İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 76, 77:
    وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقيمٍ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّلْمُؤمِنِينَ
    "O məmləkət (viranlıqları) yol kənarında qərar tutub. Həqiqətən, bu macərada möminlər üçün aydın nişanələr var.”
    Nöqtələr
    "Mutəvəssim” dedikdə ən kiçik əsərdən həqiqəti dərk edən, yəni fərasətli və agah insan nəzərdə tutulur. Rəvayətlərdə bildirilir ki, "mutəvəssimin” dedikdə Peyğəmbər (s) və onun Əhli-beyti nəzərdə tutulmuşdur.
    Bir şəxs imam Sadiqə (ə) dedi: "Bir məsələm var.” Həzrət buyurdu: "İstəyirsənmi nə soruşacağını deyim?” Həmin şəxs təəccüblə soruşdu: "Zehnimdə nə olduğunu haradan bilirsiniz?” Həzrət buyurdu: "Bittəvəssum”, sonra hazırkı ayəni tilavət etdi.
    Ola bilsin ki, ayədə Allahın qəhr-qəzəbinin təkcə Lut qövmünə aid olmaması nəzərə çatdırılır. Bildirilir ki, Allahın qəhr-qəzəbi tarixin bütün cinayətkarları üçün sabit bir sünnə, qanundur.
    Bildirişlər
    1. Tarixi hadisələrdə düşüncəli möminlər üçün nişanələr, adi möminlər üçün nişanə var.
    2. Keçmiş qövmlərin əsərləri və qalıqlarının hifzi gələcəkdəkilər üçün ibrətdir.
    Ayə 78:
    وَإِن كَانَ أَصْحَابُ الأَيْكَةِ لَظَالِمِينَ
    "Həqiqətən, Əykə məmləkətinin əhli sitəmkar idi.”
    Ayə 79:
    فَانتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
    "Belə ki, onlardan intiqam aldıq. Həqiqətən, (viran olmuş) bu iki məntəqə gözləriniz qarşısında aşkardır.”
    Nöqtələr
    "Əykə” dedikdə meşə, sıx ağaclıq nəzərdə tutulur. Əykə əshabı isə həzrət Şüeybin qövmüdür. Bu iki qövm Hicaz və Şam arasında saf suyu və havası, sıx ağacları olan bir məntəqədə yaşayırdı.
    Bir rəvayətdə həzrət Peyğəmbərdən (s) nəql olunur ki, Mədyən əshabı və Əykə əshabı iki ümmət idi. Şüeyb hər iki əshabın peyğəmbəri idi. Bu ümmətlərin hər ikisi küfr etdi. Amma müxtəlif əzaba düçar oldular.
    Bizim Allahdan tələbimiz yoxdur və Onun verdikləri haqq yox, bəxşişdir. İlahi cəza isə belə deyil. Allahın qəhr-qəzəbini gətirən öz günahlarımız olduğundan haqqımız olan cəzadan danışılarkən "intiqam” sözündən istifadə olunur.
    Bildirişlər
    1. Sitəmkarlar bilsinlər ki, onların zülm-sitəmindən tarix boyu başqalarına danışılasıdır.
    2. Yol çəkərkən çalışaq ki, tarixi hadisələrdən danışan yerlər müsafirlərin gözləri qarşısında olsun.
    Ayə 80:
    وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الحِجْرِ الْمُرْسَلِينَ
    "Həqiqətən, Hicr əhli (Səmud qövmü) də peyğəmbərləri təkzib etdilər.”
    Ayə 81, 82, 83:
    وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُواْ عَنْهَا مُعْرِضِينَ وَكَانُواْ يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ
    "Biz Öz nişanələrimizi onlara göstərdik, amma onlar Bizim nişanələrimizdən üz çevirdilər. Onlar dağların qoynunda əmin-aman evlər yonub düzəltdilər. (Amma sonda) sübh çağı ölümcül səs onları yaxaladı.”
    Ayə 84:
    فَمَا أَغْنَى عَنْهُم مَّا كَانُواْ يَكْسِبُونَ
    "Əldə etdikləri karlarına gəlmədi.”
    Nöqtələr
    "Hicr” Səmud qövmünün yaşadığı şəhərin adıdır. Ümumi şəkildə yaşayış yeri "hicr” adlanır. "Hicr” əslində ananın qucağı mənasını bildirir. "Hicri-İsmail”, "hucrə” sözləri "hicr” sözündəndir. Surənin adı bu ayədən götürülmüşdür.
    "Mursəlin” sözündən belə anlaşılır: Hicr əshabının həzrət Salehdən başqa bir peyğəmbərləri olmuşdur. Bəziləri deyirlər ki, bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi olduğundan "mursəlin” sözü cəm formadadır.
    "Səyhə” dedikdə ildırım nəzərdə tutulur.
    Bildirişlər
    1. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur.
    2. İnadkar insanlar düşünmək üçün özlərinə macal vermirlər.
    3. Haqqa arxa çevirmək və ilahi insanlara etinasızlıq göstərmək bəziləri üçün adətdir.
    4. Daşdan tikilmiş evlərinizin möhkəmliyi ilə qürrələnməyin. Allahın iradəsi qarşısında uçulub dağılasıdır.
    Ayə 85:
    وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالأَرْضَ وَمَا بَيْنَهُمَا إِلاَّ بِالْحَقِّ وَإِنَّ السَّاعَةَ لآتِيَةٌ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ
    "Biz göyləri və yeri, onların arasında olanı yalnız haqq olaraq yaratdıq. Şübhəsiz, qiyamət saatı çatasıdır. Beləsə, (büdrəmələrə) yaxşıca göz yum.”
    Ayə 86:
    إِنَّ رَبَّكَ هُوَ الْخَلاَّقُ الْعَلِيمُ
    "Həqiqətən, sənin Rəbbin yaradan və biləndir.”
    Nöqtələr
    "Səfhə” sözündən olan "səfh” sözü üz, çöhrə mənasını bildirir. "Fəsfəhis səfhə”, yəni bağışlayaraq üzünü yana çevir. İmam Riza (ə) «gözəl səfh» təbirini cəzalandırmadan bağışlamaq mənasında təfsir etmişdir.
    Bildirişlər
    1. Yaranış məqsədlidir və məqsəd haqdır.
    2. Xilqət üçün hədəf var və bu yol məada aparır.
    3. Əgər kafirləri tənbeh etmək üçün gücünüz yoxdursa, nigaran olmayın, qarşıda qiyamət var.
    4. Əxlaqi məsələlərin, güzəşt və əfvin əsasını yaranış və məada iman, düzgün hədəf seçimi təşkil etməlidir.
    5. Bir halda ki, Qiyamət haqdır, hamı ilə hesab çəkiləcək, kafirlərin hiylə və inadlarına görə narahat olma, onları əfv et.
    6. Əfv fərmanı verən tərbiyəçi, xaliq və alim Allahdır. (Əfv və güzəştin fərd və cəmiyyətin ruhunda, xalqın cəzb və inkişafında necə müsbət təsirə malik olduğunu Allah bilir. Buna görə də əfv göstərişi sizə ağır gəlməsin.)
    Ayə 87:
    وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
    "Həqiqətən, Biz sənə təkrarlanan yeddi ayəni ("Həmd” surəsini) və böyük Quranı verdik.”
    Nöqtələr
    Şiə və sünni rəvayətlərində bildirilir ki, "Səbən minəl-məsani” ifadəsi "Həmd” surəsinə işarədir. Çünki bu surə hər namazda iki dəfə oxunur. Rəvayətlərdə Allah-təalanın belə buyurduğu nəql olunur: "Mən "Həmd” surəsini Özümlə bəndəm arasında iki hissəyə böldüm. Onun yarısı Mənə, yarısı bəndəmə aiddir.("Bismillahdan” "Maliki yəvmid-din”ə qədər Allaha, "İyyakə nəbudu” cümləsindən sonadək bəndəyə aiddir.) Bəziləri "məsani” sözünün Qurana işarə olduğunu bildirir. "Səbən minəl-məsani” dedikdə Quranın yeddi ayəsi nəzərdə tutulur. Bu isə "Həmd” surəsidir. Dəlil olaraq "Zumər” surəsinin 23-cü ayəsi göstərilir. Yəni Allah ən üstün hədisi nazil etdi. Elə bir kitab ki, ayələri mütəşabeh, həmahəng və təkrarlanandır.
    Möhtərəm Peyğəmbər (s) buyurur: "Allahın Quran əta etdiyi kəs başqasına daha üstün şey verildiyini təsəvvür etsə, Quranı kiçik saymışdır və əslində kiçik olan qeyri-Quranı böyük qəbul etmişdir.”
    Bildirişlər
    1. Qanun vermək Yaradanın haqqıdır. Qanun yaranış nizamına uyğun gəlməlidir.
    2. Tərbiyəvi məsələlərdə təkrar mühümdür. (Ayələrin, sözlərin, dastanların, ilahi sifətlərin, əzab və məad ayələrinin, ümmətlərin taleyinin, ilahi lütflərin, ilahi göstərişlərin, Quran tilavətinin təkrarı.)
    3. "Həmd” surəsi yeddi ayədən ibarət olsa da Quran çəkisindədir.
    Ayə 88:
    لاَ تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ وَلاَ تَحْزَنْ عَلَيْهِمْ وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ
    "(Ey peyğəmbər!) Kafirlərdən olan qruplar üçün ləzzət qərar verdiyimiz şeyə göz dikmə, onlara görə qəm yemə, möminlərə məhəbbət ağuşunu aç.”
    Nöqtələr
    Qadağa bəzən günahdan öncə, xəbərdarlıq məqsədi ilə bəyan olunur. Möhtərəm peyğəmbərlər kafirlərin dünyasına heç vaxt rəğbət göstərmədilər. Bu səbəbdən də Allahın qadağası xəbərdarlıq mahiyyəti daşıyır. Möminlərə kafirlərin dünyasına göz dikməmək əmri verilir.
    Başqalarının əlində olana göz dikən şəxsin qəm-qüssəsi artar, onun narahatlığına çarə tapılmaz.”
    Quranın Peyğəmbər (s) və möminlərə ciddi tapşırıqlarından biri iman əhli ilə mülayim, mərhəmətli və səbirli rəftardır. "Daim Rəbbini çağıran kəslərə qarşı səbirli davran.” ; "İman əhli möminlərə qarşı təvazökar, bir-birləri ilə mehribandırlar.”
    "Əzvac” sözü həm kişi, həm də qadına aiddir. Burada xalqın və kafirlərin zümrələri də nəzərdə tutula bilər.
    Bildirişlər
    1. Başqalarının imkanlarına göz yumub öz imkanlarınıza arxalanın. İxtiyarında Quran olan şəxs kafirlərin dünyasına könül verməz.
    2. Dünya nemətlərinə təslim olmayın. ("Çünki dünya həm cüzidir, həm də ötəridir. Dünya kimsə üçün açılmamış bir qönçədir.)
    3. Göz dikmək insanın qəlbində məhəbbət və bağlılıq yaradır. Əsir olmamaq üçün baxmamağa çalışın. Günah və azğınlığın qarşısını ilk addımda almaq lazımdır.
    Aman göz əlindən, könül əlindən,
    Göz görəni könül sevəsi hökmən.
    4. Yalnız özü maddiyyata əsir olmayanlar xalqı mənəviyyata sövq edə bilərlər.
    5. Dünya ardınca qaçanların çoxu ona çatmır.
    6. Hidayət ləyaqəti olmayanlara görə qəm çəkmək lazım deyil.
    7. Dünya və dünyapərəstlərə qarşı təvazö və mülayimliyə yol verilməməlidir. Dindarlarla xoş rəftar isə davamlı olmalıdır.
    8. Rəhbər və tərbiyəçi xalqa qarşı mülayim və mərhəmətli olmalıdır.
    Ayə 89:
    وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ
    "De ki, mən, həqiqətən, aşkar qorxudanam.”
    Bildirişlər
    1. Möminlərlə mülayim rəftar, müxaliflərlə qətiyyət zəruridir.
    2. Bəzən bilavasitə xəbərdarlıq olunmalıdır.
    3. Küfr qarşısında hədə və xəbərdarlığa ehtiyac var.
    4. Xəbərdarlıq dərhal və ciddi olmalıdır.
    Ayə 90, 91:
    كَمَا أَنزَلْنَا عَلَى المُقْتَسِمِينَ الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ
    "İlahi ayələri parçalayanlara göndərdiyimiz kimi (onlara da əzab göndərərik). Onlar ki, Quranı parça-parça etdilər! (Xeyirlərinə olanı qəbul edib, qalanını boşladılar).”
    Nöqtələr
    "Muqtəsimin” sözü təfsirlərdə 3 cür mənalandırılmışdır. Həcc əyyamında qüvvələrini Məkkəyə giriş yollarında paylaşdırıb müsafirlərə Məhəmmədin (s) kahin, sehrbaz, divanə olduğunu çatdıran küfr başçıları; Quranı hissə-hissə bölüb, hər hissənin oxşarını hazırlamağı öhdəsinə götürmüş dəstə; Quranın bir hissəsinə əməl edib, digər hissəsini boşlayanlar.
    "İzin” sözü ya "izzə” sözünün cəm forması olub höcətləşmə, ya da "üzv” sözündən olub, hissə-hissə bölmək mənasını verir.
    Bildirişlər
    1. Tarixdən ibrət götürək.
    2. Günahların cəzasına münasibətdə ilahi sünnələr, qanunlar sabit və dəyişməzdir.
    3. Səmavi kitabı hissə-hissə bölənlərin cəzası Allahın qəhr-qəzəbidir.
    4. Ləyaqətsiz insanlar tərəfindən səmavi kitabın təhrifi və hissələrə bölünməsi təzə iş deyil. (Yalnız Quranı tam şəkildə qəbul edən insan mömindir.)
    5. Məbada, Quranın fiqhi ayələrini öyrənib, qalan hissəsini boşlayaq!
    Ayə 92:
    فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِيْنَ
    "And olsun Rəbbinə, (qiyamət günü) Biz onların hər birini sorğuya çəkəcəyik.”
    Ayə 93:
    عَمَّا كَانُوا يَعْمَلُونَ
    "Gördükləri iş haqqında (soruşulacaq).”
    Bildirişlər
    1. Kafirlərin dünya cəzası onların axirət cəzasını aradan qaldırmır.
    2. Sorğu-sual tərbiyə şərtidir.
    3. Qiyamətdə sorğu-sual və hesaba diqqət, hamıdan, bütün işlər barəsində soruşulacağına əminlik insanı oyadan amillərdəndir.
    4. Peyğəmbərin vəzifəsi xəbərdarlıqdır, xalqdan sorğu-sual isə Allaha aiddir.
    Ayə 94, 95:
    فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ
    "Sənə əmr olunanı bəyan et və müşriklərdən üz döndər (onlara etina göstərmə). Həqiqətən, Biz səni istehza edənlərdən (onların şərindən) qorumaq üçün bəsik.”
    Ayə 96:
    الَّذِينَ يَجْعَلُونَ مَعَ اللّهِ إِلـهًا آخَرَ فَسَوْفَ يَعْمَلُونَ
    "Allahla yanaşı başqa məbud qərar verənlər tezliklə həqiqəti anlayacaqlar.”
    Nöqtələr
    «Səd» dedikdə yarmaq, aşkar etmək mənası başa düşülür.
    Möhtərəm Peyğəmbər (s) 3 il xalqa gizli şəkildə təbliğ etdi. "Sənə əmr olanı aşkarla” ayəsi nazil olduqdan sonra o öz dəvətini aşkarlayıb xalqa buyurdu: "Əgər mənim dəvətimi qəbul etsəniz, dünya və axirətin hökumət və izzəti sizindir.” Amma onlar həzrəti məsxərəyə qoydular və Peyğəmbərin (s) əmisi Əbu-Talibin yanına gedib şikayət etdilər ki, Məhəmməd bizim cavanlarımızı aldadır. Onlar Peyğəmbərə (s) dəvətindən əl çəkməsi müqabilində pul, qadın və məqam təklif etdilər. Həzrət Peyğəmbər (s) öz əmisinə buyurdu: "Əmican, mənim sözüm ilahi vəhydir və heç vaxt bundan əl çəkmərəm!” Kafirlər Əbu-Talibdən Məhəmmədi (s) satın almaq istəsələr də, Əbu-Talib onların bu istəyini qəbul etmədi.
    Bildirişlər
    1. Təbliğin mərhələləri var. Təbliğ bəzən aşkar, təqiyyə üçün məxfi olur.
    2. Təbliğatçı müxaliflərin hay-küyünə məhəl qoymamalıdır.
    3. Bir insana ağır iş tapşırarkən onu himayə və təmin etməlisiniz.
    4. Allahın himayəsi qətidir.
    5. Haqq və məntiqi söz heç vaxt müxalifsiz olmur.
    6. Əgər onlar səni məsxərəyə qoysalar, nigaran olma, çünki onlar Allahın da hörmətini saxlamırlar.
    7. Allahdan qeyrilərinin sorağınca gedənlər öz səhvlərini anlayacaqlar.
    Ayə 97:
    وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ
    "(Ey Peyğəmbər!) Əlbəttə, Biz bilirik ki, onların dedikləri (sözlər) sənin köksünü sıxır.”
    Ayə 98:
    فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ السَّاجِدِينَ
    "(Güc tapmaq üçün) Rəbbini pak bilərək həmd-səna ilə yad et və səcdə edənlərdən ol.”
    Ayə 99:
    وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ
    "Yəqinə (ölümə) çatanadək Rəbbinə pərəstiş et.”
    Nöqtələr
    Təfsirçilərin nəzərincə bu ayədəki "yəqin” sözü ölüm, yəni bəşər üçün ən yəqin iş kimi dəyərləndirilməlidir. "Müddəssir” surəsinin 46-cı ayəsində kafirlərin dilindən deyilir: "Biz məadı ölüm anınadək təkzib edirdik.” Əslində "yəqin” "ölüm” mənasını bildirmir. Amma ölüm insanın yəqinliyə çatması üçün zəminədir. Çünki ölüm zamanı bütün pərdələr kənara çəkilir və insan gerçəkliyə əmin olur.
    Bəzi çaşqınlar bu ayəni əsas götürərək deyirlər ki, yəqinə çatdıqdan sonra ibadətə ehtiyac yoxdur! Onlar unudurlar ki, bu ayədə İslam Peyğəmbərinə (s) xitab olunur. Belə ki, Peyğəmbər (s) ilk gündən yəqinə çatmışdı. O, kafirlərin hədələrinə belə cavab verdi: "Əgər ayı bir, günəşi o biri əlimə versəniz, yenə də öz vəzifəmdən əl çəkmərəm.” Amma həzrət belə bir yəqinliklə ömrünün son günlərinədək ibadət etdi.
    Bildirişlər
    1. Əgər bilsək ki, Allah bütün əziyyətlərimizi görür, müşküllərə asanlıqla dözərik.
    2. Bütün insanların, hətta peyğəmbərlərin tutumu məhduddur.
    3. Bəzən inadkarlıq qəlbigeniş insanları belə sıxıntıya salır.
    4. Döyüşlərdə Peyğəmbərin (s) qəlbi sıxılmadı. Amma düşmənin sözləri ona əziyyət verirdi.
    5. Ruhi sıxıntının əlacı namaz, səcdə, Allaha həmd-sənadır.
    (İbn Abbas deyir: "Peyğəmbər (s) qəmləndiyi vaxt namaz qılardı.)
    6. İbadətdən də mühümü onun davamlı olmasıdır.
    7. Haqqa bəndəliyin davamlılığı yəqin yaranmasına səbəb olur.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 852 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024