İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Bildirişlər
    1. Həqiqi tövbənin qəbulu Allahın Öz öhdəsinə götürdüyü bəndə haqlarındandır.
    2. Nəfs istəkləri qarşısında tab gətirməyən elm cəhldir.
    3. Nə qədər ki, günah artmayıb, tövbə asandır. Bu ayədə bir günah nəzərdə tutulursa, növbəti ayədə tövbə yolunu çətinləşdirən çox günahdan söhbət gedir.
    4. Allah günahkarları dərhal tövbəyə təşviq edir.
    5. Tövbədə sürət onun qəbul səbəbidir.
    6. Tövbə qəlbən olmalıdır. Formal tövbədən Allah xəbərdardır.
    7. İnadkar olmayan günahkarların üzrünün qəbulu hikmətə uyğundur.
    18. وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
    "Çirkin işlər görüb, ölümü çatanda "həqiqətən, indi tövbə etdim” deyənlərin tövbəsi qəbul deyil. Eləcə də, kafir olaraq ölənlərin tövbəsi qəbul deyil. Əksinə, onlar üçün dərdli əzab hazırlamışıq.”
    Bildirişlər
    1. Məcburi halda, təhlükə ilə üzləşdikdə edilən tövbə yox, azad halda edilən tövbə dəyərlidir.
    2. Günahın təkrarı insanı tövbə tövfiqindən məhrum edir. "Yəməlun” ("işlər görərlər”) davam nişanəsidir. "Səyyiat” sözü isə günahın çoxluğu və təkrarını bildirir.
    3. Tövbəni təxirə salmaq olmaz. Ölüm anı məlum deyil və ölüm qapını döydükdə tövbə qəbul olmaz.
    4. Təhlükə və ölüm zamanı insanın allahşünaslıq fitrəti aşkar olur.
    5. Kafir halda ölmək və pis aqibət bütün yaxşı əməlləri, o cümlədən tövbəni puça çıxarır.
    19. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ يَحِلُّ لَكُمْ أَن تَرِثُواْ النِّسَاء كَرْهًا وَلاَ تَعْضُلُوهُنَّ لِتَذْهَبُواْ بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلاَّ أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَيَجْعَلَ اللّهُ فِيهِ خَيْرًا كَثِيرًا
    "Ey iman gətirənlər! Qadınlardan zorla irs almaq sizə halal deyil. Aşkar günaha batmayınca bağışladığınızın bir hissəsini almaq üçün onlara çətinlik yaratmayın. Onlarla yaxşılıqla rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, çox olsun ki, siz bir şeyi xoşlamayasınız, amma Allah həmin şeydə böyük xeyir qoymuş olsun.”
    Nöqtələr
    Qadının özünün irs olaraq ötürüldüyü cahilliyyət ənənələrinin ziddinə olaraq, ayədə yalnız var-dövlətin irs olduğuna işarə edilmişdir. Ölənin arvadı kimsənin irsi deyil. Qadın əri öldükdən sonra özünə başqa bir ər seçə bilər.
    Bildirişlər
    1. İslam qadınların hüquqlarını müdafiə edir.
    2. Mehriyyəni zorla geri almaq haramdır.
    3. Yalnız qadın iffətsizlik astanasında olduqda kişi ona əziyyət verə bilər.
    4. Qadınlarla xoş rəftar etmək lazımdır.
    5. Kişi dəyirmanın alt daşı kimidir. O, xoşrəftarlı olub çətinliklərə dözməlidir. Ayədə kişilərə xitab olunur.
    6. Bir çox xeyirlər həyatın çətinlikləri ağuşundadır.
    7. Övladların səadəti üçün ailə problemlərinin həlli, səbirli və xoşrəftar olmaq ayrılıq və boşanmadan yaxşıdır.
    8. Bəzən xeyir və şər bizim istəklərimizə uyğun olmur. Bizim xoşlamadığımız bir şeydə Allah böyük faydalar qoya bilər. Bir sözlə, insan nəyin xeyirli olmasından tam xəbərdar deyil.
    20. وَإِنْ أَرَدتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنطَارًا فَلاَ تَأْخُذُواْ مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَاناً وَإِثْماً مُّبِيناً
    "Əgər bir zövcənin yerinə başqa birini seçmək istəsəniz, onlara çoxlu mal verin və ondan bir şey almayın. Məgər böhtan və aşkar günah yolu ilə onu geri almaqmı istəyirsiniz?!”
    Nöqtələr
    "Qintar” çoxlu mal mənasını bildirir.
    Cahiliyyət dövründə yeni bir arvad almaq istəyənlər əvvəlki arvadı sıxıntıya salmaqla onun öz mehriyyəsini kişiyə bağışlamasına nail olmaq istəyirdilər. Əvvəlki qadın öz mehriyyəsindən keçdikdən sonra kişi onu boşayır və həmin mehriyyə ilə yeni bir arvad alırdı. Bu ayədə cahil ənənələr məzəmmət olunur.
    Bildirişlər
    1. İslam yenidən evlənməyə icazə verir.
    2. Boşanma kişidən asılıdır.
    3. Çox mehriyyənin eybi yoxdur. Bununla belə az mehriyyə ilə kifayətlənmək tapşırılmışdır.
    4. İlahi qanunlar çərçivəsində mülkiyyət üçün məhdudiyyət yoxdur.
    5. İslam qadın hüquqlarının himayəçisidir. Birinci qadının hüququnu pozmaqla ikinci dəfə evlənmək qadağandır.
    6. Qadının mülkiyyət hüququ var. Mehriyyə əl vurulmadan ona təhvil verilməlidir.
    7. Əgər bir şəxs düz yolla böyük mülkiyyət sahibi olmuşsa, «bu mülkiyyət çoxdur» - deyə ondan nəsə almaq olmaz.
    8. Ən böyük zülm don geyindirməklə, böhtan atmaqla, şəxsiyyəti tapdalamaqla xalqın malının onun əlindən alınmasıdır.
    21. وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَاقًا غَلِيظًا
    "Hər biriniz o birinizdən kam apardığı və zövcələriniz sizdən möhkəm əhd aldığı bir halda, həmin malı necə geri alırsınız?!”
    Bildirişlər
    1. Nəhy əz münkər zamanı (pis işlərə qadağa qoyarkən) insani hisslərdən bəhrələnmək lazımdır. Siz ki, öz zövcənizlə kamil əlaqədə olub, ondan kam almısınız, nə üçün indi haqsız yerə onun mehriyyəsini geri alırsınız?!
    2. Həyat çətinlikləri zamanı xoş günləri və anları xatırlamaq lazımdır.
    3. Ailə məsələlərinin bəyanında ədəbi gözləyək.
    4. Mehriyyə yaxınlıq müqabilində qadın üçün təyin olunmuş haqdır.
    5. İzdivac əqdi möhkəm bir əhddir.
    6. Mehriyyəni geri almaq əhdi pozmaqdır.
    22. وَلاَ تَنكِحُواْ مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاء إِلاَّ مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاء سَبِيلاً
    "Atalarınızın izdivac etdiyi qadınlarla izdivac etməyin. Keçmişdə (bu hökm nazil olmamış) edilənlər istisnadır. Həqiqətən, bu sayaq izdivac çox çirkindir, mənfurdur və pis bir yoldur.”
    Nöqtələr
    Cəhalət ənənələrindən biri də bu idi ki, bir şəxs dünyadan köçərkən onu övladları öz atalarının arvadları ilə izdivac edərdilər. Ənsardan Əbu Qeys adlı bir şəxs dünyasını dəyişdi. Onun övladı atasının arvadına evlənmək təklif etdi. Qadın dedi: "Peyğəmbərdən vəzifəmi öyrənməliyəm.” Peyğəmbərə bu barədə sual verildikdən sonra ayə nazil oldu və atanın arvadı ilə izdivac qadağan edildi.
    Bildirişlər
    1. İslam fitrət dinidir. İnsan təbiət etibarı ilə ana və analıqla izdivaca nifrət etdiyindən İslam da bunu haram buyurmuşdur.
    2. Atanın arvadı ana yerindədir. Ona görə də kin və qarşıdurma əvəzinə övladlara analıq edilməlidir.
    3. Övladlar evlənərkən atanın hörmətini hifz etməlidirlər.
    4. Övladlar atanın arvadına ana kimi baxmalıdırlar.
    5. İslam keçmişdə baş verənlərə göz yumur. Uyğun hökm nazil olmamışdan qabaq analıqla evlənmələr bağışlanır.
    6. Danışarkən icmali və ya ayrıca dəlil gətirmək lazımdır.
    7. Analıqla evlənmə başqa məhrəmlərlə də evlənməyə yol aça bilər.
    23. حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالاَتُكُمْ وَبَنَاتُ الأَخِ وَبَنَاتُ الأُخْتِ وَأُمَّهَاتُكُمُ اللاَّتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُم مِّنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَآئِكُمْ وَرَبَائِبُكُمُ اللاَّتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ اللاَّتِي دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُواْ دَخَلْتُم بِهِنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ وَحَلاَئِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلاَبِكُمْ وَأَن تَجْمَعُواْ بَيْنَ الأُخْتَيْنِ إَلاَّ مَا قَدْ سَلَفَ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا
    "Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşlarınızın qızları, bacılarınızın qızları, sizə süd vermiş analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın öz ağuşunuzda tərbiyə etdiyiniz qızları ilə (evlənmək) sizə haram olmuşdur. Anaları ilə yaxınlıq etdiyiniz qızlarla yox, anaları ilə yaxınlıq etmədiyiniz qızlarla evlənməyinizin eybi yoxdur. Nəslinizdən olan oğlanlarınızın arvadları və eyni vaxtda iki bacı ilə evlənmək də haram edildi. Əvvəllərdə baş verənlər istisnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    Bu ayədə insana məhrəm olan və izdivac haram sayılan qadınların adları sadalanmışdır. Məhrəmlik və izdivacın haramlığı üç yolla hasil olur: doğum (nəsil əlaqəsi); izdivac (səbəb rabitəsi); süd əmmə (süd rabitəsi).
    Əvvəlki dinlərdə də məhrəmlərlə izdivac haram olmuşdur.(Tövrat, "Sifre-Laviyan,” b. 18, a 6-23. )
    Məhrəm olmayanlarla izdivac ailə rabitələrini genişləndirir.
    İki bacı ilə eyni vaxtda evlənmək, adətən, onlar arasında şəxsi və cinsi həsəd və rəqabət yaradır. Eləcə də, bacılar arasında ədavət güclənir. Belə bir izdivac zikr olunmuş səbəbə görə haram buyurula bilər.
    Bildirişlər
    1. Bir şeyin haram-halal buyurulmasının ixtiyarı yalnız Allahındır.
    2. Ana südü anadan doğulma kimi məhrəmlik səbəbidir. Dayə seçərkən diqqətli olaq.
    3. Arvadlarınızın əvvəlki ərlərindən olan qızlarına öz qızınız kimi baxın və onları tərbiyə edin.
    4. Qanun verildiyi vaxtdan qüvvəyə minir. Qanuna qədər iki bacı ilə evlənənlər günahkar sayılmasa da, bu qanun verildikdən sonra bacılardan biri boşanmalıdır.
    24. وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاء إِلاَّ مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُم مَّا وَرَاء ذَلِكُمْ أَن تَبْتَغُواْ بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا
    "(Allahın hökmü ilə kafirlərlə döyüşdə) malik olduğunuz qadınlar istisna olmaqla ərli qadınlarla izdivac haram edilmişdir. (Bu hökmlər) sizin üçün Allahın yazısı və qanunudur. (Deyilənlərdən) başqaları sizin üçün halaldır. (Digər qadınları) öz mallarınız vasitəsi ilə - zina məqsədi ilə yox - paklıq və nikah qəsdi ilə tələb edin. Kam aldığınız qadınların (müvəqqəti nikahda) mehrlərini vacib şəkildə ödəyin. Mehriyyə təyin etdikdən sonra bir-birinizlə razılığa gəlməyinizdə sizin üçün günah yoxdur. Həqiqətən, Allah biləndir və hikmət sahibidir.”
    Nöqtələr
    "Muhsənat” sözü lüğət baxımından başqalarının toxunması qadağan olan qorunmuş şeyə deyilir. Bu sözün kökü Quranda üç dəstə haqqında işlədilmişdir:
    1. İffətli və pak qadınlar; Necə ki, Allah həzrət Məryəmi belə qadınlardan saymışdır.("Təhrim”, 12.)
    2. Ərli qadınlar; Çünki ər qadının iffətini qorumağı öz öhdəsinə götürmüşdür. Uyğun söz ayədə həmin bu mənanı ifadə edir.
    3. Müharibədə əsir düşməmiş və kəniz olmayan azad qadınlar; Çünki əsirlik qadının iffət pərdəsini yırtır. Kənizlər arasında iffətsizlik geniş yayılmışdı. Növbəti ayədəki "əl muhsənatil-möminat” ifadəsi bu mənanı bildirir.
    Ayədəki "musafihinə” sözü "sifah” sözündən olub, zina mənasını ifadə edir.
    Kafir qadının əsir düşməsi onun ərindən boşanması kimidir. Məsələn, əri kafir qaldığı halda iman gətirən qadın öz imanı vasitəsi ilə ərindən ayrılmış olur. İslamda ərli qadınla izdivac haramdır. İstənilən məzhəb və millətdən olan ərli qadınla ailə qurmaq olmaz. Amma əsirlik boşanma kimidir. Əsir düşmüş qadın bir dəfə aylıq adəti görüb təmizlənənədək və ya hamilədirsə, azad olanadək heç bir yaxınlıq edə bilməz. Belə bir qayda həmin qadını kafirlərə qaytarmaqdan və ya öz başına buraxmaqdan üstündür.
    "Mutə” sözü də həcc, namaz, sələm, qənimət sözləri kimi lüğət yox, şəri mənaya malikdir. Əllamə Təbatəbainin "Təfsire-Əl-mizan” əsərində bildirdiyi kimi, ayədə "istəmtətum” deyərkən "mutə” nəzərdə tutulmuşdur. (Mutə müvəqqəti nikah deməkdir.)
    Nikaha görə əcr verilməsi mütədən söhbət getdiyini bildirir. Əgər söhbət daimi nikahdan getsəydi, mehriyyə vacib olardı. Daimi nikahda, hətta kam almaq olmadıqda və yaxınlıqsız talaq verildikdə, mehriyyənin yarısı ödənir.
    Əhli-beyt (ə) buyruqları və əksər sünni təfsirlərinə əsasən, ayədə ikinci xəlifənin sonradan haram etdiyi müvəqqəti nikah nəzərdə tutulmuşdur. Əslində, kimsə Allahın hökmünü dəyişmək səlahiyyətinə malik deyil. Əgər mütə haram edilməsəydi, rəvayətlərin bildirdiyinə əsasən, zalımlardan savay kimsə zina etməzdi.("Kafi”, c. 5, səh. 448; "Vəsail”, c. 21, səh. 5; "Təfsire-Kəbire-Fəxr Razi”. ) Müvəqqəti nikah ən düzgün çıxış yoludur. Dünya məhz müvəqqəti nikah olmadığından zinanı azad etmişdir. Müvəqqəti nikah ictimai bir zərurətdir. Sünni rəvayətlərinə əsasən, mütə zövcədən uzaqlıq və döyüşlər səbəbindən caiz sayılmışdır. Həmin şərait bu gün də mövcuddur. Mütə hökmündə məqsəd ictimai problemlərin və fəsadların qarşısını almaqdır. Bu hökm qiyamətədək şəri bir zərurətdir.
    Bəziləri əsas gətirirlər ki, Quranda iddə, irs, cinsi üzvün qorunması mövzuları daimi nikahla əlaqədar bəyan olunmuşdur və mütə daimi nikah deyil. Bu irada belə cavab veririk:
    Əvvəla, mütəyə də izdivac deyilir. İkincisi, mütədə də iddə saxlanılır. Mütəni daimi nikahdan fərqləndirən yalnız irs məsələsidir.
    Bir neçə sual:
    1. Məgər müvəqqəti izdivac pərdələnmiş fahişəlik deyilmi?
    Cavab: Xeyr, belə deyil. Çünki:
    a) Müvəqqəti izdivacda qadın yalnız bir kişinin ixtiyarında olur;
    b) Müvəqqəti izdivacda ən azı 45 gün iddə saxlanılır;
    v) Mütədən doğulan uşaq daimi kəbindən doğulan uşaq kimidir.
    2. Əhlikef kişilər bu qanundan sui-istifadə etmirlərmi?
    Cavab: Bütün qanunlardan sui-istifadə etmək mümkündür. Məgər şərabı üzümdən hazırlamırlarmı?! Əgər bəziləri həcc səfərinə başqa məqsədlə gedirsə, bu səfər qadağanmı edilməlidir?
    3. Müvəqqəti nikahdan, mütədən doğulan övladların daimi nikahdan doğulan övladlardan fərqi nədir?
    Cavab: Mütədən doğulan övladların hüquq, irs və bu kimi digər məsələlərdə daimi nikahdan doğulan övladlardan heç bir fərqi yoxdur.
    Bildirişlər
    1. Evlənmək üçün ərli qadınların sorağına getmək olmaz.
    2. Kafirlərlə döyüşdə əsir götürülmüş qadın ərsiz qalmamalıdır. Onu ya kafirlərə qaytarmaq, ya da müsəlmanlarla şəri rabitəsinə icazə vermək lazımdır.
    3. Məhrəmlərlə, ərli qadınlarla, iki bacı ilə eyni zamanda izdivacın haramlığı sabit, qəti və dəyişməz ilahi hökmlərdəndir.
    4. İffətsizlik və günah yolda büdcə sərfi haramdır.
    5. Müvəqqəti izdivac şəridir və qadının mehriyyəsi ödənməlidir.
    6. Mehriyyə təyinində tərəflərin razılığı şərtdir.
    7. Müvəqqəti izdivac müddəti başa çatdıqdan sonra həmin müddət və mehriyyəni hər iki tərəfin razılığı ilə artırmaq olar.
    8. Müvəqqəti izdivac və izdivac qanunu hökmləri Allahın elm və hikmətinə əsaslanır.
    9. Qanunu hazırlayan üçün elm və hikmət kimi iki şərt zəruridir.
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 805 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024