İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Əsas, istək və umacaq yox, təlaş və ləyaqətdir. Bəziləri çalışmaq və layəqət göstərmək əvəzinə daim yersiz istəklərlə müraciət edirlər.
    2. Allahın qanunu hər bəndənin nəfs istəyinə cavab vermək yox, höccətin tamamlanması və dəlillərin bəyanıdır.
    119. إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلاَ تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ
    "(Ey peyğəmbər,) Biz səni haqq olaraq göndərdik ki, müjdə verən və qorxudan olasan. Sən cəhənnəm əhli üçün məsul deyilsən.”
    Nöqtələr
    Ayələrdə buyurulur: "Ey peyğəmbər! Kafirlərin yersiz istəklərinə məhəl qoyma. Onlar istəyirlər ki, onlar üçün çoxsaylı vərəqlərdə ayələr nazil olsun.("Kafi”, c. 1, s. 215. ) Halbuki Biz səni xalq üçün haqq bir məntiqlə göndərdik ki, müjdə və qorxutma yolu ilə onları öz səadətləri ilə tanış edəsən. Əgər bir dəstə bəhanə axtarıb, haqqı qəbul etməkdən boyun qaçırdısa və onlara vəhy nazil olmasını umdusa, sən onların cəhənnəm əhli olmasına məsul deyilsən. Sənin öhdənə yalnız müjdə vermək və qorxutmaq düşür.
    Müjdə və qorxutma insanın azad olması nişanəsidir. Quranda dəfələrlə bəyan olunmuşdur ki, Allahın işi müjdə və qorxutma ilə yanaşı, haqq məntiqlə məsum peyğəmbərlər göndərməkdir. Azad şəkildə haqqı qəbul etmək və ya boyun qaçırmaq xalqın öz öhdəsinədir.
    Bildirişlər
    1. Düşmən tərəfindən yaradılmış hər bir ruhi düşkünlüyün aradan qaldırılması üçün Allah tərəfindən gücləndirməyə, təsəlli və təskinliyə ehtiyac var. (Əvvəlki ayədə kafirlərin bəhanələri nəql olundu. Bu ayədə isə həzrət Peyğəmbər (s) "bil-həqq” kəlməsi ilə gücləndirilir.)
    2. Müjdə və hədə tərəzinin iki gözü kimi tarazlaşdırılmalıdır. Əks təqdirdə, qürur və ümidsizliklə üzləşəsiyik.
    120. وَلَن تَرْضَى عَنكَ الْيَهُودُ وَلاَ النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم بَعْدَ الَّذِي جَاءكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ
    "(Ey peyğəmbər!) Yəhudi və məsihilərin ayinlərinə tabe olanadək onlar səndən razı qalmayacaqlar. De ki, hidayət yalnız Allahın hidayətidir. Sənə elm gəldikdən sonra onların nəfs istəklərinə tabe olsan sənin üçün Allah tərəfindən heç bir yardımçı olmayacaq.”
    Nöqtələr
    Qiblə dəyişdikdən sonra yəhudilərin müsəlmanlara münasibətdəki narahatlıqları daha da artdı. Bəzi müsəlmanlar da yəhudilərlə mehriban münasibət qurmaq üçün Beytül-Müqəddəsin qiblə qalmasını istəyirdilər. Onlar anlamırdılar ki, əvvəlki qiblədə qalmaqla yəhudiləri razı sala bilməyəcəklər. Yəhudilər müsəlmanların təkcə qiblə məsələsində yox, bütün ayinlərdə onlara tabe olmasını istəyirdilər.
    Bu ayədə İslam peyğəmbəri ilə yanaşı bütün müsəlmanlara xitab olunur. Yəhudilər onlara təslim olmayıb, ilahi dəyərlərdən üz döndərməyən müsəlmanlardan tarix boyu razı olmamışlar və bundan sonra da olmayacaqlar. Biz müsəlmanlar onlara qəti şəkildə rədd cavabı verib bilməliyik ki, səadət yolu yəhudilərə itaət yox, ilahi vəhy yoludur.
    Bildirişlər
    1. Düşmən aza qane deyil. Onu yalnız sizin tam süqutunuz, məktəbinizin məhvi, məqsədlərinizin puça çıxması razı sala bilər.
    2. Əgər müsəlmanlar görsələr ki, kafirlər onların dinindən razıdır, öz dindarlıqlarına şübhə etməlidirlər. Kafirin bəyəndiyi dindarlıq özü küfrdür.
    3. İlahi vəhy və hidayətdən savay bütün yollar yanlışdır.
    4. Alimin məsuliyyəti cahilin məsuliyyətindən daha çoxdur.
    5. Kitab əhli ilə rabitələr dindən əl çəkmək bahasına başa gəlməməlidir. Başqalarını cəzb etmək yaxşıdır, üsuldan geri çəkilmək isə heç vaxt!
    6. Xalqın nəfs istəklərinə təbeçilik insanı ilahi lütfdən məhrum edir. Ya Allahın lütfünü seçməliyik, ya da xalqın nəfs istəklərini.
    121. الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلاَوَتِهِ أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمن يَكْفُرْ بِهِ فَأُوْلَـئِكَ هُمُ الْخَاسِرُونَ
    "Səmavi kitab verdiyimiz və bu kitabı layiq olduğu şəkildə tilavət edənlər ona iman gətirirlər. Onu inkar edənlər isə həmin ziyankarlardır.”
    Nöqtələr
    Öz inadkarlığı və azğınlığına görə məzəmmət olunan yəhudi və məsihilərin müqabilində, digər bir dəstə Allah tərəfindən təriflənir. Onlar səmavi kitaba müraciət edib, İslam peyğəmbərinin (s) zühur və besət əlamətlərini görən və ona iman gətirənlərdir.
    "Ətyəbul-bəyan” təfsirində bildirilir: Bu ayədə "kitab” dedikdə Quran nəzərdə tutulur. Müraciət olunan tərəf isə Quranı bəyənilmiş şəkildə oxuyub, Peyğəmbərə (s) iman gətirənlərdir. "Əl-mizan” təfsirində də bu məna ehtimal olunmuşdur.
    "Əl-mizan” təfsirində Quran tilavətinin qaydaları haqqında rəvayət nəql olunmuşdur. Bu rəvayətdə səkkiz nöqtə diqqəti cəlb edir: ayələrin tərtili (oxunuşu); ayələr haqqında düşünmək; ayələrə əməl etmək; ayələrin vədlərinə ümid etmək; pis vədlərdən qorxu; əhvalatlardan ibrət götürülməsi; ilahi əmrlərin icrası; günahların tərki. Rəvayətin sonunda İmam Sadiq (ə) buyurmuşdur: "Tilavət haqqı dedikdə təkcə ayələrin əzbərlənməsi, hərflərin təlimi, qiraət və təcvid nəzərdə tutulmur.” Rəvayətlərə əsasən, Quran tilavətinin haqqını yalnız məsum imamlar əda etmişlər("Kafi”, c. 1, s. 175. )
    Bildirişlər
    1. Hətta müxaliflərlə insaflı rəftar etmək lazımdır.
    2. Tilavət haqqı təkcə gözəl səslə oxumaq, təcvid qaydalarına əməl etmək deyil. İman və əməl də bu haqlardandır.
    3. Əqidə məktəbi seçimində yanlışlığa düçar olan kəs əsil ziyankardır.
    122. يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ
    "Ey Bəni-İsrail, sizə ruzi etdiyim neməti və sizi başqalarından üstün etdiyimi yada salın.”
    123. وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلاَ تَنفَعُهَا شَفَاعَةٌ وَلاَ هُمْ يُنصَرُونَ
    "Qorxun o gündən ki, kimsə kimsədən bir şeyi dəf edə bilməz və ondan heç bir əvəz qəbul olunmaz. Heç bir şəfaət ona fayda verməz və (kimsə tərəfindən) kömək almaz.”
    Nöqtələr
    Bu iki ayə əvvəlcə haqqında danışdığımız 47 və 48-ci ayələrə oxşardır.
    124. وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
    "(Yadına sal) o zaman ki, İbrahimin Rəbbi onu müxtəlif hadisələrlə imtahana çəkdi və o, sınaqların öhdəsindən yaxşı gəldi.” Allah ona buyurdu: "Mən səni xalqa imam və rəhbər qərar verdim.” İbrahim dedi: "Mənim övladlarımdan da (imamlar qərar ver).” Allah buyurdu: "Mənim əhdim zalımlara çatmaz (sənin yalnız pak və məsum övladların bu məqama layiqdir).”
    Nöqtələr
    Peyğəmbərlər arasında həzrət İbrahimin xüsusi yeri və məqamı vardır. Bu böyük şəxsin adı Quranın iyirmi beş surəsində 69 dəfə çəkilmişdir. O da İslam peyğəmbəri kimi bəşəriyyət üçün nümunə kimi xatırlanmışdır. Bəzi ayələrdə onun adı seçilmişlər, salehlər, siddiqlər, səbirlilər, vəfalılarla bir cərgədə çəkilir. Allah bu böyük peyğəmbəri yüksək qiymətləndirərək onun haqqında xüsusi təbirlər işlətmişdir. Hətta həccin sirlərindən biri kimi həzrət İbrahimin xatirəsinin yad edilməsi bəyan olunur. Bu ilahi insan müxtəlif məqamlarda azğınlıq, şirklə mübarizə apardı. Ulduzpərəstlər və aypərəstlər qarşısında gətirdiyi dəlillər, bütpərəstliklə apardığı mübarizə, öz məntiqi ilə Nəmrudu susdurması, bir çox sınaqlardan alnıaçıq çıxması bu şəxsi ideala çevirmiş, Allah onu imamət məqamına təyin etmişdir.
    Quranda 20 dəfəyə yaxın sınaq və imtahan məsələləri bəyan olunmuşdur və bu, ilahi sünnələrdəndir. İlahi sınağın məqsədi nədir? İmtahan Allahın agah olması üçün deyil. Çünki O əvvəlcədən hər şeyi bilir. Uyğun sınaqlarda məqsəd insanın gizli istedadlarının zühuru, onun təlaş və əməlidir. Bir iş görməyən insan dəyərləndirilə də bilməz.
    Bəs sınaq vasitələri nədir? Dünyanın acılıqları və şirinlikləri imtahan vasitəsidir. İnsanlar bəzən çətinliklərlə, bəzən isə rifahla sınağa çəkilir. Bütün insanların, hətta peyğəmbərlərin imtahana çəkilməsi qətidir. Bu sınaq və imtahanlar bəşəriyyətin inkişafı və tərbiyəsi üçündür.
    İbrahim hər bir çətinlikdən çıxmaqla yeni bir məqama çatırdı. O ilk mərhələdə "Əbdullah”, yəni Allah bəndəsi oldu. Sonra o "Nəbiyyullah”, Allahın nəbisi məqamına ucaldı. Daha sonra "Rəsulullah” və "Xəlilullah” adları, nəhayətdə isə imamət və rəhbərlik məqamı ona nəsib oldu.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 122. )
    Ayədəki "Kəlimat” sözü ağır imtahana işarədir. Həzrət İbrahim bütün bu imtahanlardan qalib çıxdı. Vəzifəsinin icrasında ona nə əmisi, nə həyat yoldaşı, nə də övladları mane ola bildilər. İbrahim əmisi Azərin himayəsində olsa da, onun və cəmiyyətin bütpərəstliyinə qarşı mübarizəyə qalxdı. O böyük fədakarlıqlar göstərərək "tarixin misilsiz bütsındıranı” məqamına ucaldı. Allahından öz zövcəsini və övladını Məkkə səhrasında tənha qoymaq əmri aldıqda, böyük eşqlə bu işi yerinə yetirib, ailəsini Allaha tapşırdı. Övladı İsmaili zibh etmək əmri gəldikdə, Allahın razılığını öz könül istəklərindən yuxarı tutdu və bıçağı doğma övladının boğazına qoydu. Amma həmin vaxt nida gəldi ki, məqsəd İsmailin öldürülməsi yox, İbrahimin imtahana çəkilməsidir.
    Həzrət İbrahim imamət məqamını öz nəsli üçün də istədi. Cavab gəldi: Bu məqam elə bir əhddir ki, Allah, hər kəsi layiq bilib ona əta etmir. İbrahimə bildirildi ki, onun nəslindən yalnız ləyaqətli olanlar bu məqama çatacaq. İslam peyğəmbəri də İbrahimin nəslindən idi və həmin məqama çatdı. Amma ən kiçik günaha yol verənlər belə bir məqama layiq görülmədilər.
    İbrahim yeganə peyğəmbərdir ki, həm yəhudilər, həm məsihilər özlərini onun ardıcılı sayırlar. Bu ayədə İbrahimin yüksək məqamı qeyd olunmaqla, bilavasitə hamıya anladılır ki, İbrahimi həqiqətən qəbul edənlər şirkdən əl çəkib ilahi əmrlərə təslim olmalıdırlar.
    Bu ayə şiə etiqadının istinad etdiyi ayələrdəndir. İmam məsum olmalıdır və zülmə yol verən şəxs bu məqama çatmayacaq.
    Bu ayədə imamət məqamı əhd adlandırılmışdır. "Bəqərə” surəsinin qırxıncı ayəsində bildirilirdi ki, Allah təyin etdiyi imama itaət edənlərə əvvəlcədən vəd etdiyi yardımı çatdıracaq.
    Bildirişlər
    1. Peyğəmbərlər də ilahi sınağa çəkilir.
    2. İnsanı hər hansı məqama təyin etməzdən qabaq onu sınağa çəkmək lazımdır.
    3. İmamət vərəsəliklə çatmır. Bu bir ləyaqətdir. Uyğun ləyaqət ilahi imtahanlardan üzüağ çıxmaqla sübut olunur.
    4. Məqam və məsuliyyətlər hansısa mərhələlərdə müvəffəqiyyətdən sonra tədrici olaraq həvalə olunmalıdır.
    5. İmamət çox geniş ilahi məqamlardandır. İmam hökmən Allah tərəfindən təyin olunmalıdır.
    6. İmamət ilahi əhddir. Allahla xalq arasında bu əhd həmişə olmalıdır.
    7. Rəhbər üçün ən mühüm şərt ədalət və müsbət keçmişdir. Keçmişdə şirk və zülmə yol vermiş insan imamət məqamına layiq deyil.
    125. وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْناً وَاتَّخِذُواْ مِن مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَن طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ
    "(Xatırla) o zaman ki, Evi xalq üçün üztutma və yığışma məhəlli, əmin-amanlıq mərkəzi qərar verdik. (Dedik:) "İbrahimin məqamından namaz üçün bir yer seçin." İbrahim və İsmailə təklif etdik ki, Bizim evimizi təvaf edənlər, mötəkiflər (üç gün məsciddə oruc halda ibadət edənlər), rükuda olanlar və səcdə edənlər üçün pak etsinlər.”
    Nöqtələr
    Ötən ayələrdə İbrahimin uca məqamına işarə olunduqdan sonra onun yadigarı Kəbə yada salınır və buyurulur: "Kəbəni xalq üçün "məsabə” qərar verdik. Bu sözün kökü ilkin hala qayıdış mənasını daşıyır. Kəbə bütün xalqın üz tutduğu məhəldir və bu müqəddəs məhəl əmin-amanlıq içindədir.
    "Məqame-İbrahim” adlanan yer Kəbənin təqribən on üç metrliyindədir. Hacılar Allah evini təvaf etdikdən sonra bu məqam arxasında iki rəkət namaz qılmalıdırlar. Həmin yerdə bir daş vardır. Həzrət İbrahim həmin daşın üstünə çıxıb Kəbənin divarlarını qaldırmışdır. Hal-hazırda da bu daş qorunur.
    Bu ayədə əhd sözü ilahi göstəriş mənasını dayışır. "Əhidna” yəni göstəriş verdik.
    Allah cisim deyil ki, evə ehtiyaclı olsun. "Bəytiyə” sözü kəramət bildirir. Necə ki, "şəhrullah” sözü ramazan ayının kəraməti ilə bağlıdır. Bir yerə və ya zamana kəramət vermək üçün Allah onu Özünə aid edir. Kəbənin əzəməti haqqında təkcə bunu demək kifayət edir ki, "bəytiyə,” yəni Mənim Evimdir.” Bəzən isə belə buyurulur: "Bu evin Allahı.”
    Bildirişlər
    1. Həzrət İbrahim ümumbəşəri bir şəxsiyyətdir. Əvvəlki ayədə o bütün xalq üçün imam qərar verilmişdir. Bu ayədə isə Kəbə bütün xalqın vədəgahı kimi təqdim olunur.
    2. Cəmiyyət imam və əmniyyətə ehtiyaclıdır. Əvvəlki və hazırkı ayə bu həqiqəti təsdiq edir.
    3. Allah yolunda özünü, zövcəsini və övladını təslim edən bir şəxsin ayaq qoyduğu yerdə Allaha xatir hamı başını qoymalıdır. ("İbrahim”, 37. )
    4. Ev Allaha aid olduğundan Onun xadimi də Allahın övliyası olmalıdır.
    5. Allah evinin ziyarətçiləri üçün təkcə bu kəramət bəsdir ki, İbrahim və İsmail onlar üçün həmin evi paklamağın məsulu olmuşlar.
    6. İbadət paklıqla əlaqəlidir.
    7. İbadət və namaz o qədər mühümdür ki, hətta İbrahim və İsmailə həmin mərasimdə paklığın təmini əmr olunur.
    8. Müsəlmanların məscidi pak və rəğbət doğuran olmalıdır.
    126. وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُم بِاللّهِ وَالْيَوْمِ الآخِرِ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلاً ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ
    "(Xatırla) o zaman ki, İbrahim dedi: "Pərvərdigara! Bunu əmin-amanlıq şəhəri qərar ver. Onun əhlinə, Allaha və axirət gününə iman gətirənlərə onun məsələlərindən ruzi ver. (Amma Allah) buyurdu: "Kafir olanlara (da) azca bəhrə verəcəyəm. Sonra onları qəhrlə odun əzabına doğru çəkəcəyəm. Necə də pis aqibətdir.”
    Nöqtələr
    Əvvəlki ayədə həzrət İbrahim öz nəsli üçün imamət məqamı istəmişdi. Allah isə onun cavabında buyurmuşdu ki, bu məqam zalımlara çatmaz. Bu ayədə isə həzrət İbrahim dünya ruzisini təkcə möminlər üçün istəyir. Amma Allah bu məhdudiyyəti qəbul etmir və kafirləri də maddi nemətlərdən məhrum qoymur. Yəni maddi ruzi mühüm deyil. Ona görə də həm iman əhlinə, həm də qeyrilərinə dünya neməti əta olunur. Amma mənəvi və ictimai məqamlar, rəhbərlik çox mühümdür və hər kəsə tapşırılmır.
    Bildirişlər
    1. Peyğəmbərlər xalqın doğru yola yönəldilməsi kimi mənəvi məsələlərdən əlavə, onların maddi ehtiyaclarına, əmin-amanlıqlarına da diqqət yetirmiş, bu yolda çalışmış və dua etmişlər.
    2. Nemət o zaman ləzzətli, dadlı olur ki, əmin-aman, sakit bir fəzada nəsib olsun.
    3. Duada başqalarını unutmayaq. Ayədə ruzi istənilərkən bütün əhali nəzərdə tutulur.
    4. Allahın qaydası budur ki, müsəlman və kafir olmasından asılı olmayaraq, bütün xalqa ruzi versin. Bu qaydanı hətta həzrət İbrahimin duası da aradan götürə bilmir.
    5. Dünyadakı naz-nemət Allahın insana məhəbbəti demək deyil.
    6. Öz növünüzə (bir insana) kömək edərkən onun əqidəsi ilə işiniz olmasın.
    7. Maddi ləzzətlər nə qədər çox olsa da, axirət nemətləri ilə müqayisədə cüzidir.
    127. وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ
    "(Xatırla,) o zaman ki, İbrahim İsmail ilə evin (Kəbənin) sütunlarını yuxarı qaldırırdı. (Və deyirdilər,) Pərvərdigara, bizdən qəbul et. Həqiqətən, Sən eşidən və bilənsən.”
    Nöqtələr
    Çoxsaylı ayə və rəvayətlərdən məlum olur ki, Kəbə evi həzrət Adəmin dövründən mövcud olmuşdur. Həzrət İbrahim isə onu bərpa etmişdir. Həzrət İbrahim zövcəsi və oğlunu Məkkədə yerləşdirərkən deyir: "Pərvərdigara, ailəmdən bəzisini bu quru və əkinsiz yerdə, Sənin evinin kənarında sakin etdim.("Nəhcül-bəlağə”, x. 192. ) Buna əsasən deyə bilərik ki, həzrət İsmailin südəmərlik dövründə də Kəbədən əsər olmuşdur. "Ali-İmran” surəsində də Kəbə xalqın ilk evi kimi yad olunur. Haqqında danışılan ayədə də evin sütunlarının İbrahim tərəfindən qaldırılmasından danışılır. Ayənin təbirlərindən aydın olur ki, Kəbənin əsasları əvvəlcədən mövcud olmuş, İbrahim və İsmail onları qaldırmışlar. Həzrət Əli (ə) də "Nəhcül-bəlağə”də bu nöqtəyə işarə etmişdir: "Allah həzrət Adəmin dövründən əbədi olaraq bütün xalqı Kəbə və onun daşları ilə sınağa çəkir.("Cumuə”, 2. )
    Həzrət İbrahim və İsmail bu işdə bərabər çalışmırdılar. Həzrət İbrahim bənnalıq edir, İsmail isə atasına daş verirdi. Ola bilər bu ayədə məhz bu səbəbdən o iki şəxsiyyətin adları fasilə ilə gətirilmişdir.
    Bildirişlər
    1. Xeyir iş banilərini unutmayaq.
    2. İlahi hədəflər yolunda bənnalıq və fəhləlik də ibadətdir. Ona görə də Allahdan işlərin qəbul olması istənilir.
    3. İş yox, onun qəbul olması əhəmiyyətlidir. Allah tərəfindən qəbul olunmayacağı halda, Kəbə tikməyin də faydası yoxdur.
    4. Allahın əzəməti qarşısında öz işlərinizi dilə gətiriləsi saymayın. Həzrət İbrahim öz işi və bənnalığının adını da çəkmədi və yalnız bunu dedi: "Pərvərdigara, bizdən qəbul et.”
    5. Rəvayətdə nəql olunmuşdur: Duanın qəbul şərti və qaydalarından biri Allaha sitayişdir. İbrahim öz duasında Allaha sitayiş də edir.
    128. رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَا أُمَّةً مُّسْلِمَةً لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَآ إِنَّكَ أَنتَ التَّوَّابُ الرَّحِيمُ
    "(İbrahim və İsmail dedilər:) Pərvərdigara! Bizi Özünə təslim et, nəslimizdən (də) Sənə təslim olacaq ümmət qərar ver, pərəstişin yolunu və qaydasını bizə göstər və tövbəmizi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən, mehribansan.”
    Nöqtələr
    Həzrət İbarahim və İsmail hər ikisi Allahın zibh əmrini ən ali təslim dərəcəsində yerinə yetirsələr də, yenə də uyğun ayədə Allahdan diləyirlər ki, onları Öz fərmanına təslim etsin. Onlar Allahdan daha böyük təslimçilik və ya təslim ruhiyyəsinin davamını istəyirlər. yalnız Allaha təslim olan kəs nə büt düzəldən əmisinə təslim olur, nə bütlərin qarşısında diz üstə çökür, nə də zalım hakimlərə (tağuta) itaət edir.
    Bildirişlər
    1. Bugünkü kamilliyinizlə kifayətlənməyin. Allahdan bu kamalın yetkinləşməsi və davamını istəyin.
    2. Gələcək nəsil və övladlara diqqət Allahın bəyəndiyi və aqilanə bir uzaqgörənlikdir. Bu xasiyyət insanın baxışının dərinliyindən və batini bir eşq, yanqıdan danışır. Bu sayaq istəklər həzrət İbrahimin dualarında dəfələrlə təkrarlanmışdır.
    3. Bəndəliyin yolunu və qaydasını Allahdan öyrənmək lazımdır. Əks təqdirdə insan müxtəlif xürafat və büdrəmələrə düçar olar.
    4. İnsanın ruhu təslim olmayınca bəyan olunmuş hökmlər faydasızdır. Burada İbrahim Allahdan əvvəlcə təslim ruhu istəyir, sonra isə ibadət və bəndəliyin yolunu və qaydasını diləyir.
    5. Tövbə və qayıdışa ehtiyac, ilahi lütf hər hal və məqamda dəyərdir. Rəvayətdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) gün ərzində yetmiş dəfə istiğfar edirmiş. Halbuki o məsum idi və heç bir günah etməmişdi.
    6. Dua qaydalarından biri də Allaha sitayişdir və bu ayədə həmin nöqtə gözə çarpır.
    129. رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولاً مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنتَ العَزِيزُ الحَكِيمُ
    "Pərvərdigara! Onların arasında özlərindən bir peyğəmbər məbus et ki, Sənin ayələrini onlar üçün oxusun, onlara kitab və hikmət öyrətsin və (etiqadi, əxlaqi və əməli fəsadlardan) pak etsin. Həqiqətən, Sən Özün qadir və həkimsən.”
    Nöqtələr
    Bu ayədə həzrət İbrahimin digər bir duası yada salınır. Bu dua onun ruhunun fövqəladə əzəmətini, daxili eşq və ixlasını nəzərə çatdırır. Həzrət İbrahim özü böyük ilahi peyğəmbərlərdən olsa da, gələcək nəsli üçün dua edib, onların da arasından peyğəmbərlər çıxmasını istəyir. İslam Peyğəmbərinin (s) belə buyurduğu nəql olunmuşdur: "Mən atam İbrahimin dualarının nəticəsiyəm.
    İbrahimin duasında təlim təzkiyədən (paklanmadan) qabaq gəlsə də, Allah bu duanın qəbulunda təzkiyəni təlimdən qabaq nəzrədə tutmuşdur. Bununla İbrahimə bildirilir ki, təzkiyə daha dəyərlidir və təlim növbəti mərhələdə dayanır. ("Bəqərə 258. )
    Bildirişlər
    1. Dahi rəhbərə ehtiyac cəmiyyətin ən əsas ehtiyaclarındandır. Əgər əsrlərcə əvvəl ilahi rəhbər istəyi ilə dua edilmişdisə, bu həmin məsələnin əhəmiyyətini, dəyərini və rolunu göstərir. Bəli, məsum və ilahi rəhbərin iştirakı olmadan Kəbə divarlarının qaldırılması bütxana tikilməsi kimidir.
    2. Peyğəmbərlərin göndərilməsində məqsəd səmavi kitab əsasında xalqın təlim və təzkiyəsi olmuşdur.
    3. Elm və bilik o zaman fayda verir ki, ayıqlıq, hikmət təzkiyə və təqva ilə yanaşı olmuş olsun.
    130. وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَاهِيمَ إِلاَّ مَن سَفِهَ نَفْسَهُ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
    "Özünü (aldadıb) ağılsızlıq edəndən savay kim İbrahimin ayinindən üz döndərər?! Həqiqətən, Biz onu bu dünyada seçdik və o, heç şübhəsiz, o biri aləmdə salehlərdəndir.”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 556 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019