İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1867
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Main » Articles » Quran » Nur təfsiri (3-cü cild)

    Nur təfsiri (3-cü cild)
    YEDDİNCİ CÜZ
    82. لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِّلَّذِينَ آمَنُواْ الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُواْ وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَّوَدَّةً لِّلَّذِينَ آمَنُواْ الَّذِينَ قَالُوَاْ إِنَّا نَصَارَى ذَلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لاَ يَسْتَكْبِرُونَ
    «Yəhudilərin və müşriklərin iman əhlinə münasibətdə ən qatı düşmən olduğunu görərsən. "Biz məsihiyik” deyənlərin isə dostluq baxımından möminlərə ən yaxın olduğunu bilərsən. Bu (dostluq) o baxımdandır ki, onlardan bəziləri keşiş və rahiblərdir, onlar təkəbbür göstərməzlər.»
    Nöqtələr
    "Qissis” keşiş deməkdir və məsihilərin dini işlərinə rəhbərliyini öhdəsinə götürmüş şəxs keşiş adlanır. Məsihi abidlərinə isə "röhban” deyilir.
    Bu ayədən 85-ci ayəyədək nüzul şəni Həbəşə padşahı Nəcaşinin və həmin ölkə məsihilərinin müsəlmanlarla xoş rəftarıdır. Bu müsəlmanlar besətin beşinci ili Cəfər ibn Əbu-Talibin başçılığı ilə Məkkədən hicrət etmişdilər. Onlar müşriklərin sıxıntılarından Nəcaşiyə pənah aparmışdılar. Müşriklərin Həbəşəyə göndərdikləri elçilər Nəcaşidən mənfi cavab almışdılar. Mədinə yəhudiləri peyğəmbərin möcüzələrini, böyük əxlaqını gördükləri halda iman gətirməyib müsəlmanlara qarşı fitnə-fəsadda iştirak edirdisə, məsihi ruhaniləri Həbəşədə "Məryəm” surəsinin ayələrini eşidərkən ağlayır və müsəlmanları himayə edirdilər. 
    İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurmuşdur: "Bu məsihi alimlər və rahibləri həzrət İsa ilə Həzrət Məhəmməd (s) arasındakı dönəmdə yaşamış və İslam peyğəmbərinin gəlişini gözləmişlər.” 
    Bildirişlər
    1. Yəhudilərin müsəlmanlarla düşmənçiliyinin tarixi kökləri var.
    2. İslam düşmənlərinə və qeyri-müsəlmanlara onların rəftarını nəzərə alaraq yanaşılmalıdır.
    3. Öz dostlarımızı və düşmənlərimizi onların psixoloji və ictimai vəziyyətini düzgün təhlil edərək tanımalıyıq.
    4. Cəmiyyətdə inkişaf üçün zəmin var: Alimlik, Allah qorxusu, təkəbbür və azğınlıqdan uzaq ruhiyyə.
    5. Din alimləri və Allahdan qorxan abidlər cəmiyyətin əqidə və əxlaqının islahında mühüm rol oynayırlar.
    6. Əgər elm, ibadət və əxlaq qarşılıqlı birləşsə, insan haqpərəst olar və təəssübü bir kənara qoyar.
    7. İslamda təəssüb yoxdur. İslam digər dinlərin Allahdan qorxan, insaflı alimlərini qiymətləndirir.
    8. Məsihilər arasında İslamın təbliği təsirlidir.
    (Məsihilər yanlış üçlük əqidəsini daşısalar da, nisbətən sağlam ruhiyyələrinə xatir haqqı daha asanlıqla qəbul edirlər.)
    83. وَإِذَا سَمِعُواْ مَا أُنزِلَ إِلَى الرَّسُولِ تَرَى أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُواْ مِنَ الْحَقِّ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
    "(Məsihilər) hər vaxt peyğəmbərə nazil olmuş ayəni eşitdikdə, görürsən ki, haqqı tanıdıqlarından gözləri yaşla dolur və deyirlər: "Pərvərdigara! Biz iman gətirdik, adımızı (haqqa) şahidlər zümrəsində yaz.”
    Nöqtələr
    Cəfər ibn Əbu-Talib "Məryəm” surəsinin ayələrini Həbəşədə Nəcaşi üçün oxuduqda oradakı məsihilər ağladılar. Bu göz yaşları məsihilərin şövqlü göz yaşlarının nümunəsi idi. Digər bir dəfə məsihilərdən bir qrupu Cəfərlə birlikdə Mədinəyə gəlib orada "Yasin” surəsinin ayələrini eşitdikdə göz yaşı axıtdı. 
    Bildirişlər
    1. Qəlbi diri, təvazökar insanların nişanəsi budur ki, haqqı eşitdikdə həyəcanlanarlar. (Azğınlar isə haqqı gördükdə belə, yerlərindən tərpənmirlər.)
    2. Göz yaşları mərifətlə müşayiət olunduqda kamal nişanəsi olur.
    3. İnsanın ruhu və fitrəti haqqa heyrandır. Məşuqa çatdıqda şövqdən göz yaşları axır.
    4. İman və etiraf mərifətə əsaslanmalıdır.
    5. Duada müqəddəs "Rəbbəna” sözündən yardım alaq.
    6. Bilgi və mərifət, göz yaşı və nöqsanların etirafı təkamül və mənəvi tərbiyə nişanəsidir.
    7. Dua etiraf və imanla müşayiət olunduqda təsir göstərir.
    8. Müvəqqəti iman səmərəsizdir. İman daimi olmalı, xoş aqibətlə başa çatmalıdır.
    9. Yüz illik yolu bir gecədə getmək dəyərlidir. Eşitmək, tanımaq, etiraf etmək və qovuşmaq!
    10. İman əhli daha yuxarı mərhələlərə çatmaq üçün dua etməlidir. (Öncə iman, sonra daha yuxarı olan şəhadət mərhələsi.)
    84. وَمَا لَنَا لاَ نُؤْمِنُ بِاللّهِ وَمَا جَاءنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ
    "(Deyirlər:) nə üçün Allaha və bizim üçün gəlmiş həqiqətə iman gətirməyək? Halbuki Rəbbimizin bizi salehlərlə birlikdə (behiştə) daxil edəcəyinə ümidvarıq.”
    85. فَأَثَابَهُمُ اللّهُ بِمَا قَالُواْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء الْمُحْسِنِينَ
    "Allah bu sözlərin (şəhadətlərinin) əvəzində onlara altından çaylar axan bağlar verdi. Daim orada qalarlar və budur yaxşı əməl sahiblərinin mükafatı.”
    86. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ
    "Kafir olub ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.”
    Nöqtələr
    Həqiqəti anladıqdan sonra şücaətlə, aşkar surətdə və sədaqətlə onu etiraf edənlər, öz dindaşlarından qorxmayanlar yaxşı əməl sahiblərinin ən üstünləridirlər. Çünki onlar həm özlərinə nicat verib cəhənnəm əzabından qurtulurlar, həm etiraf etməklə doğru yolu başqalarına göstərirlər.
    Bildirişlər
    1. Haqqı tanıdıqdan sonra onu rədd etmək üçün heç bir üzr, bəhanə qalmır.
    2. Salehlərlə yoldaşlıq müqəddəs işdir.
    3. Düzgün arzunun nişanəsi iman və əməldir.
    4. Allaha iman vəhyə imandan ayrı deyil.
    5. İmanın əvəzi behiştdir.
    6. Kamal yollarından biri vicdana üz tutub onu sorğuya çəkməkdir. 
    7. Tövhid, peyğəmbərin risaləti, Quranın haqq olmasını dillə etiraf etmək zəruridir.
    87. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ
    "Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri özünüzə haram etməyin və həddi aşmayın ki, Allah təcavüzkarları sevməz.”
    Nöqtələr
    Bir gün Allahın rəsulu qiyamət və məhşər səhnələri haqqında danışırdı. Onun danışdıqları xalqa o qədər təsir etdi ki, hamı ağladı və bəziləri qərara gəldilər ki, bundan sona yaxşı xörəklər yeməsinlər, rahatlığı özlərinə haram etsinlər, oruc tutsunlar, həyat yoldaşlarından uzaqlaşsınlar, gecələri az yatsınlar. Onlar bu qərarlarını yerinə yetirəcəkləri barədə and içdilər. Həzrət Peyğəmbər (s) bu məsələdən xəbər tutub xalqı məsciddə topladı və buyurdu: "Mən yemək yeyirəm, gecələr yatıram, həyat yoldaşımı tərk etmirəm. Bizim dinimiz guşənişinlik və röhbaniyyət dini deyil. Mənim ümmətimin röhbaniyyəti cihaddır. Hər kəs mənim yolumu tərsinə getsə, müsəlman deyil.” Xalq arasında "içdiyimiz andlar necə olsun?” deyə soruşanlar oldu. Onların sualına cavab olaraq növbəti ayələr nazil edildi.
    Halallardan imtina haramlığı etiqadla müşayiət olunduqda bidət və haram, əqidə bağlamadan bəhrələnməməkdən ibarət olduqda qadağandır.
    Müsəlman ilahi göstərişlərə təslimdir. O nə halalları özbaşına haram edir, nə də haramlara başqa münasibət bəsləyir.
    Bildirişlər
    1. İman əhli pak-pakizə şeylərdən istifadə etməlidir. "Ey xalq” əvəzinə ayədə "ey iman gətirənlər” deyə müraciət olunmuşdur.
    2. İman ilahi hökmlərin dəyişdirilməsi ilə bir araya sığmır.
    3. İslam fitrət dinidir. Fitrəti boğmaq qadağandır. (Ayədə pak sözü insan fitrətinə uyğun məqamlarda işlədir.)
    4. Halal yeməklər, içməklər və ləzzətlər insan üçün yaradılmışdır.
    5. İman ifrat və təfritlə bir araya sığmır.
    6. İslam məktəbində guşənişinlik, röhbaniyyət, ifrat və təfrit qadağandır.
    7. İnsanın özünü pak nemətlərdən məhrum etməsi təcavüzkarlıq kimi qiymətləndirilir.
    8. Halal nemətlərdən faydalanarkən israfa yol verməyək, həddi aşmayaq.
    9. İfrat və təfrit ilahi məhəbbətdən məhrumluq səbəbidir.
    88. وَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ أَنتُم بِهِ مُؤْمِنُونَ
    "Allahın sizə bəxş etdiyi halal və pak ruzilərdən yeyin. İman gətirdiyiniz Allahdan çəkinin.”
    Nöqtələr
    Quranda adətən "kulu” ("yeyin”) sözü digər əmrlərlə yanaşı buyurulur. Məsələn, "yeyin və şükür edin”, "yeyin və tüğyan etməyin”, "yeyin və layiqli iş görün”, "yeyin və yedirdin”, yeyin və israf etməyin”, "yeyin və şeytanın ardınca getməyin.” 
    Hədisdə nəql olunur ki, Allah xalqın ruzisini halaldan ayırmışdır. Hər kəs haram ruzi ardınca getsə onun halal ruzi payından kəsilər. 
    Bildirişlər
    1. Halal maddi imkanlardan bəhrələnmə imanla zidd deyil. Kim maddiyyatın tərk olunmasını təqva sayırsa, yanılır.
    2. Qidalanma məsələlərinə diqqət edin.” (Həm qazanc yolu, həm də məsrəf yolu halal olmalıdır.)
    3. Ruzi yalnız Allahın əlindədir. Demək, tələskənliyin, hərisliyin, harama meylin faydası yoxdur.
    4. Təqva iman şərtidir.
    89. لاَ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَـكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الأَيْمَانَ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاَثَةِ أَيَّامٍ ذَلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ وَاحْفَظُواْ أَيْمَانَكُمْ كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ
    "Allah sizi boş, hədər andlarınıza görə sorğuya çəkməz. Amma bilərəkdən içdiyiniz andlara görə cəzalandırar. Onun (andı pozmağın) kəffarəsi ailənizə yedirdiyinizdən orta həddə on fəqirə təam vermək, ya on fəqiri geyindirmək, ya da qul azad etməkdir. Əgər bir kəs (qida, geyim və qul) tapmasa, üç gün oruc tutsun. Bu, sizin andlarınızın kəffarəsidir. Nə vaxt and içdinizsə, andlarınıza diqqət yetirin. Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə şükür edəsiniz.”
    Nöqtələr
    Boş, hədər andlar dedikdə məqsədsiz, diqqətsiz, adət şəklində, həyəcanlı və ya qəzəbli halda, düzgün olmayan işlərdə, xilaf işlərin görülməsi məqsədi ilə içilən andlar nəzərdə tutulur. Belə andların kəffarəsi yoxdur. Amma bilərəkdən, faydalı bir iş üçün içilən and məsuliyyət yaradır. Belə and əməl olunmalı, and pozulduqda kəffarə verilməlidir.
    İmam Sadiq (ə) "ləğv” ("boş, mənasız”) sözünün haqqında buyurmuşdur: "Ciddi bir məqsəd olmadan "la vəllah” və "bəla vəllah” deyə içilən and boş anddır.” 
    "Əvsət” (orta”) sözünü bəzi təfsirçilər ən üstün yemək kimi təfsir etmişlər. "Qələm” surəsində də uyğun təfsirlə rastlaşırıq.
    Andın kəffarəsi olaraq məhrumlara geyindirilən libas həm qış, həm də yay, həm kişi, həm də qadın libası ola bilər.
    Ümumbəşəri və həmişəlik bir dinin göstərişləri və cəzalarının yerinə yetirilməsi mümkün olmalıdır. Məslən, qul azad etmək, fəqiri doyurmaq və ya geyindirmək hər bir dövrdə, hər bir fərd üçün mümkün əməldir. (Bəziləri bu gün qul olmadığını, quldarlıq dövrünün ötüb keçdiyini bildirirlər. Halbuki «quldarlıq quruluşu ləğv olundu» deməklə qullar azad olmur. Bu gün də insanlar alınıb-satılır, qul kimi istismar edilir.)
    İmam Sadiq (ə) buyurmuşdur: "Bəziləri on sir (sir-ölçü vahidi), bəziləri isə on sirdən az xörək yeyir. Buna görə də orta hədd kimi on sir (bir müd) təyin olunmuşdur. 
    İmam Kazim (ə) yuxarıdakı ayəni təfsir edərkən buyurmuşdur: "Ayədəki "tapmayan” ifadəsi ailəsinin ehtiyaclarından artığa gücü çatmayana aiddir. 
    Bildirişlər
    1. Məqsədsiz andların cərimədən azad edilməsi ilahi bir lütfdür.
    2. İslam asan bir dindir. Ciddi olmayan andlar üçün kəffarə təyin edilməmişdir. (Danışıq və əməldə ölçü məqsəd və niyyətdir.)
    3. İslamda maddi cərimələr də var.
    4. İslam qanunları fəqirliyin aradan qaldırılmasına yönəlib. İslamın fərdi hökmləri cəmiyyətin faydalarına uyğundur. (Yedirmək, geyindirmək, qul azad etmək)
    5. Orta həddin gözlənilməsində ədalət hər yerdə, hətta cərimə təyin olunmasında da bir dəyərdir.
    6. Cərimə insanların maddi durumuna uyğun olmalıdır.
    7. Vəzifənin icrası insanın güc və imkanından asılıdır.
    8. Cərimə və kəffarə təyin edərkən xalqın gündəlik orta yaşayış həddi nəzərə alınmalıdır. Hansısa xüsusi günlər əsas götürülə bilməz.
    9. Kəffarə ödəyərkən fəqirlərin şəxsiyyətini alçaltmayaq. Onlara öz ailə üzvümüz kimi yanaşaq.
    10. Andı pozmaq cürətini oruc və ya cərimə ödəməyin çətinliyi ilə yuyun. (İslamda cərimə və kəffarə ödənməsi özünütərbiyə proqramlarındandır.)
    11. İslam qulların azad olunmasında bütün fürsətlərdən istifadə etmişdir. (Hətta bəzi əməllərin kəffarəsi qul azad olunmasıdır.)
    12. Allahın müqəddəs adına hörmətlə yanaşaq. Ya and içməyək, ya da içdiyimiz anda əməl edək. Ən son vəziyyətdə pozulmuş andın kəffarəsini ödəyək.
    13. Bəziləri elə düşünməsinlər ki, yeri gəldi-gəlmədi and içib cərimə ödəmək olar. (Biz içdiyimiz andların məsuliyyət daşıyırıq.)
    14. Maddi imkanı olmayanlar öz fiziki imkanlarından bəhrələnməlidir.
    15. Nöqsanları aradan qaldırma yolunun açıq olması ilahi bir nemətdir və buna görə şükür edilməlidir.
    16. İlahi göstərişlərə əməl olunması ən üstün şükürdür.
    90. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
    "Ey iman gətirənlər! Həqiqətən, şərab, qumar, bütlər, püşk oxları çirkin və şeytani işlərdəndir. Onlardan çəkinin ki, bəlkə nicat tapasınız.”
    Nöqtələr
    Ərəblərdə şer və şəraba xüsusi bir bağlılıq vardı. Ona görə də şərab qadağası tədrici şəkildə həyata keçdi. Əvvəlcə ayə nazil oldu ki, xurma və üzümdən yaxşı qida və içki hazırlamaq olar.  Digər bir ayədə qumar və şərabın zərərinin faydasından çox olduğu bəyan edildi.  Daha sonra məst halda namaz qılınmasına qadağa qoyuldu.  Nəhayət, yuxarıda zikr olunmuş ayə nazil oldu. Şərab, qumar, bütlər və püşk oxları çirkin və şeytani əməl sayıldı. Allah bütün bu işlərə qadağa qoydu.
    Ayədəki "xəmr” sözü örtmək mənasını verir və "ximar” sözü ilə eyni kökdəndir. Qadınların örtüyü olan məqnə (yaylıq) də «ximar» adlandırılmışdır. Çünki yaylıq başın tükünü örtür. Şərab da insanın ağlını bir növ örtdüyündən "xəmr” adlandırılmışdır.
    "Məysir” sözü "yusr” sözündən olub, asanlıq mənasını bildirir. Qumarda insanlar heç bir zəhmət çəkmədən pul qazandığından qumar "məysir” adlandırılmışdır.
    Kəbə ətrafında düzülmüş daşlar "Nusub” adlandırılmışdır. Bu daşlar üzərində qurbanlıq kəsilərdi. Ayədə həzrət Peyğəmbərin (s) "ənsab” sözünün mənası haqqında belə buyurduğu nəql olunur: "Ənsab” odur ki, müşriklər bütlər üçün qurbanlıq edirdi. 
    "Əzlam” cahiliyyət dövründə rəvac tapmış oxlarla püşk atma və qumar növüdür.
    İmam Baqir (ə) ayədəki "xəmr” sözü haqqında buyurmuşdur: "İnsanı məst edən hər bir şey haramdır.” 
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "İstənilən bir vasitə ilə, hətta qozla belə qumar oynamaq haramdır.” 
    Hədisdə buyurulur: "Şərabxor bütpərəst kimidir.” 
    Şərabın istehsalında istənilən növ həmkarlıq, onun yayılması və məsrəfi haramdır. İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, o həzrət şərabxorluqda müəyyən yollarla fəaliyyət göstərən on qrupa lənət oxumuşdur: (Şərab məqsədi ilə) üzüm tənəyi əkən, onu səmərəyə çatdıran, şərabı düzəldən, içən, paylayan (saqi), daşıyan, əldə edən, satan, alan, istənilən formada onun gəlirindən faydalanan.” 
    Bildirişlər
    1. Şərabxorluq və qumarbazlıq imanla bir araya sığmır.
    2. Şərab və qumar bütpərəstliklə bir sırada dayanır. ("Ənsab”dedikdə bütlər nəzərdə tutulur.)
    3. İslam çirkin işləri qadağan edir.
    4. Nəinki şərab içməyin, hətta ona yaxınlaşmayın. Ayədə "içməyin” yox, "çəkinin” deyə buyurulmuşdur.
    5. Halal tikə və haramdan uzaqlıq insanın xoşbəxtlik və qurtuluşunda əhəmiyyət daşıyır.
    91. إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ
    "Həqiqətən, şeytan şərab və qumar vasitəsi ilə sizin aranıza düşmənçilik və kin salmaq istəyir. (İstəyir ki,) sizi Allahın zikrindən və namazdan ayırsın. (Bütün bu fəsadları nəzərə alıb) əl çəkirsinizmi?”
    Nöqtələr
    Statistikadan məlum olur ki, qətillərin, cinayətlərin, avtomobil qəzalarının, boşanmaların, psixoloji və fizioloji xəstəliklərin çoxunun səbəbi spirtli içkilərin istifadəsidir. Amma Quran bu ayədə uyğun qadağanın fəlsəfəsini iki nöqtədə açıqlayır: Biri kin-küdurətdən ibarət olan ictimai zərər, digəri namaz və Allah zikrindən qəflətdə qalma kimi mənəvi zərər.
    Ayədə şərab və qumarın ən böyük təsiri kimi onun insanı Allah zikrindən və namazdan ayırması göstərilir. Sual oluna bilər ki, əgər ticarət, idman, təhsil, mütaliə kimi adi işlər insanın başını qatıb onu Allah zikri və namazdan ayırırsa, onları da şərab və qumarla eynimi tutmalıyıq? Bəli, insana Allahı unutduran bütün işlər şərab və qumar kimi çirkindir. Amma İslamda çətinlik yaratmamaq səbəbindən həmin işlər haram edilməmişdir.
    Bildirişlər
    1. Xalq arasında kin-küdurət salan hər bir kəs şeytan kimidir.
    2. Şeytanın təhrikləri daimidir.
    3. Ədavətin rəvac tapdığı cəmiyyət şeytana qulluq edir.
    4. Ülfət və birliyi hifz edək, vəhdətə qarşı yönəlmiş bütün işlərlə mübarizə aparaq.
    5. İman əhli arasında ülfət və mehribanlıq Allahın xüsusi diqqətini çəkir.
    6. Qumar və şərab kin-küdurət yaratmaq üçün şeytanın vasitələridir.
    7. Namaz Allah zikrinin ən üstün simvoludur. (Namaz Allah zikri olsa da, onun adı ayrıca çəkilir.)
    8. Dini hökmlərin fəlsəfəsinin bəyanı sözün başqalarına təsir amillərindəndir.
    9. Kin-küdurətə səbəb olan bütün amillərlə mübarizə aparmalıyıq.
    10. İlkin İslam dövründə şərab və qumarın haram buyurulmasına baxmayaraq, bu işə məşğul olan bəzi müsəlmanlar Allah tərəfindən məzəmmət olunurlar.
    92. وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ
    "Allaha itaət edin, peyğəmbərə tabe olun və (itaətsizlikdən) çəkinin. Əgər üz döndərsəniz (itaət etməsəniz), bilin ki, Bizim rəsulumuzun vəzifəsi yalnız aşkar bəyan etməkdir.”
    Bildirişlər
    1. Allah rəsulunun hökumətinin fərmanları ilahi fərmanlar kimidir və onlara itaət etmək vacibdir. ("İtaət edin” sözünün təkrarlanması göstərişin iki növ olması nişanəsidir: sabit ilahi göstərişlər və peyğəmbərin hökumət göstərişləri.)
    2. Allah və Onun rəsulunun göstərişlərinə itaətsizlikdən qorxaq.
    3. İnsan yol seçimində azaddır.
    4. İnsan Öz müxalifətçiliyi və itaətsizliyi ilə yalnız özünə zərər vurur.
    5. İlahi hökmlərin bəyanında xalqın qəbul edib-etməməsi şərt deyil. Biz höccəti tamamlamalı, bəhanələri kəsməliyik.
    6. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, öz risalətini bəyan etməkdir.
    93. لَيْسَ عَلَى الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُواْ إِذَا مَا اتَّقَواْ وَّآمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ ثُمَّ اتَّقَواْ وَّآمَنُواْ ثُمَّ اتَّقَواْ وَّأَحْسَنُواْ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ
    "İman gətirib saleh işlər görənlər üçün (şərab qadağan olanadək) içdikləri üçün qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.”
    Nöqtələr
    Şərabın qadağa ayəsi nazil olduqdan sonra müsəlmanlardan bəziləri qadağadan qabaq dünyasını dəyişənlərin şəraba görə cəzaları haqqında soruşdular. Yuxarıdakı ayə nazil oldu.
    Bu ayədə iki dəfə iman və saleh əməl, iki dəfə təqva və iman, bir dəfə təqva və ehsan zikr olunmuşdur. Bəzi təfsirçilərin nəzərincə, iman, təqva və saleh əməlin mərhələləri və dərəcələri müxtəlif olduğundan uyğun ifadələr təkrarlanır.  Bəziləri isə uyğun təkrarı iman və təqvada davamlılıq nişanəsi sayırlar.  Bəziləri isə ayədəki təkrarları təkid əlaməti bilmişlər. "Nəbə” surəsinin 4-5-ci ayələri buna misal ola bilər.
    Təqvanın insan həyatının müxtəlif sahələrində rolu var: məsrəf və rəftarda; məktəb və etiqadda; xidmət və əxlaqda.
    Bildirişlər
    1. Əgər möminlər qarşıda təqvaya riayət edib keçmiş günahları təkrarlamasalar, onların keçmiş günahları bağışlana bilər.
    2. İlahi hökmü eşitdikdən sonra insan yenə də günah edərsə, o əvvəlki günahlarına görə də cəzalandırılar.
    3. Ehsan və xeyir iş kamilliyin ən uca mərtəbəsi və Allah yanında məhbubluq səbəbidir. Ayədə iman və təqvadan sonra yaxşı əməl xatırlanmışdır.
    94. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لَيَبْلُوَنَّكُمُ اللّهُ بِشَيْءٍ مِّنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللّهُ مَن يَخَافُهُ بِالْغَيْبِ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ
    "Ey iman gətirənlər! Allah sizi əllər və nizələrin çatdığı ovla sınağa çəkər ki, kimin batində Ondan qorxduğu məlum olsun. (Kim Onun əmrinə tabedir və ovdan keçir.) Bundan sonra kim təcavüz etsə, onun üçün dərdli əzab var.”
    Nöqtələr
    Həcc dövründə və ehram halında hacının ov haqqı yoxdur. Bəzən həmin vaxt ov insana o qədər yaxınlaşır ki, insan əlini uzadıb onu tuta bilər. Amma Allah ova əl toxundurmamağımızla bizi sınağa çəkir. Hədisdə oxuyuruq: "Hüdəybiyyə ümrəsində bir çox ov heyvanları müsəlmanlara yaxınlaşdı. Onlar rahatca bu heyvanları ovlaya bilərdilər.
    Quranda qidalanma məsələsi ilahi sınaq vasitəsi kimi bəyan olunur. Aşağıdakı nöqtələrə diqqət yetirin:
    a) Adəm və Həvva qidalanma məsələsində büdrədi. 
    b) Bəni-İsrail şənbə günü balıq ovunun qadağasında qanunu pozdu. 
    v) Bəni-İsrailin başçılarından biri məntəqədəki çayın yaxınlığından keçərkən həmin çayın suyundan içməmək göstərişi verdi. Amma ətrafındakıların əksəri həmin sudan içdi. 
    q) Oruc tutmaq özü böyük bir sınaqdır.
    e) Ov ehram halında hacılara yaxınlaşsa da, kimsənin ovlamaq haqqı yoxdur.
    Sual: İnsan bir şeyi öyrənmək məqsədi ilə sınaq aparır. Bəs hər şeydən xəbərdar olan Allah nə üçün sınaq aparır?
    Cavab: Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də buyurmuşdur: "İlahi sınaqlarda məqsəd odur ki, insan acı və şirin hadisələr qarşısında reaksiya göstərsin və öz rəftarı müqabilində ya cəzalandırılsın, ya da mükafat alsın.” Bəli, Allah öz biliyi əsasında yox, insanların əməli əsasında mükafat və ya cəza verir. Heç biz özümüz də kimsəyə istedadına görə mükafat vermirik. İstedadlı insan yalnız işinə görə mükafatlandırılır.
    Sual: Allah evinin ziyarətçi qonaqları ov heyvanına görə nə üçün dərdli əzaba düçar olsunlar?
    Cavab: Öz-özlüyündə ov üçün cəza yoxdur. Vəd olunan əzabın səbəbi müqəddəs yerin hörmətini pozmaq, qanuna qarşı çıxmaqdır.
    Bildirişlər
    1. Möminlərin imtahanı dəyişməz ilahi qanundur.
    2. Allah qorxusu o zaman bilinir ki, günah şəraiti yaransın və insan xata etməsin.
    3. Bir şeyə əl çatırsa, bu o demək deyil ki, o, halaldır.
    4. Təqva ölçüsü zahiri həya yox, iç qorxusudur.
    5. Yalnız bildirişdən sonra vəzifə məsuliyyəti gəlir.
    6. Uzun-uzadı yollar keçib ilahi eşqlə haqqa üz tutan hacı bəzən kiçik bir ova yol verib itaətsizlik etdiyindən əzaba düçar olur.
    95. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْتُلُواْ الصَّيْدَ وَأَنتُمْ حُرُمٌ وَمَن قَتَلَهُ مِنكُم مُّتَعَمِّدًا فَجَزَاءٌ مِّثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِّنكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَو عَدْلُ ذَلِكَ صِيَامًا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللّهُ عَمَّا سَلَف وَمَنْ عَادَ فَيَنتَقِمُ اللّهُ مِنْهُ وَاللّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ
    "Ey iman gətirənlər! Ehram halında ovu öldürməyin. Sizlərdən hər kəs bilərəkdən ovu öldürsə, cəzası və kəffarəsi öz aranızdan olan iki ədalətli şahidin (oxşarlığını) təsdiq etdiyi oxşar heyvanın kəsilməsidir. (Bu qurbanlıq heyvan) Kəbəyə çatası bir hədiyyədir. Ya da (qurbanlıq yerinə) əvəz üçün (altmış) fəqirə təam versin, ya da o qədər oruc tutsun. (Bu üç kəffarənin səbəbi odur ki,) öz işinin cəzasını alsın. Allah sizin keçmişinizi bağışladı. Hər kəs bu işi təkrar etsə, Allah ondan intiqam alar. Allah yenilməzdir və intiqam alandır.”
    Nöqtələr
    Ayədəki "hurum” həcc və ya ümrə üçün ehram halına girmiş adama deyilir.
    "Ənam” sözünün tək forması olan "nəəm” dəvə, inək, qoyun mənasındadır.
    "Məsakin” deyərkən fəqirlik səbəbindən öz məsləkini tərk edə bilməyən, başqa sözlə, fəqirliyin əldən salıb evdə oturtduğu kəs nəzərdə tutulur.
    İmam Sadiq (ə) buyurmuşdur: "Dəvəquşunun kəffarəsi dəvə, vəhşi ulağın kəffarəsi inək, ceyranın kəffarəsi qoyun, vəhşi inəyin kəffarəsi inəkdir.” 
    Category: Nur təfsiri (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-07-31)
    Views: 525 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020