İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Nöqtələr
    Günahkar kafirlər şahidlər gətirilməmişdən öz günahlarını və fəsadlarını inkar edərlər. Onlar etdikləri işləri boyunlarından atıb deyərlər: «And olsun Allaha biz müşrik deyildik.»("Ənam”, 23. ) Amma elə ki, şahidlər həqiqəti söyləyərlər, artıq qaçmağa yer qalmaz.
    Quran ayələrində günahkarların həsrət dolu arzuları belə bəyan olunur: Kaş torpaq olaydım. Kaş torpağa qatılaydım. Kaş filankəslə dost olmayaydım. Kaş dünyada düşüncə sahiblərindən olaydım. Kaş həmin ölümlə yox olmuş olaydım...
    Bildirişlər
    1. Peyğəmbər göstərişlərinə itaətsizlik Allaha küfr cərgəsində dayanır.
    2. Qiyamət günü həsrət və arzu günüdür.
    3. Qiyamət günü heç bir söz və mətləb gizli qalmaz.
    43. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ وَلاَ جُنُبًا إِلاَّ عَابِرِي سَبِيلٍ حَتَّىَ تَغْتَسِلُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مِّنكُم مِّن الْغَآئِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللّهَ كَانَ عَفُوًّا غَفُورًا
    "Ey iman gətirənlər! Məst halda namaza yaxınlaşmayın, o vaxta qədər ki, dediyinizi biləsiniz. Eləcə də, cünub halda (zəruri qüslü verməmiş) namaza yaxınlaşmayın. Qüsl edənədək yalnız (məsciddə dayanmadan) ötüb keçə bilərsiniz. Əgər xəstələnsəniz və ya səfərdə olsanız, ya da biriniz dərədən (ayaq yolundan) gəlsəniz, ya qadınlarla təmasda olsanız, (bu hallarda) su tapmasanız pak və xoşagələn yerə (torpağa) təyəmmüm edin. (İki ovcunuzu torpağa vurun), üzünüzə və əllərinizə məsh çəkin. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    Şərabın haram buyurulması İslamın əvvəllərində tədrici şəkildə həyata keçdi. Əvvəlcə şərab xoşagəlməz içki kimi tanıtdırıldı.("Nəhl”, 67. ) Sonra ayə nazil oldu və məst halda namaz qılmaq qadağan edildi.("Təfsire-Əyyaşi”, c. 1, səh. 242. ) Həmin vaxt şərabın ziyanının faydasından çox olduğu bildirildi.("Bəqərə”, 219. ) Daha sonra şərab çirkin və şeytani bir iş kimi qəti qadağan edildi.("Maidə”. 90. )
    Rəvayətlərdə bildirilir ki, yuxulu, süst halda olarkən namazdan çəkinin.("Kafi”, c. 3, səh. 371. ) Digər ayələrdə süst halda qılınan namaz münafiqlik nişanələrindən sayılmışdır.("Nisa”, 142; "Tövbə”, 54. )
    "Ğait” çökək yerə deyilir. Qədimdə ayaqyolu kimi istifadə üçün dərələr qazıldığından "ğait” sözü ayaqyoluna getmək mənasında işlədilmişdir.
    İmam Sadiq (ə) buyurmuşdur: "Səid” suyun axıb töküldüyü hündür yerə deyilir.”("Bihar” , c. 76, səh. 347. )
    İmam Sadiq (ə) buyurmuşdur: "Laməstum” yaxınlıq mənasındadır. Amma Allah örtəndir və bu sayaq sözləri örtülü buyurmağı sevir.”("Vəsail”, c. 20, səh. 133.)
    Bildirişlər
    1. Namaz məqamı o qədər ucadır ki, şərabxor ona yaxınlaşmamalıdır.
    2. Namazda təkcə zikr və hərəkətlər kifayət deyil. Həm də diqqət və düşüncə lazımdır.
    3. Vəzifə öhdədən götürülsə də, qəflət içində olan ibadət dəyərsizdir.
    4. Məscidə cünub halda daxil olmaq olmaz.
    5. Qüsldə bütün bədəni yumaq lazımdır. Çünki ayədə qüsl zamanı xüsusi üzvlərin adı çəkilməmişdir.
    6. Təhlükə və zərər ehtimalı insanın öhdəsindən vəzifəni götürür. Bəzən də belə bir ehtimal vəzifənin yüngülləşməsinə səbəb olur.
    7. Danışarkən ədəbi gözləmək lazımdır. (Dərədən qayıtmaq ayaqyoluna getmək, qadınlarla təmasda olmaq isə onlarla cinsi yaxınlıq mənasındadır. Şübhəsiz ki, qadına toxunmaqla qüsl vacib olmaz.)("Təhzibul-əhkam”, c. 1, səh. 22. )
    8. İlahi hökm yüngülləşdirilə bilər, aradan götürülə bilməz. Əgər su yoxdursa, təyəmmüm etmək lazımdır.
    9. Namaz vasitəsi ilə Allahla rabitə yaratmaq üçün paklıq, dəstəmaz və ya təyəmmüm şərtdir.
    10. Təyəmmüm pak torpağa edilməlidir.
    11. İlahi hökmlərin yüngülləşdirilməsi Allahın rəhmət və bağışlama təcəssümlərindəndir.
    44. أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلاَلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ السَّبِيلَ
    "Məgər Allahın Kitabından bəhrə verilmiş kəsləri görmədinmi?! Hidayət əldə etmək əvəzinə azğınlığı satın alırlar və sizin də yoldan azmağınızı istəyirlər.”
    Bildirişlər
    1. Hidayət üçün təkcə səmavi kitaba bələdçilik kifayət deyil.
    2. Kitab əhli alimlərinin ilahi təlimlərdən xəbərdarlığı nöqsanlıdır. Həmin nöqsan onların azğınlığına səbəb olmuşdur.
    3. Azğın alimlər öz elm və məqamlarından sui-istifadə edib başqalarını da azdırmağa çalışırlar.
    45. وَاللّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وَكَفَى بِاللّهِ وَلِيًّا وَكَفَى بِاللّهِ نَصِيرًا
    "Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Allahın sizin haminiz olması yetər. Allahın sizə yardımçı olması kifayətdir.”
    Bildirişlər
    1. Biz düşməni düzgün tanımaya da bilərik. Amma Allah bizim həqiqi düşmənlərimizi çox yaxşı tanıyır.
    2. Vilayət və möminlərə yardım əsasında ilahi vədlər olan yerdə qurğu və düşmənçiliklərdən qorxmaq olmaz.
    3. Vilayət və hakimiyyət qüdrət və yardımla müşayiət olunmalıdır.
    46. مِّنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُواْ سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَكِن لَّعَنَهُمُ اللّهُ بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً
    "Yəhudilərdən bəziləri sözlərin yerini təhrif edirlər ("eşitdik və itaət etdik” demək əvəzinə), deyirlər: "Eşitdik və itaətsizlik etdik.” (Və ədəbsizcəsinə İslam peyğəmbərinə deyirlər:) «Eşit, heç vaxt eşitməyəsən və bizi axmaq say.» ("Raina”) (Bu sayaq deyirdilər) ki, öz dilləri ilə həqiqətləri çevirsinlər və dininizə tənə etsinlər. Əgər desəydilər ki, (Allahın kəlamını) eşitdik, itaət etdik və (sözümüzü) eşit, halımıza nəzər sal (həqiqətləri daha yaxşı dərk edək deyə), onlar üçün yaxşı olardı və məntiqə uyğun gələrdi. Amma Allah onlara küfrləri və inadkarlıqları səbəbindən lənət etdi. Az bir hissəsindən savay iman tövfiqi tapmadılar.”
    Nöqtələr
    "Səmina və əsəyna” təbiri "sən de, biz qulaqardına vuraq” mənası verən bir məsxərədir.
    Müsəlmanlar həzrət Peyğəmbərə (s) "raina” deyərdilər və məqsədləri bu idi ki, Peyğəmbər (s) onlara diqqət yetirsin. Yəhudilər isə bu sözü təhrif etməklə ona çirkin bir məna verərdilər. Bu söz "rəyy” kökündən alındıqda "nəzər salmaq”, "rəunət” kökündən alındıqda və təşdidli nunla oxunduqda "bizi axmaq say” mənasını verir. Yəhudilər dillərini dolaşdırıb sözləri və hərfləri dəyişməklə müsəlmanları təhqir edir və Peyğəmbəri (s) məsxərəyə qoyurdular.
    Bildirişlər
    1. Dəstənin bir hissəsinin günahını bütün dəstənin ayağına yazmaq olmaz.
    2. Sözlərin mənalarını təhrif etmək günahların açarı və digər günahların ortaya çıxması zəminəsi, eləcə də, məktəbin zəifləməsi amilidir.
    3. Müqəddəsliklərin təhqiri və toxunulmazlıqların aradan götürülməsi kafirlərin daimi üsullarından olmuşdur.
    4. Peyğəmbərlərin dəvətini dinləmək yaxşılıq və möhkəmlik səbəbidir.
    5. İnsanın taleyi onun seçiminin və əməllərinin nəticəsidir.
    47. يَا أَيُّهَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ آمِنُواْ بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَى أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ وَكَانَ أَمْرُ اللّهِ مَفْعُولاً
    "Ey kitab verilmiş kəslər! Sizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Tövrat və İncilə) iman gətirin, nə qədər ki, çöhrələri məhv və kor edib arxalarına çevirməmişik, ya lənətimizə düçar etməmişik, necə ki, şənbə günü səhabələrini lənətə düçar etdik. Allahın əmri olasıdır.”
    Nöqtələr
    Çöhrələrin məhvi və çevrilməsi dedikdə, qəlblərin, sağlam fitrətlərin, əql və düşüncələrin səadət yolundan çıxarılması nəzərdə tutula bilər. Onlar ilahi ayələr qarşısında inadkarlıq göstərməklə, bir addım irəli getmək əvəzinə bir addım geri çəkilirlər. Beləcə, onların insani çöhrələri məsx və məhv olur. Çöhrələrin çevrilməsi onların məsx olmasına işarə ola bilər. Qiyamətdə surətlərin dəyişməsi də ehtimal olunan mənalardandır.
    "Səbt əshabı” ("şənbə günü əshabı”) Allahın şənbə günləri balıq ovunu qadağan edən əmrinə qarşı çıxmış yəhudilərdir. Onlar hiylə işlədərək balıqları şənbə günü bağlı bir yerə salır və növbəti gün ovlayırdılar. Onlar Allahın qəzəbinə düçar oldular və çöhrələri meymun çöhrəsinə məsx oldu.("Əraf”, 163. )
    Bildirişlər
    1. İslam digər din ardıcıllarını ilahi dinə dəvət edir.
    2. Allah daha çox cəmiyyətin alim və agah çöhrələrinə xitab edir.
    3. Dəvət və təbliğ zamanı başqalarının etiqadlarına və müştərək xüsusiyyətlərinə hörmət qoyulmalıdır.
    4. Bütün peyğəmbərlərin proqramlarının əsası bir-biri ilə həmahəngdir.
    5. İnadkar insanlara qarşı hədələmə üsulundan istifadə olunmalıdır.
    6. Hədələrin təsir etməsi üçün gerçək və əməli nümunələr xatırladılmalıdır.
    7. İnadkarlara münasibətdə Allahın qəzəbi bir sünnədir.
    8. Allahın hökmü dəyişməzdir.
    48. إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا
    "Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamır. Amma bundan aşağı nə olsa, istədiyinə bağışlayır. Hər kəs Allaha şərik qoşsa, şübhəsiz, böyük günah etmişdir.”
    Nöqtələr
    Şirk mövzusu Quranda iki yüz dəfədən çox bəyan olunmuşdur. İstənilən bir şəkildə Allahdan qeyrisinə diqqət (bütpərəstlik, riyakarlıq, qeyri-ilahi meyllər, materialistlik)məzəmmət olunmuşdur. Bu ayənin məzmunu uyğun surənin 116-cı ayəsində eynən təkrarlanmışdır. Təkrar hidayət amilidir.
    Şirk haqq dairəsindən xaric olma, Allahdan üz döndərmə, Allahdan qeyrilərinə müraciət olduğundan tövbəsiz bağışlanmır. Müşrik öz şirkindən əl çəkib həqiqi tövbə etsə, Allah onu bağışlayar. "Zumər” surəsinin 54-cü ayəsində buyurulur: "Allah bütün günahları bağışlayır. Onun rəhmətindən məyus olmayın və dərgahına tövbə qılın.”
    Allahın rəhmət nəzərinin kimə yönələcəyini kimsə bilmədiyindən qürur və günaha cürət üçün yer qalmır.
    Bir neçə şey bağışlama amillərindəndir: tövbə, yaxşı işlər görmək, kəbirə günahlardan uzaqlıq, şəfaət, ilahi əfv (bu ayədə uyğun amillərin hər birinə işarə olunmuşdur).
    İmam Sadiq (ə) ayə haqqında buyurmuşdur: "Məqsəd kəbirə günahlar və digər günahlardır. (Allah istəsə, tövbəsiz də bağışlayar).("Kafi”, c. 2, səh.  )
    Bildirişlər
    1. Şirk ən mənfur günahdır və Allahın bağışlamasına mane olur.
    2. Günahların bağışlanması Allahın hikmətli iradəsinə aiddir.
    3. Şirk dəlilsiz iddia və böyük bir yalandır.
    49. أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمْ بَلِ اللّهُ يُزَكِّي مَن يَشَاء وَلاَ يُظْلَمُونَ فَتِيلاً
    "Özünü pak və eyibsiz sayanları görmədinmi? Xeyr, Allah istədiyini paklayar və onlara xurma özəyindəki sapca zülm olunmaz.”
    Nöqtələr
    Xudpərəstlik, özünü eyibsiz və hamıdan üstün bilmək Quran tərəfindən məzəmmət olunur. Necə ki, buyurulur: "Özünüzü tərifləməyin, Allah kimin müttəqi olduğunu daha yaxşı bilir.”("Nəcm”, 32. )
    Həzrət Əli (ə) «Həmmam» xütbəsində müttəqilərin nişanələrindən biri kimi onların sitayiş qarşısında qorxu keçirdiyini bildirir.
    Bildirişlər
    1. Qürur və insanın özünü böyük saymasından doğan özünəsitayiş caiz deyil.
    2. Bəşəri yox, ilahi göstərişlər əsasında paklanma dəyərlidir.
    3. İlahi cəzalar Allahın zülmü yox, insanın pis əməllərinin nəticəsidir.
    50. انظُرْ كَيفَ يَفْتَرُونَ عَلَى اللّهِ الكَذِبَ وَكَفَى بِهِ إِثْمًا مُّبِينًا
    "Sən onların Allahın adından necə yalan danışdıqlarına bax! Həmin aşkar günah onlar üçün bəsdir.”
    Nöqtələr
    Yəhudilərin özlərini üstün irq, Allahın övladları və əzizləri sayması Allaha qarşı ən böyük iftiradır. Çünki Allah heç kimsəni övlad götürməmişdir. Hamı onun qarşısında bərabərdir və yeganə imtiyaz iman və təqvadır.
    İftirada yalandan əlavə, böhtan, əziyyət, zülm, şəxsiyyətin alçaldılması da var. Allaha qarşı iftira, Onun adından yalan danışmaq orucu batil edir.
    İmam Baqir (ə) buyurmuşdur: "Yalan şərabxorluqdan pisdir. İftira isə yalandan da ağırdır.”
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 736 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024