İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Nöqtələr
    "Mumtərin” sözü "miryə” sözündən olub, şəkk-şübhə deməkdir. Bu ayə eynən "Bəqərə” surəsində də (ayə 147) buyurulmuşdur. Ayədən aydın olur ki, yalnız haqq və sabit olan Allah tərəfindən deyilən söz haqq və möhkəmdir, nəfs istəkləri tufanında daim dəyişən insanlardan isə möhkəm qanun və söz gözləmək olmaz.
    Bildirişlər
    1. Haqqın bəyanı rübubiyyət və tərbiyə rəmzidir.
    2. Sabitlik və həqiqət yalnız Allahın yolunda, Allahın kəlamında və Allahın qanunundadır.
    3. Müxaliflərin çoxluğu, səyləri, sərvət və təbliğatları əqidəmizə təsir göstərməməlidir.
    61. فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ
    "Sənə yetişmiş elm və bilikdən sonra səninlə onun (İsanın) haqqında höcətləşənlərə de ki, gəlin oğlanlarınızı və oğlanlarımız, qadınlarımız və qadınlarınızı, özümüzü və özünüzü çağırın, sonra "mübahilə” edib Allahın lənətini yalançılara qərar verək.”
    Nöqtələr
    "Nəbtəhil” sözü "ibtihal” sözündən olub dua üçün əlləri səmaya açmaq mənasını bildirir. Bu səbəbdən də mübahilə ayəsi kimi tanınmışdır. Mübahilə iki müxalif qrupun Allah dərgahına üz tutub yalançı hesab etdiyi qarşı tərəfə lənət istəməsidir.[("Ət-təhqiq fi kəlimatil-Quran” )
    Şiə və sünni təfsirlərində, eləcə də, bəzi hədis və tarix kitablarında oxuyuruq ki, hicri 10-cu ildə bir qrup şəxs həzrət Peyğəmbər (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı təbliğ etmək əmri aldı. Bu vaxt Nəcran məsihiləri də İslam peyğəmbəri ilə söhbət üçün Mədinəyə heyət göndərdilər. Həzrət peyğəmbərlə yetərincə söhbət etmələrinə baxmayaraq, yenə bəhanə gətirib, İslamın haqq olmasını təsdiqləmədilər. Ayə nazil oldu və Peyğəmbərə (s) buyuruldu: «Səninlə höcətləşənlərə, haqqı qəbul etmək istəməyənlərə de ki, övladlarımız, qadınlarımız və özümüz Allahı çağıraq və yalançıya lənət istəyək. Kim Allahın lənətinə gəlsə, onun da yolunun batilliyi məlum olsun. Bu yolla söz-söhbətə, mübahisələrə son qoyaq...»
    Həzrət Peyğəmbərin (s) mübahilə təklifini eşidən Nəcran məsihiləri bir-birlərinə baxıb səslərini çıxarmadılar. Sonra möhlət istədilər ki, bu barədə düşünsünlür. Məsihilərin başçısı onlara dedi: «Siz təklifi qəbul edin. Əgər görsəniz ki, peyğəmbər səs-küy və böyük bir cəmiyyətlə gəlir, nigaran olmayın və əmin olun ki, qorxu yoxdur. Yox əgər meydana az sayda adamla gəlsə, mübahilə məsələsindən çəkinin və onunla sülhə gəlin.
    Təyin olunmuş mübahilə günü məsihilər İslam peyğəmbərinin iki körpə, bir gənc və bir qadınla gəldiyini gördülər. Bu iki körpə Həsən (ə) və Hüseyn (ə), gənc isə Əli ibn Əbi Talib (ə) idi. Həzrətin yanındakı qadın onun qızı həzrət Fatimə (s) idi. Məsihi keşişi dedi: «Mən elə çöhrələr görürəm ki, dağın öz yerindən oynamasını Allahdan istəsələr, bu iş olar. Əgər onlar nifrin etsələr, yer üzündə bircə nəfər də olsun, məsihi qalmaz...» Ona görə də mübahilədən imtina edib məsləhətləşmək qərarına gəldilər. Həzrət Peyğəmbər (s) buyurdu: «And olsun haqq olaraq məni peyğəmbər seçənə, əgər mübahilə baş tutsaydı, həmin vadi onları alova bürüyərdi.("Təfsire-Məcməül-bəyan” ; "Mənaqibe-ibn Məğazi”, səh. 263. )» Bu macəra təkcə şiə mənbələrində yox, həm də mötəbər sünni mənbələrində nəql olunmuşdur.("İbn Əsir, "Əl-kamil”, c. 2, səh. 293; "Müstədrəke-Hakim, c. 3, səh. 150, Əhməd Hənbəl, "Məsnəd”, c. 1, səh. 185... )
    Mübahilə günü zilhiccə ayının 24 və ya 25-ci gününə təsadüf edir. Peyğəmbər dövründə Mədinə kənarında olan mübahilə məhəlli hazırda şəhərin daxilindədir. Həmin yerdə Məscidül-İcabə adlı bir məscid tikilmişdir. Bu məscidlə peyğəmbər məscidi arasında təqribən iki kilometr məsafə var.
    "Əl-mizan” təfsirində nəql olunmuş rəvayətə əsasən, Peyğəmbər (s) yalnız məsihiləri yox, həm də yəhudiləri mübahiləyə dəvət etmişdi.
    Mübahilə təkcə peyğəmbər dövrünə aid deyil. Bəzi rəvayətlərə əsasən, başqa möminlər də mübahilə edə bilərlər. İmam Sadiq (ə) bu barədə göstərişlər vermişdir.("Təfsire-Nurus-səqəleyn”, c. 1, səh. 351; "Üsuli-kafi”, c. 2, mübahilə babı. )
    Sual: Bu hadisədə yalnız həzrət Fatimə (s) iştirak etdiyi halda, nə üçün «qadınlar» sözü Quranda cəm formada işlədilmişdir?
    Cavab: Quranda bir çox hallarda Allah bir nəfəri cəm formada yad edir. Məsələn "Ali-İmran” surəsinin 181-ci ayəsində nəql olunur ki, bir şəxs Allahı kiçiltmək məqsədi ilə dedi: "Allah fəqirdir”, amma ayənin ərəbi mətnində bu cümlə cəm formada işlədilmişdir. Quranın digər bir ayəsində həzrət İbrahim haqqında buyurulur: "İbrahim bir ümmətdir”, halbuki İbrahim tək bir şəxs idi.
    Peyğəmbər (s) mübahilə günü qarşı tərəfə nifrin üçün tək də gedə bilərdi. Amma Allah və Onun rəsulu bu işlə bizə anladır ki, bu şəxslər haqqa dəvətdə Allah rəsulunun yardımçıları və şərikləridirlər. Onlar təhlükəni peyğəmbərlə birlikdə qarşılayır və onun hərəkətini davam etdirirlər.
    Bildirişlər
    1. Əgər insan öz məqsədinə imanlı olsa, özünü və yaxınlarını bu yolda təhlükəyə salar.
    2. Dua möminin kəsərli silahıdır.
    3. İnsan üçün oğul və qız övladları da onun öz övladı kimidir. Bu səbəbdən imam Həsən (ə) və imam Hüseyn (ə) peyğəmbər övladı sayılırlar.
    4. Müxtəlif dini səhnələrdə kişi ilə qadın çiyin-çiyinə dayanır.
    5. Duada dua edənlərin sayı yox, onların halı mühümdür. Mübahilə edənlər cəmi beş nəfər idilər.
    6. Əli ibn Əbu-Talib (ə) Allah rəsulunun canıdır.
    7. Dua məclislərinə körpələri də özümüzlə aparaq.
    8. Peyğəmbər Əhli-beytinin (ə) duaları qəbuldur.
    9. Adi güclər işə salındıqdan sonra qeybdən yardım istənilir.
    10. Məntiq və möcüzə qarşısında haqqı qəbul etməyənlərlə mübahilə edilməlidir.
    11. Əgər möminlər möhkəm dayansalar, düşmən haqsız olduğu üçün geri oturasıdır.
    12. Dəlilə dəlillə cavab verilməlidir. Amma höcətkeşlik aradan qaldırılmalıdır.
    62. إِنَّ هَـذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ اللّهُ وَإِنَّ اللّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
    "Həqiqətən, haqq hekayə budur. Allahdan savay məbud yoxdur və şübhəsiz ki, Allah qüvvət və hikmət sahibidir.”
    63. فَإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ
    "Əgər haqdan üz döndərdilər, həqiqətən, Allah fəsad əhlindən xəbərdardır.”
    Nöqtələr
    Dildən-dilə gəzən dastanlar üç növdür:
    1.Təxəyyül məhsulu olan qeyri-həqiqi romanlar, əfsanələr və əsatirlər.
    2. Bəzən həqiqi, bəzən isə yalan qatılmış tarixi əhvalatlar.
    3. Vəhy dili ilə bizə çatmış, haqqa əsaslanan hadisələr. Qurandakı bütün əhvalatlar bu qəbildəndir. Bu dastanlarda təxəyyül, yalan və yanlışlığa yer yoxdur.
    Bildirişlər
    1. Əgər Quran olmasaydı, həzrət İsanın çöhrəsi xurafat qarışıqlarından təmizlənməzdi.
    2. Tövhid şüarının təkrarı və xurafatla mübarizə zəruridir.
    3. Peyğəmbərlər haqqındakı dastanlar tövhid prinsipi ilə uyğun gəlmirsə, saxta və yalandır.
    4. İnsanın haqdan üz döndərməsi onun azad olduğunu göstərir.
    5. Haqdan üz döndərilməsi fəsad nümunəsidir. Üz döndərən şəxs isə fəsad əhlidir.
    6. Allahın fəsad əhlinin işlərini bilməsi ən böyük xəbərdarlıqdır.
    64. قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ
    "De ki, ey kitab əhli, aramızdakı müştərək sözə doğru gəlin. Allahdan qeyrisinə pərəstiş etməyək, Ona şərik qərar verməyək, bəzilərimiz bəzilərini Allahın yerinə Rəbb götürməyək. Əgər (bu təklifdən) üz döndərsələr, deyin: Şahid olun ki, biz müsəlmanıq (və Allaha təslimik).”
    Nöqtələr
    İstər dəlil, istər mübahilə, istərsə də müştərək sözlərə üz tutmaq yolu ilə tövhid və haqqa çağırış zəruridir.
    "Təfsire-Məraği”də nəql olunur: Udəyy ibn Hatəm İslamı qəbul etdikdən sonra peyğəmbərə belə ərz etdi: "Biz məsihi olduğumuz vaxt heç vaxt bir-birimizi özümüzə Rəbb qərar verməmişik. Bəs bu cümlənin mənası nədir?”
    Həzrət Peyğəmbər (s) buyurdu: "Məgər sizin alimləriniz Allahın hökmünü dəyişmirdilərmi?” İbn Hatəm bunu təsdiq etdi. Həzrət buyurdu: "Allahın qanununu dəyişən alimə itaət bir növ ona bəndəlikdir.”
    Bildirişlər
    1. Müsəlmanlar müştərək məsələlərdə kitab əhli ilə razılığa gəlməlidirlər.
    2. Vəhdətə dəvətdə öncül olmaq lazımdır.
    3. Əgər bütün haqq məqsədlərə çatmaq mümkün olmadısa, bu məqsədlərdən bəzilərinə çatmaq üçün öz səyinizi əsirgəməyin.
    4. Təbliğ mərhələlərindən biri müştərək məsələlərə dəvətdir. Müştərək məsələlərə dəvətdə Quran yaxşı bir mehvər ola bilər. Çünki Quranda həm peyğəmbərlərin tarixi var, həm də o, təhriflərdən uzaqdır.
    5. Təbliğ zamanı qarşı tərəfin haqq əqidələrinə və müqəddəsliklərinə ehtiram göstərmək lazımdır.
    6. Bir Allaha sitayiş və şirkdən uzaqlıq bütün səmavi dinlərin müştərək cəhətləridir.
    7. Tövhid insanın ucalıq səbəbidir. "Təaləv” sözü ucalığa dəvət zamanı işlədilir.
    8. Başqalarına sorğu-sualsız itaət onları Rəbb kimi qəbul etmək nişanəsidir. Halbuki bütün insanlar bir-birləri ilə bərabərdirlər.
    9. Azad düşüncə və müstəqil şəxsiyyət Quran şüarıdır.
    10. Müxaliflərin etirazı bizim iradə və imanımıza təsir göstərməməlidir.
    11. Hər bir təbliğatçı əvvəlcədən xalqın etirazını ehtimal etməlidir ki, bu etirazla rastlaşdıqda məyus olmasın.
    12. Yetərli dəlillərdən sonra mübahisəni kəsin.
    13. Allaha bəndəlik, şirkin və qeyri-ilahi hakimlərin rədd edilməsi həqiqi müsəlmanlıq xüsusiyyətlərindəndir.
    65. يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَآجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنزِلَتِ التَّورَاةُ وَالإنجِيلُ إِلاَّ مِن بَعْدِهِ أَفَلاَ تَعْقِلُونَ
    "Ey kitab əhli! Nə üçün İbrahim haqqında höcətləşirsiniz? (Hər biriniz onu öz dininizdən sayırsınız?) Halbuki Tövrat və İncil ondan sonra nazil olmuşdur. Nə üçün düşünmürsünüz?”
    Nöqtələr
    Həm yəhudilər, həm də məsihilər İbrahimi öz dinlərinə aid edirdilər. Bu mübahisələr o qədər qızışmışdı ki, Quran növbəti iki ayədə bu məsələyə münasibətini açıqladı. Ayə onların iddialarını rədd edərək bildirir: İbrahim onun vaxtında nazil olmamış bir kitaba necə tabe ola bilərdi?! Axı o, Tövrat və İncildən qabaq olmuşdur. Heç olmasa dediklərinizi tarixlə tutuşdurun.
    Bildirişlər
    1. Moizə zamanı qarşı tərəfin sabit ləqəblərindən və əqidə ünvanlarından istifadə edin.
    2. Elm və kitab elə bir dəyərə malikdir ki, ona yaxın olanlar da möhtərəm sayılır. Kitab əhli, qələm əhli, elm əhli bu qəbildəndir.
    3. Öz mövqeyinizi sübuta yetirmək üçün böyük şəxsiyyətləri özünüzə aid etməyə çalışmayın. Şəxsiyyətləri özünüzə aid etmək əvəzində onların yoluna tabe olun.
    4. Öz iddialarınızı məniq, fitrət və tarixlə sübuta yetirin.
    66. هَاأَنتُمْ هَؤُلاء حَاجَجْتُمْ فِيمَا لَكُم بِهِ عِلمٌ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ
    "Siz o adamlarsınız ki, bildiyiniz şeylər haqqında höcətləşirsiniz. Bəs bilmədiyiniz şeylər haqqında nə üçün mübahisə edirsiniz? Halbuki Allah sizin bilmədiyinizdən xəbərdardır.”
    Nöqtələr
    Bu ayədə kitab əhlinə xəbərdarlıq olunur ki, onlar bildikləri şeylər haqqında yersiz suallar verirlər. Halbuki bu adamlar həzrət İsanın həyatından xəbərdardırlar və onun qidaya, məskənə və libasa ehtiyaclı olduğunu öz gözləri ilə görmüşlər. Bütün bunlara baxmayaraq, yenə də bu mövzuda mübahisə edirlər. Bir dəstə onu yalançı, digər bir dəstə isə Allahın övladı hesab edir.("Təfsire-Əl-mizan”; "Təfsir-fi-zilal”, "Təfsire-Məraği”; "Təfsire-əl-mənar”.) Onlar nişanələri Tövrat və İncildə bəyan olunmuş və yaxşı tanıdıqları həzrət Məhəmməd (s) haqqında da mübahisə edirlər.("Təfsire-Məcməül-bəyan”; "Təfsire-Qurtubi”. ) Onlara xatırladılır ki, siz cidal əhlisiniz və bir nəticəyə çatmayacaqsınız. Bilmədiyiniz şeylər haqqında isə danışmağınız yersizdir. Məsələn nə bilirsiniz ki, həzrət İbrahimin məzhəbi nə olub?
    Bildirişlər
    1. Lovğa və höcətkeş insanları alçaldın.
    2. Höcətkeş və inadkar adamlar ən aydın məsələ haqqında da mübahisə edirlər.
    3. Həqiqəti üzə çıxarmaq məqsədi ilə mübahisə aparmaq dəyərlidir. İşə maneçilik məqsədi ilə aparılan mübahisə isə tənqid olunur.
    67. مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلاَ نَصْرَانِيًّا وَلَكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
    "(Yəhudi və Məsihilərin iddialarının əksinə olaraq) İbrahim nə yəhudi idi, nə də məsihi. O, haqpərəst və Allaha təslim olmuş bir fərd idi və heç vaxt müşriklərdən olmamışdı.”
    Nöqtələr
    "Haqqa meyl” mənası ayənin mətnində "hənəf” sözü ilə ifadə olunmuşdur. Həqiqətlə müxalifçilik, batilə meyl isə "cənəf” adlanır. Beləcə, doğru yolda olan insana "hənif” deyilir. Amma bütpərəstlər bu sözü özlərinə aid edir və müşriklərə də "hünəfa” (həniflər) deyirlər.
    "Müslimən” sözünü "hənifən” sözü ilə yanaşı işlətməklə, Quran həm İbrahimin şirkdən pak olduğunu bildirmiş, həm də müqəddəs bir sözü şirk ləkəsindən qorumuşdur. Həzrət Əli (ə) buyurmuşdur: "İbrahimin dini həzrət Məhəmmədin (s) dini idi.”("Bihar” , c. 12, səh. 11. )
    İmam Sadiq (ə) "hənifən muslimən” təbirinin təfsirində buyurmuşdur: İbrahim zərrəcə bütpərəstliyə yol verməmiş xalis və üstün bir şəxs idi.”("Təfsire-Nurus-səqəleyn”, "Kafi”, c. 2, səh. 15... )
    68. إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ
    "Həqiqətən, İbrahimə ən layiqli fərdlər ona itaət edənlər, bu peyğəmbər və bu peyğəmbərə iman gətirənlərdir. Allah möminlərin himayəçisidir.”
    Nöqtələr
    Ayədən məlum olur ki, iman yaxınlığı qohumluq yaxınlığından daha geniş və daha möhkəmdir. Eyni hədəfə doğru hərəkət edən, həmfikir olan insanlar bir-birlərinə zahirdə qohum olanlardan daha yaxındırlar. Çünki qohumlar əqidə və düşüncə baxımından fərqli mövqedə də ola bilərlər. İmam Sadiq (ə) vəfalı yaxınlarından birinə buyurmuşdur: "And olsun Allaha ki, siz Məhəmməd (s) ailəsindənsiniz.” Sonra imam yuxarıdakı ayəni tilavət etmişdir.("Təfsire-Məcməül-bəyan”. ) Həzrət Peyğəmbər (s) isə Salman Farsi haqqında belə buyurmuşdur: "Salman biz Əhli-beytdəndir.”("Bihar” , c. 10, səh. 123.)
    Ayədə İbrahimin ardıcılları ona ən yaxın adamlar kimi tanıtdırılsa da, İslam peyğəmbəri və müsəlmanların adı ayrıca çəkilir. Burada məqsəd İbrahimə itaətin ən üstün nümunəsi kimi həzrət peyğəmbər və müsəlmanları dünyaya tanıtdırmaqdır.
    Rəvayətdə nəql olunmuşdur: Həzrət Məhəmmədin (s) dostu o kəsdir ki, qohumluq baxımından ondan uzaq olsa da, Allaha itaət etsin. Peyğəmbərin düşməni isə o kəsdir ki, Peyğəmbərə (s) qohum olmuş olsa da Allaha itaətsizlik göstərsin.”("Təfsire-Məcməül-bəyan”. )
    İmam Sadiq (ə) buyurmuşdur: "Ayədəki "iman gətirmiş kəslər” təbiri imamlar və onların ardıcıllarına işarədir.”("Kafi”, c. 1, səh. 416. )
    Bildirişlər
    1. Xalqın rəhbərə bağlılığı qəbilə, dil, məntəqə, irq bağlılığından uzaq olan məktəb bağlılığıdır.
    2. Peyğəmbərlərə yaxınlıq ölçüsü onlara itaətdir.
    3. İslam peyğəmbəri və müsəlmanlar İbrahim yolundadırlar və onun məqsəd və məramını davam etdirirlər.
    69. وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ
    "Kitab əhlindən bir dəstə sizi azdırmaq istəyindədirlər. Amma yalnız özlərini azdırırlar və (bunu) anlamırlar.”
    Nöqtələr
    Bu və bundan sonrakı üç ayədə düşmənin ideoloji hücumlarının, müsəlmanları dindən çıxarmaq üçün qurduğu qurğuların simasını görürük. Bu ayə onların məktəb düşmənçiliyindən, növbəti ayə onların inadkarlıq və küfründən, yetmiş birinci ayə onların haqqı ört-basdır etməsindən, yetmiş ikinci ayə onların aldadıcı üslublarından danışır. Zülmətdən baş qaldırmış ideoloji bir hücum haqqı gizlətmə, xalqın əqidəsini sual altına alıb onu süstləşdirmə üsullarından qaynaqlanır.
    Bildirişlər
    1. Allah din düşmənlərinin planlarını ifşa və rüsvay edir.
    2. Düşməni və onun proqramını tanıma onun zərərlərindən amanda qalmaq üçün şərtdir.
    3. Əqidə və ideoloji hücumun təhlükəsi ciddidir.
    4. Müxaliflərin ikiüzlü bəyanatlarına etimad göstərməyin. Onlar qəlbən sizi azdırmaq fikrindədirlər.
    5. Mühakimə yürüdərkən insafı yaddan çıxartmayın. Kitab əhlinin hamısı yox, bir qrupu uyğun arzudadır.
    6. Elə bir iş görməlisiniz ki, düşmənin arzusu gözündə qalsın. "Ləv” sözü bir iş mümkünsüz olduqda işlədilir.
    7. Başqalarını azdırmaq fikrində olanlar ilk öncə özləri hiylə, nifaq, kin, böhtan və qurğuya düçar olurlar.
    8. Başqalarının azğınlığı istəyində olmaq özü böyük bir əxlaqi nöqsandır.
    70. يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَأَنتُمْ تَشْهَدُونَ
    "Ey kitab əhli, nə üçün Allahın ayələrinə (onun rəsulunun nübuvvət nişanələrinə) küfr edirsiniz? Halbuki özünüz (Onun düzlüyünə) şahidsiniz!”
    Nöqtələr
    Zahirən bu ayədə Tövratda və İncildə kitab əhlinə həzrət Məhəmməd (s) haqqında verilmiş müjdə nəzərdə tutulur. Onlar öz ictimai mövqeləri və maddi mənafelərinin hifzi üçün bütün bu ilahi nişanələri görməməzliyə vurdular.
    Bildirişlər
    1. İnsanın öz vicdanına müraciəti ən yaxşı dəvət yoludur.
    2. Bilmək kifayət deyil, qəbul etmək lazımdır.
    71. يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
    "Ey kitab əhli, nə üçün haqqa batil donu geyindirirsiniz və həqiqəti gizlədirsiniz? Halbuki özünüz (onun haqq olmasından) agahsınız.
    Nöqtələr
    İmam Sadiq (ə) "özünüz bilirsiniz” cümləsi haqqında buyurur: «Yəni kitab əhli İslam peyğəmbərinin Tövratda zikr olunmuş sifətlərindən agah idilər. (Amma onu gizlədirdilər).("Təfsire-Qummi”, c. 1, səh. 105. )»
    Bir çox təhrifçilər islamşünas, şərqşünas, tarixçi, səyahətçi adları ilə kitablarda, tarixi məkan və zamanların qeydində özbaşınalığa yol verib, araşdırıcı adı ilə ensiklopediyalarda İslamı elə bir simada təsvir etmişlər ki, oxucu heç bir vəchlə İslam əqidəsinə üz tutmasın.
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 450 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019