İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 85:
    قَالُواْ تَالله تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّى تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ
    "(Yəqubun övladları atalarına) dedilər: "And olsun Allaha, sən daim Yusifi düşünürsən. Axır xəstələnib əldən düşəcək, məhv olub gedəcəksən.”
    Nöqtələr
    "Hərəz” eşq və ya qəm-qüssənin üzdüyü insana deyilir.
    Bildirişlər
    1. Yusif kimi insanlar heç zaman unudulmamalıdır. (Allahın övliyaları Nüdbə duasında dövrün Yusifini çağırıb ağlayırlar.)
    2. Nə qədər sevdiyinizi bilmək istəsəniz, onu nə qədər xatırladığınızı nəzərdən keçirin.
    3. Yusifi tanıyan elə yanır ki, adi insanlar onu dərk etmirlər.
    4. Ruhi və psixoloji məsələlər cismə təsir göstərir. (Ayrılıq insanı öldürə bilər, müsibət isə daha ağırdır.)
    5. Atanın məhəbbəti adi bağlılıqlardan fərqlənir.
    Ayə 86:
    قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللّهِ وَأَعْلَمُ مِنَ اللّهِ مَا لاَ تَعْلَمُونَ
    "(Yəqub) dedi: "Mən nalə və hüznümlə yalnız Allaha şikayət edirəm və Allahdan (Onun lütfündən) sizin bilmədiyinizi bilirəm.”
    Nöqtələr
    "Bəss” dedikdə şiddətli hüzn nəzərdə tutulur. Belə bir hüznün şiddətindən sanki hüzn sahibi onu bəyan edə bilmir.
    Həzrət Adəm öz işinə görə Allah dərgahına nalə etdi , həzrət Əyyub öz xəstəliklərinə , həzrət Musa yoxsulluğuna , həzrət Yəqub isə övladlarının fərağına görə Allaha üz tutdu.
    Bildirişlər
    1. İnsanın psixoloji durumuna mənfi təsir göstərən, sağlamlığını təhlükəyə atan sükut və ya onun insanlıq məqamını alçaldan haqq qarşısında ah-nalə məzəmmət olunur. Allaha üz tutub ah-nalə çəkməyin isə eybi yoxdur.
    2. Müvəhhid insan öz dərdini yalnız Allaha ərz edir.
    Əl açmalı olsan üz tut Allaha,
    Ondan başqa kimdir kərəm sahibi?!
    Neməti tükənməz, kərəmi sonsuz,
    Əliboş qaytarmaz kimsəni Rəbbi.
    3. Zahirə aldanan insanlar hadisələri rahatlıqla ötürür. Dərin baxışlı insanlar isə hadisələrin qiyamətədək davamını görürlər.
    4. Başqaları üçün qaranlıq qalan bir sıra məsələlər Yəquba aşkar idi. Yəqub Yusifin sağ olmasından, Allahla bağlı həqiqətlərdən və onun sifətlərindən agah idi.
    5. "Ma la tə`ləmun” – yəni "siz bilmədiyinizi”cümləsi Yusifin Yəqub tərəfindən təbir olunan yuxusuna işarə ola bilər.
    Ayə 87:
    يَا بَنِيَّ اذْهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلاَ تَيْأَسُواْ مِن رَّوْحِ اللّهِ إِنَّهُ لاَ يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ
    "Ey oğlanlarım! (Növbəti dəfə Misirə) gedin və Yusiflə qardaşını axtarın. Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqət budur ki, kafir qövmdən qeyrisi Allahın rəhmətindən ümidini üzməz.”
    Nöqtələr
    "Təhəssəs” dedikdə hiss yolu ilə bir şeyi axtarmaq nəzərdə tutulur. "Təcəssəs” pislikləri axtarmaq, "təhəssəs” yaxşılıqları axtarmaqdır.
    Rağibin təbirincə, "rəvh” və "ruh” can, ruh mənasını bildirir. Amma "rəvh” sözü bəzən qurtuluş və rəhmət mənasında işlədilir. Müşküllər, düyünlər açıldıqca insana sanki yeni bir ruh üfürülür.
    "Tibyan” təfsirində deyilir: "Ruh” sözü "rih” sözündəndir. Xəfif meh insanı rahatlaşdırdığı kimi, ilahi rəhmət də insanı şadlandırır.
    Rəvayətlərə əsasən Allahın rəhmətindən naümid olmaq böyük (kəbirə) günahlardandır .
    Bildirişlər
    1. Ata öz övladları ilə rabitəni birdəfəlik kəsə bilməz.
    2. Mərifət əldə etmək, bir şeyi tanımaq üçün hərəkətə ehtiyac var.
    3. İlahi lütfün əldə olunması ilə tənbəllik bir araya sığmır.
    4. Allahın övliyaları həm özləri məyus olmur, həm də başqalarını ümidsizlikdən çəkindirirlər.
    5. Ümidsizlik küfr nişanəsidir. Məyus olmuş insan Allahın qüdrətinin başa çatdığını düşünür.
    Ayə 88:
    فَلَمَّا دَخَلُواْ عَلَيْهِ قَالُواْ يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُّزْجَاةٍ فَأَوْفِ لَنَا الْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَآ إِنَّ اللّهَ يَجْزِي الْمُتَصَدِّقِينَ
    "(Növbəti dəfə) Yusifin yanına gəldikləri vaxt dedilər: "Ey Əziz! Qıtlıq bizi və ailəmizi ağuşuna alıb və (buğda almaq üçün) az (əvəz) mal gətirmişik. (Buna baxmayaraq) bizim payımızı bütöv ver və bizə bağışla. Çünki Allah kərəm və bəxşiş sahiblərinə mükafat verir.”
    Nöqtələr
    "Bizaət” dedikdə dəyər, əvəz, pul kimi ödənən mal nəzərdə tutulur. "Əzca” kökündən olan "muzcat” sözü rədd etmək mənasını bildirir. Satıcılar adətən az ödənişi, qiyməti qaytarmadığından, bu ödənc "bizaətin muzcat” adlandırırlar.
    Bəzi təfsirçilər deyirlər: Ayədə Benyaminin geri qaytarılması istəyi "təsəddəq ələyna” ("bizə bağışla”) cümləsi ilə ifadə olunmuşdur.
    Rəvayətdə deyilir: "Yəqub Yusifə yazdığı məktubda onun haqqında xoş sözlər deyir, Kənandakı qıtlıq haqqında danışır, Benyaminin azadlığını istəyir, övladının oğurluq etmədiyini bildirir. O bu məktubu qardaşları vasitəsi ilə Yusifə göndərir. Yusif qardaşlarının yanında məktubu oxudu, öpdü və gözlərinin üstünə qoydu. Onun göz yaşları libasının üstünə düşürdü. Hələ ki, Yusifi tanımayan qardaşları heyrətə gəlmişdilər. Atalarına qarşı belə bir ehtiramın səbəbi nə idi? Onların qəlbində yavaş-yavaş ümid işığı közərirdi. Yusifin gülüşünü gördükdə, "olmaya bu Yusifdir” deyə düşündülər.
    Bildirişlər
    1. Yəqub üçün mühüm olan Yusif idi. Övladlarını isə buğda düşündürürdü.
    2. Təhqir edənlər bir gün təhqir olunur. Bir gün gücü ilə öyünən, "biz güclüyük, qardaşımız oğrudur, atamız aşkar azğınlıqdadır” deyən övladlar əskilərək ağız açdılar.
    3. Kömək istəyərkən xüsusi qaydalara əməl olunmalıdır. Yardım göstərənin haqqında xoş söz, insanın öz halını və ehtiyacını bəyan etməsi, büdcə azlığı, yardım göstərəcək şəxsdə maraq oyatmaq, yoxsulluq və ehtiyac:
    Şir dönüb olursa bir tülkü məzac,
    Səbəb ehtiyacdır, yalnız ehtiyac.
    Ayə 89:
    قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَاهِلُونَ
    "(Yusif) dedi: "Bildinizmi nadan olduğunuz vaxt Yusif və onun qardaşı ilə nə etdiniz?!”
    Nöqtələr
    Bir sualda həm müsbət, həm də mənfi məqsədlər ola bilər. Yusif öz qardaşlarına onların əməllərini xatırlatdı. Mümkündür ki, o, macəradan xəbərdar olduğunu bildirmək istəyirdi. Bu sual başqa məqsədlə də ünvanlana bilərdi. Yəni "siz pislik etdiniz, tövbə edin.” Yusif öz sualı ilə məclisdə iştirak edən Benyamini sakitləşdirmək istəyə bilərdi. Yusifin məqsədi qardaşlarının məzəmməti də ola bilər. O öz sualı ilə anlatmaq istəyə bilər ki, bir bu qədər cinayətdən sonra bəxşiş gözləmək yersizdir.
    Yuxarıdakı ehtimallardan ilk üç ehtimal Yusifin şəxsiyyətinə uyğundur. Yusifin qardaşlarını məzəmmət edərək öz izzətini göstərmək istəməsi onun kəraməti ilə bir araya sığmır. O özünə qarşı oğurluq ittihamını eşitsə də bu ittihama cavab vermir, sadəcə, "siz daha pis mövqedəsiniz” deyir.
    Cəhalət təkcə bilməmək yox, nəfs istəklərinin qələbəsi, bir növ diqqətsizlikdir. Günahkar insan nə qədər alim olsa da, cahildir. Çünki diqqətsizdir və cəhənnəm odunu satın alır.
    Bildirişlər
    1. Xəta və günahların qeyd dəftəri bir gün açılacaq.
    2. Böyük qəlbli insanlar qarşı tərəfin gördüyü xilaf işin xırdalıqlarına varmırlar.
    3. Qüdrətə çatdıqda məzlumları yaddan çıxarmayın.
    4. Geniş qəlblilik odur ki, xətakara üzr yolu göstərilsin.
    Ayə 90:
    قَالُواْ أَإِنَّكَ لَأَنتَ يُوسُفُ قَالَ أَنَاْ يُوسُفُ وَهَـذَا أَخِي قَدْ مَنَّ اللّهُ عَلَيْنَا إِنَّهُ مَن يَتَّقِ وَيِصْبِرْ فَإِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
    "Yoxsa sən Yusifsən? Dedi: Mən Yusifəm, bu da mənim qardaşımdır. Həqiqətən, Allah bizə minnət qoydu. Çünki hər kəs təqva və səbir yolunu seçsə, həqiqətən, Allah xeyir iş görənlərin mükafatını zay etməz.”
    Nöqtələr
    Yəqubun məktubunu oxuyarkən Əzizi-Misrin ağlaması vaxt ötdükcə qardaşları daha çox təəccübləndirirdi. Əziz Yusifin macərasını haradan bilirdi? Doğrusu, onun qiyafəsi Yusifə çox oxşayırdı. Yoxsa o Yusif özüdür? Düşündülər ki, özündən soruşsaq yaxşıdır. Görəsən Yusif olmasa bizi divanə saymazlarmı? Əgər Yusif olsa xəcalətimizdən nə edərik? Bu həyəcan qardaşların bütün vücudunu bürümüşdü. Nəhayət, sükutu "sən Yusifsənmi?” sualı ilə pozdular.
    Həmin məqamda hansı səhnə yarandı? Bu səhnədəki xəcaləti, şadlığı, göz yaşını, qucaqlaşmanı hansı rəssam təsvir edə bilər? Bunu yalnız Allah bilir!
    Xalqın inkişaf və tərbiyəsi üçün stimul yaratmaq, onların suallarını cavablandırmaq lazımdır. Yusifin qardaşlarında daim axtarış və sual vermək həvəsi vardı. Soruşurdular ki, nə üçün Benyaminin gətirilməsi israr olunub? Nə üçün qab onların yükündə tapıldı? Nə üçün pulumuz qaytarıldı? Bu şəxs Yusifin əhvalatını haradan bilir? Yoxsa bir daha bizə pay verməyəcək? Bütün bu həyəcanlar zirvəyə çatdığı vaxt soruşdular: "Yoxsa sən Yusifsən?” Yusif buyurdu: "Bəli...”
    İmam Sadiq (ə) buyurur: "Həqiqətən, həzrət Mehdidə (ə) Yusif sünnəsi var... Allah ona özünü tanıtdırmağa izn verməyənədək xalq o həzrəti tanımaz.”
    Bildirişlər
    1. Dövrün ötməsi, acılı-şirinli hadisələr rabitələri və bilikləri dəyişir.
    2. Allahın övliyaları ixtiyarlarında olan bütün nemətləri Allahdan bilirlər.
    3. Səbir və təqvanın mükafatı dünyada da verilir.
    4. Yalnız hadisələr, həsəd, şəhvət, təhqir, zindan, mənfi təbliğat sınağından keçmiş insanlar hakim olmağa layiqdirlər.
    5. Münasib məqamlardan təbliğ üçün istifadə edin. (Qardaşlar xəcalətli vəziyyətə düşdükdə və Yusifin sözlərini qəbul etməyə hazır olduqda Yusif onları dəvət etdi.)
    6. Allahın lütfü hikmət və ölçü əsasındadır.
    7. Səbir və təqva izzət zəminidir.
    8. Təqva və səbir xeyir əməl sahiblərinin xüsusiyyətlərindəndir.
    9. Salehlərin hakimiyyəti ilahi sünnətlərdən biridir.
    Ayə 91:
    قَالُواْ تَاللّهِ لَقَدْ آثَرَكَ اللّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَاطِئِينَ
    "(Qardaşlar) dedilər: "And olsun Allaha, Allah səni bizdən üstün edib, həqiqətən, biz xətakar olmuşuq.”
    Nöqtələr
    "İsar” dedikdə insanın başqalarını özündən üstün tutması başa düşülür. Yusifin qardaşları yanlış təfəkkür səbəbindən xilaf işə əl atdılar. Onlar Yusifi quyuya atmaq qərarına gəldilər. Allah da Öz növbəsində onları elə bir sıxıntıya saldı ki, qarınlarını doyurmaq üçün ağız açdılar. Nəhayət, etiraf etdilər ki, planları zaya çıxıb. Sonra həmin yanlış təfəkkür gerçəkliyin qəbulu ilə əvəz oldu.
    Yusifin qardaşları bir neçə dəfə "təllah” formasında and içmişdilər:
    1. «And olsun Allaha ("təllah”), özünüz bilirsiniz ki, biz sizin məmləkətinizə fəsad və oğurluq üçün gəlməmişik.»
    2. Atalarına dedilər: "And olsun Allaha ("təllah”), sən daim Yusif-Yusif deyirsən”.
    3. "Atacan, and olsun Allaha ("təllahi”), sən Yusifə ifrat bağlanaraq azğınlığa düçar olmusan”.
    4. "Yusifə dedilər: "And olsun Allaha ("təllahi”), Allah səni bizdən üstün edib.”
    Bildirişlər
    1. Əgər həsəd səbəbindən başqalarının kamilliyini, üstünlüyünü etiraf etməsək, nə vaxtsa məcbur qalıb həmin həqiqətləri etiraf edəsiyik.
    2. Allahın iradəsi qarşısında dayanmaq olmaz.
    3. Qüdrətli vaxtımızda özümüzü elə aparmayaq ki, zəif vaxtımızda xəcalət çəkək.
    4. Günahın etirafı insanın bağışlanması üçün zəminə yaradır.
    Ayə 92:
    قَالَ لاَ تَثْرَيبَ عَلَيْكُمُ الْيَوْمَ يَغْفِرُ اللّهُ لَكُمْ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ
    "(Yusif ) dedi: Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır.”
    Nöqtələr
    "Təsrib” məzəmmət, günah saymaq və çoxlu danlaq mənalarını bildirir.
    Məkkənin fəthi günü müşriklər Kəbəyə sığınmışdılar. Ömər dedi: "Biz bu gün intiqam alacağıq.” Peyğəmbər (s) buyurdu: "Bu gün mərhəmət günüdür.” Sonra müşriklərdən soruşdu: "Bu gün mənim haqqımda fikriniz nədir?” Dedilər: "Xeyirdir, sən bizim kərəm sahibi olan qardaşımızsan.”
    Həzrət Peyğəmbər (s) buyurdu: "Bugünkü sözüm Yusifin sözüdür.” Ömər dedi: "Mən öz sözümə görə peşmanam”.
    Həzrət Əli (ə) buyurmuşdur: "Düşmənə qalib gələndə qələbənin şükrü olaraq düşməni bağışla.”
    Hədisdə oxuyuruq: «Gənc insanın qəlbi daha kövrək olur. (Sonra bu ayəni oxuyub buyurdu): Yusif qardaşlarından gənc olduğu üçün onları dərhal bağışladı.»
    Bildirişlər
    1. Geniş qəlb rəyasət vasitəsidir.
    2. Günaha yol vermiş insan etiraf etdikdə, onu utandırmayın, üzrünü qəbul edin.
    3. Birini bağışlayanda bunu elan edin ki, başqaları da onu məzəmmət etməsin.
    4. Yusif günahkar qardaşlarının tərbiyəsinə başladı. Biz də belə edək.
    5. İnsanları dərhal bağışlamaq lazımdır.
    6. Qüdrətə çatan zaman bağışlamaq övliyalıq səciyyəsidir.
    7. Qəlbigenişliyi Yusifdən öyrənək. O həm öz haqqını bağışladı, həm də Allahdan qarşı tərəfin bağışlanmasını dilədi.
    8.Bəndə bağışlayan yerdə mehribanların ən mehribanı olan Allahdan əfvdən başqa nə gözləmək olar?!
    9. Peşman olanları bağışlamaq ilahi işdir.
    10. Hətta illər uzunu Yusif və Yəqubu əziyyətə salanlar Allah tərəfindən bağışlana bilir.
    11. Məzlumun zalımı bağışlaması zalımın Allah tərəfindən bağışlanması üçün zəmin yaradır. Amma həmin insanların bağışlanmasında Allahın mərhəməti də şərtdir.
    12. Allahın "ərhəmər-rahimin” adı ilə vəsfi dua və tövbə qaydalarındandır.
    Ayə 93:
    اذْهَبُواْ بِقَمِيصِي هَـذَا فَأَلْقُوهُ عَلَى وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا وَأْتُونِي بِأَهْلِكُمْ أَجْمَعِينَ
    "(Yusif dedi:) Mənim bu köynəyimi aparın və onu atamın üzünə çəkin ki, gözü açılsın. Kiminiz varsa mənim yanıma gətirin.”
    Nöqtələr
    Həzrət Yusifin əhvalatından bir neçə yerdə onun köynəyinə işarə olunur:
    a) Qardaşlar Yusifin köynəyini yalançı qana bulayıb atalarının yanına apardılar ki, «Yusifi canavar yedi.»
    b) Köynək arxadan cırıldı və günahın açılmasına səbəb oldu.
    v) Köynək gözü görməyən Yəqubun sağalmasına səbəb oldu.
    Yusifə aid köynək gözü görməyənin gözünü açırsa, demək, Allah övliyalarının qəbirləri, divarları, qapıları, oradakı parçalar və bütün başqa şeylər şəfa səbəbi ola bilər.
    Yusiflə tanışlıq mərhələləri, Yusifdən üzr istənilməsi və onun əfvi, Allahdan bağışlanma mövzuları nəzərdən keçirildi. Amma hələ ki, qardaşlarının günahı səbəbindən kor olmuş ata mövzusu qarşıdadır. Bu ayədə həmin müşkülün həlli yolu göstərilir.
    Ayədə Yusifin dilindən deyilir ki, «mənim qana batırılmış köynəyimi atamın yanına aparan kəs köynəyimi aparsın, atamın qəlbini narahat etdiyi kimi, bu köynəyi aparmaqla onu sevindirsin.»
    Rəvayətdə deyilir: Yusif qardaşlarını hər səhər-axşam süfrəsində əyləşdirirdi. Onlar xəcalət çəkirdilər. Qardaşlar onlar üçün ayrıca süfrə salınmasını istədilər. Bildirdilər ki, sənin çöhrən bizi utandırır! Yusif belə cavab verdi: "Amma mən sizinlə birlikdə olmaqdan, bir süfrədə təam yeməkdən iftixar duyuram. Bir vaxt xalq məni görəndə deyərdi ki, 20 dirhəmlik qulu izzətə çatdıran Allah pakdır. Amma bu gün sizin varlığınız mənim üçün izzətdir. Qoy xalq bilsin ki, mən əsl-nəsəbsiz deyiləm. Mənim sizin kimi qardaşlarım, Yəqub kimi atam var. Amma qərib düşmüşəm.”
    Nəql edirlər ki, müalicə üçün İraqdan Tehrana gələn mərhum Ayətullah-üzma Hacı Şeyx Əbdül-Kərim Hairi Yəzdi bir gecə Qumda qalır. Görüşünə gələnlər ondan xahiş edirlər ki, öz elmi hövzəsini İraqdan Quma köçürsün. Çünki Qum Əhli-beyt (ə) hərəmi, xanım Məsumənin (s) dəfn olunduğu torpaqdır. Alim istixarə edir və bu ayə gəlir: "Kiminiz varsa, mənim yanıma gətirin.”
    Bildirişlər
    1. Allahın övliyalarına aid olan əşyalar təbərrük ola bilər. (Yusifin köynəyi atasının görməyən gözlərini açdı.)
    2. Nəfs istəkləri ilə mübarizə aparıb qalib gələn insanın hətta libası da müqəddəs ola bilər.
    3. Xeyir tapmaq üçün müqəddəs əşyanı görmək kifayət deyil, ona toxunmaq lazımdır.
    4. Qəm-qüssə və şadlığın gözün işığına təsiri var. Ola bilsin ki, bu səbəbdən yaxşı övlad "qürrətul-əyn”, yəni «gözün nuru» adlandırılmışdır. (Əlbəttə ki, belə bir qənaət məsələyə ecaz yox, təbii yolla yanaşmadan hasil olmur.)
    5. Vüsal qocanın qəlbini dirildir, korun gözünə işıq verir.
    6. Möcüzə və kəramət verilməsində yaş şərt deyil. (Oğulun köynəyi atanın gözlərinə şəfa verir.)
    7. Yusif qeyb elminə malik idi. Əks-təqdirdə, köynəyin tutulmuş gözə şəfa verəcəyini bilməzdi.
    8. Allah bir gün Yəqubu qəmləndirən köynəyi sonralar onun üçün şadlıq səbəbi qərar verdi.
    9. İmkanlı övladlar imkansız qohumlarına, xüsusi ilə yaşlı ata-analarına himayə göstərsinlər.
    10. İctimai şərait əməli olaraq vəzifəyə təsir göstərir.
    (Həmin şəraitdə Yusifin yaxınlarına yardım göstərməsi üçün onlar Misrə gəlməli idilər.)
    11. Başqalarının haqlarını pozmadan yaxınlara yardım etmək lazımdır.
    12. Yerdəyişmə və hicrətin bir çox təsirləri var. O cümlədən: acı xatirələr aradan götürülür.
    13. Ailə üzvləri və yaxın insanlar imkan olan halda bir-birinə yaxın yaşasınlar.
    14. Yusif o qədər mərhəmətli idi ki, qardaşları hövsələdən çıxırdı. Nəhayət, onu quyuya atdılar. Amma Yusif bütün qardaşlarını və ailəsini yanına dəvət etdi.
    15. Qohumlar xətaya yol versələr də onlarla rabitə kəsilməməlidir.
    16. Ayrılıq əzabı çəkmiş insanlar üçün rifah zikrində olmaq lazımdır.
    17. Ən yaxşı lütf hamıya şamil olan lütfdür.
    Ayə 94:
    وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ لَوْلاَ أَن تُفَنِّدُونَ
    "Elə ki, karvan yola düşdü, ataları dedi: "Həqiqətən Yusifin qoxusunu duyuram. Əlbəttə ki, əgər məni yüngülbeyin saymasanız!”
    Nöqtələr
    "Fəsələt” dedikdə aralanmaq nəzərdə tutulur. "Fəsələtil-iyru” – yəni karvan Misirdən aralandı. "Fənəd” kökündən olan "tufənnidun” sözü düşüncə zəifliyi mənasını bildirir.
    Yəqub narahat idi ki, ətrafındakılar onu yüngülbeyin sayarlar. Amma çox təəssüf ki, İslam Peyğəmbərinin (s) ətrafında olanların bəziləri ona bu sayaq eyb tutdular. Həzrət Peyğəmbər (s) ölüm ayağında ikən kağız-qələm istədi. O, müsəlmanları gələcəkdə mümkün azğınlıqdan qoruyacaq tapşırıqlar vermək istəyirdi. Yanındakı səhabələrdən biri dedi: "Peyğəmbər (s) sayıqlayır.” Beləcə, ona yazmaq imkanı verilmədi.
    Sual: Necə olur ki, yalnız Yəqub Yusifin qoxusunu duyur?
    Cavab: Bir çox işlər peyğəmbərlər üçün mümkün olduğu halda bizim üçün mümkün deyil. Məsələn, peyğəmbər vəhyi dərk edir, biz isə yox. Xəndək döyüşü zamanı müsəlmanlar xəndək qazarkən Peyğəmbər (s) külüngdən qopan qığılcımı görüb buyurdu: "Bu qığılcımda imperatorların süqutunu gördüm.” Amma bəzi zəif imanlı müsəlmanlar dedilər: "Peyğəmbər (s) qorxudan şəhər ətrafında xəndək qazır, amma sonra hər çınqıdan sonra bir hökumətin süqutunu vəd edir!”
    Mərhum Xoyi "Nəhcül-bəlağə”nin şərhində deyir: Məsum imamlar üçün nurdan bir sütun var. Allahın iradəsi ilə imam bu sütuna baxıb gələcəyi görür, bəzən isə adi insanlar kimi olur.
    Misirdən köynəyin ətrin duyarkən
    Kənan quyusunu görmədin nədən?
    Dedi: - "Bil, halımız şimşəyə bənzər –
    Bəzən peyda olar, bəzən gizlənər.
    Arabir süzürük ərşin qatını,
    Bəzən də görmürük ayaq altını”.
    Olsun ki, "Yusifin qoxusu” dedikdə Yusif haqqında təzə bir xəbər nəzərdə tutulur. Bugünkü dünyamızda uyğun hadisə "telepatiya” adlanır. Telepatiya məlumatın uzaqdan ötürülməsidir. Bu hadisə artıq elmi gerçəklik kimi qəbul olunur. Yəni, yaxın bağlılığa malik olan insanlar və ya xüsusi ruhi qüvvəsi olanlar dünyanın bir başında olan hadisədən dünyanın o biri başında xəbər tuturlar. Bir şəxs imam Baqirdən (ə) soruşdu: «Bəzən heç bir səbəb olmadan o qədər qəmlənirəm ki, ətrafımdakılar onu hiss edirlər». İmam buyurdu: "Müsəlmanlar bir həqiqətdən yaradıldıqları üçün dünyanın bir başında bir müsəlman bədbəxtliklə üzləşdiyi vaxt, dünyanın o biri başında başqa bir müsəlman qəmlənir.”
    Elə hesab etsək ki, qoxunu yalnız burunla duymaq olur, Yəqubun Yusifin qoxusunu almasını möcüzə olaraq qəbul etməliyik. İraq İrana hücum edən vaxt mərhum İmamın göstərişi ilə xalq cəbhələrdə hazır oldu. Mən də "Müslim ibn Əqil” əməliyyatında 90 yaşlı Ayətullah Əşrəfi İsfahaninin xidmətində idim. Mərhum alim hücum gecəsi bir neçə dəfə buyurdu: "Behişt qoxusunu duyuram.” Amma mən bu qoxunu ala bilmirdim!
    Bəli, 90 il elm, təqva, zöhd, gecə ibadəti yolunu getmiş insan başqalarının hiss etmədiyini hiss edə bilər. Onun "mən dördüncü mehrab şəhidi olacağam” deyə buyurduğu öngörənlik də həqiqətə çevrildi! (Münafiqlər 2 il ara verməklə Ayətullah Mədənini, Səduqini, Dəstğeybi və Əşrəfi İsfahanini cümə namazında və ya cümə namazına gedərkən yolda şəhadətə yetirdilər.)
    Əlbəttə ki, behişt qoxusu dedikdə, irfani bir qoxu da nəzərdə tutula bilər. Məsələn, münacatın şirinliyindən danışırıq. Əlbəttə ki, bu, mənəvi bir şirinlikdir. Bu təbii bir qoxu olsa da, hər insan bunu duymaq gücündə deyil. Məsələn, tezlikli radio dalğalarını yalnız xüsusi tezlikli radiolar tuta bilir.
    Bildirişlər
    1. İnsan batini paklıqla mənəvi həqiqətləri dərk edə bilər. Amma həqiqətlərin dərki məhduddur. İnsan yalnız müəyyən məkan və zamanda bu halı yaşaya bilər. Bu səbəbdən də Yəqub karvan aralandıqdan sonra Yusifin köynəyinin qoxusunu duydu.
    2. Özümüz həqiqətləri dərk edə bilmiriksə, başqalarının belə bir məqamını inkar etməyək.
    3. Yalnız bəzi insanlarda həqiqəti eşitmək tutumu var. Çoxları bu halı səfehlik kimi dəyərləndirirlər.
    4. Alimlər üçün nadanlar arasında yaşamağın əzab-əziyyəti var.
    Ayə 95:
    قَالُواْ تَاللّهِ إِنَّكَ لَفِي ضَلاَلِكَ الْقَدِيمِ
    "(Ona) dedilər: And olsun Allaha, sən keçmişdəki yanlışlıqdasan.”
    Nöqtələr
    Bu surənin 8-ci ayəsində oxuduq ki, qardaşlar öz ataları haqqında dedilər: "Atamız Yusifə və onun qardaşına yersiz məhəbbəti səbəbindən aşkar azğınlıqdadır.” Burada isə belə deyilir: "Sən keçmişdəki yanlışlıqdasan.”
    Adi insanlar Allahın övliyalarını öz ağılları səviyyəsində dəyərləndirib hökm etməməlidirlər ki, bu iş mümkün olası deyil. Həzrət Əli (ə) buyurur: "İnsanlar bilmədikləri işlə müxalifdirlər.”
    Bildirişlər
    1. Həzrət Yəqub və Yusif öz təəccüblü xəbərlərinə görə and içmədilər, qardaşlar isə müxtəlif məqamlarda and içirdilər. Bəli, peyğəmbərlər kimi hərəkət edərək imkan həddində and içməmək lazımdır.
    2. Ata-babaların işini öz arşınınla ölçmə. (Qardaşlar atalarını öz düşüncələri əsasında azğın sayırdılar.)
    3. Yəqub Yusifdən ayrıldığı gündən sonadək onun sağ olmasına inanırdı və bunu öz ətrafındakılara bildirirdi.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 713 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024