İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Nöqtələr
    Ayədə intihardan, yəni öldürməkdən yox, bir-birini öldürməkdən danışılır. Necə ki, başqa bir ayədə "bir-birinizə tənə vurmayın” buyurulur.("Nur”, 61. ) Başqa bir ayədə də buna oxşar bəyanat var: "Bir-birinizə salam verin.”("Nisa”, 66. )
    Bu cür çətin tövbənin qəbulu yəhudilər üçün fəzilətdir. Çünki Allah münafiq müsəlmanların tənqidində buyurur: "Əgər onlara bir-birlərini öldürməyi vacib etsəydik və ya öz məmləkətlərindən xaric olmaları üçün fərman çıxarsaydıq, bütün bunları çox az bir hissə yerinə yetirərdi.("Ə`raf”, 154. )
    Bildirişlər
    1. Xalqı ilahi hədlərin qəbuluna məhəbbətlə hazırlayın.
    2. Şirk insanın özünə zülmüdür.
    3. Dəlil, möcüzə nə qədər çox olarsa, vəzifə daha da ağır, vəzifədən boyun qaçırmaq isə daha da təhlükəli olacaq.
    Buzova pərəstiş edənlər bütün bu möcüzələri gördükdən sonra edamdan başqa çıxış yolları qalmamışdı.
    4. Dindən çıxanın (mürtəd) hökmü qətldir.
    5. İlahi mərhəmət və ölüm, ilahi lənət və həyatdan üstündür.
    6. İlahi hədlərin icrası insanın qətli bahasına başa gəlsə də, onun xeyrinədir.
    7. İlahi göstərişlərin əsas məqsədi insana xeyir verməkdir.
    8. Xalqın ağır cərimələri ödəməyə hazırlanması üçün bir çox bərəkətlər bəyan olunmalıdır.
    55. وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نُّؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ
    "(Yada salın,) o zaman ki, dediniz: "Ey Musa, Allahı aşkar görməyincə, sənə iman gətirmərik. Beləcə, tamaşa etdiyiniz halda şimşək sizi bürüdü.”
    Nöqtələr
    Həzrət Musanın qövmü iki dəstəyə bölündü:
    a) Seçilmiş bir qrup Musa ilə birlikdə münacat və Allahın kəlamını eşitmək üçün Tur dağına getdi. Amma Allahla Musanın söhbətlərini eşitdikləri zaman dedilər: "Haradan bilək ki, bu, Allahın səsidir? Allahı qəbul etmək üçün Onu hökmən gözümüzlə görməliyik.”
    b) Digər bir dəstə Harunla qaldı. Amma həzrət Musa olmayan bir vaxtda onlar buzovpərəst oldular. Quranda Allahı görmək tələbində olanlar haqqında buyurulur: "Onları zəlzələ bürüdü.”("Ali-İmran”, 85. ) Bəlkə də bu ayədə xatırladılmış şimşək zəlzələ ilə müşayiət olunmuşdur. Onlar bu şimşəklə dünyalarını dəyişdilər. Çünki növbəti ayədə belə buyurulur: "Sizi öldükdən sonra ikinci dəfə dirildərik.”
    Sual verənlər eyni ruhiyyədə deyildilər. Həm Musa, həm də xalq Allahla görüşmək istəyində idi. Musa xalqın nümayəndəsi olaraq ədəblə dedi: "Məni görün” Amma Musanın qövmü təkəbbürlə dedi: "Biz Allahı aşkar görməyincə Ona iman gətirmərik.” Ona görə də Allah Musanın cavabında belə buyurdu: "Sən məni heç vaxt görməyəcəksən.” Sonra ilahi qəzəb həmin qövmü bürüdü.
    Bu ayə İslam peyğəmbərinə təsəlli verir ki, xalqın yersiz istəklərinə görə nigaran olmasın. Çünki xalq Musadan daha təhlükəli şeylər istəmişdi.
    Bildirişlər
    1. Keçmişdəkilərin inadkarlıq, ədəbsizlik, yersiz tələblər aqibətindən ibrət götürün.
    2. Bir qrup üçün məntiq, dəlil və moizə kifayətdir. Amma digər bir qrup üçün qəhr və qəzəb lazım gəlir.
    3. Əgər Allah gözə görünmürsə, Onun əsərləri gözə görünür. Nə üçün bu əsərləri görməklə iman gətirmirsiniz?
    56. ثُمَّ بَعَثْنَاكُم مِّن بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
    "Sonra sizi yenidən diriltdik. Bəlkə, Ona şükrü yerinə yetirəsiniz.”
    Nöqtələr
    Şimşəkdən öldürülmüşlərin yenidən dirildilməsi həzrət Musanın pərişanlığı, nigarançılığı və duasından sonra baş verdi. İnşallah "Əraf” surəsində bu barədə danışacağıq.
    Bildirişlər
    1. Rəcət və məad mümkünsüz iş deyil. Bəzi ölülər elə bu dünyada dirilmişlər.
    2. Öncə çətinliklər, sonra isə qurtuluş şükür etmə ruhiyyəsinin yaranması üçündür.
    57. وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ
    "Buludları sizə kölgələnəcək etdik. Sizə "mənn” və "səlva” nazil edib dedik: "Sizə ruzi etdiyimiz pak nemətlərdən yeyin.” Onlar (bəhanə axtarmaqla) bizə yox, özlərinə zülm etdilər.”
    Nöqtələr
    Bəni-İsrail fironun hakimiyyətindən xilas edildikdən sonra onlara göstəriş verildi ki, Fələstin torpaqlarına daxil olsunlar. Onlar isə həmin yerdə zalımların olduğunu bəhanə gətirərək əmrdən boyun qaçırdılar və Musaya dedilər: "Allahınla birgə onlarla döyüşə get, biz isə burada oturmuşuq.” Allahın qəhr və qəzəbi onları bürüdü və qırx il Tih səhrasında qaldılar. Amma Allah orada da onları lütfündən məhrum etməyib buludları kölgələnəcək qərar verdi. Onlara "mənn” və "səlva” adlı təbii və dadlı ruzilər nazil edildi.
    Ayədə yağışsız, yalnız kölgə salan bulud "ğəmam” adlandırılmışdır. Yağışlı buluda isə "səhab” deyilir. "Mənn” ağaclarda yaranan xüsusi bir şirədir. Bəziləri ayədə bal və ya göbələk nəzərdə tutulduğunu da bildirmişlər. "Səlva” isə göyərçinə oxşar bir quşdur.
    Bildirişlər
    1. Buludlar, külək və yağış Allaha tabedir.
    2. Allahın ruzi verən ( raziq) olması xüsusi şərtlərlə məhdudlaşmır. Allah susuz, ələfsiz səhraya da təbii ruzi göndərir.
    3. Allah insanın ruzisini halal və pak şeylərdən müəyyənləşdirmişdir.
    4. Allahın əmrindən çıxma insanın özünə zülmüdür.
    58. وَإِذْ قُلْنَا ادْخُلُواْ هَـذِهِ الْقَرْيَةَ فَكُلُواْ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَداً وَادْخُلُواْ الْبَابَ سُجَّداً وَقُولُواْ حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ
    "(Yada salın) O zaman ki, dedik: "Bu kəndə (Beytül-Müqəddəsə) daxil olun və onun bol nemətlərindən nə istəyirsinizsə, ləzzətlə yeyin. Qapıdan (Beytül-Müqəddəs məbədi) səcdə edən və xaşe halda daxil olun və deyin: "Hittə” (günahlarımızı tök), Biz də sizin xətalarınızı bağışlayaq. Biz yaxşı əməl sahiblərinə artıq əvəz verəcəyik.”
    Nöqtələr
    "Maidə” surəsinin 21-ci ayəsində buyurulduğu kimi, bu ayədəki kənd sözü Beytül-Müqəddəsə işarədir. Tih biyabanında qırx il qaldıqdan sonra bəni-İsraillə Beytül-Müqəddəsə daxil olmaq əmri verildi. Onlar məscidə daxil olduqları vaxt mübarək "Hittə” sözünü deməli idilər. "Hittə” günahların yuyulması, bağışlanma istəyi və tövbənin bəyanıdır. "Ətyəbul-bəyan” təfsirində bildirilir ki, ayədəki qapı sözü şəhər darvazasına yox, hazırda da, "babul-Hittə” adlanan məscid qapısına aiddir. Ayədəki səcdə sözü məscidə daxil olduqdan sonra yerinə yetiriləsi şükür səcdəsini bildirir.
    Bildirişlər
    1. Xalqın ehtiyacının təmini onlara ibadət əmrindən öndə gəlir.
    2. Müqəddəs məkanlara daxil olmaq üçün xüsusi ehtiram lazımdır.
    3. Bağışlamaq Allahdandır, tövbə və bağışlanma istəyi isə bizdən.
    4. Dua və tövbə qaydasını Allahdan öyrənməliyik.
    5. Allahın göstərişlərinə əməl etmək bağışlanmağımızın zəminəsidir.
    6. İstiğfar günahkarlar üçün bağışlanma, salehlər üçün yüksəliş əsasıdır.
    59. فَبَدَّلَ الَّذِينَ ظَلَمُواْ قَوْلاً غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُواْ رِجْزاً مِّنَ السَّمَاء بِمَا كَانُواْ يَفْسُقُونَ
    "Amma zalımlar (həmin sözü) onlara deyiləndən başqa bir sözə döndərdilər (onlar hittə əvəzinə məsxərə ilə "hintə”, yəni "buğda” deyirdilər) Biz də o zalımlara batdıqları günahın cəzası olaraq səmadan əzab endirdik.”
    Nöqtələr
    "Əraf” surəsinin 161-162-ci ayələrində bu və bundan əvvəlki ayənin oxşarı təkrarlanmışdır. Bu ayələrdə "ricz” sözü əza, taun xəstəliyi, iztirab halı mənalarını bildirir.
    Allahın qaydası mərhəmət nazil etməkdir. Ona görə də Bəni-İsrail üçün ən üstün qəza olan "mənn” və "səlva” nazil oldu. Amma onlar inadkarlıq göstərdiklərindən səmadan əzab nazil edildi.
    Bildirişlər
    1. Zülm və günah qanunun əvəz olması və təhrifinə zəmin yaradır.
    2. Bir işin yolu və üsulu bəyan olunanadək insan öz bildiyinə əməl etməkdə azaddır. Amma yol bəyan olunduqdan sonra onu dəyişənlər üçün üzr yeri qalmır.
    3. İlahi qanunları dəyişməyin cəzası qəhr və əzabdır.
    4. Bütün cəzalar axirətə aid deyil. Bəzi cəzalar elə bu dünyada gerçəkləşir.
    5. Əyri yol insan üçün adətə çevrildikdə Allahın əzabı nazil olur.
    60. وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِّعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْناً قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ كُلُواْ وَاشْرَبُواْ مِن رِّزْقِ اللَّهِ وَلاَ تَعْثَوْاْ فِي الأَرْضِ مُفْسِدِينَ
    "(Yadınıza salın) o zaman ki, Musa öz qövmü üçün su istədi, ona dedik: "Öz əsanı daşa vur.” Qəfildən ondan on iki çeşmə yarıldı və qaynadı. Fərdlərdən hər biri su içəcəyi yeri tanıdı. (Dedik) İlahi ruzidən yeyin-için və yer üzündə təkəbbürlə fəsad göstərməyin.”
    Nöqtələr
    On iki rəqəmində bir rəmz vardır. Ayların, Bəni-İsrail başçılarının, həzrət İsanın həvarilərinin və məsum imamların sayı on ikidir.
    Ayədə "mufsidin” sözü ilə yanaşı "la təsəv” kəlməsi də işlənmişdir. İkinci söz qatı fəsadı bildirir. Bu sözlərin yanaşı işlənməsində məqsəd fəsad ruhiyyəsinin qadağan edilməsi ola bilər. Çünki bilməyərəkdən baş vermiş büdrəmə bağışlana bilər.
    Bildirişlər
    1. Peyğəmbərlər həm də maddi ehtiyaclarını təmin etmək fikrində olmuşlar.
    2. Hər şeyi, hətta içməli suyu da Allahdan istəyin.
    3. Təbiət qanunları Allahın iradəsinə tabedir.
    Allah həm səbəb sala bilir, həm də səbəbi aradan götürə bilir. Bir əsa və bir insan əli ilə bir dəfəyə su çıxarır və onu axıdır.
    4. Peyğəmbərlərin duası qəbul olur.
    5. Əsanın daşa vurulması ilə su çıxması bir möcüzədir. On iki qəbilə üçün on iki bulağın çıxması başqa bir möcüzədir.
    6. Nizamlı və ədalətli bölgü əmniyyət və səfa əsasıdır. Belə bir bölgü ixtilafların qarşısını alır.
    7. İlahi nemətlərdən bəhrələnmə fəsad zəminəsi yaratmamalıdır.
    8. Fəsadın qarşısını almaq üçün Allahın insana məhəbbət və lütfündən danışın.
    61. وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نَّصْبِرَ عَلَىَ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الأَرْضُ مِن بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُواْ مِصْراً فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآؤُوْاْ بِغَضَبٍ مِّنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعْتَدُونَ
    "(Xatırlayın) O zaman ki, dediniz: "Ya Musa, biz hər gün eyni təam yeməyə dözməyəcəyik. Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən - tərəvəzdən, xiyardan, sarımsaqdan, mərcidən və soğandan yetirsin.” Musa dedi: " Siz yaxşı nemətin əvəzində bu cür alçaq şeylərmi istəyirsiniz? Belədirsə, şəhərə daxil olun, istədiyinizi orada taparsınız. "Onlara zəlalət və möhtaclıq damğası vuruldu. Allahın qəzəbinə düçar oldular. Bunun səbəbi onların Allah ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri idi. Bunun səbəbi onların günahkarlığı, asiliyi və həddi aşmaları idi."
    Nöqtələr
    Bəni-İsrail mənn və səlva nemətlərinə şükür etmək əvəzinə ifrata varıb çeşidlilik arzusuna düşdü və yerin bitirdiklərindən istədilər. Ayədə nümunə olaraq göyərtinin, xiyarın, soğanın, sarımsağın adı çəkilir. Həzrət Musa onların üstün nemətlər əvəzində sadə şeylər istəməsindən təəssüf duyaraq onlara dedi: "Əgər dediyiniz şeylərdən dadmaq istəyirsinizsə, şəhərə gedib düşmənlərinizlə döyüşməlisiniz." Sizdə bir tərəfdən cihad halı yoxdur, digər tərəfdən şəhər həyatının üstünlükləri arzusundasınız. Allah xəbər verir ki, bu qövm malik olduğu xüsusiyyətlərlə zillətə düşüb, ilahi qəhr və qəzəbə düçar olasıdır.
    Çeşidlilik tələbi, daha çox əldə etmək arzusu insanın əsir olması üçün bir tələdir. Xalqın bu xüsusiyyətindən istifadə edən istismarçılar çeşidli libaslar, tikililər, miniklər və bər-bəzək əşyaları ilə onları əsarət altına alırlar.
    Bildirişlər
    1. Qarınqululuq insanın alçalması amillərindən biridir.
    2. Rifah istəyi zillət zəminəsidir.
    3. Danışıqda ədəbsizlik azğın ruhiyyə nişanəsidir. Onlar "dözməyəcəyik” əvəzinə” yeməklərin bir növ olması bizə ağırdır” deyə bilərdilər. Eləcə də, "Rəbbindən istə” əvəzinə "Rəbbimizdən istə” demək mümkün idi.
    4. Bəni-İsrail istəklərinə hədd-hüdud qoymayan qövmdür.
    5. Xırda şeylər üçün ağız açmaq nəfsin itiliyi, asılılığı və alçaqlığı nişanəsidir.
    6. İnsanın həqiqi xeyirinin təminatçısı onun Allahın qismətindən razı olub səbir etməsidir. Şəhər həyatı və hər şeyə malik olmaq təkamül nişanəsi deyil. Bu imkanlar insanın süqutuna da səbəb ola bilər.
    7. Şəhərdə yaşayıb hər cür imkana malik olmaq inkişaf və təkamül əlaməti deyil; bəzi vaxtlarda bu iş süqut amili də sayılır.
    8. Təhlükəli işlər azğın fikirlərə bağlıdır.
    9. Peyğəmbərlərin tarixi Allah yolunda şəhadətlə qol-boyundur.
    10. Ardıcıl günah küfrə, küfr isə cinayətə səbəb olur.
    11. Zillət və bədbəxtlik millət, irqə yox, insanın xasiyyətlərinə, əqidəsinə və əməllərinə bağlıdır.
    62. إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    "O kəslər ki, iman gətirdilər və o kəslər ki, yəhudi, məsihi və sabii oldular, Allaha və qiyamət gününə iman gətirib saleh iş görsələr, mükafatları Rəbblərinin yanındadır. Onlar üçün qorxu yoxdur və onlar qəmgin olmazlar.”
    Nöqtələr
    "Təfsiri-nümunə”də "Cameul-bəyan”dan belə nəql olunmuşdur: "Salman Farsi həzrət Peyğəmbərə (s) dedi: "Mənim iman və namaz əhli olmuş, amma sizi görməmiş dostlarımın qiyamətdə halı necə olacaq?” Oradakılardan biri belə cavab verdi: "Cəhənnəm əhlidirlər.” Amma belə bir ayə nazil oldu, öz əsrində dinə ardıcıllıq edib, ilahi vəzifə və əmrlərə əməl edənlər üzürlüdürlər. Əlbəttə ki, bu ayə yəhudilikdə və ya məsihilikdə qalmaq üçün bəhanə ola bilməz. Çünki əvvəla, Quran kitab əhlini İslama dəvət etmişdir. İkincisi, bilərəkdən İslamdan başqa din ardınca gedənlər hədələnmiş və onlardan qəbul olunmayacağı bildirilmişdir.("Ə`raf”, 156. )
    Qurandakı "Əlləzinə hadu” ifadəsi yəhudilərə aiddir. Onların belə adlandırılmasının səbəbi həm tövbə etmələri("Səff”, 14. ), həm də Yaqubun oğlu Yəhuda aidiyyətləri ola bilər.
    Ayədə "Nəsara” dedikdə o məsihilər nəzərdə tutulur ki, həzrət İsa "Kimdir köməkçilərim” soruşduqda onlar " bizik Allahın köməkçiləri” demişlər.("Bəqərə”, 62; "Maidə”, 69; "Həcc”, 19. ) Bu adın bir səbəbi də həmin qövmün İsanın doğulduğu Nasiriyyə məntəqəsində sakinliyi ola bilər.
    "Sabiin” özünü həzrət Yəhyanın ardıcılı bilənlərə deyilir. Onlar ulduzların tədbir qüdrətinə inanırlar. Bu dəstənin adı "Bəqərə”, "Maidə”, "Həcc” surələrində yəhudilər, nəsranilər, məcusilər və müşriklərlə birlikdə çəkilir.("Bəqərə”, 93; "Nisa”, 154; "Ə`raf”, 17. )Buradan məlum olur ki, sabiilər zikr olunmuş dörd dəstədən deyillər. Bu ayin ardıcılları da digər kitab əhli kimi İslama dəvət olunmuşlar. Bu xüsusi etiqadın ardıcılları da azdır və bu ardıcıllar öz dinlərini təbliğ etmirlər. Onlar daha çox çayların və dənizlərin ətrafında yaşayır və tənha həyat tərzi keçirirlər. Bu fərdlərin müxtəlif qüsülləri vardır. Onlar yayda və qışda çayın axar suyunda qüsl verməlidirlər. Hazırda onların beş minə yaxın nümayəndəsi Xuzistanda (İranda) Karvət çayının kənarında və bu vilayətin digər şəhərlərində yaşayırlar. Səkkiz minə yaxın sabii isə İraqda Dəclə çayının kənarında və digər şəhərlərdə sakindir.
    Bildirişlər
    1. Bütün səmavi dinlərin müştərək əsasları vardır: tövhid, məad, saleh əməl.
    2. Tövhiddən sonra ən mühüm etiqad məaddır.
    3. İslamdan xəbərsiz digər din ardıcılları - istər İslamdan qabaq, istər İslamdan sonra - öz dinlərinə iman gətirib saleh əməl ardınca gedərlərsə, nicat taparlar. Bir şərtlə ki, onlar öz məlumatsızlıqlarında müqəssir olmayalar.
    4. İnsan yalnız Allaha iman, məada ümid və saleh əməl sayəsində rahatlıq tapır.
    5. Səadət və kəramət müsəlmanlıq, yəhudilik, məsihilik və sabiilikdən yox, iman və saleh əməldən asılıdır.
    63. وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاذْكُرُواْ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
    "(Yad et) o zaman ki, sizdən əhd aldıq və Tur dağını sizin fövqünüzə qaldırdıq. (Və dedik) sizə verdiyimizi qüdrətli tutun və onda olanları yadda saxlayın. Bəlkə, pəhrizkarlardan olasınız.”
    Nöqtələr
    Tur dağının yerindən qoparılıb yəhudilərin başı üstünə qaldırılması Quranın bəzi surələrində bəyan olunmuşdur.("Bəqərə”, 40, 82; "Maidə”, 12. ) Bu ayədə haqqında danışılan əhd-peyman "Bəqərə” və "Maidə” surələrindəki peyman da ola bilər.("Ə`raf”, 163, 166)
    Bildirişlər
    1. Nümunə götürmək əməl amillərindən biridir.
    2. Allah həm peyğəmbər göndərmək, həm də xariqüladə işlər nümayiş etdirməklə xalqa höccəti tamamlayır, bəhanə yeri qoymur.
    3. Qürur və inad ruhunu qırmaq üçün hədə tərbiyə üsullarından biridir.
    4. İnqilabi nailiyyətləri güc və qüdrətlə hifz etmək olar. Fironun hakimiyyətindən qurtulmaq, əsirlikdən azad olmaq nailiyyət idi.
    5. İlahi ayə və hökmlərə əməl ciddilik, eşq və möhkəmliklə müşayiət olunmalıdır. İlahi vəzifələrin icrasında zarafata, adətkərdəliyə, şəkkə və şan-şöhrətə yol vermək olmaz.
    6. Dini maarif tədris və təbliğlə xalqın zehnində diri saxlanılmalıdır.
    7. İlahi ayələrin zikri və onlar haqqında düşüncə təqva üçün zəmin yaradır.
    64. ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَلِكَ فَلَوْلاَ فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ
    "Bu cərəyandan sonra siz üz döndərdiniz. Əgər sizə Allahın fəzl və rəhməti olmasaydı, hökmən ziyankarlardan idiniz.”
    Bildirişlər
    1. Qafil insan ən mühüm hədələri də unudur.
    2. Ümidinizi itirməyin. Çünki Allah xilaf çıxanlarla da fəzl və rəhmətlə rəftar edir.
    3. Zərər-ziyandan yalnız Allahın fəzl və rəhməti sayəsində nicat tapmaq olar.
    65. وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ
    "Şübhəsiz ki, siz özünüzdən olanların şənbə günü itaətsizlik etdiyindən xəbərdarsınız. Biz onlara dedik: "Rədd olunmuş meymunlar şəklinə düşün.”
    Nöqtələr
    Tövratın hökmlərindən biri şənbə gününün tətil olmasının vacibliyi idi. Tamahkarlıq Bəni-İsraildən bir qrupunu yoldan çıxardı. Sonradan haqqında danışacağımız hiylə ilə şənbə günü işlədilər. Allah isə hiyləgər fərdləri meymun şəklinə saldı ki, başqaları üçün də ibrət olsun. Bu macəra "Əraf” surəsində də qeyd olunmuşdur.("Maidə”, 60. ) Sifətin dəyişməsi ilahi əzabların və Allah qəhrinin gerçəkləşməsinin bir nümunəsidir. Məsihilərin də bir dəstəsi göydən süfrə ("Maidə”) nazil olduqdan sonra küfr etdilər. Onlar da meymun və donuz şəklinə salındılar. ("Bihar”, c. 14, s. 787. )
    "Səbt” sözü işi dayandırmaq mənasındadır. "Nəbə” surəsinin doqquzuncu ayəsində bu söz yuxu ilə bağlı zikr olunmuşdur. Ona görə də yəhudilərin tətil günü sayılan şənbə günü "yəvmus-səbt” adlandırılmışdır.
    Ayədəki "xasiin” sözü rədd etmək mənasındadır. Bu söz əvvəllər iti qovmaq mənasında işlədilərdi. Amma sonradan ümumi şəkildə istifadə olunmağa başladı. "Xasiin” sözü qrammatik baxımdan aqil kişilərə aiddir. Bu sözün işlədilməsində məqsəd bu ola bilər ki, ilahi əzab səbəbindən meymuna çevrilənlərin insani ağlı və ruhu yerində idi. Çünki, belə bir halda əzab daha da ağır olur. Məraği kimi bəzi təfsirçilər öz təfsirlərində meymuna çevrilməni təşbeh hesab etmişlər. Onların nəzərincə, burada itaətsizlik göstərənlər sadəcə meymuna bənzədilmişdir. Öz nəzərlərinə dəlil olaraq "Uzunqulaq kimi” "dördayaqlılar kimi” Quran təbirlərini misal göstərirlər. Guya həmin insanlar zahirən yox, mənən məsx olunmuş, meymuna çevrilmişlər. Amma "Ətyəbul-bəyan” təfsirində həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql olunmuşdur: "Allah küfr etdiklərinə görə tarixdə yeddi yüz ümmətin çöhrəsini dəyişmiş və onları on üç növ heyvana çevirmişdir.”("Təfsiri-Fəxr Razi”. )
    Rəvayətdə bildirildiyi kimi, məsx məsələsi qiyamətdə insanların ruhuna uyğun olaraq daha da genişləndiriləcəkdir. Qiyamətdə insanlar on dəstədə məhşur olarlar:
    1. Şayiə düzəldənlər meymun sifətində;
    2. Haram yeyənlər donuz sifətində;
    3. Sələmçilər başıaşağı vəziyyətdə;
    4. Haqsız hakim kor vəziyyətdə;
    5. Qürurlu eqoistlər kar və lal vəziyyətdə;
    6. Əməlsiz alim dilini çeynəyən halda;
    7. Qonşunu incidən kəs əl-ayağı kəsilmiş vəziyyətdə;
    8. Xəbərçi oddan şaxələrə asılmış halda;
    9. Əyyaşlar leş tək üfunətli halda;
    10. Zülmkarlar oddan paltar geymiş vəziyyətdə. ("Məcməül-bəyan”, Nurus-səqəleyn”, "Safi” təfsirləri)
    Bildirişlər
    1.Tarixdən ibrət götürün.
    2. Allahın hökmünü "Nəsx” (dəyişən) edən özünü məsx etmişdir. Dinin çöhrəsinin təhrifi və dəyişdirilməsi insaniyyət çöhrəsinin dəyişməsi ilə müşayiət olunur.
    3.İstirahət və ibadət rəsmi proqramın tərkib hissəsi olmalıdır. Tətil, əyləncə, ibadət zamanı işə məşğul olan təcavüzkardır.
    4. Allahın yolundan çıxan şəxs başqalarına təqlid edən meymunsifət olacaq.
    5. Təbiət aləmində bir mövcud başqasına çevrilə bilir.
    6. Heyvanlar Allahın mərhəmətindən məhrum deyillər. Amma insanın heyvan olması ilahi qəhr və qəzəb nişanəsidir.
    66. فَجَعَلْنَاهَا نَكَالاً لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
    "Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət və pəhrizkarlar üçün öyüd qərar verdik.”
    Nöqtələr
    "Nəkal” elə bir əzabdır ki, onun təsiri davamlı və aşkardır. Başqaları bu əzabı görüb ibrət götürməlidir. İmam Sadiq (ə) buyurmuşdur: "Ayədə müasirlər dedikdə, bəla nazil olan dövrün adamları nəzərdə tutulur. Sonra gələnlər dedikdə isə növbəti ümmətlər, eləcə də biz müsəlmanlar nəzərdə tutuluruq.”
    Bildirişlər
    1. Məğlubiyyətlər və qələbələr gələcək insanlar üçün dərs olmalıdır.
    2. İbrət götürmək və nəsihət qəbul etmək təqva ruhiyyəsinin ehtiyacıdır.
    67. وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً قَالُواْ أَتَتَّخِذُنَا هُزُواً قَالَ أَعُوذُ بِاللّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ
    "(Xatırlayın) o zaman ki, Musa öz qövmünə dedi: "Allah sizə bir dişi inək kəsməyinizi əmr edir.” Dedilər: "Bizi məsxərəyəmi qoymusan?” Musa dedi: "Cahillərdən olmaqdan Allaha pənah aparıram.
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 886 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024