İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2074
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Articles » Quran » Nur təfsiri (3-cü cild)

    Nur təfsiri (3-cü cild)
    Nöqtələr
    Ayənin nazilolma şəni haqqında deyilir ki, Məkkə müşriklərindən bir qrupu Mədinəyə gəlib müsəlman oldular. Onlar xəstə olduqlarından peyğəmbərin göstərişi ilə Mədinə kənarında saf suyu və xoş havası olan bir məntəqəyə göndərildilər. Onlara zəkat olaraq dəvələrin südündən istifadə etmək icazəsi verildi. Bu qrupdakı adamlar sağaldıqdan sonra müsəlman çobanları tutub əl-ayaqlarını kəsdilər, gözlərini çıxardılar, dəvələri qarət edib apardılar. İslamdan çıxmış bu adamlar peyğəmbərin göstərişi ilə həbs edildilər. Çobanların başına gətirdikləri onların öz başlarına gətirildi. Yuxarıdakı ayə nazil oldu.
    Ayədəki cəzalar Allahın haqlarındandır, hökumət və ya xalq həmin günahı bağışlaya, hökmü dəyişə bilməz. "Əl-Mizan” təfsirində nəql olunur ki, dörd cəzadan birini seçmək imamın ixtiyarındadır. Hətta qətlə yetirilənin sahibləri bağışlasalar da, cəzalardan biri icra olunmalıdır.
    "Cəza” sözü yetərli cəza və ya mükafat mənasını bildirir. Yəni nəzərdə tutulan dörd cəza ədalətli və kafidir. 
    Cəmiyyətin islahında həm möizə-nəsihətə, həm də qəti rəftara (qılınca) ehtiyac var. (Əvvəlki ayə qatilə xəbərdarlıq edirdisə, bu ayə təcavüzkar və fəsadçıl fərdlərin cəzasını bəyan edir.)
    Cəza ədalətlə müşayiət olunmalıdır. Fəsad və fəsad əhlinin xüsusiyyətləri fərqli olduğundan cəzalar da fərqlənir. Məsələn, fəsad faciə ilə nəticələndikdə fəsad törədənin cəzası qətldir. Amma nəticə yüngül olduqda cəza sürgündür. Belə bir məna rəvayətlərdən əldə olunur. O cümlədən, qətlin cəzası edam, qorxutmağın cəzası sürgündür. Yol kəsmək və oğurluğun cəzası əl və ayağın kəsilməsi, qətl və silahlı yolkəsənliyin, oğurluğun cəzası əl-ayağın kəsilməsi, dara çəkilməsidir. 
    İlahi hökmlər İslam hökumətində icra oluna bilər. Demək, din siyasətdən ayrı deyil.
    İmama, müsəlmanların rəhbərinə, İslam hökumətinə qarşı çıxanlar Allahla döyüşə qalxanlar sayılır. 
    "Bəqərə” surəsinin 279-cu ayəsinə əsasən sələmçi Allah və Onun rəsulu ilə döyüşə girişmiş hesab olunur. Çünki sələmçi iqtisadi durumda çaxnaşma salır. Rəvayətlərdə müsəlmanların alçaldılması Allahla döyüş kimi təqdim olunur. 
    Bildirişlər
    1. Hökumətin vəzifəsi şəhərlərin, əyalətlərin, yolların əmin-amanlığını qorumaq, asayişi pozanlarla mübarizə aparmaqdır.
    2. Allahın məxluqu ilə döyüş Allahla döyüşüdür. Xalqın tərəfdarı Allahın tərəfdarıdır.
    3. Peyğəmbərin göstərişindən çıxıb onunla mübarizəyə qalxmaq Allahla mübarizəyə qalxmaqdır.
    4. Cəmiyyətin əmin-amanlığını pozanlar üçün bir neçə növ cəza nəzərdə tutulmuşdur: edam, sürgün, əl-ayağın kəsilməsi, dara çəkilmə.
    5. Ağır cəza təsadüfi günah üçün yox, zalımlar üçün nəzərdə tutulmuşdur. (Müzare fel davam bildirir.)
    6. Allahın rəsulunun vilayətinə (hökumətinə) qarşı çıxıb onu süquta uğratmaq istəyənlər ən ağır cəzaya layiqdirlər.
    34. إِلاَّ الَّذِينَ تَابُواْ مِن قَبْلِ أَن تَقْدِرُواْ عَلَيْهِمْ فَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
    "O kəslər istisnadır ki, sizin əlinizə keçməmişdən qabaq tövbə etmiş olsunlar. Bilin ki, Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    Müsəlmanları hədələyən, onların üstünə silah çəkən kəs qətl baş verməsə də, rəvayətlərə əsasən, yer üzündə fəsad törədən sayılır. Bu ayədə həmin şəxslərin tövbəsindən danışılır. Demək, hücum çəkənin və fəsadçının tövbəsi qətl-qarətə yox, qorxutmaya aiddir. Yəni tövbəyə görə xalqın haqqı yox, Allahın haqqı bağışlanır. Çünki haqqı haqq sahibi bağışlaya bilər. Hücum edənin hökmü hücum edib qətl-qarət törədənin hökmündən fərqlənir.Yəni qatil hücumçu tövbə etdikdə qisas haqqı yerində qalır. Amma hücum edən şəxs yalnız qorxu yaratmışdırsa, tövbə ilə cəzadan qurtulur.
    İlahi cəzalarda intiqam yox, fərd və cəmiyyətin tərbiyə və islah məqsədləri var. Günahkar tövbə etməlidir və bu tövbənin təsiri var.
    Cəzanı aradan götürmək üçün həqiqi tövbəyə ehtiyac var. Günahkarın əxlaq, rəftar və danışığında tövbənin təsiri görünməli və ya ədalətli şəxslər bu tövbəni təsdiqləməlidirlər.
    Bildirişlər
    1.Tövbə qapısı hamının üzünə açıqdır.
    2. Həbs olunmamış, dara düşməmiş qılınan tövbə təsirlidir.
    3. Allahın bağışlamasına inanaq.
    4. Allahın bağışlaması məzəmmət və təhqirlə yox, Onun rəhməti ilə müşayiət olunur.
    35. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
    "Ey iman gətirənlər! Allahdan çəkinin və Ona doğru (yaxınlaşmaq üçün) vəsilə axtarın. Onun yolunda cihad edin. Bəlkə nicat tapasınız.”
    Nöqtələr
    Həzrət Əli (ə) buyurur: "Allah və onun peyğəmbərinə inam, Onun yolunda cihad, ixlas kəlməsi, namazın bərpası, zəkat ödəmək, ramazan ayında oruc tutmaq, həcc, ümrə, sileyi-rəhm (yaxınları yoxlamaq) gizli və aşkar infaqlar, yaxşı işlər Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitələrdir. 
    Əhli-beyt (ə) həmin möhkəm ip və Allaha yaxınlaşma vasitəsidir. 
    Təvəssül (vasitə seçmək) haqqında İbn Həcərin "Səvaiq”, Beyhəqinin "Sünən”, Darəminin "Səhih”, "Vəfaül-Vəfa” kimi sünni mənbələrində danışılmışdır. Bir çox Quran ayələrində də təvəssül məsələsinə toxunulmuşdur. 
    Bildirişlər
    1. İman, təqva, şəfaət və cihad səadət və qurtuluş yoludur.
    2. Nicat tapmaq üçün həm günahları tərk etmək, həm də buyuruqlara itaət etmək lazımdır.
    3. Bütün xeyir işlər səadət üçün həm zəmin, həm də vasitədir. (Əlbəttə ki, əgər günahlar həmin zəminəni aradan qaldırmasa.)
    36. إِنَّ الَّذِينَ كَفَرُواْ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُواْ بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
    "Həqiqətən, kafir olan kəslər qiyamət günü əzabdan qurtulmaq üçün bütün yer üzündə olanları əldə edib fidyə versələr belə, onlardan qəbul olunmaz. Onlar üçün dərdli əzab var.”
    37. يُرِيدُونَ أَن يَخْرُجُواْ مِنَ النَّارِ وَمَا هُم بِخَارِجِينَ مِنْهَا وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ
    "Onlar cəhənnəm odundan çıxmaq istəyirlər. Halbuki oradan çıxası deyillər və onlar üçün daimi əzab var.”
    Nöqtələr
    Qiyamətdə bütün qurtuluş yolları bağlanmışdır. İlahi rəhmət təqva sahiblərinə məxsus olduğundan kafirlər nə ilahi rəhmətdən bəhrələnərlər  və həmçinin şəfaət Allahın razı qaldığı kəslərə məxsus olduğundan,  nə də şəfaətdən kam alarlar. Bundan əlavə, qiyamətdə ölümdən xəbər yoxdur. Çünki od daimidir və ölüm haqqında istəklər qəbul olunmur. 
    Bildirişlər
    1. Var-dövlət yalnız dünyada kara gəlir. Axirətdə sərvətin heç bir səmərəsi yoxdur.
    2. Qiyamət günü ilahi mühakimədə fidyə (günahın əvəzində cərimə) qəbul olunmur.
    3. Səadətin əsl amili insandan kənarda (mal və sərvətdə) yox, insanın batinindədir. (İman, təqva, cihad)
    4. Kafirlərin əzabı nə fidyə verməklə aradan qalxar, nə də zaman ötdükcə tükənər.
    5. Dünyada bir belə xəbərdarlıq və təbliğatla şirk və cəhalət zülmətindən çıxmayan insan axirətdə də cəhənnəmdən çıxmayacaq.
    38. وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُواْ أَيْدِيَهُمَا جَزَاء بِمَا كَسَبَا نَكَالاً مِّنَ اللّهِ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ
    "Kişi və qadın oğrunun gördükləri işə görə əllərini kəsin. Bu, Allah tərəfindən bir cəzadır və Allah iqtidar və hikmət sahibidir.”
    Nöqtələr
    "Nəkal” çəkindirən iş mənasını bildirir. İslamın cəza qanunları insanları günahdan çəkindirmək üçündür. Bu qanunlarda intiqam məqsədi yoxdur. "Nəkal” elə bir cəzadır ki, başqalarının ibrət götürməsinə səbəb olur. 
    Bu ayədə əvvəlcə oğru kişi, sonra oğru qadın zikr olunur. "Nur” surəsinin 2-ci ayəsində isə zina hökmündən danışılarkən əvvəlcə zinakar qadın, sonra zinakar kişi yada salınır. Bəlkə də bu ardıcıllığın səbəbi oğurluqda kişinin, zinada qadının daha çox rol oynamasıdır.
    Min il öncənin alimlərindən olmuş mərhum Seyyid Mürtəza Ələmül-Hüdadan soruşdular: "Nə üçün şəriətdə beş yüz misqal qızıl diyəsi (dəyəri) olan əl dörddə bir misqal oğurluğa görə kəsilir?” Alim belə cavab verir: "Əmanət əlin qiymətini qaldırır, xəyanət isə bu qiyməti aşağı salır.”
    Rəvayətlərə əsasən, oğrunun yalnız dörd barmağı kəsilə bilər. Baş barmaq və ovuc qalmalıdır. Oğrunun əli yalnız ən azı dörddə bir dinar (dörddə bir misqal qızıl) oğurlandığı zaman kəsilə bilər. Eləcə də oğurlanmış mal qorunan bir yerdə olmalıdır. Karvansara, hamam, məscid kimi ümumi məkanlardakı oğurluğa görə əl kəsilmir. Eləcə də, oğru oğurluğa görə əlin kəsilməsi qanunundan xəbərdar olmalıdır. Qəhətlik dövründə zora düşüb oğruluq edən insanın əli kəsilmir. Əlbəttə ki, oğrunun əli kəsilməyən bütün hallarda başqa cəzalar nəzərə tutulur. Bu mövzuda fiqh kitablarından ətraflı məlumat almaq olar. 
    İslam Peyğəmbəri (s) namazda oğurluğu, yəni onun rüku və səcdələrinin naqis yerinə yetirilməsini ən pis oğurluq saymışdır. 
    Bütün bu hökmlərin icrası üçün hökumətə, qüdrətə, nizama və təşkilata ehtiyac var. Bəli, İslam hökumət və siyasət dinidir.
    İslam əlin kəsilməsindən daha çox çalışmağın əhəmiyyəti və zəruriliyi, beytül-mal və digər yollarla yoxsulların maddi ehtiyaclarının təmini haqqında danışır. Amma hər hansı çətinlik yoxsul şəxs üçün oğurluğa bəhanə ola bilməz. 
    Dünyanın məhkəmə sistemi yalnız həbs və cərimələrlə kifayətləndiyindən oğurluqla mübarizədə acizdir.
    Əlin kəsilməsi oğru üçün daimi bir xəbərdarlıq və başqaları üçün ibrətdir.
    Bildirişlər
    1. Oğru qadınla oğru kişinin cəzası eynidir.
    2. Cəmiyyətin əmin-amanlığını qəti şəkildə qorumaq lazımdır.
    3. Cərimə və ağır cəza oğurluğun qarşısını alan amillərdəndir.
    4. İslamın cəza qanunlarında günahkarların tənbeh olunmasından əlavə başqalarının ibrət götürməsi də nəzərdə tutulur.
    5. İlahi cəzaların icrasında mərhəmət hisslərinin təsiri altına düşmək olmaz.
    6. Oğrunun əlinin kəsilməsi hakimin işi olsa da, Allah bütün möminlərə xitab edir. Bu xitabdan aydın olur ki, ilahi hədlərin icrası üçün zəmin hazırlığında onlar fəal olmalıdır.
    7. Şəxsi mülkiyyət və ictimai əmin-amanlıq o qədər möhtərəmdir ki, ona xatir oğrunun əli kəsilməlidir.
    8. Güc fəaliyyətləri hesablı olmalıdır.
    9. Oğrunun əlinin kəsilməsi Allahın qüdrət cilvələrindəndir.
    39. فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللّهَ يَتُوبُ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
    "Hər kəs öz zülmündən sonra tövbə etsə və (öz pisliklərini) islah etsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    İslamda cəza dəvət, tərbiyə və rəhmətlə yanaşıdır. Ötən ayədə oğrunun cəzası bəyan oldu. Burada bağışlayan Allahın dərgahına tövbəyə, çirkinliyin islahına dəvət olunur. Bu qayıdış ilahi lütfün nazil olması səbəbidir.
    Əgər oğru həbs olunmamışdan qabaq tövbə etsə, oğuruladığı malı qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanar.  Həbs olunduqdan sonra isə oğru cəzalandırılır və onun tövbəsi yalnız qiyamətdə təsirli olur.
    Hədisdə deyilir: "Əli kəsilmiş bir oğru həzrət Peyğəmbərdən (s) soruşdu: "Mənin üçün tövbə yolu varmı?” Həzrət buyurdu:
    "Bəli! Sən bu gün (cəzanı aldıqdan sonra) anadan doğulduğun gündə olduğun kimisən.” 
    Bildirişlər
    1. Xatakar insan üçün qayıdış və islah yolu həmişə açıqdır.
    2. Tövbə təkcə daxili bir peşmançılıq deyil. Tövbə edərkən keçmişdəki günahları da yumaq lazımdır.
    3. Əgər insan tövbə qılsa, Allah onun tövbəsini qəbul edər.
    4. Oğurluq insanın özünə, cəmiyyətə zülm, ictimai asayişə təcavüzdür.
    5. Günahkarları Allahın yoluna çağırmaq və onlara ümid vermək lazımdır.
    40. أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ يُعَذِّبُ مَن يَشَاء وَيَغْفِرُ لِمَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Yoxsa bilmirdin ki, göylərin və yerin hakimiyyəti yalnız Allahındır? O, istədiyini (hikmət əsasında) cəzalandırır, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir. (Günahkara əzab verir, tövbəkarı bağışlayır.)”
    Bildirişlər
    1. Varlıq aləminə hakim olan kəsin bu qanunları nizamlamaq haqqı var.
    2. Günahkarlar bilsinlər ki, qaçmağa yol yoxdur və Allaha doğru dönəsidirlər.
    3. Bəndələrin tövbəsinə Allahın ehtiyacı yoxdur. Çünki bütün varlıq aləmi Onundur.
    4. İnsan ümid və qorxu arası bir halda olmalıdır.
    5. Bağışlama və əzab hər ikisi ilahi qüdrət nümunəsidir.
    41. يَا أَيُّهَا الرَّسُولُ لاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُواْ آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ وَمِنَ الَّذِينَ هادُواْ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُواْ وَمَن يُرِدِ اللّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللّهِ شَيْئًا أُوْلَـئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ
    "Ey peyğəmbər! Küfrə tələsən kəslər səni qəmləndirməsin. (İstər) dildə "iman gətirmişik” deyib qəlbdə iman gətirməyən dəstə olsun, (istər) yalan qurmaq üçün sənin sözünə diqqətlə qulaq asan yəhudilər olsun ki, başqa bir qövm üçün sənin yanına gəlib sözlərinə qulaq asırlar. Onlar kəlmələrin yerini dəyişir və deyirlər: "Əgər bu mətləb sizə verilmişsə, alın və qəbul edin. Əgər sizə verilməmişsə, uzaqlaşın. (Ey peyğəmbər,) Allah kimi istəsə sınağa çəkər, rüsvay edər. Sən heç vaxt Allahın qəhri qarşısında həmin şəxs üçün bir şey edə bilməzsən. Onlar həmin kəslərdir ki, Allah qəlblərini pak etmək istəməmişdir. Onlar üçün dünyada zillət və xarlıq, axirətdə böyük əzab var.”
    Nöqtələr
    Ayədən məlum olur ki, yəhudi alimləri bir qrup yəhudi və münafiqi İslam peyğəmbərinin yanına göndərib özləri həzrətlə üzbəüz gəlmək istəmirdilər. Onlar qorxurdular ki, İslamın göstərişləri onların Tövratda təhrif etdikləri göstərişlərə uyğun olsun. Onlar göndərdikləri adamlara tapşırırdılar ki, əgər İslam Peyğəmbərinin (s) sözləri bizim sözlərimizlə üst-üstə düşsə, qəbul edin, üst-üstə düşməsə rədd edin. Münafiqlər həzrət peyğəmbərin yanına gəlib ona diqqətlə qulaq asırlar ki, ona qarşı daha inandırıcı yalan və şayiə qoşa bilsinlər.
    Bildirişlər
    1. Peyğəmbərlər günahkarlara can yandırmışlar.
    2. Küfrün meydanı var və bu meydanda bir dəstə sürətlə irəli gedib öz küfrünü artırır.
    3. Düşmənlər küfr və nifaqa tələsirlər. Bəs nə üçün müsəlmanlar haqq yolda süstlük göstərməlidir?!
    4. Nifaq küfrün artması səbəbidir.
    5. Dildə izhar yox, qəlbdə qəbul imanın təsdiqidir.
    6. Qəlbə hopmuş iman dəyərlidir.
    7. Qəlb imanın mərkəzidir.
    8. Münafiqlər və yəhudilər çiyin-çiyinə eyni bir hədəfi izləyirlər.
    9. Dinləmək yox, dinləməyin səbəbi mühümdür.
    10. Kafirlərin müsəlmanlar arasında casusları var. Din təbliğatçıları dinləyicilər arasında belələrinin olduğunu unutmamalıdırlar.
    11. Təhrif yəhudilərin özünəməxsus xəyanətidir.
    12. Təqvasız halda məlumat ötürülməsi ilə məşğul olmaq təhlükəli peşədir.
    13. Səmavi kəlmələrin hər birinin öz xüsusi yeri var.
    14. İlahi hökmlər bizim arzularımız əsasında tənzimlənmir. Biz Allahın əmrlərinə təslim olmalıyıq. (Ayə öz könül istəklərinə uyğun müctəhid, alim, hakim, qanun axtarışını qadağan edir.)
    15. Günah insanın hidayət ləyaqətini onun əlindən alır.
    16. Münafiqlər peyğəmbər şəfaətindən məhrumdurlar.
    17. Hətta peyğəmbərlərin də inadkar və həvəsbaz təəssübkeşlərə qarşı kəsərli silahı yoxdur.
    18. İlahi əzab insanın pis rəftarının ardınca nazil olur.
    19. Daşlaşmış və inadkar qəlb ilahi lütfə çatmaqdan məhrumdur.
    20. Axirət əzabının müqabilində dünya əzabı bir şey deyil.
    21. Münafiqlərin həm dünyada bədbəxtçilikləri var, həm də qiyamətin böyük əzabı onların intizarındadır.
    42. سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ فَإِن جَآؤُوكَ فَاحْكُم بَيْنَهُم أَوْ أَعْرِضْ عَنْهُمْ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ
    "Onlar yalan qoşmaq üçün diqqətlə dinləyirlər və daim haram mal (rüşvət və sələm) yeyirlər. Əgər (mühakimə üçün) sənin yanına gəlsələr, ya aralarında mühakimə et, ya da onlardan üz döndər. Əgər onlardan üz döndərsən heç vaxt sənə bir zərər yetirməyəcəklər. Əgər hakimlik etsən, aralarında ədalətlə mühakimə apar. Həqiqətən, Allah ədalət sahiblərini dost tutur.”
    Nöqtələr
    "Möhsinə” (ərli qadınla) zinaya yol vermiş bəzi yəhudilər ümid edirdilər ki, yəhudi dinində də nəzərdə tutulan daşqalaq hökmündən yaxa qurtara biləcəklər. Onlar İslamda daşqalaq hökmünün bəyan olunmasından xəbərsiz olduqlarından mühakimə üçün İslam peyğəmbərinin yanına gəldilər. İslamın da bu mövzuda hökmünü eyni görüb peyğəmbərin hökmlərini qəbul etmədilər.
    "Suht” dedikdə rəvayətlərə əsasən, bir işin görülməsi üçün verilən rüşvət və hədiyyə nəzərdə tutulur. 
    "Suht” sözünün lüğət mənası insanı sıxıntıya salan haram iş deməkdir. 
    "Səmmaunə lil-kəzibi” dedikdə yalan və təhrif məqsədi ilə dinləmək, ya da alimlərinin yalan danışdıqlarını bildikləri halda avamların onları dinləməsi nəzərdə tutula bilər.
    Ayə peyğəmbərə xitabla buyurur: "Yəhudi alimləri sənə zərər yetirmək fikrində olsalar da, sən İslam məktəbi və cəmiyyəti üçün təşvişdəsən. Amma Allah sənə ümid verir ki, əgər onlardan üz döndərməyi üstün sayırsansa, təşviş keçirmə.
    Bildirişlər
    1. Yəhudi alimləri rüşvətxor idilər. Onların avamları öz alimlərinin yalanlarına şövqlə qulaq asırdılar. ("Səmmaunə” sözünün iki ayədə ardıcıl təkrarlanması bu üsulun onlarda yavaş-yavaş xasiyyətə çevrildiyinə işarə ola bilər.)
    2. Müsəlmanlar kitab əhli ilə yaxın əlaqələrdə olduqlarından yəhudilər bəzən məsləhət üçün İslam peyğəmbərinin yanına gəlirdilər.
    3. Peyğəmbərin nübüvvət məsuliyyətindən əlavə, hakimiyyət məsuliyyəti də var idi.
    4. Hökumət və hakimlik işində peyğəmbərlərin Allah tərəfindən verilmiş elə bir ixtiyarı vardır ki, öz məsləhət bildiklərinə əməl etsinlər.
    5. İslam hökumətinin qüdrəti kitab əhlini də əhatə edirdi.
    6. Əgər qeyri-islami ölkələr arasında hakimlik üçün islami hakim seçilərsə, bu hakim ədalətli, cürətli və qəti olmalıdır.
    7. Milli, regional, firqəvi və şəxsi məsələlər mühakiməyə təsir göstərməməlidir.
    8. Ədalət daim və istənilən bir qrup arasında allahbəyənən dəyərdir.
    43. وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِن بَعْدِ ذَلِكَ وَمَا أُوْلَـئِكَ بِالْمُؤْمِنِينَ
    "(Yəhudilər) Tövrat əllərində ikən və Allahın hökmü onda varkən nə üçün səni hakim qərar verirlər? Sonra isə sən də o kitaba uyğun hökm verdikdə) üz döndərirlər. Onlar mömin deyillər.”
    Nöqtələr
    Əvvəlki ayədə qeyd etdiyimiz kimi, yəhudilər İslam peyğəmbərinə ona görə müraciət edirdilər ki, öz cəzalarını yüngülləşdirmişlər. Tövrat əllərində olduqları halda onlar daha yüngül qanun gəzirdilər.
    Bildirişlər
    1.Tövrat bütövlükdə təhrif olunmamışdır.
    2. Ey kaş kitab əhli öz ilahi kitabının hökmlərinə sədaqətli olaydı!
    3. Qövm üçün mühüm olan şey qanuna iman və vəzifəyə əməl yox, qanunun yüngülləşdirilməsidir. (Bu məqsədlə də Tövrat qanunlarını qoyub, cəzadan qurtulmaq üçün İslam peyğəmbərinə üz tuturdular.)
    4. Yalnız qanun qarşısında təslimçilik iman əlamətidir.
    44. إِنَّا أَنزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُواْ لِلَّذِينَ هَادُواْ وَالرَّبَّانِيُّونَ وَالأَحْبَارُ بِمَا اسْتُحْفِظُواْ مِن كِتَابِ اللّهِ وَكَانُواْ عَلَيْهِ شُهَدَاء فَلاَ تَخْشَوُاْ النَّاسَ وَاخْشَوْنِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَنًا قَلِيلاً وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ
    "Həqiqətən Biz Tövratı nazil etdik, onda hidayət və nur var. Allahın fərmanlarına təslim olmuş ilahi tərbiyəçilər onun əsasında yəhudilərə hökm verirdilər. (Eləcə də) ilahi mürəbbilər və alimlər qorunması üçün tapşırıq aldıqları və şahid olduqları səmavi kitab əsasında hakimlik edirdilər.( Ey alimlər,) xalqdan qorxmayın. (Allahın hökmlərini bəyan edin!) Məndən qorxun və Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi əsasında hökm etməyənlər həmin kafirlərdirlər.”
    Nöqtələr
    "Rəbban” sözündən olan "rəbbaniyy” sözü tərbiyə edən mənasını bildirir. Bəzilərinin fikrincə, «rəbbaniyy» aləmlərin Rəbbinə bağlanmış, elm və əməli ilə ilahiləşmiş kəsə deyilir və xalqın tərbiyəsi belələrinin öhdəsindədir.
    Həzrət Əli (ə) buyurmuşdur: "Bu ümmətin rəbbaniyyi mənəm.”  İmam Sadiq (ə) buyurmuşdur: "Rəbbaniyyun peyğəmbər Əhli-beytidir.” 
    "Hibr” dedikdə yaxşı təsir başa düşülür. Alimlər cəmiyyətdə yaxşı təsir mənşəyi olduqlarından onlara hibr və əhbar deyilmişdir. İbn Abbasa da "hibrul-ummət” ləqəbi verilmişdir.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hətta iki dirhəm qədərində nahaq qəzavət edən kəsə bu ayənin son cümləsi şamil olar. 
    Bildirişlər
    1. Bugünkü Tövratın təhrifinə diqqət yetirərkən əsl səmavi kitabı dəyərləndirmək lazımdır.
    2. Tövrat Musaya nazil olsa da, ondan sonrakı bütün peyğəmbər və alimlərə həmin kitab əsasında hökm çıxarmaq əmr edilmişdir.
    3. Vəhyə əsaslanan qanunları qəbul etmək lazımdır. (Peyğəmbərlərin və alimlərin mühakiməsinin vaciblik şərti xalqın qəbul etməsidir.)
    4. Peyğəmbərlər özlərindən bir hökm vermirlər. Onlar Allahın hökmünə təslimdirlər.
    5. İslam (Allaha təslimçilik) bütün müvəhhidlərin (təkallahçıların) dinidir. Bəni-İsrail peyğəmbərləri də "əsləmu”, yəni "təslim olmuşlar” cümləsi ilə xatırlanır.
    6. Hər bir ümmətin alimləri xalq arasında ilahi hökmlərin icrasına məsuldur. (Bütün dinlərdə fəqih vilayətinin kökləri var.)
    7. Dərəcələr silsiləsinə əməl olunmalıdır. Əvvəlcə peyğəmbərlər, sonra imamlar, daha sonra alimlər.
    8. Yəhudilərin çoxsaylı peyğəmbərləri olmuşdur.
    9. Tövratda məhkəmə və hakimiyyət qanunları var. Tövrat qəzavət mehvəri olmuşdur.
    10. Nur və hidayət o vaxt cəmiyyətdə hərəkətə gəlir ki, səmavi kitab əsasında mühakimə və hakimiyyət qurulsun.
    11. Səmavi kitabların qorunması yolu onlar əsasında əməl, qəzavət və hökumətdir.
    12. Alimlər əqidə məktəbinin keşikçisi olmalıdırlar.
    13. Qəzavət alimlərin məsuliyyətidir.
    14. Alimlərin və hakimlərin iki böyük vəzifəsi, risaləti vardır: Xalqın qorxusundan Allahın hökmünü dəyişməmək.; Dünya malı tamahından haqqı gizlətməmək və büdrəməmək.
    15. Qəzavətdə xətdən çıxmaq küfrdür.
    16. Qəzavətdə aşkarlıq, cürət və qətiyyət lazımdır. Hədələr və təxribatlar hakimi təsir altına salmamalıdır.
    17. Ədalətli qəzavətin, mühakimənin zamini Allah qorxusudur.
    18. Alim və hakim bütün dünyanı əldə edib təhrifə yol versə, haqqın qarşısında sussa, haqqı gizlətsə, Allahın hökmünə qarşı çıxsa zərər etmişdir. (Çünki dünya bütövlükdə cüzi bir matahdır.) 
    19. Səmavi qanun olan yerdə şərq və ya qərb qanunları ardınca getmək küfrdür. Qeyri-ilahi qanunlar etibarsızdır.
    20. Haqq mühakimə yürütmək imkanı olan yerdə bir kənara çəkilən kəs küfrə yol vermişdir.
    21. Zalım hakimlərin qarşısında sükut və haqqın gizlədilməsi, sərmayədarlar qarşısında dinin satılması, avamların aldadılması alimləri izləyən təhlükələrdəndir.
    22. Qorxaq və həris alimlər dindarlıqda və səmavi kitabın qorunmasında süstdürlər.
    23. Haqsız mühakimədən əldə olunan gəlir qeyri-şəridir.
    24. Qorxu və hərislik qəzavətdə azğınlıq səbəbi, qəzavətdə azğınlıq isə küfr səbəbidir.
    45. وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالأَنفَ بِالأَنفِ وَالأُذُنَ بِالأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ وَمَن لَّمْ يَحْكُم بِمَا أنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ
    "Onda (Tövratda) onlar üçün qərarlaşdırdıq ki, (qisasda) can əvəzində can, göz əvəzində göz, burun əvəzində burun, qulaq əvəzində qulaq, diş əvəzində diş olsun. Bütün yaralar üçün də (yenə həmin tərtib və ölçüdə) qisasdır. Hər kəs onu sədəqə etsə (bağışlasa), günahlarının kəffarəsi sayılar. Allahın nazil etdiyi əsasında hökm etməyən kəslər həmin sitəmkarlardır.”
    Category: Nur təfsiri (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-07-31)
    Views: 880 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024