İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Nöqtələr
    Ötən ayə çəkişmələr zamanı Allah və peyğəmbərə müraciət edilməsini tapşırır. Bu ayədə isə mübahisələrin həlli üçün tağuta (zalım hakimlərə) müraciət edənlər tənqid olunur.
    Bir münafiq müsəlmanla yəhudi arasında mübahisə düşdü. Məsələ mühakimə ilə həll ediləsi oldu. Yəhudi şəxs əmanətdarlıq və ədalətinə görə İslam peyğəmbərinin hakimliyini qəbul etdi. Amma münafiq müsəlman dedi: "Mən yəhudi başçılarından olan Kəb ibn Əşrəfin hakimliyinə razıyam.” Çünki bu müsəlman hədiyyələrlə Kəbi özünə tərəf çəkəcəyini bilirdi. Ayə nazil oldu və həmin şəxs məzəmmət edildi.
    İmam Sadiqin (ə) təbirincə, tağut haqq əsasında hökm etməyən, Allah əmrinə qarşı çıxan və göstərişinə itaət olunan şəxsdir.("Təfsire-nümunə”. )
    Bildirişlər
    1. Tağutu rədd etməyən iman iman yox, onun xəyalıdır.
    2. Dinlərin müştərək hədəfləri və mahiyyəti vardır. Bütün peyğəmbərlərin göstərişlərinə iman zəruridir.
    3. Tağutla saziş haramdır.
    4. Əvvəlcə haqq yolu göstərin, sonra batil yolu inkar edin.
    5. Hətta tağuta müraciət etmək fikri belə məzəmmət olunmuşdur.
    6. Şeytanın müvəffəqiyyət səbəbi xalqın tağuta itaət etməsidir.
    7. Münafiq, tağut və şeytan eyni cərgədədir və peyğəmbərlərə qarşıdır.
    8. Bütün səmavi dinlər tağutun inkarını əmr etmiş və belə məhkəmələrə müraciəti haram saymışdır.
    9. Daxili ixtilafların həlli üçün biganələrə müraciət etmək şeytanın istəyidir, həm də qadağandır.
    10. Münafiqlər şeytanın iradəsinə tabedirlər. Tağutlar şeytanın tələləri və alətləridir.
    11. Tağuta müraciətin nəticəsi dəhşətli bir uçuruma yuvarlanmaqdır.
    61. وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًا
    "Onlara "(mühakimə üçün) Allahın nazil etdiyinə və peyğəmbərə doğru gəlin” deyildikdə, görərsən ki, bu münafiqlər sənin dəvətinin qəbulundan şiddətlə üz döndərirlər.”
    Bildirişlər
    1. Münafiqlər Allahın qanunlarına və peyğəmbər göstərişlərinə təslim olmasalar da, biz onları dəvət etməliyik.
    2. Peyğəmbərlərin dəvətinin qəbulunda inkişaf və üstünlük var.
    3. Kitab və sünnə həmahəngdir. Xalqın iki zidd şeyə müraciət etməsi hikmətdən uzaqdır.
    4. Tağuta müraciət və biganələrdən mühakimə istənilməsi münafiqlik xisləti və ruhiyyəsidir. Bu ruhiyyədə olanlar səmavi rəhbərlə müxalif olur və haqq yoldan üz döndərirlər.
    5. Münafiq özü arxa çevirməklə kifayətlənmir, başqalarına da bu yolda mane olur.
    6. Münafiqlərin iç üzünü açan isə ilahi rəhbərlə müxalifətçilikləridir.
    7. Xalqın qəlb imanı münafiqləri bir o qədər də narahat etmir. Onları narahat edən xalqın ilahi rəhbər ətrafında toplaşmasıdır.
    62. فَكَيْفَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآؤُوكَ يَحْلِفُونَ بِاللّهِ إِنْ أَرَدْنَا إِلاَّ إِحْسَانًا وَتَوْفِيقًا
    "Əvvəllər gördüyü işlərə görə onlara bir müsibət və çətinlik üz verdikdə sənin sorağına gəlir və Allaha and içirlər ki, hədəfləri yaxşılıq və razılıqdan başqa bir şey olmayıb.”
    Nöqtələr
    Münafiqlər tağutlara müraciətlərinə belə don geydirirdilər ki, mühakimədə tərəflərdən biri hakimdən narazı qalır və onlar kimisə peyğəmbərdən narazı salmamaq üçün və peyğəmbərin mövqeyini və şəxsiyyətini qorumaq məqsədi ilə zalım hakimlərə üz tutmuşlar.
    Bildirişlər
    1. Təhlükə amili insanın öz işləri olur.
    2. İkiüzlü və münafiq müsəlmanlar çətinliyə düşdükləri vaxt ilahi rəhbərin ətəyindən yapışırlar.
    3. Zalım hakimlərə (tağuta) müraciətin müsibətləri var. Peyğəmbərlərin yoluna dönüş labüddür.
    4. Münafiqlər öz xilaf işlərinə don geyindirirlər.
    5. Münafiq öz məqsədlərini pərdələmək üçün Allaha and içir.
    6. Bəzən çirkin insanlar müqəddəs sözləri vasitəyə çevirirlər.
    63. أُولَـئِكَ الَّذِينَ يَعْلَمُ اللّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلاً بَلِيغًا
    "Onlar qəlblərindəkini Allah bilən kəslərdir. Onlardan üz döndər (keç), onlara öyüd ver və onlarla qəlblərinə yatan yetərli söhbətlər et.”
    Bildirişlər
    1. Münafiqlərin səyləri hədərdir. Çünki Allah həm onların niyyətlərindən xəbərdardır, həm də vaxtında onları ifşa edir.
    2. Münafiqlər səmimi üzr istəmirlər. Əgər üzrləri həqiqi olsaydı, onlardan üz döndərmək əmri verilməzdi.
    3. Rəhbər münafiqlərlə etiraz və moizə üslubunda danışmalıdır.
    4. Moizədə münafiqlərə aşkar şəkildə onların aqibətləri ilə bağlı xəbərdarlıq olunmalıdır.
    64. وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ لِيُطَاعَ بِإِذْنِ اللّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا
    "Biz bütün peyğəmbərləri yalnız Allahın izni ilə itaət üçün göndərdik. Onlar özlərinə zülm etdikləri vaxt sənin yanına gəlsəydilər və Allahdan bağışlanmaq diləsəydilər, peyğəmbər də onlar üçün bağışlanma istəsəydi, şübhəsiz, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərdilər.”
    Nöqtələr
    Xalqın imanlı, azdırmaq fikrində olanları peşman qoyan, tövbə əhli olması, rəhbərin səmavi, mehriban olması sağlam cəmiyyət və müdiriyyətin səciyyələridir.
    Peyğəmbərin möminlər haqqında duası qəbul olduğu kimi, xeyir əməl sahibləri və mələklərin də onlar haqqında duaları təsirlidir. Bir ayədə mələklərin xalq üçün, digər bir ayədə isə möminlər üçün bağışlanma istəyi bəyan olunur.(Bax: "Şura”, 5; Qafir”, 7. )
    Bildirişlər
    1. Peyğəmbərləri göndərməkdə məqsəd xalqın onlara itaətlə doğru yolu tutmasına nail olmasıdır.
    2. İtaət Allaha məxsusdur. Hətta peyğəmbərlərə belə, Allahın izni ilə itaət olunmalıdır. Əks-təqdirdə bu, şirkdir.
    3. Rəhbərə itaətsizliyin tövbəsi ona müti olmaqdır.
    4. Peyğəmbərlərə arxa çevirib tağuta üz tutmaq insanın öz insanlıq məqamına zülmüdür. (Bu ayənin əvvəlki ayələrlə bağlılığına diqqət edin.)
    5. İstər mömin olsun, istərsə də günahkar, bütün xalqın Allahın rəsulu ilə bağlılığı möhkəm olmalıdır. Mömin feyz əldə etmək, günahkar isə şəfaətə çatmaq üçün peyğəmbərlə bağlılığını möhkəmləndirməlidir.
    6. Dönüş və tövbə yolu xatakarlar üçün, hətta münafiqlər üçün də açıqdır. (Münafiqlərə aid olan əvvəlki ayələrə görə.)
    7. Səmavi rəhbərlərin ziyarəti, onların vasitəsi ilə təvəssül və yardım istəyi Quranın təsdiqlədiyi həqiqətlərdəndir.
    8. Peyğəmbər günahları bağışlamır, sadəcə, ilahi əfv üçün vasitə olur.
    9. Xatakar əvvəlcə peşman olmalı, haqqa üz tutmalı, sonra Allahla rabitəni möhkəmləndirmək üçün risalət məqamından kömək almalıdır.
    10. Günahkarlar məyus olmamalıdırlar. Qayıdış, tövbə, övliyaların ziyarəti ruhi dirçəliş vasitələridir.
    11. Həzrət Peyğəmbərin (s) ziyarəti, büdrəmələrin etirafı və tövbə insanın günahlarının yuyulmasında böyük rol oynayır.
    12. Əgər xatakarı bağışladınızsa, ona məhəbbət də göstərin.
    13. Günah insanla ilahi rəhmət arasında bir hicabdır. Hicab aradan götürülən kimi ilahi mərhəmət əldə olunur.
    14. İlahi övliyaların hüzurunda günahların etirafı və tövbə ilahi əfv üçün bir vasitə, zəmindir.
    65. فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا
    "Xeyr! And olsun Rəbbinə, nə qədər ki, öz mübahisələrində səni hakim seçməyirlər, qəlblərində sənin mühakimənlə bağlı narahatlıqları var, (sənin mühakimən qarşısında) tam təslim deyildirlər, (həqiqi) iman gətirməmişlər.”
    Nöqtələr
    Mühacirlərdən olan Zübeyr ibn Əvvamla ənsardan olan bir şəxs arasında xurma bağlarını suvarmaq üstündə mübahisə düşdü. Peyğəmbər (s) belə bir mühakimə yürütdü ki, bağın üst hissəsi Zübeyrin olduğundan əvvəlcə bağı o suvarmalıdır. Ənsardan olan şəxs peyğəmbərin mühakiməsindən narahat oldu və dedi: "Zübeyr sənin əmioğlun olduğu üçün onun xeyrinə mühakimə yürütdün!” Peyğəmbərin rəngi dəyişdi və bu ayə nazil oldu. Təəccüblüdür, özləri Allahın rəsulunu mühakimə üçün seçdikləri halda boyun qaçırırlar!
    İmam Sadiq (ə) buyurmuşdur: "Namaz, həcc və zəkat əmrlərini yerinə yetirib peyğəmbərin işlərinə sui-zənlə yanaşanlar əslində mömin deyildirlər.” Sonra imam bu ayəni tilavət etdi.("Təfsire-Nurus-səqəleyn” ; "Kafi”, c. 1, səh. 390.)
    Bildirişlər
    1. Üç iş həqiqi iman nişanəsidir:
    a) Mühakimə üçün tağuta, zalım hakimə yox, peyğəmbərə müraciət edilməsi.
    b) Peyğəmbərin mühakiməsi haqqında sui-zən edilməməsi.
    v) Peyğəmbərin hökmünü ürəkdən qəbul etmək və təslim olmaq.
    2. İslam zahirən təslim olmaqdan əlavə, ruhi hala, qəlb təslimçiliyinə kamil diqqət yetirir.
    3. Mühakimə risalət və vilayət şənindəndir.
    4. Peyğəmbərin mühakiməsinə təslim olmağın vacibliyi həzrətin ismət, paklıq nişanıdır.
    66. وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُواْ أَنفُسَكُمْ أَوِ اخْرُجُواْ مِن دِيَارِكُم مَّا فَعَلُوهُ إِلاَّ قَلِيلٌ مِّنْهُمْ وَلَوْ أَنَّهُمْ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًا
    "Əgər onlara hökm etsəydik ki, ölümə getsinlər (Bizim əmrimizlə bir-birlərini öldürsünlər), evlərindən və məmləkətlərindən çıxsınlar, kiçik bir hissəsi istisna olmaqla bu göstərişi yerinə yetirməzdilər. Əgər onlar öyüd verilən şeyə əməl etsəydilər, onlar üçün üstün və möhkəmlikdə təsirli olardı.”
    Nöqtələr
    Bu ayədə əvvəlki ümmətlər üçün müəyyənləşmiş çətin vəzifələrə işarə olunur. Məsələn, Allah buzovpərəstliyin cəzası olaraq Bəni-İsrailə bir-birlərini öldürmək əmri verdi. Bütpərəstlik kimi böyük bir günahı yumaq üçün bir-birlərini öldürmək və məmləkətdən çıxmaq kimi ağır cəza zəruri idi.
    Bildirişlər
    1. Möminlər özlərini düzgün dəyərləndirməlidirlər. Bilməlidirlər ki, əgər çətin bir göstəriş verilsə, bunu necə qarşılayacaqlar.
    2. İmtahan zamanı çox az insan vəzifənin öhdəsindən gəlir və iddiasını sübuta yetirir.
    3. Tağutun küfrü və peyğəmbərə müraciət göstərişi, peyğəmbərin mühakimələrinə təslim olmağın zəruriliyi ilahi moizə və xeyirxahlıqdır.
    4. Xeyir və səadət əməldən asılıdır.
    5. İlahi hökmlər Allahın moizələridir.
    6. Allah yolunda qədəm götürdükcə addımlarımızın möhkəmliyi və imanımız artır.
    7. Əməl insanın ruhuna təsir göstərir. Hökmlərə əməl edilməsi imanın möhkəmlənməsi səbəbidir.
    8. İlahi təklif zahirdə ağır gəlsə də, insanın xeyrinədir.
    67. وَإِذاً لَّآتَيْنَاهُم مِّن لَّدُنَّـا أَجْراً عَظِيمًا
    "Bu surətdə, şübhəsiz, Biz Öz tərəfimizdən onlara böyük mükafat verərdik.”
    68. وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُّسْتَقِيمًا
    "Hökmən onları doğru yola hidayət edərdik.”
    Bildirişlər
    1. Xeyir, sabitqədəmlik, böyük mükafat, doğru yola çıxmaq moizə və insanın səyi sayəsində mümkün olur.
    2. Xeyir yolda qədəm götürmək daha uca və daha çox xeyirə çatmaq səbəbidir.
    69. وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاء وَالصَّالِحِينَ وَحَسُنَ أُولَـئِكَ رَفِيقًا
    "Hər kəs Allaha və peyğəmbərə itaət etsə, belələri (qiyamətdə) Allahın nemət verdiyi kəslərlə həmdəm olarlar. Peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər kimiləri ilə! Bunlar necə də yaxşı həmdəmlərdir!”
    70. ذَلِكَ الْفَضْلُ مِنَ اللّهِ وَكَفَى بِاللّهِ عَلِيمًا
    "Bütün bu fəzllər Allah tərəfindəndir. Agahlıq üçün Allah bəs edər.”
    Nöqtələr
    "Həmd” surəsində "doğru yol” ifadəsi ilə yanaşı "nemət verilmişlər” ifadəsi zikr olunmuşdur. Bu yanaşılıqla ikinci dəfə 68-69-cu ayələrdə rastlaşırıq. Belə görünür ki, peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdən savay doğru yolla gedən yoxdur. Doğru yol qəti şəkildə bu dörd zümrədən birinə aiddir.
    Rəvayətlərdə siddiqlər kimi məsum imamlar və həzrət Fatimə (ə) təqdim olunur. Şəhidlər dedikdə ya cihad meydanında öldürülənlər, ya da qiyamətdə əməllərə şahid olanlar nəzərdə tutulur.
    Peyğəmbərlərlə yoldaşlıq dünya həyatında hamıya müyəssər olmur. Demək, ayədə axirət yoldaşlığı nəzərdə tutulmuşdur.
    Bildirişlər
    1. Peyğəmbərlər və şəhidlərin yolu, yaxşı insanlarla yoldaşlıq yalnız Allah və Onun rəsulunun göstərişlərinə itaət sayəsində əldə olunur.
    2. Yaxşı yoldaş peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdir. Dünya dostlarını da bu meyarlarla seçmək lazımdır.
    3. Peyğəmbərə itaət Allaha itaətdir. Demək, peyğəmbərə itaətin tövhid əqidəsi ilə ziddiyyəti yoxdur.
    4. Peyğəmbərə itaətin mükafatı bütün peyğəmbərlərlə yoldaşlıqdır. Çünki bütün peyğəmbərlər eyni bir nurdurlar və bir hədəfə malikdirlər. Bir peyğəmbərə itaət bütün peyğəmbərlərin yolunu getməkdir.
    5. Allahın hər şeydən xəbərdar olması vəzifənin yerinə yetirilməsində ən təsirli təşviqdir.
    6. Peyğəmbərlik məqamı siddiqlərin, şəhidlərin və salehlərin məqamından ucadır. (Çünki peyğəmbərlər o biri zümrələrdən öndə zikr olunmuşlar.)
    71. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ خُذُواْ حِذْرَكُمْ فَانفِرُواْ ثُبَاتٍ أَوِ انفِرُواْ جَمِيعًا
    "Ey iman gətirənlər! (Düşmən qarşısında ayıq olun və hazırlıq əlaməti olaraq) silahınızı götürün. Ayrı-ayrı, nizamsız dəstələr şəklində və ya birlikdə düşmənə doğru hərəkət edin.”
    Nöqtələr
    Əvvəlki ayədə Allaha itaət, məsumun rəhbərliyi, peyğəmbərin hakimiyyəti, bu ayədə isə İslam ümməti və haqq rəhbərliyin ayıqlığı və hərbi hazırlığının zəruriliyi bəyan olundu.
    Ayədəki "hizr” sözü ayıqlıq, hazırlıq, müdafiə vasitəsi mənasını bildirir. Dağınıq dəstələr (düşməni çaşdıran partizan dəstələri) ayədə "subat” adlandırılmışdır.
    Müsəlmanlar öz ölkələrinin sərhədlərini hifz etməlidirlər. Bu ayəyə əməl edilməsi izzət rəmzi, ayədən qəflətdə qalmaq isə süqut və müsəlmanların məğlubiyyət nişanəsidir.
    Bildirişlər
    1. Müsəlmanlar bütün hallarda hazır və ayıq olmalıdırlar. Müsəlmanlar düşmənin planlarından, canlı qüvvəsindən, döyüş texnikasından, psixoloji hazırlığından, daxili və xarici əlaqələrindən agah olmalı və bu məlumatlara münasib planlar cızıb əməl etməlidirlər.
    2. Hərbi hazırlıq iman sayəsində dəyərli olur.
    3. Müsəlmanlar səfərbər olmalıdırlar.
    4. Düşmənə qarşı müxtəlif taktikalardan istifadə olunmalıdır.
    5. Səfərbərlik və mübarizə üsulunu özünüz seçin.
    72. وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُم مُّصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللّهُ عَلَيَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًا
    "Həqiqətən, sizdən bəziləri həm özləri süst olur, həm də mücahidlərin süstlüyünə səbəb olurlar. Sizə bir çətinlik üz verəndə deyirsiniz: "Allah mənə minnət qoyub ki, onlarla birlikdə (cəbhədə) olmadım, (ya da onlarla birgə şəhadətə çatmadım.)”
    Nöqtələr
    Əvvəlki ayədə xarici düşmənlərin təhlükəsi bəyan olundu. Bu ayədə isə daxili düşmənlər, nüfuz amilləri və münafiqlər haqqında danışılır.
    Ayədəki "yubəttiənnə” sözü "bət” kökündən olub süstlük mənasını bildirir. Dilçilər bu sözün həm süst hərəkət, həm də süst hərəkətə çağırış mənasını verdiyini qeyd edirlər.
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 714 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024