İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Bildirişlər
    1. Düşmən o qədər həsədçildir ki, sizə zərrəcə xeyir gəlsə, bu onu narahat edir.
    2. Düşmənin nüfuz yolu ya bizim qorxu və tamahımız, ya da təqvasızlığımızdır. Səbir və təqva düşmənin məğlubiyyət yoludur.
    3. Bizim inkişafımızdan narahat olan həsədçilərin qarşısında səbir və təqvadan başqa çarə yoxdur.
    4. Allah düşmənlərin ruhiyyəsini ifşa etməklə həm də müsəlmanlara ruhiyyə verir, onları ayıq olmağa çağırır.
    121. وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّىءُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ
    "(Xatırla) o zamanı ki, sübhlər (Ühüd savaşı üçün) ailənin yanından gedirdin ki, möminlərə savaş üçün mərkəzlərdə yer verəsən. Allah (sizin danışdıqlarınızı və əməllərinizi) eşidən və biləndir.”
    Nöqtələr
    Ühüd savaşının siması:
    Hicri tarixi ilə ikinci ildə Qüreyş kafirləri Bədr döyüşündə məğlub olub Məkkəyə qayıtdılar. Onlardan yetmiş nəfəri öldürüldü, yetmiş nəfəri isə əsir götrüldü. Əbu-Süfyan dedi: «Öldürülənlərə ağlamayın ki, kin-küdurətiniz yerində qalsın. Hamınız intiqam deyib durun. Mən də intiqam almayınca zövcəmə yaxınlaşmayacağam.»
    Növbəti ildə Məkkə kafirləri üç min süvari, iki min piyada və tam hərbi təchizatla müsəlmanlarla döyüş üçün Mədinəyə üz tutdular. Həmin vaxtadək həzrət Peyğəmbərin (s) hələ ki, İslamı qəbul etməmiş əmisi Abbas Məkkədə yaşayırdı. Peyğəmbəri böyük məhəbbətlə sevən bu şəxs kafirlərin hərəkəti haqqında o həzrətə məktub yazıb Bəni-Ğəffar qəbiləsindən olan bir kişi ilə Mədinəyə göndərdi. İslam peyğəmbəri hadisədən xəbər tutub məlumat toplamaq üçün Məkkəyə bir qrup göndərdi. Həmin qrup geri qayıdıb Əbu-Süfyanın komandanlığı altında kafir qoşununun Mədinəyə doğru hərəkət etdiyini təsdiqlədi.
    Həzrət Peyğəmbər (s) cümə günü yığıncaq keçirib bu barədə müsəlmanlarla məsləhətləşdi. Yığıncaqda iki nəzəriyyə irəli sürüldü:
    1. Mədinədə qalıb küçələrdə mövqe tutmaq və bütün şəhər əhlindən kömək almaq.
    2. Mədinədən çıxıb şəhərin kənarında vuruşmaq.
    Qəhrəmanlıq və şücaət səpkili ikinci nəzəriyyə gəncləri daha çox cəlb etdi və bu nəzəriyyənin tərəfdarları çox oldu. Bir sözlə, qərar çıxarıldı ki, savaş şəhərdən kənarda olsun. Amma həzrət peyğəmbər şəhərdə qalıb vuruşmağa üstünlük verirdi. Gənclərin hisslərinə ehtiram göstərərək öz baxışında israr göstərmədi. Beləcə, həzrət Peyğəmbər (s) bir nəfər götürüb düşərgə hazırlamaq üçün Mədinədən bayıra çıxdı. O, Ühüd dağının ətəyində yerləşən məhəlli hərbi əməliyyat üçün münasib sayıb oranı seçdi. Sonra həzrət Peyğəmbər (s) cümə namazında xütbə oxuyub xalqa vəziyyət barədə məlumat verdi. Namazdan sonra mühacir və ənsardan təşkil olunmuş min nəfərlik ordu şəhərdən çıxdı. Döyüşə o həzrət özü komandanlıq edirdi. Həzrət bir neçə bayraq qaldırmışdı. Onlardan bəzilərini mühacirlər, bəzilərini ənsar götürmüşdü.
    Mədinədən Ühüd düşərgəsinədək piyada hərəkət edirdi. Həzrət qoşunu nəzərdən keçirir, cərgələri nizama salırdı. Peyğəmbər (s) cərgələrdə təzə adamlar görüb onların kimliyini soruşdu. Onlar Mədinə yəhudiləri olduqlarını və müsəlmanlara köməyə gəldiklərini bildirdilər. Həzrət bir qədər düşünüb buyurdu: "Müşriklərlə savaş üçün müşriklərin köməyindən istifadə etmərik.” Bu səbəbdən də min nəfərlik İslam qoşunundan üç yüz nəfər azaldı. Bəziləri qeyd edirlər ki, bu üç yüz nəfərin hamısı yəhudi deyildi. Onların arasında Abdullah ibn Ubəyy kimi müsəlmanlar da vardı. Onlar savaşın şəhər küçələrində aparılmasını istədiklərindən yolda qoşundan ayrıldılar.(Ayətullah Sübhani, "Füruğe-əbədiyyət”, c. 2, səh. 38; Doktor Ayəti, "Tarixe-peyğəmbəri İslam”, səh. 85. )
    İslam peyğəmbəri sübh namazını Ühüddə yeddi yüz nəfərlə birlikdə qıldı. Həzrət, Abdullah ibn Cübəyri əlli nəfər mahir oxatanla birlikdə Ühüd dağının əsas bir keçidində qoyub tapşırdı ki, mövqelərini tərk etməsinlər.
    Əbu-Süfyan da öz növbəsində Xalid ibn Vəlidi iki yüz döyüşçü ilə birlikdə pusquda qoyub tapşırdı ki, əgər keçiddəki nəzarətçilərin diqqəti yayınsa, arxadan İslam qoşununa hücum etsinlər.
    Nəhayət, iki qoşun qarşı-qarşıya cərgəyə düzüldü. Əbu-Süfyan bütlərin və gözəl qadınların, həzrət Peyğəmbər (s) Allahın adı ilə qoşunu təşviq edirdi. Müsəlmanların qoşunundan "Əllahu əkbər” sədaları, küfr qoşunundan dəf və ney səsi ucalırdı.
    Döyüş başlayan kimi müsəlmanlar sürətli bir hücumla Qüreyş qoşununu pərən-pərən saldılar. Kafirlər qaçır, müsəlmanlar onları təqib edirdi. Bəzi müsəlmanlar düşmənin məğlubiyyətindən arxayınlaşıb qənimət toplayırdı. Dağ keçidindəki nəzarətçilər də peyğəmbərin göstərişindən çıxıb qənimət toplamaq üçün öz mövqeyini tərk etmişdi. Bu vaxt pusquda dayanmış Xalid ibn Vəlid fürsətdən istifadə edib arxadan İslam qoşununa hücum etdi.
    Müsəlmanlar qəfildən özlərini kafirlərin mühasirəsində gördülər. Peyğəmbərin əziz əmisi Həmzə şəhid oldu. Azsaylı müsəlmanlar həzrət Peyğəmbərin (s) mübarək vücudu ətrafında toplansalar da, əksər müsəlmanlar savaş meydanından qaçdılar.
    Bu savaşda Əli ibn Əbu-Talibin (ə) rolu başqalarından daha çox oldu. Həzrətin bu savaşda qılıncı sındı. Peyğəmbər «zülfüqar» adlı qılıncını Əliyə (ə) verdi. Əli (ə) meydanda Peyğəmbəri (s) qoruyurdu. Həzrət Əli (ə) bu savaşda 60 yara aldı. İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) Cəbrailin yerlə göy arasında belə dediyini eşitdi: "Əlidən başqa comərd, zülfüqardan başqa qılınc yoxdur.” İbni-Qəmə adlı bir Məkkə kafiri fədakar İslam döyüşçüsü Müsəbin peyğəmbər olduğunu güman edib onu şəhadətə yetirdi. Sonra fəryad çəkdi ki, and olsun Lat və Üzzaya, Məhəmməd öldürüldü. Kafirlər İslam peyğəmbərinin şəhadətinə əmin olub, Məkkə yoluna üz tutdular. Əslində bu şüar müsəlmanların xeyrinə tamamlandı. Bu vaxt həzrət Peyğəmbərin (s) şəhadət şayiəsini eşidən müsəlmanlar da qorxuya düşüb qaçmağa üz tutdular. Sonra isə bu xəbərin yalan olduğunu görüb peyğəmbərin yanına qayıtdılar və üzr istədilər. Bu döyüşdə müsəlmanlardan yetmiş nəfəri şəhid oldu, çoxları isə yaralandı.("Təfsire-nümunə”. )
    Bildirişlər
    1. Keçmişdəki həssas günləri yaddan çıxarmayaq. Mühüm hadisələri təcrübə olaraq xatırlayaq.
    2. Döyüş astanasında ailə fikrindən daşınmaq lazımdır.
    3. Hərbi əməliyyatın peşəkar, coğrafi və təbii tənzimlənmələri düşmən həmləsindən qabaq həyata keçməlidir.
    4. Döyüşə komandanlıq, düşərgə seçimi, strateji müdafiə məntəqələrinin təyini peyğəmbərin və ya müsəlmanların rəhbərinin öhdəsinədir.
    122. إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلاَ وَاللّهُ وَلِيُّهُمَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
    "Sizdən olan iki dəstə (döyüşdə) süstlük göstərmək fikrində idi. Amma Allah onların himayəçisi idi. (Bu fikirdən daşınmaqda onlara kömək etdi.) Möminlər yalnız Allaha təvəkkül etsinlər.”
    Nöqtələr
    Ous qəbiləsindən Bəni Sələmə dəstəsi, Xəzrəc qəlbiləsindən Bənu Arifə dəstəsi Ühüd döyüşündə iştirak etməmək qərarına gəldilər. Onların bu sayaq rəftar etmələri ilə bağlı müxtəlif səbəblər göstərilir:
    1. Düşmən müsəlmanlardan sayca çox olduğu üçün qorxu hissi keçirirdilər.
    2. Onların məsləhətinə qulaq asılmaması və döyüşün şəhərdə yox, Ühüd ətrafında aparılmasından doğan narahatlıq.
    3. Peyğəmbərin yəhudilərə bu döyüşdə iştirak icazəsi verməməsi.
    Amma Allah Öz lütfü ilə bu iki dəstəni günahdan saxladı, döyüş meydanından qaçmamaqda onlara yardımçı oldu. Allah onları Öz bəndəlik yolunda hifz etdi.("Təfsire-Məcməül-bəyan”. )
    Bildirişlər
    1. Allah bizim çıxardığımız qərarlardan agahdır. O Öz peyğəmbərini xalqın düşüncələrindən xəbərdar edir.
    2. Çətin günləri və həmin günlərin təcrübələrini unutmayın.
    3. Döyüş meydanına gedənlərin hamısı eyni deyil.
    4. Qətiyyətsiz insanların cəbhədə iştirakı məğlubiyyət və təhlükə amilidir.
    5. Allahın hökmü altında olmayan insan süstləşir.
    6.Allah möminləri özbaşına buraxmır. Çətin məqamlarda onların əlindən tutur.
    7. Günah fikri əməl mərhələsinə çatmasa, insanı ilahi vilayətdən (hakimiyyətdən) xaric etmir.
    8. Süstlüyün yeganə dərmanı Allaha təvəkkül etməkdir. Bu dərman isə yalnız möminlərin əlindədir.
    9. Allaha təvəkkül etmək qələbə amilidir.
    123. وَلَقَدْ نَصَرَكُمُ اللّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ
    "Həqiqətən, Allah Bədr döyüşündə zəif olduğunuz halda sizə yardım etdi. Belə isə, Allahdan çəkinin. Bəlkə şükür edəsiniz.”
    Nöqtələr
    "Əzillətun” sözü ya Bədrdə möminlərin qüvvə azlığına, ya da döyüş vasitələrinin zəifliyinə işarədir. Bədr döyüşündəki çatışmazlıqların xatırlanması Ühüd döyüşü ilə müqayisədə müsəlmanların güclü olmasına işarədir.
    Əvvəlki üç ayədə oxuduq ki, səbir və təqva insanı qoruyur. Bu ayədə isə nümunə olaraq Bədr mücahidləri göstərilir. Əvvəlki ayədə də təvəkküldən danışılırdı. Bədr mücahidləri təvəkkülün əməli nümunələridir. Ayə müsəlmanlara xitabən buyurur: Bədrdə Allahın yardımını gördüyünüz halda nə üçün Ühüddə qaçmaq fikrinə düşürsünüz?!
    Bildirişlər
    1. Döyüş meydanlarında qeybi yardımları yaddan çıxarmayın.
    2. İlahi yardım möminlər üzərində ilahi vilayətin nişanəsidir.
    3. Döyüş meydanlarında Allahın yardımını gördüyümüz üçün Allaha təvəkkül edək.
    4. Döyüşün taleyini təbii amillər yox, ilahi yardımlar müəyyənləşdirir.
    5. İlahi yardım istəyən hər bir insan təqvalı olmalıdır.
    6. İlahi yardımların şükrü təqvalı olmaqdır.
    124. إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلاَثَةِ آلاَفٍ مِّنَ الْمَلآئِكَةِ مُنزَلِينَ
    "(Xatırla,) o zaman ki, möminlərə deyirdin: Nazil olmuş üç min mələklə Rəbbinizin sizə yardım etməsi sizə bəs deyilmi?!”
    Bildirişlər
    1. Xalqı ümidvar etmək və onların diqqətini qeybi yardımlara yönəltmək rəhbərlik vəzifələrindən biridir.
    2. Döyüşçü üçün Allah lütfünə ümidvarlıq mühümdür.
    3. Mələklər Allahın əmri ilə möminlərin xidmətində dururlar.
    4. İlahi dünyagörüşündə insanların həyatı mələklər aləmi ilə əlaqədədir.
    5. İlahi yardımlar Onun rübubiyyətinə əsaslanır.
    6. Döyüş meydanında ilahi yardım vasitələrindən biri mələklərin nazil olmasıdır.
    125. بَلَى إِن تَصْبِرُواْ وَتَتَّقُواْ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ آلافٍ مِّنَ الْمَلآئِكَةِ مُسَوِّمِينَ
    "Əlbəttə, əgər səbir və müqavimət etsəniz, təqvalı olsanız, düşmən üstünüzə qəzəblə gəlsə də, Rəbbiniz sizə beş min xüsusi mələklə yardım edər.”
    Nöqtələr
    Əvvəlki ayədə üç min yardımçı mələkdən danışılırdısa, bu ayədə beş min xüsusi mələyin yardımı yada salınır. Bu yardım döyüşçülərin səbir və təqvası sayəsində əldə olunur.
    Mələklərin sayının zikri onların qüdrətinin məhdud olduğunu göstərir. "Nazil edilmiş” sözündən anlaşılır ki, mələklər Allahın hökmü altındadırlar. Onlar özbaşına heç bir iş görə bilmirlər. "Xüsusi” ifadəsi isə yardım mələklərinin ayrıca bir qüvvə olduğunu göstərir. İmam Zeynəlabidin (ə) mələklərə salamında hər bir xüsusi mələk dəstəsinin xüsusi əmr yerinə yetirdiyini bəyan edir.("Səhifeye-Səccadiyyə”, üçüncü dua. )
    Bildirişlər
    1. İstiqamət, təqva mələklərin və qeybi yardımların nazil olma amilidir.
    2. İlahi yardımlar təkcə peyğəmbər dövrünə aid deyil.
    3. Təqva ilə müşayiət olunan müqavimət dəyərlidir. Təqvasız müqavimət inadkarlıqdır.
    4. Düşməndən qəflətdə qalmayaq. Düşmən qəzəb və coşqunluqla hücum edir.
    5. Düşmən təqva əhlinə şiddətli hücuma keçdikdə Allah da Öz yardımını artırır.
    126. وَمَا جَعَلَهُ اللّهُ إِلاَّ بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِ وَمَا النَّصْرُ إِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيمِ
    "Allah bunu (mələklərin nazil olmasını) sizin üçün bir müjdə qərar vermişdir ki, qəlbləriniz bununla aramlıq tapsın. (Bilin ki,) qələbə yalnız "əziz və həkim” Allah tərəfindəndir.”
    Bildirişlər
    1. Döyüş meydanındakı mücahidlərin aramlıq və ümidə ehtiyacları var.
    2. Allahın iradəsi olmayan yerdə maddi, elmi, psixoloji və insani hazırlıqların səməri olmur.
    3. Allahın qüdrəti Onun hikməti ilə yanaşıdır. Ona görə də müəyyən səbəblərdən müsəlmanlar da məğlub ola bilər.
    127. لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُواْ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُواْ خَآئِبِينَ
    "(İlahi yardımların səbəbi bu idi ki,) kafirlərdən bəzilərini məhv etsin və ya nakam qoysun və onlar naümid halda geri dönsünlər.”
    Nöqtələr
    Ayədəki "tərəf” sözü bir şeyin sonunu bildirir. Buna əsasən, ayədən anlaşılır ki, qeybi yardımlar bəzi kafirləri məhv etmək üçündür. "Tərəf” sözünü "əyanlar” kimi mənalandıran təfsirçilər də var. Yəni Bədr döyüşünün məqsədi küfr başçılarının məhvi idi. Bu ayə "Tövbə” surəsinin on ikinci ayəsinin oxşarıdır.
    Ümidsizlik iki növdür: Əvvəlcədən yaranan ümidsizlik "yəs” ümidvar olduqdan sonra ümidin üzülməsi isə "xaib” adlanır.("Təfsire-Ətyəbul-bəyan”; "Ət-təhqiq fi kəlimatil-Quran”. )
    İslamda savaş bəzən müdafiə, bəzən düşmənin hücumunun qarşısının alınması üçündür, bəzən də ilk addımdır.
    Bildirişlər
    1. Küfr başçıları ya biryolluq məhv edilməli, ya da zəlil və məyus olmalıdırlar. Küfrü kökündən silkələməyən zəif, mövsümi, birtərəfli müqavimətlər sizi sevindirməsin.
    2. Müsəlmanların vəhdəti, qüdrəti, siyasəti və müdiriyyəti elə olmalıdır ki, düşmən ümidini üzsün.
    128. لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذَّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ
    "Heç bir iş (xalqın hidayət və ya cəzalandırılması) sənin ixtiyarında deyil. (Yalnız Allah) onlara ya lütfünü göndərir, ya da onlara əzab verir. Çünki onlar zalımdır.
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 695 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024