Nöqtələr Bu ayədə də həzrət İbrahim öz əqidəsini yox, qarşı tərəfin əqidəsini ortaya qoyur. "Sizin şərik qoşduğunuz” ifadəsi həzrət İbrahimin şəxsən özünün aya, günəşə və ulduza sitayiş etmədiyini göstərir. 76-cı ayənin bir, iki və üçüncü bildirişləri bu ayə üçün də qüvvədədir. 4. Cisimlərin kiçik-böyüklüyü mühüm deyil. Bütün cisimlər dəyişən və müvəqqətidir. Ona görə də cismi Allah saymaq olmaz. 5. Haqqın təlim və batilin tənqid üsulu addım-addım olmalıdır. Əvvəlcə ulduz və ay, nəhayət, günəş inkar olunur. 6. Şirkdən cana yığılma, şirklə düşmənçilik İbrahimə xas bir fəryaddır. 7. Düşmənçilik fərdlərlə yox, şirkə yönəlmişdir. 8. Əvvəlcə dəlillər bəyan olunmalı, sonra arxa çevrilməlidir. (Əvvəlcə tülu və qürub bəyan olundu, sonra şirkə arxa çevrildi.) 79. إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ "Mən xalisliklə üzümü bir kəsə döndərmişəm ki, səmaları və yeri yaratdı. Mən müşriklərdən deyiləm.” Qürub, müvəqqətilik bəyanatından sonra sabitliyə çatmaq Allahın İbrahimə əta etdiyi ilahi baxışdan danışır. "Hənif” xalis və büdrəməsiz, doğru yola meyl mənasını bildirir. Lüğət baxımından "yaratmaq” mənasını verən, "fətərə” sözü ayədə parçalama mənasını bildirir. Bəlkə də burada günün elminə işarə olunmuşdur. Aləm ilk öncə vahid bir nüvə olmuş, sonra parçalanaraq ayrı-ayrı planetlərə çevrilmişdir. 1. Haqq yol bizə aşkar olan kimi qəti şəkildə onu elan edək və tənhalıqdan qorxmayaq. 2. Cüzi, maddi, məhdud və fani bütlərə pərəstişdən üz döndərən kəs külli, mənəvi, sonsuz və əbədi məbuda yetişir. 3. Görüntülər bizi aldatmasın, onlar tez, ya gec gözdən itir. Görüntüləri yaradan Allaha diqqət yetirin. 4. İnsan elə bir məqama çata bilər ki, nəsillərin və əsrlərin batil əqidələrini aradan qaldırsın. 5. Həqiqi tövhid şirkə arxa çevirməklə müşayiət olunur. 80. وَحَآجَّهُ قَوْمُهُ قَالَ أَتُحَاجُّونِّي فِي اللّهِ وَقَدْ هَدَانِ وَلاَ أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلاَّ أَن يَشَاء رَبِّي شَيْئًا وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا أَفَلاَ تَتَذَكَّرُونَ "Qövmü onunla danışıq və höcətləşməyə başladı. O dedi: "Yoxsa Allah haqqında mənimlə höcətləşirsiniz? Bir halda ki, O, məni hidayət etmişdir və mən sizin Ona şərik güman etdiklərinizdən qorxmuram. Allahımın istəyi istisnadır. (Hətta mənə bir zərər toxunsa, bütlərin yox, Allahın istəyidir.) Allahımın elmi hər şeyi əhatə etmişdir. Öyüd götürmürsünüzmü?” 1. Batil əhli təəssübkeşdir. (Borclunu rahat buraxdıqda tələbkarlıq etdiyi kimi, azğın qövm də öz şirkindən xəcalət çəkmək əvəzinə alimlik iddiası edir.) 2. Batil əhlinin təəssübü və inadkarlığı təəccüb doğurur. 3. Bir Allaha inanan (müvəhhid) tənha qalsa da, cəmiyyətlə baş-başa gəlməkdən narahat olmur. 4. Haqqı axtarmaq insanın, hidayət Allahın işidir. (Peyğəmbərlər də ilahi hidayətə ehtiyaclıdırlar.) 5. İlahi hidayətə nail olan üçün qorxu yoxdur. 6. Allahdan qeyrisindən qorxmamaq tövhid nişanəsidir. (Müşriklər həzrət İbrahimi bütlərin intiqamını alacaqları ilə hədələyirdilər.) 7. Bütlərdən və zalım hakimlərdən qorxu şirk əqidəsindən qaynaqlanır. (Bütlərdən qorxu bütpərəstlik təəssübü doğururdu.) 8. Hər bir hadisənin təsiri və rolu Allahın iradəsinə bağlıdır. 9. Rübubiyyət, elmi əhatəsi olana layiqdir. 10. Həqiqət fitri və vicdani bir şeydir və onu tanımaq üçün xatırlama kifayətdir. 81. وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلاَ تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالأَمْنِ إِن كُنتُمْ تَعْلَمُونَ "Sizin Allaha şərik qoşduğunuz şeydən necə qorxum? Hansı ki, siz, haqqında Allah tərəfindən heç bir dəlil nazil olmayanı Ona şərik qoşur və qorxmursunuz? Əgər bilirsinizsə (deyin ki,) bu iki dəstədən hansı (qiyamətdə) qurtuluşa daha layiqdir?” Ayədəki "sultan” sözü dəlil, höccət mənasını bildirir. Qorxunu Allaha etiqad səbəbləri bilənlərin əksinə olaraq, ayə qorxunu şirk səbəbi bilir. Ehtimali hədələrdən qorxmayın. 1. Xəyali hədələrdən qorxmayın. 2. Ruhi aramlıq yalnız tövhid sayəsində əldə edilir. 3. Dini əqidələr dəlilə əsaslanmalıdır. 4. Mübahisə zamanı xalqın təəssüb hissini qızışdırmaq olmaz. Ayədə buyurulur ki, biz amandayıq, siz təhlükədə. 5. Həqiqi elm Allaha doğru yolu göstərir. Əgər ondan düzgün istifadə etsək, nəticələr də düzgün olar. 82. الَّذِينَ آمَنُواْ وَلَمْ يَلْبِسُواْ إِيمَانَهُم بِظُلْمٍ أُوْلَـئِكَ لَهُمُ الأَمْنُ وَهُم مُّهْتَدُونَ "İman gətirib imanlarını zülm və şirkə bulaşdırmayanlar o kəslərdir ki, onlar üçün əzabdan qurtuluş var. Onlar hidayətə nail olanlardır.” 83. وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَى قَوْمِهِ نَرْفَعُ دَرَجَاتٍ مَّن نَّشَاء إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ "Bu (növ dəlil) qövmü qarşısında Bizim İbrahimə verdiyimiz höccətdir. İstədiyimiz kəsi (layiq bilsək) yüksək dərəcəyə çatdırarıq. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir. (Elm və hikmət əsasında insanların məqamını ucaldır.) Əvvəlki ayələr tövhid və şirk haqqında idi. Bu ayələr ötən ayələrin xülasəsi yerindədir. Necə ki, hədisdə buyurulur: "Zülm dedikdə bu ayədə şirk nəzərdə tutulur.” Bəzi rəvayətlərdə zülm şəkk-şübhə kimi mənalandırılmışdır. Əlbəttə ki, bəzən şirk ixtiyarsız, araşdırmanın müqəddiməsi kimi ortaya çıxır. Bəzən isə şəkkin səbəbi bəhanə olur. Bu növ şəkk zülmdür. İmam Baqir (ə) buyurmuşdur: «Bu ayə, həyatı boyu bir an belə şirkə yol verməmiş həzrət Əli (ə) haqqında nazil olmuşdur.» "Ləbs” sözü örtmək mənasını bildirir. İman fitri olub heç vaxt məhv olmadığından, güman ki, söhbət onun üstünün tozla örtülməsindən gedir. 1. İmanın bəlası zülm, şirk və qeyri-ilahi rəhbərlərin ardınca getməkdir. 2. İmanın hifzi imanın özündən mühümdür. 3. Gerçək əmin-amanlıq və hidayət iman və ədalət sayəsində mümkün olur. (Nə zalım möminlər, nə də imansız ədalətlilər hidayət oldu.) 4. İman xalisləşənədək təşviş var. 5. Tədbir və müdiriyyət üçün elm və hikmət iki zəruri şərtdir. (Nəzərə alaq ki, "Rəbb” sözünün lüğət mənası müdir, tərbiyəçidir.) 6. Cəmiyyətin azğınlıqları qarşısında dəlillə dayanan müvəhhid şəxsin dərəcələri var. 7. İlahi dərəcələr insanlara hikmət əsasında verilir. 84. وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ "Biz ona (İbrahimə) İshaq və Yaqubu bəxş etdik. Onları birbəbir hidayət etdik. Nuhu isə onlardan qabaq hidayət etmişdik. Onun (İbrahimin) nəslindən Davud, Süleyman, Əyyub, Yusif, Musa, Harunu (da hidayət etdik). Biz yaxşı əməl sahiblərinə bu sayaq mükafat veririk.” Bu və növbəti iki ayədə peyğəmbərlərdən on yeddisinin adı çəkilmişdir. Bu on yeddi nəfərin ardıcıl şəkildə yada salınmasının səbəbi onların eyni dövrdə yaşaması və ya eyni rütbəyə malik olması deyil. Bəlkə də bu qruplaşdırmanın səbəbi onların hakimiyyət sahibi olmalarıdır. Əgər 84-cü ayədə hakimiyyəti olan peyğəmbərlər yada salınmışsa, 85-ci ayədə fəqir və dünya həyatından bəhrələnməmiş peyğəmbərlər zikr olunur. 86-cı ayədə isə xüsusi çətinliklərlə üzləşmiş peyğəmbərlər yada salınır. "Zürriyyə” sözü iki cür mənalandırıla bilər: "Onun nəslindən” mənasını verən bu söz həm həzrət İbrahimə, həm də Nuha aid ola bilər. Əvvəlki ayələr İbrahim haqqında olduğundan rəvayətlərdə birinci mənalandırma əsas yer tutur. Amma Nuhun adı öncə çəkildiyindən bəziləri bu sözün Nuha aid olduğunu bildirmişlər. Onun nəslindən Lut kimi peyğəmbərlər seçilmişdir. 1. Saleh övlad ilahi bir hədiyyədir. 2. Peyğəmbərlər övladı olmaq iftixar deyil. İbrahimin nəsli kamilliklərə malik idi və ilahi hidayətə nail olmuşdu. 3. Hidayət və peyğəmbərlik sünnəsi daim cərəyanda olmuşdur. 4. İlahi lütflər hesabsız və ya səbəbsiz verilmir. 85. وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِّنَ الصَّالِحِينَ "Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik və) onların hər biri ləyaqət tapanlardandır.” 86. وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا وَكُلاًّ فضَّلْنَا عَلَى الْعَالَمِينَ "İsmail, Yəsə, Yunus, Lutu (da hidayət etdik) və onların hər birinə aləmdəkilərdən üstünlük verdik.” 87. وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ "Onların atalarından, züryətlərindən, qardaşlarından (ləyaqətlərinə görə) seçdik və doğru yola hidayət etdik.” Bəzilərinin fikrincə, nəsil (züryət) dedikdə yalnız insanın oğuldan olan nəvələri nəzərdə tutulur. Amma həzrət İsanın atası yox idi və o yalnız ana tərəfdən İbrahimə bağlı idi. Beləcə, həzrət İsa həzrət İbrahimin nəslindən sayılırdı. İmam Sadiq (ə) və imam Kazim (ə) həmin ayəyə istinadən yalnız ana tərəfdən peyğəmbərə bağlı olan əhli-beyti peyğəmbər nəsli (züryəti) saymışlar. Fəxr Razi də öz təfsirində bu nöqtəni qəbul etmişdir. "Təfsire-Əl-Mənarda” da Buxaridən nəql olunmuş hədisdə həzrət Peyğəmbər (s) "züryət” (nəsil) sözünü imam Həsən (ə) haqqında işlətmişdir. "Yəsə” sözünün müstəqil ad, ya "vəsə” sözünün indiki zamanı, ya "yuşə” sözünün ibri dilindən ərəb dilinə çevrilmə variantı olması barədə müxtəlif fikirlər var. Bəziləri "atalarından” sözünün çıxışlıq halda olmasına istinad edərək peyğəmbərlərin ata-babaları arasında da azğın adamların olduğunu güman etmişlər. Halbuki ayədə sözün bu formada işlədilməsinin səbəbi atalar arasından peyğəmbərlərin seçilməsidir. Söhbət iman yox, peyğəmbər seçimindən gedir. 88. ذَلِكَ هُدَى اللّهِ يَهْدِي بِهِ مَن يَشَاء مِنْ عِبَادِهِ وَلَوْ أَشْرَكُواْ لَحَبِطَ عَنْهُم مَّا كَانُواْ يَعْمَلُونَ "O, Allahın hidayətidir ki, bəndələrindən istədiyi kəsi hidayət edir. Əgər şirkə yol versələr, şübhəsiz, gördükləri iş əllərindən çıxacaq.” 1. Əsil hidayət Allahın hidayətidir. Başqalarının hidayəti, yol göstərməsi ilğım, boş xəyaldır. 2. Hidayət Allahın işidir. Hətta peyğəmbərin də müstəqil hidayət yolu yoxdur. 3. Şirk insanın gördüyü işlərin məhv və batil olması amilidir. 4. İlahi sünnədə ayrı-seçkilik yoxdur. Hətta peyğəmbərlər də şirkə yol versələr, tənbeh olunarlar. Çünki əsas şəxs yox, haqdır. (Əvvəlki ayələrin peyğəmbərlərə aid olmasını nəzərə almaqla.) 5. Peyğəmbərlər məsumdurlar və heç vaxt şirk tozuna bulaşmamışlar. Ayədəki bu fərziyyə mümkünsüz sayılır və aldatmaq məqsədi daşıyır. 6. İlahi dünyagörüşünə əsasən, işlərin dəyəri onlardakı ixlas, səmimiyyətdən asılıdır. Əgər ixlas olmasa, görülən işlər hədərə gedəsidir. 89. أُوْلَـئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ فَإِن يَكْفُرْ بِهَا هَـؤُلاء فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُواْ بِهَا بِكَافِرِينَ "Onlar səmavi kitab, hökumət, mühakimə, peyğəmbərlik məqamı verdiyimiz kəslər idi. Əgər bu müşriklər onlara qarşı küfr edib, qəbul etməsələr (narahat olma, çünki) Biz onlara kafir olmayan digər bir qövmü göndərərik.” "Hukm” sözü hökumət, rəhbərlik mənasını bildirir. Bu sözdə həm mühakimə, həm də dərk və əql mənaları var. "Müfrədate-Rağib” kitabında bu söz maneçilik, yayındırmaq kimi mənalandırılmışdır. Əql, mühakimə, haqq hakimiyyət səhv və xilafa mane olduğundan hökm təbiri onlara aid edilmişdir. "Təfsire-əl-Mənar”, "Ruhul-məani” mənbələrində təfsirçilər nəql edirlər ki, küfr etməyib, haqqı qəbul və himayə edən qövm dedikdə, iranlılar nəzərdə tutulur. İmam Sadiq (ə) buyurmuşdur: "Bu əmr sahibinin səhabələri qorunur. Əgər bütün xalq onlardan üz döndərsə, Allah onları səhabəsiz qoymaz. 1. Peyğəmbərlərin hökumət və qəzavət haqları var. 2. Xeyir əməl, islahın önə çəkilməsi, doğru yolun tapılması peyğəmbər sifətlərindəndir. 3. Hər bir məktəbin tərəfdarları və müxalifləri var. Bəzən tərəfdar müxalifətə keçir, bəzən də müxalif tərəfdar olur. Mürtəd və kafir dönüb müsəlman ola bilər. 4. Bir dəstənin küfrə varması haqq məktəbini tərəfdarsız qoymur. Əgər yol haqq və ilahi yoldursa, insanların yaxınlaşıb uzaqlaşması insana təsir etməməlidir. 90. أُوْلَـئِكَ الَّذِينَ هَدَى اللّهُ فَبِهُدَاهُمُ اقْتَدِهْ قُل لاَّ أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ هُوَ إِلاَّ ذِكْرَى لِلْعَالَمِينَ "Onlar Allahın hidayət etdiyi kəslərdir. Onun hidayətinə tabe ol. (Ey peyğəmbər! Xalqa) de ki, mən buna (risalət və dəvətə) görə sizdən muzd istəmirəm. Bu Quran yalnız aləmdəkilər üçün bir xəbərdarlıqdır. (Mənim istədiyim yalnız aləmdəkilərin öyüd götürməsidir.)” "İqtədih” sözündəki "ha” hərfi əvəzlik deyil və vəqfi bildirən bir hissədir. |