İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 1:
    الَرَ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُّبِينٍ
    "Əlif, lam, ra; odur kitabın ayələri, aydın və aydınladan Quran.”
    Ayə 2:
    رُّبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُواْ لَوْ كَانُواْ مُسْلِمِينَ
    "Nə çoxdur küfr etmiş kəslər ki, müsəlman olmalarını arzu edərlər.”
    Nöqtələr
    "Təfsiri-Təbəri” və "Təfsiri-Məcməul-bəyan”da hazırkı surənin 2-ci ayəsi ilə bağlı bir hədis nəql olunmuşdur. Hədisdə deyilir ki, Qiyamətdə kafirlər cəhənnəmə düşmüş müsəlmanlara deyər : "Siz də bizim kimi cəhənnəm əhli oldunuz və İslam sizə nicat vermədi.” Halbuki günahkar müsəlmanlar bir müddət sonra cəhənnəmdən qurtularlar. Kafirlər isə həmişəlik cəhənnəmdədir. Onlar deyərlər ki, «kaş biz də müsəlman olaydıq.»
    Tarizdə oxuyuruq: Rum qeysəri İslam Peyğəmbərinin (s) məktubunu aldıqdan sonra İslama iman gətirmək istədi. Amma hakimiyyətin əlindən çıxacağından qorxdu.
    Bildirişlər
    1. Quran çox uca məqama malik olsa da, ondan istifadə asandır. Çünki həm yazıya alınıb, həm də oxunması mümkündür.
    2. Quranın buyruqları aydındır, o, haqla batilin sərhəddini bəyan edir.
    3. Gələcəkdə ucalıq İslamındır, kafirlər həsrət çəkəsidirlər. (Bu gün İslamı məsxərəyə qoyanlar gələcəkdə peşman olasıdır. Bir çox kafirlər İslam arzusunda olsalar da, zalım hakimin və ya pozğun mühitin əsiridirlər.)
    Ayə 3:
    ذَرْهُمْ يَأْكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلْهِهِمُ الأَمَلُ فَسَوْفَ يَعْلَمُونَ
    "Onları rahat burax ki, yeyib-içsinlər, bəhrələnsinlər, arzuları başlarını qatsın. Tezliklə (biganəliklərinin nəticəsini) anlayacaqlar.”
    Nöqtələr
    "Zərhum” cümləsi ilə kafirlərin öz başlarına buraxılması məsələsi bəyan olunur. Bunun səbəbi onların azğınlığıdır. Yoxsa Allah-təala öncədən bütün insanların hidayəti üçün peyğəmbərlər göndərmiş, heç kimi özbaşına buraxmamışdır. Bu məsələyə Quranda dəfələrlə toxunulur: "Onları öz başlarına buraxırıq ki, azğınlıqlarına başları qatılsın.”; "Onlara azğınlıqlarında möhlət verərik.”
    İnsanı yaşadan arzusudur. Əgər onun arzuları əlindən alınsa, fəaliyyətindən düşər. İslamda bəzi arzular tənqid olunmuşdur: uzun-uzadı arzu, əməldən çox olan arzu, əməlsiz arzu, insanın başını qatan arzu, pis iş və ya pis insanlardan xeyir əldə etmək arzusu.
    Həzrət Peyğəmbər (s) buyurur: "Mən sizin üçün iki şeydən qorxuram: biri sizi haqdan uzaqlaşdıracaq nəfs istəklərinə itaət, digəri axirəti yadınızdan çıxaracaq uzun-uzadı arzular.” "Kumeyl” duasında oxuyuruq: "Uzun-uzadı arzular insanı xeyir əldə etməkdən məhrum qoyur.”
    Bildirişlər
    1. Təbliğ və tərbiyədə vaxtınızı ləyaqətsiz insanlara sərf etməyin.
    2. İnsan bəzən küfrdə elə qərq olur ki, peyğəmbərlərin dəlil və xəbərdarlıqları da onu oyatmır.
    3. İnsanı qəflətdə saxlayan, onun başını qatan arzular yersizdir. Amma insanı işə təşviq edən arzular yaxşıdır.
    4. Allahın verdiyi möhləti Onun lütf və mərhəmət nişanəsi saymayaq. (Bəzən həkim xəstənin adamlarına deyir: "Bu xəstəni rahat buraxın, istədiyini yesin. Çünki iş-işdən keçib.)
    Ayə 4:
    وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلاَّ وَلَهَا كِتَابٌ مَّعْلُومٌ
    "Yazısı məlum olmamış (əcəli çatmamış) heç bir məntəqə əhlini həlak etmədik.”
    Bildirişlər
    1. Dünyapərəstlərin eyş-işrətinin sonu var.
    2. Allah istəsə kafirləri bir anda məhv edər. Amma ilahi proqram və qanuna əsasən fürsət verilir, iş təxirə salınır.
    3. Allahın möhlət verməsi bizi qürrələndirməsin.
    4. Cəmiyyət və tarixin də qanunu, vaxt bölgüsü və əsasları var.
    Ayə 5:
    مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ
    "Heç bir ümmət öz əcəlindən nə qabağa düşə bilər, nə də arxada qala bilər.”
    Nöqtələr
    İnsan iki növ əcəl və hadisə ilə qarşılaşa bilər. Qəti və qeyri-qəti. Qeyri-qəti əcəl dua, sədəqə və xeyir işlərlə dəyişə bilər. Qəti əcəl isə dəyişməzdir.
    Bildirişlər
    1. Təkcə fərdlər yox, həm də ümmətlər və onların tarixi üçün vaxt bölgüsü və əcəl var.
    2. Fərd və ümmətlərin varlığı və davamı Allahın əlindədir. İnsan Allahın müəyyənləşdirdiyi qəti proqramların vaxtını dəyişə bilməz.
    Ayə 6:
    وَقَالُواْ يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ
    "Kafirlər dedilər: "Ey zikr nazil olan kəs! Həqiqətən sən divanəsən.”
    Ayə 7:
    لَّوْ مَا تَأْتِينَا بِالْمَلائِكَةِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ
    "Əgər doğru danışanlardansansa, nə üçün mələkləri yanımıza gətirmirsən?”
    Nöqtələr
    "Məcnun” sözü ağılsızlıq mənasını bildirmir. Bu söz daha çox cin toxunmuş adama aid edilir. Necə ki, "divanə” sözü div toxunmuş mənasını daşıyır. Cahiliyyət dövründə elə düşünürdülər ki, şairlər cinlərlə əlaqədə olduqlarından şer söyləyə bilirlər.
    Bu iki ayədə kafirlərin Peyğəmbərə (s) qarşı təhqir, məsxərə, böhtan və şübhələri onların dilindən müxtəlif təkidlər şəklində bəyan olunur. Onların Peyğəmbərə (s) "ya Peyğəmbər” əvəzinə "ey o kəs ki,” şəklində müraciətləri bir növ təhqirdir. Vəhyə inanmayan kafirlərin onu "zikr” kimi qeyd etməsi bir növ məsxərədir. Şübhəsiz ki, Peyğəmbəri (s) divanə adlandırmaq böhtandır. "Əgər doğru danışanlardansansa” təbiri onların peyğəmbərə qarşı şəkk-şübhələrini göstərir. Bundan əlavə, ayədəki "innə” şəkilçisi "lam” hərfi ("innəkə lə-məcnun”); eləcə də, ismi cümlə forması kafirlərin azğın söz və əqidələrindəki təkid nişanələridir.
    Bildirişlər
    1. Bəzilərinin nəzərində mənəviyyata diqqət yetirmək divanəlikdir.
    2. Kafirlər peyğəmbərlərin vəhy qaynaqlı sözlərini qəbul etmədilər.
    3. Kafirlər mələk nazil olmasını Peyğəmbərin (s) sədaqət nişanəsi sayırlar. Amma bu, sadəcə bir bəhanə idi. Çünki Quranın başqa bir yerində belə buyurulur: "Biz mələkləri onların yanına gətirsək də ölülər onlarla dirilib danışsa da, hər şeyi gözləri qarşısına gətirsək də, yenə iman gətirməzlər.”
    Ayə 8:
    مَا نُنَزِّلُ الْمَلائِكَةَ إِلاَّ بِالحَقِّ وَمَا كَانُواْ إِذًا مُّنظَرِينَ
    "Biz mələkləri yalnız haqq olaraq göndəririk və o halda artıq kafirlərə möhlət verilməz. (Allahın qəzəbi onları dərhal yaxalayar.)”
    Nöqtələr
    Quran ayələrindən məlum olur ki, Peyğəmbərdən möcüzə göründüyü vaxt xalq etinasızlıq göstərsə, ya dərhal ilahi qəzəb nazil olar, ya da bu qəzəb bir müddət təxirə salınar. Amma bu möcüzəni xalq tələb etmiş olsa, möcüzədən sonra təslim olmayan həmin xalq dərhal ilahi qəzəbə düçar olar və onlara heç bir möhlət verilməz. Bu sayaq möcüzəyə nümunə olaraq xalqın tələbi ilə Salehin dağdan dəvə çıxarmasını, həzrət İsadan «Səma süfrəsi» istəyini göstərmək olar.
    Ötən ayədə kafirlər möhtərəm Peyğəmbərdən (s) mələk istədilər. Bu ayə cavab verir ki, mələk layiqli insanlara nazil olur və ləyaqətsiz insanlara mələk nazil olması batildir.
    Bildirişlər
    1. Mələk onun-bunun həvəsi əsasında nazil olmur. Mələklər yalnız haqq əsasında göndərilirlər.
    2. Möhlət verilməsində də qanunauyğunluq var. Əgər xalq öz dili ilə möcüzə istəyib, möcüzədən sonra tabe olmursa, heç bir möhlətdən söhbət gedə bilməz.
    Ayə 9:
    إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
    "Həqiqətən, Biz Özümüz Quranı nazil etdik və şübhəsiz, Biz onu qoruyarıq.”
    Nöqtələr
    Altıncı ayədə kafirlər deyirdilər: "Peyğəmbərə nazil olan zikrin qaynağı məlum deyil.” Bu ayədə isə belə buyurulur: "Şəkk etməyin, şübhəsiz, ona zikr və Quran nazil edən Biz özümüzük.” Əgər kafirlər Peyğəmbəri (s) təkidlə divanə sayırdılarsa, Allah daha artıq təkidlə Quranın nazil olmasını və qorunmasını Öz müqəddəs zatına aid edir.
    Bu qısa ayədə ərəb dilini bilənlərin anlayacağı beş təkid növündən istifadə olunmuşdur.
    Ayədə bildirilir ki, Quranda heç bir dəyişiklik və təhrif olmamışdır. Bu sayaq müddəalar başqa ayələrdə də var: "Heç bir batilin heç bir cəhətdən Qurana yolu yoxdur.” Quranın təhrifə uğradığını bildirən rəvayətlər ya uydurmadır, ya məna təhrifidir ki, həqiqi Quranşünas olan Əhli-beytdən kənar şəxsi rəy əsasında təfsirdən yaranan təhrifi nəzərdə tutur.
    Bəli, Allah Quranı qoruyacağını vəd etmişdir. Müsəlmanlar da ilk gündən Quranı qorumuş, onun yazıya alınmasında və hifzində ciddilik göstərmişlər. Hətta Quran təlimi qadınlar üçün mehriyyə təyin olunmuşdur. Müxtəlif insanlar vəhyi qələmə almaqla məşğul olmuşlar. Onlardan biri də həzrət Əlidir (ə). Əhli-beyt imamları xalqı məhz həzrət Əlinin (ə) yazdığı Qurana dəvət etmişlər. Səqəleyn hədisində oxuyuruq: "Peyğəmbər buyurur:”Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: biri Quran, digəri Əhli-beyt. Bu iki şey heç vaxt bir-birindən ayrılmaz. Əgər hər ikisinə sarılsanız, heç vaxt azmayacaqsınız.” Digər bir tərəfdən, necə ola bilər ki, sabit risalətə malik peyğəmbərin kitabı dəyişmiş olsun.
    Mustafaya vəd edibdir Rəbbimiz;
    Sən gedər olsan da getməz vəhyimiz.
    Hafizəm, qoymam kitabdan söz düşə,
    Artırıb əskiltmələr keçməz işə.
    Quranın təhrif olunmaması ilə bağlı yüzlərcə kitab, məqalə yazılmış, böyük şiə alimləri tərəfindən araşdırmalar aparılmışdır. Çox təəssüf ki, şiələr Quranın təhrif olunmasına inancda suçlanırlar. Əslində isə belə deyil!
    Quran zikrdir. Zikr və Qurandan uzaqlıq insanı bədbəxt edir. Quran zikrdir və qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapır.
    Bildirişlər
    1. Quran nə insan, nə də mələk tərəfindən gətirilib.
    2. Quran həmişəlik hifz olunar.
    3. Quranın istənilən bir təhrifdən qorunması Quranın öngörənliklərindən və İslamın imtiyazlarındandır.
    4. Quran zikrdir. Bu kitabda Allah, nemətlər, keçmişlərin tarixi və Qiyamət yada salınır.
    5. Böhtan və təhqirlərə möhkəm cavab verilməlidir.
    Ayə 10:
    وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِي شِيَعِ الأَوَّلِينَ
    "Həqiqətən, Biz səndən öncə keçmiş qövmlərə (peyğəmbərlər) göndərdik.”
    Ayə 11:
    وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلاَّ كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ
    "Onlar üçün elə peyğəmbər gəlmədi ki, ona istehza etməmiş olsunlar.”
    Nöqtələr
    "Şiyəi” dedikdə hansısa bağlılığa malik ümmət, dəstə nəzərdə tutulur. Bu bağlılıq həm haqq, həm də batil əsasında ola bilər.
    Onların istehza etməkdə məqsədləri ya Peyğəmbərin (s) tək qalması üçün onu hörmətdən salmaq, ya da Peyğəmbər (s) qarşısındakı acizliklərini ört-basdır etmək idi. Onlar ya Peyğəmbərin (s) sadə həyat tərzinə, ya yoxsul ardıcıllarına, ya da xurafat ənənələrini aradan qaldırmasına istehza edirdilər.
    Bildirişlər
    1. İstehza dalğası qarşısında fərdləri möhkəmləndirmək lazımdır.
    2. Tarixə və keçmişdəkilərin çətinliklərinə diqqət insanı dözümlü edir.
    3. Məsxərəyə qoyulmayan peyğəmbər olmamışdır.
    4. İstehza kafirlərin Peyğəmbərə (s) qarşı daimi gedişlərindən olmuşdur. (Məntiqsiz insanın əlindən yalnız istehza gəlir).
    Ayə 12, 13:
    كَذَلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ لاَ يُؤْمِنُونَ بِهِ وَقَدْ خَلَتْ سُنَّةُ الأَوَّلِينَ
    "Bu sayaq (höccəti tamamlamaq üçün Quranı) günahkarların qəlbinə yeridirik. (Amma) onlar buna iman gətirmirlər. Qədim kafirlərin də sünnə və yolu belə olmuşdur.”
    Ayə 14, 15:
    وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ السَّمَاء فَظَلُّواْ فِيهِ يَعْرُجُونَ لَقَالُواْ إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ
    "Əgər onların üzünə göydən bir qapı açsaq ki, durmadan onunla yuxarı qalxsınlar, şübhəsiz, deyərlər ki, həqiqətən, bizim gözümüz bağlanıb, bəlkə də sehrlənmiş bir qövmük.”
    Nöqtələr
    Bir neçə ayə əvvəl oxuduq ki, kafirlər Peyğəmbərdən (s) mələk gətirməsini istəyirdilər. Bu surənin 14-cü ayəsində buyurulur ki, hətta göydən qapı açılsa, səmaya qalxıb mələkləri görsələr, yenə iman gətirməyəcəklər. Çünki onların mələk görmək istəyi yalnız bir bəhanədir. İnadkar şəxs gördüyünü də inkar edir. Digər bir ayədə buyurulur ki, səmadan kağız üzərində kitab nazil olsaydı və onlar bu kitabı əllərinə alsaydılar da, yenə inkar edər, bu işi sehr sayardılar.
    Bəzi təfsirçilər deyirlər: "Nəslukuhu” dedikdə təkzib və istehzanın kafirlərin qəlbinə yeridilməsi nəzərdə tutulur. Quran təbirincə, onların qəlbi daşlaşmışdır və hidayət qabiliyyətlərini itirmişlər.
    Bildirişlər
    1. İnsanların hidayətinə münasibətdə Allahın sünnəsi eynidir.
    2. Allah höccəti tamamlayır, haqqı insanların qəlbinə və ruhunun dərinliyinə çatdırır. Bundan sonra onlar həqiqətdən xəbərsiz olduqlarını deyə bilməzlər.
    3. Günah hidayət və nəsihətin qəbulu yolunda maneədir.
    4. Haqqın qəbulu üçün onu eşitmək bəs etmir. İnsanın iman gətirməsi üçün iradə, təvazö və mütiliyə ehtiyac var.
    5. Səmada Allahın iradəsi ilə hər bir insanın üzünə açıla biləsi qapılar var.
    6. İnadkarlıq haqqın tanınmasına mane olur. İnadkar insan gördüyünü də inkar edir.
    7. İnadkarlıq sağalmaz dərddir və getdikcə ağırlaşır. Belələri əlamətlər gördükdə "Gözlərim sehrlənib” deyirlər. Sonra isə bütün vücudlarının sehrləndiyini iddia edirlər.
    Ayə 16:
    وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاء بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ
    "Həqiqətən, Biz səmada bürclər yaratdıq və onları baxanlar üçün zinət qərar verdik.”
    Nöqtələr
    "Burc” sözünün cəm forması olan "buruc” sözü əslində zühur mənası bildirir. Zinətini göstərən qadın belə adlanır. Xüsusi görünüşə malik qəsr, saray və tikiliyə bürc deyilir. Bu ayədə səma cisimləri və ya onların mənzilləri bürcə oxşadılır.
    Yerin günəş ətrafında dövr etməsindən "məntəqətul-buruc” adlı xəyali bir dairə yaranır. Bu dairə 12 hissəyə bölünmüşdür və hər bir hissə üçün ulduzlar qeyd olunmuşdur. Ulduz toplumunun formasına münasib olaraq onlara ad verilmişdir. İranın şəmsi təqvimində adlar bu ulduzların adı ilə adlanır. Məsələn, fərvərdin, ordibeheşt, xordad... Ərəb dilində ulduzlar həməl (qoç), sur (buğa), couza (əkizlər), sərətan (xərçəng), əsəd (şir), sunbulə (qız), mizan (tərəzi), əqrəb, qövs (oxatan), cədi (oğlaq), cəlv (dolça), hut (balıq) adlandırılmışdır.
    Bildirişlər
    1. Səma cisimləri və onların müxtəlif orbitlərdə hərəkəti tövhid və Allahşünaslıq əsərlərindəndir.
    2. Səma cisimləri də yaradılmışdır.
    3. Zinət və gözəllik yaranış prinsiplərindəndir və Allah-təala göyləri xəlq edərkən bu prinsipə riayət etmişdir.
    4. Göy də yer kimi insan üçün yaradılmışdır.
    Ayə 17:
    وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ
    "Onları hər qovulmuş şeytandan hifz etdik.”
    Ayə 18:
    إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ
    "Yalnız oğurluq qulaq asan istisnadır ki, onu da aşkar bir şəhab (ulduz) təqib edər.”
    Nöqtələr
    "İstiraq” sözü "oğurluq” mənasını bildirir. "İstərəqəs səmə” dedikdə söz oğurluğu nəzərdə tutulur.
    "Təfsiri-fi zilal” və "Təfsiri-Məraği” mənbələrində oxuyuruq: Biz şeytanın necə söz oğurladığının mahiyyətini bilmirik.” Amma Fəxr-Razi və Alusi öz təfsirlərində belə deyirlər: "Asiman dedikdə gördüyümüz səma, şəhab dedikdə səmada sürətlə hərəkət edən daşlar nəzərdə tutulur. Bəziləri isə səma dedikdə şeytanın üzünə bağlı olan ilahi ərş aləminin nəzərdə tutulduğunu bildirirlər. Ayədən belə bir məna da anlaşıla bilər: mənəviyyat səmasında parlaq çöhrələr, nümunələr və rəhbərlər qərar tutur. Həqiqətlər şeytanın vəsvəsələrindən hifz olunur. Əgər bir şeytansifət vəsvəsə etsə, möhkəm dəlil və məntiqlə ona hücum olunar, onların bidət və vəsvəsələri zikr əhlinin elm və dəlil şəhabları ilə məhv olunar.
    Bildirişlər
    1. Zinətli səmalar qorunmalıdır. Onları hifz etmək isə yalnız Allahın işidir.
    2. Səmalar tədbir tökən mələklərin mərkəzidir. Tədbir mərkəzi hifz olunmalıdır.
    3. Şeytan təkcə İblis deyil.
    4. Şeytan özbaşına uzaqlaşıb getmir. Onu rədd etmək lazımdır.
    5. Gizli dinləmə və söz oğurluğu şeytan işidir.
    6. Casusla sərt rəftar olunmalıdır.
    7. Harada şeytansifətlər meydana çıxsa, cəmiyyətin ziyalıları elm şəhabı ilə onları təqib etməlidirlər.
    8. Vəsvəsə və şeytənətlərə aşkar və dərhal cavab verilməlidir. ("Saffat” surəsinin 8-ci ayəsində bildirilir ki, şeytan hərtərəfli rədd edilməlidir. Yoxsa şəklini dəyişib başqa bir yolla üzə çıxar.)
    Ayə 19:
    وَالأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ شَيْءٍ مَّوْزُونٍ
    "Yer üzünü döşədik, onda möhkəm dağlar qərar verdik. Hər şeydən ölçülmüş və qədərincə yetişdirdik.”
    Ayə 20:
    وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَن لَّسْتُمْ لَهُ بِرَازِقِينَ
    "Orada sizin və ruzi verəni olmadığınız (kəs) üçün yaşayış vasitəsi qərar verdik.”
    Nöqtələr
    "Əl qəyna” yaratmaq, "rəvasiyə” möhkəm, "məayişə” yaşayış vasitəsi mənasını bildirir.
    Bildirişlər
    1. İlahi nemətlərdən biri yer üzünün genişliyi və hamarlığıdır. (Əks-təqdirdə, əkinçilik və bir çox başqa işlər çətinliklə yerinə yetirilərdi.)
    2. Yerin döşənməsi, dağların və nəbatat aləminin yaranışı təsadüfi deyil.
    3. Məsələlər xüsusi mizan və qanun əsasında yaradılmışdır.
    4. Yer hər növ bitkinin inkişafı üçün hazırdır.
    5. Yer, dağlar və nəbatat insan üçün yaradılmışdır.
    6. Allah bütün mövcudların ruzisini, hətta sizin təmin etmək gücündə olmadığınız varlıqların təminatını Öz öhdəsinə götürmüşdür.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 689 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024