İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2074
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Articles » Quran » Nur təfsiri (3-cü cild)

    Nur təfsiri (3-cü cild)
    Nöqtələr
    Qurandakı dualar adətən, "Rəbb” adı ilə başlayır. Bu ayədə isə həm "Allah”, həm də "Rəbb” müraciətləri ilə rastlaşırıq. Bəlkə də bu iki müraciət məsələnin əhəmiyyətini göstərir.
    Bildirişlər
    1. İstəklərin yerinə yetməsi üçün Allahın övliyalarına təvəssül (onları vasitə seçmək) caizdir.
    2. Peyğəmbərlər üçün tarixin və keçmiş nəsillərin əhəmiyyəti var.
    3. İlahi nişanələrdən daim dərs almaq lazımdır.
    4. İlahi bayram və mərasim Quran baxımından düzgündür. Allah övliyalarının doğum günü, həzrət Peyğəmbərin (s) besəti səmavi süfrənin nazil olmasından az əhəmiyyət daşımır.)
    5. Həzrət İsa duada diqqəti yemək məsələsinə yox, süfrənin ilahi olmasına yönəldir.
    6. Başqalarının süstləşdirici sözlərini islah olunmuş şəkildə nəql edək. Əgər həvarilər öz danışıqlarında süfrə istəyini "edə bilərmi” sualı ilə açıqlayırlarsa, həzrət İsa öz duasında "maidəni” uca bir məqsəd üçün istəyir. O, həvarilərin istəyindəki tərəddüdlü nöqtələri silib atır.
    7. Duada Allahı kamil ədəblə, istəklərimizə uyğun sifətlərlə çağıraq. Əgər ayə "ey Allah, "ey Rəbb” xitabları ilə başlayırsa, "ruzi verənlərin ən xeyirlisi” təbiri ilə başa çatır.
    8. Maddi istəklərimizə mənəvi rəng verək. Həvarilər əvvəlcə yemək, sonra isə əmin olmaq məqsədində olduqlarını bildirdilər. Həzrət İsa isə əvvəlcə tarixdə nişanə qoymaq, sonra Allahın qüdrətini göstərmək, daha sonra ruzi məsələsini açıqlayır. Bununla da bildirir ki, mənəvi və ictimai məsələlər təşkilati və iqtisadi məsələlərdən öndə gəlir.
    9. Diqqətimizi Allaha yönəldək və başqalarına üz tutmayaq.
    115. قَالَ اللّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيْكُمْ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذَابًا لاَّ أُعَذِّبُهُ أَحَدًا مِّنَ الْعَالَمِينَ
    "Allah buyurdu: "Mən onu (maidəni) sizin üçün nazil edərəm. Amma bundan sonra sizdən hər hansınız küfr etsə, ona elə bir əzab verəcəyəm ki, aləmdəkilərdən heç birinə o cür əzab verməmişəm.”
    Nöqtələr
    Maidənin nazil olması əhvalatı Quranda bəyan olunduğu şəkildə İncildə nəql olunmamışdır. 
    Bəziləri bildirirlər ki, həvarilər ilahi hədələri eşitdikdən sonra öz istəklərindən daşındılar və maidə nazil olmadı. Amma bu baxış ayənin zahiri mənası və rəvayətlərlə uyğun gəlmir. "İnni munəzziluha” təbiri vəd yox, qəti bildirişdir. 
    Rəvayətdə deyilir: Maidə nazil olduqdan sonra bəziləri kafir olub donuz şəklinə düşdü.  Bəzi rəvayətlərdə oxuyuruq ki, nazil olan şey çörək və ət idi. 
    Əgər İsanın yoldaşları üçün səmavi qidalar nazil oldusa, rəvayətlərə əsasən, İslam Peyğəmbəri (s) üçün də behişt meyvələri nazil olmuşdur. Həzrət Fatimənin (s) yaranış qaynağı da həmin behişt meyvələridir. 
    Bildirişlər
    1. Peyğəmbərlərin duası qəbul olur.
    2. Elm, yəqin, şahidliyə çatanların məsuliyyəti daha ağırdır. Onların büdrəmələri də ciddi qəbul olunur. Elm və şahidlik məqamına çatmayanlardan ilahi qəzəb də nisbətən uzaqdır.
    3. İlahi əzabın dərəcələri var.
    4. Təmənnası böyük olan, səmavi süfrə istəyən kəs, təbii ki, ağır vəzifələrlə yüklənir.
    116. وَإِذْ قَالَ اللّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنتَ قُلتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَـهَيْنِ مِن دُونِ اللّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ إِن كُنتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِي نَفْسِي وَلاَ أَعْلَمُ مَا فِي نَفْسِكَ إِنَّكَ أَنتَ عَلاَّمُ الْغُيُوبِ
    "O zaman ki, Allah buyurdu: "Ey İsa ibn Məryəm! Sən xalqa demisənmi ki, Allahdan başqa məni və anamı iki məbud olaraq seçin!” (İsa) dedi: "(Pərvərdigara!) Sən pak-pakizəsən. Olmaz ki, mənə layiq olmayan yersiz söz deyəm. Əgər demiş olsaydım, Sən onu bilərdin. (Çünki) Sən mənim qəlbimdə və canımda olanları bilirsən. Mən isə Sənin zatında olanlardan xəbərsizəm. Həqiqətən, bütün qeybləri bilən yalnız Sənsən!”
    Nöqtələr
    Həmin surənin 109-cu ayəsində oxuduq ki, Allah qiyamət günü peyğəmbərləri toplayıb onlardan soruşar: "Xalqdan hansı cavabları eşitdiniz?” Bu ayə həmin gün Allahın həzrət İsa ilə söhbətini bəyan edir.
    Bu günkü məsihilər Məryəmi Allah bilməsələr də, onlardan bir qrupu həmin dövrdə Məryəmi Allah saydığından və onun mücəssəməsi qarşısında ibadət etdiklərindən peyğəmbər anasını məbud saymaqda suçlanırlar.
    "Dunillah” (Allahdan qeyrisi) şirk nişanəsidir. Yəni bu söz Allahı inkar etmir, amma əlavə məbudlar götürür. Məsələn, məsihilər İsa və Məryəmi də məbud sayırdılar. İndiki məsihilərin üç inamı isə ata, oğul və ruhul-qüdsə ünvanlanmışdır.
    İmam Riza (ə) buyurmuşdur: "Mənə münasibətdə iki dəstə həlak olar və mən təqsirkar deyiləm: Onlardan bir qrupu ifrat bağlananlar, digəri səbəbsiz kin saxlayanlardır.” 
    Həzrət İsanın Allaha təsbih deməsi Allahın şəriksiz olmasının digər bir nişanəsidir. Digər ayələrdə isə Allahı hər növ övladı - istər qız, istər oğul - olmaqdan pak-pakizə sayır. 
    Bildirişlər
    1. Bəzən bir günahkarın sorğuya çəkilməsi və məzəmməti başqaları üçün də xəbərdarlıq olur. «Qızım sənə deyirəm, gəlinim sən eşit!»
    2. Hətta peyğəmbər də olsa, insanın ilahilik iddiası batildir.
    3. Peyğəmbərlər məsumdurlar.
    4. Peyğəmbərlər öz ardıcıllarının həddi aşmasından narahatdırlar.
    5. İnsanın bütün dedikləri və iç sirləri Allah üçün aydındır.
    6. Allahı bütün bəyənilməmiş sifətlərdən və işlərdən pak bilmək vacibdir.
    7. Peyğəmbərlərin elmi məhduddur. Elmi məhdud olan kəsdə məbudluq ləyaqəti yoxdur.
    8. Xalqın düşüncələri və sirləri qeybi işlərdəndir və Allah qeyb işlərindən xəbərdardır.
    9. Bütün həqiqətlərdən kamil və əhatəli agahlıq Allaha məxsusdur.
    117. مَا قُلْتُ لَهُمْ إِلاَّ مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُواْ اللّهَ رَبِّي وَرَبَّكُمْ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًا مَّا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِي كُنتَ أَنتَ الرَّقِيبَ عَلَيْهِمْ وَأَنتَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ
    "(Həzrət İsa Allaha dedi:) Mən onlara yalnız mənə əmr etdiyini dedim. (Dedim ki,) mənim və sizin Rəbbiniz olan Allaha pərəstiş edin. Nə qədər ki, aralarında idim, onlara şahid və nəzarətçi idim. Elə ki, məni geri qaytardın, Özün onlara nəzarətçi oldun və Sən hər şeyə şahidsən.”
    Nöqtələr
    "Təvəffi” tam və kamil şəkildə almaqdır və ölüm onun nümunələrindən biridir. Allah həzrət İsanı qövmünün arasından götürdü və həzrət Mehdinin (ə) qiyamınadək diri saxlayır. Həzrət İsa əsrin imamı ilə birlikdə zühur edəcək.
    Bildirişlər
    1. Peyğəmbərlər məsumdurlar və yalnız Allahın əmrini yerinə yetirirlər. peyğəmbərlər vəhyə müdaxilə etmir, onda heç bir dəyişiklik aparmırlar.
    2. Həzrət İsa da başqaları kimi özünü Allahın məxluqu sayır.
    3. Peyğəmbərlər xalqın hərəkətlərinə nəzarətçidirlər.
    4. Təkallahlılığa dəvət peyğəmbərlərin ən mühüm vəzifəsidir. (Həzrət İsaya təkcə tövhid məsələsini bəyan etmək tapşırılmasa da, burada yalnız bu məsələyə işarə olunur.)
    5. Allaha pərəstiş dəlili və meyarı Onun Rəbb olmasıdır. (Rübubiyyət)
    118. إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
    "(İsa dedi: "Pərvərdigara,) əgər onlara əzab versən, həqiqətən, onlar Sənin bəndələrindir. Əgər onları bağışlasan, şübhəsiz, Sən özün qüvvə və hikmət sahibisən.”
    Nöqtələr
    Həzrət İsa Allahın: "Sən demisənmi ki, məni və anamı məbud götürün?” sualının cavabında özünü xalqdan ayırmaqla və yalnız Allahın malik olduğunu bildirməklə ümmətinin şirkinə şərik olmadığını göstərdi.
    Əbuzərdən nəql olunmuş rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) bir gecə sübhədək rüku və səcdələrdə bu ayəni tilavət etdi. (Əbuzər deyir,) həzrətdən soruşdum ki, «sübhədək o ayənin oxunması səbəbi nədir?» Həzrət buyurdu: "Allahdan öz ümmətim üçün şəfaət istəyirdim. Nəhayət, Allah onu verdi. Ümmətim şirkə batmayacağı təqdirdə şəfaətə nail olacaq.” 
    Digər bir rəvayətdə bildirilir: "Həzrət bu ayəni oxuduğu vaxt mübarək əllərini yuxarıya qaldırıb ağlar halda ümmətinə dua etdi. Allah-təala Cəbraili göndərib buyurdu: "Biz səni xoşhal edəcəyik və qoymayacağıq ki, narahat olasan.” 
    Bildirişlər
    1. Peyğəmbərlər Allaha təslimdirlər. Allahın işi haqqında soruşmaq olmaz. 
    2. Müşriklərin əzaba düçar edilməsi və ya bağışlanması Allahın əlindədir.
    3. Peyğəmbərlərin şəfaət məqamları var. Amma bəzən günah elə bir həddə çatır ki, peyğəmbərlər də bir iş görə bilmir.
    4. Allahın qəhr-qəzəbi və ya mərhəməti onun izzət və hikmətinə əsaslanır.
    119. قَالَ اللّهُ هَذَا يَوْمُ يَنفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ
    "Allah buyurdu: "Bu elə bir gündür ki, doğru danışanlar sədaqətlərindən faydalanar. Onlar üçün ağacları altdan çaylar axan bağlar var və həmişə orada qalarlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu böyük qurtuluşdur.”
    120. لِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا فِيهِنَّ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Səmaların, yerin və onlarda olanların mülkü Allaha məxsusdur. O hər şeyə qadirdir.”
    Nöqtələr
    Ötən ayələrdə İsanın Allah hüzurundakı sözləri bəyan olundu: "Mən yalnız haqqı deyirəm”; "Əgər nahaq demişəmsə Sən bilirsən”; "Mənə əmr etdiyin tövhiddən başqa Allaha bir şey demədim”; "Nə qədər ki, vardım, xalqa nəzarət edirdim ki, azmasınlar.”
    Ayədə Allah-təala buyurur: "İsanın bütün sözləri düzgündür. Bu gün elə bir gündür ki, doğruçuların düzgünlüyü səmərəyə çatır.”
    Bildirişlər
    1. Əgər möminlər sədaqətlərinə görə dünyada bəzi çətinliklərlə üzləşirlərsə, bu düzlük axirətdə onlar üçün faydalı olur.
    2. Sədaqətli olduğunu iddia edənlər yox, yalnız həqiqətən sədaqətli olanlar nicat tapırlar.
    3. Allahın razılığı kənarında behişt böyük qurtuluşdur.
    4. Yalnız varlıq aləmi üzərində hakimiyyət və mütləq qüdrət sahibi ibadətə layiqdir. Başqaları peyğəmbər də olsalar ibadətə layiq deyillər.
    Category: Nur təfsiri (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-07-31)
    Views: 598 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024