İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    "NİSA” SURƏSİ
    (4-cü surə, 176 ayə)
    Dörd, beş və altıncı cüzlər
    Nisa surəsinin siması
    176 ayədən ibarət olan bu surə Mədinədə nazil olmuşdur. Surədə iman və ədalətə dəvətdən, keçmiş ümmətlərdən ibrət götürülməsindən, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılmasından, yetimlərin himayəsindən, izdivac və irs hökmlərindən, ilahi rəhbərə itaətin zəruriliyindən, Allah yolunda hicrət və cihaddan danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğundan surə "Nisa”, yəni "qadınlar” adlandırılmışdır.
    بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ
    1. يَا أَيُّهَا النَّاسُ اتَّقُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيرًا وَنِسَاء وَاتَّقُواْ اللّهَ الَّذِي تَسَاءلُونَ بِهِ وَالأَرْحَامَ إِنَّ اللّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
    "Ey xalq! Rəbbinizdən qorxun ki, sizi bir təndən yaratdı, zövcəsini də ondan xəlq etdi və onların ikisindən çoxlu kişilər və qadınlar törətdi. (Ona and içməklə) bir-birinizdən istədiyiniz Allahdan çəkinin və qohumlarınıza münasibətdə təqvalı olun. Allah sizdən daim muğayatdır.”
    Nöqtələr
    Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Təkcə salam verməklə olsa da sileye-rəhim edin (qohumları yoxlayın)” sonra həzrət həmin bu ayəni tilavət etmişdir.("Kafi”, c. 2, səh. 150. )
    Bildirişlər
    1. Ailə ilə bağlı bu surə təqva tövsiyəsi ilə başlayır. Yəni ailə bünövrəsi təqvadan ibarətdir və onu gözləmək lazımdır.
    2. İnsanın həm yaranışı, həm də tərbiyəsi Allahın əlindədir. Demək, elə Ona da itaət edib Ondan çəkinmək lazımdır.
    3. Bütün insanlar bir kökdəndir. Ona görə də bəşəriyyəti irqlərə, millətlərə, dillərə və sair əlamətlərinə görə üstün saymaq qadağandır.
    4. Qadın və kişi yaranışda birdir. Cinsiyyət baxımından kişi və qadın arasında üstünlük yoxdur.
    5. Bütün bəşəriyyət bir atadan və bir anadan törənmişdir.
    Adəm övladlarının izdivacı haqqında iki növ rəvayət var. Bir qrup rəvayətdə Adəm övladlarının bir-birləri ilə ailə qurduğu bildirilir. Digər rəvayətlərdə isə Adəm övladlarının Adəmdən əvvəlki insan nəsli ilə izdivac etdiyi bəyan olunur.
    6. Tərbiyəvi məsələlərdə təkrarın öz yeri var.
    7. Ailə və qohumların hüquqlarına riayət təqva şərtidir. İmam Baqir (ə) buyurmuşdur: "Peyğəmbər aşiqlərinin yaxınlığı dostluqla təmin olunur.”("Bihar” , c. 23, səh. 257. )
    2. وَآتُواْ الْيَتَامَى أَمْوَالَهُمْ وَلاَ تَتَبَدَّلُواْ الْخَبِيثَ بِالطَّيِّبِ وَلاَ تَأْكُلُواْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا
    "Yetimlərin mallarını onlara verin. Pis malları yaxşı mallarla dəyişməyin. Onların mallarını öz mallarınızla yeməyin. Həqiqətən, bu (zalımcasına sərf,) böyük günahdır.”
    Bildirişlər
    1. Yetimlərin mallarını - özləri bilməsələr və ya yaddan çıxarsalar da - onlara qaytarın.
    2. İslam məhrum və zəif təbəqənin himayəçisidir.
    3. Yetim uşaqların mülkiyyət hüququ var.
    4. Haqqın qarşısını almaq, yetimin malını dəyişmək və ya əskiltmək böyük günahdır.
    5. Günahlar kəbirə və səğirə (böyük və kiçik) olur.
    3. وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلاَّ تَعُولُواْ
    "Əgər yetim qızlara münasibətdə ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, (onlarla izdivacdan daşının,) ürəyiniz istəyən qadınlarla evlənin. Ya iki, ya üç, ya da dörd. Əgər qorxsanız ki, (zövcələrin arasında) ədalətli rəftar edə bilməyəcəksiniz, onda bir zövcə, ya da malınız olan bir kəniz kifayətdir. (Əlbəttə ki, kənizin də hüquqları yerinə yetirilməlidir) Bu, zülm etməməyiniz üçün daha münasibdir.”
    Nöqtələr
    Bəzi kişilər yetim qızları himayələrinə götürür, sonra isə cüzi bir mehriyyə ilə onlarla evlənirdilər. Onları boşamaq da asan olurdu. Ayə nazil oldu ki, əgər ədalətsizlik qorxusu varsa, digər qadınlarla evlənsinlər. Əvvəlki ayədə yetimlərin malına münasibətdə ədaləti gözləmək tapşırılırdı. Bu ayədə isə yetim qızlarla izdivacda ədalətli olmaq tapşırılır.
    Bir neçə qadınla evlənmənin hikməti müxtəlif şəkillərdə izah oluna bilər:
    a) Döyüşlərdə və müxtəlif hadisələrdə kişilərin tələfatı çox olduğundan qadınlar dul qalır.
    b) Gənclər dul qadınla evlənmək istəmir.
    v) Bəzi dul qadınlar ərsiz vəziyyətdə özünə nəzarət edə bilmir.
    q) Qadınlar hər ay müəyyən müddət ərzində üzürlü olaraq yaxınlıq edə bilmirlər.
    Beləcə, dul qadınların haqlarının hifzi üçün müəyyən şərtlər daxilində kişi ikinci qadınla evlənə bilər.
    Sual: Bu ayədə ədalətsizlik məsələsi bir qədər qaranlıq qalır. Bu ayədə "ədalətsizlikdən qorxursunuzsa” deyilirsə, 129-cu ayədə "sizdə o güc yoxdur” buyurulur. Bu ayələr bir-birinə zidd deyilmi?
    Cavab: Libas, məskən, qida və yaxınlıq kimi maddi məsələlərdə ədalətli olmaq lazımdır. Ədalətin pozulmasından qorxursunuzsa, özünüz üçün başqa bir proqram tənzimləyin. 129-cu ayədə isə ədalət qəlblə bağlı məsələlərə şamildir. Məlum məsələdir ki, insan öz sevgisini bərabər bölməkdə acizdir. Bu cavab İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisə əsaslanır.("Vəsail”, c. 21, səh. 345)
    Bildirişlər
    1. İslam məhrumların, xüsusi ilə də yetimlərin, ən öndə isə yetim qızların hamisidir. Bu himayə xüsusi ilə iffət, yaxınlıq və onlardan sui-istifadə edilməsi məsələləri ilə bağlıdır.
    2. Yetimlərlə izdivacdan daşınmaq üçün ədalətsizliyə əmin olmaq zəruri deyil. Ədalətsizlik ehtimalı və qorxusu kifayətdir.
    3. Ədalətsizlik qorxusu olmadıqda yetim qızlarla evlənmək olar.
    4. Həyat yoldaşı seçimində qəlb istəyi əsasdır.
    5. İslam müəyyən şərtlər daxilində kişinin bir neçə arvad almasına icazə verir.
    6. Zövcələrin sayı həm dörddən artıq olmamalı, həm də bu işdə müəyyən şərtlərə əməl edilməlidir. ("Təfsire-Nurus-səqəleyn”, c. 1, səh. 439; "Kafi”, c. 5, səh. 363.  )
    4. وَآتُواْ النَّسَاء صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا
    "Qadınların mehriyyə və kəbin haqqını hədiyyə şəklində, rəğbətlə verin. Əgər öz istəkləri ilə bundan sizə bir şey bağışlasalar, onu halallıq və ləzzətlə sərf edin.”
    Nöqtələr
    Rağib İsfahaninin dediyinə görə, "nihlə” sözü "nəhl” sözündən olub bal arısı mənasını verir. Bal arısı insanlara bal verdiyi halda heç bir umacağı olmadığından hədiyyəyə də "nihlə” deyilmişdir. Bəzi təfsirçilər isə "nihlə” sözünü borc mənasında açıqlamışlar. Yəni mehriyyə kişinin ödəməli olduğu mütləq bir borcdur.
    Hədisdə bildirilir: Öz mallarınızın ən yaxşısını üç istiqamətdə sərf edin: Mehriyyə, həcc, kəfən. Əgər mehriyyəyə ən yaxşı malınızı sərf etsəniz, övladlarınız saleh olar.("Təfsire-Ətyəbul-bəyan”.)
    Bildirişlər
    1. Qadına mehriyyə ödəmək onun haqqıdır və zəruridir.
    2. Mehriyyə qadının qiyməti deyil. Mehriyyə kişinin qadına sədaqət və məhəbbət nişanəsidir.
    3. Qadın öz mehriyyəsinin sahibidir. Qadının atası və qohumları mehriyyəni ondan almaq haqqına malik deyillər. Cahiliyyət dövründə və indi də bəzi yerlərdə qadının mehriyyəsini onun atası və ya qohumları alır. Allah Quranda mehriyyənin qadının özünə verilməsini əmr edir.
    4. Mehriyyə qadının qiyməti yox, ərin ona verdiyi hədiyyədir.
    5. Qadın mehriyyə almaqda və ya onu bağışlamaqda azaddır.
    6. Ləzzətli o maldır ki, mal sahibi onu məmnunluqla vermiş olsun.
    7. Zahiri razılıq kifayət deyil, qəlb razılığı zəruridir. İkrahla, məcburi şəkildə və ya üzə salınmaqla verilən hədiyyə etibarsızdır.
    8. Mehriyyə mülkiyyət səbəblərindəndir.
    9. Qadınlar məhəbbətin təsiri altında bütün mehriyyəni bağışlamasınlar.
    5. وَلاَ تُؤْتُواْ السُّفَهَاء أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللّهُ لَكُمْ قِيَاماً وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا
    "Həyatınızın qurulması üçün Allahın vasitə qərar verdiyi mallarınızı səfehlərin əlinə verməyin. Amma onun gəlirindən həmin adamları yedirin, xərclərini verin, geyindirin və onlarla xoş danışın.”
    Nöqtələr
    Rəvayətlərdə şərabxor və günahkar insanlar səfeh adlandırılmışdır.("Kafi”, c. 5, səh. 299. )Ümumi mallar belə insanlara tapşırılmamalıdır. Mal-mülk cəmiyyətin gücüdür. İstənilən bir məqam və maddi məsuliyyəti səfeh insanlara tapşırmaq cəmiyyətə xəyanətdir.
    İmam Sadiq (ə) bir şəxsə buyurdu: "Malını qoru, çünki mal sənin dinini möhkəmləndirər.” Sonra həzrət həmin ayəni tilavət etdi("Vəsail”, c. 7, səh. 126. )
    İmam Baqir (ə) səfehlər təbiri haqqında buyurmuşdur: "Məqsəd etibarsız adamlardır.”("Vəsail”, c. 16, səh. 369. )
    Bildirişlər
    1. Səfeh insanın öz malını sərf etmək hüququ yoxdur.
    2. Cəmiyyətin həyatı üçün nəzərdə tutulmuş mal səfehin ixtiyarına verilə bilməz.
    3. Səfehin hətta öz malına hakim olması cəmiyyətə iqtisadi zərbədir. Fərdlərin mal-mülkü üzərində də cəmiyyətin haqqı var.
    4. Münasibətlərdə cəmiyyətin iqtisadi mənafelərini və fərdlərin əqli inkişafını nəzərə almaq lazımdır. Ötəri hisslərə və mərhəmətə istinad etmək olmaz.
    5. Var-dövlət, mal-mülk ictimai nizamın dayağıdır.
    6. Sərmayə hərəkətsiz qalmamalıdır. Yetimlərin və səfehlərin də malı dövr etməlidir. Onların sərmayəsi qorunmalı, qazancları isə onların təminatına sərf edilməlidir.
    7. Məhrumların ruhi meyilləri və şəxsiyyətlərinə diqqət yetirilməlidir.
    8. İnsanı öz malı üzərində ixtiyardan məhrum etdikdə etiraz yaranır. Ağılsızların bu sayaq etirazlarını xoş danışıqla aradan qaldırın.
    6. وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُواْ إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلاَ تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُواْ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُواْ عَلَيْهِمْ وَكَفَى بِاللّهِ حَسِيبًا
    "Yetkinliyə çatanadək yetimləri sınayın. Onlarda yetkinlik göründükdə mallarını özlərinə qaytarın. Onların malını yetkinləşmələrindən qorxaraq israf etməyin, tələsik sərf etməyin. Ehtiyacsız olan iffətini gözləsin (himayəyə görə haqq almasın), ehtiyaclı isə orta həddə yeyə bilər. Mallarını onlara qaytardıqda şahid tutun. (Bu şəhadət yetimlərin haqqını qorumaq üçündür. Yoxsa) Allah hesab çəkmək üçün yetər.”
    Bildirişlər
    Yetimlərin mallarının ödənmə qaydaları:
    1. Yetimləri büluğ həddinə çatmamış iqtisadi inkişaf baxımından sınayıb onlara alış-veriş yolunu öyrədin.
    2. Yetim öz himayəçisinin nəzarəti altında malını sərf edə bilər. Yetimin öz malını haminin nəzarəti altında sərf etməsi onun öyrədilməsi şərtidir.
    3. Yetimin malının onun tam ixtiyarına verilməsi üçün cinsi yetkinlikdən əlavə iqtisadi və ictimai yetkinlik də lazımdır.
    İmam Sadiq (ə) buyurmuşdur: "Yetimdə inkişaf görünməsi o deməkdir ki, yetim öz malını qorumağa hazır olsun.”("Mən la yəhzuruhul-fəqih”, c. 4, s.223. )
    4. Hansısa güman və ehtimalla yetimə malını sərf etmək icazəsi verilməməlidir. Yetimin inkişaf etməsinə əminlik olmalıdır.
    5. Mülkiyyət haqqında sərf etmə hüququ olmaya da bilər. Yetim öz malının sahibidir. Amma nə qədər ki, inkişaf etməyib, malını sərf etməkdə azad deyil.
    6. İmkanlı insanlar cəmiyyətə umacaqsız xidmət edir.
    7. Haqq alarkən orta həddi gözləmək lazımdır.
    İmam Sadiq (ə) buyurmuşdur: "Orta hədd dedikdə aclığın aradan götürüləcəyi hədd nəzərdə tutulur.”("Kafi”, c. 5, səh. 130. )
    8. Həm yetimlərin malını hifz edin, həm də şahid tutmaqla mülkü ixtilafların və böhtanların qarşısını alın.
    9. Xalqın şahidliyi dünya izzətinin Allahın şahidliyi isə axirət izzətinin, hifzi üçündür.
    10. Cəmiyyətdəki şahidlik çəkişmələrə son qoyur. Qiyamət hesabı isə öz yerindədir.
    7. لِّلرِّجَالِ نَصيِبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَّفْرُوضًا
    "Kişilər üçün ata-ana və qohumlardan qalandan pay var. Qadınlar üçün (də) ata-ana və qohumlardan qalandan pay var. İstər az olsun, istər çox, bir pay müəyyəndir.”
    Bildirişlər
    1. Qadınların da kişilər kimi irs hüququ var. Din onların hüquqlarını qoruyur.
    2. İrs mülkiyyət səbəblərindəndir.
    3. Daha yaxın qohum irs payında da daha öndədir.
    4. Mirasın qədəri yox, ədalətli bölgüsü mühümdür.
    5. İrs payı dəyişməzdir.
    8. وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُوْلُواْ الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا
    "Əgər bölgü zamanı (irsdən pay düşməyən) qohumlar, yetimlər və ehtiyaclılar orada olsalar, həmin maldan onlara bir şey ruzi verin və onlarla xoş danışın.”
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 773 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024