İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 38:
    وَاتَّبَعْتُ مِلَّةَ آبَآئِـي إِبْرَاهِيمَ وَإِسْحَقَ وَيَعْقُوبَ مَا كَانَ لَنَا أَن نُّشْرِكَ بِاللّهِ مِن شَيْءٍ ذَلِكَ مِن فَضْلِ اللّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُونَ
    "Atalarım İbrahim, İshaq, Yəqubun ayinlərinə tabe olmuşam. Bir şeyi Allaha şərik qoşmaq bizə layiq deyil. Bu, Allahın bizə və xalqa olan fəzlidir. Amma xalqın çoxu şükür etməz.”
    Nöqtələr
    Ailə bünövrəsi şəxsiyyətin tərbiyəsinə təsir göstərdiyi kimi, xalqın qəbuluna da təsir göstərir. Həzrət Yusif özünü tanıtdırarkən Allahın peyğəmbəri olmuş ata-babalarını yada salır. Bununla da həm ailə bünövrəsini nəzərə çatdırır, həm də dəvətinin müqəddəsliyini. İslam Peyğəmbəri (s) də özünü bu sayaq tanıtdırmışdır. O buyururdu: "Mən ad və nişanım Tövrat və İncildə qeyd olunmuş həmin dərs oxumamış peyğəmbərəm.” İmam Hüseyn (ə) Kərbəlada, imam Səccad (ə) Şam əhli qarşısında özlərini belə tanıtdırırlar: "Biz Fatimə (s) övladlarıyıq.”
    ”Millət” sözü Quranda ayin mənasında işlədilmişdir. "İbrahimin milləti” dedikdə İbrahimin ayini nəzərdə tutulur. Bu ayinin siması belə təsvir olunur: "Bütün gücünüzlə Allah yolunda vuruşun, namaz, zəkat əhli olun və Allaha bağlanın. Dində heç bir çətinlik yoxdur, Allaha təslim olun, budur atanız İbrahimin ayini.”
    Bildirişlər
    1. Yalnız batili tanımaq və tərk etmək sayəsində haqqa çatmaq olar.
    2. Baba da ata hökmündədir. "Əb” dedikdə baba da nəzərdə tutula bilər.
    3. Peyğəmbərlər pak ailədən olmalıdırlar.
    4. Peyğəmbərlərin vahid hədəfi olmalıdır.
    5. Həzrət Yusif ilk dəfə zindanda öz əsl-nəsəbini bildirdi.
    6. Mənfi yollarla yanaşı müsbət yolu da göstərək.
    7. Atalar haqq və tövhid yolunda olmuşsa, onların yolunu davam etdirmək olar.
    8. Peyğəmbərlərin ata-babası müşrik olmamışdır.
    9. Şirkdən çəkinmək və onunla mübarizə ilahi dinlərin əsasıdır.
    10. Şirk bütün hallarda mənfurdur.
    11. Şirkdən çəkinmək və tövhidə üz tutmaq üçün ilahi tövfiqə (yardıma) ehtiyac var.
    12. Peyğəmbərlərin təlimi ilahi bir nemətdir və bu nemətə görə şükür etmək lazımdır.
    13. Peyğəmbərlik və hidayət Allahın bütün bəşəriyyət üçün nəzərdə tutulmuş tövfiqi və fəzlidir.
    14. Çoxluq düzlüyü və haqlılığı göstərmir.
    15. Peyğəmbər yolundan üz döndərmək ən böyük naşükürlükdür.
    Ayə 39:
    يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللّهُ الْوَاحِدُ الْقَهَّارُ
    "Ey mənim iki zindan yoldaşım! Müxtəlif tanrılar yaxşıdır, yoxsa ixtiyar sahibi olan bir Allah?”
    Nöqtələr
    İnsanlar üç qrupdur: Bir dəstə formasını dəyişir. Onlar hava və su kimi düşdükləri qabın formasını alır. Digər bir qrup dəmir və polad kimi möhkəmdir, xarici təsirlərə qarşı müqavimət göstərir. Üçüncü qrup isə başqalarını haqq rənginə boyayan imam və rəhbərlərdir. Yusif üçüncü zümrənin nümunəsidir. O, zindanda da müşrikləri təkallahlığa doğru yönəldir.
    Quranın müxtəlif yerlərində müqayisə və sorğu-sual üsulundan istifadə olunur. Bu üsulun Allaha münasibətdə işlədilmiş nümunələrinə nəzər salaq:
    1. "Allahın əvəzinə seçdiyiniz şəriklərdən yaradıb, sonra geri qaytara biləni varmı?”
    2. "Allaha qoşduğunuz şəriklərdən hidayət edəni varmı?”
    3. "Bir olan Allah hər şeyin Rəbbi olduğu halda Ondan başqasını tanrımı qəbul edim?”
    4. "Allah üstündür, yoxsa Ona qoşulan şəriklər?”
    Bildirişlər
    1. Xalqı məhəbbət və sevgi ilə çağırın.
    2. Fərdlərin fitrətini oyatmaq üçün məhəbbət və ehsan yolundan faydalanın.
    3. İnsan yanaşı əyləşdiyi fərdlər qarşısında da məsuliyyət daşıyır.
    4. Həssas məkan və zamanlardan təbliğ üçün istifadə edin. (Yusif görəndə ki, onun yuxu təbir etməsinə ehtiyac var, bu fürsətdən istifadə edib təbliğə başladı.)
    5. Sual və müqayisə təbliğ və hidayət yollarından biridir.
    6. Tövhidə etiqad imanın əsasıdır. (Yusif öz dəvətinə tövhiddən başladı.)
    7. Çoxsaylı tanrılar təfriqə və pərakəndəlik amilidirlər. Vahid Allah isə vəhdəti təmin edir.
    8. Bəşərin fitrəti təfriqə və parçalanmalardan zara gəlmişdir. Yusif həmin təzahürdən tövhidin isbatı üçün faydalandı.
    9. Vəhdət və birlik qüdrət və qələbə amilidir.
    Ayə 40:
    مَا تَعْبُدُونَ مِن دُونِهِ إِلاَّ أَسْمَاء سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَآؤُكُم مَّا أَنزَلَ اللّهُ بِهَا مِن سُلْطَانٍ إِنِ الْحُكْمُ إِلاَّ لِلّهِ أَمَرَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَعْلَمُونَ
    "Sizin Allahdan başqa ibadət etdikləriniz yalnız sizin və atalarınızın (heç bir əsas olmadan) qoyduğu adlardan başqa bir şey deyil. Allah (onların haqlılığını sübut edən) heç bir dəlil göndərməyib. Allahdan savay kimsənin hökm vermək haqqı yoxdur. O əmr edib ki, Ondan başqasına pərəstiş etməyəsiniz. Bu din möhkəm dayanmışdır. Amma xalqın çoxu bilmir.”
    Bildirişlər
    1. Allahdan savay məbudlar uydurmadır, müşriklər və onların ata-babalarının quramasıdır.
    2. Əksər qüdrətlər, təşkilatlar, müəssisələr, seminarlar, qətnamələr, görüşlər, himayədarlıqlar, məhkumiyyətlər, ünvanlar və adlar əsassızdır və əsrimizin model bütləridir. Bəşəriyyət Allahın əvəzinə bu bütlərə üz tutmuşdur.
    3. Yaşın çoxluğu və qədimlik haqlılıq dəlili deyil.
    4. İnsanın əqidəsi əqli və ya nəqli dəlillərə əsaslanmalıdır.
    5. Allahdan qeyriləri qarşısında boyun əyməyin. Çünki əmr vermək yalnız bir olan Allahın haqqıdır.
    6. Xaliscəsinə ibadət doğru və davamlı yoldur.
    7. İlahi qanunlardan savay bütün qanunlar davamsızdır.
    8. Yalnız möhkəm əqidəyə etimad göstərilməlidir.
    9. Xalqın çoxu Allah dininin möhkəmliyindən xəbərsizdir. (Onlar ya öz cəhalətlərindən xəbərdar bəsit cahillər, ya da öz cəhalətlərindən xəbərsiz mürəkkəb cahildirlər.)
    10. Cəhalət və nadanlıq şirkin meydana çıxması üçün zəmin yaradır.
    Ayə 41:
    يَا صَاحِبَيِ السِّجْنِ أَمَّا أَحَدُكُمَا فَيَسْقِي رَبَّهُ خَمْرًا وَأَمَّا الآخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ الطَّيْرُ مِن رَّأْسِهِ قُضِيَ الأَمْرُ الَّذِي فِيهِ تَسْتَفْتِيَانِ
    "Ey mənim zindan dostlarım! Sizlərdən biriniz (azad olduqdan sonra) öz ağasına şərab içirər, digəri isə dardan asılar. (Darda o qədər qalar ki,) quşlar (dimdikləri ilə) onun başından yeyərlər. Haqqında mənim nəzərimi bilmək istədiyiniz iş qəti və labüddür.”
    Nöqtələr
    "Rəbb” sözü hakim, malik, ağa mənasını bildirir. "Rəbbud-dar” dedikdə "ev sahibi” başa düşülür. "Fəyəsqi rəbbəhu xəmrən”, yəni öz ağasına şərab içirər.
    Bildirişlər
    1. Sizinlə eyni fikirdə olmasalar da, insanlara hörmətlə yanaşın.
    2. Müraciət edənlərə növbə ilə cavab verilməlidir. (Həzrət Yusif daha tez danışılan yuxunu birinci təbir edir.)
    3. Təkallahçı olmayan insanın da yuxuları bəzən mühüm təbirə malik ola bilər.
    4. Xoş xəbəri öncə deyin.
    5. Yuxu xoş olmasa da təbirçi onu təbir edə bilər.
    6. Yusifin yuxu təbiri öngörənlik yox, Allah tərəfindən qəti xəbərdir.
    Ayə 42:
    وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِّنْهُمَا اذْكُرْنِي عِندَ رَبِّكَ فَأَنسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ
    "(Yusif) azad olacağını bildiyi məhbusa dedi: "Ağanın yanında məni də yada sal.” (Amma) şeytan ağasına xatırlatmağı onun yadından çıxardı. Nəticədə (Yusif) neçə il zindanda qaldı.”
    Nöqtələr
    "Zənnə” sözü etiqad və elm mənasında da işlədilmişdir. Çünki ötən ayədə Yusif bir məhbusun azad olunacağı və digərinin edam ediləcəyini qəti şəkildə xəbər vermişdi. Bu səbəbdən də ayədəki "zənn” sözü şübhəli güman mənası kimi başa düşülməməlidir.
    Ondan aşağı ədədlər "bizə” adlanır. Əksər təfsirçilər həzrət Yusifin yeddi il zindanda qaldığını bildirir.
    Bəzi təfsirlərdə "fəənsahuş şeytanu” cümləsi "şeytan Yusifin yadından Rəbbini çıxardı və o, Allahın əvəzində şahın saqisinə üz tutdu” kimi tərcümə olunmuşdur. Belə bir rəftar Yusif üçün "tərki ovla”, yəni yaxşı bir işin tərk olunması sayılır. Bu səbəbdən Yusif sonra da zindanda bir neçə il qaldı. Amma Əllamə Təbatəbai belə yazır: "Bu sayaq rəvayətlər Qurana ziddir. Çünki Quran Yusifi müxlislərdən sayır, şeytan isə müxlislərə nüfuz edə bilmir.” Bundan əlavə, növbəti iki ayədə bildirilir ki, unudan şəxs bir müddət sonra Yusifi yada saldı. Məlum olur ki, unutmaq mövzusu Yusifə yox, saqiyə aiddir.
    Bildirişlər
    1. Peyğəmbərlər də öz problemlərini adi yolla həll edirlər. Bunun tövhid və təvəkküllə heç bir ziddiyyəti yoxdur.
    2. Hər istək rüşvət sayılmamalıdır.
    3. Öz günahsızlığınızı və paklığınızı sübut etmək üçün istənilən sağlam yolla həqiqəti məsullara çatdırın.
    4. Saray həyatı, rifah və asayiş biçarələrin dərd-qəminin unudulması üçün zəmin yaradır.
    5. İnsanlar vəzifəyə, məqam və rifaha çatdıqdan sonra, adətən, keçmiş dostlarını unudurlar.
    6. Yusifin zindandan çıxması və onun üzərindən ittihamın götürülməsi şeytanın oyunlarına uyğun olmadığından, o, qurğu qururdu.
    Ayə 43:
    وَقَالَ الْمَلِكُ إِنِّي أَرَى سَبْعَ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعَ سُنبُلاَتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ يَا أَيُّهَا الْمَلأُ أَفْتُونِي فِي رُؤْيَايَ إِن كُنتُمْ لِلرُّؤْيَا تَعْبُرُونَ
    "(Bir gün) padşah dedi: "Mən yeddi arıq inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbüllə digər yeddi quru sünbül gördüm. Ey qövm başçıları! Əgər yuxu təbir edirsinizsə, yuxum haqqında mənə bir söz deyin.”
    Nöqtələr
    Bu ayəyədək hazırkı surədə dörd yuxu haqqında danışıldı: Yusifin öz yuxusu, məhbusların yuxusu, Misir padşahının yuxusu. Birinci yuxu Yusif üçün çətinlik, digər yuxular isə onun üçün izzət gətirdi. Tövratda deyilir: "Padşah bir dəfə yuxuda gördü ki, arıq inəklər kök inəkləri yeyir və yaşıl sünbüllərin yanında qurumuş sünbüllər var.
    Əzizi-Misrin həmin Misir padşahı, yoxsa başqa bir saray adamı olması ilə bağlı müxtəlif fikirlər var.
    "Rövzeyi-kafi” kitabında deyilir ki, üç növ yuxu var: İlahi müjdə olan yuxu, şeytanın qorxu yaratdığı yuxu, yorğunluq və pərişanlıqdan yaranan yuxu.
    Bildirişlər
    1. Allah zalım bir padşahın yuxu görməsi ilə (bir şərtlə ki, bu yuxunu Yusif təbir etsin) bir milləti qıtlıqdan xilas edir.
    2. Misir padşahı öz heyrətamiz yuxusunu bir neçə dəfə görmüşdü. (Təkrar gerçəkliyin sübutu üçündür.)
    3. Əşya və heyvanların röya aləmində müəyyən simvolları var. (Məsələn, arıq inək qıtlıq simvoludur, kök inək bolluq simvoludur.)
    4. Rəislər və qüdrət sahibləri cüzi acı xatirə ilə (pis bir yuxu ilə) qorxuya düşürlər ki, məbada qüdrət əllərindən alınmış olsun.
    5. Hakimlər də ağıllı insanlarla məşvərətə ehtiyaclıdırlar.
    6. Yuxu təbiri üçün bu işi bilənə müraciət olunmalıdır. Hər adamın təbirinə inanmaq olmaz.
    Ayə 44:
    قَالُواْ أَضْغَاثُ أَحْلاَمٍ وَمَا نَحْنُ بِتَأْوِيلِ الأَحْلاَمِ بِعَالِمِينَ
    "(Padşahın ətrafındakılar) dedilər: "Bunlar qarışıq yuxulardır və biz qarışıq yuxuların təbirini bilmirik.”
    Nöqtələr
    "Zəğs” sözünün cəm forması olan "əzğas” sözü qarışdırmaq, "ziğs” sözü isə qarışıq çubuq dəstəsi mənasını bildirir. "Əhlam” dedikdə qarışıq yuxu nəzərdə tutulur. "Əzğasu əhlam” isə təbirçinin yoza bilmədiyi pərakəndə yuxu mənasını bildirir.
    Bildirişlər
    1. Öz bilməzliyinizə və cəhalətinizə don geyindirməyin. (Saray adamları yuxunun təbirini bilmədiklərindən "şahın yuxusu qarışıqdır” söylədilər)
    2. Bir çox yuxular pərakəndə görünsə də təbir olunur.
    3. İş mütəxəssisə tapşırılmalıdır. (Mütəxəssis yuxunu təbir edir, qeyri-mütəxəssis yuxunu qarışıq sayır.)
    Ayə 45:
    وَقَالَ الَّذِي نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَاْ أُنَبِّئُكُم بِتَأْوِيلِهِ فَأَرْسِلُونِ
    "O iki nəfərdən xilas olan kəs bir müddət sonra (Yusifi) xatırladı və (Əzizi-Misrə) dedi: "Məni (Yusifin ardınca) göndərin, sizi (yuxunun təbirindən) xəbərdar edim.”
    Nöqtələr
    "Ummət” dedikdə insan toplumu nəzərdə tutulsa da, burada həmin söz günlər (müddətlər) mənasında işlədilmişdir.
    Bildirişlər
    1. Yaxşılıq gec ya tez öz təsirini göstərir.
    2. Təkcə ehtiyaclı olanda dostları xatırlamayaq. (Yuxu təbirinə ehtiyac yarandıqda Yusif yada düşdü.)
    3. Məqama çatmaq adətən keçmişi insanın yadından çıxarır.
    4. Başqalarını bir işə yönəldən kəs sanki özü həmin işi görmüşdür.
    5. Yusifin zindan yoldaşı onun təbirinə o qədər inanırdı ki, padşaha öz tərəfindən qəti vəd verdi.
    6. Agah insanları cəmiyyətə tanıtdıraq ki, xalq onlardan bəhrələnə bilsin.
    7. Bəzi mütəxəssislər tənhalığa çəkilir. Onları yaddan çıxarmayın.
    8. Ustadı hüzura gətirmək yox, onun hüzuruna getmək lazımdır.
    Ayə 46:
    يُوسُفُ أَيُّهَا الصِّدِّيقُ أَفْتِنَا فِي سَبْعِ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنبُلاَتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ لَّعَلِّي أَرْجِعُ إِلَى النَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ
    "(Şahın göndərdiyi şəxs zindana daxil olub dedi:) Ey Yusuf! Ey doğru danışan insan! Yeddi kök inəyi yeddi arıq inəyin yeməsi və yeddi yaşıl sünbüllə digər yeddi qurumuş sünbül haqqında bizə bir söz de ki, xalqın yanına qayıdım. Ola bilsin ki, onlar (yuxunun sirrindən) agah olalar.”
    Nöqtələr
    Danışdığı sözü, rəftarı və etiqadı bir-birini təsdiq edən şəxsə "siddiq” deyilir. Yusifin zindan yoldaşı onun söz və rəftarına şahid olduğundan, digər tərəfdən onun təbirlərinin gerçəkliyini gördüyündən Yusifi "siddiq” çağırarmışlar.
    Allah-təala həzrət İbrahimi «siddiq» adlandırmış və onu özünə "xəlil”, dost seçmişdir. Allah Məryəmi "Siddiqə” adlandıraraq seçmişdir. Allah-təala Yusifi də siddiq saymış və ona hər şey əta etmişdir. Allah İdrisi "Siddiq” adlandıraraq ona böyük məqam vermişdir. Siddiq dərəcəsində olmayanlara bu dərəcədən olanlarla yaxınlıq tapşırılmışdır.
    "Siddiq” həzrət Peyğəmbərin (s) həzrət Əliyə (ə) verdiyi ləqəblərdəndir.
    Ayədəki "xəbərdar olalar” ifadəsi, çox ehtimal ki, xalqın Yusifin məqamından xəbər tutmasına işarədir. Yəni "xalqa tərəf qayıdım ki, onlar sənin hansı məqamda olduğunu bilsinlər.”
    Bildirişlər
    1. İstəkdən öncə qarşı tərəfin kamilliyini yada salmaq yaxşı işdir.
    2. Öz istəklərimizlə müsbət keçmişli, siddiq və doğruçu insanlara müraciət edək.
    3.Hökumət alimlərin və mütəxəssislərin biliyinə ehtiyaclıdır.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 728 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024