İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    "YUSUF” SURƏSİ
    (12-Cİ SURƏ, 111 AYƏ)
    On iki, on üçüncü cüzlər
    "YUSUF” SURƏSİNİN SİMASİ
    111 ayədən ibarət olan "Yusuf” surəsi Məkkədə nazil olmuşdur. Həzrət Yusifin adı Quranda 27 dəfə zikr olunmuşdur. Bunlardan 25-i "Yusuf” surəsindədir. Bu surənin ayələri bir-birinə bağlı şəkildə və bir neçə yığcam, cazibəli hissədə həzrət Yusifin uşaqlığından Misirin dövlət xəzinədarı məqamınadək olan ömrü, iffət və paklığı, ona qarşı qurğuların puça çıxması və Allahın bir sıra cilvələri bəyan olunur.
    Digər peyğəmbərlərin əhvalatı müxtəlif surələrdə nəql olunduğu halda, həzrət Yusifin əhvalatı yalnız bu surədə zikr olunmuşdur. Həzrət Adəm və Nuhun hər birinin əhvalatı 12 surədə, həzrət İbrahimin əhvalatı 18 surədə, həzrət Salehin əhvalatı 11 surədə, həzrət Davudun əhvalatı 5 surədə, həzrət Hudun və Süleymanın hər birinin əhvalatı 4 surədə, həzrət İsa və Zəkəriyyanın hər birinin əhvalatı 3 surədə nəql olunmuşdur.
    Həzrət Yusifin əhvalatı Tövratda da yaranış kitabının 37-ci – 50-ci fəsillərində də zikr olunur. Amma bu məlumat Qurandakı məlumatla müqayisə olunduqda Quranın fundamentallığı və Tövratın təhrif olunması üzə çıxır. Ədəbi əsərlər arasında da Yusif və Züleyxa dastanının xüsusi yeri var. Nizami Gəncəvinin və Firdovsinin uyğun mövzulardakı əsərlərini nümunə göstərmək olar.
    Digər peyğəmbərlərin əhvalatlarında daha çox onların inadkar müxalifləri haqqında danışılırsa, Yusifin əhvalatında daha çox onun şəxsiyyəti və başına gələn hadisələr nəql edilir.
    Bəzi rəvayətlərdə "Yusuf” surəsinin qadınlara və qızlara təlim olunması qadağan edilir. Amma bəzi nəzər sahiblərinin fikrincə, bu qəbildən olan rəvayətlərin etibarlı sənədi yoxdur. Bu qadağanın səbəbi uyğun əhvalatda Əzizi-Misrin arvadı Züleyxa tərəfindən Yusifə eşqin bəyan olunmasıdır. Hansı ki, Quranda bu əhvalatda mənfi nöqtənin olmadığı bildirilir.
    بسم الله الرحمن الرحيم
    Bağışlaya və mehriban Allahın adı ilə
    Ayə 1:
    الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ
    "Əlif, Lam, Ra; Odur aydınladan kitabın ayələri.”
    Ayə 2:
    إِنَّا أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ
    "Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Ola bilsin ki, düşünəsiniz.”
    Nöqtələr
    Müqəttəə hərfləri haqqında müxtəlif münasibətlər bəyan olunmuşdur. O cümlədən:
    1. Quran, bu ilahi möcüzə hamının ixtiyarında olan əlifba hərflərindən tərtib olunmuşdur.
    2. Həmin hərflərlə başlamış surənin adıdır.
    3. Allaha and növüdür.
    4. Allahla Onun rəsulu arasında rəmzdir.
    Müqəttəə hərflərlə başlamış 29 surədən 24-ündə həmin hərflərdən sonra Quran və onun möcüzəsindən danışıldığını nəzərə alsaq, birinci münasibət daha üstün olar.
    Quran hansı dildə olsaydı, başqaları bu dillə tanış olmalı idi. Onun ərəb dilində nazil olmasının bir sıra məziyyətləri var. O cümlədən:
    a) Ərəb dilində başqa dillərdə mövcud olmayan söz ehtiyatı və qrammatik qaydalar var. Rəvayətlərə əsasən behişt əhlinin dili ərəb dilidir.
    b) Quranın nazil olduğu məntəqənin əhli ərəbdilli idi. Onlara başqa bir dildə xitab olması mümkünsüz sayılır.
    Allah-təala həm Quran, həm də yağış haqqında "nazil oldu” təbirini işlədir. Quranla yağış arasında bir sıra oxşarlıqlar vardır. O cümlədən:
    a) Quran, həm də yağış səmadan nazil olur.
    b) Həm Quran, həm də yağış pakdır.
    v) Quran da, yağış da həyat vasitəsidir.
    q) Hər ikisi mübarək və bərəkət gətirəndir.
    d) Yağış damla-damla, Quran isə ayə-ayə nazil olur (tədrici nüzul).
    Bəziləri iddia edirdilər ki, Peyğəmbərə (s) Quranı başqa millətdən olan bir şəxs öyrətmişdir. Quranın ərəbcə nazil olmasında məqsəd bu iddianın rədd edilməsi ola bilər.
    Bildirişlər
    1. Quran əlimizdəki əlifba hərflərindən tərtib olunmuşdur.
    (Ey inadkarlar,) əgər bacarırsınızsa, siz də bu hərflərdən Quran kimi bir kitab tərtib edin.
    2. Quran yetərincə uca məqama malikdir.
    3. Quran başlanğıcda öz dinləyicisini ayələrinin möhkəmliyindən xəbərdar edib, sonra digər mətləblərin bəyanına başlayır.
    4. Quranın ərəb dilində nazil olması və onun ayələrinin dərk olunması ilə bağlı göstəriş zəruri edir ki, müsəlmanlar ərəb dili ilə tanış olsunlar.
    5. Quran təkcə tilavət və təbərrük üçün yox, əsasən düşünmək və inkişaf etmək üçündür.
    6. Hər hansı yazı aydın, aydınladan, məqsədli və tərbiyəvi olmalıdır.
    7. Quranın nazil olması əbəs deyil. Onun ayələri haqqında düşünmək lazımdır.
    Ayə 3:
    نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَـذَا الْقُرْآنَ وَإِن كُنتَ مِن قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ
    "Biz sənə vəhy etdiyimiz bu Quranla sənin üçün ən üstün əhvalatı danışırıq. Halbuki sən bundan öncə xəbərsizlərdən idin.”
    Nöqtələr
    "Qəsəs” dedikdə həm əhvalatı, həm də onun nəql olunması başa düşülür.
    İnsanın tərbiyəsində hekayə və əhvalat dinləyib xatırlamağın xüsusi yeri var. Çünki əhvalat bir ümmətin həyatının və əməli təcrübəsinin təcəssümüdür. Tarix millətlərin güzgüsüdür. Tarix və keçmişdəkilərlə tanış olduqda sanki onların həyatını yaşayırıq. Həzrət Əli (ə) "Nəhcül-bəlağənin” 31-ci məktubunda oğlu imam Həsənə (ə) buyurur: "Ey oğlum! Mən keçmişdəkilərin başına gələnləri elə mütaliə etmişəm ki, sanki onlarla yaşamışam, onlar qədər ömür sürmüşəm.”
    Hekayə və əhvalatın insana güclü təsir etməsinin bir səbəbi də onun qəlbən hekayəyə meyilli olması ola bilər. Adətən, tarixi kitablar və dastanlar bəşər tarixi boyu rövnəqli olmuş, əksər insanlar tərəfindən başa düşülmüşdür. Hansı ki, əqli dəlillərlə müşayiət olunan mövzuları az insanlar anlayır.
    Rəvayətlərdə Quran bütövlükdə "əhsənul-qəsəs”, yəni "əhvalatların gözəli” adlandırılır. Səmavi kitablar arasında Quranın, Quran surələri arasında bu surənin "əhsənul-qəsəs” adlandırılmasında heç bir təzad yoxdur.
    Quran əhvalatlarının digər əhvalatlarla bir sıra fərqləri var. O cümlədən bu əhvalat Allah tərəfindəndir, məqsədlidir, xəyal yox, həqiqətdir, güman yox, elmə əsaslanır, əyləncə yox, düşüncə vasitəsidir, baş qatmaq yox, ibrət üçündür.
    Həzrət Yusifin əhvalatının "əhsənül-qəsəs” adlandırılmasının səbəbləri var:
    1. Əhvalatların ən mötəbəridir;
    2. Bu əhvalatda ən böyük cihad olan nəfslə cihaddan danışılır;
    3. Əhvalatın qəhrəmanı bütün insani kamilliklərə malik bir gəncdir (səbr, iman, təqva, iffət, əmanətdarlıq, hikmət, əfv, ehsan);
    4. Əhvalatdakı bütün simaların aqibəti xoş olur. Məsələn, Yusif hakimiyyətə çatır, qardaşları tövbə edir, atasının gözü açılır, ölkədə qəhətlik aradan götürülür, qəm və həsəd vüsal və məhəbbətə çevrilir;
    5. Bu əhvalatda bir sıra ziddiyyətlər yanaşı zikr olunur: Ayrılıq və vüsal, qəm və şadlıq, qıtlıq və bolluq. Vəfasızlıq və vəfadarlıq, ağa və qul, quyu və saray, yoxsulluq və var-dövlət, bəndəlik və sultanlıq, korluq və görmə, paklıq və pislikdə ittiham.
    Yalnız ilahi dastanlar yox, Allahın bütün işləri "əhsən”dir. Çünki: O, ən üstün yaradandır; Ən üstün kitaba malikdir; Ən üstün surət verəndir; Ən üstün dinə malikdir; Ən üstün mükafatı verir.
    Bütün bu üstün nemətlər müqabilində Allah insanlardan ən üstün əməli istəmişdir.
    "Qəflət” Quranda üç mə`nada zikr olunur:
    a) Pis qəflət:
    "Həqiqətən, xalqın çoxu Bizim ayələrimizdən qəflətdədir.”
    b) Yaxşı qəflət:
    "Pak və pis işdən xəbərsiz (qəflətdə olan) qadınları zinada ittiham edənlər dünya və axirətdə lənətlənmişlər.”
    v) Təbii qəflət: Hazırkı ayədə nəzərdə tutulan qəflət.
    Bildirişlər
    1. Quran əhvalatlarını Allah bəyan edir.
    2. Əhvalatı danışan (və ya yazan) mötəbər olmalıdır.
    3. Psixoloji və tərbiyəvi baxımdan daha güclü təsir etmək üçün müqəddiməyə yer verilməlidir. (Əhvalata başlamazdan öncə müqəddimə verilir ki, Allah ən gözəl əhvalatı nəql etmək əzmindədir.)
    4. Ən üstün sözlər ən üstün fərdlərin ixtiyarındadır.
    5. Başqalarına nümunə göstərmək üçün ən üstünləri seçib təqdim edək.
    6. Quran əhvalatları ən üstün və ən gözəl şəkildə bəyan edir.
    7. Ən üstün hekayə vəhyə əsaslanmalıdır.
    8. Peyğəmbər (s) vəhy olan məsələləri bilməlidir.
    9. Peyğəmbər (s) ona vəhy nazil olmamışdan öncə keçmişlərin tarixindən xəbərsiz idi.
    10. Quran qəfləti aradan götürür.
    Ayə 4:
    إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَا أَبتِ إِنِّي رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَالشَّمْسَ وَالْقَمَرَ رَأَيْتُهُمْ لِي سَاجِدِينَ
    "O zaman ki, Yusuf öz atasına dedi: "Ey ata! Həqiqətən, mən (yuxuda) günəş və ayla on biri ulduz gördüm. Gördüm ki, onlar qarşımda səcdə edir.”
    Nöqtələr
    Həzrət Yusifin əhvalatı röyanın nəqli ilə başlayır. Əllamə Təbatəbainin "Əl Mizan” təfsirində bəyan etdiyi kimi, Yusifin əhvalatı ona müjdə verən, gələcəyə ümidvar edən bir yuxu ilə başlayır. Məqsəd onu ilahi tərbiyə yolunda səbirli və dözümlü etməkdir.
    Yusif qardaşı Benyamindən sonra dünyaya gəlmişdir. Digər qardaşları başqa anadan olmuşlar. Həzrət Yəqub həzrət İshaqın, həzrət İshaq isə həzrət İbrahimin övladıdır.
    İlahi övliyaların yuxusu fərqlidir. Bəzən bu yuxular həzrət Yusifin yuxusu kimi təbir olunmalıdır və həqiqətdir. Həzrət İbrahimin yuxusu da belə idi. Ona yuxuda əmr olunmuşdu ki, oğlu İsmaili zibh etsin.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 858 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024