Bildirişlər 1. Peyğəmbərlərin hidayətinə ardıcıllıq ilahi hidayətə iqtidadır. 2. İlahi övliyaların adı və yolu yaddan çıxarılmamalıdır. Hər hansı yenilik keçmişin dəyərini unutdurmamalıdır. 3. İnsanın dəyəri onun baxışı və əməli ilə təyin olunur. 4. Keçmiş dinlərin nəsx (ləğv) olunması o demək deyil ki, həmin dinlərin üsulları gücdən düşmüşdür. Peyğəmbərlərin ümumi üsul xətti davam etməlidir. 5. Müvəffəqiyyət arzusunda olan insan keçmiş nəsillərin kamilliklərindən, müsbət əxlaqından və üsulundan faydalanmalıdır. 6. Bütün peyğəmbərlərin məqsədi bir olmuşdur. (Çünki müxtəlif hədəflərə malik peyğəmbərlərə iqtida etmək mümkün deyil.) 7. Ardıcıllıq üçün dəlil lazımdır və onun nəticəsi hidayətə müvəffəqlik olmalıdır. 8. Təbliğatçı dünyaya vurğun olmamalı və dünyapərəstliyinə görə ittiham edilməməlidir. 9. Peyğəmbərlərin digər iddiaçılardan bir fərqi onların maddi hədəflər ardınca getməmələridir. 10. Peyğəmbərlər unutqan və qafil insanların haqqı xatırlamalarına səbəb olurlar. 11. İslam ümumbəşəri bir dindir. 91. وَمَا قَدَرُواْ اللّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُواْ مَا أَنزَلَ اللّهُ عَلَى بَشَرٍ مِّن شَيْءٍ قُلْ مَنْ أَنزَلَ الْكِتَابَ الَّذِي جَاء بِهِ مُوسَى نُورًا وَهُدًى لِّلنَّاسِ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُواْ أَنتُمْ وَلاَ آبَاؤُكُمْ قُلِ اللّهُ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ "Allahı layiq olduğu kimi tanımadılar, çünki dedilər: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir. «De ki, Musanın xalq üçün nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etdi?» Bir kitab ki, onu vərəq-vərəq edib (qəlb istəklərinə uyğun) bir hissəsini aşkar, çoxunu isə pünhan etdilər. Sizin və atalarınızın bilmədikləri (həmin səmavi kitab, Tövrat vasitəsi ilə) Sizə endirildi. «(Ey peyğəmbər,) de ki, Allah (onları nazil etdi). Sonra əl götür ki, öz haqsız danışıqlarında batıb qalsınlar.” Bir dəstə yəhudi həzrət Musaya vəhy nazil olmasını qəbul etsə də, inadkarlıq göstərərək deyirdilər: "Allah heç bir peyğəmbərə kitab göndərməmişdir.” Bu ayə buyurur: "Dediyiniz sözlər əqidənizlə uyuşmur. Əgər Allah heç kəsə vəhy göndərmirsə, bəs iman gətirdiyiniz Tövratı kim nazil etmişdir?” 1. Peyğəmbərlər və səmavi kitabların göndərilməsi Allahın Öz bəndələrinə olan lütflərindəndir. Onu inkar edənlər əslində Allahın lütfünü, rəhmətini, hikmətini inkar edirlər. 2. Təlqin olunan şübhələrə cavab verilməməlidir. 3. Əsl Tövrat nur və hidayət olmuşdur. 4.Tövratda yəhudi alimlərinin gizlətdikləri həqiqətlər olmuşdur. 5. Din təbliğatçıları yersiz məsləhətlərdən çəkinərək məktəb maarifi və həqiqətlərini xalqa bəyan etməlidirlər. 6. Vəhy olmasa insan bir çox maariflərdən məhrum qalar. 7. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, xəbərdarlıqdır. 8. Dəlillər həddi aşmamalı, zəruri ölçüdə olmalıdır. Bu ayə özü də bir növ dəlildir və onda buyurulur: "İndiki ki, qəbul etmirlər, onları boşla.” 92. وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ "Nazil etdiyimiz bu mübarək kitab özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edəndir. (Xalqa ilahi mükafatlardan müjdə verir.) Məkkə əhli və onun ətrafında olan kəslərə xəbərdarlıq et. (Əlbəttə,) axirətə iman gətirənlər ona (Qurana) da iman gətirəcək. Onlar öz namazlarını hifz edirlər.” Ayənin ərəbi mətnində "Litunzirə” sözü "vav” hərfi ilə yanaşı işlənmişdir. Bu onu göstərir ki, Quranda qorxutma ("Litunzirə”) məqsədindən əlavə də məqsədlər var. Peyğəmbərlər hidayət və qurtuluş müjdəçisi olsalar da, insanda zərəri dəf etmək hissi mənfəət qazanmaq hissindən güclü olduğundan, onun ruhu qorxutmadan daha tez təsirlənir. Quranda qorxutma sözünün müxtəlif formaları müjdə sözünün müxtəlif formalarından daha çox işlənmişdir. 1. Quran bütün bərəkətlərin daşıyıcısıdır. (Məsələn, hidayət, ibrət, şəfa, inkişaf, izzət). 2. Quran digər səmavi kitablarla həmahəng olub onları təsdiqləməklə bir daha məqsəd birliyi və işin ilahiliyini göstərir. 3. Təbliğə "Ümmül-qura” (Məkkə) və mühüm mərkəzlərdən başlanılmalıdır. Yalnız sonra əyalətlərə üz tutmaq olar. 4. Quran və qiyamətə əqidə yanaşıdır. 5. İmanın ən aydın təzahürü namazdır. 6. Axirətə iman namazın hifz amillərindəndir. 93. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ قَالَ أُوْحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنَزلَ اللّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلآئِكَةُ بَاسِطُواْ أَيْدِيهِمْ أَخْرِجُواْ أَنفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ "Kimdir ondan da zalım ki, Allaha iftira yaxır və deyir: "Mənə vəhy olub.” Hansı ki, ona heç nə vəhy olunmayıb. Bir də o kəs ki, dedi: "Tezliklə mən də Allahın nazil etdiyi kimi bir şey nazil edərəm.” (Ey peyğəmbər,) bir zaman ki, zalımları ölüm yatağında çırpınan gördün, (ruhunu çıxarmaq üçün) mələklərin əllərini açdığına baxdın, o vaxt ki canın çıxma fərmanı verilir, (deyirlər,) bu gün sizə Allaha iftiralar yaxdığınız və Onun ayələrini ört-basdır etdiyiniz üçün zəliledici əzab veriləcək.” Ayənin nazilolma şəni haqqında deyilmişdir: Vəhy yazmaqla məşğul olan Əbd ibn Səd adlı bir şəxs mürtədlik etdiyi üçün həzrət Peyğəmbər (s) tərəfindən qovulmuşdu. O, camaatı ətrafına toplayıb deyirdi: "Mən də Quran kimi ayələr gətirə bilərəm.” (Bəzi təfsirçilərin fikrincə, ayə həmin bu şəxsin peyğəmbərlik iddiası münasibəti ilə nazil olmuşdur. O da qeyd olunur ki, ayə peyğəmbərin həyatının sonlarında Mədinədə nazil olmuşdur. "Ğəmərat” ölüm astanasındakı çətinliklər mənasını bildirir. Bu hallarda insanı əcəl öz kamına alır. Peyğəmbərlik iddiasına düşənlərdən bəziləri ilə tanış olaq: Yəməndə Müsəylimə, Əsvəd Ənsi, Bəni-Əsəddən Təlihə Əsədi. İmam Sadiq (ə) buyurmuşdur: "Hun” dedikdə susuzluq halındakı ölüm nəzərdə tutulur: Yersiz imamlıq iddiasına düşənləri imam Baqir (ə) bu ayənin müxatəbi sayır. 1. Allaha qarşı iftira əqidə zülmüdür. Azğınların rəhbərlik iddiasına düşməsi isə ən böyük zülmdür. 2. Haqqın düşməni ya haqqı alçaldır, ya da özünü yuxarı qaldırır. Əvvəlcə deyir: "Quran əfsanədir.” Müvəffəq olmadıqda sözünü dəyişir: "Mən Qurandakı kimi cazibəli sözlər söyləyə bilərəm.”. Bu məsələyə "Ənfal” surəsinin 31-ci ayəsində də toxunulur. 3. Haqsız və yalançı iddiaçılar can verəsidirlər. 4. Axirət cəzaları ölüm anından başlayır. Kafirlərə deyilir: "Can ver, öl.” Bu sözlər alçaldılma ilə müşayiət olunur. 5. İnsanın ruhu onun cismindən ayrı və müstəqildir. 6. Vəhy və dinin təhqir cəzası qorxunc və zəliledici əzabdır. 94. وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَاكُمْ وَرَاء ظُهُورِكُمْ وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاء لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ "Həqiqətən, sizi ilk dəfə yaratdığımız kimi indi də tək-tənha (ölüm zamanı və ya qiyamət anında) yanımıza gəldiniz. Sizə verdiyimiz bütün mal-mülkü arxada qoydunuz. (Taleyinizin təyinində) şəfaətçi olaraq Allaha şərik qoşduqlarınızı sizinlə birlikdə görmürük. Doğrusu aranızda (bağlar) qırılmışdır. (Şərik və şəfaətçi) güman etdikləriniz sizi qoyub getdi.” Bu formada ölüm və ya qiyamət zamanı müşriklərə xitab olunur. "Xəvələ” sözündən olan "xəvvəlna” sözü qəyyuma ehtiyaclı olan şeyi bildirir. Adətən, mal-mülk belə adlandırılır. 1. Qiyamətdə insan tənhadır. 2. Məad cismanidir. 3. Müşriklər dörd şeyə istinad edirdilər: Qövm-qəbilə, mal-mülk, böyüklər və ağalar, büt və məbudlar. Ayədə hər dörd istinadgahın qiyamətdə səmərəsiz olduğu bildirilir. Bununla bağlı "qövm və qəbiləsiz”, "var-dövlətsiz”, "dost-yoldaşsız”, «bütün xəyali qüdrətlərin məhvi» təbirləri işlədilir. 4. Əsassız gümanlar bir çox azğınlıqların səbəbidir. 5. Qiyamətdə həqiqətlər üzə çıxır, xəyallar məhv olur. 95. إِنَّ اللّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَى يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ذَلِكُمُ اللّهُ فَأَنَّى تُؤْفَكُونَ "Həqiqətən, Allah dən və toxumu çatladan, ölüdən diri çıxaran, diridən ölü çıxarandır. Odur sizin Allahınız. Bəs necə olur ki, (haqdan) azırsınız?” "Faliq” sözü "fələq” sözündən olub parçalanmaq, çırtlamaq mənalarını bildirir. Buğda və arpa dəni kimi yeməli dənlər "həbb”, "həbbə” adlandırılmışdır. "Nəva” çəyirdək, tum mənasını bildirir. Cansız otdan canlı heyvan, canlı heyvandan cansız süd yaranır. Cansız toxumdan canlı ağac, inkişaf etmiş ağacdan cansız toxumlar ərsəyə gəlir. Rəvayətlərə əsasən, ayədə nəzərdə tutulur ki, bəzən imansız insanlardan mömin övladlar, bəzən imanlı insanlardan kafir övladlar vücuda gəlir. 1. Toxumu əkmək insanın işidir. Amma onu torpağın altında çırtladıb göyərtmək Allaha aiddir. 2. Təbiət əsərlərinə diqqət ən üstün allahşünaslıq yollarındandır. 3. İnsanın ruzisi Allahın göyərtdiyi həmin toxumlardan yaranır. Bu halda nə üçün başqasına üz tutmalıyıq?! 96. فَالِقُ الإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ "(Allah) dan yerini sökəndir, gecəni aramlıq üçün, günəşlə ayı (günlərin) say vasitəsi qərar vermişdir. Qüdrətli və bilən Allahın ölçü aparması belədir.” "İsbah” sözü həm sübh, həm də gecənin ötüb sübhün açılması mənasını verir. Burada isə həmin söz sübh ağartısının görünməsinə işarədir. Ötən ayədə Allahın yerdəki üç qüdrəti bəyan olunmuşdu. Bu ayədə Allahın səmadakı qüdrətinə nəzər salınır. Gecə və gündüz günəş və ayın nizamlı hərəkəti ilə ortaya çıxan ilahi qüdrət nişanəsidir. Gecə istirahət üçündür. Gecə iş görmək, çalışmaq, səfərə çıxmaq məzəmmət edilmişdir. Ayədə gecə aramlıq vaxtı sayıldığından, məlum olur ki, sübh iş və səy üçündür. İmam Riza (ə) buyurmuşdur: "Evlənməni gecəyə müəyyənləşdirin. Çünki gecə və həyat yoldaşı hər ikisi sakitlik və rahatlıq vasitəsidir.” 1. Gecə və gündüzün ortaya çıxması bu işi dəqiq təqdir edən və ölçü ilə həyata keçirən qüdrət və biliyə ehtiyaclıdır. 2. Günəş və ay nizam, hesab və proqramlaşdırma vasitəsidir. (Bəlkə də bu ayədə günəş və ayın hesab vasitəsi kimi tanıtdırılması həm günəş (şəmsi), həm də ay (qəmər) təqviminin mötəbərliyini göstərir. Ya da hər iki ölçünün birlikdə dəqiq hesab rəmzi olduğu nəzərə çatdırılır. Necə ki, "Zeyd ədalətdir” cümləsi Zeydin tamamilə ədalətli olduğunu göstərir. 3. Dəqiq proqramlaşdırma və kamil icranın elm və qüdrətə ehtiyacı var. 4. Səma cisimlərinin dəqiq nizamı haqqında düşüncə allahşünaslıq yoludur. 97. وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ "Odur ulduzları sizin üçün qərarlaşdıran. (Bununla) quru və dəniz qaranlıqlarında onlar vasitəsi ilə yolu tapasınız (deyə). Şübhəsiz, Biz nişanələri agah və bilən bir qövm üçün ətraflı aydınlaşdırdıq.” "Heyət” (ulduzşünaslıq) elmi ən qədim bəşər elmlərindəndir. İnsan səhra və dəniz səfərlərində ulduzlardan istifadə edir. Bu vasitə etibarlı, həmişəlik, toxunulmaz, təbii və hədsiz bir vasitədir. İslamın təbiət səhnələrinə xüsusi diqqəti var. Bəzi Quran surələri təbiətdəki əşyaların adı ilə adlandırılmışdır. İslami ibadətlər də təbiətlə bağlıdır. Vaxtı tanıma (vəqtşünaslıq), qibləni tanıma, günəş və ayın batması, ayət namazı, ayın əvvəlinin və sonunun təyini bu qəbildəndir. Bu zərurətlər insanların heyət elmi ilə tanışlığına səbəb olmuşdur. Nəticədə, Bağdad, Dəməşq, Qahirə, Marağa, Əndəlus rəsədxanaları tikilmiş, bu mövzuda müsəlmanlar tərəfindən dəyərli kitablar yazılmışdır. Allah insanı nadir hallarda olsa da, ehtiyaclı olduğu dəniz və quru səfərlərində hidayət etmiş, yol göstərmişdir. Əgər müvəqqəti ömürdə baş verən səfərlərdə insan hidayət olunmuşsa, onun haqqa doğru əbədi səfərdə bələdçisiz qalması mümkündürmü? Quru və dəniz səfərlərində insana yol göstərilməsi bəşəriyyətin Allaha doğru hidayətində risalət və imamətin zərurətindən danışır. Hədislərdə «hidayət edən, yol göstərən ulduzlar» dedikdə məsum rəhbərlər, ilahi övliyalar nəzərdə tutulur. 1. Ulduzlar Allahın məxluqu və yol göstərən vasitələridir. (Bəzilərinin düşündüyü kimi, ulduzlar xaliq və ya tədbirçi deyildir.) 2. Səmadakı ulduzların nizamı o qədər dəqiqdir ki, onların vasitəsi ilə yerdə yol tapmaq olar. 3. Əlbəttə ki, təklikdə ulduzların ölçüsünü, çəkisini, aralarındakı məsafəni, hərəkət sürətini, bir sözlə ulduzşünaslıq və nücum elmini bilməklə Allaha çatmaq olmaz. İnsan bu yolda Allahı tanımaq məqsədində olmalıdır. (Bəli, insanın öz simasını səliqəyə salması üçün təkcə güzgüyə baxmaq bəs etmir. Güzgüyə baxdıqdan sonra insan özünü səliqəyə salmalıdır. Bəlkə də bir çox güzgü satanlar gündə təkrar-təkrar ona baxsalar da, hətta yaxalarını belə səliqəyə salmırlar.) 98. وَهُوَ الَّذِيَ أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ "Odur sizi bir nəfsdən yaradan. Bəziləri qərarlaşdı (dünyaya gəldi) və bəziləri (pərdələr arxasında, ana bətnində) əmanət saxlanıldı. Biz Öz ayələrimizi anlayan qövm üçün ətraflı bəyan etdik.” |