İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Allah müxtəlif baxımlardan ibadətə layiqdir. Biz Ona həmd-səna etməliyik. Onun zatındakı və sifətlərindəki kamilliklərə görə, ehsan və tərbiyəsinə görə, rəhm və lütfünə olan ümid və intizara görə, qüdrət və heybətinə görə ibadət etmək zəruridir.
    2. Qiyamət Onun Rəbb olmasının bir parıltısıdır.
    3. Qiyamət Allah mərhəmətindən bir cilvədir.
    5. ايَّاكَ نَعْـبُدُ وَ اِيَّاكَ نَسْـتَعينُ
    "Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”
    Nöqtələr
    İnsan Allaha bəndəliyi əqlin hökmü ilə qəbul etməlidir. Biz insanlar kamillik aşiqiyik. Bizim tərbiyə və inkişafa ehtiyacımız var. Allah isə bütün kamilliklərin məcmusu, varlıq aləminin Rəbbidir. Əgər mehr-məhəbbətə ehtiyacımız varsa, O, rəhman və rəhimdir. Əgər uzaq gələcəkdən nigaranıqsa, O həmin günün ixtiyar sahibi və malikidir. Bir belə ehtiyacla başqasına üz tutmaq olarmı?! Ağıl hökm edir ki, yalnız Ona pərəstiş etməli və Ondan kömək istəməliyik. İnsan öz nəfsi istəklərinə, qızıl-gümüşə bəndə olmamalıdır.
    Namaz qılan şəxs sanki bütün allahpərəstlərin nümayəndəsi olaraq deyir: "Pərvərdigara, təkcə mən yox, hamımız Sənin lütfünə möhtacıq.”
    Pərvərdigara! Mənim Səndən başqa bir kəsim yoxdur. "("İyyakə”) Sənin isə mənim kimilərin çoxdur. Bütün varlıq aləmi Sənin qulundur.” Səmalarda və yerdə nə varsa Sənin bəndən, qulundur."("Məryəm”, 93. )
    "Nəbudu” cümləsi namazın cəm şəkildə qılınmasına və bütün müsəlmanların qardaş və bir xətdə olmasına işarədir.
    Mənəvi yüksəliş mərhələləri: Səna, rabitə və ardınca dua. Ona görə də həmd surəsinin başlanğıcı sənadır. Sonrakı ayə rabitəni, daha sonrakı ayə isə duanı önə çəkir.
    Həqiqi məhbubla söhbət şirin olduğundan "iyyakə” kəlməsi təkrarlanmışdır.
    Bildirişlər
    1.Əvvəlcə Allaha bəndəlik edib, sonra Ondan istəmək olar: "Nəbudu nəstəin”
    2. Başqaları yox, yalnız Allah qarşısında bəndəlik etmək lazımdır: "İyyakə”
    3. Təbiətə hakim olan qanunlar möhtərəmdir. Amma Allahın iradəsi hakim, təbiət qanunları isə məhkumdur. (Biz səbəb və vasitələrdən istifadə edirik. Amma bilirik ki, əsl səbəb və vasitələr Allahın əlindədir.) Ona görə də yalnız Allahdan kömək istəyirik: "İyyakə nəstəin”
    4. İbadəti insan özü yerinə yetirsə də, bu işdə Allahın köməyinə ehtiyaclıdır: "Və ma kunna linəhtədiyə ləv la ən hədanallah”.("Ə`raf”, 43.. )
    5. Ən böyük lütfü Allahdan gördüyümüzdən, Onun qarşısında daha çox əyilirik: "Ər-rəhmanir-rəhim, iyyakə nəbudu”
    6. "İyyakə nəbudu" və "iyyakə nəstəin" nə cəbrdir, nə də təfviz. Yəni, söhbət məcburiyyət və özbaşınalıqdan kənar bir haldan gedir. "Nəbudu” cümləsindən məlum olur ki, biz ixtiyar sahibiyik. "Nəstəin” cümləsi isə bizim ehtiyaclı olduğumuzu bildirir. Demək, insan məcbur yox, ehtiyaclıdır.
    7. İbadət Allahdan yardım diləmənin müqəddiməsi və vasitəsidir. Əvvəlcə ibadət edib, sonra əl açmaq lazımdır: "İyyakə nəbudu və iyyakə nəstəin”
    8. Tövhid və allahpərəstliyə doğru atılan ilk addım Allah və Onun sifətlərinin tanınmasıdır: "Rəbbul-aləmin, ər rəhmanir-rəhim, maliki yəvmiddin, iyyakə nəbudu” kəlmələri insanı Allahın sifətləri ilə tanış edir.
    9. Dua və pərəstiş qaydalarından biri budur ki, insan özünü böyük bilməsin və Allah hüzurunda kiçilsin.
    10. İbadətin stimullarından biri məada, ölümdən sonrakı həyata diqqətdir.
    6. اِهْدِنَا الصِّراطَ الْـمُستَقيمَ
    "Bizi doğru yola hidayət et.”
    Nöqtələr
    Qurani-məciddə iki növ hidayətdən danışılır:
    a) Təkvini hidayət; Belə bir hidayət növünə misal olaraq bal arısının hidayətini göstərmək olar. Diqqət edin: arı çiçəklərdən şirəni necə çəkir, necə yuva qurub, bal hazırlayır. Qışda isti ölkələrə köç edən quşları da misal göstərmək olar.(""Taha”, 50.)
    b) Təşrii hidayət; Təşrii hidayətə misal olaraq ilahi peyğəmbərlərin və səmavi kitabların göndərilməsini göstərmək olar.
    "Sirat”(Qiyamətdə cəhənnəmin üstündən salınmış körpünün adıdır. ) sözü Quranda qırx dəfədən çox işlədilmişdir. Doğru yolun, düşüncə tərzinin seçimi insan şəxsiyyətinin göstəricisidir.
    İnsanın qarşısında müxtəlif yollar uzanmışdır. O bu yollardan birini seçməlidir: nəfs istəkləri yolu, xalqın razılığını qazanmaq yolu, şeytani vəsvəsələr yolu, zalım hakimlərin yolu, qədimdəkilərin, ata-babaların yolu, Allah və Onun övliyalarının yolu.
    Mömin insan Allah və Onun övliyalarının yolunu seçir. Bu yolun o biri yollardan aşağıdakı üstünlükləri vardır:
    a) İlahi yol zalım hakimlərin yolunun, xalqın və insanın istəkləri yolunun ziddinə olaraq, sabit və dəyişməzdir.
    b) Əgər digər yollar çeşidlidirsə, ilahi yol yeganədir.
    v) İlahi yolu gedən insan bu yoldan və məqsəddən arxayındır.
    q) Bu yolda uğursuzluq və müvəffəqiyyətsizlik yoxdur.
    –Doğru yol Allahın yoludur("Hud”, 56. ).
    –Doğru yol peyğəmbərlərin yoludur("Yasin”, 3, 4. ).
    –Doğru yol Allaha bəndəlik yoludur("Yasin”, 61.  ).
    –Doğru yol Allaha təvəkkül yoludur("Ali-İmran”, 101.).
    –Doğru yol təkallahlıq və yalnız bir Allahdan yardım istəməkdir.
    –Doğru yol Allahın kitabıdır("Məcməül-bəyan”, c. 1, s. 58. ).
    –Doğru yol sağlam fitrət yoludur(Təfsiri-Safi”, c. 1. s. 86. ).
    İnsan həm doğru yolun seçimində, həm də bu yola davam etməkdə Allahdan yardım almalıdır. Necə ki, elektrik lampası öz işığını davamlı şəkildə enerji mənbəyindən alır.
    Hər bir müsəlmanın Allahdan yeganə istəyi doğru yolda olmaqdır. Hətta Allahın rəsulu və məsum imamlar da Allahdan doğru yolda sabitlik diləmişlər.
    İnsan daim bütün işlərdə, o cümlədən, peşə seçimində, dost seçimində, ixtisas seçimində, həyat yoldaşı seçimində, doğru yolu tanımaqda Allahdan yardım istəməlidir. Çünki insan doğru düşünsə də, əməldə büdrəyə bilər. Ya da əksinə, əməldə səlis hərəkət edən insan əqidədə yanıla bilər. Ona görə də Allahdan hər an doğru yol istəmək zəruridir.
    Doğru yolun dərəcələri və mərhələləri vardır. Hətta ilahi övliyalar kimi doğru yolda olanlar da bu yolda qalmaq, hidayət nurunu gücləndirmək üçün dua etməlidirlər. "Həmd olsun aləmlərin Rəbbinə, rəhman və rəhimə” deyən insan artıq hidayət mərhələlərindən bəzisini arxada qoymuşdur. Onun istəyi daha üstün hidayət mərhələsidir.
    Doğru yol Həzrət Əlinin (ə) buyurduğu orta yoldur:
    "Sola-sağa meyillənmə azğınlıq, orta yol isə hidayət yoludur.”("Bihar”, c. 87, s. 3. )
    Doğru yol istər əqidə, istərsə də əməldə orta həddi gözləməkdən (etidal), ifrat və təfritdən çəkinməkdən ibarətdir. Kimi əqidədə doğru yoldan çıxır, kimi də əməl və əxlaqda. Bəziləri də bütün işləri Allaha aid edir. Sanki insanın öz taleyində heç bir rolu yoxdur. Bəziləri isə bütün işlərin öz əlində olduğunu düşünür. Sanki Allahın əlləri bağlanmışdır. Kimi ilahi rəhbərləri adi insan və ya sehrbaz, divanə kimi tanıyır, kimi də onları Allah səviyyəsinə qaldıraraq pərəstiş edir. Kimi məsum imamların, şəhidlərin ziyarətini bidət sayır, kimi də hətta ağaca, daşa təvəssül edib, ip bağlayır. Kimi iqtisadiyyatı əsas sayır, kimi də dünya və onun işlərini faydasız bilir.
    Əməldə də belədir. Kimi yeri gəldi-gəlmədi qeyrət nümayiş etdirir, kimi də öz namusunu küçə və bazara çılpaq göndərir. Biri xəsislik edir, digəri səxavətdə həddi aşır. Kimi xalqdan ayrılır, kimi də haqqı xalqa qurban verir.
    Bu sayaq rəftar və əməllər doğru yoldan azmaqdır. Allah doğru yol olaraq öz möhkəm dinini tanıtdırır.("Ən`am”, 161. )Rəvayətdə məsum imamların belə buyurduğu nəql olunur: "Doğru yol bizim yolumuzdur.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 20. ) Yəni doğru yolun görünən və əməli nümunəsi, bu yolda qədəm götürmək üçün lazım olan ideal ilahi rəhbərlərdir. Onlar öz göstərişlərində həyatın bütün məsələlərinə, o cümlədən, iş, əyləncə, təhsil, qidalanma, infaq, tənqid, müharibə, sülh, övlad məhəbbəti kimi məsələlərə münasibətlərini bildirmişlər. Onlar öz göstərişləri ilə bizi etidala, orta həddi közləməyə çağırırlar. Maraqlısı odur ki, iblis də həmin doğru yolda pusqu qurmuşdur.("Ə`raf”, 16. )
    Quran və rəvayətlərdə etidala, orta həddə çağıran, ifrat və təfriti qadağan edən nümunələr çoxdur. Onlardan bəzilərinə nəzər salaq:
    –"Yeyin-için, amma israf etməyin".("Ə`raf”, 31. )
    –"İnfaqda (yoxsullara əl tutmaqda) nə əlini boynunda qıfılla, nə də əlini elə aç ki, özün möhtac olasan.”("İsra”, 29. )
    –"Möminlər infaqda (əl tutmaqda) nə israfçıdırlar, nə də xəsis. Onlar orta həddi gözləyirlər.”("Furqan”, 27. )
    –"Namazı ucadan və astadan yox, orta səslə qıl.”("İsra”, 110. )
    –"Valideynə ehsan et.("Bəqərə”, 83.) Amma səni Allahın yolundan ayırdıqları vaxt onlara itaət etmək lazım deyil.”("Loğman”, 15  )
    –"Peyğəmbərin də risaləti ümumidir.”("Məryəm”, 51. ) "Həm də öz ailəsini dəvət edir”.(v)
    –"İslam həm xaliqlə rabitə vasitəsi olan namazı, həm də xalqla rabitə vasitəsi olan zəkatı tövsiyə edir.”("Bəqərə”, 43.  )
    –"Nə məhəbbətlər sizi haqqa şahidlikdən uzaqlaşdırsın.. Nə də düşmənçiliklər sizi ədalətdən kənarlaşdırsın.”("Nisa”, 135, "Maidə”, 8.  )
    –Möminlərin həm dəf etməsi, həm də cazibəsi vardır.”(Fəth”, 9. )
    –Həm iman lazımdır, həm də saleh əməl.”("Bəqərə”, 25.  )
    –Allahdan həm göz yaşı, dua, qələbə istəyi... Həm də çətinliklərə səbir və dözüm diləmək lazımdır.("Bəqərə”, 250, "Ənfal”, 65. ) Aşura günü həzrət Hüseyn (ə) həm münacat edir, həm də qılınc çalırdı.
    –Allah evinin ziyarətçisi Ərəfə günü, Qurban bayramı axşamı dua oxuyur, bayram günü isə qurbangahda qanla tanış olur.
    –İslam malikiyyəti qəbul edir.("Bihar”, c. 2, s. 272. ) Amma başqasına zərər vurmağa icazə vermir və onu məhdudlaşdırır.(Kafi”, c. 5, s. 28.  )
    Bəli, İslam birtərəfli din deyil və bir yönümü götürüb, o biri yönümləri yaddan çıxarmır. İslam bütün işlərdə etidal və orta həddi tövsiyə edir.
    Bildirişlər
    1. Bütün varlıq aləmi Allahın seçdiyi yolla hərəkətdədir. Pərvərdigara! Bizi öz istədiyin yolda qərar ver. ("İhdinəssiratəl müstəqim”) .
    2. Doğru yola hidayət istəyi təkallahçıların ən mühüm istəyidir. ("İyyakə nəbudu...”) .
    3. Doğru yolu əldə etmək üçün dua etmək lazımdır. ("İhdinəssiratəl müstəqim”) .
    4. Əvvəlcə sitayiş etmək, sonra dua üçün əl açmaq lazımdır. ("Əlhəmdulillahi... İhdina”) .
    5. İlahi istəklərin ən üstün nümunəsi doğru yol istəyidir. ("İyyakə nəstəin ihdinəs siratəl müstəqim”) .
    7. صِراطَ الَّذينَ أَنعَمْتَ عَلَيهِمْ غَيرِ الْـمَغضُوبِ عَلَيهِمْ وَ لاَ الضّآلِّينَ
    ("Pərvərdigara! Bizi) nemətini şamil etdiyin kəslərin yoluna yönəlt, qəzəbinə düçar olanların, azanların yoluna yox!”
    Nöqtələr
    Ayədə ilahi nemətə çatanların yolu doğru yol kimi tanıtdırılır. Bu zümrəni peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər təşkil edir.("Nisa”, 69, "Məryəm”, 59. )Bu ilahi insanların yoluna diqqət, bu yolu getmək arzusu, insanın bu arzunu özünə təlqin etməsi onu əyri yoldan qoruyur. Sonra Allahdan istənilir ki, Allah öz bəndəsini qəzəbinə düçar olub azanların yolundan qorusun.
    Quranın nəql etdiyi kimi, Bəni-İsrail nemətə çatan qövmlərdən idi. Amma naşükürlüyünə və inadkarlığına görə qəzəbə düçar olmuşdu.
    Quranda insanlar üç qismə bölünür: Hidayət nemətinə çatıb sabitqədəm qalanlar, qəzəbə düçar olanlar və azğınlar.
    Ayədə nemət dedikdə hidayət neməti nəzərdə tutulur. Çünki əvvəlki ayədə hidayətdən söhbət getmişdir. Bundan əlavə, maddi nemətlər kafirlərin və azğınların da ixtiyarında vardır.
    Hidayət olmuşlar üçün də təhlükə vardır. Ona görə də daim Allaha dua etmək və qəzəbə gəlmişlərin və azmışların yoluna düşməmək üçün kömək istəmək lazımdır.
    Quranda "qəzəbə düçar olmuşlar” ("Məğzubin”) kimlərdir?
    Quranda Firon, Qarun, Əbu-Ləhəb kimi fərdlər, Ad, Səmud, Bəni-İsrail kimi qövmlər qəzəbə düçar olmuş kimi tanıtdırılmışdır.(Nisa”, 116, "Fəth”, 6, "Bəqərə”, 61, "Ali-İmran” 110, 112, "Ənfal”, 16, "Bəqərə”, 108, "Nəhl”, 106, "Mumtəinə”, 1)
    Quranda Bəni-İsrailin yaşayış və inkişaf prosesi bəyan olunmuşdur. Onlar bir zaman başqalarından üstün həyat keçirmişlər.("Bəqərə”, 47. ) Amma bu üstünlükdən sonra öz əməl və rəftarları səbəbindən Allahın qəzəbinə gəlmişlər.(Bəqərə”, 61.)Onların taleyindəki dəyişikliyin səbəbi əməl və rəftarlarındakı dəyişiklik olmuşdur. Yəhudi alimləri Tövratın səmavi göstərişlərini təhrif etdilər.("Nisa”, 46. ) Onların tacirləri və sərvətliləri də sələm, haram və dünyapərəstliyə üz tutdular.("Nisa”, 161.)Xalqın da böyük hissəsi cihad və mübarizə qarşısında dünyapərəstlik və qorxu səbəbindən cəbhəyə getməkdən, müqəddəs əraziyə daxil olmaqdan imtina etdilər.("Maidə”, 24.) Bu azğınlıqlar səbəbindən Allah onları izzət və fəzilət zirvəsindən zillət və alçaqlıq uçurumuna endirdi.
    Biz hər namazımızda Allahdan istəyirik ki, qəzəbə düçar olmuşlar kimi olmayaq. Yəni Quranı təhrif etməkdən, sələm əhli olmaqdan, haqq yolda cihaddan qaçmaqdan, eləcə də, yolumuzu azmaqdan amanda qalaq. Haqqı tərk edib batilə üz tutanlar öz din və imanlarında təfrit və ifrata yol verdilər və ya nəfs istəkləri səbəbindən Allahdan qeyrilərinə itaət etdilər.(Maidə”, 77. )
    İnsan bu surədə peyğəmbərlərə, şəhidlərə, salehlərə və onların yoluna öz eşqini, dostluğunu izhar edir və tarixin qəzəbə düçar olanlarına və azğınlarına arxa çevirir. Bu, təvəlla və təbərranın (Allah yolunda dostluq və düşmənçiliyin) bir nümunəsidir.
    Quranda "azğınlar” ("zallin”):
    Zəlalət sözü Quranda iki yüz dəfəyə yaxın zikr olunmuşdur. Bu, söz bəzən çaşqınlıq ("Maidə, 77), bəzən puçaçıxma ("Zuha”, 7), adətən isə "azğınlıq” mənasında işlədilmişdir.
    Quranda bir qrup insanlar azğın kimi tanıtdırılmışdır. Bu zümrəyə imanını küfrə dəyişənləri ("Bəqərə”, 108), müşrikləri ("Nisa”, 116), kafirləri ("Nisa”, 136), üsyankarları ("Əhzab”, 36), kafirləri dost tutan müsəlmanları ("Mümtəhinə”, 1), insanları Allahdan uzaqlaşdıranları, Allaha və onun rəsuluna çətinlik yaradanları, haqqı gizlədənləri, Allahın mərhəmətindən ümidini üzənləri nümunə göstərmək olar.
    Quranda bəziləri, "azdıran” kimi tanıtdırılmışdır. Bu zümrəyə İblisi, Fironu, Samirini, pis dostu və azğın rəhbərləri göstərmək olar.
    Azğınlar özləri azğınlıq şəraiti yaradır, azdıranlar isə bu şəraitdən bəhrələnirlər. Nəfs istəkləri, bütlər, günahlar, batil vilayətin qəbulu, cəhalət və nadanlıq Quranda azğınlıq səbəbi kimi tanıtdırılır.
    Bildirişlər
    1. İnsan tərbiyədə nümunəyə, ideala ehtiyaclıdır. Peyğəmbərlər, şəhidlər, siddiqlər, salehlər bəşəriyyət üçün ən gözəl nümunələrdir. ("Siratəlləzinə ənəmtə ələyhim”)
    2. Allahdan insana nazil olan hər bir şey nemətdir. Qəzəbi isə biz özümüz ərsəyə gətiririk.
    3. Qəzəbə düçar olmuşlara və azğınlara qarşı izhar olunan nifrət azğın hakimlər qarşısında İslam cəmiyyətinin mövqeyini möhkəmləndirir.
    "BƏQƏRƏ” SURƏSİ
    (Surə 2, ayələrin sayı 286)
    بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ
    1. الم
    "Əlif, lam, mim”
    (Quranın əsrarəngiz müqəttəə hərfləri)
    Nöqtələr
    Müqəttəə hərflər haqqında müxtəlif fikirlər söylənilmişdir. O cümlədən:
    1. Quran əlifba hərflərindən yaradılmış və hamının ixtiyarına verilmiş bir möcüzədir. Əgər bacarırsınızsa, siz də bu hərflərdən möcüzə yaradın.
    2. Bu üç hərf uyğun surənin adıdır.
    3. Bu hərflər ilahi ismi-əzəmə işarədir.(Təfsiri-Nurus-səqəleyn”. )
    4. Bu hərflər bir növ ilahi andlardır("Bihar”, c. 88, s. 7. )
    5. Bu hərflər Allah və Onun peyğəmbəri arasındakı sirlərdəndir.("Bihar”, c. 89, s. 384.) Bəzi rəvayətlərə görə bu rəmzlərdən yalnız Allah xəbərdardır.("Təfsiri-məcməül-bəyan”.)
    Amma birinci baxış həqiqətə daha çox uyğun görünür. Çünki Quranın 114 surəsindən 29-u bu hərflərlə başlayır ki, onun 24-ündən sonra Quran və onun möcüzə olmasından danışılır. Bu surədə də müqəttəə hərflərdən sonra Quranın əzəmətinə işarə olunmuşdur.
    "Şura” surəsində də "Ha, mim, əyin, sin, qaf” müqəttəə hərflərindən sonra eyni mövzuya işarə olunur: Yenilməz hikmət və qüdrət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. Yəni Allahın vəhyi də həmin hərflərdən istifadə etməklə bildirilir. Quran bu hərflər vasitəsi ilə xalqın ixtiyarına verilir. Allah bu hərflərlə əslində möcüzə olan bir kitab nazil etmişdir. Məgər insan da belə bir kitab hazırlaya bilərmi?!
    Bəli, Allah əlifba hərflərindən möcüzə yaratmağa qadirdir. Eləcə də, qadir Allah torpağın köksündən saysız-hesabsız meyvələr, güllər, otlar cücərdir, ən əsası isə, insanı yaradır. Xalqın istedadı isə yalnız kərpic kəsməyə çatır!
    2. ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ
    "Bu bir kitabdır ki, onun haqq olmasına heç şəkk-şübhə yoxdur. O, müttəqilərə, pəhrizkarlara yol göstərir.”
    Nöqtələr
    "La rəybə fihi” , yəni Quranın Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Çünki Onun mətləbləri şəkk-şübhəyə heç bir yer qoymur. Yaranan şəklərin səbəbi isə sui-zənn və inadkar ruhiyyədir. Necə ki, Quran buyurur: "Onlar öz yaratdıqları şəkdə avaradırlar.”("Tövbə”, 45.)
    Quranın məqsədi bəşəriyyətin doğru yola yönəldilməsi, hidayətidir. Onlar insanların diqqətini səmalara, yerə, təbiət aləminə, heyvanlara yönəltməklə, öz elmini, qüdrətini və hikmətini onların nəzərinə çatdırır.
    Quran bütün bəşəriyyətin hidayət vasitəsidir. ("Hudəl-lin nas”)("Bəqərə”, 185. ). Bəli, Quran günəştək hamının üstünə işıq saçır. Amma yalnız pak fitrətə malik olanlar, həqiqətə boyun əyənlər ondan faydalana bilər. ("Hudəllil müttəqqin”.) Bəli, günəş şüası da yalnız saf şüşədən keçir. Ona görə də, günahkarlar, zalımlar, kafirlər, qəlbi ölənlər, israfçılar, təkzibçilər Quranın hidayətindən bəhrələnə bilmirlər.
    Sual: Ayədə Quran və onun mətləbləri haqqında belə buyurulur: "Onda şəkk yoxdur.” Əksinə, Quran özü müxaliflərin şəkk-şübhəsinə toxunur: "(Müxaliflər dedilər:) Biz bizi dəvət etdiyinin haqqında şübhədəyik.”(Hud”, 62.) "Sad” surəsinin səkkizinci ayəsində vəhy və peyğəmbərliyə şəkk, "Səba” surəsinin iyirmi birinci ayəsində qiyamət məsələsinə şəkk haqqında danışılır. Bəs necə olur ki, ayədə Qurana qarşı şəkk inkar olunur?
    Cavab: "Onda şəkk yoxdur” dedikdə, hansısa fərdin şəkkindən yox, Qurana şəkk üçün yer olmadığı nəzərdə tutulur. Əgər bir şəxs şəkk edirsə, bu şəkkin səbəbi onun bəsirət gözünün korluğudur. Necə ki, "Nəml”, surəsinin 66-cı ayəsində buyurulur: "Xeyr, onlar axirətə münasibətdə kordurlar.”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 904 | Rating: 3.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019