İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1.Məhdud dünya baxışlarını Allaha iman və Onun buyuruqları vasitəsi ilə kamilləşdirib islah etməliyik.
    2. Çətin vəzifə etiqadi köməyə və zərərlərin aradan qaldırılmasına ehtiyaclıdır. Bəli, diriliyini bilən insan şəhadətə üz tutur.
    3. Şəhadət yalnız Allah yolunda olduqda dəyərlidir.
    4. Din yolunda savaş Allah hüzurunda ən üstün dəyərlərdəndir.
    5. Ölümdən sonra ruh diridir. Cisim çürüyüb getsə də, ruh yerindədir.
    6. Bir çox təhlillərin səbəbi həqiqətdən xəbərsizlikdir.
    155. وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ
    "Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver.”
    Nöqtələr
    Allah təala bütün insanları imtahana çəkir. Amma bütün sınaqlar eyni olmur. Bütün yer üzü sınaq meydanıdır və bütün insanlar - hətta peyğəmbərlər - imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul qıtlığı ilahi sınaq vasitələrindəndir. Düşməndən qorxu, iqtisadi mühasirə, savaş və cihad, övladların və əzizlərin cəbhəyə göndərilməsi imtahan nümunələrindəndir.
    Düşməndən qorxu sınağından qalib çıxmaq üçün Allaha təvəkkül və Onun zikrinə ehtiyac var. Çətinliklərlə mübarizə səbrə ehtiyaclıdır. Əvvəlki iki ayədə bu yol göstərilmişdir.
    Bütün insanların təkbətək sınaqlardan keçirilməsi zəruri deyil. Mümkündür ki:
    a) Hərə bir şeylə sınağa çəkilsin;
    b) Bir sınaqdan üzüağ çıxan insan o biri sınaqda rüsvay olsun;
    v) Bir şəxsin sınağı bir cəmiyyət üçün sınaq ola bilər.
    Bəzən məhsul qıtlığı, mala zərər dəyməsi, qorxu yaranması və digər çətinliklər ilahi sınaqlar səbəbindən baş verir. Bəzən isə bu işlər insanların əməllərinə cəza olaraq müəyyənləşdirilir. Bəzən insanlara çətinlik yaradan onların günahları olur. Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Allah Öz bəndələrini onların günahlarına görə məhsul qıtlığı, xeyir qapılarının bağlanması kimi çətinliklərə salır ki, bəlkə insanlar düşünüb tövbə edələr.”("Ali-İmran”, 146. )
    Əlbəttə ki, bu tənbehlər də sınaqdır. Necə ki, imana görə nemət verilməsi də sınaq vasitəsi olur. Quranda oxuyuruq: "Onları sınağa çəkmək üçün şirin (dadlı) su içirdik.”("Bəqərə”, 153. )
    Allah səbirlilərə bir sıra lütflər etmişdir:
    Məhəbbət("Furqan”, 75.); qələbə("Zümər”, 10. ); behişt("Bəqərə”, 155. ); saysız-hesabsız mükafat("Bihar”, c. 45, s. 46. ); müjdə("Məryəm”, 67; "İnsan”, 1.).
    İlahi sınaqdan çıxmağın bir neçə yolu var:
    a) Səbir və müqavimət;
    b) Hadisələrin və çətinliklərin ötəri olmasına diqqət;
    v) Keçmişdəki insanların müşkülləri necə adlamasına diqqət.
    İmam Hüseyn (ə), qucağındakı körpə övladı oxa tuş gəlib şəhid olduqda, buyurdu: "Bu çətin hadisəni Allah gördüyü üçün mənə asandır.”("Dürrül-Mənsur”, c. 1, s. 377.)
    Bildirişlər
    1. Sınaq və imtahan qəti ilahi proqram və qaydadır.
    2. Çətinliklər müqavimət və inkişaf səbəbidir. Səbir, riza, təslim, qənaət, zöhd, təqva, helm, fədakarlıq kimi sifətlər çətinliklərlə üzləşmə sayəsindədir.
    3. Ayədə nəyin müjdə verildiyi bəyan olunmamışdır. Ona görə də bu müjdə bütün ilahi müjdələri əks etdirir.
    156. الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ
    "(Səbirlilər) o kəslərdir ki, onlara bir müsibət üz verdikdə deyirlər: "Biz hamımız Allahınıq və Ona doğru qayıdarıq.”
    Nöqtələr
    Səbirlilər özlərini satmaq və başqalarına sığınmaq əvəzində yalnız Allaha pənah aparırlar. Onların nəzərincə, bütün dünya dərs sinifi, sınaq meydanıdır və burada inkişaf etməliyik. Dünya dayanacaq, yuxu, işrət yeri deyil. Çətinlikləri Allahın qəzəbi kimi qəbul etmək olmaz. Çətinliklərin səbəbi odur ki, daha sürətli hərəkət etmək üçün ayağımızın altı yansın. Bu baxımdan acılıqlarda da bir şirinlik var. Çünki bu çətinliklərin ardınca istedadların çiçəklənməsi və ilahi mükafatlardan bəhrələnmə gəlir.
    Onun tərəfindən olan müsibətlər həqiqi malikin öz mülkü üzərindəki işdir. Allahın həkim və rəhim olduğunu, öz bəndəliyini, əvvəllər bir şey olmadığını, hətta müəyyən mərhələlərdən sonra da zikrə ləyaqətsizliyini anlayan insan(Məaric”, 20. )qəbul edər ki, Allahın ixtiyarında olsun. Bu həqiqətləri bilən insan xatırlayır ki, Allah onu cansız cisimdən bitkiyə, bitkidən heyvana, heyvaniyyətdən insaniyyətə sövq etdirmiş, uyğun çətinlikləri onun inkişafı üçün qərarlaşdırmışdır. Biz buğda dənəsini əzməklə una çevirdiyimiz, yandırmaqla çörəyə döndərdiyimiz kimi, çətinliklər də insanı kamal mərtəbəsinə ucaldır.
    Səbirlilərin şüarı "inna lillahi və inna iləyhi raciun” şüarıdır. Hədislərdə də tövsiyə olunur ki, çətinlik zamanı bu cümləni oxuyaq.("Bəqərə”, 155. ) Çətinliklər zamanı bu cümləni demək və Allahı xatırlamaq bir sıra təsirlərə malikdir; insanı küframiz və şikayətli sözlərdən uzaqlaşdırır; insan üçün təsəlli və həmdərdlikdir; şeytani vəsvəsələrə mane olur; haqq əqidənin izharıdır; başqaları üçün dərs və nümunədir.
    Qarşıya çıxan müsibətə münasibətdə insanlar bir neçə qismə bölünür:
    a) Kimi haray-həşir qoparır("Ziyarəte-Aşura”. );
    b) Kimi səbirli, dözümlüdür("Ğaşiyə”, 4. );
    a) Kimi də səbirli olmaqdan əlavə şükür edəndir.("Tövbə”, 103. )
    Bu sayaq rəftarlar insanın müsibətlərdən agahlıq dərəcəsinin nişanələridir. Necə ki, istiotu körpə uşaq yeyə bilmir, gənc adam onun acısına dözür, yaşlılar isə pul verib onu alır.
    Bildirişlər
    1.Səbrin kökü Allaha və axirətə iman, eləcə də əvəz veriləcəyinə ümiddir.
    157. أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ
    "Onlar üçün onların Rəbbi tərəfindən salam və rəhmətlər var və onlardır hidayət yetişənlər.”
    Nöqtələr
    "Salavat” sözü nemət və mərhəmətə daxil olmaq mənası verən kökdəndir.("Təfsiri-Məcməül-bəyan”. )
    Allah çətinlikləri səbir və müqavimətlə qarşılayan möminlərə Öü salam göndərir. Amma rifah içində yaşayıb zəkat ödəyən möminlərə peyğəmbərin salam göndərməsini göstəriş verir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 145. )
    Bildirişlər
    1.Allah səbir əhlini Öz xüsusi rəhmətinə qərq edir.
    2. Səbirlilərin Allah tərəfindən təşviq olunması bizə öyrədir ki, isar, səbir və mücahidə əhlinin cəmiyyətdə xüsusi kəramət və ehtiramı olmalıdır.
    3. Təşviq rübubiyyət şəni və tərbiyə zərurətidir.
    4. Səbir əhlinin hidayət edilməsi qəti və aşkardır. Quranda bir çox insanların hidayəti sadəcə arzu olunsa da, səbir əhlinin hidayəti qəti bəyan olunur.
    5. Hidayətin mərhələləri vardır. "İnna lillahi və inna iləyhi raciun” deyənlər mömin və hidayət edilmiş olsalar da, səbir və Allahın salamından sonra daha üstün mərhələlərə nail olurlar.
    158. إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِن شَعَآئِرِ اللّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلاَ جُنَاحَ عَلَيْهِ أَن يَطَّوَّفَ بِهِمَا وَمَن تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللّهَ شَاكِرٌ عَلِيمٌ
    "Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Ona görə də Allah evinin həcc və ya ümrəsini yerinə yetirən kəs Səfa və Mərvə arasında təvaf edə bilər və bunun eybi yoxdur. (Vacib işlərdən əlavə) hər kəs könüllü olaraq xeyir bir iş görsə, həqiqətən, Allah təşəkkür edən və biləndir.”
    Nöqtələr
    "Şəair” xüsusi əməllərin nişanələri mənasını daşıyan "şəirə” sözünün cəm formasıdır. Allahın ibadət üçün müəyyənləşdirdiyi əlamətlər "şəairəllah” adlandırılmışdır.("Təfsiri-Tibyan”, c. 1, s. 44. )
    Səfa və Mərvə Məscidül-Həramın kənarındakı iki dağın adıdır. Bu dağlar arasında təqribən 428 metr məsafə vardır. Onlar üzbəüz yerləşmişdir və hazırda örtülü xiyaban şəklindədir. Allah evinin ziyarətçiləri üçün bu iki dağ arasında yeddi dəfə hərəkət etmək vacibdir. Bu iş həzrət İbrahimin fədakar zövcəsi Hacərin xatirəsinin yad edilməsidir. Hacər öz körpəsi İsmail üçün su əldə etmək məqsədi ilə bu iki dağın arasında yeddi dəfə iztirab və nigarançılıqla hərəkət etmişdir. İmam Sadiq (ə) buyurmuşdur: "Yer üzündə bu iki dağ arasındakı məkandan üstün yer yoxdur. Çünki istənilən bir təkəbbürlü şəxs həmin məkanda başı-ayağı açıq, kəfənə bürünmüş şəkildə, heç bir imtiyaza və əlamətə malik olmadan hərəkət edir. Bəzən qaçır, bəzən isə yeriyir. Bu xatirələrdən əlavə Səfa dağı İslam peyğəmbərinin dəvətini, Məkkə kafirlərinin tövhidə necə dəvət olunduğunu və onların bundan necə imtina etdiyini yada salır.("Həcc”, 29. )
    Cahiliyyət dövründə müşriklər Səfa dağının başına Usaf, Mərvə dağının başına isə Nailə adlı bütlər bərkitmişdilər. Dağlar arasında səy (qaçış) zamanı bu iki bütə təbərrük olaraq toxunardılar. Bütpərəstlərin bu hərəkəti səbəbindən müsəlmanlar Səfa və Mərvə arasında səydən ikrah duyur və düşünürdülər ki, vaxtı ilə bu dağların üzərində bütlərin qoyulması bu günkü səy üçün bir maneədir. Yuxarıdakı ayə nazil oldu və bəyan edildi ki, Səfa və Mərvə ilahi nişanələrdir. Nadan insanların bu iki dağa hörmətsizliyi onlardan kənarlaşmaq üçün əsas ola bilməz.("Təfsiri-Əl-mizan”. )
    Bəzən həcc və ümrə azan və iqamə kimi yanaşı xatırlanır. Bəzən ümrə əməlləri ayrıca yerinə yetirilir. Ümrədə beş əməl vacibdir: Ehram, təvaf, təvaf namazı, Səfa və Mərvə arasında səy, saçı və ya dırnağı qısaltmaq. Həccin bundan başqa da əməlləri vardır ki, məqamı çatanda həmin əməllərə nəzər salacağıq. Hər halda Səfa və Mərvə arasında səy həm ümrəyə, həm də həccə aiddir.
    Səfa və Mərvənin müşahidəsi tarix səhnəsində iştirakdır. Bu müşahidə vasitəsi ilə təsəvvürün yerini təsdiq, zehniyyətin yerini eyniyyət tutur. Səfa və Mərvədə ilahi məktəb fəaliyyətdədir. Bu məktəbdə Allahın iradəsi çeşidli fərqlərə malik insanları eyni bir libasda, eyni bir cəhətdə toplayır. Bu bir peyğəmbərşünaslıq məktəbidir. Bu məktəb öyrədir ki, həzrət İbrahim - bu ilahi peyğəmbər ilahi göstərişi yerinə yetirmək üçün öz zövcəsi və övladını susuz səhrada necə tənha qoydu. Burada həm də insanşünaslıq dərsi öyrədilir. Öyrədilir ki, insan bir neçə anda əbədi əsərləri qalacaq əməllər yerinə yetirə bilər. Səfa və Mərvə arasındakı səy öyrədir ki, hamı birlikdə hərəkət etsə, cəmiyyətdə ilahi ruh təcəlla edər. Səfa və Mərvə arasında səy öyrədir ki, təkəbbürü bir kənara qoyub başqaları ilə çiyin-çiyinə hərəkət etmək lazımdır. Bu dərslərdən aydın olur ki, Allah adını canlandırmaq yolunda qadın və uşağın da payı vardır.
    Əvvəlki ayələrdə bəla və sınaqdan danışıldı. Bu ayədə isə Hacər, onun övladı, bu uşağın atası və digər müsəlmanların sınağından söhbət açılır. İlahi və ixlaslı işin əsəri o qədər yüksəlir ki, bütün peyğəmbər və övliyalar İbrahimin zövcəsi Hacərə təqlid etməli olurlar. İstisnasız olaraq bütün müsəlmanlar kəfənə bürünərək Hacər tək tövşüyə-tövşüyə həmin məsafəni yeddi dəfə qət edirlər. Allahın bu göstərişi onun Hacərə təşəkkürüdür.
    Səfa və Mərvə arasında səy vacib olsa da, "eybi yoxdur” ifadəsi ilə bu yerin bir zaman müşriklərin əlində olmasından yaranan nigarançılıqlar aradan qaldırılır.
    Təvaf dairəvi hərəkət deyil. Eyni bir nöqtədən başlayaraq yenidən həmin yerə qayıdışa təvaf deyilir. Bu hərəkət həm dairəvi, həm də düzxətli ola bilər. Ona görə Kəbə ətrafındakı dairəvi hərəkət də təvaf adlanır,("Sad”, 78. ) Səfa və Mərvə arasındakı düzxətli hərəkət də.
    Bildirişlər
    1. Allahın bəzi məkan və zamanlara xüsusi diqqəti onların ilahi nişanə sayılmasına səbəb olur.
    2. İnsanın niyyəti işlərə dəyər verir. Müşriklər bütlərə toxunmaq üçün səy etdikləri halda, müsəlmanlar Allah razılığı üçün bu işi görürlər. İslamda buyurulur: "Allahın razılığı üçün səy edin.”
    3. Əgər haqq mərkəzləri hansısa qruplar tərəfindən xürafatla bulaşdırılarsa, həmin mərkəzdən əl götürmək yox, orada iştirakla uyğun çirkabı aradan qaldırmaq lazımdır. Müəyyən yollarla azğın qrupların əli həmin mərkəzlərdən qoparılmalıdır.
    4. İbadət aşiqanə və könüllü olmalıdır.
    5. Allah Öz bəndələrinin ibadəti müqabilində təşəkkür edir. Bu təbir Allahın Öz bəndələrinə ən böyük lütfüdür.
    159. إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ
    "O kəslər ki, Kitabda xalqa bəyanla nazil etdiyimiz aşkar dəlil və hidayət vasitələrini gizləyirlər, Allah onlara lənət edər və bütün lənət edənlər onlara lənət oxuyar”.
    Nöqtələr
    Hazırkı ayə yəhudi və məsihi alimlərini nəzərdə tutsa da, "gizlədirlər” təbirinin işləndiyi zaman bu işin bütün ört-basdır edənlərə aid olduğunu göstərir. Necə ki, Allahın neməti də əbədi davam edəcək.
    Haqqı gizlətməyin də müxtəlif formaları ola bilər. Haqq bəzən susmaqla, həqiqətin bəyan edilməməsi ilə, bəzən də yanlış yozum və xalqın başını başqa işlərə qatmaqla pərdələnir. Başı qatılmış xalq isə əsil məsələlərdən xəbərsiz qalır. Bəzən isə möminlər və din qardaşlarının eyblərini gizləmək vacib və ya müstəhəb olur.
    Gizlətmə günahı çox vaxt alimlərə aid olur. "Ali-İmran” surəsinin 187-ci ayəsində buyurulur ki, Allah həqiqətin xalqa bəyan olunması haqqında kitab əhlindən əhd almışdır. Rəvayətdə isə belə bildirilir ki, qiyamət günü haqqı gizlədənlərin ağzına cilov taxılacaq.
    Bildirişlər
    1. Etiqadi zülm ən pis zülmdür. Belə bir zülm Allahın və Onun yaratdıqlarının lənətinə gəlir.
    2. İstər möcüzə və dəlil olsun, istərsə də tövsiyə və nəsihət, haqqı gizlətmək qadağandır. ("Ə`raf”, 38. )
    3. Haqqı gizlətmək ən böyük günahdır. Çünki belə bir günah xalqın doğru yolu tapmasına, gələcək nəsillərin azğınlıqdan qorunmasına mane olur.
    4. Haqqın gizlədilməsi Allahın dininə və xalqın hidayət haqqına zülmdür. Ona görə də haqqı gizlədənlərə Allah və insanlar lənət oxuyur.
    5. Xalqın nifrin və lənəti çox təsirlidir. Xalqın bu nifrətindən pis işlərin qarşısının alınması üçün istifadə edilməlidir.
    160. إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَـئِكَ أَتُوبُ عَلَيْهِمْ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ
    "İstisnadır o kəslər ki, tövbə etdilər, saleh iş gördülər, (gizlədiklərini) aşkara çıxardılar. Mən (Öz lütfümü) onlara qaytararam. Çünki Mən tövbələri qəbul edən, mehribanam.”
    Nöqtələr
    Digər günahlar üçün tövbə qapısı açıq olduğu kimi, gizlətmə günahı üçün də tövbə yolu var. Amma həqiqi tövbə qəlbdə peşmanlıq, əməllərin islahı, gizlədilənlərin bəyanı ilə gerçəkləşir. Namaz qılmayanın tövbəsi ötürülmüş namazların qəzasının qılınmasıdır. Xalqın malını qarət edənin tövbəsi qarət olunmuş malın sahibinə qaytarılmasıdır. Burada da həqiqəti gizlətməklə elm dünyasına, düşüncə və nəsillərə xəyanət etmiş kəs yalnız həmin həqiqətləri açmaqla günahını yuya bilər.
    Allah şeytana buyurdu: "Mənim lənətimə gələsən.”("Yusuf”, 101. )Növbəti ayədə isə haqqı gizlədənlərə lənət oxunur. Demək, haqqı gizlədənlər də şeytanla bir cərgədə dayanır.
    Bildirişlər
    1.Allah xatakarlar üçün bütün şəraitlərdə tövbə və geri qayıdış yolu qoymuşdur.
    2. Dini həqiqətlərin gizlədilməsi fəsaddır. Ona görə də tövbə edənə islah və nöqsanların aradan qaldırılması əmri verilmişdir.
    3. Hər bir günahın tövbəsi onun özünə uyğundur. Haqqı gizlətməyin tövbəsi həqiqətin bəyanıdır.
    4. Hədə və məzəmmət məqamında haqqı gizlədənlər lənətlənirsə, mehribanlıq məqamında "ənə”, "təvvab”, "rəhim” kimi sözlərlə əks münasibət bildirilir. Allah bildirir ki, O Öz xüsusi mehribanlığı ilə bağışlanma yolu qoymuşdur.
    5. Fərd və cəmiyyətin tərbiyəsində günahkarın hədələnməsi və saleh əməl sahibinin müjdələnməsi iki mühüm əsasdır.
    6. İlahi lütfün tövbə edənlərə şamil olunması daimi, qəti, və məhəbbətamizdir.
    161. إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
    "Şübhəsiz, kafir olub küfr halında dünyadan gedənlər Allahın, mələklərin, xalqın hamısının lənətinə gələcəkdir.”
    162. خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ
    "(Onlar) həmişəlik onda (lənətdə) qalarlar. Nə onların əzabından azalar, nə də onlara möhlət verilər.”
    Nöqtələr
    Əvvəlki ayədə bəyan olundu ki, haqqı gizlədənlər tövbə edib həqiqəti bəyan etsələr, Allahın lütfünə nail olarlar. Ayədə buyurulur ki, kafirlər tövbə etməyib küfr halında ölsələr, Allahın, mələklərin və bütün xalqın lənəti onların yaxasından yapışasıdır.
    Sual: Ayədə bütün xalqın kafirlərə lənəti bəyan olunur. Aydın məsələdir ki, xalq arasında bəziləri ya kafirdir, ya da kafirlə dost. Bəs bütün xalqın lənəti dedikdə nə nəzərdə tutulur?
    Cavab: Söhbət dünya və axirətdə lənətdən gedir. Dünyada kafir olub kafirlərlə dostluq edənlər axirətdə lənətə düçar olasıdır.("Bəqərə”, 132. )
    İlahi övliyaların istəklərindən və dualarından biri dünyadan müsəlman getməkdir. Belə bir istəklə Yusif öz Allahına müraciət edir.("Zariat”, 47. )Həzrət İbrahim və Yaqub öz övladlarına tapşırırlar ki, yalnız müsəlman, Allaha təslim olmuş halda ölsünlər.(Nəbə”, 12. )
    Bildirişlər
    1. Küfrdə dayanmaq və ya küfr halında ölmək Allahın rəhmətindən əbədi məhrumluqla müşayiət olunur.
    2. Ən əsası insan ömrünün sonudur. Mühüm odur ki, insan dünyadan imanlamı gedəcək, yoxsa imansız?
    3. Cəzanın yüngülləşdirilməsi və ya təxirə salınması dünyaya aiddir. Qiyamətdə nə yüngülləşdirmə var, nə də təxir.
    163. وَإِلَـهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَّ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ
    "Sizin məbudunuz yeganə Allahdır. Ondan başqa məbud yoxdur. O, rəhman və rəhimdir.”
    164. إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاء مِن مَّاء فَأَحْيَا بِهِ الأرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاء وَالأَرْضِ لآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ
    "Həqiqətən, göylərin və yerin yaranışında, gecə və gündüzün ardbaard gəlməsində, xalqa xeyir yetirmək üçün dəryada hərəkət edən gəmilərdə, Allahın göydən nazil edib onun vasitəsi ilə ölü torpağı diriltməsində, müxtəlif canlıları onda yaymasında, küləklərin yolunun dəyişməsində, göy və yer arasında bağlı buludlarda düşünən insanlar üçün nişanələr var.”
    Nöqtələr
    Təbiət ünsürləri arasındakı bağlılıq, bu aləmə hakim olan qanunlar yeganə Allahın hakimiyyət, qüdrət və iradəsindən danışır. Yalnız bir hissəsinə bəşəriyyətin əli çatmış səmaların yaranışı və onun daimi genişlənməsi,("Mulk”. )istehkam,("Fussilət”, 12. ) səmanın yeddi təbəqəsi,(Rəd”, 2. )hakim nizam,("Ənbiya”, 32. ) mütənasiblik, onlar arasındakı əlaqə və sütunsuzluq("Haqqə”, 6.), onların hifzi("Təfsiri-Sifvətut-Təfasir”, c. 1, s. 113. ), ulduzların öz orbitində hərəkəti və hər birinin fasiləsi yeganə və həkim olan Allahın qüdrət nişanələridir.
    Sədi Şirazi deyir:
    Yaranış, hər nə var haqqın tədbiri,
    Bağlar da, çaylar da zikr edir Onu,
    Hara baxırsansa onun əsəri.
    Çətin ki, dərk edə bu sirri hamı.
    Ağıl heyran qalır salxım şanıya,
    Ayla günəş, həm də gecəylə gündüz
    Yaqut nar giləsi sirdi hamıya.
    Onun tədbiriylə dövrdə, sözsüz.
    "Riyah” sözü külək mənasını verən "rih” sözündəndir. Amma Quranda "rih” sözü qəhr və əzab sözü ilə yanaşı işlənmişdir.("Kafi”, c. 1, s. 374. ) "Riyah” sözü isə daim yağış və ilahi lütf sözləri ilə yanaşıdır. Hədisdə oxuyuruq: Nə vaxt külək əsirdisə, həzrət Peyğəmbər (s) buyururdu: "Pərvərdigara! Bu küləyi əzab "rihi” yox, rəhmət "riyahı” qərar ver.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 151. )
    Bildirişlər
    1.Təbiəti tanımaq Allahı, Onun qüdrətini, hikmətini, birliyini tanımaq üçün allahşünaslıq yollarındandır.
    2 Allahın oxşarı yoxdur və O, mürəkkəb tərkibə malik deyildir.
    3. Həm təbiət, həm də insanın yaratdıqları ondandır.
    4. Varlıq aləmindəki hər bir mövcud Allahın təbiətdəki ayələrindəndir.
    Aqilin gözündə yaşıl bir yarpaq,
    Böyük Yaradandan gətirmiş soraq.
    5. Yalnız aqillər varlıq aləminə baxmaqla allahşünaslıq dərsi öyrənirlər.
    165. وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللّهِ أَندَاداً يُحِبُّونَهُمْ كَحُبِّ اللّهِ وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاً وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِ
    "Xalq arasında bəziləri Allahdan qeyri məbudlar seçir və onları Allahı sevməli olduqları qədər sevirlər. Amma iman sahiblərinin Allaha olan eşqləri daha şiddətlidir. (Bütlərə pərəstiş etməklə) zülm edənlər Allahın əzabını müşahidə etdikləri vaxt biləcəklər ki, bütün güclər Allahın əlindədir və Onun əzabı şiddətlidir.”
    Nöqtələr
    İmam Baqir (ə) buyurmuşdur: "Bu ayədəki "dunillah” və "əndad” sözləri bütləri bildirmir. Bu iki söz xalqın Allah kimi sevdiyi sitəmkar və azğınlara işarədir.”("Bihar”, c. 27, s. 184. )Ədəbi baxımdan "yuhibbunəhum” sözündəki "hum” hissəsi əşya yox, insanı bildirir.
    Kamal və camal sevgisi məhəbbətin köküdür. Möminlər bütün kamillik və gözəllikləri Allahdan görürlər. Ona görə də ən böyük eşqləri Ona ünvanlanmışdır. Möminlərin eşq və məhəbbəti məşuqun ləyaqətinə əsaslanır. Bu eşq heç vaxt soyumur, sönükmür. Müşriklərin eşqi isə xəyala, cəhalətə, təqlidə və boş istəklərə əsaslanır.
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 787 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024