İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    "HƏMD” SURƏSİ
    (Ayələrin sayı 7)
    BİRİNCİ CÜZ
    "Həmd” surəsinin siması
    Digər bir adı "Fatihətul-kitab” olan "Həmd” surəsinin yeddi ayəsi var. (Səma qatlarının, həftənin günlərinin, Kəbə ətrafında təvaf dövrlərinin, Səfa və Mərvə arasındakı səylərin, şeytana atılan daşların da sayı yeddidir.) Hər bir müsəlmana vacibdir ki, gündəlik (yövmiyyə) namazlarında ən azı on dəfə bu surəni oxusun. Əks təqdirdə, namaz batildir. Hədisdə buyurulur: "Fatihətul-kitabsız namaz yoxdur.”(Müstədrək”, c. 4, h. 4365. )
    Cabir ibn Abdullah Ənsarinin həzrət Peyğəmbərdən (s) rəvayətinə görə, bu surə Quranın ən dəyərli surələrindəndir. İbn Abbasın nəql etdiyinə görə "Həmd” surəsi Quranın əsasıdır. Bir hədisdə isə belə nəql olunur: "Əgər bu surəni ölüyə yetmiş dəfə oxusanız və o dirilsə, təəccüb etməyin.”("Bihar”, c. 92, s. 257)
    Surənin "Fatihətul-kitab” adlandırılmasından məlum olur ki, Quranın bütün ayələri Allah rəsulunun zamanında toplanılmış və kitab şəklinə gətirilmişdir. Onun əmri ilə "Həmd” surəsi ilahi kitabın başlanğıcında yerləşdirilmişdir.
    "Səqəleyn” hədisində oxuyuruq ki, Peyğəmbər (s) buyurdu: "Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytim.”("Bihar”, c. 2, s. 100. ) İlahi ayələrin peyğəmbər zamanında Allahın kitabı şəklində toplanması və bu adla müsəlmanlar arasında tanınması yuxarıdakı hədisdən də görünür.
    Mübarək "Fatihə” surəsinin ayələrində Allah və Onun sifətlərinə, məad məsələsinə, doğru yolun və bu yolda rəhbərin tanınması Allahın hakimiyyətinin və səltənətinin qəbulu mövzularına işarə olunur. Eləcə də, ilahi övliyaların yolunun davamına məhəbbət və azğınların, qəzəbə düçar olmuşların yolundan imtina izhar olunur.
    Quran kimi "Həmd” surəsi də şəfa səbəbidir. Bu surə həm cismani, həm də ruhani xəstəliklərin məlhəmidir. (Əllamə Əmini "Fatihətul-kitab” təfsirində bu barədə xeyli rəvayət nəql etmişdir.)
    Həmd surəsinin tərbiyəvi dərsləri
    Həmd surəsinin təfsirindən qabaq, ona aid dərs mövzularını müəyyənləşdirib, növbəti söhbətlərimizdə həmin mövzuları şərh edəcəyik:
    1. İnsan "həmd” surəsinin tilavətində "Bismillah” deməklə Allahdan başqalarından ümidini kəsir.
    2. "Rəbbil aləmin” və "Maliki yəvmiddin” deməklə hiss edir ki, o yaranmışdır, maliki var. Beləcə, eqoistlik və qüruru kənara qoyur.
    3. İnsan "Aləmin” sözünü deməklə özü ilə varlıq aləmi arasında rabitə yaradır.
    4. "Ər-Rəhmanir-Rəhim” deməklə insan özünü Allahın lütf kölgəsində bilir.
    5. "Maliki yəvmiddin” deməklə qəflət və diqqətsizliyi öz gələcəyindən silib atmış olur.
    6. "İyyakə nəbudu” deməklə riyakarlıq və şöhrətpərəstlik aradan götürülür.
    7. "İyyakə nəstəin” deməklə fövqəl-qüdrətlərdən qorxuya son qoyulur.
    8. "Ənəmtə” deyən insan anlayır ki, nemətlər Allahın əlindədir.
    9. "İhdina” deməklə haqq və doğru yol istənilir.
    10. "Siratəlləzinə ənəmtə ələyhim” deməklə insan haqq yolda olanlara bağlılığını elan edir.
    11. "Ğəyril məğzubi ələyhim vələzzallin” deməklə batil və batil əhlindən uzaqlıq bildirilir.
    1. بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ
    "Rəhman və Rəhim Allahın adı ilə”
    Nöqtələr
    Dünya xalqları arasında belə bir adət var ki, mühüm və dəyərli işlərə möhtərəm və sevimli böyüklərin adı ilə başlanılsın. Belə bir başlanğıc işin gözəllik, bərəkət, müvəffəqiyyətlə başa çatması səbəbi sayılır. Belələri istər doğru, istərsə də çaşqın etiqadlarına əməl edirlər. Kimi yardım üçün bütlərə və zalım hakimlərə, kimi də Allaha və Onun övliyalarına əl uzadırlar. Yada salaq ki, Xəndək döyüşündə yerə ilk külüncü həzrət peyğəmbər vurdu.("Bihar”, c. 20, s. 218. )
    İlahi kitabın müqəddiməsi "Bismillahir-rəhmanir-rəhim”dir. "Bismillah” təkcə Quranın yox, bütün ilahi kitabların başlanğıcında olmuşdur. Bütün peyğəmbərlər öz işlərinə "Bismillah”la başlamışlar. Həzrət Nuhun gəmisi tufan zamanı dəli dalğalar arasına düşdüyü vaxt Nuh öz yoldaşlarına dedi: "Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir.”(Bax: "Hud”, 41. ) Həzrət Süleyman Səba mələkəsini (qadın hakim) imana çağırdığı vaxt öz dəvətnaməsini "bismillahir-rəhmanir-rəhim”lə başladı.(Bax: "Nəml”, 30. )
    Həzrət Əli (ə) buyurmuşdur: "Bismillah” işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir.” Həzrət "bismillah” yazan bir kişiyə deyir: "Onu gözəl yaz.”(Kənzül-ümmal”, h. 29558. )
    Bütün işlərdən qabaq "bismillah” demək tapşırılmışdır. Yeməkdən və yatmazdan, yazmaqdan və oxumağa başlamazdan, süvar olmazdan və yola çıxmazdan qabaq "bismillah” demək tövsiyə edilir. Hətta "bismillah” deyilmədən kəsilən heyvanın əti haram sayılır. Belə görünür ki, təkallahçı insanların yeməyi də ilahi rəngdə olmalıdır.
    Hədisdə oxuyuruq: "Hətta bir beyt şer yazarkən də "bismillah”ı unutma. Uşağa ilk dəfə "bismillah” öyrədən şəxsin mükafatı haqqında rəvayət nəql olunmuşdur("Təfsiri-bürhan”, c. 1, s. 43. )
    Sual: Nə üçün bütün işlərdən qabaq "bismillah” demək tapşırılmışdır?
    Cavab: "Bismillah” müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır. Hər hansı bir müəssisənin istehsal etdiyi bir məhsulun öz nişanı olduğu kimi, müsəlmanlığın da əlaməti var. Bu nişan həm cüzi, həm də külli ola bilər. Məsələn, bir müəssisə istehsal etdiyi bütün qablara böyük-kiçikliyindən asılı olmayaraq nişan vura bilər. Dövlət idarələrinin üstünə sancılmış, dövlət məmurlarının stolu üstünə qoyulmuş, dövlətə aid gəmilərin uca bir nöqtəsində dalğalanan bayraqları da misal göstərmək olar.
    Sual: "Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?
    Cavab: Başqa fiqh rəhbərlərindən yüz il qabaq fəaliyyətə başlamış, Allah yolunda şəhadətə çatmış, Quranda paklığı yad edilmiş peyğəmbər Əhli-beytinin (ə) etiqadına görə, "bismillahir-rəhmanir-rəhim” ayəsi Qurana daxil olan müstəqil bir ayədir. Fəxr Razi öz təfsirində "bismillah”ın surə tərkibi olmasına on altı dəlil gətirir. Alusi də belə bir etiqaddadır. Əhmədin "Müsnəd”ində də "bismillah” surə tərkibi sayılmışdır.("Müsnəd”, c. 3, s. 177; c. 4, s. 85.)"Bismillah”ı surədən saymayan və ya onu namazda tərk edənlər etirazla qarşılanmışlar. Hakimin "Mustədrək”ində deyilir: "Bir gün Müaviyə namazda "bismillah” demədi. Xalq ona etiraz edərək dedi: "Ayəni oğurladın, yoxsa yaddan çıxardın?”(Müstədrək”, c. 3, s. 233. )
    Məsum imamlar israr etmişlər ki, namazda "bismillah” ucadan deyilsin. İmam Baqir (ə) namazda "bismillah” deməyənlər haqqında buyurmuşdur: "Quranın ən üstün ayəsini oğurladılar.”("Bihar”, c. 85, s.20. )Beyhəqinin "Sünən”ində bir hədisdə belə deyilir: "Nə üçün bəziləri "bismillah”ı surədən saymırlar?("Sünəne-Beyhəqi”, c. 2, s. 50.)
    Şəhid Mütəhhəri həmd surəsinin təfsirində İbn Abbası, Asimi, Kəsayini, İbn Öməri, İbn Zübeyri, Ətaini, Tavusu, Fəxr Razini, Süyutini "bismillah”ı surədən sayanlar kimi tanıtdırır.
    "Təfsiri-Qurtəbi”də imam Sadiqdən (ə) belə nəql olunur: "Bismillah” surələrin tacıdır.” Yalnız "Bəraət” ("Tövbə”) surəsinin başlanğıcında "bismillah” gəlməmişdir. Həzrət Əlinin (ə) buyruğuna əsasən, bunun səbəbi kafirlərdən və müşriklərdən üz döndərməyi əmr edən "Bəraət” surəsi ilə mərhəmət dolu "bismillah” kəlməsinin uyğun gəlməməsidir.("Təfsiri-Məcməul-bəyan”; "Təfsiri-Fəxr Razi”. )
    "Bismillah”ın siması:
    1. "Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Riza (ə) buyurmuşdur: "Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.”("Təfsiri-Nurus-səqəleyn”. )
    2. "Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. "Allah” adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir. İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur("İsbatul-huda”, c. 7, s. 482. ).
    3. "Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.(Bax: "Qəsəs”, 88. )
    4. "Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.
    5. "Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.
    6. "Bismillah” bəndəlik yolunda ilk addımdır.
    7. "Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.
    8. "Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.
    9. "Bismillah” Allahın zikridir. Yəni "bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.
    10. "Bismillah” insanın məqsədini açıqlayır. İnsan "bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!
    11. İmam Riza (ə) buyurmuşdur: "Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.”("Təfsiri-Rahnüma”. )
    Bildirişlər
    1. Surənin başlanğıcında "bismillahir-rəhmanir-rəhimin” kəlməsi surədəki mətləblərin haqq və mərhəmət sahibi tərəfindən nazil olmasının rəmzidir.
    2. Kitabın "bismillahir-rəhmanir-rəhimlə” başlaması bildirir ki, hidayət, doğru yol yalnız Allaha üz tutmaqla gerçəkləşir.
    3. Allah öz bəndələri, bəndələr isə öz məbudları ilə sözə "bismillah”la başlayırlar.
    4. Allahın mərhəməti də Onun zatı kimi əbədi və həmişəlikdir.
    5. Allahın mərhəmətinin müxtəlif formalarda bəyanı onun israrı nişanəsidir.
    6. İlahi kitabın "Rəhman və Rəhim” kəlmələri ilə açılması Quranın ilahi mərhəmət cilvəsinə işarə ola bilər. Necə ki, yaranışın özü və peyğəmbərin göndərilməsi (besət) Allahın lütf və mərhəmət cilvəsidir.
    2. اَلْـحَمْدُ لِلّهِ رَبِّ الْعالَمينَ
    "Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur.”
    "Bir şeyin həm sahibi, həm də tərbiyəçisi olan varlıq "Rəbb” adlanır. Varlıq aləminin həqiqi sahibi isə Allahdır. O bu aləmi yaratmış və həmin bu aləmlə bağlı tədbirlərini davam etdirməkdədir. Demək, bütün varlıq aləmi təkamül yolundadır. O, Allahın müəyyənləşdirdiyi yola hidayət olunur, istiqamətləndirilir.
    "Həmd” surəsindən əlavə daha dörd surə ("Ənam”, "Kəhf”, "Səba”, "Fatir”) "əlhəmdulillah” cümləsi ilə başlayır. Amma yalnız "həmd” surəsində "əlhəmdulillah" kəlməsindən sonra "rəbbil aləmin” ifadəsi işlədilmişdir.
    "Həmd” dedikdə mədh və şükür nəzərdə tutulur. İnsan kamillik və gözəllik qarşısında sitayiş edir, başqalarının xidmət və ehsanına görə təşəkkürünü bildirir. Allah-təala öz kamal və camalı, ehsan və nemətləri ilə sitayiş və şükrə daha layiqdir.
    "Əlhəmdulillah” Allaha ən üstün təşəkkür formasıdır. İstənilən bir yerdə, istənilən bir dildə, istənilən şəkildə kamillik və gözəlliyə sitayiş edən insan əslində həmin kamillik və gözəlliyin mənbəsinə sitayiş edir. Əlbəttə, Allahın əmri ilə, Allah yolunda Onun məxluquna təşəkkür Allaha təşəkkürə zidd deyildir.
    Allah bütün yaranmışların inkişaf və tərbiyə yolunu müəyyənləşdirmişdir: "Rəbbimiz hər şeyə vücud neməti vermiş və sonra kamal yoluna hidayət etmişdir.”("Taha”, 50) O, bal arısına hansı otlardan şirə çəkməyi, qarışqaya qış üçün azuqə toplamağı öyrətmişdir. İnsan orqanizmi ehtiyac duyduğu qanı yaratmaq istedadına malikdir. Belə bir Allah, əlbəttə ki, həmd-sənaya layiqdir.
    Allah bütün yaranmışların xaliqidir: "O hər şeyin Rəbbidir.”("Ən`am”, 164. ) Göylərdə, yerdə, göylə yer arasında olanların xaliqi Odur: Göylərin, yerin və onların arasında olanların xaliqi Odur.”("Şuəra”, 24.) Həzrət Əli (ə) buyurur: "O, cansızların və canlıların Rəbbidir.” Başqa bir yerdə oxuyuruq: "Yaradan da, idarə edən də odur. O hər şeyin Rəbbidir.”
    "Aləmin” dedikdə yalnız insanlar nəzərdə tutula bilər. Necə ki, Lutun qövmü həzrət Luta dedi(Hicr, 70.): "Məgər biz sənə xalqla (aləmlə) görüşü qadağan etməmişikmi?” Amma "aləmin” dedikdə bütün varlıq aləmi də nəzərdə tutula bilər. "Aləm” yaranmışlar mənasında, "aləmin” bütün yaranmışlar mənasında işlədilmişdir. Ayədən belə anlaşılır ki, bütün varlıq aləminin bir yaradıcısı var. Cahiliyyət dövründə və bəzi millətlərdə hər bir hadisənin öz Allahının olması etiqadı batil inancdır.
    Bildirişlər
    1. Bütün sitayişlər Onun üçündür. ("Əlhəmdulillah”)
    2. Allah varlığın tərbiyə və inkişafında məcburiyyətə əl atmır. Ona görə də həmd məcburi olmayan işlər üçündür.
    3. Bütün varlıq və ondakı tədbirlər gözəldir. Ona görə də həmd gözəllik və yaxşılıq üçündür.
    4. Bizim sitayiş dəlilimiz Onun Rəbb olmasıdır. ("əlhəmdulillahi rəbbil-aləmin”)
    5. Allahın Öz məxluqları ilə rabitəsi daimi və sıx rabitədir. (Rəssam və memar öz işini görüb gedir. Mürəbbi isə daim nəzarət etməlidir.)
    6. Bütün varlıq aləmi bir Allahın tərbiyəsi altındadır. ("Rəbbul-aləmin”)
    7. Bütün mövcudlarda inkişaf və tərbiyə istedadı vardır.
    8. Allah insanları peyğəmbərlərin göstərişləri ilə (təşrii tərbiyə), digər canlı və cansız aləmi isə bilavasitə (təkvini tərbiyə) tərbiyə edir.
    9. Möminlər Quranın başlanğıcında Allah dərgahına üz tutaraq deyirlər: "Əlhəmdu lillahi rəbbil-aləmin.” İşin sonunda behiştdə isə bu şüarı verirlər: "Həmd olsun aləmlərin rəbbi olan Allaha.”("Yunus”, 10. )
    3. الرَّحْـمنِ الرَّحـيمِ
    "Bağışlayan və mehribandır.”
    Nöqtələr
    "Rəhman” sözü rəhmət və onun genişliyinin mübaliğəli, şiddətli ifadəsidir. Quranda "Rəhman” və "Rəhim” kimi iki sifətin işlədilməsindən aydın olur ki, Allah bütün məxluqata qarşı rəhman, insana və vəzifəli mövcudlara qarşı isə rəhimdir.
    Allah rəhməti özü üçün vacib saymışdır: "Rəbbiniz Özü Özünə rəhimli olmağı yazmışdır."("Ən`am”, 54. ) Allahın rəhməti, hər şeyi əhatə edir: "Mərhəməti hər şeyi əhatə etmişdir.”("Ə`raf”, 156. ) Allahın peyğəmbəri də, kitabı da Onun rəhmətindəndir." Səni də (Ya Məhəmməd) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.("Ənbiya”, 107. )Allahın xəlq etməsi və tərbiyəsi Onun rəhmətinə əsaslanır. Onun cəzası da lütf üzündəndir. Günahların bağışlanması, bəndələrin tövbəsinin qəbul edilməsi, onların eyblərinin örtülməsi, günahları aradan qaldırmaq üçün fürsət verilməsi Allahın rəhmət və mehribanlıq təzahürləridir.
    Bildirişlər
    1.İlahi tədbir və tərbiyə məhəbbət və rəhmətlə müşayiət olunur. ("Rəbb” sözü ilə yanaşı "Rəhman” sözü işlədilir) "Rəbbul” aləmin, ər-rəhmanir-rəhim”
    2. Doğrudan da, təlim rəhm və mehribanlığa ehtiyaclıdır: "Rəhman (rəhimli olan) Quranı öyrətdi.”("Ər-rəhman”, 1, 2. ) Tərbiyə və təzkiyə (paklama) da rəhm və mehribanlığa əsaslanmalıdır.
    3. Allahın rəhmaniyyəti ona sitayiş dəlilidir.
    4. مالِكِ يَوْمِ الدِّينِ
    "Cəza gününün malikidir.”
    Nöqtələr
    Allahın malikliyi həqiqidir. Bu malikliyin əhatəsi və səltənəti var. Etibari malikiyyətdə isə gerçək səltənət yoxdur və malikin səltənəti məhduddur.
    Allah hər şeyə hər zaman həqiqi malik olsa da, Onun malikiyyəti qiyamətdə başqa bir cilvə alır.
    –Həmin gün bütün vasitələr və səbəblər gücdən düşür.("Bəqərə”, 166. )
    –Bütün yaxınlıq və qohumluq əlaqələri qırılır.("Mo`minun”, 101)
    –Var-dövlətdən, övladlardan səmərə olmur.("Şuəra, 88. )
    –Ən yaxın adamlar da faydasız olur.("Mumtəhinə”, 3.  )
    –Dil üzr istəyə bilmir, düşüncə tədbir tökməkdə aciz olur. Yeganə çıxış yolu həmin gün ixtiyar sahibi olan Allahın lütfüdür.
    "Din” sözü müxtəlif mənalarda işlədilmişdir:
    a) Səmavi qanunlar məcmusu("Ali-İmran”, 19.  )
    b) Əməl və itaət("Zümər”, 3.  )
    v) Hesab və cəza("Həmd”.  )
    "Yəvmud-din” sözü Quranda mükafat və cəza günü olan qiyamət gününə işarədir. Quranda oxuyuruq: "Soruşarlar ki, qiyamət günü nə vaxtdır?”("Zariat”, 12. )Quran bu günü belə tanıtdırır: "Ey peyğəmbər (s), bilmirsənmi din günü hansı gündür? Elə bir gün ki, kimsə kimsənin karına gəlməz. Həmin gün hökm yalnız Allaha məxsusdur.”(İnfitar”, 18, 19. )
    "Maliki yəvmid-din” xəbərdarlıq və qorxutma növüdür. Amma bu cümlə ilə yanaşı "ər-rəhmanir-rəhim” cümləsinin işlədilməsindən aydın olur ki, müjdə və qorxutma yanaşı olmalıdır. Necə ki, digər bir şərif ayədə buyurulur: "Ya Məhəmməd, bəndələrimə xəbər ver ki, Mən həqiqətən bağışlayan və rəhm edənəm. Eyni zamanda əzabım da çox şiddətli bir əzabdır.”("Hicr”, 49, 50. ) Digər bir ayədə isə belə buyurulur: "Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi isə böyük olan Allah...”("Ğafir”, 3. )
    Quranın ilk surəsində Allahın malik (hakim, ixtiyar sahibi) olmasından danışılır: "Maliki yəvmud-din”. Quran yenə də həmin məsələyə toxunmaqla başa çatır: "Məlikin-nas, "yəni xalqın maliki, ixtiyar sahibidir("Nas”, 2. )
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 1215 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019