İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Bildirişlər
    1. Həqiqi möminlər ən çətin şəraitlərdə də İslamdan üz döndərmirlər.
    2. Yaralıların cəbhədə iştirakı sağlamların ruhiyyəsini gücləndirir, onları təşviq edir.
    3. Peyğəmbərə itaət, Allaha itaət kimidir.
    4. Yaralıların cəhbədə iştirakı onların İslam məktəbi, İslam rəhbəri və islami məqsədlərə olan vəfadarlıq, eşq və mərifətlərinin nişanəsidir.
    5. Bəzən müharibə şəraiti elə olur ki, hətta yaralılar da cəbhədə iştirak etməli olur.
    6. Bir əməl çətinləşdikcə onun dəyəri də artır.
    7. Cəbhədə iştirak və yaralanma təqva ilə müşayiət olunmasa dəyərsizdir.
    8. Peyğəmbərin bəzi səhabələrinin cəbhədə iştirak etmələrinə baxmayaraq sağlam fikir və təqvadan uzaq idilər.
    9. Əsil mücahiddə bəzi xüsusiyyətlər olmalıdır. O, döyüşməkdən yorulmamalı, gözəl əməl əhli olmalı, Allahın və Onun rəsulunun göstərişlərinə qarşı çıxmamalıdır.
    173. الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ
    "Möminlər o kəslərdir ki, xalq onlara "şəksiz, camaat sizə qarşı hazırlaşıb, onlardan qorxun” - dedikdə onların imanları daha da artdı və dedilər: "Allah bizə bəs edər. O nə yaxşı vəkil və yardımçıdır.”
    Nöqtələr
    Bəzi düşmən təbliğatçıları və xalqın sadəlövh, qorxaq bir hissəsi mücahidlərə təlqin edərək deyirdilər ki, düşmən güclüdür və kimsə onunla üz-üzə gələ bilməz. Onlar mücahidləri döyüşdən çəkindirirdilər. Amma həqiqi müsəlmanlar qorxu-hürkü bilmədən, aram bir qəlb və Allaha təvəkküllə onların cavabını verirdilər.
    İmam Sadiq (ə) buyurmuşdur: "Təəccüb edirəm o kəslərə ki, nə üçün Allahın "Allah bizə bəs edər, O nə yaxşı vəkil və yardımçıdır.” - buyruğuna pənah aparmayıb qorxurlar!”("Mən la yəhzuruhun-fəqih”, c. 4, səh. 392. )
    Bildirişlər
    1. Düşmənin puç təbliğatından çəkinməyin.
    2. Cəbhədə sıralarınıza düşmənin nüfuzundan ehtiyat edin.
    3. Düşmənin hədələri qarşısında ən güclü sipər Allaha iman və təvəkküldür.
    4. Möminlər bəla girdabına düşdükdə Allaha təvəkküllərini və bağlılıqlarını daha da gücləndirirlər.
    5. Həm hərəkət və səy, həm də imanla təvəkkül lazımdır.
    174. فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ
    "(İkinci dəfə döyüşə hazır olan yaralılar) Allahın nemət və fəzli ilə (öz yerlərinə) qayıtdılar. Onlara heç bir zərər toxunmadı və Allahın razılıq yolunu getdilər. Allah böyük fəzl sahibidir.”
    Nöqtələr
    Ühüd döyüşünün yaralıları həzrət Peyğəmbərin (s) göstərişi ilə növbəti dəfə səfərbər olub Həmraəl-əsəd məhəllinədək düşmənin ardınca getdikdə, düşmən müsəlmanların hazırlığından ehtiyat edib növbəti hücum fikrindən daşındı. Bu ayə Ühüd döyüşünün yaralı və xalis mücahidləri haqqında xoş sözlər deyir.
    Bildirişlər
    1. Allaha təvəkkül etməklə vəzifənin icrası yolunda hərəkət, çətinliklərin asanlığa dönməsi səbəbidir.
    2. Allah yolunda təhlükəyə üz tutub sağ-salamat qalan insanlar çoxdur.
    3. İlahi insanlar üçün əsas məsələ şəhadət yox, Allahın razılığıdır.
    4. Allahın böyük fəzli haqq cəbhədə iştirak edənlərin nəsibidir.
    175. إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ
    "Öz dostlarını (kafirlərin gücündən) qorxudan şeytandır. Əgər imanınız varsa, onlardan qorxmayın, yalnız Məndən qorxun.”
    Bildirişlər
    1. Müsəlmanların qorxu və ümidsizliyinə səbəb olan hər bir şayiə şeytandandır.
    2. Qorxutma üsulu şeytani qüdrətlərin daimi siyasətidir.
    3. Döyüş meydanındakı qorxaqlar şeytanın dostları və onun nüfuzu altında olanlardır.
    4. Şücaətli möminlər şeytanın hakimiyyətindən uzaqdırlar.
    5. Allah qorxusu Allaha itaət, Allahdan qeyrisindən qorxu isə Allaha itaətsizlik zəminəsidir.
    6. Həqiqi mömin Allahdan qeyrisindən qorxmur və bilir ki, iman şücaətdən ayrı deyil.
    176. وَلاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَن يَضُرُّواْ اللّهَ شَيْئاً يُرِيدُ اللّهُ أَلاَّ يَجْعَلَ لَهُمْ حَظًّا فِي الآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
    «Ey peyğəmbər, küfrdə tələsənlər səni qəmgin etməsin. Onlar əsla Allaha bir zərər yetirə bilməzlər. Allah istəmişdir ki, qiyamətdə onların heç bir bəhrələri olmasın və onlar üçün böyük bir əzab vardır.»
    Nöqtələr
    Ühüd döyüşündə iştirak edənlər bir-birlərinə deyirdilər: «Bir halda ki, biz məğlub olduq və kafirlər qalib şəkildə Məkkəyə döndülər, nə olacaq? Ayə onlara cavab olaraq buyurur: "Narahat olmayın. Bu bir ilahi möhlətdir ki, onların küfrləri artsın və axirətdə heç bir bəhrələri olmasın.”»
    Bildirişlər
    1. Aramlığınızı hifz edin. İslamı məhv etmək yolunda kafirlərin göstərdiyi səylər səmərəsizdir.
    2. İnsanların küfrü Allaha zərrəcə zərər toxundurmaz.
    3. Küfr meydanında iştirak, insanı tövbə və mərhəmət əldə etmə imkanlarından məhrum qoyar.
    4. Kafirlərə möhlət verilməsi ilahi qanundur. Bunu Allahın xəbərsizliyi və ya zəifliyi kimi yozmaq olmaz.
    5. İnsanın axirətdə məhrumluq səbəbi onun dünyadakı əməllərinin nəticəsidir.
    6. Allahın həm fəzli, həm də qəhr və qəzəbi böyükdür. (Əvvəlki iki ayədə cəbhəyə yola düşən yaralılara müjdə verilirdisə, bu ayədə kafirlərə böyük əzab vəd olunur.)
    177. إِنَّ الَّذِينَ اشْتَرَوُاْ الْكُفْرَ بِالإِيمَانِ لَن يَضُرُّواْ اللّهَ شَيْئًا وَلهُمْ عَذَابٌ أَلِيمٌ
    "Şübhəsiz, imanı küfrlə dəyişənlər heç vaxt Allaha zərər vurmazlar. Onlar üçün dərdli bir əzab var.”
    Nöqtələr
    Quranda ömür sərmayəsinin alış-verişi, xeyir-zərəri haqqında dəfələrlə danışılmışdır. Quran dünyanı bazar, xalqı satıcı, insanın əqidə və əməllərini bu bazarın malı kimi təqdim edir. Bu bazarda satış məcburi olsa da, müştəri seçimi azaddır. İnsan öz ixtiyarında olanları, gücünü, əməlini, əqidəsini boş saxlaya bilməz. Amma biz olanlarımızı həm xeyirli, həm də zərərli yolda sərf edə bilərik. Quranda canını verib əvəzində behişt alanlar mədh olunur. Azğınlıq yolunu tutub zərərə düşənlər isə tənqid olunur.("Bəqərə”, 16.) Yuxarıdakı ayə kimi bir çox ayələrdə imanını küfrə satanlar məzəmmət olunur və möminlərə təsəlli verilir ki, insanların küfrü Allah və Allahın yoluna heç bir zərər toxundurmaz.
    Bildirişlər
    1. İnsanın əsil sərmayəsi iman və ya imanın fitri zəminələridir.
    2. İdeoloji bir inqilabda cüzi zərərlərə görə nigaran olmayın.
    178. وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهُمْ عَذَابٌ مُّهِينٌ
    "Kafir olanlar elə güman edirlər ki, onlara verilən möhlət onlar üçün yaxşıdır. Həqiqətən, onlara möhlət verərik ki, öz günahlarını artırsınlar. Onlar üçün zəliledici əzab var.”
    Nöqtələr
    Quran kafirlərə, münafiqlərə və süst imanlı insanlara müraciət edərkən "güman etməyin” ifadəsini dəfələrlə işlətmişdir. Məlum olur ki, bu fərdlər həqiqəti görməkdən, düzgün təhlil aparmaqdan məhrumdurlar. Onlar yaranışı mənasız, şəhadəti yox olmaq, dünyanı əsas, kafirlərə sığınmağı izzət, ömürlərini xeyir-bərəkət mayası sayırlar. Quran bütün bu təsəvvürlərin üstündən xətt çəkir.
    Küfr əhli imkanlı olmağı, qələbələr əldə etməyi, rifahlı yaşayışı özləri üçün ləyaqət sayırlar. Halbuki Allah onlara küfrə və fəsada batdıqlarına görə möhlət vermiş və öz pislikləri içində qərq olmalarını istəmişdir.
    Tarixdə oxuyuruq ki, Yezid İmam Hüseyni (ə) şəhadətə çatdırdıqdan sonra onun ailəsini bacısı Zeynəblə birlikdə əsir götürüb Şama gətirdi. Yezid zahiri qələbəsindən qürur duyaraq həzrət Zeynəbə belə dedi: "Allahın bizimlə olduğunu gördünüzmü?!” Həzrət Zeynəb Yezidin cavabında hazırkı ayəni oxudu və buyurdu: "Mən səni alçaq, kiçik və hər cür təhqirə layiq bilirəm. İstədiyini et. Amma and olsun Allaha, Allahın nurunu söndürə bilməzsən.” Bəli, dünya səfasına aludə olan belə fərdlər üçün zəliledici axirət əzabı hazırlanmışdır ki, onların dünyəvi və xəyali izzətləri axirət zəlilliyi ilə sonuclansın.
    Günahkarlar iki qisimdir: Onlardan bir dəstəsi islah olasıdır. Allah belələrinə moizə və acı-şirin hadisələr vasitəsi ilə xəbərdarlıq edir, onları oyadır. Amma hidayət olmayası zümrə Allah tərəfindən başlı-başına buraxılır ki, bütün mənfi qabiliyyətlər üzə çıxsın. Ona görə də imam Baqir (ə) hazırkı ayə ilə bağlı buyurmuşdur: "Ölüm kafirlər üçün bir nemətdir. Çünki onlar çox qaldıqca günahlarını da artırırlar.”("Təfsire-Nurus-səqəleyn”.)
    Həzrət Əli (ə) "həqiqətən, onlara möhlət verilmişdir” cümləsi haqında buyurmuşdur: "Nə çoxdur ehsan gəldikdə yavaşıyanlar, nə çoxdur eybləri örtüldüyündən aldadılanlar, nə çoxdur öz haqlarındakı xoş sözlərə məftun olanlar. Allah heç kimi möhlət verilmə, öz başına buraxılma kimi bəlaya mübtəla etməsin.”("Tuhəful-Uqul”, səh. 203. )
    Bildirişlər
    1. Küfr həqiqəti tanımağa mane olur.
    2. Ömrün uzun-qısalığı, rifah dövrü Allahın əlindədir.
    3. Bütün insanlar xeyir axtarışındadır, amma bəziləri onu zərərlə səhv salırlar.
    4. Allahın verdiyi möhlət onun sevgisi üçün nişanə deyildir.
    5. Nemətlər yalnız xeyir yolda istifadə olunduqda səmərə verir. Əsk-təqdirdə nemət şər və günaha gətirib çıxarır.
    6. Əsas məsələ ömrün uzunluğu yox, onun bəhrəli olmasıdır. İmam Səccad (ə) "Məkarimul-əxlaq” duasında belə ərz edir: «Pərvərdigara! Əgər ömrüm şeytan üçün otlaq olacaqsa, onu qısa et.»
    7. Tələsik mühakimə yürütməyin, işin sonunu və axirəti də nəzərə alın.
    8. Zalımların rifah içində yaşaması və hakimiyyəti Allahın onlardan razı olması nişanəsi deyil. Belə ki, bu, onlar qarşısında sakit dayanmağımız üçün dəlil ola bilməz.
    9. Axirət əzabının müxtəlif növləri və mərhələləri vardır. Əvvəlki ayədə böyük əzab, bu ayədə isə zəliledici əzab yada salınır.
    179. مَّا كَانَ اللّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَى مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىَ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَمَا كَانَ اللّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَّ اللّهَ يَجْتَبِي مِن رُّسُلِهِ مَن يَشَاء فَآمِنُواْ بِاللّهِ وَرُسُلِهِ وَإِن تُؤْمِنُواْ وَتَتَّقُواْ فَلَكُمْ أَجْرٌ عَظِيمٌ
    "Allah çirkini pakdan ayırmaq istəməsəydi, sizi bu gün olduğunuz halda boş buraxardı. Allah sizi qeybdən agah etmək istəyində deyil. Amma peyğəmbərlərindən kimi istəsə (qeybdən agah etmək üçün) seçər. Allaha və Onun peyğəmbərinə iman gətirin. Əgər iman gətirib təqva yolunu seçsəniz, sizin üçün böyük mükafat olacaq.”
    Nöqtələr
    Bu ayə Ühüd döyüşü haqqındakı son ayədir. Ayədə bildirilir: Dünya böyük bir sınaq meydanıdır. İman iddiasında olan hər kəs öz başına buraxılmır. İnsan cəmiyyətdə adi həyat tərzi yaşamır, məğlubiyyət və qələbələrlə sınağa çəkilir ki, onun batini bəlli olsun. Bəzi möminlər qeybdən və insanların qəlbindən xəbər tutmaq istəyirdilər. Onlar münafiqləri qeybi yolla tanımağa can atırdılar. Ayədə isə belə buyurulur: "Tanıma yolu qeyb yox, sınaqdır. Tədrici sınaqlar vasitəsi ilə yaxşı pisdən seçilir. İnsanlar qeyb elmi vasitəsi ilə tanınsaydılar, ümid şölələri sönər, ictimai bağlar qırılar və həyat hərc-mərcliyə düçar olardı.
    Bildirişlər
    1. Allah kafirləri özbaşına buraxır. Möminlər isə belə deyil.
    2. Yaxşının pisdən seçilməsi ilahi bir qanundur.
    3. İnsanların iman və küfrü onların batini bir keyfiyyətidir. İman və küfr qeybi elm yolu ilə yox, sınaq yolu ilə məlum olur.
    4. Xalq arasında yaşayış insanların zahirinə əsaslanmalıdır. İnsanların iç sirrindən xəbərdarlıq həyatı iflic edər.
    5. Qeyb elmi yalnız Allaha məxsusdur və Allah bəzi seçilmiş peyğəmbərlərinə bu elmdən müəyyən bir həddə bəhrə verər.
    6. Həyat adi tərzdə keçməli olsa da, Allah bəzi bəndələrinə qeyb elmi əta edər.
    7. Peyğəmbərlərin dərəcələri fərqlidir.
    8. Allah risalət sahibi etdiklərini qeyb elmindən bəhrələndirər.
    9. Qəlb imanı əməli təqva ilə müşayiət olunmalıdır.
    10. Paklıq davamlı, pislik isə ötəridir. Pakın qeyri-pakdan ayrılması qeyri-pakın ötərilik nişanəsdir.
    180. وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
    "Allahın Öz fəzlindən verdiyini sərf etməyə xəsislik göstərənlər güman etməsinlər ki, (bu xəsislik) onlar üçün yaxşıdır. Əksinə, bu, onlar üçün çox pisdir. Tezliklə qiyamət günü həmin qıymadıqları şey boyunbağı şəklində boyunlarından asılar. Göylərin və yerin irsi Allaha məxsusdur. Allah etdiyiniz işlərdən agahdır.”
    Bildirişlər
    1. Həqiqəti görün və azğın düşüncələrdən uzaq olun.
    2. Sənə məxsus olmayan malı verməkdə nə üçün xəsislik göstərirsən?!
    3. Xəsisliyin səbəbi xeyir və şər haqqındakı yanlış bilgilərdir.
    4. Peyğəmbərlik vəzifələrindən biri insanların baxış və təfəkkürünün islahıdır.
    5. Dünya sevgisi şər adamı insanın gözünə xeyirxah kimi göstərir.
    6. Qiyamətdə bəzi cansızlar da səhnəyə gələr.
    7. Məad cismanidir.
    8. Qiyamət, xeyir və şərin zühur səhnəsi həqiqətdir.
    9. İnsan öz var-dövlətini sərf etməkdə mütləq surətdə azad deyil.
    10. Qiyamət əməllərin zühur səhnəsidir. Hədisdə bildirilir: Hər kəs malının zəkatını verməsə, qiyamət günü var-dövləti ilan şəklində boynuna sarılar.("Təfsire-Nurus-səqəleyn”; "Kafi”, c. 3, səh. 502. )
    11. Qiyamətin bərpa zamanı uzaq deyil.
    12. Dünyada var-dövlət əsiri olmaq axirətdə əsarət səbəbidir.
    13. Ən ağır işkəncə məhbub tərəfindən qamçılanmaqdır. Dünyada xəsislik göstərdiyimiz şey əzabımıza səbəb olar.
    14. Allah həm dünyanın qalarlı miras sahibidir, həm də bizim infaqımıza ehtiyaclı deyil. Demək, infaq göstərişi bizim öz səadətimiz üçündür.
    15. Hər şeyin və hər kəsin həqiqi sahibi Allahdır. Biz əliboş gəlmişik və əliboş gedərik, bəs xəsislik nə üçündür?!
    181. لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء سَنَكْتُبُ مَا قَالُواْ وَقَتْلَهُمُ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُواْ عَذَابَ الْحَرِيقِ
    "Həqiqətən, Allah "Allah fəqirdir, biz isə imkanlı” deyənlərin sözünü eşitdi. Tezliklə onların bu sözünü, peyğəmbərləri nahaqdan öldürmələrini yazacağıq və onlara deyəcəyik: Dadın yandırıcı atəşin əzabını.”
    182. ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ
    "O (əzab) özünüzün əvvəllər əldə etdikləriniz səbəbindəndir. Həqiqətən, Allah bəndələrinə qarşı sitəmkar deyil.”
    Nöqtələr
    Təfsirdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) Bəni-Qiynəqa yəhudilərinə bir məktub yazdı və onları imana, namaza, zəkata və infaqa dəvət etdi. Bu məktub Fəthas adlı yəhudi aliminə - onun tədris yerində çatdıqda, üzünü şagirdlərə tutub istehza ilə dedi: "Bu dəvətə əsasən Allah fəqirdir, biz isə varlı. O bizdən borc alır və əlavə qaytarmağı vəd edir.”
    Həzrət Peyğəmbər (s) dövründəki yəhudilər babalarının peyğəmbərləri qətlə yetirməsi ilə razı olduqlarından Allah bu qətli həm də onlara aid edir.
    İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: " İmamı ona verdikləri şeyə görə ehtiyaclı sayanlar "həqiqətən Allah fəqirdir” deyənlərin nümunəsidirlər.”("Təfsire-Nurus-səqəleyn”; "Bihar” , c. 24, səh. 278. )
    Bildirişlər
    1. Allah bütün deyilənləri eşidir. Ona görə də hər sözü dilə gətirməyək.
    2. Cəhalət və qürurun sonu yoxdur. İnsan nə qədər cahil və qürurlu olmalıdır ki, "Allah fəqirdir, biz isə varlı” desin?!
    3. İnsanın özünü varlı və ehtiyacsız hiss etməsi onun ilahi əmrlərdən boyun qaçırması və bu əmrlərə istehza etməsi səbəbidir.
    4. Bəzi dar düşüncəli insanlar güman edirlər ki, ilahi göstərişlərin səbəbi Allahın ehtiyaclı olmasıdır.
    5. Bütün deyilənlər və əməllər qeyd olunur.
    6. Allah haqqında pis danışmağın günahı peyğəmbərləri öldürmək günahı ilə eynidir.
    7. İstənilən bir adamın sözünün və əməlinin ölçüsü haqdır. Hətta peyğəmbərlərin öldürülməsi də nahaq olduğu üçün cəzaya məhkumdur.
    8. İnsan bir iş görməkdə azaddır. Ona görə də görülən işlər onun özünə aid edilir.
    9. İlahi mükafat və cəza ədalətə, insanın azad və agah şəkildə gördüyü işlərə əsaslanır.
    10. İlahi cəzalar bəşəriyyətə zülm deyil. Əslində bəşər özü özünə zülm edir.
    11. Əgər Allah xəsis fərdləri və peyğəmbərləri qətlə yetirənləri cəzalandırmazsa, fəqirlərə və peyğəmbərlərə zülm etmiş olur.
    183. الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ عَهِدَ إِلَيْنَا أَلاَّ نُؤْمِنَ لِرَسُولٍ حَتَّىَ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ
    "Həqiqətən Allah bizdən əhd alıb ki, bizə atəşin yeyəcəyi bir qurban gətirənədək heç bir peyğəmbərə iman gətirməyək” deyən kəslərə söylə: (Bu sözlər bəhanədir.) Şübhəsiz, məndən qabaq aşkar dəlillər və həmin dediyinizlə peyğəmbərlər gəlmişlər. Əgər doğru deyirsinizsə, nə üçün onları öldürdünüz?”
    Nöqtələr
    Bəziləri İslamı qəbul etməmək üçün bəhanə gətirərək deyirdilər: Allah bizdən əhd alıb ki, gətirdiyi qurbanı səmadan enmiş od yandıran peyğəmbərə iman gətirək. Bu iş onun peyğəmbərliyi üçün əminlik səbəbidir. Ayə nazil oldu və peyğəmbər həmin inadkarlara dedi: «Əgər doğru deyirsinizsə, nə üçün məndən əvvəlki peyğəmbərləri - onların digər möcüzələrinə də baxmayaraq - rədd etdiniz?»
    İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurmuşdur: "Peyğəmbər dövründəki inadkar yəhudilərlə peyğəmbərləri qətlə yetirmiş qədim yəhudilər arasında beş yüz illik fasilə vardı. Amma peyğəmbərin müasiri olan yəhudilər öz babalarının əməli ilə razı olduğundan Allah onları da, həmin qətldə suçlu saymışdır.(Təfsire-bürhan”, c. 1, səh. 328; "Kafi”, c. 2, səh. 405.)
    Tövratda padşahların ilk kitabında, on səkkizinci fəslin üç və dördüncü cümlələrində Bəni-İsrail peyğəmbərlərinin şəhadəti haqqında danışılır. Eləcə də, "Sifre-Laviyan” kitabında, doqquzuncu fəsildə, ikinci cümlədə qurbanlıq qoç mövzusuna toxunulur.
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 708 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024