İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (3-cü cild)

    Nur təfsiri (3-cü cild)
    Nöqtələr
    Təfsirdə bildirilir: Həmin iki şəxs Bəni-İsrailin on iki nüfuzlu şəxslərindən idi. Həmin iki şəxsin adı Tövratda «təsniyə» kitabında çəkilmişdir: Yuşə ibn Nun və Kalib ibn Yufna. İmam Baqir (ə) buyurmuşdur: "Bu iki şəxs həzrət Musanın əmioğlanları idilər.” 
    "Təfsire-Əl-mizan”da Əllamə Təbatəbainin bildirdiyinə görə, Quranda «nemət» sözü haqqında xüsusi qeyd yoxdursa, bu söz vilayət və nübuvvət nemətlərinə işarədir.”
    Bildirişlər
    1. Allah qorxusu ilahi lütf və nemətlərin əldə olunması üçün zəmindir.
    2. Allahdan qorxan şəxs məsuliyyət hiss edir, peyğəmbərin göstərişlərinə itaəti vacib sayır və başqa qüdrətlər qarşısında təslim olmur.
    3. Allah qorxusu şücaət, cürət və əməl zəminəsidir.
    4. Allah qorxusu ilahi bir nemətdir.
    5. Hücum gedişində döyüşçülərə ruhiyyə verilməlidir.
    6. İlahi qorxu və təqva insana bəsirət, düzgün və aydın təhlil gücü verir.
    7. Təvəkkül xalisanə və yalnız Allah üçün olmalıdır.
    8. Əgər iman əhli meydana şücaətlə daxil olsa, azğınlar meydanı tərk edərlər.
    9. Müvəffəqiyyətin əsas səbəbi maddi imkanlar yox, iman və təvəkkül, qətilik və cürətdir.
    10. Təvəkkül kifayət etmir. İnsan həm də məqsədə doğru səy göstərməlidir.
    11. Təvəkkül iman nişanəsi, çətin vəziyyətlərdə və qorxu olan yerdə qurtuluş yoludur.
    12. Sizdən hərəkət, Allahdan bərəkət və qələbə.
    13. Təvəkkül təkcə dildə olmur, imandan doğan ruhiyyə də lazımdır.
    24. قَالُواْ يَا مُوسَى إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُواْ فِيهَا فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلا إِنَّا هَاهُنَا قَاعِدُونَ
    "(Bəni-İsrail) dedi: "Ey Musa! Nə qədər ki, onlar (zalımlar) həmin şəhərdədir, biz heç vaxt oraya daxil olmayacağıq. Sən və sənin Allahın gedin (onlarla) döyüşün. Biz isə buradaca oturmuşuq.”
    Nöqtələr
    Həm Məkkə, həm də Beytül-müqəddəs müqəddəs yerlərdir. Musa öz qövmünə buyurdu: "Oraya daxil olun və düşmənlə döyüşün.” Amma onun qövmü bəhanə gətirib, Musanın əmrinə qarşı çıxdılar. Müsəlmanlar isə hicri səkkizinci ildə ümrə məqsədi ilə Peyğəmbərin (s) ardınca Məkkəyə yaxınlaşdılar. Əgər həzrət icazə versəydi, onlar şəhərə hücum edərdilər. Bu səfərdə Hüdəybiyyə sülhü baş verdi. Bəli, hər iki qövm müqəddəs şəhərin darvazasına çatmışdı. Amma onlardan biri qaçmaq, digəri hücum əzmində idi.
    Düşmənlə mübarizədə Bəni-İsrailin süstlüyü o qədər məşhur idi ki, müsəlmanlar Bədr savaşından (hicri ikinci ildə) və Məkkəyə daxil olan zaman (hicri altıncı ildə) deyirdilər: "Biz Bəni-İsrail kimi deyilik ki, "buradaca oturmuşuq” deyək. Biz sənin əmrinlə döyüşə hazırıq.”
    İlahi rəhbərlərin öz vəzifələrinin icrasındakı təlaşları yalnız xalq itaət etdikdə səmərəyə çatır.
    Bildirişlər
    1. Bəni-İsrail ədəbsizlik, bəhanəçilik, zəiflik və rifahtələblik nümunəsi idi. "Daxil olmayacağıq” təbiri onların Allah əmri qarşısındakı cəsarətlərindən danışır. "Heç vaxt” təbiri onların öz qərarlarında israrlı olduğunu göstərir. "Sən get” təbiri həzrət Musaya qarşı hörmətsizliyin nişanəsidir. "Sənin Allahın getsin” təbiri Bəni-İsrailin Allaha hörmətsizliyinin və iman zəifliyinin göstəricisidir. "Oturmuşuq” təbiri onların rifahtələblik və izzətpərəstlik göstəricisidir.
    2. Xalq cəmiyyətin islahını təkcə Allahdan və ilahi rəhbərdən gözləməməli, özləri də çalışmalıdır.
    3. Çalışmadan qələbəyə çatmaq arzusu düşüncəsizlikdir.
    25. قَالَ رَبِّ إِنِّي لا أَمْلِكُ إِلاَّ نَفْسِي وَأَخِي فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ
    "(Musa) dedi: "Pərvərdigara! Həqiqətən, məndə özümdən və qardaşımdan başqasının ixtiyarı yoxdur. Bizimlə günahkar qövm arasında ayrılıq sal.”
    Nöqtələr
    Həzrət Musa Bəni-İsrailin hərəkətindən məyus olduqdan sonra Allah dərgahına şikayət etdi.
    Musa ona görə günahkar qövmdən ayrılıq istəyirdi ki, öz ardıcıllarının günahkarlarla birlikdə ilahi qəzəbə düçar olmasından qorxurdu. Ya da bu istəyin arxasında kafirlərin ölümü dayanırdı.
    Musanın yalnız özü ilə qardaşını xatırlaması və onlarla birlikdə xalqı şəhərə doğru dəvət edən iki nəfəri yada salmaması barədə təfsirçilər müxtəlif fikirlər söyləmişdilər:
    –Musa həmin iki nəfərin də sabitqədəmliyinə əmin deyildi. 
    –Həmin iki nəfəri xalq daşqalaqla hədələdiyindən Musa dedi: "Pərvərdigara! Mənim heç bir gücüm yoxdur, həta həmin iki nəfər də təhlükədədir.” 
    Bildirişlər
    1. Qurandakı əksər dualarda "Rəbb” adından yardım istənilir.
    2. Bütün xalq bizə arxa çevirdiyi halda əsil nicat verənə bağlanaq.
    3. Peyğəmbərlər o zaman xalqa şikayət edib nifrinə əl atırlar ki, xalqın iman və itaətindən məyus olurlar.
    4. Cihaddan boyun qaçırmaq günahdır.
    5. İctimai bəlalardan biri xalqın övliyalardan üz döndərməsi və onların faydasından məhrum qalmasıdır.
    6. Möminlər üçün bəla və çətinliklərdən biri günahkarlarla birlikdə yaşayışdır.
    26. قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ أَرْبَعِينَ سَنَةً يَتِيهُونَ فِي الأَرْضِ فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ
    "(Allah Musaya) buyurdu: "Doğrudan da, o (müqəddəs yer) qırx ilədək onlara qadağan olundu. (Süstlük və müxalifətçiliklərinə xatir bu uzun müddəti) yer, üzündə avara qalacaqlar. Bu günahkar qövmə görə təəssüf etmə.”
    Nöqtələr
    "Tiyh” kökündən olan "yətihunə” sözü avaralıq mənasını bildirir. Sina səhrası, həmin qövmün avara qaldığı məhəl də belə adlanır. Onlar qırx il bu məntəqədə qalıb yer üzünün bərəkətindən məhrum oldular.
    Bəni-İsrailin müxalifətçiliyi, ilahi qəzəb və onların səhrada avaralığı Tövratın "Sifre-Ədad” kitabının dördüncü fəslində bəyan olunmuşdur.
    İmam Sadiq (ə) buyurmuşdur: "Allah həzrət Musanın göstərişinə qarşı çıxdıqları üçün Bəni-İsrailə və onların övladlarına Beytül-Müqəddəsə daxil olmağı qadağan etdi. Nəhayət, onların övladlarının övladları Beytül-müqəddəsə daxil olmağa müvəffəq oldular. (Yəni onların qadağaya düçar olmuş ata və atalarının övladları həyatda ikən müqəddəs əraziyə girmək mümkünsüz oldu.) 
    Rəvayətdə oxuyuruq: Bəni-İsrailin başına gələnlərin oxşarı müsəlmanlar üçün də önə gələcək. 
    Qırx rəqəmində bir rəmz var. Bu rəmzdə həm ilahi qəzəb, həm də ilahi lütf əks olunur. Həzrət Musa Tövratı almaq üçün qırx gecə Tur dağında qaldı. Yəhudilər də öz növbələrində qırx il avara qaldılar.
    Bəzən yeni nəsil köhnə nəslin məhv edilməsi yolu ilə islah edilir. Musanın qədrini bilməyən Firon tərəfdarları dünyadan getməlidirlər ki, yeni nəsil azad fəzada, səhra həyatının çətinlikləri içində, səmavi rəhbərlərin sayəsində şəhər həyatının qədrini bilsinlər. Hədisdə nəql olunur ki, onlar Tih məntəqəsində dünyalarını dəyişdilər və onların övladları müqəddəs əraziyə daxil oldular.
    Bildirişlər
    1. Müharibədən fərariliyin cəzası məhrumiyyətdir.
    2. Günahkarlıq müqabilində verilən cəzanın bir növü avaralıqdır.
    3. Cəbhəyə getməyənlər və cəbhədən qaçanlar bəzi imkanlardan və nemətlərdən məhrum olmalıdırlar.
    4. Peyğəmbərlər xalqa can yandırırlar.
    5. Günahkarlara can yandırmayın. (Günahkarın tənbehi fərd və cəmiyyətin sağlamlığı üçün acı dərman kimidir.)
    27: وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِن أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ
    "(Ey peyğəmbər,) Adəmin iki oğlunun əhvalatını xalqa olduğu kimi oxu. O zaman ki, (onlardan hər biri) qurbanlıq gətirdi, birindən (Habildən) qəbul olundu, o birindən (Qabildən) qəbul olunmadı. (Qabil) dedi: "Səni hökmən öldürəcəyəm.” (Habil) dedi: "Allah yalnız təqvalılardan qəbul edir.”
    Nöqtələr
    "Olduğu kimi oxu” ifadəsində məqsəd bu ola bilər ki, bu macəra Tövratda təhrif olunmuşdur və Quranda deyilən həqiqidir.
    Rəvayətdə deyilir ki, Habil heyvandar idi və özünün ən yaxşı qoyununu qurbanlığa gətirdi. Qabil isə əkinçi idi və öz məhsulunun ən pisini Allah yolunda infaq etdi.   Quran buyurur: "Yalnız sevdiyindən infaq edən kəs xeyirə çatar. 
    İmam Sadiq (ə) buyurmuşdur: "Qabilin qatillik səbəbi Habilin qurbanlığının qəbul olmasına qarşı həsəd idi.” 
    Bildirişlər
    1. İbrət üçün keçmişdəkilərin tarixini öyrənmək və araşdırmaq lazımdır.
    2. Tarixə nəzər salarkən mühüm məsələləri araşdırmaq lazımdır. ("Nəbəə” mühüm xəbər deməkdir.)
    3. Tarixi hadisələri əfsanələrdən fərqləndirmək lazımdır. (Habillə Qabilin qurbanlıq əhvalatı əfsanə deyil.)
    4. Əsas məsələ qurbanlıq yox, Allahla yaxınlıqdır. Qurbanlığın nə olması əhəmiyyətli deyil. ("Qurbanən” sözü qeyri-müəyyən formada işlədilmişdir.)
    5. Əməllərin qəbul və ya rədd olunmasında peyğəmbərin oğlu olmağın rolu yoxdur. Ona görə də Habildən qəbul olundu, Qabildən isə yox.
    6. Bəşər tarixi ilə birlikdə qətl və qan tökmə tarixi başlamışdır.
    7. Bəzən həsəd qardaş qırğınına da aparır.
    8. Qətllə hədələyənə də məntiqi cavab verilməlidir.
    9. Əməllərin qəbulu və ya rədd edilməsində amillər və xislətlərin rolu var.
    10. Əməlin qəbul ölçüsü təqvadır. Bu işdə şəxsiyyət və işin çeşidinin rolu yoxdur.
    11. Əməlin qəbul və ya rədd olunmasında yeganə fərq təqvadır.
    28. لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَاْ بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لَأَقْتُلَكَ إِنِّي أَخَافُ اللّهَ رَبَّ الْعَالَمِينَ
    "(Habil qardaşı Qabilə dedi:) «Əgər məni öldürmək üçün əlini uzatsan, mən heç vaxt səni öldürmək üçün əl uzatmayacağam. Çünki mən Allahdan, aləmlərin Rəbbindən qorxuram.»
    Nöqtələr
    Habil dedi: «Mən səni öldürmək fikrində deyiləm. Qatilə təslimçilik təqvaya uyğun gəlmədiyindən müdafiəsiz də durmayacağam.»
    Bildirişlər
    1. Həsədçil insanla rəftarda aram danışaq və bu yolla həsəd alovunu söndürək.
    2. Nəhy əz münkər yollarından biri budur ki, qarşı tərəfi hər hansı təcavüzün olmayacağından əmin edək.
    3. Zəiflik səbəbindən yox, Allah qorxusu səbəbindən öldürməmək dəyərlidir.
    4. Təqva və Allah qorxusu ən həssas məqamlarda günah və müxalifçiliyin qarşısının alınması amilidir.
    5. Allahdan qorxu Onun hərtərəfli rübubiyyətinə iman təzahürlərindəndir.
    6. Aləm ilahi rübubiyyətin izhar məhəllidir.
    29. إِنِّي أُرِيدُ أَن تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ وَذَلِكَ جَزَاء الظَّالِمِينَ
    "Həqiqətən, mən istəyirəm ki, sən mənim günahım və öz günahınla (Allaha tərəf) qayıdasan və cəhənnəm əhlindən olasan. Və budur zalımların cəzası!»
    30. فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ
    "Nəfsi (həsəddən doğan vəsvəsələrlə) qardaşını qətlə yetirməyi onun üçün asan və ram etdi. Onu öldürdü, nəticədə ziyankarlardan oldu.”
    Nöqtələr
    İmam Baqir (ə) "fətəvvəət ləhu nəfsuhu” ayəsini oxuduqdan sonra buyurdu: "İblis Qabilə dedi: "Sənin qurbanlığın rədd, qardaşın Habilin qurbanlığı isə qəbul olundu. Əgər sağ qalsa, tarix boyu onun nəsli sənin nəslin qarşısında öyünəcək ki, atalarının qurbanlığı qəbul olunub. Yaxşısı budur ki, onu öldürəsən ki, nəslin zillət çəkməsin.” 
    İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs bir mömini öldürsə, Allah öldürülənlərin bütün günahını qatilin hesabına yazar və öldürüləni günahdan pak edər.” 
    Ayənin mənası bu deyil ki, günahların bağışlanması ümidi ilə insan zalımın qarşısında sussun.
    Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə oxuyuruq ki, hadisə Dəməşqdəki Qasiyun dağında baş vermişdir. 
    İmam Səccad (ə) buyurmuşdur: "İblis qətl üsulunu Qabilə öyrətdi.” 
    Bildirişlər
    1. Öldürülənin günahları öldürənə keçir.
    2. Döyüşdə zərərin məsuliyyəti döyüşə başlayanın öhdəsinə düşür.
    3. Qardaş qətli cəhənnəmlik olmağa səbəbdir.
    4. Məada etiqad yer üzündəki insanların ilkin əqidələrindəndir.
    5. Qatil həm özünə, həm öldürdüyü şəxsə, həm öldürülənin ailəsinə, həm də cəmiyyətə zülm edir.
    6. İnsanın nəfsi vəsvəsələr, təlqin və bəzək-düzəklə insanı aldadıb günaha çəkir.
    7. Nəfs azğınlığı insandakı qardaşlıq hisslərini boğa bilər.
    8. Pak insan fitrəti qətlilə uyğun deyil. Amma azğın nəfs bu işi gözəl göstərib, insanı qətlə sövq edir.
    9. Bəşər tarixinin başlanğıcından haqla batil arasında döyüş olmuşdur.
    10. Yer üzündə insan ölümü şəhadətlə başlamışdır.
    11. Nəfs istəyinə tabeçilik zərərdir.
    12. Qatil də daxilən vicdan əzabı çəkir. O, xalq tərəfindən məzəmmət olunur, qisas və ədalətdən yaxa qurtara bilmir, kam almaqdan məhrum qalır.
    13. Müxalif üzərində qələbə bəzən başıucalıq gətirmir.
    31. فَبَعَثَ اللّهُ غُرَابًا يَبْحَثُ فِي الأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءةَ أَخِيهِ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءةَ أَخِي فَأَصْبَحَ مِنَ النَّادِمِينَ
    "Allah bir qarğa göndərdi ki, yeri qazmaqla qardaşının cəsədini necə basdırmağı göstərsin. (Qabil) dedi: "Vay olsun mənə! Bu işdə bu qarğa qədər də olmaqda acizəm ki, qardaşımın cəsədini dəfn edəm! Nəhayət, o peşmançılardan oldu.”
    Nöqtələr
    Qabil qardaşını öldürdükdən sonra cəsədin ətrafına yırtıcıların toplaşdığını görüb, onu çiyninə götürdü. Amma bunun bir faydası olmadı. Yerində donub qalmış Qabil gördü ki, bir qarğa ölmüş başqa qarğanı basdırır. Qarğadan bu işi öyrənib öz qardaşının cəsədini dəfn etdi.
    «Ğurab» dimdiyi və ayaqları qırmızı, qarğaya oxşar bir quşdur. 
    İlk insanlar çox təcrübəsiz olmuşlar. Amma Allah-təala müxtəlif yollarla daim bəşəriyyətə lütf etmişdir.
    İmam Səccad (ə) buyurmuşdur: "Allah iki qarğa göndərdi və qarğalardan biri o birini öldürdü. Sonra qatil qarğa dimdiyi ilə çala qazıb ölü qarğanı dəfn etdi. 
    İmam Səccad (ə) buyurmuşdur: "Peşmançılıq doğuran günahlardan biri günahsız insanın qətlə yetirilməsidir.” 
    Bildirişlər
    1. Bəzən heyvanlar Allahın əmrini yerinə yetirir. Onlar ilahi göstəriş əsasında hərəkət edir və Allahın istədiyi yolla gedirlər.
    2. Bəşəriyyət bir çox bilikləri heyvanların həyatından öyrənmişdir.
    3. İnsan daim öyrənməlidir. Əsas məsələ öyrənməkdir, hətta heyvanlardan da olmuş olsa!
    4. Allah bəzən insanı ilk baxışdan bacarıqsız görünən heyvan vasitəsi ilə öyrədir ki, qürrələnməsin və qarğadan da öyrənilməsi işlərin olduğunu anlasın.
    5. Ölünün cəsədi torpaqda dəfn olunmalıdır. (Cəsədi saxlamaq, mumyalamaq, yandırmaq düzgün deyil.)
    6. İnsanın ölüsünə də ehtiram lazımdır. Ölü insan qurd-quşa yem olmamalı, dəfn edilməlidir.
    7. Peşmançılıq insan fitrətinin haqpərəstlik nişanəsidir.
    32. مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاء تْهُمْ رُسُلُنَا بِالبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَلِكَ فِي الأَرْضِ لَمُسْرِفُونَ
    "Bu səbəbdən Bəni-İsrail üçün yazdıq ki, qisas və ya yer üzündə fəsad cəzası olmadan bir insanı öldürən şəxs bütün xalqı öldürmüş kimidir. Hər kəs bir insanı diriltsə (ölümdən və ya azğınlıqdan qurtarsa), bütün xalqı diriltmiş kimidir. Əlbəttə, peyğəmbərlərimiz xalq üçün aşkar dəlillər gətirdilər. Amma (bununla belə) xalqın bir çoxu bundan (peyğəmbərlərin bildirişindən) sonra yer üzərində israfçı oldular.”
    Nöqtələr
    Bu ayədə bir nəfərin qətli bütün xalqın qətli kimi təqdim olunur. Bu həqiqətin izahı üçün bir neçə məsələni nəzərdən keçirək:
    a) Bir nəfərin qətlinin cəzası bütün xalqın qətlinin cəzası kimidir.
    b) Allah üçün bir nəfərin qətli sizin üçün bütün xalqın qətli yerindədir.
    v) Bir nəfərin qətli insanlıq məqamına etinasızlıqdır.
    q) Bir nəfərin qətli bütün xalqın əmin-amanlığını pozur.
    d) İnsanlar bir bədənin üzvləri kimi olduğundan, bir şəxsin qətli hamının qətli kimidir.
    e) Bir nəfəri öldürənin cəhənnəm məskəni hamını qətlə yetirənin cəhənnəm məskəni kimidir. 
    ə) Bir nəfərin qətli xalqın qətlinə zəmin yaradır.
    j) Bir insan bir nəslin xilaskarı ola bildiyindən onun qətli bir nəslin qətli kimidir. (Bu ehtimal daha üstün görünür.)
    Rəvayətdə oxuyuruq: Bir möminin qətli Allah üçün bütün dünyanın məhvindən də ağırdır. 
    İmam Sadiq (ə) buyurmuşdur: "Su tapılmayan yerdə bir susuzu sirab edən kəs bir insanı diriltmiş kimidir.” 
    Ayə və rəvayətlərə əsasən, xalqın haqq yola hidayəti bir növ həyatvermə, xalqın azdırılması isə bir növ qətldir. "Ənfal” surəsinin 24-cü ayəsi peyğəmbərin dəvətini xalqın həyat tapması kimi təqdim edir.
    İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir azğını hidayət etsə, onu diriltmiş, hər kəs bir insanı azdırsa, onu öldürmüşdür.” 
    İmam Sadiq (ə) buyurmuşdur: "Diriltmə dedikdə qərq olmadan, yanmadan, yırtıcı və ya düşməndən xilas etmək nəzərdə tutulur.”  Digər bir rəvayətdə deyilir: Aca yemək verməyən kəs onu öldürmüş kimidir. Yemək vermək isə həyat vermək yerindədir. 
    İmam Baqir (ə) buyurmuşdur: "İsrafçılar o kəslərdir ki, haramları halal sayır və qanlar tökürlər.”[ 
    Bildirişlər
    1. Bəzən tarixi hadisələr ilahi hökmlər çıxarılmasına səbəb olur.
    2. İnsanlar və onların taleləri tarix boyu əlaqəli olmuşdur.
    3. İlahi hökmlər əbəs olmur, onlarda hikmət var.
    4. Daşürəkliliyin və hadisələrin takrarının qarşısını almaq üçün cəzalandırma zəruridir.
    5. İstənilən millətdən (irqdən) və məntəqədən olan insanların həyatı möhtərəmdir.
    6. Bəni-İsrail qanunlarında da fəsad əhlinin edamı nəzərdə tutulmuşdu.
    7. İntihar və uşaqsalma (abort) insan qətli nümunəsidir və haramdır.
    8. Yer üzündə fəsad törədən, xalqın həyatını dəyərsiz sayan, onları qətlə yetirən insanın həyatı dəyərsizdir və ona son qoyulmalıdır.
    9. İnsan iki halda ölümlə cəzalandırıla bilər: qatildən qisas və fəsadın qarşısını almaq adı ilə.
    10. Əməlin dəyəri səbəb və məqsəddən asılıdır. Təcavüz məqsədi ilə bir insanı öldürmək bütöv bir cəmiyyəti qətlə yetirməkdir. Qisas məqsədi ilə öldürmək isə cəmiyyətə həyat verməkdir. 
    11. Bir insanın hüquqlarına təcavüz cəmiyyətin əmin-amanlığını hədələyir. İnsanların həyatını xilas etməklə məşğul olanlar həkimlər, qəyyumlar, yanğınsöndürənlər, xeyriyyəçilər, dərman hazırlayanlar kimidir. Onlar özləri və işlərinin qədrini bilməlidirlər.
    12. Ehtiyaclılara yardım və insan həyatının xilası cəmiyyətin dirilik nişanəsidir.
    13. Xalqın imansızlığı və peyğəmbər göstərişlərinə itaətsizliyi tarix boyu olmuşdur.
    14. İnsan azaddır (muxtar) və peyğəmbərlərin gəlişindən sonra da müxaliflik edə bilər.
    33. إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ
    "Həqiqətən, Allah və Onun rəsulu ilə savaşa qalxanların, (silah, hədə, qarətlə) yer üzündə fəsad törətməyə çalışanların cəzası budur ki, ya öldürülsünlər, ya dara çəkilsinlər, ya əl-ayaqları çarpazı kəsilsin, ya da yerlərindən sürgün olsunlar. Bu onların zillət dolu dünyəvi cəzalarıdır və axirətdə onlar üçün böyük bir əzab var.”
    Category: Nur təfsiri (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-07-31)
    Views: 783 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024