İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2074
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Articles » Quran » Nur təfsiri (3-cü cild)

    Nur təfsiri (3-cü cild)
    "ƏNAM” SURƏSİ
    (6-CI SURƏ, 165 AYƏ)
    Yeddi, səkkizinci cüzlər
    "Ənam” surəsinin siması
    Yüz altmış beş ayədən ibarət olan bu surənin bütün ayələri birdəfəyə, Məkkədə və xüsusi bir təmtəraqla nazil olmuşdur. Cəbrail bu surəni yetmiş min mələyin müşayiəti ilə peyğəmbərə nazil etmişdir.
    Bu surənin ayələrinin əsas çağırışı şirklə mübarizə və tövhidə dəvətdir. Ərəbistan yarımadasındakı müşriklər bəzi dördayaqlıları halal, bəzilərini isə haram saydıqlarından Quran bu sayaq xurafatlarla mübarizəyə qalxaraq surənin 136-cı ayəsindən sonunadək dördayaqlıların hökmlərini bəyan edir. Buna görə də surə "ənam”, yəni "dördayaqlılar” (davar) adlandırılmışdır.
    Bu surənin fəziləti və onun tilavətinin faydaları haqqında rəvayətlər nəql olunmuşdur. O cümlədən, İmam Sadiq (ə) buyurur ki, hər kəs (iki salamla) dörd rəkət namaz qılsa və namazda bu surəni tilavət edib sonra dua oxusa, istəyi qəbuldur. 

    Rəhman və Rəhim Allahın adı ilə
    1. الْحَمْدُ لِلّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ثُمَّ الَّذِينَ كَفَرُواْ بِرَبِّهِم يَعْدِلُونَ
    "Sitayiş göyləri və yeri yaratmış, qaranlıqları və nuru qərar vermiş Allaha məxsusdur. Amma kafirlər (başqalarını) Allaha bərabər və tay tuturlar.”
    Nöqtələr
    Bütün Quranda "nur” sözü tək, "zülmət” sözü isə cəm formada işlədilmişdir. Həqiqətən də, haqq yol birdirsə, batil yol çoxdur. Bəli, nur vəhdət, zülmət isə pərakəndəlik nişanəsidir. "Ədl” sözündən olan "yədilunə” sözü tay, oxşar mənasını bildirir.
    Surənin birinci ayəsi varlıq aləminin yaranışı, ikinci ayəsi insanın yaranışı, üçüncü ayəsi isə insanın əməl və rəftarına nəzarət haqqındadır.
    Həzrət Əlinin (ə) buyruğuna əsasən, bu ayə azğın qrupun suallarına cavab verir. Bu qruplar aşağıdakılardır:
    a) İlahi yaranış və varlıq aləminin xəlq olunmasını inkar edən materialistlər
    b) Nur və zülməti iki qaynaq bilən ikiliyə pərəstiş edənlər; (Avesta Əhriməni zülmətlərin, Ahura Məzdanı nurun allahı bilir və onlar arasındakı ziddiyyətə inanır. 
    v) Allaha şərik və oxşar qərar verən müşriklər. 
    İmam Musa ibn Cəfər (ə) "Birəbbihim yədilunə” təbiri haqqında buyurmuşdur: "Yəni kafirlər zülmət və nuru, zülm və ədaləti eyni sayırlar.” 
    Bildirişlər
    1. Allah həm heçdən yaradır, həm də yaratdıqlarına yeni keyfiyyətlər verir. (İlk öncə "xələqə”, sonra "cəələ”.)
    2. Allaha şərik qoşmaq bir növ Onun inkarı və küfürdür.
    2. هُوَ الَّذِي خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُّسمًّى عِندَهُ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ
    "O sizi gildən yaratmış kəsdir. Bundan sonra bir əcəl (ki, dünyada yaşayışınız üçün) qərar verdi. Müəyyən əcəl (dünyada dəyişməzdir,) Ona məlumdur. Yoxsa şəkk-şübhə edirsiniz?”
    Nöqtələr
    Əvvəlki ayədə göylərin və yerin yaranışı, bu ayədə isə insanın xəlq olunması və bu dünyadakı məhdud həyatı haqqında danışılır.
    Quranda "əcəlun musəmma” təbiri iyirmi bir dəfə işlədilmişdir. (Əcəlun musəmma”-müəyyən əcəl.)
    Allah insan ömrü üçün iki dayanacaq müəyyənləşdirmişdir: Bu əcəllərdən biri qətidir. Çırağın yanacağı qurtardıqda söndüyü kimi, ömür də başa çatdıqda ölüm qətidir. Digər əcəl qeyri-qəti əcəldir. O insanın əməllərindən asılıdır. Məsələn, bəzən çırağın yanacağı olduğu halda küləyin təsirindən sönür.
    Rəvayətlərdə sileyi-rəhmi (yaxınları yoxlamaq), sədəqə, zəkat, dua ömrü uzadan səbəblər kimi göstərilir. Əksinə, yaxınlarla əlaqəni kəsmək, zülm ömrü qısaldan amillərdir. 
    İmam Baqir (ə) "əcəlun və əcəlun müsəmma” təbirləri haqqında buyurmuşdur: "Bu, iki əcəldir: «Bunlardan birincisi dəyişkən, digəri qətidir.” 
    İbn Abbasın bildirdiyinə görə, Allah insan üçün iki əcəl müəyyənləşdirmişdir: Bunlardan biri doğulandan ölümədək, digəri ölümdən qiyamətədəkdir. İnsan öz əməlləri ilə bəzən birini əskildib o birini artırır. Nəticədə əcəl dəyişməzdir.” 
    Bildirişlər
    1. Ömrün uzunluğu və həyatın sonu əlimizdə deyil.
    2 Yalnız Allah "müsəmma”, yəni qəti əcəldən xəbərdardır.
    3. Əgər həm yaranış, həm də işin sonu Allahın əlindədirsə, nə üçün yaranış və məada şəkk edək?!
    3. وَهُوَ اللّهُ فِي السَّمَاوَاتِ وَفِي الأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ
    "Göylərdə və yerdə olan Allah Odur. Sizin gizlində və aşkarda olanınızı bilir, əldə etdiklərinizdən xəbərdardır.”
    Nöqtələr
    Azğın çoxallahlılıq əqidəsinin cavabında (yağış Allahı, döyüş Allahı, sülh Allahı, yer Allahı) ayə buyurur: "Hər şeyin və hər yerin Allahı birdir.”
    İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: "O Öz elmi, qüdrəti, hakimiyyəti ilə bütün məxluqları əhatə edir.” 
    Bildirişlər
    1. Bütün varlıq aləmi Allahın hakimiyyəti dairəsidir.
    2. Allah hakim olduğu kimi də agahdır.
    3. İnsanın aşkar və gizlini Allah üçün eynidir.
    4. Allahın əhatəli elminə iman həm iş, həm də pis işdən çəkinmək üçün stimuldur.
    5. Allah insanın gələcək işlərindən agahdır.
    4. وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلاَّ كَانُواْ عَنْهَا مُعْرِضِينَ
    "Allahın nişanələrindən onlar üçün elə bir nişanə gəlmədi ki, (təsdiq və iman əvəzinə) ondan üz döndərməsinlər.”
    5. فَقَدْ كَذَّبُواْ بِالْحَقِّ لَمَّا جَاءهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاء مَا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ
    "Elə ki, onlar üçün haqq gəldi, onu təkzib etdilər. Tezliklə məsxərə etdiklərinin mühüm xəbərləri sorağlarına gələcək.”
    Nöqtələr
    «Böyük xəbər» dedikdə Məkkənin fəthi və ya müşriklərin Bədr döyüşündə məğlubiyyəti nəzərdə tutula bilər. 
    Bildirişlər
    1. İnadkarlar üçün dəlil və ayənin necəliyinin fərqi yoxdur. Onlar hər şeyi rədd edirlər.
    2. İnadkarlar və kafirlər eşitmək, düşünmək və araşdırmaq istəmir, həqiqət bəyan olunan kimi onu inkar edirlər.
    3. Həm möminlərə haqq yolda olmaları ilə ümid verilməli, həm də kafirlər acı xəbərlərlə qarşılaşacaqları ilə hədələnməlidir.
    4. İstehza kafirlərin daim istifadə etdiyi üsuldur.
    5. İstehza üç mərhələdə süqut edir: Arxa çevirmə, təkzib və istehza. Hazırkı iki ayədə həmin üç mərhələyə işarə olunmuşdur.
    6. أَلَمْ يَرَوْاْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاء عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
    «Görmədilərmi ki, onlardan qabaq bir çox ümmətləri həlak etdik. Hansı ki, sizə vermədiyimiz yeri və gücü onlara vermişdik. Səmanı (yağış və bərəkəti) ardıcıl olaraq onlar üçün göndərdik və ayaqları altından çaylar axıtdıq. Sonra onları günahlarının cəzası olaraq həlak etdik və onlardan sonra digər bir nəsil gətirdik»
    Nöqtələr
    Tam şəkildə həlak olmuş ümmətə "qərn” deyilmişdir.  Eyni bir zamanda yaşayan insanlara da "qərn” deyilir. Adətən, bir insan nəsli altmış-yüz il yaşadığından altmış, səksən və ya yüz il bir qərn adlandırılmışdır. 
    "Midrar” dedikdə bol, ardıcıl, ehtiyac qədərində yağan yağış nəzərdə tutulur. 
    Bildirişlər
    1. Tarixdən ibrət almayan insanlar məzəmmət olunur.
    2. İlkin İslam dövrünün kafirləri keçmiş ümmətlərin tarixindən xəbərdar idilər. Onlar həmin tarixdən ibrət götürə bilərdilər.
    3. Nemətlərin əldən çıxması və günahkarların bədbəxtçiliyinə diqqət insanı qəflətdən oyadan amillərdəndir.
    4. İslamdan qabaq da mədəniyyətlər olmuş, sonra məhv olub getmişdir.
    5. Xalqın ibrət götürməsi üçün gerçək və nəsihətamiz əhvalatların nəqli Quranın tərbiyə üsullarındandır.
    6. Allahın verdiyi imkanlardan sui-istifadə edənlərin cəzası məhv olmaqdır.
    7. "Səmadan göndərdik” əvəzinə "səmanı göndərdik” təbiri ilahi lütfün nəhayətini bəyan edir.
    8. Tarixdəki təbəddülat və hadisələrin amili xalqın əməlidir.
    9. Xalqın öz günahına görə həlak olması ilahi qanunlardandır.
    10. Allah axirət cəzasından əlavə, bu dünyada da cəza verir.
    11. Salehlərin əlində imkan olsa, namazı bərpa edərlər.  İmkan azğınların əlində olduqda isə fəsad və günah rəvac tapır.
    12. Maddi imkanlar ilahi əzabın qarşısını ala bilmir.
    13. Maddi imkanlar xoşbəxtlik əlaməti deyildir. 
    14. İki növ ölüm var: Əcəlin çatması ilə həyata keçən təbii ölüm; ilahi cəza və gözlənilməz hadisələrdən ortaya çıxan qeyri-təbii ölüm.
    15. Günahkar güclülər elə düşünməsinlər ki, dünya həmişə əllərində olacaqdır. Allah onların yerinə başqalarını gətirər.
    7. وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ
    "Əgər sənə kağız üzərində bir yazı göndərərdiksə, ona öz əlləri ilə toxunardılarsa, yenə də (daim bəhanə axtaran inadkar kafirlər) deyərdilər: "Bu, aşkar cadudan başqa bir şey deyildir.”
    Category: Nur təfsiri (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-07-31)
    Views: 751 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024