İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Müsəlmanlar münafiqlərin hiylələri və zahirdə gözəl görünən şüarlarından xəbərdar olmalıdırlar.
    2. Münafiqin məğrur halda yuxarıdan getməsi və xəyalpərvazlığı sındırılmalıdır.
    3. Münafiqlər daim fəsad halındadırlar.
    4. Əgər haqq yolda zirəklik yoxdursa, bu, şüursuzluqdur.
    13. وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ كَمَا آمَنَ النَّاسُ قَالُواْ أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاء أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَ
    "Onlara deyiləndə ki, başqaları iman gətirdikləri kimi siz də iman gətirin, "biz də səfehlər kimi iman gətirəkmi?” deyə cavab verirlər. Bilin ki, onların özləri səfehdir, amma bunu bilmirlər.”
    Bildirişlər
    1. Allah övliyalarının təbliğ və dəvəti münafiqlərə təsirsizdir.
    2. Münafiqlərdə imtiyaz və üstünlük istəyi var.
    3. Möminləri təhqir etmək münafiqlərin üsullarındandır. Onlar elə düşünürlər ki, iman gətirib Allaha təslim olmaq ağılsızlıq nişanəsidir.
    4. Müsəlmanlar ayıq olmalı və onların yalanlarına aldanmamalıdırlar.
    5. Quran dilində haqqa təslim olmamaq səfehlikdir.
    6. Münafiqin təkəbbürlü qüruru sındırılmalı və ona eyni şəkildə cavab verilməlidir.
    7. Münafiqin yalan çöhrəsinin ifşası İslam cəmiyyəti üçün zəruridir.
    8. Dərdlərin ən pisi həmin dərddən xəbərsizlikdir.
    14. وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ إِلَى شَيَاطِينِهِمْ قَالُواْ إِنَّا مَعَكْمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِؤُونَ
    "Onlar iman əhli ilə rastlaşdıqda deyirlər: "Biz də iman gətirmişik.” Amma öz şeytan sifətləri ilə xəlvətə çəkildikdə deyərlər: "Biz sizinləyik, biz yalnız iman əhlini məsxərə edirik.”
    Nöqtələr
    "Şeytan” "şətən” sözündən olub, xeyirdən uzaqlaşmış deməkdir. Azğınlıq kimə təlqin olunursa, bu söz ona da aiddir. Çirkin əməlli, haqdan uzaq olan insanlara da bu ad verilir.("Təfsiri-Kəffaş”. )
    Bildirişlər
    1. Münafiq çörəyi günün məzənnəsi ilə yeyir. (Yəni, kiminlə xəlvətə çəkildisə, ona xoş gəlmək istəyir.
    2. Hər "iman gətirdim” sözünə etimad göstərmək olmaz.
    3. Münafiqlərdə sədaqət cəsarəti yoxdur. Onlar möminlərdən qorxur və çəkinirlər. Münafiqlər möminlərlə aşkar görüşür, küfr başçıları ilə isə xəlvətdə bir araya gəlirlər.
    4. Münafiqlərin dostları da şeytansifətlərdir.
    5. Kafirlərlə münafiqlər arasında iş birliyi vardır. Münafiqlər kafirlərdən göstəriş alırlar.
    6. Münafiqin imanını izhar etməsi müvəqqətidir. Onun küfrü isə davamlı və sabitdir.
    7. Münafiqlər kafirlərlə yalnız həmfikir deyillər, onlar bir-birlərinə kömək də edirlər. Ayənin mətnindəki "məə” sözü həmfikirlikdən əlavə, həmkarlığın da olduğunu bildirir.
    8. Münafiqlər möminlərə istehza edirlər.
    15. اللّهُ يَسْتَهْزِىءُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
    "Allah da onlara istehza edər və o qədər möhlət verər ki, öz zəlalətləri içində avara qalsınlar.”
    Nöqtələr
    "Yəməhun” sözü "əmə” sözündəndir. "Əma” isə "əmə” sözündən fərqlənir. "Əma” zahiri kora, "əmə” isə batini kora deyilir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 30. )
    İmam Riza (ə) bu ayənin təfsirində buyurur: "Allah məkr, hiylə və istehza əhli deyil. O, sadəcə, məkr və istehzaların cəzasını verir.”("Ali-İmran”, 177. ) Allah münafiqləri öz tüğyanları içində özbaşına buraxır ki, qərq olsunlar. Qəlbin daşlaşmasından, şeytanın qələbəsindən, onun vəsvəsələrindən, günaha meyldən, ibadətə rəğbətsizlikdən, pis adamlarla yoldaşlıqdan, dünyaya baş qatmaqdan, haqdan qəflətdə qalmaqdan ağır cəza nə ola bilər?! Münafiqlər isə bütün bu cəzalara düçar olasıdırlar.
    Münafiqlər ikili rəftar edirlər. Ona görə onlarla da ikili rəftar ediləcək. Onlar dünyada müsəlman, axirətdə isə kafir hökmündə olacaqlar.
    Bildirişlər
    1. Allahın cəzaları günahlara uyğun olur.
    2. Münafiqlərin hiylələri möminlərə yox, Allaha qarşı yönəlmişdir. Onlar möminlərə məsxərə edir, cavablarını isə Allahdan alırlar.
    3. İstehzaya cavab olaraq istehzanın eybi yoxdur. Necə ki, təkəbbür qarşısında təkəbbür göstərmək olar.
    4. Allahın möhlət verməsi və çox bağışlaması insanı qürrələndirməməlidir.
    5. İtaətsizlik və tüğyan məəttəlçiliyə, çaşqınlığa şərait yaradır.
    16. أُوْلَـئِكَ الَّذِينَ اشْتَرُوُاْ الضَّلاَلَةَ بِالْهُدَى فَمَا رَبِحَت تِّجَارَتُهُمْ وَمَا كَانُواْ مُهْتَدِينَ
    "Onlar doğru yol qiymətinə əyri yolu satın almış kəslərdir. Amma bu alış-verişin onlara faydası olmadı və doğru yolu tapmışlar sırasına qatılmadılar.”
    Nöqtələr
    Münafiqlər hidayət sahibi olmamışlar ki, onu əldən çıxarsınlar. Ayədə nəzərdə tutula bilər ki, münafiqlər hidayət üçün fitri şəraiti və başqa amilləri əldən vermişlər. Digər bir ayədə oxuyuruq: "Bir dəstə imanı verib əvəzində küfrü satın aldılar.”("Bəqərə”, 86.)
    Başqa bir ayədə isə belə buyurulur: "Axirəti dünya həyatına satdılar.”("Bəqərə”, 175. ) Digər bir ayədə isə belə oxuyuruq: "Onlar bağışlanma əvəzinə əzabı satın aldılar.”("Rə`d”, 17. ) Yəni onlar iman, mükafat və bağışlanma istedadını öz əməlləri ilə puça çıxardılar.
    Axırda ilahi nur oda döndü,
    Haqpərəst bir fitrət Nəmruda döndü.
    Bildirişlər
    1. Münafiq öz xeyir-zərərini bilmir. Ona görə də hidayəti zəlalətə satır.
    2. İnsan azaddır və seçim ixtiyarına malikdir. Çünki müamilə, iradə və seçimə ehtiyaclıdır.
    3. Dünya bazar, xalq isə alıcı və satıcı kimidir. Alınıb satılan isə əməllərimiz və seçimlərimizdir. ("Əştərəu... fəma rəbihət ticarətuhum”)
    4. Möminin aqibəti hidayət, münafiqin aqibəti isə azğınlıqdır. ("Əla hudən min rəbbihim... ma kanu muhtədin”)
    5. Münafiqlər öz məqsədlərinə bir yol tapa bilmirlər. ("Ma kanu muhtədin”), (Növbəti ayələrə diqqət yetirməklə).
    17. مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً فَلَمَّا أَضَاءتْ مَا حَوْلَهُ ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ
    "Onların halı od alışdırmış şəxslərin halına bənzər. Od öz ətrafını işıqlandırdığı zaman Allah onların işığını alar və onları heç nə görmədikləri zülmətdə buraxar.”
    Nöqtələr
    Bir məsələni xalqa anlatmaq üçün misalların mühüm rolu var. Misallar, haqqında danışılan məsələni aydınlaşdırır və bu vasitə ilə yol yaxın və ümumi olur. Misal əminlik dərəcəsini qaldırır və inadkarları yerində oturdur. Quranda xeyli misallar çəkilmişdir. O cümlədən:
    Haqq suya, batil isə su üzərindəki qabarcığa bənzədilir("İbrahim”, 26. ). Haqq pak, batil isə çirkin ağaca bənzədilir.("İbrahim”, 18. )Kafirlərin əməlləri bərk külək qarşısında külə oxşadılır.("Nur”, 39. ) Bəzən də kafirlərin əməlləri ilğıma oxşadılır.("Ənkəbut”, 41. ) Bütlər və zalım hakimlər hörümçək yuvasına (toruna) oxşadılır.("Cümə”, 5. ) Əməlsiz alimlər kitab daşıyan ulağa oxşadılır.("Hucurat”, 12. )Qeybət ölmüş qardaşın ətini yemək kimi təqdim olunur.("Təfsiri-Nurus-səqəleyn”.  )
    İmam Riza (ə) buyurmuşdur: ("Tərəkəhum fi zulumat”) ayəsinin mənası budur ki, Allah onları özbaşına buraxır”.("Sad”, 45. )
    Bildirişlər
    1. Münafiq nura çatmaq üçün oddan istifadə edir. Odun isə külü, tüstüsü və yandırıcı xüsusiyyəti də var. ("Nstəvqədə narən”)
    2. İslam nuru aləmi əhatə edir. Bu nurun kölgəsində münafiqlərin İslam adı altında göstərmək istədikləri nur isə zəif və davamsızdır. ("Əzaət ma həvləhu”)
    3. İslam nur, küfr isə qaranlıqdır.("Zəhəbəllahu bi nurihim və tərəkəhum fi zulumat”)
    4. Bir nurdan bəhrələnməyən insan müxtəlif zülmətlərdə qalasıdır. ("Binurihim... fi zulumat”) ("Nur” sözü tək, "zulumat” sözü isə cəm haldadır.)
    5. Münafiqlərin planları və qurğuları Allahın iradəsi ilə yarımçıq qalır. ("Zəhəbəllahu binurihim”)
    6. Münafiqlərin müqabil tərəfi Allahdır. ("Zəhəbəllahu binurihim”)
    7. Münafiqlərin aqibəti və gələcəyi qaranlıqdır. ("Fi zulumat”)
    8. Münafiqlər qorxu və iztiraba düçar halda uzun müddətli qərarlarında dolaşmışlar. ("Fi zulumatin la yubsirun”)
    9. Bəzən başlanğıcda iman həqiqi olur. Amma insan zaman ötdükcə çaşqınlığa meyl edir və münafiqə çevrilir. ("Nurihim” sözündən görünür ki, onların nuru olmuş, amma həmin nura tərəf dönməmişlər.”)
    18. صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَرْجِعُونَ
    "Onlar (haqqı eşitməkdə) kar, (haqqı deməkdə) lal və (haqqı görməkdə) kordurlar. Buna görə də (haqqa doğru) geri dönməzlər.”
    Nöqtələr
    Quran bəzi peyğəmbərlərin sitayişində buyurur: "Onların əli və gözü vardır.”("Ə`raf”, 198.) Məqsəd bu ola bilər ki, yalnız bütsındıran əli olanın əli, Allahı görən gözü olanın gözü var. Belə əli və gözü olmayan münafiqlər şikəst kimidirlər və bu şikəstliyə özləri səbəbkar olmuş və tanıma vasitələrini əldən vermişlər. Ona görə də münafiqlər haqqında "dərk etmirlər”, "bilmirlər”, "görmürlər”, "eşitmirlər”, "geri dönmürlər” kimi təbirlər işlədilmişdir.
    Baxmaq bəsirət demək deyil. Quranda oxuyuruq: "Görürsən ki, sənə baxırlar. Halbuki görmürlər”,("Ə`raf”, 179. )çünki onların haqqı görmək üçün bəsirət gözləri yoxdur.
    Tanıma imkanlarından və vasitələrindən istifadədən məhrumluq süqut və insanlığın itirilməsinə bərabərdir.("İsra”, 97. )
    Dünyada özünü korluğa, karlığa və lallığa qoyanın cəzası axirət korluğu, axirət karlığı və axirət lallığıdır.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 39. )
    Bildirişlər
    1. Nifaq səciyyəsi insanı həqiqətləri və ilahi maarifləri dərk etməkdən saxlayır. ("Summun bukmun umyun”)
    2. Allahın nemətlərindən haqq yolda istifadə etməyən kəs, bu nemətlərdən məhrum olmuş kəs kimidir.
    3. Münafiqlərin haqqı görməməsinin iki səbəbi var: onları əhatə edən fəza qaranlıq ola bilər ("fi zulumat”) və ya bəsirət gözlərini əldən vermiş olarlar ("summun bukmun umyun”)
    4. Münafiqlər inadkar və təəssübkeşdirlər. ("Fəhum la yərciun”)
    19. أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصْابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ واللّهُ مُحِيطٌ بِالْكافِرِينَ
    "Ya da qaranlıqlarda göy gurultusu olan və şimşəkli səmadan şiddətli yağan yağışa düşmüş şəxslərə bənzərlər. İldırım və ölüm qorxusundan barmaqlarını qulaqlarına tutarlar. Amma kafirlər Allahın əhatəsindədirlər.”
    Nöqtələr
    Allah münafiqi yağışa düşmüş, şiddətli yağışın, gecə qaranlığının, ildırımın qulaqbatırıcı səsinin, şimşəyin gözqamaşdırıcı nurunun, ölüm qorxusunun əhatə etdiyi şəxsə bənzədir. Amma bu şəxsin nə yağışdan qorunmaq üçün sığınacağı, nə qaranlıqda bir işığı, nə şimşəkdən asudə qulağı, nə də ölümdən rahat ruhu var.
    Bildirişlər
    1. Münafiqlər müşkül və nigarançılıqlara qərq olmuşlar. Elə bu dünyada belə qəm-qüssə, iztirab, rüsvayçılıq və zillət onları rahat buraxmır. ("Zulumatun və rədun və bərqun ()
    2. Münafiqlər ölümdən qorxurlar. ("Həzərəl-movt”)
    3. Münafiqlər bilsinlər ki, Allah onları əhatə etmişdir. Allah istədiyi vaxt onların sirrini və qurğularını ifşa edir. ("Vəllahu muhitun bil kafirin”)
    İslam inqilabı zamanı münafiqlərin əməllərinə və aqibətlərinə baxış bu ayənin aydın göstəricilərindəndir. Pərişanlıq, təfriqə, məğlubiyyət, avaralıq, qürbət, abırsızlıq, kafirlərə sığınma, casusluq onların əməllərinin nəticələrindəndir. Onlar dini şüarlar və şəxsiyyətlərdən istifadə etməklə qələbə qazanacaqlarını düşünürdülər. Amma Allah onların qurğularını puça çıxarmaqla, xalqı onların pis niyyətindən xəbərdar etməklə onların başını özlərinə qatdı...)
    4. Nifaq nəhayətdə küfrlə sonuclanır. ("Vallahu muhitun bil kafirin”) "Nisa” surəsinin 140-cı ayəsində bu məsələyə bir daha işarə olunur.
    20. يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُواْ وَلَوْ شَاء اللّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّه عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Az qalır şimşək onların gözünün nurunu alsın. Şimşək parladıqda yeriyir, qaranlıq düşən kimi dayanıb dururlar. Əgər Allah istəsəydi, onların eşitmə və görməsini alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.”
    Nöqtələr
    Münafiqlərdə nurani dəlilləri və ilahi ayənin şöləsini görməyə güc yoxdur. Onlar biyabanda ildırımın işığından gözü qamaşan və yalnız bir neçə addım ata bilən müsafir kimidirlər. Münafiqlər İslam cəmiyyətində bir neçə addım ata bilsələr də, hansısa hadisələr səbəbindən yenidən dayanırlar. Onlar öz daxili fitrət çıraqlarını söndürmüşlər və xarici güclərdən nur intizarındadırlar.
    "Allah hər şeyə qadirdir” dedikdə mümkün işlər nəzərdə tutulur. Məsələn, bir şəxsin riyazi biliyini tərif ediriksə, bu o demək deyildir ki, o, ikinin üstünə iki gələndə beş ala bilər. Belə bir nəticə qeyri-mümkündür. İkini ikiyə əlavə etdikdə beş ala bilməməsi riyaziyyatçının qüdrətsizliyi deyil. Bəziləri imamdan soruşdular: "Allah yer kürəsini yumurtanın içində yerləşdirə bilərmi?” İmam əvvəlcə onlara qənaətbəxş bir cavab verərək bildirir ki, gözün giləsi ilə əzəmətli səmanı görürük. Sonra həzrət buyurur: "Allah qadirdir. Amma sizin təklifiniz qeyri-mümkündür.("Casiyə”, 13. ) Qeyri-mümkün bir məsələni həll etməyən riyaziyyatçının qüdrəti bu istiqamətdə münasib misaldır.
    Quranda münafiqlərin siması:
    Münafiqin əqidə və əməldə, rəftar və danışıqda hərəkət üsulu bu surədə və "Münafiqun”, "Əhzab”, "Tövbə”, "Nisa”, "Məhəmməd” surələrində bəyan olunmuşdur. Burada qeyd etmək yerinə düşər ki, münafiqlərin daxilən imanları yoxdur. Sadəcə, onlar özlərini ağıllı sayırlar. Öz həmfikirləri ilə xəlvətə çəkilib pıçıldaşır, namazlarını süstlüklə qılır, sədəqə verəndə ikrahla verirlər. Onlar möminlərdə eyib axtarır, peyğəmbərə əziyyət verirdilər. Cəbhədən qaçır, Allahı yada salmırdılar. Onlar pis danışan, riyakar, şayiəçi, kafirlərlə dostluğa maraqlı fərdlər. Onları eyş-işrət şad edir, məhrumiyyət qəzəbləndirir. Onlar Allahla əhdlərinə vəfasızdırlar, möminlərə çatan xeyirdən nigaran olurlar. Müsəlmanlara çətinlik üz verdikdə onlar sevinirlər. Pisliyi əmr edir, yaxşılığa qadağa qoyurlar. Onların bütün bu etiqadi və əməli azğınlıqlarına "Nisa” surəsinin 145-ci ayəsində münasibət bildirilir: "Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan.”
    Bildirişlər
    1. Münafiq, öz hərəkət yolunda tərəddüddədir. ("Əzaə ləhum məşəv, əzləmə ələyhim qamu”)
    2. Münafiq başqalarının nuru işığında hərəkət edir. ("Əzaə ləhum”)
    3. Münafiq yol verdiyi əməllərə görə hər an Allahın qəzəbinə düçar ola bilər. ("Və lov şaəllahu ləzəhəbə bisəmihim”)
    4. Hamıya azadlıq vermək Allahın qaydasıdır. Əks-təqdirdə, Allah münafiqləri kar və kor edərdi.
    21. يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
    "Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqva əhlindən olasınız.”
    Nöqtələr
    Qanun kitablarındakı maddələr xitabsız bəyan olunur. Amma Quran xalqın ruhu və mənəviyyatı ilə bağlı qanun kitabıdır. Ona görə də o öz göstərişlərini xitabla bəyan edir. Qurandakı xitablar müxtəlifdir. (Bəzən "Ey xalq”, bəzən "Ey iman gətirənlər” kimi müraciətlərlə rastlaşırıq.)
    Dünyanın və insanın yaradılmasında məqsəd insanın təkamülüdür. Yəni, varlıq aləminin yaradılmasında məqsəd insanın bəhrələnməsidir.("Zariyat”, 56.) İnsanın təkamülü onun ibadətindən asılıdır.("Bəqərə”, 21. ) İbadətin əsəri təqvaya çatmaq("Bəqərə”, 189. ), təqvanın nəhayəti qurtuluşdur.("Qüreyş”, 3, 4. )
    Sual: Nə üçün Allaha ibadət edək?
    Cavab: Quranın bir neçə yerində bu sual belə cavablandırılmışdır:
    –Çünki Allah sizin xaliqiniz və tərbiyəçinizdir. ("Ubudu Rəbbəkumulləzi xələqəkum”)
    –Çünki sizin ruzinizi və əmniyyətinizi təmin edən Odur.("Taha”, 14. )
    –Çünki Ondan başqa məbud yoxdur.("Nisa”, 43. )
    İnsanın ibadəti Yaradanın yox, insanın yaranış hədəfidir. Onun bizim ibadətimizə ehtiyacı yoxdur. Əgər bütün yer əhli kafir olsa da, Ona zərər dəyməz. Necə ki, evin üzünün günəşə və ya arxasının günəşə tikilməsinin günəş üçün fərqi yoxdur.
    Allah bizim xaliqimiz, ruzi verənimiz və mürəbbimiz olduğundan Ona ibadət etmək vacib olsa da, yenə bu vəzifəni yerinə yetirdiyimiz üçün Allah bizə mükafat verir. Bu Onun çox böyük lütfüdür.
    İnsanı ibadətə vadar edən növbəti işlərdir:
    1. Bizim xaliqimiz, ruzi verənimiz və tərbiyəçimiz olan Allahın nemətlərinə diqqət;
    2. İnsanın öz fəqirlik və ehtiyacına diqqəti;
    3. İbadətin təsir və bərəkətinə diqqət;
    4. İbadəti tərk etməyin pis təsirlərinə diqqət;
    5. İnsan diqqət etməlidir ki, bütün varlıq aləmi Ona müti olub təsbih etdiyi halda, nə üçün o, varlıq aləmindən fərqlənməlidir?!;
    6. İnsan diqqət etməlidir ki, eşq və pərəstiş onun ruhundadır. Sevilməyə ondan layiqlisi varmı?!
    Sual: Quranda buyurmuşdur: "İbadət et ki, yəqinə çatasan.” Məgər yəqin mərhələsinə çatan insan namazı tərk etməlidirmi?!
    Cavab: Əgər deyilirsə ki, hündür bir budağa çatmaq üçün ayaq altına nərdivan qoyulmalıdır, bu o demək deyil ki, həmin şaxəyə çatdıqdan sonra nərdivan götürülməlidir. Bu halda insan hündürlükdən yerə yuvarlanar. İbadətdən ayrılan insan göydən yerə süqut edən kəsə bənzəyir. Bundan əlavə, həzrət peyğəmbər və məsum imamlar kimi yəqin məqamına çatan insanlar bir an belə olsun ibadətdən ayrılmamışlar. Demək, ayənin məqsədi ibadət üçün məhdudiyyət təyin etmək yox, onun əsərlərini bildirməkdir.
    Ayə və rəvayətlərdə ibadət şivələri və onun şəraitləri bəyan olunmuşdur. Yeri çatanda bu barədə danışacağıq. Amma bu ayə Allahın insana xitabən ilkin fərmanı olduğundan onun necəliyini aydınlaşdırmaq üçün başlıqlar bəyan edirik:
    1. Məmuranə ibadət, yəni xurafata yol vermədən Onun göstərişləri əsasında.
    2. Agahanə ibadət, yəni bilək ki, kimə üz tutmuşuq və məbudumuz kimdir?("Kəhf”, 110. )
    3. Xalisanə ibadət("Mu`minun”, 2. ).
    4. Xaşeanə (müticəsinə) ibadət("Bihar”, c. 70, s. 251. ).
    5. Məxfiyanə ibadət. Həzrət peyğəmbər məxfi ibadətin üstünlüyünü qeyd etmişdir.("Bihar”, c. 70, s. 253. )
    6. Aşiqanə ibadət. Həzrət peyğəmbər eşqlə yerinə yetirilən ibadətin fəzilətini qeyd etmişdir.("Taha”, 53; "Mulk”, 15. )
    Bir sözlə, ibadətin üç şərti vardır:
    a) Təharət və qiblə kimi düzgünlük şərti;
    b) Təqva kimi qəbul şərti;
    v) Agahlıq, mütilik, məxfilik, eşq kimi kamal şərtləri. (Daha ətraflı məlumat almaq üçün müəllifin "Əsrare-namaz” və "Təfsiri-namaz” kitablarına müraciət edin.)
    Bildirişlər
    1. Peyğəmbərin (s) dəvəti ümumidir və bütün xalqı əhatə edir. ("Ya əyyuhənnas”)
    2. İbadətin fəlsəfəsi nemət sahibinə şükür etməkdir. ("Əbudu rəbbəkumulləzi xələqəkum”)
    3. İlk nemət yaranış, ilk göstəriş xaliq qarşısında əyilməkdir. ("Ubudu Rəbbəkumulləzi xələqəkum”)
    4. Məbada ata-babalarımızın bütpərəstliyi və azğınlığı bizi Allaha ibadətdən uzaqlaşdıra. ("Vəlləzinə min qəblikum”)
    5. İbadət təqva amilidir. Təqva yaratmayan ibadət ibadət deyil. ("Ubudu... ləəlləkum təttəqun”)
    6. Öz ibadətinizlə qürrələnməyin. Hər ibadət təqva yaratmır. ("Ləəlləkum təttəqun”)
    22. الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ
    "O Allah ki, sizin üçün yer üzünü döşənəcək, göyü isə tavan qərar verdi. Göydən su endirdi və onun vasitəsi ilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. Belə isə Allahın oxşarı olmadığını bildiyiniz halda Ona şərik qoşmayın.
    Nöqtələr
    Bu ayədə Allah müxtəlif nemətlərə işarə etmişdir. Bu nemətlərin hər biri müxtəlif nemətlər üçün mənbədir. Məsələn, yerin döşənəcək olması bir çox digər nemətlərə işarədir. Eləcə də, dağların bərkliyi, biyabandakı torpaqların yumşaqlığı, yerlə günəş arasındakı məsafə, havanın istiliyi, çaylar, dərələr, dağlar, otlar və onların müxtəlif hərəkətləri yeri döşənəcək kimi hazırlamışdır. Necə ki, Quranda yer haqqında bir neçə təbir işlədilmişdir. Yer beşik ("məhd”), ram ("zəlul”) kimi yad edilmişdir.(Qəsəs”, 49. )
    "Səma” sözü ayədə bir yerdə bütün yuxarı fəzaya işarə oluraq "ərz” sözü qarşısında işlədilmişdir. Bir dəfə isə həmin sözlə yağışın buludlardan endiyi fəzaya işarə olunur.
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 1219 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024