İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Nöqtələr
    Öhdəsində bir başqasının islahı vəzifəsi olan kəsə "qəvvam” deyirlər.
    "Nüşuz” uca yerə deyilir. Həddi aşmaq, yuxarıdan getmək də nüşuz adlandırılır.
    Həyatın təmini və idarə edilməsi ləyaqəti himayə və müdiriyyət şərtidir. Bu baxımdan kişilər nəinki ailə həyatında, hətta ictimai işlərdə, mühakimədə və döyüşdə də qadından irəlidirlər. Cütlük məsələsi ailə həyatına aiddir. Allah uyğun üstünlüyü evə məxsus etməmişdir.
    Bəzi qadınlar fiziki güc və qazanc baxımından kişidən üstün olsalar da, qanun və proqramda nadir hallar yox, əksər ümumi hallar nəzərdə tutulmalıdır.
    "Hafizatun lilğəybi bima həfizəllah” cümləsi müxtəlif şəkillərdə mənalandırılmışdır:
    a) Qadınlar. hifzini Allah istəyən şeyləri hifz edirlər.
    b) Qadınlar ərlərinin hüquqlarını hifz edirlər. Necə ki, Allah kişilərə müəyyən vəzifələr təyin etməklə qadınların haqqını hifz etmişdir.
    v) Qadınlar hifz edəndirlər, amma bu tövfiq onlara ilahi hifzdəndir.
    Mülayim tədbirlər nəticə vermədikdə, ya vəzifədən əl çəkmək, ya da nəsihət təsir etmədikdə sərtlik göstərmək lazım gəlir. Psixoloqların fikrincə, bəzi insanlarda "mazoxizm” (əziyyət istəyi) səciyyəsi var. Cüzi fiziki tənbeh sanki onlar üçün məlhəmdir. İslam fiziki cəza verilməsini tövsiyə edərkən bildirir ki, tənbeh zamanı bədən göyərməməli, yaralanmamalıdır. Bundan əlavə, qadın ər tərəfindən tənbeh olunursa, kişilər nəzərdə tutulmuş hallarda qazi tərəfindən tənbeh olunur.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Sizin kötəyinizin qadın cismində əsəri qalmamalıdır... ("Təfsire-Təbəri”, c. 5, səh. 68.; "Təfsire-Dürrül-Mənsur”, c. 2, s.522. )
    İmam Sadiq (ə) buyurmuşdur: "Ərlə yaxınlıqdan imtina qadın üçün itaətsizlik sayılır. «Vurmaq» dedikdə diş fırçası və ona oxşar şeylərlə vurmaq nəzərdə tutulur.”(Mən la yəhzuruhun-fəqih”, c. 3, səh. 521. )
    Bildirişlər
    1. İki nəfərlik bir cəmiyyətdə də biri məsul, rəhbər olmalıdır. Ailənin müdiri kişidir.
    2. Ailə işlərinin idarəsində ağıl və tədbir hiss və məhəbbətə hakim olmalıdır.
    3. İslam dininin hüquq nizamı yaranış nizamı ilə həmahəngdir. Kişinin müdriyyət haqqı onun fiziki və ruhi möhkəmliyinə əsaslanır.
    4. Təbii üstünlüklər ilahi fəzldir.
    5. Ailənin xərcləri kişinin öhdəsinədir.
    6. Qanun hazırlayan kəs qadın və kişi arasındakı təbii fərqləri nəzərə almalıdır.
    7. Ərə itaət və təvazö qadının ləyaqət nişanəsidir.
    8. Layiqli zövcənin əlaməti onun özünü əri olmayan yerdə hifz etməsidir.
    9. Qadının ərə itaəti və ərin haqqını hifz etməsi onun ailə ehtiyaclarının kişi tərəfindən təmin olunmasından asılıdır.
    10. Hadisə baş verməmiş çarə tapılmalıdır. Qadın itaətdən çıxmamış tədbir görün.
    11. İtaətçil zövcəyə əziyyət vermək olmaz.
    12. Qadına nəsihət, onun yatağının tərk olunması və tənbehi qadını itaətə gətirmək üçün müəyyən olunmuş yollardır. Qadın digər bir yolla itaət edirsə, kişinin ona qarşı çıxmaq haqqı yoxdur. Ayədən aşkar görünür ki, başqa bir yolla olmuş olsa, əsas məsələ itaətdir.
    13. Qadının təvazökarlığı onun zəifliyi yox, dəyərli olma əlamətidir.
    14. Sirr saxlamaq, mal, abır və namusun hifzi layiqli zövcənin nişanələrindəndir. Layiqli qadın ər olmayan yerdə də özünü qoruyur.
    15. Pis işlə addım-addım, mərhələ-mərhələ mübarizə aparılmalıdır, əvvəlcə moizə, sonra arxa çevirmə, daha sonra isə tənbeh.
    16. Moizə təsir edən yerdə sərtlik qadağandır. Əgər ər öz arvadından kənarlaşmaqla onu itaətə gətirə bilirsə, tənbeh qadağan olur.
    17. Sərt rəftar və tənbeh intiqam almaq üçün yox, vəzifəni yerinə yetirmək üçündür.
    18. Kişinin qadından üstünlüyü onu qürrələndirməməlidir. Çünki Allah ən üstün varlıqdır.
    19. Allahın üstünlüyünə diqqət təqva və zövcəyə qarşı zülmdən çəkinmək səbəbidir.
    35. وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلاَحًا يُوَفِّقِ اللّهُ بَيْنَهُمَا إِنَّ اللّهَ كَانَ عَلِيمًا خَبِيرًا
    "Əgər onların (ərlə arvadın) ikisi arasında ayrılıqdan qorxsanız, ər ailəsindən bir, arvad ailəsindən bir hakim seçin (bu yolla ixtilaf öz həllini tapsın). Həmin iki nəfər islah fikrində olsalar, Allah o iki nəfər arasında razılıq yaradar. Çünki Allah (hamının niyyətindən) xəbərdar və agahdır.”
    Nöqtələr
    Bu ayə ərlə arvad arasındakı ixtilafı aradan qaldırmaq, boşanmanın qarşısını almaq üçün aşağıdakı imtiyazlara malik olan ailə məhkəməsi təyin edir:
    1. Hakimlər hər iki ailədən olmalıdır ki, bu işə daha çox can yandırıb, xeyirxahlıq göstərsinlər.
    2. Bu məhkəmənin büdcəyə ehtiyacı yoxdur.
    3. Bu məhkəmədə ixtilafların həlli sürətlə, heç bir sənəd hazırlanmadan, idarə süründürməçiliyi olmadan həll olunur.
    4. Bu məhkəmədəki söhbətlər biganələrə çatmır. Əxlaqi məsələlər tərəflərin öz arasında qalır.
    5. Hakimlər qohumlar olduğundan onlara etimad göstərilir.
    İstənilən bir problemin həlli üçün hakim seçmək olar. İmam Baqir (ə) Həzrət Əlinin (ə) Siffeyndə həkəmiyyəti qəbul etməsinə qarşı çıxanlara bu ayəni tilavət etmişdir.("Təfsire-Nurus-səqəleyn”; "Ehticace-Təbərsi”, c. 2, səh. 58)
    İmam Sadiqdən (ə) "hakimlər seçin” ifadəsi haqqında soruşulduqda həzrət buyurdu: "Bu hakimlər qarşı tərəflərdən icazə almamış boşanma hökmü verə bilməzlər.”("Kafi”, c. 6, səh. 146. )
    Bildirişlər
    1. İş baş verməmiş çarə görmək lazımdır. Hakimlər seçiminə başlamaq üçün ayrılıqla bağlı nigaranlıq kifayətdir.
    2. Nə qədər ki, ayrılıq qorxusu yoxdur, başqalarının ailə həyatına müdaxilə etməyək.
    3. Boşanmaya xatir qorxmağa və nigarançılığa dəyər.
    4. Ərlə arvad iki bədəndə bir ruhdur. Ayədəki "şiqaq” sözü bir həqiqət ikiyə parçalandıqda işlədilir.
    5. Ərlə arvadın münasibətlərini islah etmək üçün dərhal addım atmaq lazımdır. "Fəbəsu” ("seçin”) sözünün əvvəlindəki "fa” hərfi sürət əlamətidir.
    6. Cəmiyyət ailə ixtilaflarına görə məsuliyyət daşıyır.
    7. Ailə ixtilaflarının həllində yaxınların daha çox məsuliyyəti var.
    8. Hakim seçimində qadın və kişi eyni haqqa malikdir.
    9. Cəmiyyətdə kiməsə etimad göstərib onların hakimliyini qəbul etməliyik.
    10. Xalqın problemlərini xalqın köməyi ilə həll edək.
    11. Küsənləri barışdırmaqda ümidsiz və biganə olmayaq.
    12. Nə qədər ki, nigaranlıq yoxdur, hay-küy qaldırmayaq. Hərə üçün bir hakim kifayətdir.
    13. İslam şura və ağsaqqallıq kimi məsələlərə diqqətlidir.
    14. Hər məsələdən ötrü qaziyə müraciət etməyin, özünüz öz aranızda həll yolu tapmağa çalışın.
    15. Harada haqq və hüquqdan söhbət gedirsə, qarşı tərəflər orada olmalıdırlar.
    16. Ərlə arvad seçilmiş adamların hakimliyini qəbul etməlidir. Hakimə itaət onun seçim şərtidir.
    17. Hakim seçərkən onların agahlığına, sirr saxlamasına, islahçıllığına diqqət yetirmək lazımdır.
    18. Xoş niyyət və islah arzusu olan yerdə ilahi tövfiq köməyə gəlir.
    19. Qəlblər Allahın əlindədir.
    20. Öz ağıl və tədbirinizlə qürrələnməyin. Allahdan tövfiq istəyin.
    21. Ailə islahında Quranın göstərişləri ilahi elm və hikmətə əsaslanır.
    22. Xoş niyyətdə olmaq lazımdır. Çünki Allah bütün niyyətlərdən xəbərdardır.
    36. وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُورًا
    "Allaha pərəstiş edin və heç nəyi Ona şərik qoşmayın. Ata-anaya yaxşılıq edin. Yaxınlara, yetimlərə, çarəsizlərə, yaxın qonşulara, uzaq qonşulara, dost-yoldaşa, yolda qalanlara, əli aşağı olanlara, qullarınıza da (yaxşılıq edin.) Həqiqətən, Allah təkəbbürlü və lovğa olanı sevmir.”
    Nöqtələr
    Bu ayə ilahi haqlardan başlamış qul haqlarınadək olan məsələləri bəyan edir. Bu, İslamın ümumilik və hərtərəflilik nişanəsidir.
    «Yaxın və uzaq qonşular» dedikdə, qohum və ya qohum olmayan, eləcə də, həməqidə və həməqidə olmayan qonşular nəzərdə tutulur. Rəvayətlərin bildirdiyinə görə, hər tərəfdən 40 evədək qonşu sayılır.("Vəsail”, c. 12, səh. 131. ) Belə çıxır ki, kiçik bir məntəqədə hamı qonşudur.
    Ayədəki "əssahibi bil-cənb” ifadəsi daimi və müvəqqəti rəfiqlərə, yol yoldaşlarına, xeyir ümidi ilə insana yaxınlaşanlara aiddir.
    "İbnis-səbil” (yol oğlu) deyərkən elə bir insan nəzərdə tutula bilər ki, vətənində imkanlı olsun, amma biz onu və yaxınlarını tanımayaq, yalnız bunu bilək ki, səfər zamanı yolda qalmışdır. O, bir yol oğludur ki, himayə olunmalıdır.
    "Muxtal” xəyal aləmində özünü böyük düşünüb, lovğalanan kəsə deyilir. At öz yolunu təkəbbürlə getdiyindən bəzən ona da "xəyl” demişlər.
    «Ata-anaya ehsan dedikdə» onlara məhəbbət, xidmət, maddi, elmi və mənəvi kömək, onlarla məşvərət nəzərdə tutulur.
    Valideynə ehsanda onların yaxşı-pis olması şərt deyil. Valideynə ehsan başqa bir məsələdir, itaət başqa bir məsələ. Valideyn öz övladını Allah rizasına zidd bir işə dəvət etdikdə ona itaət göstərilməməlidir.
    İmam Hüseyn (ə) buyurmuşdur: "Peyğəmbər (s) və Əli (ə) bu ümmətin atalarıdır.” Sonra Həzrət Qurandan həmin bu ayəni oxumuşdur.("Təfsire-Əyyaşi”, c. 1, səh. 241.)
    Bildirişlər
    1. Allaha təkcə ibadət etmək bəs deyil. Hər cür şirk və riyadan da uzaq olmaq lazımdır.
    2. Ata-anaya yaxşılıq Allaha bəndəlik və tövhid sayəsində olmalıdır.
    3. Həqiqi allahpərəst öz yaxınlarına, məhrumlara, qonşulara vəfalı və məsul olmalıdır.
    4. Uzaq qonşuların da insanın öhdəsində haqları vardır.
    5. Ehsan edərkən bu məsələdə üstünlükləri nəzərə alın. Valideyn qohumlardan, qohumlar isə yetimlərdən öndə gəlir.
    6. Valideynə, qohumlara, yetimlərə, məhrumlara diqqətsizlik təkəbbür və lovğalıq nişanəsidir.
    7. İnsan təvazökarlıqla ehsan etməlidir. Ayənin əvvəlində ehsan etmək tapşırılırsa, sonunda təkəbbür qadağan edilir.
    37. الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا
    "(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, həm özləri xəsislik edir, həm də xalqı xəsisliyə çağırırlar. Onlar Allahın Öz fəzlindən bağışladığını gizlədirlər. Biz nemətə küfr edənlər üçün zəliledici əzab hazırlamışıq.”
    Nöqtələr
    Xəsislik təkcə mal-pulu qıymayıb saxlamaq deyil. Xəsislik həm də elmə, şəxsiyyətə, qüdrətə, imkanlara aiddir.
    Bildirişlər
    1. İnsanın ruhi xəstəlikləri güclənə bilər. Xəsis, xəstə adamlar başqalarının da xəsis olmasını istəyirlər.
    2. Xəsis insan Allahın məhəbbətindən məhrumdur.
    3. Xəssislik təkəbbür və lovğalıq nişanələrindəndir.
    4. İlahi nemətləri bağışlamaq şükrün, onları gizləmək isə naşükürlüyün bir növüdür.
    5. Xəsis insan ehsan etməmək üçün özünü fəqir göstərir.
    6. Nemətlər yalnız öz səy və tədbirlərimizin nəticəsi yox, həm də Allahın fəzlidir.
    7. Əgər Allahı nemət sahibi kimi tanısaq və bütün nemətlərin Ona məxsus olduğunu bilsək, xəsislik etmərik.
    8. Xəsislik bəzən küfr üçün də zəmin yarada bilər. ("Fussilət”, 7. )
    9. Dünyada təkəbbürlü olmağın cəzası axirətdə zillətdir.
    38. وَالَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ رِئَـاء النَّاسِ وَلاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَمَن يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاء قِرِينًا
    "(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, mallarını riya və özlərini xalqa göstərmək üçün infaq edirlər. Onlar Allaha və qiyamət gününə inanmırlar. Hər kəsin həmdəmi şeytan olsa, necə də pis həmdəmdir!”
    Nöqtələr
    Şeytan bəzən insana uzaqdan nə isə təlqin edir, bəzən isə yaxından həmdəm olur. Möminlər şeytanın vəsvəsə və təlqinlərindən qaçırlar. "Zuxruf” surəsinin 36-cı ayəsində oxuyuruq: "Allah zikrindən üz döndərənə bir şeytan göndərərik ki, onun daimi yoldaşı olsun.”
    Bildirişlər
    1. Həm xəsislik və infaqın tərki pisdir, həm riyakarlıqla edilən infaq. Əvvəlki ayədə xəsislik məzəmmət edildi. Bu ayədə isə riyakarcasına verilən bəxşişlər qınanır.
    2. Allah və Qiyamətə gerçək imanın olmaması riya səbəbidir.
    3. İnfaq etməkdə məqsəd təkcə acları doyurmaq deyil. Çünki riyakarcasına edilən infaq da acları doyurur. İnfaqda bir məqsəd də infaq edəni mənəvi cəhətdən yetkinləşdirməkdir.
    4. Allah riyakarları sevmir.
    5. Allah eşqi olmayan qəlb şeytanın həmişəlik yeridir.
    39. وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُواْ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ اللّهُ وَكَانَ اللّهُ بِهِم عَلِيمًا
    "Əgər Allaha və qiyamət gününə iman gətirsəydilər və Allahın onlara verdiyi ruzidən infaq etsəydilər, onlara nə olardı?! Allah onların niyyətini biləndir.”
    Bildirişlər
    1. Azğınların vəziyyətinə təəssüf edilməsi onlara xəbərdarlıq və təbliğ yollarından biridir.
    2. Allaha iman şərtlərindən biri məhrumlara infaq etməkdir.
    3. İnfaq təkcə mal-pula aid deyil. Elm, məqam, güc kimi Allahın verdiyi bütün nemətlərdən infaq etmək bəyənilmişdir.
    4. Əgər bütün nemətlərin Allah tərəfindən verildiyinə inansaq, infaq ruhiyyəmiz güclənər.
    5. Xəsis və riyakar insanlar bilsinlər ki, Allahın nəzəri altındadırlar.
    40. إِنَّ اللّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا
    "Həqiqətən, Allah zərrə qədərincə də sitəm etməz. Yaxşı iş olsa, onu ikiqat artırar. Öz tərəfindən də böyük mükafat əta edər.”
    Nöqtələr
    Adətən, zülmün kökü ya cəhalət, ya qorxu, ya ehtiyat, ya da hərislik olur. Amma Allah ehtiyacsız, bilən və pakdır, bu səbəbdən də zülm etmir. Bundan əlavə, Allah-təala Özü ədalət və ehsana çağırmışdır. Necə olar ki, Allah mərhəmətə çağırdığı halda Özü zülm etmiş olsun?! Allahın mükafatı isə görülən xeyir işdən neçə qat artıqdır. Bu mükafat on qatdan yeddi yüz qatadək artıq ola bilər. Bu isə Allahın ehsan və lütfüdür.
    Bildirişlər
    1. Allah ədalətlidir. Onun cəzalarını doğuran bizim öz əməllərimizdir.
    2. Allah günaha münasib cəza verirsə, yaxşı işin mükafatını qat-qat artıq əta edir.
    3. Allah mükafatı artırmaqla yanaşı Öz tərəfindən də böyük bir əcr verir.
    41. فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَـؤُلاء شَهِيدًا
    "Bəs necə olacaq o zaman ki, hər bir ümmətdən şahid gətirərik və səni də onlara şahid edərik?!”
    Nöqtələr
    Həzrət Peyğəmbərin (s) ümmətə şahid olmasını bəyan edən bu ayənin məzmununa başqa yerlərdə də təsadüf olunur.("Bəqərə, 143; "Nəhl”, 89; "Həcc”, son ayə. )
    İbn Məsud bu ayəni həzrət Peyğəmbər (s) üçün tilavət edərkən həzrətin gözlərindən yaş axdı.("Təfsire-Kəbire-Fəxr Razi”; "Təfsire-Məraği”; "Səhih Buxari”, Tirmizi, Nəsaidən nəql olunmuşdur. )
    Allahın şahidə ehtiyacı olmasa da, şahdlərin çoxluğu insanın tərbiyə və təqvasına təsir göstərir. Mavi ekranda çıxış edən insan milyonlarla tamaşaçının qarşısında olduğundan, əgər asqırsa və ya bir səhvə yol versə, adi vaxtlardakından daha çox xəcalət çəkir.
    Quran ayələrinə əsasən, qiyamətdə şahidlər çoxdur: Allah,("Həcc”, 17. ) peyğəmbərlər,("Nisa”, 41. ) məsum imamlar,("Bəqərə”, 143. )mələklər,("Qaf”, 21. ) yer,("Zəlzələ”, 4. ) zaman,("Təfsire-Nurus-səqəleyn”, c. 5, səh. 112. ) bədən üzvləri.("Nur”, 24. )Bəli, qiyamət şahidlərin sıralandığı bir gündür.("Qafir”, 51. )
    Allahın qanunu budur ki, hər bir peyğəmbər öz ümmətinə şahid olsun. Demək, İslam peyğəmbərinin vəfatından sonra da aramızda olan bir şəxs bizə şahid durmalıdır. İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir əsrdə (dövrdə) biz Əhli-beytdən (ə) olan imam xalqa şahiddir. Peyğəmbər isə bizə şahiddir.”("Nurus-səqəleyn”, c. 1, səh. 399. )
    Həzrət Əli (ə) bu ayəni oxuduqdan sonra həmin zümrə haqqında məlumat vermişdir.("Təfsire-bürhan”, c. 1, səh. 380; "Təfsire-Əyyaşi”, c. 1, səh. 242. )
    Bildirişlər
    1. Peyğəmbərlər dünyada xalq üçün nümunə, axirətdə isə şahiddirlər.
    2. Şahid durmaq üçün xəbərdarlıq lazımdır. Peyğəmbərlər bizim işlərimizdən xəbərdardırlar.
    3. İslam peyğəmbəri peyğəmbərlərin şərəflisidir. Əgər başqa peyğəmbərlər öz ümmətlərinin əməllərindən xəbərdardırlarsa, İslam peyğəmbəri peyğəmbərlərin də əməllərinə şahiddir.
    42. يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ الرَّسُولَ لَوْ تُسَوَّى بِهِمُ الأَرْضُ وَلاَ يَكْتُمُونَ اللّهَ حَدِيثًا
    "Belə bir gündə küfrə batıb, peyğəmbərə itaətsizlik göstərən kəslər torpaqla bir olmağı arzu edərlər. Onlar Allahdan heç bir söz gizləyə bilməzlər.”
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 505 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019