İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Nöqtələr
    Surəni ondakı əhvalata görə "Bəqərə” ("İnək”) adlandırmışlar. İnək kəsilməsi əmri Tövratda bir mühakimə qanunu kimi bəyan olunmuşdur. Macəra belə baş vermişdir: Bəni-İsrail arasında qatili bilinməyən bir məqtul (qətlə yetirilən) tapıldı. Qövm arasında mübahisələr, çəkişmələr başladı. Hər bir qəbilə bu qətli o biri qəbilənin ayağına yazırdı.
    Onlar mühakimə və məsələnin həlli üçün həzrət Musanın yanına getdilər. Musa onlara buyurdu: "Allah əmr etmişdir ki, bir inək kəsəsiniz və onun ətindən bir parçanı cəsədə toxundurasınız. Belə etsəniz, o diriləcək və öz qatilini tanıtdıracaq.” İnadkar qövm Musanın bu təklifi qarşısında dedi: "Yoxsa bizi məsxərəyə qoymusan?” Musa dedi: "Məsxərə cahillərin işidir. Mən isə cahillərdən olmaqdan Allaha pənah aparıram.”
    Quran və rəvayət dilində cəhl nadanlıq yox, düşüncəsizlik mənasındadır. Ona görə də "cəhl” elmin yox, əqlin antonimi kimi işlədilir. Başqalarını məsxərə etmək düşüncəsizlik nişanəsi olduğundan həzrət Musa bu sifətdən Allaha pənah aparır.
    Bildirişlər
    1. Allahın əmri bizim düşüncəmizə və zövqümüzə uyğun olmadıqda, onun hikmətini anlamadığımız vaxt həmin əmri inkar etməməliyik.
    2. Musa inəyin kəsilməsi göstərişinin Allah tərəfindən olduğunu bəyan edir ki, bəlkə ədəbə riayət edib təslim olalar. Amma onlar yenə də bəhanə gətirirdilər.
    3. Əgər Allah istəsə, bir ölünü o birinə toxundurmaqla dirildər.
    4. İnəyi öldürməklə onun müqəddəs olması fikri aradan qalxır. Necə ki, İbrahim bütləri sındırdı, Samirinin qızıl buzovu yandırıldı.
    5. Xalqın peyğəmbərə iman dərəcəsi onların ilahi göstərişlərlə davranışından başa düşülür.
    6. İstiazə və Allaha pənah aparılması sığortalanma yollarından biridir. Peyğəmbərlərin isməti və günahsızlığı, istiazə və pənah aparmağın sayəsindədir.
    7. Məsxərə etmək cahil və düşüncəsiz insanların işidir.
    8. Cəhl elə bir təhlükədir ki, Allah övliyaları bu təhlükədən Allaha pənah aparmışlar.
    9. Bir macərada Allah qüdrətinin nümayişi ilə tövhid, Musanın möcüzəsi ilə peyğəmbərlik, ölünün dirilməsilə məad sübuta yetirilir.
    68. قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ فَارِضٌ وَلاَ بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ فَافْعَلُواْ مَا تُؤْمَرونَ
    "(Bəni-İsrail Musaya) dedilər: "Bizim üçün Allahdan istə ki, onun necə (inək) olmasını aydınlaşdırsın.” (Musa) dedi: "Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların arasında olan dişi bir inəkdir. Sizə əmr olunanı yerinə yetirin.”
    Nöqtələr
    Bəni-İsrail mövzunun ciddi olduğunu anladıqda bəhanə axtarmağa başladı. Bəzi təfsirçilərin nəzərincə, qatil bu bəhanəni rüsvay olmamaq üçün xalqa təlqin etdi.("Maidə”, 101. ) Hər halda bu qövmün sual tərzi onların inadkar ruhiyyəsindən danışır. Ayədə buna işarə olundu və onların batini açıqlandı.
    Bildirişlər
    1. Sualı ədəblə verin. Ayədə "ləna” (bizim üçün) sözü iki dəfə təkrarlanmış, "Rəbbimiz” əvəzində "Rəbbin” kəlməsi işlədilmişdir. Bütün bunlar təkəbbür ruhunun nişanələridir.
    2. Allahın əmrini dərhal yerinə yetirin, vəsvəsə və tərəddüddən çəkinin.
    69. قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُ يَقُولُ إِنّهَا بَقَرَةٌ صَفْرَاء فَاقِـعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ
    "(Onlar Musaya) dedilər: "Bizim üçün Allahından istə ki, onun rənginin necəliyini bizə aydınlatsın.” (Musa) Dedi: "Həqiqətən, Allah buyurur ki, o, görənləri şad edən tam sarı rəngli dişi bir inəkdir.”
    Nöqtələr
    Zibh (kəsmək) əmri iki dəfə verilsə də, onlar sanki qatili tanıyır, sadəcə bunu bildirmək istəmirdilər. Ona görə də inadkarlıq və bəhanəçiliklə çoxlu suallar verirdilər. Nəhayət, inəyin rəngi haqqında soruşdular. Allah onların cavabında buyurdu: "İnəyin rəngi tünd və xalis sarı olsun. Elə bir rəng ki, görənləri sevindirsin.” Yəni bu inək xüsusi biçimə, sağlamlığa, rəngə və gözəlliyə malik olsun. Əgər onların ağırlıq ölçmək üçün bir vasitəsi olsaydı, şübhəsiz ki, inəyin çəkisini də soruşardılar!
    Bizə yersiz suallar qadağan edilmişdir. Quranda oxuyuruq: "Cavabı verildikdə sizin üçün çətinlik yaradan şeylər haqqında soruşmayın.”("Təfsiri-nümunə”, c. 5, s. 96. )
    Bir gün həzrət Peyğəmbər (s) həccin vacibliyi və əhəmiyyəti haqqında xütbə oxuyurdu. Xütbənin gedişində bir şəxs sual verdi: "Həcc hər ilmi vacibdir? " Həzrət Peyğəmbər (s) cavab vermədi. Həmin şəxs ikinci dəfə sualı təkrarladı. Həzrət narahat olub buyurdu: "Nə üçün israr edirsən? Əgər desəm bəli, işiniz çətin olacaq. Mənim susduğumu gördükdə israr etməyin.” Sonra həzrət Peyğəmbər (s) buyurdu: "Keçmiş qövmlərin həlak olmasının səbəblərindən biri onların yersiz sualları idi.”("Şərhe-İbn Əbdül-Hədid”, c. 18, s. 102. )
    Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də buyurur: "Allah bəzi işlərin hökmü üzərindən sükutla keçmişdir. Bu sükutun səbəbi unutqanlıq yox, sizin üçün əməl meydanının geniş olmasıdır. Ona görə də yersiz suallarla xırdaçılıq etməyin.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 89. )
    Bildirişlər
    1. Sarı rəng, rəvayətlərdə də bildirildiyi kimi, dinin sifarişidir.
    2. Rənglərin insan ruhiyyəsinə təsiri vardır.
    70. قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ البَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّآ إِن شَاء اللَّهُ لَمُهْتَدُونَ
    "(Növbəti dəfə Musaya) dedilər: "Bizim üçün öz Allahından onun necə inək olmasını aydınlaşdırmasını istə. Çünki bu inək bizim üçün dolaşıq bir iş olub. Əgər Allah istəsə, hökmən hidayət olacağıq.”
    Nöqtələr
    Hər bir işdə orta həddi (etidal) gözləmək bir dəyərdir. Bəzən insanlar sadə bir əlaməti görməklə yəqinlik tapırlar. Bəziləri isə açıq-aşkar bəyanatlar qarşısında şəkk-şübhəyə düşürlər. Aşkar və qəti bəyanlar qarşısında şübhəyə düşmək olmaz.
    Hədisdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Bəni-İsrailə sadə və adi bir inək kəsmək əmr olunmuşdu. Amma onlar bu məsələni çətinliyə saldıqları və bəhanə gətirdikləri üçün Allah da onlara çətinlik yaratdı.”("Təfsiri-Dürrül-Mənsur”, c. 1, s. 78. )
    Bildirişlər
    1. Xırdalığa varmaq insanın diqqətini əsas məsələlərdən kənarlaşdırır.
    2. İnadkarlıq ruhiyyəsi səbəbindən insan haqqı tanımaqda çətinlik çəkir.
    3. Bəzən insanlar həqiqəti tapmaq və agahlıq əldə etmək məqsədilə yox, inadkarlıq ruhiyyəsi səbəbindən sual verirlər.
    4. İlahi rəhbərlərin köksü genişdir. Müsahiblərinin "Rəbbimiz” əvəzinə "Rəbbin” deməsi dəfələrlə təkrarlanmış bir hörmətsizlik, qırmızılıq idi. Amma həzrət Musa bunu açıb-ağartmadı.
    71. قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ ذَلُولٌ تُثِيرُ الأَرْضَ وَلاَ تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لاَّ شِيَةَ فِيهَا قَالُواْ الآنَ جِئْتَ بِالْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفْعَلُونَ
    "(Musa) dedi: "(Rəbbiniz) buyurur ki, o, yeri sürəcək və əkin suvaracaq qədər ram olmamış, heç bir eybi və ləkəsi olmayan bir inəkdir.” Dedilər: "İndi həqiqəti bildirdin.” Sonra onu tapıb başını kəsdilər. Amma az qalmışdı ki, əməl etməsinlər.”
    Nöqtələr
    "Zəlil” ram olmuş, "tusir” şum edən, "musəlləmə” bütün eyb və nöqsandan saf, "la şiyə” xalı və başqa rəngi olmayan deməkdir.
    Yəhudilər öz peyğəmbərlərinə münasibətdə ədəbsiz idilər. Bəhanə axtardıqları və qaçmaq istədikləri bir vaxtda Allahın fərmanını yerinə yetirməyə məcbur olub Musaya dedilər: "İndi həqiqəti bildirdin.” Guya həmin vaxtadək deyilən batil idi.
    Bildirişlər
    1. Hər hansı planı yerinə yetirərkən fəal, istehsal gücünə malik, iqtisadi mexanizmləri məhv etməyin.
    2. Allahın əmri yolunda sərf olan hər bir şey sağlam olmalıdır. Həcc səfərində də Allah evinin ziyarətçisi qurban bayramı günü sağlam heyvan kəsməlidir.
    3. Qürur və nəfs istəkləri işi bir yerə çatdırır ki, insan könlündən keçənləri həqiqət sayır.
    72. وَإِذْ قَتَلْتُمْ نَفْساً فَادَّارَأْتُمْ فِيهَا وَاللّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ
    "(Xatırlayın) o zaman ki, birini qətlə yetirdiniz, sonra onun (qatilinin) haqqında mübahisəyə başladınız. Amma Allah sizin gizlətdiklərinizi aşkara çıxarar.”
    Nöqtələr
    Qətl hadisəsi və inəyin zibhi (kəsilməsi) haqqında fərman əvvəlki ayələrdə ətraflı şəkildə bəyan olundu. Bu ayə isə həmin macəranı xülasə şəkildə zikr etməklə yenidən xatırladır ki, Allah sizin gizlətdiklərinizi inəyin zibhi və onun bir parçasını ölüyə toxundurub diriltməklə ifşa etdi. Beləcə, sizin xilaf işlərinizin üstündən pərdə götürüldü.
    "Dürrül-Mənsur”da belə bir hədis nəql olunur ki, əgər insan heç bir bacası olmayan möhkəm daş layların arasında bir iş görsə belə, Allah (əgər istəsə) onu xalqa aşkarlayar.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 88. )
    Rəvayətdə oxuyuruq: Uyğun xüsusiyyətlərə malik orta yaşlı sarı inək yalnız bir gəncdə tapıldı. Bu müamilə onun üçün çox qazanclı idi. Amma tövlənin açarı atasının yatdığı balışın altında olduğundan oğlan atasını oyatmayıb bu böyük qazancdan keçdi. Allah o gəncin ataya münasibətdəki bu xidmətini qiymətləndirmək üçün Bəni-İsrailin bəhanələrinə cavab olaraq işi elə yerə gətirib çıxartdı ki, onlar hər nə qədər baha qiymətə olsa belə o gəncdən inəyi almalı olsunlar. Musa (ə) buyurdu: "Görün yaxşı əməl öz əhlinə nə yetirir!”("Nisa”, 80, 120; "Bəqərə”, 109; "Maidə”, 21. )
    Bildirişlər
    1. Başqasının günahına razı olan şəxs həmin günaha şərikdir. Musa dövründə qətlə razı olan yəhudilər qətldə ittiham olunmuşdular.
    2. Bəzən insan kimlərisə özündən uzaqlaşdırmaq üçün onları günahda ittiham edir. Belələri anlamırlar ki, Allah ölüyə toxundurmaqla məsələni aşkarlayıb günahkarı ifşa edir.
    73. فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا كَذَلِكَ يُحْيِي اللّهُ الْمَوْتَى وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
    "Belə ki, dedik: "Zibh olmuş inəyin bir parçasını qətlə yetirilənə vurun.” Allah ölüləri bu sayaq dirildər və öz ayələrini sizə göstərər ki, bəlkə düşünəsiniz.”
    Bildirişlər
    1. Xalqın inam və etiqadını qazanın. Həzrət Musa inəyin ətindən bir parçanı ölüyə toxundurmağı xalqın öhdəsinə buraxıb buyurdu: "Özünüz bu işi görün.”
    2. Bu ayə Allahın ölüləri diriltmə qüdrətinin nümunəsidir.
    3. İlahi qüdrət nişanələrinin müşahidəsi bir anlıq təəccüb yox, daimi düşüncə üçündür.
    4. İnsanın ruhu və düşüncəsi bulaşdıqda ilahi ayələrin müşahidəsi də onun yatmış düşüncəsini oyada bilmir.
    74. ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاء وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
    "Bu hadisədən sonra sizin qəlbləriniz bərkidi. Daş kimi, ya daha bərk! Necə ki, bəzi daşlar yarılıb nəhrlər çıxır, bəzilərinin çatı götürülür və su ondan sızır və bəzi daşlar da Allah qorxusundan aşağı düşür. (Amma sizin qəlbləriniz təsirlənmir.) Allah sizin əməllərinizdən qəflətdə deyil.”
    Nöqtələr
    Əvvəlki ayələrdə Allahın bəni-İsrailə bir çox lütfləri, o cümlədən, fironun şərindən qurtuluşları, dəryanın parçalanması, onların buzovpərəstlikdən tövbələrinin qəbulu, ən üstün nemətlərin nazil olması, buludların kölgə salması, məsum şəxsin rəhbərliyi xatırlandı. Axırda bir qətl macərası, qatilin ecazkar bir üsulla müəyyən edilməsi haqqında danışıldı. Allah bu ayədə buyurur: "Sizin bütün bu nişanələrə diqqətsizliyiniz səbəbindən qəlblərinizi qəsavət (bərklik) bürüdü və daşqəlbli oldunuz. Hətta qəlbləriniz daşdan da bərk oldu.
    Daşlar üçün müxtəlif mərhələlər vardır:
    a) Onlar xırdalanır və kökslərindən nəhrlər care olub insanları sirab edir. ;
    b) Onlar partlamır, amma ən azı özlərini və ətraflarını nəmləndirirlər. ;
    v) Allah qorxusundan sükut və səcdə edirlər.
    Bildirişlər
    1. Qəsavət və daşqəlblilik ardıcıl inadkarlıq nəticəsində yaranmış ən pis ruhi xəstəlikdir.
    2. İlahi ayələrin və lütflərin müşahidəsi nəinki inadkar insanların imanını gücləndirmir, hətta onların qəlbini bir az da daşlaşdırır.
    3. Nəslimiz üçün xəcalət olası bir iş görməyək. Əcdadlar daşqəlbli idilər. Amma Allah onların nəslinə belə deyir:
    4. Elm öz-özlüyündə, təklikdə nuraniyyət gətirmir. Haqında danışılan qövm bütün möcüzələri görsələr də, yenə qəlbləri yumşalmadı.
    5. Qəsavətin, qəlbin bərkliyinin də mərhələləri var.
    6. Ən sadə təşbehlə ən dərin maarifi bəyan etmək olar.
    7. Tənqid əsaslı olmalıdır. Quran buyurur ki, bəzi qəlblər daşdan da bərkdir. Suyun daş kənarından axması dəlil kimi göstərilir.
    8. Cansız aləmin də hansısa səviyyədə şüuru var. Çünki onların qorxusu haqqında danışılır. Çünki qorxu yalnız elmdən doğur. "Fatir” surəsinin iyirmi səkkizinci ayəsində buyurulur: "Allahdan yalnız elmi olanlar qorxar.” Mövləvi öz şerində bu məsələni belə nəzmə çəkmişdir:
    Zərrələr söz açır gizli və aşkar,
    Gecə-gündüz sənlə danışır onlar.
    Deyirlər: eşidib, görüb, duyuruq,
    Sizinlə söhbəti yersiz sayırıq.
    Var suyun, torpağın, çiçəyin dili,
    Bunu eşidəsi bəsirət əhli.
    9. Qəsavətin dərmanı ilahi elmə diqqətdir.
    10. Qəlbidaşlıq bizim rəftarımıza təsirlidir.
    11. Allah bizim bütün işlərimizdən xəbərdardır.
    75. أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ
    "(Belə ki, ey möminlər!) (İnadkar yəhudilərin) sizin dininizə iman gətirməsi intizarındasınızmı? Hansı ki, onlardan bir dəstəsi Allahın sözlərini eşitdilər, onu anladıqdan sonra bilə-bilə təhrif etdilər.”
    Bildirişlər
    1. Xalqın iman gətirməsi intizarında olmaq yaxşıdır. Amma hamı belə bir tövfiq əldə edə bilmir. Siz də belə bir intizarda olmayın.
    2. İnadkar və azğın alimlərin varlığı cəmiyyətin islahına olan ümidi aradan qaldırır.
    3. Tənqid edərkən insafı gözləyin. Bütün yəhudilər təhrif əhli olmayıb.
    4. Avam günahkarın islah olmasına ümid var. Amma yolunu azmış inadkar alimin islahına ümid yoxdur.
    5. Haqqı tanımaq onu qəbul etmək deyil. Haqqı tanıdıqları halda onu qəbul etməyənlər də var.
    6. Ustalıq və agahlıqla həyata keçirilmiş təhriflər daha təhlükəlidir.
    7. Bixəbər cahil yox, müqəssir (işin mahiyyətindən xəbərdar) cahil hədələnməlidir.
    8. Təhrif alimlərin günahıdır.
    76. وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلاَ بَعْضُهُمْ إِلَىَ بَعْضٍ قَالُواْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ اللّهُ عَلَيْكُمْ لِيُحَآجُّوكُم بِهِ عِندَ رَبِّكُمْ أَفَلاَ تَعْقِلُونَ
    "(Həmin yəhudilər) möminlərlə rastlaşdıqları vaxt deyirlər: "İman gətirdik.” Amma onlardan bəziləri o biriləri ilə xəlvətə çəkildikdə belə deyirlər: "Nə üçün Allahın sizə açdığını (müsəlmanlara) xəbər verirsiniz ki, (qiyamət günü) Rəbbinizin hüzurunda sizin ziddinizə bununla dəlil gətirsinlər? Məgər düşünmürsünüz?”
    Nöqtələr
    Yəhudilərdən bəziləri müsəlmanları gördükdə onlara deyirdilər: "Məhəmmədin xüsusiyyətləri və nişanələri Tövratda olduğu üçün biz də ona iman gətirmişik... Amma bir başqaları onlarla görüşdükdə məzəmmət edirdilər ki, nə üçün Məhəmmədin Tövratdakı nişanələrini müsəlmanlara danışıblar? Onların fikrincə, Tövratda olanları müsəlmanlara deməklə qiyamətdə özlərinə qarşı dəlil vermiş olurlar.
    Bildirişlər
    1. İnsan həqiqəti anladıqda ona tabe olmalıdır. Başqalarının məzəmməti, hədəsi və nüfuzunun təsiri altında həqiqətə göz yummaq olmaz. Bəlkə də həmin vaxt alimlər haqqı gizlətməsəydilər, hazırda bir bu qədər yəhudi və məsihi olmazdı.
    2. Azğınların nəzərində hər hansı mövqeyin itirilməməsi üçün həqiqəti gizləmək ağıl nişanəsi və ağıllı hərəkətdir.
    77. أَوَلاَ يَعْلَمُونَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ
    "Məgər bilmirlərmi ki, Allah onların gizli və aşkar işlərindən xəbərdardır?”
    Bildirişlər
    1. Allahın hüzuru və elminə iman insanı xətadan uzaqlaşdırır.
    2. Allah üçün aşkar və xəlvət eynidir.
    78. وَمِنْهُمْ أُمِّيُّونَ لاَ يَعْلَمُونَ الْكِتَابَ إِلاَّ أَمَانِيَّ وَإِنْ هُمْ إِلاَّ يَظُنُّونَ
    "Onlardan (yəhudilərdən) bəziləri Allah kitabını yalnız öz xəyal və arzularından ibarət bilən, dərs oxumamış fərdlərdir. Onlar yalnız öz gümanlarına bağlıdırlar.”
    Nöqtələr
    İslam peyğəmbərinin nişanələrindən xəbərdar olan, amma haqqı gizləyən keçmiş elimli yəhudilərin əksinə olaraq, avam camaat səmavi kitabdan xəbərsiz idi və arzu-xəyal içində yaşayırdı. Onlar düşünürdülər ki, yəhudilər üstün irqdirlər, həm də Allahın övladları və əzizləridirlər. Onlar heç vəchlə cəhənnəmə gedə bilməz, olsa-olsa bir neçə gün cəzalandırıla bilərlər. (Növbəti ayələrdə uyğun arzular haqqında danışılmışdır.("Ənfal”, 75. )
    Bildirişlər
    1. İnsan öz cəmiyyətini tanımalı, xalqa hakim kəsilən düşüncə və əqidə ilə tanış olmalıdır.
    2. Kitab və müəllim olduğu halda savadsız qalmaq nöqsandır. Haqq kitaba çatmaq üçün hamı çalışmalıdır və tənqid hədəfinə çevrilməməlidir.
    3. Savadsızlıq və qəflət puç arzu-xəyallara rəvac verir.
    4. İnsanın istək və intizarı xəyala yox, elmə əsaslanmalıdır.
    79. فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـذَا مِنْ عِندِ اللّهِ لِيَشْتَرُواْ بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُمْ مِّمَّا يَكْسِبُونَ
    "Vay olsun o kəslər ki, öz əlləri ilə bəzi mətləbləri yazıb sonra deyərlər: "Bu, Allah tərəfindəndir!” Bununla azca pul əldə etmək istəyərlər. Vay onların halına öz əlləri ilə yazdıqlarından dolayı! Vay onların halına bu yolla ələ gətirdiklərindən dolayı!”
    Nöqtələr
    Bu "vəylun” (vay olsun) sözünün üç dəfə işləndiyi yeganə ayədir. Bu ayədə dünyapərəst alimlərin təhlükəsi bəyan olunur.
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 543 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019