AYƏ 98: قَالَ هَذَا رَحْمَةٌ مِّن رَّبِّي فَإِذَا جَاء وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاء وَكَانَ وَعْدُ رَبِّي حَقًّا "(Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin vədi yetişən vaxt onu dağıdıb hamarlayar. Rəbbimin vədi haqdır.»” Nöqtələr Zül-Qərneynin tikdiyi sədd bəzilərinin iddia etdiyi kimi Çin səddi deyil. Çünki həmin sədd dəmir və mislə düzəlmişdi. Qafqaz ərazisində yaxınlığında çay axan dəmir bir sədd tapılmışdır. Bu səddin həmin sədd olduğu daha inandırıcı görünür.(Bax: "İsra”, 72.) Bildirişlər 1. İlahi insanlar heç vaxt qürrələnmir və Allahın rəhmətindən yardım aldıqlarını bilirlər. 2. Bütün səylər, dəyişikliklər bəşəriyyətin tərbiyəsi və inkişafı üçündür. Bu məqsəd ayədə 3 dəfə təkrarlanır. 3. Allahın rəhmət və rübubiyyəti bir-birinə bağlıdır. 4. Asayiş ilahi rəhmətdir. Adı çəkilən sədd xalqın əmniyyəti üçün tikilmişdi. 5. İş və səyin ilahiliyi, ciddilik, xalqın həmkarlığı, müdiriyyət və sənət, uca məqsədlər - bütünlüklə ilahi lütflər məcmuəsidir. 6. Xalqın asayişini təmin etməklə daha yaxşı təbliğ və dəvət etmək olar, eləcə də, digər işlər üçün zəmin yaranar. Zül-Qərneyn səddi başa çatdırdıqdan sonra xalqı yaranış və məadla tanış etdi. 7. Qiyamət astanasında hər şey xarab olar. 8. Allahın iradə və qüdrəti qarşısında insanların ən möhkəm qalaları davamsızdır. 9. İlahi insanlar Allahın lütfünə istinad edərək gələcəkdən xəbər verirlər. 10. İşin möhkəm görülməsini Allahın övliyalarından öyrənmək lazımdır. Onlar qiyamət astanasınadək yerində dayanası sədd düzəldirlər. 11. Həm dünya işlərini nöqsansız və möhkəm yerinə yetirmək, həm də ilahi qüdrəti danıb fərdi gücün puçluğunu unutmamaq lazımdır. 12. İlahi rəhbərlər insanların həm dünyasını abad edir, həm də onların diqqətini axirətə yönəldirlər. وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًا "Həmin gün (dünyanın sonunda) dalğa tək bəziləri bəzilərinə qatışsın deyə onları boşlayarıq. Sur üfürüldüyü vaxt hamını bir yerə toplayacağıq.” وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَافِرِينَ عَرْضًا "Həmin gün cəhənnəmi necə lazımsa kafirlərə göstərəcəyik.” الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاء عَن ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا "O kəslər ki, gözlərində Mənim zikrimdən qəflət pərdəsi vardı və (təəssüb və inadkarlıq səbəbindən) eşitmək gücündə deyildilər.” Nöqtələr Uyğun ayəni "Ənbiya” surəsinin 96-cı ayəsi ilə yanaşı qoysaq məlum olar ki, Yəcuc və Məcuc qövmü məsələsi qiyamətə aiddir və həmin gün üçün bir müqəddimədir. Yəni qiyamətdən öncə Yəcuc və Məcuc qövmü özbaşına buraxılar və dalğa tək yayılıb gedər. İmam Rzadan (ə) "gözlərində mənim zikrimdən qəflət pərdəsi” ayəsinin təfsiri haqqında soruşulduqda həzrət buyurdu: ”Ayədə zikr” dedikdə Əli ibn Əbi-Talib (ə) nəzərdə tutulmuşdur.(Bax: "Kəhf”, 104. ) 101-ci ayədə göz və qulaq dedikdə mərifət, bəsirət və agahlıq nəzərdə tutulmuşdur. Söhbət qəlb gözü və qəlb qulağından gedir. Quranda korluq bəzən qəlbə aid edilir.("Təfsire-Əbul-Fütuh.”) Bildirişlər 1. Harada asayiş varsa, o asayiş Allahın lütfüdür. Xalq bir an özbaşına buraxılsa dünya bir-birinə dəyər. 2. Zül-Qərneyn səddinin uçulması qiyamət nişanələrindəndir. 3. Qiyamətdən öncə bəzi qövmlər yer üzündə hərc-mərclik yaradar. Amma həzrət Mehdinin (ə) zühuru ilə yer üzü islah olar. 4. İnsan daha çox göz və qulaqla xəbər tutur. Onların gözündə pərdə vardı və qulaqlarında haqqı eşitmək gücü yoxdur. Onlar haqqı anlamırdılar. Axı zikr gözlə görünəsi deyil. 5. Əslində eşitmə qabiliyyəti olan insan o qədər alçalır ki, onda haqqı eşitmək gücü qalmır. 6. Cəhənnəm kafirlərin dünyadakı əməllərinə və tərsliklərinə görə onlara göstərilir. أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَن يَتَّخِذُوا عِبَادِي مِن دُونِي أَوْلِيَاء إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا "Yoxsa küfr edənlər elə güman etdilər ki, Mənim yerimə bəndələrimimi himayəçi götürsünlər? Şübhəsiz, Biz cəhənnəmi kafirləri qarşılamaq üçün hazırlamışıq.” Nöqtələr Bu ayələrdə kafirlər belə təsvir olunur: Qəlbi kor, Allah əvəzində bəndələrə bəndəlik, cəhalət və təəssüb(Təfsire-Məcməül-bəyan”. ) "Nuzul” dedikdə düşəcək yer və ya qonağın qarşıladığı ilkin şey nəzərdə tutulur. Bildirişlər 1. Şirk və müşriklərin digər etiqadları xülyadan başqa bir şey deyil. 2. Allahdan savay istənilən bir kəs məxluq və Allahın bəndəsidir. Allahın əvəzinə məxluqa necə üz tutmaq olar?! 3. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək küfrdür. 4. Cəhənnəm bu gün də mövcuddur. İlahi əzab ciddi və qətidir. 5. Küfrün cəzası cəhənnəmdir. قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا "De ki, sizə insanların ən ziyankarı haqqında xəbər verimmi?” الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا "O kəslər ki, dünya həyatındakı səyləri puça çıxar. Halbuki yaxşı iş gördüklərini zənn edirdilər.” Nöqtələr Rəvayətlərdə bu ayənin Həzrət Əlinin (ə) vilayətini inkar edənlərə, vacib həcc vəzifəsini bu gün-sabaha salanlara aid edilir.(Bax: "Bəqərə”, 90. ) Həzrət Əli (ə) buyurur: "Ayədə ilk öncə haqq yolda olmuş, sonra dində bidətə yol verib yaxşı iş gördüyünü düşünən kitab əhli nəzərdə tutulur.” Sonra imam əlavə edir: "Nəhrəvanlılar onlardan geri qalmaz.”("Bəqərə”, 16. ) İmam Hüseyn (ə) "Ərəfə” duasında deyir: "Pərvərdigara! Yaxşılıqlarımız pislikdir, həqiqətlərimiz iddiadan başqa bir şey deyil.” Faydalar bir-birindən fərqlənib müxtəlif dərəcəli olduğu kimi, zərərlərin də fərqli mərhələləri var; pis müamilə(Bəqərə”, 175. ); qazancsız müamilə(Əsr”, 2. ); xəsarət” adlanan zərər("Nisa”, 119. ); zərər-ziyanda qərq olmaq("Kəhf”, 103. ); böyük və aşkar xəsarət(Qariə”, 6, 9. ); hər tərəfli xəsarət.(Təfsire-Məcməül-bəyan”.) Ziyankarlar bir neçə dəstəyə bölünür: yaxşı iş görməyənlər, yalnız dünya üçün çalışanlar, düzgün iş görmədiyini bilib çalışanlar, ziyanda olduğu halda fayda götürdüyünü güman edənlər. İlk üç dəstə tövbə edib düzəlmək, pislikləri aradan qaldırmaq barədə düşünə bilər. Dördüncü dəstə isə heç vaxt çıxış yolu axtarmadığından ən pis dəstədir. Dünyanın halal ləzzətlərini özlərinə haram etmiş məsihi rahibləri belədir. Onlar peyğəmbərlər tərəfindən də tənqid olunur. Riyakar zahidnümalar da dördüncü dəstəyə nümunə ola bilər. Yanlış əqidədə olub, batil üzərində möhkəm dayananlar hər tərəfli ziyan içindədirlər. Çünki hər bir işin düzgün dəyərləndirmə meyarı düzgün məqsəddir. Quran xülya və əsassız gümanlardan qaynaqlanan hesab və qənaətləri tənqid edir. Bildirişlər 1. Peyğəmbərə insanların həqiqi fayda və zərərini bəyan etmək əmr olunub. 2. Ən yaxşı təlim-tərbiyə üsullarından biri sorğu-sualdır. 3. İnsan üçün öz zərərindən xəbərsizlik təhlükəsi var. 4. Əməl zahirdə başa çatsa da, əslində məhv olub getmir. 5. Zənn-gümana əsaslanmayaq, həqiqətpərəst olaq. أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا "Onlar Rəbblərinin ayələrini və Onunla (qiyamətdə) görüşü inkar edənlərdir. Belə ki, işləri puça çıxdı. Biz qiyamətdə onlar üçün mizan qurmayacağıq. (Çünki yalnız dəyərli işlərin ölçüyə ehtiyacı var.)” ذَلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا "Bu səbəbdən də onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər, Mənim ayələrimi və mələklərimi məsxərəyə qoydular.” Nöqtələr Lüğətdə "həbt” dedikdə heyvanın zəhərli ot yeyib, köpməsi nəzərdə tutulur. Bu hal onun ölümü ilə nəticələnə bilər. Onu zəhərlənib və qarnı şişmiş halda görənlər sağlam və ətli heyvan olduğunu düşünərlər. Elə bu səbəbdən də insanın əməllərinin puça çıxması "həbt” adlandırılmışdır. Bu hala düşmüş insan günahlar vasitəsi ilə zəhərlənmişdir və məhv olmaq astanasındadır. Qiyamətdə insanlar üç dəstədir: yaxşı olduqlarından mizana ehtiyac duymayanlar, pis olduqlarından mizana ehtiyac duymayanlar, əməlləri hesaba çəkiləsi orta dəstə.(Təfsire-Dürrül-Mənsur”. ) Bildirişlər 1. Allahın inkarı əməllərin puça çıxması səbəbidir. Puça çıxan şeyin isə çəkisi olmur. 2. Allah yanında haqqın çəkisi var, batil isə puç və çəkisizdir. 3. İnsanın aqibəti onun əməllərindən asılıdır. 4. İlahi ayələrin, peyğəmbərlərin məsxərəsinin və küfrün sonu cəhənnəmdir. إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا "Şübhəsiz, iman gətirib saleh işlər görənlər üçün Firdovs behişti qəbul yeridir.” خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا "Orada əbədidirlər və yerlərini dəyişmək istəməzlər.” Nöqtələr Həzrət Peyğəmbər (s) buyurur: "Behiştin yüz dərəcəsi var və onların ən üstünü Firdovsdur. Dua edərkən Allahdan Firdovs istəyin.”("Təfsire-Məcməül-bəyan”. ) Bildirişlər 1. İman və saleh əməl behişt nemətlərinə çatmaq şərtidir. 2. Tərbiyədə xəbərdarlıqla yanaşı müjdə, mükafatla yanaşı əzab yer tutmalıdır. Bir neçə ayə öncə kafirlərin cəhənnəmdə qəbul vasitəsi bəyan oldu. Burada isə möminlərin qəbul vasitəsi olan Firdovs haqqında danışılır. 3. İnsan bir yerdə çox qaldıqda yorulur. O daha yaxşı yer gördükdə həmin yerə köçmək istəyir. Amma behişt əhli əbədi behiştdə heç vaxt yerlərini dəyişməyi arzulamırlar. قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا "De ki, əgər dəniz Rəbbimin kəlmələri üçün mürəkkəb olsa, Onun kəlmələri sona çatmamış dəniz sona çatar. Başqa oxşar dəniz köməyə gətirsən də!” Nöqtələr "Midad” dedikdə mürəkkəbə qatılan cövhər nəzərdə tutulur. Qələm kağız üzərində onun köməyi ilə yazır. "Rəbbin kəlmələri” dedikdə ya vədlər və yaranmışlar, ya hikmətlər və məfhumlar, ya vəhy və ya Allahın hər hansı nişanəsi nəzərdə tutulur. Demək, hər bir zərrə, atom, hüceyrə Rəbbin kəlmələrindən biridir. Bildirişlər 1. Allahın sonsuz nişanələri var. İnsan bu nişanələri hətta saymağa və qeyd etməyə belə acizdir. 2. İstənilən bir hadisə Rəbbin nişanəsi və kəlməsidir, insanın inkişaf və tərbiyəsinə yönəlmişdir. قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا "De ki, həqiqətən, mən sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin məbudunuz yeganə məbuddur. Rəbbinin görüşünə ümid və imanı olan kəs saleh iş görsün və kimsəni ibadətdə Rəbbinə şərik qoşmasın.” Nöqtələr Nöqtələr Bu ayədə həm tövhid, həm nübuvvət, həm məad, həm ilahi rəhmətə ümid, həm ona çatmaqda səy, həm də əməldə ixlas mövzularına toxunulmuşdur. Bu səbəbdən Peyğəmbər (s) buyurur: "Ümmətimə yalnız "Kəhf” surəsinin son ayəsi nazil olsaydı, onlar üçün yetərdi.”("Təfsire-nurus-səqəleyn”. ) Bir çox rəvayətlərdə bu ayə ilə bağlı ixlasın əhəmiyyətindən, riya təhlükəsindən, gizli şirkdən söz açılır. İmam Rza (ə) Məmunu qulamının tökdüyü su ilə dəstəmaz alan vəziyyətdə görüb bu ayəni tilavət etdi və ona anlatdı ki, dəstəmaz və digər ibadi işlərdə başqasından yardım almaq şirkdir və əməli batil edir.("Təfsire-Məcməül-bəyan”. ) Hədisdə deyilir: Hər kəs yatmazdan qabaq bu ayəni oxusa, istədiyi saatda yuxudan oyanar.("Təfsire-Məcməül-bəyan”.) Bildirişlər 1. Özümüzü necə varıqsa, elə də tanıtdıraq. Peyğəmbərlər özlərini bəşər sayırdılar. 2. İnsan nəslindən olmaq peyğəmbərlik şərtidir. Peyğəmbər əməldə başqa insanlara nümunə göstərməlidir. 3. İlahi rəhbərlər mübaliğələrin qarşısını almalıdırlar. 4. İlahi iş üçün hətta ilahi mükafata ümid də bəs edər. Buna yəqinlik olmasa da eybi yoxdur. 5. İnsanda ümid ötəri yox, daimi halda olmalıdır. 6. Əməlsiz ümid səmərəsizdir. 7. Ölüm hamı üçün labüddür. Amma Allahla görüş arzusunda olmaq daha dəyərlidir. 8. Şirk istənilən bir şəkildə qadağandır. 9. İş üç baxımdan dəyərli olur: işin özü, işi görən və işin məqsədi. Bu ayədə hər üç cəhət qeyd olunmuşdur. 10. Bu ayə həm ilahilik, həm də rübubiyyət və ibadət baxımından tövhidi bəyan edir. |