İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 21:
    وَإِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ
    "Mənbə və xəzinəsi Bizdə olmayan heç nə yoxdur. Biz müəyyən miqdardan artıq göndərmirik.”
    Nöqtələr
    Çoxsaylı ayələrdə mövcudların yaranışında ölçü məsələsinə işarə olunmuşdur.
    "Şura” surəsinin 27-ci ayəsində oxuyuruq ki, əgər Allah bəndələrinin ruzisini hədsiz artırsa, onlar təcavüzə əl atarlar. Bu səbəbdən də Allah məsləhət bildiyi qədər hər kəsə əta edir. Hazırkı ayədə də həmin nöqtəyə işarə olunur.
    Xəzinə dedikdə güc çatan səbəblər, ünsürlər və imkanlar nəzərdə tutula bilər. Allah hər bir mövcudun ixtiyarında belə bir qüvvə qərar vermişdir.
    "İn min şəyin illa indəna xəzainuhu”, yəni "xəzinəsi Bizdə olmayan şey yoxdur” cümləsi bütün yaranmışlara aiddir. Məsələn, görmə, eşitmə gücü də Allahın yanındadır. Görmə və eşitmə xəzinəsindən müəyyən miqdarda bizə əta olunur. Məsələn, Allah istəsə, bizə elə bir eşitmə qüvvəsi verər ki, yer kürəsinin əks tərəfindəki qarışqanın ayaq səsini eşidərik. Müasir nəbatat elmində kəşf olunub ki, hər bir bitkinin xüsusi çəkisi var. Bu xüsusi çəki artıb-azaldıqda həmin bitki yaşaya bilmir.
    Nazilolma bəzən yağışın nazil olması kimi yuxarı məkandan, bəzən də dəmirin nazil olması kimi yuxarı məqamdan baş tutur. Bu ayədə oxuyuruq ki, nemətlərin ölçü və hesabı var, onların hər birinin miqdarı məlumdur. Digər ayə və rəvayətlərdə isə bu bildirişin amilləri bəyan olunur. İnsanların səyi ruzi təyinində təsirli ola bilər. Yaxşı əxlaq, ali təhsil, genişqəlblilik, xoşniyyət, canıyananlıq, salehlərin duası məlum miqdara təsir göstərə bilər.
    Bildirişlər
    1. Varlığın Allahın ixtiyarında olan mənbəsi var. Bu mənbənin yalnız bir hissəsi əlimizə çatır və biz həmin hissədən xəbər tuturuq.
    2. Varlıqda ölçüsüz yaradılmış bir şey yoxdur.
    3. Allahın xəzinələri çoxdur və Onun rəhməti tədricən nazil olur. ("Tənzil” dedikdə tədrici nüzul nəzərdə tutulur.)
    4. İlahi xəzinələr daimidir. Çünki Allah yanında olan şey dəyişməzdir.
    5. Allahdan qeyrisinə üz tutmayaq. Çünki istədiyimiz hər bir şeyin mənbəyi Allahın yanındadır.
    6. Bir şeyin olması ondan istifadə üçün bəs etmir. Məsrəfdə hikmət, tutum və onlarla başqa şərt nəzərə alınmalıdır.
    7. Varlığın bəşər tərəfindən kəşf olunmamış mənbələri mövcuddur.
    Ayə 22:
    وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنتُمْ لَهُ بِخَازِنِينَ
    "Küləkləri (buludları və bitkiləri) bara gətirmək üçün göndərdik. Səmadan su nazil etdik. Beləcə, yağışın xəzinədarı olmadığınız və onu ehtiyat üçün saxlaya bilmədiyiniz halda sizi onunla sirab etdik.”
    Nöqtələr
    "Ləvaqih” sözü buludların bara gətirilməsi mənasını bildirir. Müsbət və mənfi yüklü buludların birləşməsi yolu ilə buludlar, toxumların ötürülməsi yolu ilə bitkilər bara gəlir.
    "Zariyat” surəsinin 41-ci ayəsində oxuyuruq ki, bulud bəzən bəhrəli, bəzən bəhrəsiz olur. "Nur” surəsinin 43-cü ayəsində bildirilir: "Görmürsənmi, Allah pərakəndə buludları sövq edir, sonra bir-birinə birləşdirir, sonra yenidən parçalayır. Görmürsənmi, onların arasından yağış gəlir?”
    İnsan suyu nə buludlarda saxlaya bilər, nə də yağış yağdıqdan sonra hövzələrdəki buxarlanmanın qarşısını alar.
    Bildirişlər
    1. Varlıq aləmini idarə edən Odur.
    2. İnsan ən zəruri ehtiyaclarını toplayıb saxlamaqda acizdir.
    3. Su neməti sirab olmaq nemətindən fərqlidir.
    (İnsanın su içdikdən sonra susuzluğunun yatması sudan əlavə bir nemətdir. Bəzən insan su içsə də, onun susuzluğu yatmır.)
    Ayə 23:
    وَإنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ
    "Əlbəttə, bu Bizik ki, dirildirik və öldürürük. Bu Bizik ki, (hamı öləndən sonra) varis oluruq.”
    Ayə 24:
    وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ
    "Şəksiz, Biz sizdən olan əvvəlkiləri bilirik və gələcəkdəkilərdən də agahıq.”
    Ayə 25:
    وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
    "Həqiqətən, onların hamısını məhşur edəcək kəs, sənin Rəbbindir. Çünki O, hikmət sahibidir və biləndir.”
    Nöqtələr
    Təfsirçilər "mustəqdimin” və "mustəxirin” təbirləri ilə bağlı nümunələr zikr etmişlər. O cümlədən: dünyadan gedənlər və həyatda qalanlar, cəbhə aşiqləri və müxaliflər, camaat namazında birinci cərgədə dayananlar və sonuncu cərgədə dayananlar.
    Bəziləri camaat namazında birinci cərgədə dayanmağa yubanmamaq üçün evlərini satışa qoyur, məscidin yaxınlığında ev almaq istəyirdilər. Ayədə buyurulur ki, Biz belə fərdləri tanıyırıq.
    Bildirişlər
    1. Ölüm və həyat yalnız Onun əlindədir. Hamı köçüb gedəsidir. Yaxşı olar, öz əməlimizlə həqiqi varis üçün yaxşı bir irs qoyaq.
    2. Zamanın ilahi elmə təsiri yoxdur. Onun elmi keçmişi, indini və gələcəyi əhatə edir.
    3. Qiyamətin bərpası, mükafat və cəza verilməsi Allahın rübubiyyət şənindəndir.
    4. Qiyamət üçün dəlil Allahın hikmətidir. (Əgər zərrələr torpağa, torpaq qidaya, qida nütfəyə, nütfə insana çevrilirsə və ölümü dadmaqla insan yenidən torpaq olursa, bu hərəkət hikmətsiz ola bilməz.)
    5. Qiyamətdə keçmişdəkilər və indikilər birlikdə məhşurlar olar. Allah hamının əməlindən, hər bir fərdin niyyətindən tam xəbərdardır.
    Ayə 26:
    وَلَقَدْ خَلَقْنَا الإِنسَانَ مِن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
    "Həqiqətən, Biz insanı quru, dəyişmiş və qoxumuş qara gildən (torpaqdan) yaratdıq.”
    Ayə 27:
    وَالْجَآنَّ خَلَقْنَاهُ مِن قَبْلُ مِن نَّارِ السَّمُومِ
    "İnsandan öncə yandırıcı və öldürücü oddan cini yaratdıq.”
    Nöqtələr
    Quru, bişməmiş gil "səlsal” adlanır. Belə bir gili üfürdükdə ondan fit səsi gəlir. «Həmə» dedikdə qara gil, "məsnun” dedikdə dəyişmiş mənaları anlaşılır. İnsan orqanizminə zəhər kimi təsir göstərən isti külək "səmum” adlanır.
    Bu ayə ya ilk insanın, yəni həzrət Adəmin yaranışına işarədir , ya da insanın torpaqdan keçən təkamül yolunu göstərir. "Kəhf” surəsinin 37-ci ayəsində oxuyuruq ki, insan torpaq, nütfə, insan mərhələlərini keçmişdir.
    Quran leksikonunda cin Allah tərəfindən xitab olunan vəzifəli bir mövcuddur. Bu mövcud Quranı anlayır. "Cin” surəsinin ilk ayəsində oxuyuruq: "Cinlərdən bir qrupu Quranı dinlədilər.” Cinlərin də insan kimi şəhvəti var. Quranda bakirə behişt qadınları haqqında danışılarkən buyurulur ki, onlara nə insan, nə də cin toxunub. Bu ayəyə əsasən, cin insandan əvvəl xəlq olunub. Çünki İblis cin tayfasındandır. O da sair kafirlər kimi cəhənnəmə gedər.
    Ayə 28:
    وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
    "(Yada sal) o vaxt ki, Rəbbin mələklərə dedi: "Həqiqətən, Mən qara, quru və pis qoxulu gildən bəşər xəlq edərəm.”
    Nöqtələr
    "Bəşər” sözünün lüğətdəki mənası dərinin zahiridir. Canlılar arasında yalnız insanın dərisi görünür. Digər canlıların dərisi tüklə örtülüdür.
    Bildirişlər
    1. Mələklər insandan öncə yaradılıb. (Çünki Allah insanı yaratmamışdan öncə bu barədə mələklərlə danışırdı.)
    2. İnsan torpaqdan, maddiyyatdan xəlq olunub. Bu səbəbdən də maddiyyata meyillidir.
    Ayə 29:
    فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُ سَاجِدِينَ
    "Bunu biçimli və möhkəm düzəldib Öz ruhumdan üfürəndə ona səcdə edin.”
    Ayə 30:
    فَسَجَدَ الْمَلآئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
    "Mələklər hamılıqla səcdə etdilər.”
    Ayə 31:
    إِلاَّ إِبْلِيسَ أَبَى أَن يَكُونَ مَعَ السَّاجِدِينَ
    "Yalnız İblis səcdə edənlərlə olmaqdan çəkindi.”
    Nöqtələr
    Allahın ruhunun insana üfürülməsi onun cana gəlib nəfəs alması deyil. Çünki heyvanlar da nəfəs alır. Əslində məqsəd insana yaradıcılıq, iradə, elm kimi sifətlərin əta olunmasıdır. Ruh şərafətlilik baxımından Allaha aid edilir. Məsələn, "Beytullah” dedikdə "Allahın evi” nəzərdə tutulur. Əslində isə Allah evə ehtiyacsızdır və belə bir ad evi şərafətləndirmək xatirinə verilir.
    Mələklərin Adəmə səcdəsi rəsmiyyət xatirinə yox, insan nəsli qarşısında təvazö xatirinə idi. Yəni mələklər də bəşəriyyətin xidmətindədir.
    Bildirişlər
    1. İnsan kamil və biçimli yaradılmışdır.
    2. İnsana Allahın ruhu üfürüldüyündən mələklər ona səcdəyə çağırıldılar.
    İnsanlığa şərəf ruhudur Onun,
    Düşünmə payı var bəzəkli donun.
    3. İnsan ikiyönümlü mövcuddur: maddi yönüm və mənəvi yönüm. Onun üçün hər iki yönümdən kamillik var.
    4. İnsan Allahın bəzi sifətlərinin təcəlla məhəllidir.
    5. Mənəviyyatın maddi bədənə, miniyə ehtiyacı var.
    6. Səcdə edənlərlə bir cərgədə dayanmaq istəməyənlərdə İblis ruhu var.
    7. Səcdə və rüku dəyər olsa da, başqa namaz qılanlarla birlikdə yerinə yetirilən rüku və səcdə daha kamil dəyərə malikdir.
    Ayə 32:
    قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلاَّ تَكُونَ مَعَ السَّاجِدِينَ
    "(Allah) buyurdu: "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə deyilsən?”
    Ayə 33:
    قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
    "(İblis) dedi: "Mən quru, qara və pis qoxulu gildən yaratdığın bəşərə səcdə edəsi deyiləm.”
    Ayə 34, 35:
    قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَى يَوْمِ الدِّينِ
    "(Allah) buyurdu: "Elə isə, mələklər cərgəsindən xaric ol. Həqiqətən, sən qovulmuş və rədd olunmuşsan. Şübhəsiz, qiyamət gününədək sənə lənət olacaq.”
    Bildirişlər
    1. Mühakimə apararkən təkcə öz elminizə istinad etməyin. Günahkarı danışdırın, sual-cavabla onun günahının kökünü, günahkarın ruhiyyəsini aydınlaşdırın. Günahkar öz günahını etiraf etməlidir.
    2. Əgər bir insanda təkəbbür ruhiyyəsi yaransa, mühit və digər amillər onun hidayətinə kömək etməz. (İblis mələklər arasında idi və ilahi bir fəzada qərar tutmuşdu. Amma inadkarlıq və təkəbbür səbəbindən rədd olundu.)
    3. İrqi ayrıseçkilik İblisə aid düşüncədir.
    4. Səcdə etməməkdən də pisi ilahi əmr qarşısında qürur və təkəbbürdür.
    5. Günahdan da pisi günaha don geyindirməkdir. (Şeytan öz günahına don geyindirir.)
    6. Qürur və təkəbbür qədəm qoyan yerdə ilahi nur və ruhdan əsər qalmaz. Şeytan insanın torpaq heykəlini görmüşdü. Halbuki Allah ilahi ruhu səbəbindən insana səcdə əmri vermişdi.
    7. Allahın göstərişləri məcburiyyətə səbəb ola bilməz.
    8. Təkəbbür nəinki insanı ucaltmır, əksinə, təkəbbürlü insan alçalır. Təkəbbür səbəbindən insanın öncəki ibadətləri puça çıxır.
    9. Allahın aydın əmr və göstərişləri qarşısında araşdırma aparmaq və mövqe bildirmək caiz deyil. "Onun önündə səcdəyə düşün” əmri qarşısında "Onu quru, qara və qoxumuş gildən yaratmısan” etirazı yersizdir.
    10. Bir anlıq itaətsizlik və təkəbbür əbədi ixraca səbəb oldu.
    11. Təkəbbürlü insan daim Allahın lənətinə düçardır.
    Ayə 36, 37:
    قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ
    "(İblis) dedi: "Pərvərdigara! Mənə xalq (qiyamətdə) ayağa qaldırılana qədər möhlət ver. (Allah) buyurdu: "Həqiqətən, sən möhlət alanlardansan.”
    Ayə 38:
    إِلَى يَومِ الْوَقْتِ الْمَعْلُومِ
    "(Amma qiyamət gününədək yox,) məlum bir günədək.”
    Nöqtələr
    Şeytan qiyamət gününədək lənətləndiyini anladıqda həmin günədək möhlət istədi. Amma nə üçün möhlət istədiyini bildirmədi. Möhlət vermək Allahın sünnəsi, qanunu olduğundan şeytan da möhlət aldı. Amma istədiyi kimi qiyamət gününədək yox, Allaha məlum olan bir günədək! Bəzi təfsirçilərin nəzərincə, şeytan bəşər və vəzifə olan günədək möhlət aldı.
    Bildirişlər
    1. Günahkarlara möhlət vermək Allahın qanunudur.
    2. Məsləhət olduqda günahkarların da istəyi qəbul olur. Şeytanın möhlət istəyinə müsbət cavab verildi.
    Ayə 39:
    قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِي لأُزَيِّنَنَّ لَهُمْ فِي الأَرْضِ وَلأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
    "(İblis) dedi: "Pərvərdigara! Məni azdırdığın üçün mən də yer üzündə onlara (pislikləri) cilvələndirərəm və hamını aldadaram.”
    Ayə 40:
    إِلاَّ عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ
    "Yalnız ixlaslı (xalis) bəndələrindən başqa!”
    Nöqtələr
    Allah kimsəni azdırmır. Yalnız öz istəyi ilə azğınlıq yolunu seçənlər özbaşına buraxılır. Allahın insanı özbaşına buraxması ən böyük cəzadır. İblis öz istək və iradəsi ilə təkəbbür və inadkarlıq göstərdiyindən Allah onu özbaşına buraxdı. "Əğvəytəni” sözü həmin mənanı bildirir. Yəni inadkarlığıma görə məni lütfündən məhrum etdiyin üçün əlimdən gələni edəcəyəm.
    İblis bilirdi ki, insanlardan bir dəstəsi Allahın seçilmişləri olacaq. Yəni İblis nübüvvət və imaməti də qəbul etmişdi. "Rəbbi bima əğvəytəni” (Pərvərdigara, məni azdırdığın üçün) təbirindən aydın olur ki, şeytan Allahı qəbul edirdi. Onun qiyamət gününədək möhlət istəməsi məada da inandığını bildirir. Onun eybi təkəbbürlü olması, təslimçilik ruhiyyəsindən məhrumluğu idi. Demək, elm və iman təklikdə bəs etmir. Allahın lütfünə layiq olmaq üçün əməl, təslimçilik və bəndəlik lazımdır.
    Bildirişlər
    1. İblis və iblissifətlər öz eyblərini Allahın ayağına yazırlar
    2. Şeytanın azdırma üsulu çirkinliyi gözəl göstərməkdir.
    3. Pak və ixlaslı insanlar şeytanın tələsindən amandadırlar. (Əlbəttə ki, insanın ixlasla yanaşı Allahın lütfünə də ehtiyacı var. Çünki "müxləs” dedikdə Allahın seçilmişi nəzərdə tutulur.)
    Ayə 41:
    قَالَ هَذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ
    «(Allah) buyurdu: "Bu, (ixlaslıların qurtuluşu) Öz öhdəmdə olan doğru bir yoldur.”»
    Ayə 42:
    إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلاَّ مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ
    "Həqiqətən, sənə tabe olan azğınlar istisna olmaqla, Mənim bəndələrim üzərində hökmün yoxdur.”
    Nöqtələr
    Ötən ayədə İblis dedi ki, mən ixlaslı insanlardan savay hamını azdıraram. Allah bu ayədə buyurur ki, xalis bəndələrimə hakim olmamağın Mənim doğru yolum, sünnəmdir. Yəni Allah onları qorumağa Özü zamin dayanmışdır və bu, Onun qanunudur. Şeytan ixlaslılardan kənarda dayanmayıb, sadəcə, onlara bata bilmir.
    Sual: Əgər İblis seçilmiş insanlara yol tapa bilmirsə, nə üçün Adəm onun vəsvəsəsi ilə qadağan olunmuş meyvədən yedi?
    Cavab: İblisin seçilmiş insanlarda tamahı var və onlara vəsvəsə edir. Amma seçilmiş insanlara yaxşı işi unutdura bilsə də, onları azğınlığa sürükləməkdə acizdir. (Adəmin qadağan olunmuş meyvədən yeməsi "tərki-ovla”, yəni yaxşı bir işdən çəkinmək idi.)
    Bildirişlər
    1. Allahın təslim olmuş bəndələri üzərində Şeytanın hökmü yoxdur.
    2. İnsan öz istəyi ilə İblisin ardınca gedir.
    3. Əgər ibadət və təqva vasitəsi ilə Allahın bəndələri zümrəsinə qatılsaq sığortalanmış olarıq.
    4. Şeytanın işi hakimlik yox, vəsvəsədir. (Qiyamətdə İblis xalqın etirazına cavab olaraq deyər ki, mənim sizim üzərinizdə hakimiyyətim olmayıb, yalnız sizi dəvət etmişəm.)
    Ayə 43:
    وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
    "Əlbəttə, cəhənnəm onların hamısına vəd olunmuş yerdir.”
    Ayə 44:
    لَهَا سَبْعَةُ أَبْوَابٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ
    "Onun (cəhənnəmin) yeddi qapısı var. Hər qapı üçün azğınlardan bir hissəsi ayrılmışdır.”
    Nöqtələr
    Cəhənnəmin yeddi qapısı bu qapıların çoxluğuna işarə oluna bilər. İnsanın cəhənnəmə düşməsinin bir çox səbəbləri var. "Loğman” surəsinin 27-ci ayəsində buyurulur: "Əgər ağaclar qələm, yeddi dərya mürəkkəb olsa, Allahın sözlərini yaza bilməzlər.” Bu ayə Allahın məxluqlarının çoxluğuna işarədir.
    Bildirişlər
    1. Həm behişt, həm də cəhənnəmin öz yolları var.
    ("Nəhcül-bəlağə”də oxuyuruq ki, mücahidlər üçün behiştin xüsusi qapısı var.)
    2. Cəhənnəmin də behişt kimi təbəqələri və mərtəbələri var. Hər bir insan öz günahına uyğun cəzalandırılar.
    Ayə 45, 46:
    إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ ادْخُلُوهَا بِسَلاَمٍ آمِنِينَ
    "Həqiqətən, müttəqilər (təqvalılar) bağlarda və çeşmə başındadırlar. (Onlara xitab olunar:) Salamatlıq və əmin-amanlıqla bağlara daxil olun.”
    Ayə 47:
    وَنَزَعْنَا مَا فِي صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَانًا عَلَى سُرُرٍ مُّتَقَابِلِينَ
    "Biz onların qəlblərindəki hər növ kini çıxarıb atdıq. (Nəticədə) taxtlarda qardaşcasına üzbəüz əyləşərlər.”
    Ayə 48:
    لاَ يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ
    "Orada onlara heç bir əziyyət verilməz, oradan çıxarılası deyillər.”
    Nöqtələr
    "Ğill” dedikdə məxfi surətdə olan nüfuz nəzərdə tutulur. Demək, pis sifət insanda məxfi şəkildə kök atır. "Sərir” sözü taxt mənasını bildirir. Bu söz "sürur”, "şadlıq” sözündəndir. Məlum olur ki, taxta söykənmək şadlıq səbəbindəndir.
    Bu ayələrdə behişt əhli üçün 8 mükafat qeyd olunur: Bağlar, çeşmələr, salamatlıq, əmin-amanlıq, kin-küdurətin aradan götürülməsi, qardaşlıq, üzbəüz taxtlar, istənilən bir əziyyət və cadudan uzaqlıq.
    Əvvəlki ayədə oxuduq ki, Allahın seçilmişlərindən savay bütün xalq şeytan vəsvəsələrinin hücumuna məruz qalır. Bu ayədə buyurulur ki, əgər insan təqva mərhələsinə qədəm qoyub müxlis, (ixlaslı, xalis) mərhələsinə çatmasa, yenə bir sıra ilahi nemətlərə yetişər.
    Mühüm məsələ bütün nemətlərin bir yerdə toplanmasıdır. Dünyada bağ olan yerdə çeşmə, çeşmə olan yerdə bağ olmur. Bəzən həm çeşmə, həm də bağ olan yerdə salamatlıq və ya əmin-amanlıq olmur. Bəzən də səmimiyyətdən savay bütün nemətlər bir yerə toplanır. Belə də olur ki, bütün nemətlərlə yanaşı bir sıra çətinliklərlə rastlaşırıq. Qiyamətdə isə belə deyil. Qiyamətdə maddi, mənəvi, ictimai, psixoloji baxımdan bütün nemətlər əbədi olaraq bir yerə toplanmışdır.
    Bildirişlər
    1. Müjdə ilə yanaşı xəbərdarlıq edilməsi tərbiyədə zəruri prinsiplərdəndir.
    2. Bir neçə günlük dünyada günahdan uzaqlıq əbədi xoşbəxtliklə nəticələnir.
    3. Behişt nemətləri çeşidli və çoxsaylıdır.
    4. Behişt nemətlərində nöqsan yoxdur. Çeşməli bağ, əmin-amanlıqla birlikdə salamatlıq, səmimi qardaşlıq, davamlı rahatlıq behişt səciyyələrindəndir.
    5. Behişt nemətləri əhatəlidir. Bu nemətlər həm bağ və çeşmə kimi maddi, həm də əmin-amanlıq və səmimiyyət kimi mənəvidir. Ən əsası isə bu nemətlərdə Allahın razılığı, təbriki və salamı var.
    6. Kin-küdurət qardaşlıqla bir araya sığmır. Öncə kin aradan götürülməli, sonra qardaşlıq gerçəkləşməlidir
    7. Küskünlük və narazılıq, dözümsüzlük bir tərəfin haqq, o biri tərəfin batil olmasını göstərmir. (Bəzən hər ikisi behişt əhli olan və eyni bir müqəddəs hədəfə doğru hərəkət edən iki şəxs məsələyə müxtəlif prizmalardan yanaşır. Onlardan biri o birinin işini batil sayır, qarşı tərəfə dözümsüzlük göstərir. Qiyamətdə Allahın iradəsi ilə bu sayaq kin-küdurətlər aradan qaldırılar.)
    8. Kin-küdurəti aradan qaldırmaq üçün Allahdan yardım almaq lazımdır.
    9. Pis sifət buxov və zəncir kimi insanı əsir edir.
    10. Behişt əhli üçün müxtəlif dərəcələrdən olmaq problem yaratmır.
    Ayə 49:
    نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ
    "(Ey peyğəmbər,) bəndələrimə bildir ki, həqiqətən, Mən Özüm çox bağışlayan və mehribanam.”
    Ayə 50:
    وَ أَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الأَلِيمَ
    "Əlbəttə ki, Mənim əzabım da dərdli bir əzabdır.”
    Nöqtələr
    Quran bu ayələrdə xalqı 4 qismə bölür: İblisin hakim ola bilmədiyi ixlaslılar (peyğəmbər və övliyalar); Behişt əhli olan müttəqilər (təqvalılar); peyğəmbərlər tərəfindən əfv olunduğu bildirilən tövbə etmiş günahkarlar; dərdli əzabla qorxudulmuş qatı günahkarlar.
    Bildirişlər
    1. İlahi rəhmət ən böyük və ən üstün bildirişdir. ("Nəbə” dedikdə mühüm xəbər nəzərdə tutulur.)
    2. Günahkarlar da Allahın bəndələridirlər.
    3. Allahın lütfünə münasibətdə şəkk-şübhəyə yol verməyin.
    4. Allahın bağışlaması lütfü və mehribanlıqla müşayiət olunur. O təkcə bağışlamır, həm də lütf edir.
    5. Allahın bəxşiş və lütf dərin və ardıcıldır. ("Ğəfur” və "Rəhim” adları dərinlik və təkrar nişanəsidir.)
    6. Allahın lütf və rəhməti Onun qəzəbindən öndə gəlir.
    7. Allahın rəhmətinə görə qürrələnməyək. Çünki Onun əzabı da dərdlidir.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 808 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024