İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Nöqtələr
    Ayədə yəhudilərə müraciət olunur: Sizin iman gətirməmək məqsədi ilə Məhəmmədin ərəb olduğunu bəhanə gətirməyinizin digər bir dəlili budur ki, Musa sizin qövmdən olan ən üstün peyğəmbər ikən, aydın dəlillərlə və möcüzələrlə gəldiyi bir vaxt bir neçə gecəlik (Tur dağında münacata gedərkən) aranızda olmayanda buzovpərəstliyə üz tutdunuz. Musanın bütün zəhmətlərini bada verib özünüzə zülm etdiniz!
    Bildirişlər
    1. Düzgün mühakimə yürüdülməsində keçmişin öyrənilməsi faydalıdır.
    2. Şirk və cahilliyyətə qayıdış insanın özünə və nəslinə zülmüdür.
    93. وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُواْ قَالُواْ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُواْ فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِن كُنتُمْ مُّؤْمِنِينَ
    "(Xatırlayın,) sizdən əhd aldığımız, Tur dağını sizin üzərinizə qaldırdığımız və "sizə verdiyimiz göstərişləri möhkəm tutun və eşidin” dediyimiz vaxt onlar dedilər: "Eşitdik və itaətsizlik etdik... Öz küfrləri səbəbindən buzovpərəstliyə bağlandılar. De ki, əgər iman iddiasındasınızsa, imanınız sizi pis şeylərə sövq edir.”
    Nöqtələr
    Yəhudilərin son sözü bu idi ki, əgər peyğəmbər Bəni-İsraildən olmasa, ona iman gətirməsinlər və yalnız onların özünə nazil olmuş kitabı qəbul etsinlər.
    Quran onların bir neçə yalanını bəyan edir. İlk nümunə əvvəlki ayədə idi və belə buyurulurdu: "Əgər siz bu iddianızda haqlısınızsa, bəs nə üçün Musaya arxa çevirib, buzovpərəstlik dalınca getdiniz?!” İkinci nümunədə isə belə buyurulur: "Sizdən əhd aldıq və Tur dağını üzərinizə qaldırıb dedik: "Var gücünüzlə Tövratın səmavi qanunlarından tutun, qulaq asıb əməl edin.” Amma siz dediniz: "Biz qanunları tanıyırıq, amma əməl etmirik.” Əgər Quran və İslam peyğəmbərinə iman gətirməkdə bəhanəniz budursa ki, Məhəmməd (s) sizdən deyil, bəs nə üçün özünüzdən olan Musa və onun Tövratına iman gətirmədiniz?!
    Quranda bu etiqadsızlığın səbəbi belə bəyan olunur. Küfrləri səbəbindən onların qəlbi buzova məhəbbətlə doldu və nə düşüncə, nə də iman üçün yer qalmadı. Əgər Bəni-İsrail doğru deyirsə ki, onlara nazil olan hər şeyə iman gətirirlər, bəs əməl namələrindəki cinayətləri necə izah edirlər? Məgər buzovpərəstlik, peyğəmbərin qətli, əhdi pozmaq imandandırmı?!
    Bildirişlər
    1. Nümunə götürmək əməl səbəblərindən biridir.
    2. İlahi inqilabın nailiyyətlərini qorumaq hədələr bahasına da olsa zəruridir.
    3. İlahi hökmlərin və göstərişlərin yerinə yetirilməsi qüdrət, ciddilik, eşq və qərara ehtiyaclıdır. Vəzifələrin icrası zarafat və dəbdəbə ilə uyğun deyil. Dindarlıqla zəiflik, qətiyyətsizlik, sazişçilik bir araya sığmır.
    4. İfrat eşq və bağlılıq təhlükəlidir. Bir şeyə ifrat bağlanan insan həqiqətləri qəbul etmək istəmir. (Bəli, bir şeyə könül bağlayan insan kor və kar olur, həmin şeyin eyblərini görə bilmir.)
    5. İnsanın düşüncə və əqidəsinin ən aşkar göstəricisi onun rəftarıdır.
    94. قُلْ إِن كَانَتْ لَكُمُ الدَّارُ الآَخِرَةُ عِندَ اللّهِ خَالِصَةً مِّن دُونِ النَّاسِ فَتَمَنَّوُاْ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ
    "De ki, əgər Allahın yanında axirət sarayı başqa xalqlara yox, sizə məxsusdursa, onda ölüm istəyin. Əgər doğru deyirsinizsə!”
    Nöqtələr
    Bəni-İsrailin yalan iddialarından, saysız xəyalpərvərliklərin-dən bəzilərini nəzərdən keçirək:
    –Biz Allahın övladları və əzizləriyik.("Bəqərə”, 111.)
    –Yəhudi və ya məsihi olmayan kimsə behiştə daxil olmaz.("Bəqərə”, 80. )
    –Cəhənnəm odu bizə bir neçə gündən artıq təsir etməz.("Bihar”, c. 28, s. 233. ) Bu ayə onların bütün qurama xəyallarını və mövhumat düşüncələrini rədd edib buyurur: "Əgər sizin bu iddianız doğrudursa və dediyiniz sözlərə inanırsınızsa, ölümdən qorxmamalı, ondan qaçmamalısınız. Əksinə, behiştə daxil olmaq üçün ölüm arzulamalısınız!
    Allahın övliyaları nəinki ölümdən qorxmurlar, əksinə, ölüm üçün həsrət çəkirlər. Necə ki, Həzrət Əli (ə) buyurur: "And olsun Allaha, Əbu-Talib övladının ölümə həvəsi, südəmər körpənin ana döşünə olan həvəsindən çoxdur.”("Təfsiri-Rahnüma”. )
    Bəli, insan elə bir tərzdə yaşamalıdır ki, hər an ölümə hazır olsun. (Sürücü yalnız tanımadığı yoldan və uğursuz səfərdən qorxur. Yanacağı olan, qaçaq mal aparmayan, gedəcəyi yerdə yaşamağa yeri olan müsafir nə üçün qorxmalıdır?! Həqiqi mömin üçün bu səfər çox sevindiricidir.)
    Bildirişlər
    1. Puç xəyallar və mövhumatlarla sərt rəftar edin.
    2. Millətpərəstlik və irqpərəstlik qiyamətədək davam edər.
    3. Ən üstün hakim vicdandır.
    4. Ölümə hazırlıq həqiqi və sədaqətli iman nişanəsidir.
    95. وَلَن يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمينَ
    "Amma onlar əvvəlcədən göndərmiş olduqlarının ucbatından heç vaxt ölüm istəmirlər. Allah zalımların halından agahdır.”
    Nöqtələr
    Ölümdən qorxmamaq düzlük və yəqinlik nişanəsidir. Ölüm çatdığı zaman zarafatlar, əyləncələr, xəyallar gözdən itir və təkcə insanla onun əməlləri qalır. Ölüm məqamında insan inanır ki, dünya matahı məhduddur, axirət isə üstün və davamlıdır.
    Ölüm zamanı insan inanır ki, dünya kimsə üçün açılmamış bir qönçə, dünya dostları isə şirniyə toplanmış arı kimidir. İnsan yəqin mərtəbəsinə çatarsa, ölümə yaxınlaşdıqca Allahla görüş dəmini hiss etməyə başlayır. Ona görə də Həzrət Əli (ə) ölüm zərbəsi aldığı vaxt buyurur: "And olsun Kəbənin Allahına, qurtuldum.” Kərbəlada aşura günortası, şəhadət məqamı yaxınlaşdıqca imam Hüseynin (ə) çöhrəsi açılır. Son gecə imam Hüseyn (ə) öz ətrafındakılardan ölümün nə olması barədə soruşduqda, onların verdiyi cavablar getdikləri yola əmin olmalarından danışır. Onlar ölümü şirin bilirdilər, hətta həmin gecə imamın bəzi yoldaşları bir-birləri ilə zarafatlaşırdılar.
    Bildirişlər
    1. İnsandakı ölüm qorxusu əslində onun öz əməllərinin cəzasından olan qorxudur.
    2. Yalan iddia edənlər və yersiz tələb irəli sürənlər zalımdırlar.
    3. Özünüz nə etdiyinizi bilirsiniz. Allah da gördüyünüz işlərdən xəbərdardır. Bəs bu iddialar nə üçündür?!
    96. وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ وَاللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
    "(Ey peyğəmbər!) Hər an yəhudiləri yaşayışa (dünya və sərvət yığmağa) hətta müşriklərdən də həris görərsən. (Belə ki,) Onlardan hər biri min il yaşamaq arzusundadır. Hansı ki, onlara belə uzun ömür verilmiş olsa, bu ömür onları Allahın əzabından qurtarmayacaq. Allah onların əməllərini görəndir.
    Bildirişlər
    1. Uzun yaşamaq mühüm deyil. Əsas məsələ Allaha yaxınlıq, ömrün bərəkətli olması və oddan qurtuluşdur. (Fəxr Razinin təfsirində həzrət Peyğəmbərin (s) belə dua etdiyi nəql edilmişdir: "Pərvərdigara, əgər mənim üçün yaşamaq yaxşıdırsa, məni diri saxla, əgər ölüm yaxşıdırsa, öldür.”)
    2. Yəhudilər dünyanın ən həris və ən dünyagir xalqıdırlar.
    3. Həyat nə qədər alçaq və çirkin olsa da yəhudilər diri qalmaq istəyindədirlər.
    4. Yalançının yaddaşı olmur. Yəhudilər bir tərəfdən behişti özlərininki bilirdilər , digər bir tərəfdən həmişə dünyada qalmaq istəyirdilər. ("Təhrim”, 6.  )
    97. قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللّهِ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ
    "(Yəhudilər deyirlər: "Sənə vəhy gətirən mələk bizim düşmənimiz Cəbrail olduğundan sənə iman gətirmirik.) De ki, hər kəs Cəbrailin düşməni olsa (əslində Allahın düşmənidir), çünki o, Quranı Allahın göstərişi ilə sənin qəlbinə nazil etmişdir. Bu (Quran) ki, əvvəlki səmavi kitabları təsdiq edir və möminlər üçün hidayət və bəşarət mayasıdır.”
    Nöqtələr
    Ayənin nazil olma səbəbi belə bəyan olunur: İslam peyğəmbəri Mədinəyə gəldikdən sonra bir gün İbn Surya (yəhudi alimlərindən biri) fədək yəhudilərindən bir qrupu ilə Peyğəmbərin (s) yanına gəlib, suallar verdilər. Həzrət onların bütün suallarını cavablandırdı və istədikləri nişanələri bəyan etdi. Onların son sualı bu idi ki , vəhy mələyinin adı nədir? Həzrət bildirdi ki, bu mələyin adı Cəbraildir. Onlar dedilər: "Əgər Mikail olsaydı, sənə iman gətirərdik. Cəbrail isə cihad kimi çətin əmrlər gətirir. Mikailin gətirdiyi əmrlər isə sadə və rahatdır.”
    Bildirişlər
    1. İnsanın xəyalbazlığı və inadkarlığı elə bir həddə çatır ki, mələklər aləminə də əl uzadır. (Allah isə mələklərin məsum olduğunu bildirir.)("Rum”, 10. )
    2. Böhtan atılmış pakların himayə və müdafiəsi vacibdir.
    Allah yəhudilərin Cəbrail haqqındakı yanlış təsəvvürlərini məhkum edərək, Cəbraili belə tərif edir ki, o, icazəsiz iş görmür, öz risalətində əmindir və Allahla peyğəmbər arasında rabitəçidir.
    3. Bəni-İsrailə deyilir ki, Cəbrail onların Tövratını təsdiq edən bir kitab gətirmişdir. Bəs nə üçün onlar Cəbraillə düşməndirlər?!
    98. مَن كَانَ عَدُوًّا لِّلّهِ وَمَلآئِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللّهَ عَدُوٌّ لِّلْكَافِرِينَ
    "Hər kəs Allahın, Onun mələklərinin və peyğəmbərlərinin, Cəbrail və Mikailin düşməni olsa (kafirdir və bilin ki, Allah kafirlərin düşmənidir.)”
    Bildirişlər
    1. Bütün müqəddəsliklərə iman və sevgi zəruridir.
    2. Peyğəmbərlər və övliyalarla düşmənçilik Allaha qarşı küfr və düşmənçilikdir.
    3. Bütün mələklər eyni dərəcədə deyil. (Burada iki xüsusi mələk, Cəbrail və Mikailin adı çəkilir.)
    99. وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلاَّ الْفَاسِقُونَ
    "Sənə doğru, aydın ayələr göndərdik. Yalnız fasiqlər onu inkar edər.”
    Nöqtələr
    İnsan həvəslər ardınca getməklə və günaha batmaqla haqq yoldan çıxır və küfrə meyl etməyə başlayır. Quran buyurur: "Günaha batanlar tövbə edib əvəzini çıxmasalar, onların işinin sonu inkar və küfrdür.(Yəhudilər "raina" sözünü təhqiredici bir məna nəzərdə tutaraq işlədirdilər. )
    Əhvalatı əvvəlki iki ayədə qeyd olunmuş İbn Surya; Peyğəmbər (s) onun suallarını cavablandırdıqdan sonra başqa bir bəhanə tapmayıb dedi: "Sənə Mikail yox, Cəbrail vəhy gətirdiyi üçün biz də sənə iman gətirmirik.” Amma onun cavabı əvvəlki ayədə verildiyindən İbn Surya yəhudilərin avamlarına müraciət edir ki, o, aşkar bir dəlil gətirməmişdir. Ayə nazil oldu ki, məbada İbn Surya kimi alimlərin bəhanəçiliyi xalqı çaşdıra. Xalq bilməlidir ki, Bəni-İsrail bəhanə axtarır. Əslində isə aydın və möhkəm dəlillər göndərilmişdir və kimsə həzrətin peyğəmbərliyinə şübhə edə bilməz. Belə dəlillər gətirildiyi halda yalnız günahkarlar həvəsbazlıqları və günahlarının çoxluğu səbəbindən küfr edir, haqq yoldan çıxırlar.
    Bildirişlər
    1. Haqsız ittihamlar qarşısında mövqelər gücləndirilməlidir. Yəhudi alimləri həzrət Peyğəmbəri (s) haqsız yerə ittiham və onun möhkəm dəlili olmadığını bəhanə etdiklərindən Allah öz peyğəmbərini gücləndirdi.
    2. Fəsad və günah küfr zəminəsidir.
    100. أَوَكُلَّمَا عَاهَدُواْ عَهْداً نَّبَذَهُ فَرِيقٌ مِّنْهُم بَلْ أَكْثَرُهُمْ لاَ يُؤْمِنُونَ
    "Məgər belə olmadımı ki, onlar (yəhudilər) hər dəfə əhd bağladıqda bir dəstələri bu əhdi pozdular. Həqiqət budur ki, onların çoxu iman gətirməz.” (Ayə yəhudilərin tarix boyu əhdi pozduqlarını, bəhanə gətirdiklərini, inadkarlıq göstərdiklərini bildirməklə həzrət Peyğəmbərə təsəlli verir.)
    101. وَلَمَّا جَاءهُمْ رَسُولٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ كِتَابَ اللّهِ وَرَاء ظُهُورِهِمْ كَأَنَّهُمْ لاَ يَعْلَمُونَ
    "Elə ki, Allah tərəfindən onlarda olanı (Tövratı) təsdiq edən peyğəmbər soraqlarına gəldi, kitab əhlindən bir qismi Allahın kitabına arxa çevirdi. Sanki bu işdən tamamilə xəbərsiz idilər.”
    Nöqtələr
    Yəhudi alimləri Peyğəmbərin (s) besətindən qabaq xalqa onun qarşıdakı zühuru ilə müjdə verirdilər. Onlar öz kitablarından bu peyğəmbər haqqındakı nişanələri bəyan edirdilər. Yəhudi alimlərində elə nişanələr vardı ki, onlar həzrət Məhəmmədi (s) öz övladları tək tanıyırdılar. Amma həzrətin besətindən sonra həmin nişanələri gizlədib, inkar etməyə başladılar.
    Bildirişlər
    1. Müxaliflərlə qarşılaşdıqda insaflı rəftar etmək lazımdır. Əvvəlki ayədə buyurulurdu ki, onların əksəri iman gətirməsə də, bir qismi başqa cürdür. Bu ayədə də qeyd olunur ki, onlardan bir qismi belədir. Yəni onların hamısına eyni gözlə baxılmamalıdır.
    2. Əməl olunmayan bir elm cəhl kimidir. Bildiklərini bir tərəfə qoyub həqiqəti gizlədən alimlər, "sanki bilmirlər" təbiri ilə yad edilirlər.
    102. وَاتَّبَعُواْ مَا تَتْلُواْ الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَـكِنَّ الشَّيْاطِينَ كَفَرُواْ يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولاَ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلاَ تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُم بِضَآرِّينَ بِهِ مِنْ أَحَدٍ إِلاَّ بِإِذْنِ اللّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَلَقَدْ عَلِمُواْ لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ وَلَبِئْسَ مَا شَرَوْاْ بِهِ أَنفُسَهُمْ لَوْ كَانُواْ يَعْلَمُونَ
    "(Yəhudilər) Süleymanın əsrində şeytanların oxuduqlarına tabe olurdular. Süleyman heç vaxt kafir olmadı. Amma şeytanlar xalqa sehr-cadu öyrətməklə kafir oldular. Babil şəhərində Harut və Marut adlı iki mələyə nazil olanlara tabe oldular. O iki mələk əvvəlcə "Biz sizin imtahan vasitənizik”, "kafir olmayın” deməmiş kimsəyə bir şey öyrətmədilər. Amma onlar bu iki mələkdən elə bir şey öyrəndilər ki, onun vasitəsi ilə ərlə arvad arasına ayrılıq sala bilsinlər. Amma Allahın iradəsi olmadan heç vaxt kimsəyə zərər toxundura bilməzlər. Onlar o hissələri öyrəndilər ki, özləri üçün xeyiri yox, ziyanı oldu. Şübhəsiz, bilirdilər ki, hər kəs belə şeylərin alıcısı olsa, axirətdə bəhrəsi olmayacaq. Doğrudan da, özlərini çox pis bir şeyə satdılar. Əgər bilsəydilər!”
    Nöqtələr
    Rəvayətlərdən məlum olur ki, həzrət Süleyman azğınlıqların və ya sui-istifadənin qarşısını almaq üçün sehrbazların (sahirlərin) vərəqlərinin toplanıb saxlanılmasını əmr etdi. Amma onun vəfatından sonra bəziləri bu vərəqləri əldə edib, onun təlimi və xalq arasında yayılması ilə məşğul oldular. Onlar hətta Həzrət Süleymanın möcüzələrini də sehr kimi tanıtdırıb, onun peyğəmbərliyini inkar etdilər. Bəni-İsraildən də bir dəstəsi Tövrata itaət etmək əvəzinə sehr-cadu arxasınca getdi. Bu baxış o qədər genişlənmişdi ki, hətta İslam peyğəmbərinin (s) dövründəki yəhudilər də həzrət Süleymanı peyğəmbər kimi yox, sehrbaz kimi tanıyırdılar.
    Ayə Tövratdan üz döndərmə günahı və azğınlığını, sehr təliminə məşğul olan şeytanlara itaəti təsvir edir. Yəhudilər Tövrat əvəzinə Süleyman dövründə şeytanların xalqa öyrətdiklərini oxuyur və ona itaət edirdilər. Onlar öz işlərinə don geyindirmək üçün Süleymanı sehrdə ittiham edirdilər. Hansı ki, Süleyman ilahi bir insan, onun işi isə möcüzə idi. Şeytanlar isə ona qarşı çıxır və sehrə əl atırdılar.
    Deyilənlərdən əlavə, yəhudilər digər sehr mənbələrinə də yol tapdılar. Allah Harut və Marut adlı iki mələyi Babil şəhərinə insan surətində göndərib xalqa sehr-cadunu aradan qaldırmaq yolunu öyrətmək istədi. Amma bundan ötrü əvvəlcə onları sehrlə tanış etmək lazım gəlirdi. Çünki insan bir şeyin kimyəvi tərkibini bilmədən onu məhv etməyi bacarmır. Ona görə də mələklər əvvəlcə sehr yolunu, sonra isə sehri aradan qaldırmaq yolunu öyrədirdilər. Onlar şagirdlərinə bunu öyrətməzdən qabaq şərt kəsdilər ki, ondan sui-istifadə etməsinlər. Dedilər: Bu iş fitnə və sınaq mayasıdır. Eləcə də insanlar ondan özlərini məhv etmək üçün istifadə etməməlidirlər. Amma yəhudilər bu bilikdən sui-istifadə edib, ondan pis yolda bəhrələndilər. Hətta ərlə arvad arasında ayrılıq salmaq üçün bu yoldan istifadə etdilər.
    Quran burada maraqlı və düşündürücü bir nöqtəni xatırladır. Buyurulur ki, sehr elminə malik olan sahir Allahın qüdrət dairəsindən xaric deyil. O, Allahın iradəsi olmadan bir iş görə bilməz, kimsəyə zərər toxundurmağı bacarmaz. Amma Allah hər bir şey üçün təsir müəyyənləşdirdiyindən sehr-cadunun da mənfi təsirləri ola bilər. Onun mənfi təsirlərindən biri də ailə rabitələrinin qırılmasıdır.
    Bildirişlər
    1. Haqq hökumətdə və ilahi hakimin rəhbərliyi altında da bütün xalq islah olmur. Bəziləri əyri yola meyl edir.
    2. Şeytanlar Süleymanın hakimiyyəti zamanı da bekar oturmurdular. Onlar daim mənfi təlqinlər edirdilər.
    3. Hökumət peyğəmbərliyə (nübüvvətə) zidd deyil. Bəzi peyğəmbərlərin hökuməti olmuşdur.
    4. Sehrkarlar öz işlərini müqəddəs göstərmək, ona don geyindirmək üçün Süleymanı da sehrkar kimi tanıtdırırdılar.
    5. Allah başqalarının böhtanları qarşısında peyğəmbərlik məqamını müdafiə edir.
    6. Sehrin öyrənilməsi, öyrədilməsi və tətbiqi küfr cərgəsindədir. Rəvayətlərdə bildirilmişdir ki, sehrkar kafirdir və onun cəzası qətldir.
    7. Zərərli biliklər və azğın əqidələrlə mübarizə üçün salehlər onlardan xəbərdar olmalıdırlar.
    8. Öyrənib öyrədərkən elmlərin mənfi cəhətlərini nəzərə çatdırmaq lazımdır.
    9. İnsan iki təlim arasında qərar verilmişdir: Şeytani vəsvəsələr və ilahi ilhamlar.
    10. Mələklər də insanlara müəllim ola bilərlər.
    11. Bəzən elm və bilik sınaq vasitəsi olur.
    12. Ərlə arvad arasına təfriqə salmaq şeytanların işidir və küfr həddindədir.
    13. Elm və bilik həmişə faydalı olmur. Bəzən insan öz biliyindən zərər çəkir.
    14. Sehr və cadu gerçəklikdir və insanın həyatına təsiri var.
    15. Sehrkar, müəyyən işlər görür. Amma onun işinin bütün təsirləri Allahın nəzəri altındadır.
    Allaha pənah aparmaq, təvəkkül, dua və sədəqə yolu ilə bu qurğulardan xilas olmaq mümkündür.
    16. Sehrkarlar dünyada var-dövlətə, şan-şöhrətə çatsalar da, qiyamətdə əlləri boşdur.
    17. Təfriqə, sehr-cadu arxasınca gedən insan öz insanlığını əldən verir.
    103. وَلَوْ أَنَّهُمْ آمَنُواْ واتَّقَوْا لَمَثُوبَةٌ مِّنْ عِندِ اللَّه خَيْرٌ لَّوْ كَانُواْ يَعْلَمُونَ
    "Əgər onlar iman gətirib, təqvalı olsaydılar, Allahın yanındakı mükafat onlar üçün daha yaxşı olardı. Əgər agahlıqları olsaydı!”
    Nöqtələr
    Təqva təkcə pisliklərdən çəkinmək deyil, həm də yaxşılığa diqqət və riayətdir. Məsələn, "ittəqunnar” özünü oddan gözləmək, "ittəqullah” Allahın əmrlərinə diqqətli olmaqdır. "İttəqullah və ... ərham” ayəsində qohumlara diqqətli olmaq tapşırılır.
    İmam Sadiq (ə) təqva haqqındakı sualın cavabında buyurmuşdur: "Təqva tikanlı yerdən keçərkən ehtiyatlı olmaq kimidir.”
    Bildirişlər
    1. Təkcə iman kifayət deyil. Təqva və ehtiyat da lazımdır.
    2. İlahi mükafatların məhdudiyyəti yoxdur.
    3. Allahın mükafatları çətindir. "Ləməsubə” sözündəki lam hərfi buna işarədir.
    4. İlahi mükafat hər şeydən üstündür. "Xeyir” sözündən sonra heç nə deyilməməsi mütləq üstünlük nişanəsidir.
    104. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقُولُواْ رَاعِنَا وَقُولُواْ انظُرْنَا وَاسْمَعُوا ْوَلِلكَافِرِينَ عَذَابٌ أَلِيمٌ
    "Ey iman gətirmiş kəslər! (Peyğəmbərə) "raina” deməyin "unzurna” deyin ("bizi nəzərdə saxla," bu tövsiyəni) eşidin və kafirlər üçün dərdli əzab var.”
    Nöqtələr
    Bəzi müsəlmanlar peyğəmbərin dediklərini yaxşı dərk etmək üçün onun aram, öz hallarına uyğun danışmasını istəyirdilər. Bu istəklərini "raina”("Nüxbətut-təfasir”. ) sözü ilə bildirirdilər. Amma bu söz yəhudilərin dilində ədəbsiz səsləndiyindən ayə nazil oldu ki, "raina” əvəzinə "unzurna” söyləsinlər. Bununla da düşmənin sui-istifadəsinin qarşısı alındı.
    Bu ayə "ey iman gətirənlər” müraciəti ilə başlayan ilk ayədir. Bundan sonra Quranda səksən dəfədən çox bu şəkildə xitab olmuşdur.
    Bildirişlər
    1. Sözlərin necə səslənməsinə diqqətli olun. Çünki yaxşı niyyətlə deyilmiş bir söz pis səslənə bilər. Sözün necə qəbul olunacağı barədə də düşünmək lazımdır.
    2. Düşmən bizim bütün hərəkətlərimizi və sözlərimizi izləyir. O hər bir mümkün fürsətdən istifadə edib zərbə vurmaq istəyir.
    3. İslam münasib sözlər seçməklə ölçülü bəyanata, səlis üsluba, mətləbin çatdırılmasına diqqət göstərir.
    4. Böyüklər və müəllimlərlə danışarkən danışıq ədəbinə riayət olunmalıdır.
    5. Əgər başqalarını ədəbə riayət etməyə çağırırıqsa, əvvəlcə özümüz xalqla danışıqda ədəbi gözləməliyik. "Ey iman gətirənlər” müraciəti möhtərəm bir xitabdır.
    6. Bir şey qadağan olunursa, onun yerinə digər bir münasib şey tanıtdırılmalıdır.
    105. مَّا يَوَدُّ الَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ الْكِتَابِ وَلاَ الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ وَاللّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
    "Kitab əhlindən olan kafirlər və müşriklər sizə Rəbbinizdən heç bir xeyir nazil olmasını istəmirlər. Halbuki Allah Öz rəhmətini istədiyinə aid edər. Allah böyük fəzl sahibidir.”
    Nöqtələr
    Bu ayə yəhudi və məsihi müşriklərinin və kafirlərin müsəlmanlara münasibətdə kin və ədavətləri üzərindən pərdəni götürür. Onlar müsəlmanların böyük bir peyğəmbərə və səmavi kitaba malik olduğunu görmək istəmirdilər. Bəli, müsəlmanlar tövhid nidasını bütün dünyaya çatdırmaq, irqi və milli ayrıseçkiliklərlə, müşriklərin xürafatları və kitab əhlinin təhrifləri ilə mübarizə əzmindədirlər. Onlar avamların böyüklər tərəfindən aldadılmasına mane olurlar. Allah bu ayədə buyurur ki, Allahın lütf və mərhəməti onun iradəsinə əsasən istədiyi şəxsə nazil olar və bu işin kimsənin istəyib-istəməməsindən asılılığı yoxdur!
    Bildirişlər
    1. Düşmənin qəlb istəklərini və iç ruhiyyəsini tanıyın. Heç vaxt onlara meyl etməyin. Onlar azcıq da olsa, müsəlmanların xeyir tapmasını istəmirlər.
    2. Xeyir vermək rübubiyyət şənindəndir.
    3. Allaha təvəkkül edin və düşmənin kinindən, həsədindən qorxmayın.
    4. Həsədçinin həsədi Allahın lütf istəyinə heç bir təsir göstərə bilməz.
    5. Allahın fəzl və rəhməti, hidayəti bütün xalqlara və qövmlərə şamildir və təkcə Bəni-İsrailə və digər bir qrupa aid deyil.
    106. مَا نَنسَخْ مِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Hər hansı ayəni nəsx (ləğv) etsək və ya onu təxirə salsaq, ondan da yaxşısını və ya onun kimisini göndərərik. Məgər bilmirsənmi ki, Allah hər şeyə qadirdir?!”
    Nöqtələr
    "Nunsiha” sözü "insa” məsdərindən olub, təxirə salmaq və ya ləğv etmək mənasını verir. Bu mənada ki, ayənin nüzulu təxirə düşər və bir müddət sonra nazil olar.
    Bu ayə yəhudilərin mənfi təbliğatına cavabdır. Onlar soruşurdular ki, nə üçün İslamda bəzi qanunlar dəyişilir? Nə üçün qiblə Beytül Müqəddəsdən Kəbəyə dəyişdirildi? Əgər əvvəlki düz idisə, bəs sonrakı göstəriş nə üçündür? Əgər ikinci göstəriş düzdürsə, demək sizin əvvəlki əməlləriniz batil imiş!
    Quran bu iradlara cavab olaraq bildirir ki, hər hansı bir hökm nəsx olduqda və ya təxirə salındıqda onun yerinə daha üstünü və ya onun kimisi göndərilir. Quran yersiz irad tutanlara cavab olaraq bildirir ki, onlar tərbiyəvi, ictimai-siyasi hökmlərin əsərlərindən qəflətdədirlər. Həkim öz xəstəsinə birinci mərhələdə təyin etdiyi dərmanları növbəti mərhələdə dəyişə bilər. Şagird inkişaf etdikcə müəllim də onun dərs proqramında dəyişiklik aparır. Allah da müxtəlif zaman və şəraitlərdə bəşərə daha kamil proqramlar təqdim edir.
    Ayədə nəzərdə tutulanlardan biri də cəmiyyətdə imamın mövcudluğu, hər bir imamın canişini olmasıdır. Çünki uyğun ayə ilə bağlı hədisdə oxuyuruq: "Hər imam dünyadan gedəndə başqa bir imam onun canişini olur.("Maidə”, 64. )
    Bildirişlər
    1. İnsan öz fitri və sabit ehtiyacları ilə bəzən xususi ictimai, iqtisadi, siyasi və hərbi şəraitlərə düşür. Belə məqamlarda sabit qanunlarla yan-yana dəyişən göstərişlər olmalıdır. Nəsx peyğəmbər və onun canişinlərinin göstərişi yolu ilə həyata keçir.
    2. Hökmün dəyişməsi əvvəlki hökmlərin uğursuzluğu deyil. Əslində nəsx yeni məsələlərə həkimanə diqqətin nəticəsidir. Necə ki, sinifdən sinfə kitab və müəllim dəyişir.
    3. Zahirdə göstərişlər dəyişkən, peyğəmbərlər isə çoxsaylıdır. Amma Allahın lütfü eynidir.
    4. Hökmlərin dəyişməsi, onların təxirə salınması Allahın əlindədir.
    5. Daim daha üstün önə çəkilməlidir.
    6. İslamda dalan (çıxılmaz vəziyyət) yoxdur. Bəzi qanunlar dəyişə bilər.
    7. Qanun dəyişməsi müxtəlif şəraitlərin və yeni tələblərin ortaya çıxmasından əlavə, qüdrətə ehtiyaclıdır.
    107. أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ
    "Məgər bilmirsənmi ki, göylərin və yerin hökuməti Allaha məxsusdur? (Onun hikmət əsasında dəyişiklik etməyə haqqı var.) Sizin Allahdan başqa heç bir yardımçınız və himayədarınız yoxdur.”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 941 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024