"HİCR” SURƏSİ (SURƏ: 15; CÜZ: 14; AYƏLƏRIN SAYI: 99) Bu surənin 99 ayəsi var. Məşhur xəbərə görə bu surə hicrətdən öncə Məkkədə Peyğəmbərə (s) nazil olmuş 52-ci surədir. "Hicr” həzrət Saleh qövmündən danışan 80-cı ayədən götürülmüşdür. Kafirlərin Quran və Peyğəmbərə (c) qarşı böhtanları və məsxərələri, onlara münasibətdə səbir və güzəşt hazırkı surənin əsas mövzularındandır. Bu surədə həzrət Xədicə və həzrət Əbu-Talibin vəfatından sonra müxaliflərin hücumları qarşısında bir növ Peyğəmbərə (s) təsəlli verilir. Bağışlayan və mehriban Allahın adı ilə |