İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 34:
    وَآتَاكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ وَإِن تَعُدُّواْ نِعْمَتَ اللّهِ لاَ تُحْصُوهَا إِنَّ الإِنسَانَ لَظَلُومٌ كَفَّارٌ
    "Allah Ondan istədiyiniz hər şeyi vermişdir. Allahın nemətlərini saysanız, onları diqqətlə hesaba ala bilməzsiniz. Həqiqətən, insan çox sitəmkar və nankordur.”
    Nöqtələr
    "Nəhl” surəsinin 18-ci ayəsində oxuyuruq: "Allahın nemətlərini saymaq istəsəniz, bacarmazsınız. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
    Ötən ayələrdə oxuduq ki, azğın rəhbərlər xalqı Allahdan qeyrisinə doğru dəvət edirlər. Bu ayədə isə deyilir ki, Allahdan qeyrisinin əlindən bir şey gəlməsə də, insanın bütün olanları bir Allaha məxsus olsa da, insan diqqətsiz və naşükürdür.
    "Ədd” dedikdə saymaq, "ehsa” dedikdə heç nəyi ötürmədən diqqətlə saymaq nəzərdə tutulur.
    Bildirişlər
    1. İstehsal vasitələri insanın ixtiyarındadır. (Su, torpaq, günəş işığı ...) Bu sahədə mövcud olan istənilən bir çatışmazlıq yetərsiz müdiriyyətdən yaranır.
    2. Bəşəriyyəti yaratmış Allah onun ehtiyaclarının ödənməsi üçün düzgün yol müəyyənləşdirmişdir. Amma insan bu ehtiyacları günah yolla təmin etməyə çalışır.
    3. İnsan möhtac bir varlıqdır.
    4. İnsanda ilahi nemətləri saymaq qüdrəti yoxdur. Bu halda həmin nemətlərin şükrünü yerinə yetirmək əlçatmaz görünür.
    5. İlahi nemətlərdən düzgün istifadə etməyən insan çox zalım və nankordur.
    Ayə 35:
    وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الأَصْنَامَ
    "(Xatırla) o zaman ki, İbrahim dedi: Pərvərdigara! Bu şəhəri (Məkkəni) əmin-aman qərar ver, məni və övladlarımı bütlərə pərəstişdən uzaq et.”
    Nöqtələr
    Bu və sonrakı ayələrdə həzrət İbrahimin böyük ruhundan danışan dualar bəyan olunur. Ola bilsin ki, bu dualar səbəbindən surə "İbrahim” adlandırılmışdır.
    İbrahim Məkkə üçün iki məqamda dua etdi. İsmail və Hacəri həmin torpağa gətirdiyi vaxt dedi: "Pərvərdigara! Bu şəhəri əmin-aman qərar ver.” Bir toplum insan Məkkəyə gəlib orada sakin olduğu vaxt İbrahim ikinci dəfə dua etdi və Allahdan bu yer üçün əmin-amanlıq istədi.
    Sual: İbrahimin bütün nəsli bu duaya görəmi müvəhhid oldu?
    Cavab: Dua bir amildir. Nuhun oğlunun əhvalatını unutmayın.
    Sual: Növbəti ayələrdə Məkkə əkin üçün yararsız yer sayıldığı halda nə üçün İbrahim Məkkəni şəhər kimi qeyd edir?
    Cavab: Ola bilsin ki, nəzərdə tutulan qəbilələr Məkkədə məskunlaşdıqdan sonra həmin yer şəhər adlandırılmışdır. İbrahimin duası da həmin vaxta aid ola bilər. Yaxud belə deyə bilərik ki, bir məntəqənin şəhər sayılması üçün onun torpaqlarının əkinə yararlı olması şərt deyil. Məkkə indi də şəhərdir və əkin üçün yararsızdır.
    Sual: Həzrət İbrahim tövhid qəhrəmanı olduğu halda nə üçün şirkdən uzaq olmaq məqsədi ilə Allaha dua edirdi?
    Cavab: İslam Peyğəmbəri də daim doğru yolda olmasına baxmayaraq hər namazda Allahdan doğru yol üçün hidayət diləyirdi. Bir insan doğru yolda olmasına əmindirsə də büdrəmədən qorxmalı və Allahdan yardım diləməlidir.
    Məkkənin əmin-amanlığı dedikdə bu prinsipi təmin edən qanun nəzərdə tutulur. Tarix boyu Məkkənin hücumlara məruz qaldığı hamıya məlumdur. Bu şəhərdə xeyli qan axıdılmışdır. İslam Peyğəmbərinin (s) və onun yoldaşlarının ən ağır günləri Məkkəyə təsadüf edir.
    İmam Hüseyn (ə) Məkkə əmin-aman olmadığından bu şəhəri tərk edir. Amma ilahi qanun həmin məntəqə üçün əmin-amanlıq nəzərdə tutur.
    Bildirişlər
    1. Düzgün düşüncə və əqidə üçün edilən dua ən üstün duadır.
    2. İbadət mərkəzlərində əmin-amanlıq olmalıdır.
    3. Əmin-amanlıq, asayiş həyat üçün zəruri şərtdir.
    4. Cəmiyyətin rəhbərləri xalqın asayişi fikrində olmalıdır.
    5. Əmin-amanlıq günah və əyyaşlıq azadlığı üçün deyil. Əmin-amanlıq ibadət üçün müqəddimə olmalıdır.
    6. Hətta tövhid qəhrəmanı İbrahim üçün də şirk təhlükəsi vardı.
    7. Duada ətrafımızdakıları, xüsusi ilə övladlarımızı yada salaq.
    Ayə 36:
    رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ النَّاسِ فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ
    "Pərvərdigara! Həqiqətən, bütlər insanların çoxunu azdırmışdır. Mənə itaət edən, şübhəsiz, məndəndir. Mənə müxalif olan (bilsin ki, tövbə etsə) həqiqətən, Sən bağışlayan və mehribansan.”
    Nöqtələr
    Sual: Necə ola bilər ki, daşdan və ağacdan düzəldilmiş bütlər insanı azdırsın?
    Cavab: Əvvəla, büt təkcə cansız cisimlər deyil. Bəzən insanlar və zalım hakimlər də büt olur. İkincisi, sənət və bər-bəzək əşyalarının da cazibəsi var. Üçüncüsü, bəzən insan cəhalət səbəbindən daş və ağacı da qiymətli sayır.
    Əgər bu ayəni əvvəlki ayə ilə birlikdə mənalandırsaq müsbət nəticə əldə edərik. Ötən ayədə İbrahim dedi: "Pərvərdigara, övladlarımı bütpərəstlikdən uzaq et.” Bu ayədə isə deyilir: "Müvəhhid və mənə tabe olan kəs məndəndir.” Bu baxımdan, bütün müvəhhidlər (təkallahçılar) İbrahim məktəbinin övladları sayılır. Həzrət Peyğəmbər (s) buyurur: "Mən və Əli bu ümmətin məktəb atalarıyıq.” Müşrik isə peyğəmbər övladı olmasına baxmayaraq rədd olunur.
    Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Allaha itaət edən kəs Muhəmmədə (s) qohum olmasa da, onun dostudur. Allaha itaətsizlik göstərən kəs Peyğəmbərin (s) qohumu olsa da, onun düşmənidir.”
    Bildirişlər
    1. Büt yonma kimi sənət işi azğınlıq səbəbi ola bilər, çünki bütlər bir çoxlarını azdırır.
    2. Dindarlıq şüarla ölçülmür. Əsl dindarlıq üçün saleh əməl və göstərişlərə itaət şərtdir.
    3. Səmavi rəhbərlər və mömin xalq arasında məktəb bağlılığı mövcuddur.
    4. Peyğəmbərlər hətta öz müxaliflərinə də qayğı göstərmiş, onları məyus etməmişlər.
    5. Peyğəmbərin göstərişinə qarşı müxaliflik Allahla müxaliflikdir.
    Ayə 37:
    رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلاَةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ
    "Pərvərdigara! Mən öz övladlarımdan (birini) otsuz vadidə, Sənin evinin kənarında sakin etdim. Pərvərdigara! (Belə etdim ki,) namazı bərpa etsinlər. İnsanların bir dəstəsinin qəlbini onlara doğru meyilləndir. Onlara meyvələrindən ruzi ver ki, bəlkə şükür edələr.”
    Nöqtələr
    Allah İbrahimə onun qoca yaşlarında İsmaili əta etdiyi vaxt göstəriş verdi ki, bu uşağı və anasını Məkkədə sakin etsin. İbrahim Allahın əmrinə tabe oldu və sonra onlar üçün dua etdi.
    İmam Baqir (ə) buyurmuşdur: "Biz Peyğəmbər Əhli-beyti İbrahim övladlarındanıq. Xalqın qəlbində bizə meyl var.” Sonra həzrət hazırkı ayəni oxumuşdur.
    Kəbə — susuz-otsuz məntəqədə yerləşmişdir və bu şərait xalq üçün sınaqdır. Həzrət Əli (ə) "Qasiə” xütbəsində belə buyurur: "Əgər Kəbə xoş suyu və havası olan məntəqədə yerləşsəydi, xalq ziyarətə Allaha xatir gəlməzdi.”
    Peyğəmbərlərin duası qəbul olur. Kəbə hər cür meyvəsi olan asayişli bir yerdir. İmam Baqir (ə) buyurur: "Dünyanın şərqində və qərbində olan hər bir meyvə Məkkədə tapılar.”
    Bildirişlər
    1. Peyğəmbərlərə namaz və ibadət əsasında məskən seçilmişdir.
    2. Dindarlıq bəzən qəriblik, hicrət, ailədən uzaqlıq və maddi imkanlardan məhrumluqla müşayiət olunur.
    3. Həzrət İbrahimin dövründə də Kəbə və onun ətrafı möhtərəm idi və bu məntəqədə bəzi məhdudiyyətlər hökm sürürdü.
    4. İbrahimin hərəkətinin mehvər və məqsədi namazdır.
    5. Namaz əhli elmli olmalıdır.
    6. Ötən dinlərdə də namaz hökmü olmuşdur.
    7. Qəlblərin meyli Allahın əlindədir.
    8. Hər adamda övliyalara sevgi ləyaqəti yoxdur.
    9. İlahi insanlar dünyanı ali məqsədlər üçün istəyirlər.
    Ayə 38:
    رَبَّنَا إِنَّكَ تَعْلَمُ مَا نُخْفِي وَمَا نُعْلِنُ وَمَا يَخْفَى عَلَى اللّهِ مِن شَيْءٍ فَي الأَرْضِ وَلاَ فِي السَّمَاء
    "Pərvərdigara! Həqiqətən, Sən bizim gizli və aşkar işlərimizi bilirsən. Yerdə və göydə Allaha gizli bir iş yoxdur.”
    Nöqtələr
    Bir halda ki, hər şey Allaha aydındır, Onun elmi bütün işləri əhatə edir, Onun hüzurunda günaha yol verməməli, yalnız Onun razılığı əsasında məxluqu ilə rəftar etməliyik.
    Bildirişlər
    1. Allahın hüzurunda aşkarla gizlinin fərqi yoxdur.
    2. Yerlə göy Allahın elmində eynidir.
    Ayə 39:
    الْحَمْدُ لِلّهِ الَّذِي وَهَبَ لِي عَلَى الْكِبَرِ إِسْمَاعِيلَ وَإِسْحَقَ إِنَّ رَبِّي لَسَمِيعُ الدُّعَاء
    "Qoca vaxtımda İsmail və İshaqı mənə əta etmiş Allaha həmd olsun. Şübhəsiz, Rəbbim duaları eşidəndir.”
    Nöqtələr
    İsmail və İshaq Allahın xüsusi nemətlərindən idi. Çünki:
    a) Bu övladlar həzrət İbrahimin duası ilə vücuda gəlmişdi;
    b) Bu uşaqlar atalarının qoca vaxtında dünyaya gəldilər;
    v) Onlar saleh övladlar idilər;
    q) Onlar növbəti peyğəmbər silsiləsi üçün başlanğıc oldular.
    Əsas məsələ övladın salehliyidir. Bu övladların kənizdən və ya azad qadından olmasının fərqi yoxdur. (İsmail kənizdən, İshaq isə azad qadından doğulmuşdu).
    Bildirişlər
    1. İlahi nemətləri zikr edərkən Allaha təşəkkür edək.
    2. Allaha qəbul olmuş dualarımıza görə şükür edək.
    3. Övlad Allahın hədiyyəsidir.
    4. Allahın iradə və qüdrəti qarşısında heç bir maneə yoxdur. Allah istəsə qoca da övlad sahibi ola bilər.
    5. Allaha təşəkkür edərkən nemətləri ayrı-ayrı zikr edək.
    6. Duaların qəbulu Allahın sünnəsidir.
    Ayə 40:
    رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلاَةِ وَمِن ذُرِّيَّتِي رَبَّنَا وَتَقَبَّلْ دُعَاء
    "Pərvərdigara! Məni və nəslimdən olanları namazı bərpa edənlərdən qərar ver. Pərvərdigara! Mənim duamı qəbul et.”
    Ayə 41:
    رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ
    "Pərvərdigara! Hesab bərpa olacaq gün məni, ata-anamı və möminləri bağışla.”
    Nöqtələr
    Bu surədə həzrət İbrahim haqqında hazırkı ayəyədək oxuduqlarımız İbrahimin 7 istəyi haqqında məlumat verir: Məkkənin asayişi, bütpərəstlikdən uzaqlıq, həzrət İbrahimin övladları və məktəbinə münasibətdə möminlərin diqqəti, İbrahim övladlarının meyvələrdən bəhrələnməsi, namazın bərpası üçün yardım, duaların qəbulu, İbrahimin özü, ata-anası və möminlər üçün bağışlanma diləməsi.
    "Valid” dedikdə yalnız həqiqi ata başa düşülür. "Əb” sözü isə atadan əlavə əmi, qaynataya da aid ola bilər. İbrahimin valideynləri mömin olduqlarından o bu ayədə valideynlərinə dua edir. Amma başqa ayələrdə "əb” sözü ilə İbrahimin əmisinə işarə olunmuşdur. İbrahimin əmisi müşrik olduğundan həzrət ondan üz çevirmişdir.
    "Bəqərə” surəsinin 133-cü ayəsində oxuduq ki, Yəqubun övladları atalarının "məndən sonra nəyə pərəstiş edərsiniz” sualına belə cavab verdilər: "Biz sənin və ataların İbrahim və İsmailin Rəbbinə sitayiş edərik.” İsmail Yəqubun əmisi olsa da, "əb” sözü ilə xatırlanır.
    Bildirişlər
    1. İbrahimin dualarda Allaha "Rəbb” sözü ilə müraciət etməsi bu sözün duada böyük əhəmiyyət daşıdığını göstərir. Duada bu sayaq müraciət etmək dua qaydalarından sayıla bilər.
    2. Özünüzün və övladlarınızın namazı bərpa etməsi üçün Allahdan yardım diləyin.
    3. Namaz həzrət İbrahimin dualarının mehvəri olmuşdur.
    4. Peyğəmbərlərin risaləti dinin bərpası olsa da, namazın bərpası ilə bağlı edilən dua namazın dinin siması olmasını göstərir.
    5. Namazın bərpası rəhbərlik nümunəsidir. Həzrət İbrahim iki yerdə öz nəslini xatırladır: namazın bərpası məsələsində; imam təyin olunduqdan sonra nəsli üçün rəhbərlik məqamı istədiyi vaxt.
    6. Duada nə özünüzü, nə də başqalarını yaddan çıxarmayın.
    7. İnsan həm əvvəlki, həm də sonrakı nəsli haqqında düşünməlidir.
    8. Duada yaxınlar başqalarından öndə gəlir.
    9. Duada özünüzün, övladlarınızın və cəmiyyətin qiyamət sorğusu fikrində olun.
    Ayə 42:
    وَلاَ تَحْسَبَنَّ اللّهَ غَافِلاً عَمَّا يَعْمَلُ الظَّالِمُونَ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الأَبْصَارُ
    "Elə düşünmə ki, Allah sitəmkarların gördüyü işdən xəbərsizdir. Həqiqətən, O belələrinin hesabını gözlərinin bərələcəyi günədək təxirə salır.”
    Nöqtələr
    Sual: Allah ədalətli və qüdrətli olduğu halda nə üçün sitəmkarların qarşısını almır?
    Cavab: Allah həm adildir, həm qadirdir, həm də sitəmkarların əməllərindən xəbərdardır. Cəzalarının təxirə salınmasının səbəbi isə dünyada kamil mükafat və ya cəza verməyin mümkünsüzlüyüdür. Allahın qanunu, sünnəsi budur ki, bəndələrinə möhlət verir, tövbə etdikdə onları bağışlayır, tövbə etmədikdə qiyamət günü cəzalandırır.
    Bildirişlər
    1. Tələsik mühakimə yürütməyin, Allahı xəbərsiz saymayın.
    2. Sitəmkarlara möhlət verilməsi Allahın günahkarlardan xəbərsizliyini və ya onlardan razılığını göstərmir.
    3. Möhlət vermək Allahın qaydasıdır.
    Buna görə zalımın qarşısında susmaq və məyus olmaq yox, ilahi vəzifəyə əməl etmək lazımdır. Allah zalımların intizarındadır.
    4. İlahi cəza və mükafat üçün vaxt bölgüsü aparılmışdır.
    5. Qiyamət günü o qədər qorxuludur ki, həmin gün gözlər bərələr.
    Ayə 43:
    مُهْطِعِينَ مُقْنِعِي رُءُوسِهِمْ لاَ يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ وَأَفْئِدَتُهُمْ هَوَاء
    "(Elə bir gün ki, günahkarlar dəhşətdən) başlarını qaldırıb durar, gözlərini qırpa bilməzlər. Onların qəlbi boşdur (ümidsizdirlər).”
    Nöqtələr
    "Muhtiinə” sözü bir neçə cür mənalandırılmışdır: boyun qaçırmaq, sürət götürmək, zillətlə baxmaq. Bu ayədə hər üç məna nəzərdə tutula bilər.
    Ayə 44:
    وَأَنذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُواْ رَبَّنَا أَخِّرْنَا إِلَى أَجَلٍ قَرِيبٍ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ أَوَلَمْ تَكُونُواْ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍ
    «Xalqı əzab soraqlarına gələcək günlə qorxut. Zülm edənlər deyəcək: "Pərvərdigara! Bizə qısa bir müddət möhlət ver ki, dəvətini qəbul edək, peyğəmbərlərinə tabe olaq.” (Onlara deyilər:) Bundan öncə and içib zavala gəlməyəcəyini deyən siz deyildinizmi?»
    Nöqtələr
    Ötən ayələrə əsasən belə görünür ki, bu ayə də Qiyamət haqqındadır. Amma "əxxirna ila əcəlin qəribin...” cümləsindən belə anlaşılır ki, ayədə dünyadakı ilahi əzab nəzərdə tutulmuşdur. Çünki əzabın təxiri, Allahın dəvətinin qəbulu və peyğəmbərlərə itaət qiyamətə yox, dünyaya aiddir.
    Qiyamətdə də dünyaya qayıdış istəyi olur. Ayələrdən birində cəhənnəm əhlinin dilindən deyilir: "Fəlakətdən qurtulmaq üçün bir yol varmı?” ; "Bizi dünyaya qaytar, saleh iş görək.” ; "Pərvərdigara! Bizi cəhənnəmdən xaric et, yaxşı işlər görək.”
    Bildirişlər
    1. Xəbərdarlıq və hədə azğınların tərbiyə və hidayət üsullarındandır.
    2. Quranın xəbərdarlıqları bütün insanlara aiddir.
    3. Günahkarlar bir gün peşman olarlar, amma əldən çıxmış fürsət geri qayıtmaz.
    4. İlahi əzab nazil olan məqamda qurtuluş və tövbə yolu bağlanar.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 573 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024