İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    "MƏRYƏM” SURƏSİ
    (19-CU SURƏ, 98 AYƏ)
    On altıncı cüz
    "MƏRYƏM” SURƏSININ SIMASI
    98 ayədən ibarət olan "Məryəm” surəsi Quranın 19-cu surəsidir və Məkkədə nazil olmuşdur. (Bəziləri bu surənin 58-ci və 71-ci ayələrinin Mədinədə nazil olduğunu bildirirlər.)
    Surə digər Məkkə surələri kimi qiyamət, günahkarların taleyi, yaxşı əməl sahiblərinin mükafatı, Zəkəriyyanın, Məryəmin, İsa ibn Məryəmin, Yəhyanın, İbrahimin, İsmailin və İdrisin əhvalatları mövzularından təşkil olunmuşdur.
    "Əl-mizan” təfsirində oxuyuruq: "Allah bu surənin son iki ayəsində buyurur: "Bu surəni müjdə və xəbərdarlıq məqsədi ilə nazil etdik” və bu məqsəd peyğəmbərlərin həyatından danışan gözəl dastanlar formasında izlənilmişdir.
    Quranda 34 dəfə Məryəmin adı çəkilir. Allah Quranda Məryəmdən savay heç bir qadının adını xüsusi zikr etməmişdir. Qadın adı ilə adlandırılmış yeganə surə "Məryəm” surəsidir.
    Surənin tilavətinin (oxunmasının) fəziləti haqqında qeyd olunur ki, bu surəni ardıcıl şəkildə oxuyan şəxs Allah tərəfindən can, mal və övlad baxımından ehtiyacsız edilməmiş dünyadan getməz.("Təfsire-nümunə”.)
    Şübhəsiz, bu surənin göstərişlərinə əməl etməklə insan özünü başqalarından ehtiyacsız görəsidir.
    بسم الله الرحمن الرحيم
    BAĞIŞLAYAN VƏ MEHRIBAN ALLAHIN ADI ILƏ
    AYƏ 1-2:
    كهيعص ذِكْرُ رَحْمَةِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا
    "Kaf, ha, ya, əyn, sad; (bu surədə) Rəbbinin Öz bəndəsi Zəkəriyyaya lütfü yad olunur.
    AYƏ 3:
    إِذْ نَادَى رَبَّهُ نِدَاء خَفِيًّا
    "O zaman ki, öz Rəbbini gizli bir nida ilə çağırdı.”
    Nöqtələr
    "Kaf, ha, ya, əyn, sad” hərfləri Quranın müqəttəə hərflərindəndir və onlarda bir rəmz var. Bəzi dualarda Allahı bu hərflərə and verərək deyirik: "Kaf, ha, ya, əyn, sad haqqında”. Həzrət Əli (ə) də öz duasında Allahı bu hərflərə and verərək çağırır.(Təfsire-Məcməül-bəyan”.)
    "Nida” dedikdə uca səslə çağırış başa düşülür. "Xəfiyya” asta yox, gizli mənasını bildirir. Çünki belə bir nida ahəstə yox, gizli ola bilər.("Təfsire-fi zilalil Quran”. )
    Ola bilsin ki, Zəkəriyya xalqın ona istehza edəcəyindən çəkinərək gizli dua etmişdir. Xalq deyə bilərdi ki, nə üçün bu qoca kişi Allahdan övlad istəyir?!
    "Zəkəriyya” adı Quranda yeddi dəfə zikr olunur. Zəkəriyya Bəni-İsrail peyğəmbərlərindən, Musanın qardaşı Harunun övladlarından biri olmuşdur.
    Hədisdə deyilir: "Ən üstün dua gizli duadır.("Təfsire-nurus-səqəleyn”.)
    Bildirişlər
    1. Allahın xüsusi nemətlərindən yada salınması ilahi məhəbbət amilidir.
    2. Allah övliyalarının zikri bir dəyərdir.
    3. İbadət və dua rəhmət əldə etmək üçün zəmindir.
    4. Bəşər həyatındakı dəyişikliklərdə duanın rolundan qəflətdə qalmayaq. Peyğəmbərlər də öz çətinliklərinin həlli üçün duaya müraciət etmişlər.
    5. Mömin insan heç vaxt tənhalıq hiss etmir.
    6. Əgər Allah istəsə, Öz xalis bəndələrinin məxfi nidasını tarix üçün aşkarlayar.
    7. Gizli dua ixlas halına yaxın olduğundan daha dəyərlidir.
    AYƏ 4:
    قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُن بِدُعَائِكَ رَبِّ شَقِيًّا
    "(Zəkəriyya) dedi: "Pərvərdigara, həqiqətən, sümüyüm süstləşmiş, başım qocalıq şöləsindən ağarmışdır. Pərvərdigara! Mən heç vaxt Sənə duada əli boş qalmamışam.”
    AYƏ 5:
    وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِن وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا
    "Həqiqətən, mən özümdən sonra yaxınlarıma görə qorxuram. Zövcəm sonsuzdur, Öz tərəfindən mənə bir canişin əta et.”
    Nöqtələr
    Sonsuz kişi və ya qadın "aqir” adlanır. "İştial” dedikdə odun şölələnib yayılması nəzərdə tutulur. "Vəş təələr-rəsu”, yəni başımda tüklərin ağlığı alov tək şölələnib yayılmışdır.
    "Ali-İmran”, surəsinin 38-ci ayəsində Zəkəriyyanın Allahdan pak bir övlad istəməsi nəql olunur. Həmin ayədən məlum olur ki, bu ayədə "vəliyyən” deyərkən öz atasına canişin olacaq saleh övlad nəzərdə tutulur.
    Bəzən duada Allahla bəndə arasındakı rabitə o qədər sıx olur ki, "ya Rəbb” əvəzinə sadəcə "Rəbbi” deyə müraciət olunur.(Bax: "Ğafir”, 53. "Nəml”, 16.)
    İmam Sadiq (ə) buyurur: "Zəkəriyya əmisi və əmioğlanlarına görə nigaran idi.”("Təfsire-kəbire-Fəxr Razi”)
    Bildirişlər
    1. Duada "Rəbbi” sözündən faydalanaraq, öz zəifliklərimizi sadalayaq, Allahın nemət və lütflərini zikr edək. Yalnız bundan sonra istəyimizi dilə gətirək.
    2. Sümüklər insan bədəninin sütunlarıdır. Sümüklər zəiflədikdə bütün bədən zəifləyir.
    3. Mömin heç vaxt Allahın rəhmətindən ümidini üzmür. (Zəkəriyya pir çağında Allahdan övlad istəyir.)
    4. Ümidsiz insan bədbəxtdir. Amma ilahi insanlar ən çətin şəraitdə də ümidlərini itirmirlər.
    5. İlahi insanlar varisin pisliyindən qorxurlar.
    6. İlahi dünya görüşündə Allahın iradəsi təbii amillərə hakimdir.
    7. Allah insanın istəklərini bilsə də, dua və yalvarışda ruhi aramlıq, təvazö, bəndəlik, Allaha həmd-səna kimi bərəkətlər var.
    8. Övlad Allah tərəfindən bir hədiyyədir.
    9. Ümidinizi itirib sonsuz arvadı rədd etməyin.
    10. Əbədilik istəyi bəşəriyyətin fitrətindədir. İnsan unudulmaqdan, nəslinin kəsilməsindən nigarançılıq duyur.
    11. İnsanın nigarançılıqlarından biri onun sonsuzluğudursa da, Allahın övliyaları övladı daha çox mənəvi məqsədlərin davamı üçün istəmişlər.
    AYƏ 6:
    يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا
    "(Pərvərdigara! Mənə elə bir canişin əta et ki,) mənə və Yaqub nəslinə varis olsun. Pərvərdigara! Onu bəyənilmiş qərar ver.”
    AYƏ 7:
    يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَى لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا
    "(Allah-təala buyurdu:) Ey Zəkəriyya! Biz səni Yəhya adlı bir oğlan övladı ilə müjdələyirik. Əvvəllər kimsəyə onun adını qoymamışıq.”
    AYƏ 8:
    قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا
    "(Zəkəriyya) dedi: «Pərvərdigara! Zövcəm sonsuz, mən isə qoca və zəif ikən oğlum necə ola bilər?»”
    Nöqtələr
    Quran ayələrində irs dedikdə bəzən elm, bəzən hökumət nəzərdə tutulur.("Təfsire-nurus-səqəleyn”.) Amma xüsusi bir dəlil olmadıqda irs sözü mal-mülk kimi başa düşülməlidir. Hazırkı ayələrdə "yərisuni” dedikdə atadan irs ötürən övlad nəzərdə tutulur.("Təfsire-kəbire-Fəxr Razi”)
    Peyğəmbər (s) buyurmuşdur: "Allahın mömin bəndələrinin mirası atanın ölümündən sonra Allaha ibadət edəsi saleh övladdır.” Sonra həzrət bu ayəni tilavət buyurdu.("Təfsire-Məcməül-bəyan”. "Bihar”, c. 14, s. 176)
    "Rəziyy” sözü həm Allahın, həm də xalqın sevimlisi olmaq mənasını bildirir. Allahın insandan və insanın Allahdan razılığı məqamların ən üstünü və ən əzəmətlisidir.
    "Min qəblu səmiyya” cümləsi iki cür anlaşıla bilər: Həmin vaxtadək kimsəyə Yəhya adı qoyulmamışdır və ya bu sayaq xüsusiyyətlərə malik şəxsiyyət olmamışdır.
    "İtiyya” dedikdə həddi keçmək başa düşülür və qocalıq səbəbindən qəddi qurumuş şəxs belə adlandırılır.
    Zəkəriyya soruşur ki, onlar cavanlaşacaqlar, yoxsa elə pir yaşında övlad sahibi olacaqlar?(Təfsire-Əl-mizan”. ) Bəli, peyğəmbərlərin də biliyi məhduddur. Nəyəsə təəccüb etmələri onların peyğəmbərlik məqamına zidd deyil.
    İmam Baqir (ə) buyurur: "Övlad müjdəsindən Yəhyanın dünyaya gəlişinədək beş il vaxt ötdü.(Təfsire-Əl-mizan”. )
    Bildirişlər
    1. Peyğəmbərlərin müqəddəsliyi ilə övlad istəyi kimi fitri meyllər arasında ziddiyyət yoxdur.
    2. Peyğəmbər yolunu izləmək mənəvi bir dəyərdir.
    3. Peyğəmbərlər də adi insanlar kimi irs qoyur.
    4. İlahi insanlar hətta maddi ehtiyaclarına münasibətdə mənəvi dəyərlərə diqqət yetirirlər.
    5. Allahın razılığına səbəb olmuş övlad rəhmətdir.
    6. Övladın salehliyi və yaxşılığı üçün o, nütfə halına düşməmiş dua etmək lazımdır.
    7. Allahdan saleh övlad istəyək.
    8. Ad qoyulması sadə bir məsələ deyil. Bəzi adlar Allah tərəfindən nazil olmuşdur. (Ad əqidə və mədəniyyət, əlaqə və bağlılıq, məqsəd və amil, baxışların nişanəsidir.)
    9. Sonsuz kişilər və qadınlar Allahın lütfündən məyus olmasınlar.
    10. Övladın oğlan və ya qız olması Allahın əlindədir.
    AYƏ 9:
    قَالَ كَذَلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًا
    "(Vəhy mələyi dedi:) «Elədir, amma Rəbbin buyurdu ki, bu iş Mənim üçün asandır. Bundan öncə səni heç nə ikən yaratdım.”
    AYƏ 10:
    قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا
    "(Zəkəriyya) dedi: «Pərvərdigara! Mənim üçün bir nişanə müəyyən et.» (Allah) buyurdu: «Üç gecə-gündüz xalqla danışa bilməyəcəyin sənin nişanəndir.»”
    Nöqtələr
    Allah hər işə qadirdir və bütün işlər Onun üçün asandır. Bu nöqtəyə "Hədid” surəsinin 22-ci, "Təğabun” surəsinin 7-ci, "Bəqərə” surəsinin 20-ci və 106-cı, "Kəhf” surəsinin 45-ci ayələrində də işarə olunmuşdur.
    Ərəblər arasında gecə dedikdə, bəzən sutka nəzərdə tutulur.(Bəqərə”, 260.) "Ali-İmran” surəsinin 41-ci ayəsində gün, hazırkı ayədə gecə sözləri işlədilmişdir. Çünki gecə və gündüz bəzən bir-birinin yerinə zikr olunur.
    "Təfsire-Məcməül-bəyan”, "Təfsire-Təbəri”, "Təfsire-Əl-mizan” kitablarında həzrət Zəkəriyya haqqında deyilir: "İlahi ayələrin tilavəti və Allahın zikri zamanı onun dili açılırdı, amma xalqla danışarkən dili bağlanırdı.”
    Həzrət Zəkəriyya haqqı batildən, ilahi vəhyi şeytani təlqinlərdən fərqləndirmək üçün Allahdan nişanə istədi.("Təfsire-ətyəbul-bəyan”. )
    Bildirişlər
    1.Təbiət qanunları və maddi səbəblər heç vəchlə Allahın qüdrətini məhdudlaşdırmır.
    2. Yaranış və hadisələr haqqında təfəkkür Allahın qüdrəti ilə bağlı bütün şəkk-şübhələri aradan qaldırır.
    3. Peyğəmbərlər yəqin mərtəbəsindən də uca bir mərhələyə çatmaq fikrində olmuşlar. İbrahim Allahdan qəlb əminliyi yaradacaq nişanə istəyir.("Ənbiya”, 107, "İsra”, 82, "Fəth”, 29. ) Zəkəriyya da Allahdan xüsusi bir nişanə diləyir.
    4. Bizim bütün hərəkətlərimiz Allahın iradəsindən asılıdır. Allah istəməsə, sağlam olduğumuz halda danışa bilmərik.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-26)
    Views: 1042 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024