əvvəllər bütlərə pərəstiş edirdik, halbuki indi yeganə Allaha pərəstiş edirik. O dövrlərdə ölü heyvanların ətini yeyir, fəsadla məşğul olurduq, qohum-əqrəba ilə əlaqələri kəsib qonşularla pis rəftar edirdik, qoluzorlular zəif insanların haqqını tapdalayırdılar.»

    [28] «Biharül-ənvar», 45-ci cild, səh. 133

    [29] «Nurus-Səqəleyn» təfsiri, 1-ci cild, səh. 413

    [30] «Biharul-ənvar», 72-ci cild, səh. 61, 30-cu hədis

    [31] Tövratın birinci kitabında da Bəni-İsrail peyğəmbərlərinin qətlə yetirilməsi qeyd olunmuşdur. Eləcə də «Sifri Laviyan»ın doqquzuncu bölməsinin ikinci cümləsində qoçun qurbanlığı məsələsi irəli çəkilmişdir.

    [32] «Bəqərə», 159.

    [33] «Təfsirul-Kəbir», 9-cu cild, səh. 134

    [34] «Biharul ənvar», 69 cu cild, səh. 276

    [35] «Təfsiri Fəxr Razi» və «Məcməyül-bəyan» 2-ci cild, səh. 561
    Category: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 848 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024