İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    İKİNCİ CÜZ
    142. سَيَقُولُ السُّفَهَاء مِنَ النَّاسِ مَا وَلاَّهُمْ عَن قِبْلَتِهِمُ الَّتِي كَانُواْ عَلَيْهَا قُل لِّلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
    "Tezliklə xalqdan olan ağılsızlar deyəcəklər: Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəs) nə döndərdi? De ki, şərq də, qərb də Allahındır. İstədiyini doğru yola hidayət edir.”
    Nöqtələr
    Məkkə müşrikləri Kəbəni bütxanaya çevirdiklərindən həzrət Peyğəmbər və müsəlmanlar besətdən sonrakı on üç il ərzində üzü Kəbəyə namaz qılmadılar. Əgər onlar üzü Kəbəyə namaz qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Amma Mədinəyə hicrətdən sonra bir neçə ay keçməmiş yəhudilər etiraz edib müsəlmanları təhqir etdilər və dedilər: Siz bizim qibləmiz Beytül-Müqəddəsə doğru namaz qılırsınız, ona görə də istiqlalınız yoxdur və bizim ardıcılımızsınız. Peyğəmbər (s) bu böhtanlardan narahat oldu və dua zamanı üzünü səmaya tutdu. Həzrət qiblənin dəyişməsi haqqında sanki vəhyin nazil olması intizarında idi. Peyğəmbər (s) üzü Beytül-Müqəddəsə iki rəkət namaz qılmışdı ki, Cəbrail nazil oldu və peyğəmbərin qolundan tutub onun üzünü Kəbəyə doğru çevirdi. Nəticədə Peyğəmbər (s) bir namazı iki qibləyə doğru qılmış oldu. Hazırda Mədinədəki həmin yer "qiblətəyn” məscidi (iki qiblə məscidi) kimi tanınır.("Əhzab”, 33. )
    Bu əhvalatdan sonra yəhudilər narahat oldular və öz adətləri üzrə xırdaçılığa başladılar. Dünənədək müsəlmanların istiqlaldan məhrum olduğunu, onların ardınca gəldiyini deyən yəhudilər indi soruşurdular ki, nə üçün qədim peyğəmbərlərin qibləsindən üz döndərilmişdir? Həzrət Peyğəmbərə əmr olundu ki, onlara cavab versin: Şərq də, qərb də Allahındır və Allahın xüsusi məkanı yoxdur!
    Bəli, qiblənin dəyişməsi Allahın hikmət nişanəsidir. Bunu zəiflik və cəhalət saymaq olmaz. Yaranış nizamında fəsillərin dəyişməsi də tədbir nişanəsidir. Hər hansı dəyişikliyi zəiflik və peşmanlıq saymaq olmaz.
    Allahın hər yerdə hüzuru var. Şərq də, qərb də onundur. Üzün Kəbəyə tutulması qəlbin Allaha doğru olmasının rəmzidir. Bir çoxları üzlərini Kəbəyə tutduqları halda qəlbləri başqa bir cəhətə yönəlir. Necə ki, Xacə Abdullah Ənsari deyir:
    Şahların qibləsi şöhrət, taxt-tac,
    Surətə uyanın qibləsi su, gil,
    Qarınquluların qibləsi kabab,
    Aşiqin qibləsi zavalsız vüsal,
    Ərbabın qibləsi nəfsinə əlac.
    Məna gəzənlərin qibləsi könül.
    İnsanın qibləsi bilik, söz, cavab.
    Arifin qibləsi zülcəlal kamal.
    Bildirişlər
    1. Hər gün bəhanə gəzib haqqı qəbul etməkdən boyun qaçıranlar səfehdir. Rəvayətdə axirətini dünyasına fəda edənlər məcnun, günahkar rəhbərə itaət edənlər fəqir, dinini əldən çıxaranlar isə qarət olunmuş adlandırılmışdır.
    2. Allahın öz hökmlərini dəyişə bilməyəcəyini düşünən insan səfeh və başıboşdur. Hikmət sahibi və alim Allaha etiraz səfehlik nişanəsidir.
    3. Müsəlmanlar düşmənin hiylələrinə, şaiələrinə, bəhanə dolu suallarına cavab verməklə onların nüfuzunun qarşısını almalıdırlar. Düşmənin planlarından öncədən xəbər tutmaq lazımdır.
    4. Sual vermək qəbahət deyil. Amma etiraz, nöqsan axtarmaq məqsədi ilə sual verilməsi tənqid olunur.
    5. Məkan və zamanın müqəddəsliyi və kəraməti Allahın lütfünə bağlıdır.
    6. Qiblənin dəyişməsi İslam peyğəmbərinin səmavi kitabdakı nişanələrindən biri idi. Ona görə də bu məsələ bəzilərinin hidayətinə səbəb olmuşdu.
    143. وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلاَّ عَلَى الَّذِينَ هَدَى اللّهُ وَمَا كَانَ اللّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ
    "Beləcə, Biz sizi orta bir ümmət qərar verdik ki, siz xalqa şahid olasınız, Peyğəmbər isə sizə. Əvvəlcə üz tutduğun qiblədən səni ona görə döndərdik ki, peyğəmbərə itaət edənləri cahiliyyətə qayıdanlardan seçək. Şübhəsiz ki, bu (qiblənin dəyişilməsi), Allahın hidayət etdiyi kəslərdən başqalarına çətin oldu. Allah heç vaxt sizin imanınızı zaya çıxarmaz. Çünki Allah xalqa rəhim və mehribandır.
    Nöqtələr
    Məsihilər ibadət zamanı Beytül-Müqəddəsdə həzrət İsanın doğulduğu məhələ üz tuturdular. Bu yer onların sakin olduğu yerə nəzərən şərqdə yerləşirdi. Yəhudilər isə yaşadıqları yerdən qərbdə yerləşən Beytül-Müqəddəsə üz tuturdular. Amma Kəbə bu iki tərəfin arasında yerləşirdi. Quran bu mövzuya işarə ilə buyurur ki, biz Kəbəni ortada qərar verdiyimiz kimi, siz müsəlmanları da orta ümmət etmişik.
    Təfsirçilər bu ayə haqqında müxtəlif fikirlər söyləmişlər. Orta ümmət təbiri haqqında bəziləri deyirlər ki, bu sözün arxasında ifratı və təfriti, cəbri və təfvizi, fərdi və cəmiyyəti əsas götürməyən orta bir ümmət nəzərdə tutulmuşdur.
    Amma bəzi müqəddimələrdən aydın olur ki, ayədəki orta ümmət təbiri xüsusi fərdlərə aiddir. Bu müqəddimələrlə tanış olaq:
    1. Quran orta ümməti əməllərə şahid kimi tanıtdırır. Onlar qiyamətdə xalqın əməllərinə şahid durmalıdırlar.
    2. Şahidlik elmi agahlıq və ədalət tələb edir.
    3. Agahlıq və ədalət sifəti hamıda müşahidə olunmur.
    Rəvayətlərdə oxuyuruq ki, orta ümmət məsum imamlara işarədir. Əvvəla, onlar bütün işlərdən xəbərdardırlar. Bu məsələyə Quranda işarə olunur.("Nəhl”, 120. ) Rəvayətlərə əsasən, xalqın əməllərindən xəbərdar olan möminlər dedikdə məsum imamlar nəzərdə tutulmuşdur. İkincisi, onlar ədalətlidirlər.("Təfsiri-Məcməül-bəyan”. ) İsmət (paklıq) və ədalət onları etibarlı etmişdir.
    İmam Sadiq (ə) buyurmuşdur: "Necə ola bilər ki, dünya məhkəməsində bir neçə xurma üçün şahidliyə layiq olmayan insanlar qiyamətdə xalqa şahidlik ləyaqəti tapsınlar?” Hər halda, Allah hüzurunda bütün xalqın işlərinə şahidlik yalnız bir qrup insana aid olan xüsusiyyətdir. Rəvayətlərə əsasən, bu zümrə məsum imamlardan ibarətdir.
    Sual oluna bilər ki, nə üçün Allah bəzilərinin adını çəkmək əvəzinə ümmət adını çəkir? Sualın cavabında deyə bilərik ki, Quran hətta bir nəfəri də ümmət sayır.("Fəth”, 29. )
    Qiblənin dəyişmə fəlsəfəsi:
    Qiblənin dəyişmə fəlsəfəsi ilə bağlı çoxsaylı təhlillər aparılmışdır. Bəzilərinin fikrincə, Beytül-Müqəddəsin ilk qiblə seçilməsində məqsəd yəhudilərin diqqətinin cəlb olunması və onlarla yaxınlıq olmuşdur. Müsəlmanlar qüdrətə çatdıqdan sonra artıq bu yaxınlığa ehtiyac duyulmamışdır. Bir başqaları belə zənn edirdilər ki, qiblənin dəyişmə fəlsəfəsi Məkkə və vətənə məhəbbət olmuşdur. Amma hər iki təhlil həqiqətin ziddinədir.
    Uyğun məsələ ilə bağlı Quran bildirir ki, qilbənin dəyişməsi ilahi sınaq idi. Bu yolla həzrət peyğəmbərin həqiqi ardıcılları bilinəsi idi. Çünki xalis imanı olmayanlar kiçik bir dəyişikliyi böyüdərək nə üçün-niyəyə başlayırlar. Onlar dalbadal suallar yağdırır, nə üçün belə oldu, əvvəlki əməllərimiz necə olacaq, əvvəlki düz idisə, indiki nədir, indiki düzdürsə, əvvəlki nə idi - deyə soruşurlar. Allah Onun əmrinə təslim olanlara müjdə verir ki, əvvəlki əməlləriniz də əmrə əsaslandığından puça çıxası deyil.
    Bu ayədə namaz əvəzinə iman sözü işlənmişdir. Bu isə namazın böyük əhəmiyyət və məqamını göstərir, onun bütün imanla bərabər olduğunu önə çəkir.
    Bildirişlər
    1. İlahi övliyalar bizim əməllərimizə nəzarət edirlər.
    Bəli, bəzi insanların elə bir tutumu var ki, bütün əməlləri görüb tarix boyu insanların maraqlarından xəbərdar olurlar.
    2. Qiyamətdə silsilə mərtəbələr var. Qiyamət məhkəməsi elə qurulmuşdur ki, əvvəlcə xalqın işinə imamlar şəhadət verir, sonra isə peyğəmbərlər imamlara şahid olurlar.
    3. İmtahan dəyişməz ilahi qanundur Allah bəzən Öz əmrlərini dəyişməklə xalqı imtahana çəkər.
    4. Dini göstərişlərə itaət inkişaf və kamillik mayası, itaətsizlik isə bir növ irticadır.
    5. Allahın əmrindən savay istiqamət, rəng, zaman, məkan və digər xüsusi şivələrə adət etməyin. İnsan bir şeyə adət etdikdə, həmin adətin ziddinə olan ilahi göstərişdən boyun qaçırmağa meyilli olur.
    6. Adi insanlar üçün təslim məqamı ağırdır. Yalnız Allahın xüsusi hidayətinə nail olmuş insanlar həmin məqama çata bilir.
    7. Hər hansı qanun və göstəriş əvvəlki dövrə aid olmur. Əgər bu gün qibləni dəyişmək əmri gəlmişsə, əvvəlki namazlar doğrudur və bu gündən başlayaraq başqa tərəfə üz tutmalıyıq.
    8. İstər təkvini, istər təşrii dəyişikliyin hamısı Allahın rəhmətindəndir.
    144. قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاء فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ
    "(Ey peyğəmbər,) görürük ki, (vəhy intizarı ilə) üzünü göyə tutursan. İndi səni könlünü açacaq qibləyə doğru göndəririk. Üzünü Məscidül-Hərama doğru çevir. (Siz ey müsəlmanlar,) harada oldunuz, üzünüzü ona doğru döndərin. (Səmavi) kitab verilmiş şəxslər bilirlər ki, bu əmr Allah tərəfindən gəlmiş bir həqiqətdir. Allah onların əməllərindən qafil deyil.
    Nöqtələr
    Bu ayə həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır. Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişməsi Allahın Öz peyğəmbərinə vədi idi. Amma həzrət dua zamanı heç bir söz demədən üzünü səmaya tutardı. Nəhayət, ayə nazil oldu və göstəriş verildi ki, həzrət Peyğəmbər (s) və bütün müsəlmanlar ibadət zamanı üzlərini Məscidül- Hərama, Kəbəyə tutsunlar. Bu dəyişmənin həqiqi mahiyyətindən xəbərdar olan kitab əhli bildiklərini gizləməyə çalışdılar. Onlar öz kitablarında oxumuşdular ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılar. Onlar müxtəlif təlqinlərlə şübhələr və suallar yaradıb aranı qarışdırırdılar. Allah da öz növbəsində onları hədələyirdi.("Bəqərə”, 159. )
    Həzrət Peyğəmbərin (s) Kəbənin qiblə seçilməsinə razılığının dəlilləri vardır: Bununla yəhudilərin acı tənələrindən, təhqirlərindən, istehzalarından azad olurdular; müsəlmanların istiqlalı süquta yetir, ilk tövhid mərkəzi Kəbəyə diqqət yönəldilirdi. Qiblənin dəyişmə məsələsi mühüm bir hadisə olduğundan ayədə Kəbəyə üz tutmaq barədə iki dəfə göstəriş verilir: Bir dəfə peyğəmbərə xitabən, ikinci dəfə isə bütün müsəlmanlara müraciətlə.
    Bildirişlər
    1. Asiman vəhyin nüzul çeşməsi və peyğəmbərlərin göz dikdiyi yerdir.
    2. Allah insanların istəklərindən agahdır.
    3. Hökmlərin verilməsi və dəyişməsi Allah tərəfindəndir. Peyğəmbərlər özlərindən göstəriş vermirlər.
    4. Peyğəmbər Allah qarşısında o qədər ədəblidir ki, qiblənin dəyişməsi istəyini dilə gətirmir. O öz intizarını baxışı ilə bildirir.
    5. Allah öz peyğəmbərinin razılığını istəyir. Allahın razılığı peyğəmbərin razılığıdır.
    6. Quran həqiqəti bilib inadkarlıq göstərən alimləri hədələyir və məzəmmət edir.
    7. Dini göstərişləri xalq üçün çətinləşdirmək olmaz. "Şətr” səmt deməkdir. Yəni Məscidül-Hərama doğru dayanmaq kifayətdir. Üzü dəqiq şəkildə Kəbəyə tutmaq zəruri deyil.
    145. وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ بِكُلِّ آيَةٍ مَّا تَبِعُواْ قِبْلَتَكَ وَمَا أَنتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُم بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم مِّن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذَاً لَّمِنَ الظَّالِمِينَ
    "(Ey peyğəmbər,) Kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən, sənin qiblənə itaət etməyəcəklər. Sən də onların qibləsinə tabe deyilsən. (Necə ki onlardan bəziləri digər qibləyə tabe deyildirlər. Sənə elm (vəhy) çatdıqdan sonra onların həvəslərinə itaət etsən, şühbəsiz ki, sitəmkarlardan olacaqsan.”
    Nöqtələr
    Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqəti bilərəkdən qəbul etmirlər.
    Quranın peyğəmbərə xəbərdarlıqları övliyalar haqqında yersiz düşüncələrin inkişafının qarşısını almaq məqsədi güdür. Necə ki, başqa dinlərdə xalq İsanı Allahın oğlu, mələkləri isə Allahın qızları bilirdi.
    Bildirişlər
    1. İnadkarlıq və təəssüb düşüncəyə, məntiqə, haqqı görməyə mane olur. Onlar təkcə İslama münasibətdə təəssüb göstərmirlər. Onlar öz aralarında da inadkar və təəssübkeşdirlər.
    2. Müxaliflərin hay-küyü qarşısında təslim olmaq olmaz. Düşməni məyus etmək üçün qətiyyət lazımdır.
    3. Yəhudilərin və məsihilərin hər birinin öz qibləsi vardır.
    4. Alimlərin azğınlığı çox təhlükəlidir.
    5. Doğru yolu tapmaq üçün elm kifayət etmir. Belə bir məqamda haqqı qəbul etmək ruhiyyəsi mühümdür. Yəhudilər kitab sahibi idilər. Amma təəssüb çəkdiklərindən malik olduqları elmdən faydalana bilmirdilər.
    6. Xalqın istəkləri əsasında peyğəmbər ilahi qanunları dəyişə bilməz.
    7. İslam ayinləri gerçək elm çeşməsindəndir.
    8. Nəfs istəklərinə əsaslanmayan, elmi bünövrəyə malik qanunlar qəbul olunmağa və itaətə layiqdir.
    9. Qanun hamı üçün birdir. Məsələn peyğəmbər də nəfs istəkləri ardınca getsə cəzalandırılacaq.
    10. İlahi qanun olan yerdə xalqın istəklərinə tabeçilik zülmdür.
    146. الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمْ وَإِنَّ فَرِيقاً مِّنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ
    "(Yəhudilər və məsihilər) o kəslərdir ki, onlara (səmavi) kitab vermişik, onu (İslam peyğəmbərini) öz oğlanları kimi tanıyırlar. Həqiqətən, onlardan bir dəstəsi haqqı bilməklərinə baxmayaraq onu gizlədirlər.”
    Nöqtələr
    Quranda bu həqiqət dəfələrlə təkrarlanmışdır ki, kitab əhli Tövrat və İncilin verdiyi müjdəyə görə İslam peyğəmbərinin zühurunu gözləyirdilər. Son peyğəmbərin xüsusiyyətləri onlara elə açıqlanmışdır ki, onu öz övladları tək tanıyırdılar. Amma bütün bunlara baxmayaraq, onlardan bir dəstəsi həqiqəti gizləyirdi. Quranın digər bir yerində buyurulur: "Onlar nəinki peyğəmbərlərdən, hətta onun təşkil etdiyi cəmiyyət və yardımçılarından da xəbərdar idilər. Ayədə oxuyuruq: "Məhəmməd Allahın rəsuludur və onunla olanlar kafirlər qarşısında sərt, öz aralarında mehribandırlar. Onları daim rüku və səcdə halında görərsən. Onlar daim Allahın fəzlini və razılığını istəyirlər. Onların əlaməti üzlərindəki səcdə əsərindən görünür. Bu onların Tövrat və İncildəki vəsfləridir.("Ənbiya”, 90. )
    Quran kitab əhlinin İslam peyğəmbərini tanımasını atanın öz oğlunu tanımasına bənzədir. Atanın öz oğlu ilə tanışlığı isə ən üstün tanışlıqlarıdır. Çünki bu tanışlıq təvəllüd zamanından, hətta ondan da qabaq formalaşır. Bu tanışlıq intizarla müşayiət olunur. Bu tanışlıqda şəkkə yer yoxdur.
    Elmi gizlətmək ən böyük günahdır. Quran elmi gizlədənlər haqqında buyurur: "Allah və bütün mələklər, ins və cin, hər bir şüurlu varlıq həmişəlik onlara lənət və nifrin oxuyur.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 139. ) Bəli, həqiqəti gizləmək öz övladını gizləmək kimidir. Əlbəttə ki, dünya ləzzətlərinə xatir atanın öz övladını inkar etməsi böyük namərdlikdir!
    Bildirişlər
    1. İnsanda həqiqətpərəstlik ruhiyyəsi olmasa, elm təklikdə kifayət etmir. Yəhudilər Allahın rəsulunu dərindən tanıdıqları halda yenə də onu qəbul etmədilər.
    2. Hətta düşmənlərə münasibətdə də insafı gözləyək. Quran bütün kitab əhlini həqiqəti pərdələyən kimi tanıtdırmır.
    147. الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ
    "Haqq (o şeydir ki,) sənin Rəbbinin tərəfindəndir. Belə isə, heç vaxt tərəddüd edənlərdən olma.
    Bildirişlər
    1. Haqq, Allahın nəhayətsiz elm mənbəyindən qaynaqlanır.
    2. Vəhy və rəvayət yolu ilə sübuta yetən ilahi göstərişlər və fərmanlar mübahisə mövzusu deyil.
    3. Rəhbər qətiyyətli və gördüyü işə əmin olmalıdır, xüsusilə qanunu dəyişəndə və ya bir adəti əvəz edəndə!
    148. وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُواْ الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ اللّهُ جَمِيعًا إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Hər bir kəs üçün onun üz tutduğu qiblə var. (Buna görə də qiblə cəhətindən mübahisə etməyin və onun yerinə yaxşılıqda və xeyir əməllərdə bir-birinizi ötün. (Bilin) harada olsanız, Allah hamınızı (məhşərdə) hazır edər. Həqiqətən, Allah hər şeyə qadirdir.
    Nöqtələr
    "Vichətun” sözünün iki mənası var: Qiblə və yol (üsul). Əgər əksər təfsirçilər kimi bu sözü qiblə kimi mənalandırsaq, ayənin mənası tərcümə etdiyimiz kimi olar. Amma əgər həmin sözü "üsul”, "şivə” kimi mənalandırsaq, ayənin mənası belə olar: Hər bir insan və ya dəstə üçün bir yol var ki, həmin yola çəkilmiş olar və hər kəs bir yolu adlayar. Bu məna "İsra” surəsinin 84-cü ayəsinin mənasına oxşayır.
    Bəzi təfsirçilər "ayədəki” huvə” əvəzliyinin Allaha aid olduğunu bildirir. Bu halda ayənin mənası belə olur: Hər kəsin Allah tərəfindən təyin olunmuş qibləsi var.
    Xeyir işdə önə keçmək onun dəyərini artırır. Quranda xeyir iş müxtəlif formalarda təbir olunmuşdur. Peyğəmbərlərin vəsfində buyurulur: "Onlar yaxşılıqda sürət götürürlər.”("Fəth”, 2. )
    Bəzi rəvayətlərdə uyğun ayə haqqında deyilir: "Əsrin imamının (ə) zühuru zamanı aşiqləri dünyanın müxtəlif yerlərindən gəlib onun hüzurunda cəm olacaqlar.”(Bihar”, c. 22, s. 483. )
    Bildirişlər
    1. Hər bir ümmətin qibləsi olmuşdur və qiblə məsələsi yalnız müsəlmanlara məxsus deyil.
    2. Mənasız söhbətləri boşlayın və diqqətinizi xeyir işlərin yerinə yetirilməsinə yönəldin.
    3. Maddi işlərdə rəqabət və yarışma əvəzinə, xeyir işlərdə önə keçmək lazımdır.
    4. Qiyamət günü Allah hamını bir yerə toplayacaq. Bu, ilahi qüdrətin izhar nümunələrindəndir.
    149. وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَإِنَّهُ لَلْحَقُّ مِن رَّبِّكَ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
    "(Ey peyğəmbər,) haradan (səfər məqsədi ilə) xaric oldunsa (namaz zamanı) üzünü Məscidül-Hərama doğru çevir. Bu göstəriş sənin Rəbbinin tərəfindən olan haqq göstərişdir. Allah etdiyiniz əməllərdən xəbərsiz deyildir.
    Nöqtələr
    Əvvəlki ayələrdə Məscidül-Hərama diqət müsəlmanların yaşadığı Mədinə şəhərinə aid idi. Bu ayədə isə belə buyurulur: "Səfərdə olarkən də namaz vaxtı üzünüzü Məscidül-Hərama tutun.
    150. وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوهَكُمْ شَطْرَهُ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلاَّ الَّذِينَ ظَلَمُواْ مِنْهُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ
    "(Ey peyğəmbər,) Haradan xaric oldunsa (namaz vaxtı) üzünü Məscidül-Hərama döndər. (Siz müsəlmanlar da) harada olsanız (evdə və ya səfərdə), üzünüzü ona tutun. Belə ki, sitəmkarlar istisna olmaqla, xalq üçün sizə qarşı mübahisə imkanı olmasın. Belə isə, onlardan yox, Məndən qorxun. (Bilin ki, qiblənin dəyişməsi səbəbi) Öz nemətimi sizə tamamlamağımdır. Bəlkə siz hidayət olasınız.
    Nöqtələr
    Qiblənin dəyişmə məsələsinin müxtəlif ayələrdə təkrarlanması onun əhəmiyyətini göstərir. Bundan əlavə, bu mövzu ilə bağlı hər bir ayədə yeni bir məsələ də bəyan olunmuşdur. Məsələn, bu ayədə Allah Məscidül-Hərama üz tutmaq göstərişindən sonra buyurur: "Bu ona görədir ki, camaat peyğəmbərin və müsəlmanların əleyhinə bəhanə tapmasınlar. Kitab əhli yaxşı bilirdi ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılır. Əgər həzrət Peyğəmbər (s) belə etməsəydi, onlar irad tutardılar ki, əvvəlki səmavi kitablarda zikr olunmuş xüsusiyyətlər İslam peyğəmbərində yoxdur. Ya da müsəlmanlara istehza edərdilər ki, onların müstəqil qibləsi yoxdur və yəhudilərin qibləsinə üz tuturlar.
    Əlbəttə, bu irad təkcə yəhudilər tərəfindən irəli sürülmürdü. Müşriklər də onların yolunu davam etdirib deyirdilər: Əgər Məhəmməd İbrahim ayinlərinə diqqətlidirsə, nə üçün İbrahimin tikdiyi evə üz tutmur? Münafiqlər də öz növbəsində sakit dayanmayıb qiblənin dəyişmə məsələsində xırdaçılığa varır və deyirdilər: Peyğəmbərdə sabit rəy yoxdur. Hər halda, Allah təkid və təkrarla müsəlmanları hansısa mövzunun qəbuluna və sabitqədəmliyə hazırlayırdı. Xatırladılırdı ki, dəlil axtaranlar sizdə nöqsan tapmayacaq. Amma haqgizlədən zalımlar öz bəhanələrindən əl çəkməyəcəklər. Siz onlara etina etməməli, onlardan qorxmamalı, yalnız Allahdan qorxmalısınız.
    Qiblə tövhid nişanəsi və tövhidin izharıdır. Qiblə müsəlmanlığın simvoludur. "Nəhcül-bəlağə”də Kəbə bayraq, yəni İslamın aşkar nişanəsi kimi yad edilir. Bütpərəstlər və ulduzpərəstlər dua zamanı üzlərini bütə, ulduza və aya tuturdular. Amma İslam bütün bunların yerində Allah evini qərar verdi. Qibləyə üz tutmaq diqqətin Allaha yönəldilməsi nişanəsidir.
    Rəvayətdə oxuyuruq: Peyğəmbər (s) adətən üzüqibləyə oturardı. Tövsiyə etmişlər ki, üzüqibləyə yatın, üzüqibləyə oturun. Hətta üzüqibləyə oturmaq ibadət sayılmışdır. Qiblənin xüsusi yeri və hörməti vardır. Bəzi əməllər zamanı ona diqqət vacibdir. Məsələn, vacib namazlar üzüqibləyə qılınmalıdır. Heyvanın kəsilməsi, meyitin dəfni üzüqibləyə yerinə yetirilməlidir. Ayaqyolunda üzüqibləyə və ya arxası qibləyə oturmaq haramdır.
    Deyilənlərdən əlavə, qiblə müsəlmanların vəhdət və birlik amilidir. Əgər yuxarıdan yer kürəsinə, müsəlmanlara nəzər salsaq, görərik ki, onlar gündə beş dəfə xüsusi nəzm-nizamla üzüqibləyə dayanırlar. Kəbə ilahi hərəkatların və inqilabların qərargahı və hazırlıq məkanıdır. Həzrət İbrahim, həzrət Məhəmməddən (s) başlamış iman Hüseyn (ə), gələcəkdə isə həzrət Mehdiyədək (ə) bütün ilahi insanlar öz hərəkatlarına Kəbə ətrafından başlamışlar (və başlayacaqlar). Kəbənin əzəməti haqqında təkcə bunu demək yetər ki, müsəlmanlar "qiblə əhli” adlandırılırlar.
    Allah-təala qiblənin dəyişmə əhvalatı haqqında buyurur: "Qiblənin dəyişməsi onun üçündür ki, gələcəkdə Öz nemətimi sizin üçün tamamlayam. Yəni sizin istiqlalınız və Kəbəyə diqqətiniz gələcəkdə nemətlərin tamamlanması zəminəsidir.”
    Bu əhvalat hicri 2-ci ildə Mədinədə baş verdi. Hicri 8-ci ildə də Allah Məkkənin fəthi münasibəti ilə nemətlərin tamamlanması məsələsinə işarə etdi.("Bihar”, c. 6, s. 211-303. ) Yəni bu qələbənin səbəbi odur ki, Allah gələcəkdə sizə olan nemətlərini tamamlasın. Əgər diqqət yetirsəniz, görərsiniz ki, hər iki ayədə nemətlərin tamamlanması "müzare” (gələcək zaman) formada bəyan olunmuşdur. Bu isə hadisələrin gələcəkdə baş verəcəyini göstərir. Amma hicri 10-cu ildə hiccətül-vidadan qayıdarkən "Maidə” surəsinin Ğədire-Xumda nazil olmuş üçüncü ayəsində belə buyurulur: "Bu gün Öz nemətimi sizin üçün tamamladım.” Bundan qabaq isə məsum rəhbər tanıtdırılmışdı.
    Maraqlıdır ki, Allah xalqın qibləyə üz tutmasını nemətlərin tamamlanmasında birinci, Məkkənin fəthini isə növbəti addım kimi tanıtdırır. İlahi rəhbərin təyini və tanıtdırılması isə nemətlərin tamamlanmasında son addımdır. Xatırlatmaq lazımdır ki, qiblənin dəyişməsində, eləcə də rəhbərin təyinində "onlardan qorxmayın, Məndən qorxun” buyurulur. Çünki hər iki halda qarşı tərəfin müqaviməti, bəhanəçiliyi, şayiəbazlığı gözlənilir.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ey Əli! Xalqa öz cəhətini itirməməsi üçün nişanə və bayraq olaraq qərar verilmiş Kəbə necədirsə, sən də ümmət arasında eləsən!”("Bəqərə”, 129.)Digər bir hədisdə isə İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "Biz ilahi Kəbə və qibləyik.”("Bəqərə”, 40. )
    Bildirişlər
    1. Müsəlmanlar düşmən üçün bəhanə olacaq işlərdən çəkinməlidirlər.
    2. Başqalarının hakimiyyətinə etiraz və azadlığın əldə olunması bir dəyərdir.
    3. Qiblənin dəyişməsi kitab əhlinin, müşriklərin və münafiqlərin yersiz irad və bəhanələrini aradan qaldırdı.
    4. Müsəlmanlar üçün ən böyük təhlükə xarici düşmənlər yox, təqvasızlıqdır.
    5. Müsəlmanlar üçün xüsusi qiblənin təyini onlara olan nemətlərin tamamlanması zəminəsidir.
    6. Qiblənin təyini və Məscidül-Hərama doğru namaz qılınması möminlərin hidayət zəminəsidir.
    7. Hidayətin mərhələləri vardır. Ayədə hidayət olmuş müsəlmanlara müraciət edilsə də, məqsəd növbəti üstün mərhələlərə yol açmaqdır.
    151. كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولاً مِّنكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ
    "Eləcə (sizin hidayətiniz üçün) öz aranızdan bir peyğəmbər göndərdik ki, ayələrimizi sizə oxusun, sizi pak etsin, kitab və hikmət təlim etsin və bilmədiklərinizi sizə öyrətsin.”
    Nöqtələr
    "Tilavət” sözü "ardıcıl" mənasını verən kökdəndir. Ardıcıl, nizamlı, düzgün və münasib oxunuş "tilavət" adlanır. Bu növ oxunuşda bir növ müqəddəslik var. "Təzkiyə” inkişaf, paklama mənasındadır. Kitab təlimi ayələri və səmavi hökmləri öyrənməkdir. Hikmət təlimi isə düzgün təfəkkür və baxış öyrədilməsidir.
    İslam peyğəmbərinin besəti həzrət İbrahimin duasının qəbul olma nəticəsidir. O, Allahdan istədi: Pərvərdigara! Onların arasında bir peyğəmbər məbus et ki, Sənin ayələrini onlara oxusun!”("Taha”, 14. ) İslam peyğəmbəri buyurmuşdur: "Mən atam İbrahimin duasının qəbuluyam.”
    Bildirişlər
    1. Xalqın özündən olan, onların arasında fəaliyyət göstərən və onların dilində danışan rəhbər müvəffəqdir.
    2. Təzkiyə (paklama) təlimdən irəlidir.
    3. Dini təlim əsasdır. Digər təlimlər ondan sonra gəlir.
    4. İnsan bir çox həqiqətlərlə tanış olmaq üçün vəhyə ehtiyaclıdır. Ayədəki təbirlərdən məlum olur ki, əgər peyğəmbərlər olmasaydı, insan gələcəklə bağlı bir çox məsələlərdən xəbərsiz qalardı.
    152. فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ
    "Məni yada salın ki, sizi yada salım. Mənim üçün şükür edin və küfrə yol verməyin.”
    Nöqtələr
    Allah bəzi ayələrdə buyurur: "Nemətlərimi yad edin.”("Bəqərə”, 40; "Mücadilə”, 11. ) Bu ayədə isə "Məni zikr edin” buyurulmuşdur. Bunun səbəbi insanların mərifət və tanışlıq dərəcələridir. Allahın zikri şükür üçün zəmindir və ona görə də ilahi zikr şükürdən öndə gəlir. Bu ayə Allahın Öz bəndəsinə olan sonsuz lütfündən danışır. Cəhalət, fəqirlik, fəna kimi xüsusiyyətlərə malik olan insan elə bir lütfə çatmışdır ki, qəni, əbədi, əziz olan Allah ona belə buyurur: "Məni yad et ki, səni yad edim.” Məgər bizim Onu yada salmağımızın nə dəyəri var? Məgər Onu yada salmağımız özü bizə olan tövfiq deyilmi?
    Allah təkcə dillə yada salınmır. Allahı ürəkdən, qəlbdən yad etmək lazımdır. Gerçək yada salma, zikr odur ki, bu halda günaha yol verilməyə və günahdan əl götürülə. Allah zikrinin ən üstün növü isə namazdır.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 140. )
    Şükür özü də Allah zikrinin nümunələrindəndir. Amma onun zikrlə yanaşı adının ayrıca çəkilməsi diqqəti cəlb edir və bu, şükrün əhəmiyyətindən danışır.
    Allah insanla müamilə edir və insanın heç bir işi qiymətləndirilməmiş qalmır. ("Mücadələ”, 19. )
    İmam Baqir (ə) bu ayə haqqında danışarkən bildirir ki, Allah zikrinin növlərindən biri həzrət Zəhranın (s) təsbihatıdır. Bu təsbihat otuz dörd dəfə "Allahu əkbər”, otuz üç dəfə "Əlhəmdulillah”, otuz üç dəfə "Sübhənallah” deyilməsindən ibarətdir.("Təkasur”, 1. )
    İlahi zikrin maneələri:
    a) Şeytan; Bu barədə Quranda buyurulur: "Şeytan onları Allah zikrindən ayırdı.”("Hicr”, 3. )
    b) Çoxluq tələbi və rəqabətlər ; Quranda oxuyuruq: "Çoxluq tələbi sizin başınızı qatdı.”("Təfsiri-Ruhul-Məani”. )
    v) Arzu və xəyallar; Quranda buyurulur: "Arzu onların başını qatdı.”("Təfsiri-safi”, c. 1, s. 111.)
    Allah zikrinin təsirləri: İlahi nemətlərin yada salınması Allaha mərifət və şükür rəmzidir; Onun sonsuz qüdrətinin xatırlanması Ona təvəkkül rəmzidir; Onun elm və agahlığının zikri bizim həya və təqva rəmzimizdir; Onun lütflərinin xatırlanması Ona məhəbbət rəmzidir; Onun ədalətinin yada salınması Ondan qorxu rəmzidir; Onun yardımlarının xatırlanması Ona ümid rəmzidir.
    Bildirişlər
    1. Allah insana şəxsiyyət əta edir və onun məqamını uca bir məqama qaldıraraq buyurur: "Sən məni xatırla, Mən də səni xatırlayım.
    2. Allahın lütfü daim onu zikr edənlərə şamildir.
    3. Allah və Onun nemətlərinin zikri şükür və təşəkkür zəminəsidir. Necə ki, Allah zikrindən uzaqlıq küfr mayasıdır.
    153. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ
    "Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir.
    Nöqtələr
    Bu ilahi kəlamın oxşarını bu surənin qırx beşinci ayəsində oxuduq. Allah Bəni-İsrailə buyurdu: "Çətinliklər qarşısında səbr və namazdan kömək alın.” Bu ayədə isə müsəlmanlara göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir.
    Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyri-məhdud ilahi qüvvədən yardım almasa, məhv olub gedir. Allaha bağlı insan keşməkeşlər qoynunda özünü itirmir. Çətinliklər ona böyük görünmür. Namazı qəlbin iştirakı və diqqətlə qılan kəs meraca gedir. Mənəvi pərvaz yüksək olduqca dünya çətinlikləri, eləcə də dünya ləzzətləri kiçik görünür.
    İnsan nemətə qərq olduqda və çətinliyə düşdükdə uyğun ayənin göstərişlərinə əməl etməlidir.
    Allah buyurmur ki, O, namaz qılanlarladır. Buyurur ki, O, səbirlilərlədir. Ona görə də elə namazın özü səbir və sabitliyə ehtiyaclıdır.("Təfsiri-Ətyabul-bəyan”, c. 2, s. 258. )
    Rəvayətdə oxuyuruq ki, Həzrət Əlinin (ə) qarşısına çətinlik çıxdıqda, o, iki rəkət namaz qılardı.("Təfsiri-Rahnüma”.) Bu üsula Əbu Əli Sina da əməl etmişdir.
    Səbir bütün kamilliklərin anasıdır. Döyüşdə şücaət mayası səbirdir. Günah qarşısında səbir təqva vasitəsidir. Dünya qarşısında səbir zöhd nişanəsidir. Şəhvət zamanı səbir iffət səbəbidir. İbadətdəki səbir itaət, şübhələr zamanı səbir təqva mayasıdır.("Hədid”, 4. )
    Bildirişlər
    1. İman əməl, təvəkkül, səbir və ibadətlə müşayiət olunarsa, faydası daha artıq olar. ("Təfsiri-bəyan”. )
    2. Namaz lingdir, yük deyildir.
    3. Səbir və namaz ilahi himayələrin cazibə vasitəsidir.
    4. Allah hər yerdə, hər kəslə olsa da,("Nəhcül-bəlağə”, xütbə. 143. ) Onun səbirlilərlə yaxınlığının xüsusi mənası var. Bu yaxınlıq Allahın səbirlilərə məhəbbət və yardım lütfüdür.
    154. وَلاَ تَقُولُواْ لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاء وَلَكِن لاَّ تَشْعُرُونَ
    "Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər, amma siz anlamırsınız.”
    Nöqtələr
    Bədr döyüşündə müsəlmanlardan on dörd nəfəri şəhadətə çatdı. Onlardan altısı mühacirlərdən, səkkizi ənsardan idi. Adamların bəzisi "filankəs öldü” deyirdi. Bu ayə nazil oldu və onlara bu cür danışmağı qadağan etdi.("Cinn”, 16. ) Şəhidlərin nəinki adları və əməlləri diridir, onlar hətta bərzəxdə gerçək bir həyat yaşayırlar. Elə bir həyat ki, həmin həyatda ruzi, şadlıq və müjdə var. Allahın mərhəməti civarındakı bu həyatda qəm-qüssə və qorxu yoxdur. Bu həyatın xüsusiyyətləri haqqında "Ali-İmran” surəsində danışılacaqdır, inşallah!
    Düşmənlə döyüş meydanındakı ölüm, onun terror vasitəsi ilə ölümü, istənilən bir məkan və zamanda can, namus və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir.

    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 1028 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024