İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Hökmlərin yüngülləşdirilməsi və asanlaşdırılması İslam dininin xüsusiyyətlərindəndir.
    2. Danışıqda ədəbi gözləmək Quranın xüsusiyyətlərindəndir. "Rəfəs” yaxınlıq məsələləri haqqındakı söhbət mənasındadır. Bu ayədə həmin söz yaxınlıq mənasında işlədilmişdir.
    3. Nə vaxt bir yolu bağlamaq istədinizsə, şəri bir yolu açıq saxlayın. Çünki Allah Ramazan günü yaxınlığı qadağan etsə də, gecələr bunu caiz saymışdır. (Cinsi yaxınlıq hər ayın əvvəlində məkruh olsa da, Ramazan ayının əvvəlində müstəhəbdir. Bəlkə də bunun səbəbi əvvəlcə insanların təmini, sonra onlardan vəzifə tələbi olmuş olsun.)
    4. Gündüz ibadət və gecə şəri ləzzət İslam dininin əhatəli olduğunu göstərir.
    5. İslam təbii ehtiyaclara diqqətlə yanaşır.
    6. Qadın və kişinin bir-birlərinə ehtiyacı ikitərəflidir. Onların hər biri təbii ehtiyacların ödənməsində o birinə möhtacdır.
    7. Allah insanların ən cüzi işlərindən də xəbərdardır.
    8. İnsan xətaya yol verəndir və ondakı cinsi meyl güclüdür.
    9. Allahın əmrindən çıxmaq özünüzə qarşı xəyanət və zülmdür.
    10. Övladlarınızın oğlan və qız olmasını Allah üçün vəzifə müəyyənləşdirməyin.
    11. Cinsi yaxınlıq da məqsədli olmalıdır.
    12. İslami hökmlərin meyarı ümumi, təbii və sadə meyarlardır. Sübh ağartısını və ya gecənin qaralmasını hər bir şəxs istənilən bir yerdə təyin edə bilər.
    13. İbadətlərdə müəyyənləşdirilmiş vaxtların roluna diqqətsiz olmayın.
    14. Etikaf məsciddə ibadət üçün qalmaqdır. Mötəkif şəxs həm də oruc tutmalıdır.
    15. Günahın qarşısı alınmalıdır. Quran buyurmuşdur: Günaha yaxınlaşmayın. Çünki günaha yaxınlaşmaq günaha batmaqla yanaşıdır.
    16. Təqva ilahi hökmlərin fəlsəfəsidir. Oruc təqva üçündür. Şəri cinsi yaxınlıq da təqvaya xatirdir.
    17. İlahi göstərişlərə əməl inkişaf və təqva üçün zəminədir.
    188. وَلاَ تَأْكُلُواْ أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ وَتُدْلُواْ بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُواْ فَرِيقًا مِّنْ أَمْوَالِ النَّاسِ بِالإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ
    "Bir-birinizin malını öz aranızda haqsız yerə yeməyin. Xalqın malını günah yolla yemək üçün varınızı hakimlərə, qazılara boşlamayın. Bir halda ki, özünüz bilirsiniz (ki, xilaf edirsiniz).”
    Nöqtələr
    "Tudlu” qabı quyuya buraxmaq, boşlamaq mənasını verir. Bu ayədə qazıya rüşvət verilməsi də ona oxşadılmışdır. "Əmvalun-nas” dedikdə isə həm ümumi, həm də xüsusi mal nəzərdə tutulur. Rüşvət xalqın qeyri-mali haqqının alınması üçün veriləndə də qadağandır.
    Rüşvət
    Rüşvət bir çox ictimai fəsadlara malik böyük günahlardandır. Ədalətsizlik, zəif təbəqənin ümidsizliyi, zorlularının cürətlənməsi, hakim və qazilərin fəsadı, qarşılıqlı etimadın puça çıxması rüşvətdən doğan fəsadlardandır.
    Bu mənfi əsərlər nəzərə alınmaqla rəvayətlərdə rüşvət ciddi şəkildə tənqid olunmuşdur. Həzrət Peyğəmbər (s) həzrət Əliyə xitabən buyurmuşdur: "Ey Əli, ölmüş heyvanı satmaqdan əldə olunan qazanc, it, şərab, zina, rüşvət eynidir və haramdır.”("Vəsail”, c. 12, s. 63. ) Eləcə də, həzrət Əli (ə) "Maidə” surəsinin qırx ikinci ayəsi ilə bağlı buyurmuşdur: "Rüşvətxor o kəslərdir ki, xalqın çətinliyini həll edib, bunun müqabilində hədiyyə alırlar.”("Nəhcül-bəlağə” xütbə 131. )İmam Sadiq (ə) rüşvəti Allaha qarşı küfr həddində tanıtdırır. Həzrət Peyğəmbər (s) rüşvəti verənə, onu alana və vasitəçilik edənə lənət edərək buyurdu: "Rüşvət sahibinə behişt qoxusu çatmaz.”
    Digər bir hədisdə oxuyuruq: Xalqın çətinliklərinə münasibətdə biganə olan hakimdən Allah Öz lütfünü pərdələyər. Xalqın işini görmək üçün hədiyyə qəbul etsə zəncirlənər, əgər rüşvət alsa müşrik olar.”("Nəhcül-fəsahə”, hikmət 2693. )
    Həzrət Əli (ə) rüşvət alan şəxsi vilayət haqqından məhrum sayır.("Nəhcül-bəlağə” xütbə 224. ) Həzrət digər bir yerdə buyurmuşdur: Bütün rüşvət alanlar qorxuya, iztiraba və nigarançılığa düçar oldular.”("Nəhcül-fəsahə” hikmət 539. )
    Bəziləri öz işlərinə don geyindirmək üçün rüşvətə min bir ad qoyurlar. Kimi onu hədiyyə, kimi də zəhmət haqqı kimi qəbul edir. Əşəs ibn Qeys adlı bir şəxs hədiyyə adı ilə həzrət Əliyə (ə) halva gətirmişdi. O ümid edirdi ki, bu yolla məhkəmədə İmam (ə) onun xeyrinə qərar çıxara. İmam buyurdu: "And olsun Allaha! Əgər yeddi iqlimi mənə bağışlasan ki, arpa qabığını haqsız yerə qarışqanın ağzından alım, bu iş olmayacaq.”("Təfsiri-Bürhan”, c. 1, s. 190. )
    Bir şəxs İslam peyğəmbərinə dedi: "Mən müəyyən işlərin məsuliyyətini daşıyıram. Xalq isə mənim üçün hədiyyələr gətirir. Bu məsələyə münasibətiniz necədir?!” Həzrət onun cavabında buyurdu: "Necə olur ki, bizim işçilərə hədiyyə gətirilir?! Əgər onlar evdə otursaydılar, onlara hədiyyə verilərdimi?!”("Təfsiri-Məcməul-bəyan”, c. 2, s. 509. )
    Bildirişlər
    1. Mülkiyyət doğru yolla əldə olunmalıdır. Məsələn, qazanc, ticarət, əkinçilik, sənət, irs, hədiyyə kimi. Amma batil yolla, rüşvət vasitəsi ilə mülkiyyət yaranmır.
    2. Cəmiyyət vahid bir bədən kimidir.
    3. Rüşvət haramdır və insan başqalarının malına sahib durmaq üçün rüşvət verə bilməz.
    4. İslam xalqı öz mallarının sahibi bilir.
    5. Bilərəkdən azğınlıq təhlükəlidir.
    189. يَسْأَلُونَكَ عَنِ الأهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوْاْ الْبُيُوتَ مِن ظُهُورِهَا وَلَـكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
    "Səndən ayın hilalları (onların hikməti) haqqında soruşurlar. De ki, bunun səbəbi xalqın vaxtları və həcc zamanını tanımasıdır. (Ey peyğəmbər, onlara de,) yaxşılıq o deyil ki, (həcc ehramı halında) evlərə arxadan daxil olasınız. Yaxşılıq odur ki, təqva yolunu tutasınız və qapılardan daxil olasınız. Allahdan qorxun. Bəlkə nicat tapasınız.”
    Nöqtələr
    "Miqat” sözünün cəm forması olan "məvaqit” sözü konkret bir iş üçün müəyyən olunmuş zaman və ya məkana deyilir.
    Bu ayədə peyğəmbərə ayla bağlı ünvanlanan suala cavab verilərkən bəzi nöqtələrə işarə olunur. Həmin nöqtələri birlikdə araşdıraq: Ey peyğəmbər! Ayın müxtəlif cilvələrinin faydaları haqqında soruşanlara de ki, ayda baş verən dəyişikliklər xalq üçün vaxtı tanımaq, ümumi və təbii təqvim vasitəsidir. İslamın imtiyazlarından biri budur ki, öz proqramını təbii, ümumi və xərcsiz miqyaslar üzərində qurmuşdur. Məsələn, kürr suyun miqdarının təyini üçün qarış götürülmüşdür. Namaz vaxtının təyinində günəşin tülusu, qürubu və batması vasitədir. Ramazan ayının və həcc dövrünün başlayıb sona çatma vaxtı ay vasitəsi ilə müəyyənləşdirilir. Ayın müxtəlif şəkilləri ümumi təqvim rolunu oynayır və hamının ixtiyarındadır. Təqvim və tarixə ehtiyac ictimai həyatın zərurətlərindəndir. Bu təqvimin ən üstün cəhəti odur ki, istər savadlı, istər savadsız şəxs harada olur olsun, bir baxışla zəruri vaxtı təyin edə bilir. Sonra buyurulur: Yaxşılıq onda deyil ki, ehram halında qapını qoyub evin arxasından mənzilə daxil oluna. Ehram halında evə arxadan daxil olmaq xürafatdır.
    Hər bir işin düzgün yolu var. Və iş öz təbii yolu ilə həyata keçməlidir. Hər bir iş üçün münasib vaxt, münasib üsul və münasib rəhbər lazımdır. Vaxt ay vasitəsi ilə Allah tərəfindən təyin olunduğu kimi, rəhbər də onun tərəfindən müəyyənləşdirilməlidir. Bu əsasla ayə belə mənalandırılır: Aydan vaxtı tanıma üçün istifadə edin. İşlərin icra yolunu öyrənmək üçün. Yolunuzu azmayın. Səadət və xoşbəxtliyin öz yolu var və bu yolla hərəkət edilməlidir. Zaman, yol və rəhbəri seçərkən Allahdan qorxun. Bəlkə nicat tapasınız... İmam Sadiq (ə) buyurmuşdur: "Bu ayədə məqsəd odur ki, hər bir iş öz yolu ilə görülsün.”("İsra”, 29. ) Məsum imamlar buyurmuşlar: "Biz Ali-Məhəmməd (peyğəmbər ailəsi) Allahın qurtuluş qapılarıyıq.” Həzrət peyğəmbər buyurmuşdur: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.”("Bihar”, c. 93, s. 168. )
    Bu ayədəki "vətul-buyutə min əbvabiha” cümləsi iki "təqva” sözü arasında yerləşmişdir. Bu ardıcıllıq işlərin icrasında fövqəladə əhəmiyyət rəmzi ola bilər. Təqvası nöqsanlı olanlar getdikləri yolda büdrəyirlər.
    Ayə belə mənalandırıla bilər: De ki, bu ay zamanı tanımaq və dini işləri tənzimləmək üçündür. Amma ayın necə dəyişdiyini bilmək istəyirsinizsə, bunun da öz yolu var. Mütaliə edin, təhsil alın. Quran bu təbirlərlə bəyan edir ki, yaxşılıq əyri yolla getmək yox, hər bir işi öz yolu ilə görməkdir. Atmosfer dəyişiklikləri ilə tanışlıq bu sahədəki ehtiyacları təmin edir.
    Bildirişlər
    1. Dəqiq proqram və vaxt bölümü üzrə səma cisimlərinin və ayın hərəkəti xalqın ibadət və işlərinin tənzimində təsirli ola bilər.
    2. Əgər təbiət, səma cisimləri dəqiq nizamlıdırsa və insanların öz işlərini nizama salmasında yardımçıdırsa, insafdan deyil ki, biz nizamsız, hesab-kitabsız, özbaşına mövcudlar olaq.
    3. Suallara elə bir formada cavab verin ki, sual edən şəxs anlasın və ehtiyacı ödənsin.
    4. İslam cahil və xürafi adət-ənənələrlə mübarizə aparır.
    5. Ata-babaların xürafi adətlərindən yaxşılıq əldə etmək olmaz. Yaxşılığı vəhy və məsum rəhbərlərin göstərişləri çərçivəsində, eləcə də məntiqi üsullarla əldə etmək olar.
    6. Əgər bir yolu bağladınızsa, doğru yolu göstərin.
    7. Dini məfhumların dəyəri onların insanlarda təcəllasındadır. Yaxşılıq "təqvadır" yox, yaxşılıq "təqvalı olandır" buyurulur.
    8. Əyri yol getmək təqva deyil. Əgər ilahi övliyaların yolundan çıxsaq və getdiyimiz yolu təqva yolu adlandırsaq, şübhəsiz ki, azmışıq.
    9. Yanlış və məntiqsiz üsullar təqvaya ziddir.
    10. Vaxtın hifzi və işlərdə nizamın gözlənilməsi təqva və qurtuluş nümunəsidir.
    11. Təkamülün sonu qurtuluşdur. Bir çox göstərişlər təqvaya çatmaq üçündür. Bu ayədə isə təqva qurtuluşun müqəddiməsi kimi tanıtdırılır.
    190. وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ
    "Allah yolunda sizinlə döyüşənlərlə döyüşün. Amma həddi aşmayın. Allah həddi aşanları (təcavüzkarları) sevmir.”
    Nöqtələr
    Bu ayədə təcavüzkarlarla mübarizənin zəruriliyi bildirilməklə yanaşı, xatırladılır ki, döyüş meydanında ilahi hədləri aşmaq, xəstələrə, qadınlara, uşaqlara, yaşlılara əziyyət vermək olmaz. Bəyan olunur ki, onları İslama dəvət etməmişdən qabaq silaha əl aparmayın, savaşa başlamayın. Bəşəri dəyərləri hətta savaş meydanında da gözləmək lazımdır.
    Bəzi sifətlər müəyyən şəraitdə öz dəyərini itirir. Məsələn, mərhəmət bir dəyərdir. Amma yırtıcı canavara mərhəmət qoyunlara qarşı zalımlıqdır. Elm də bir dəyərdir. Amma bəzən bilməmək özü dəyər olur. Məsələn, həzrət Peyğəmbər (s) hicrət etdiyi vaxt onun yerində yatan Əli (ə) öləcəyini və ya qalacağını bilmirdisə, bu bir dəyər idi. Əgər həmin yataqda yatanın ölməyəcəyi məlum olsaydı, adi adamlar da bu işi görərdi. Bir sözlə, əksər sifətlər şəraitdən asılı olaraq dəyər baxımından dəyişir. Ədalət yeganə sifətdir ki, hər zaman, hər yerdə, hamıya qarşı eyni dəyərə malikdir.
    İslamda düşmənlə qarşılaşmaq üçün mərhələlər təyin olmuşdur: Etinasızlıq (bax: "Əhzab”, 48), üz çevirmək (bax: "Nisa”, 63), sərtlik (bax: "Tövbə”, 73), savaş (bax: "Bəqərə”, 190)
    Müsəlmanlar özlərini və Allahın dinini müdafiə etmək üçün savaşırlar. Düşməninsə məqsədi Allah nurunu söndürməkdir. (bax: "Səff”, 8) Onların bir məqsədi də müsəlmanları təslim etməkdir. (bax: "Bəqərə”, 120)
    Bildirişlər
    1. Qarşı tərəfə eynən onun kimi cavab vermək ("müqabilə və misal”) insanlıq haqqıdır. Əgər bir şəxs bizimlə savaşırsa, biz də onunla savaşırıq.
    2. İslamda savaş məqsədi su, torpaq, almaz, istismar və intiqam deyil. Məqsəd fəsadcıl ünsürləri aradan götürməklə, düşüncələri xürafatdan azad etməklə haqqın müdafiəsidir.
    3. Savaşda da ədaləti və haqqı gözləmək lazımdır. Quran "la tətədu” cümləsi ilə göstərişləri yerinə yetirərkən hədlərin pozulmamasını dəfələrlə sifariş etmişdir.
    4. Zülm-sitəm ilahi məhəbbət bağlarını qırır.
    5. Allaha yaxınlıq təkcə cəbhədə iştirakla yox, ədalətli savaşıb, haqlara riayət etməklə əldə olunur.
    6. Savaşda hədəf yalnız Allah olmalıdır. Nəfs istəklərinə, təəssüblərə, qənimətlərə, riyakarlığa uymamalıyıq.
    7. Hətta təbii haqların müdafiəsində də Allah unudulmamalıdır. Onlar sizə hücum etsələr də, siz müdafiə olunmalı, Allahın razılığı üçün çalışmalısınız.
    191. وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلاَ تُقَاتِلُوهُمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِن قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاء الْكَافِرِينَ
    "Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız öldürün. Və sizi çıxardıqları yerdən (Məkkədən) onları çıxarın. Fitnə (şirk və işkəncə) qətldən pisdir. Məscidül-həramın yanında onlarla vuruşmayın. Bir şərtlə ki, onlar həmin yerdə sizinlə savaşmayalar. Əgər sizinlə savaşsalar, onları (həmin yerdə) qətlə yetirin. Kafirlərin cəzası belədir.”
    Nöqtələr
    Bu ayədə Məkkə müşriklərinin qətl və ixrac əmri verilir, eləcə də, bu işə dəlil olaraq bildirilir ki, onlar illər boyu müsəlmanlara işkəncə vermiş, yurd-yuvalarından didərgin salmışlar. Bu isə qətldən də ağır işkəncədir. Belə ki, müsəlmanlar müşriklərlə mübarizə və savaşda süstlük göstərməməlidirlər.
    Sual: Nə üçün işkəncə qətldən ağır sayılır?
    Cavab: Qətlə yetirilmiş insan dünya həyatından ayrılıb axirətə qovuşur. İşkəncəyə məruz qalan insan nə axirətə yetişir, nə də dünyadan kam ala bilir.
    Bildirişlər
    1. Müəyyən məqamlarda düşmənə onun özü kimi cavab vermək və sərtlik göstərmək lazımdır.
    2. Ədalətli müdafiə təkcə cəbhə və savaş deyil.
    3. Dinlər insanın vətən haqqına malik olmasını qəbul edir.
    4. Fitnəkar insan müharibə aparan insan kimidir. Onunla sərt şəkildə rəftar edilməlidir.
    5. Hərəm və Məscidül-Həram müqəddəsdir. Müsəlmanların qanı isə daha müqəddəsdir. Burada "əhəmm” və "mühümm” məsələləri bəyan olunmuşdur.
    6. Savaşda qabağa düşməli olmadığımız kimi, müqəddəslikləri sındırmaqda da qabağa düşməməlisiniz.
    192. فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
    "Əgər əl çəksələr, həqiqətən, Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    Müşriklər bağışlanmaq üçün nələri tərk etməlidirlər? İki ehtimal var: Savaş və fitnədən əl çəksinlər (əvvəlki ayəyə əsasən) və küfrdən əl götürsünlər. (Möminlərə məxsus ilahi bağışlanmanın əldə olunması dəlilinə əsasən.)
    Bildirişlər
    1. Müsəlmanlar öz düşmənlərinin həqiqi atəşkəs təklifini qəbul etməlidirlər.
    2. İslam qayıdış yolunu hətta kafirlər üçün də açıq qoymuşdur.
    3. Əgər kafirlər fitnədən, savaşdan əl çəkib iman gətirsələr, onları keçmiş işlərinə görə məzəmmət etməyin.
    4. İnsan özü ilahi mərhəmət üçün zəmin yaratmalıdır.
    193. وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ فَإِنِ انتَهَواْ فَلاَ عُدْوَانَ إِلاَّ عَلَى الظَّالِمِينَ
    "Fitnə (bütpərəstlik, əsarət) aradan qalxanadək onlarla savaşın və din yalnız Allahın olsun. Əgər (öz əyri işlərindən) əl çəksələr, (onlara əziyyət verməyin, çünki) əziyyət yalnız sitəmkarlara rəvadır.”
    Nöqtələr
    Müharibə aparmaqda İslamın məqsədi ölkələri əsarətə almaq, qənimət ələ keçirmək və ya əvəz çıxmaq deyil. İslamda savaş və cihadın məqsədi şirk və küfr büsatının dağıdılmasıdır. Fitnə sözü şirk, küfür, sınaq, işkəncə mənalarında işlədilmişdir. Bu ayədə oxuyuruq: "Əgər müşriklər fitnədən, qətldən əl çəksələr, onlarla düşmənçilik və savaş olmayacaq... Çünki yalnız sitəmkarlar və təcavüzkarlarla hərbi dildə danışılmalıdır.
    "Udvan” təbiri düşmənlərə xatir işlədilmişdir. Yoxsa İslam əhli əziyyət əhli deyil. Məsələn, deyilir ki, pisliyin cavabı pislikdir. Pisliyə pisliklə cavab verilməsi ədalət olsa da, düşmənin əməlinə xatir bu əməl də pis adlandırılmışdır.
    Bildirişlər
    1. İslamın savaşda məqsədi şirkin, fitnənin aradan qaldırılması, din və ilahi qanunların möhkəmlənməsidir.
    2. Yenidənqurmadan qabaq paklama gəlir. Əvvəlcə fitnə aradan qaldırılmalı, sonra ilahi din ortaya qoyulmalıdır. Əvvəl tağutun inkarı, sonra isə Allaha iman!
    3. Geri qayıdış və tövbə yolu kimsə üçün və heç bir şəraitdə bağlı deyil. Hətta ən qatı düşmən də yolunu dəyişsə, Allah onu bağışlayar.
    4. Əvvəlki ayədə kafirlərin günahlarının bağışlanması haqqında danışıldı. Bu ayədə isə xalqa tapşırılır ki, düşmən savaşdan əl çəkdiyi vaxt siz də savaşdan əl çəkin.
    194. الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ
    "Haram ay qarşısında haram ay! (Əgər düşmənlər ayın hörmətini sındırsalar və sizinlə döyüşsələr, siz də onlar kimi hərəkət etmək haqqına maliksiniz. Çünki) hörmətlər üçün də qisas var. Kim sizə təcavüz etdi, həmin təcavüz şəklində ona əziyyət verin. Allahdan çəkinin. (Həddi aşmayın) və bilin ki, Allah pəhrizkarlarladır.”
    Nöqtələr
    İslamdan qabaq ərəblər arasında dörd ayın xüsusi hörməti vardı. Bu aylarda savaş haram və qadağan idi. Bu aylardan üçü ardıcıl gələn zil-qədə, zil-hiccə və məhərrəm ayları idi. Digər bir ay isə rəcəb ayı idi. Hətta zil-qədə ayının belə adlandırılmasının bir səbəbi kimi bu ayda savaşmayıb, oturmağın zəruri olduğu bildirilir.
    İslam bu ənənəni qəbul etdi və ildə dörd aylıq atəşkəs elan etdi. Amma düşmən daim fürsətlərdən sui-istifadə etmək üçün pusqudadır. Onlar belə düşünə bilərdilər ki, müsəlmanlar bu ayları atəşkəs ayı saydıqlarından onlara hücum etmək münasib olsun. Ayədə buyuruldu: "Əgər müxaliflər bu dörd ayda hücum etsələr, siz də onlarla baş-başa gəlin, həmin aylarda onlarla savaşın. Haram ay qarşısında haram ay qərar verin. Çünki müsəlmanların qanının və İslam nizamının qorunmasının hörməti bu ayların hörmətindən çoxdur. Bu hörməti sındıranların hər birindən qisas alınmalıdır. Sonra külli bir qanun olaraq buyurulur: Hər kəs sizə təcavüz etdi, həmin miqdarda ona cavab verin. Təqvalı olmaq, qisasda həddi aşmamaq tapşırılır. Bilin ki, Allah təqvalılarladır.
    "Məcməul-bəyan”ın müəllifi bu ayə ilə bağlı deyir: "Bu ayəyə əsaslanaraq qəsb haqqında da nəticə çıxarmaq olar. Yəni qəsbkarın malından haqqı götürmək olar.”
    Bildirişlər
    1. Bütün zaman kəsikləri eyni hörmətə malik deyil. Bəzi ayların hörməti xüsusi saxlanılmalıdır.
    2. İslamda çıxılmaz vəziyyət yoxdur. İslamın və müsəlmanların qorunması məkan və zamanların hörmətindən öndə gəlir.
    3. İslam təcavüz və əziyyət dini deyil. Amma başqalarının əziyyət və təcavüzünü qəbul etmir.
    4. Hətta düşmənlərlə də ədalətli rəftar edək.
    5. Qanunçuluq sistemi elə tənzimlənməlidir ki, müsəlmanlarda ümidsizlik, kafirlərdə cürət yaratmasın. "Müqabilə be misl”, yəni qarşı tərəfə eyni tərzdə cavab vermək belə bir əsasa malikdir.
    6. Hətta savaş zamanı da təqvaya riayət İslamın tərbiyə üsullarındandır.
    7. Əgər savaşda ədalət dairəsindən çıxmasaq, ilahi yardımlardan da faydalanacağıq. Elə düşünməyin ki, ədalət və təqva sizin qələbənizi təxirə salar.
    195. وَأَنفِقُواْ فِي سَبِيلِ اللّهِ وَلاَ تُلْقُواْ بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ
    "Allah yolunda infaq edin. (İnfaqı tərk etməklə) özünüzü öz əlinizlə həlak etməyin. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.”
    Nöqtələr
    Beş ayədə ardıcıl olaraq müsəlmanlar dinin müdafiəsi və kafirlərlə mübarizəyə çağırılır. Bu ayə həmin ardıcıllığı infaq və ehsan göstərişləri ilə tamamlayır.
    İntihar və insanın özünə zərər vurması qəti şəkildə haramdır. Deyilənləri bu ayə təsdiqləyir. Amma İslam təhlükəyə düşdükdə şəhadət ardınca getmək özünü təhlükəyə atmaq deyil.
    Bu ayə infaq tövsiyəsi verməklə yanaşı, müsəlmanları istənilən ifratçılıq və təfritçilikdən çəkinməyə çağırır. Əgər sərvətlilər xəsislik göstərib məhrumlar haqqında düşünməsələr, təbəqələrarası ixtilaf günbəgün genişlənəcək. Bu isə cəmiyyətdə partlayışa və nizamın pozulmasına səbəb olacaq. Əgər infaqda orta hədd gözlənilməsə və insan nəyi varsa başqalarına bağışlasa, öz əli ilə özünü və ailəsini fəlakətə aparacaq.
    Quran digər ayələrdə də müsəlmanları infaqda orta həddi gözləməyə çağırmış və peyğəmbərə buyrulmuşdur: "Ey Peyğəmbər (s)! Nə əli bağlı qalma ki, bir şey bağışlamayasan, nə də elə olma ki, nəyin var bir yerdən əta edəsən.”("Təfsiri-Nurus-Səqəleyn”, c. 3, s. 183. ) İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Sizin infaqınız elə bir həddə olmamalıdır ki, əliniz boş qalsın və bədbəxtliyə düçar olasınız.”("Kafi”, c. 4, s. 207. )
    İnsan sevilmək istəyindədir. Quran insanın bu fitrətinə əsaslanaraq buyurur: "Yaxşılıq et, yaxşılıq edənlər Allahın sevimlisidirlər."
    Bildirişlər
    1. Bütün hərəkətlərin arxasında iqtisadiyyat dayanır. İqtisadi dəstək olmadan cihad da mümkün olmur. Əgər düşmənin hücumu və haqqın müdafiəsi zamanı xalq iqtisadi imkanlarını işə salmasa, məğlubiyyətə düçar olar.
    2. Öz infaqınızla özünüzü və mülkünüzü sığortalayın.
    3. İslamda cəbhə, savaş və maddi yardımların ilahi rəngi olmalıdır. Bu işlər Allahın razılığı xatirinə həyata keçməlidir.
    4. Allahın sevimlisi olmaq ehsan üçün ən üstün təşviqdir.
    196. وَأَتِمُّواْ الْحَجَّ وَالْعُمْرَةَ لِلّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلاَ تَحْلِقُواْ رُؤُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَن كَانَ مِنكُم مَّرِيضاً أَوْ بِهِ أَذًى مِّن رَّأْسِهِ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ
    "Həcc və ümrəni Allah üçün sona yetirin. Əgər sizin üçün (düşməndən qorxu, xəstəlik) kimi maneələr olsa, qurbanlıq üçün əliniz çatan şeydən (zibh edin və ehramdan xaric olun.) Qurbanlıq qurbangaha çatanadək başlarınızı qırxmayın və əgər bir şəxs xəstələndi və ya başında bir narahatlıq oldusa, oruc, sədəqə və ya qurbanlıq kimi bir kəffarə yerinə yetirsin. (Xəstəlik və düşməndən) amanda olduğunuz vaxt təməttö ümrə əvəzinə həcci başlayıb, əliniz çatan qurbanlıqdan (kəsin). Qurbanlıq tapmayan isə həcc zamanı üç gün, qayıtdıqdan sonra isə yeddi gün oruc tutsun. Bu on gün kamildir. (Əlbəttə,) bu (təməttö həcci), o kəs üçündür ki, Məscidül-Həramda (Məkkədə) sakin deyil. Allahdan çəkinin və bilin ki, Onun cəzası ağırdır.”
    Nöqtələr
    Bu ayədə külli və cüzi şəkildə həcc və ümrə hökmləri bəyan olunmuşdur. Bu əməllərin geniş şəkildə hökmləri ilə rəvayətlərdə və alimlərin fitvalarında tanış olmaq mümkündür.
    Həcc həzrət İbrahim tərəfindən bünövrəsi qoyulmuş mərasimdir. Bu mərasim həzrət İbrahimin dövründən ərəblər arasında davam etmişdi. Allahın əmri ilə uyğun proqram İslam tərəfindən də qəbul edildi və qiyamət gününədək davam edəsidir.
    "Ümrə” ziyarət mənasındadır. Məkkəyə daxil olan kəs ehram libasında Kəbənin ziyarətinə gedib təvaf etməlidir. Həcc və ümrə azan və iqamə kimi iki oxşar əməldir. Onların arasında azca fərq vardır. "Hədy” həcc qurbanlığının adıdır.
    Bu ayədə təməttö ümrəsi təməttö həcci ilə yanaşı zikr olunmuşdur. Amma xəlifələrdən biri özbaşına şəkildə bunu qadağan etmişdir. Xəlifənin göstərişi aşkar Allah əmrinə qarşıdır.
    Fövqəladə məsələlərin hökmü zəruri vaxt çərçivəsindədir. Ona görə də oruca icazə verilməyən adi səfərlərdən fərqli olaraq bu səfərdə qurban kəsmək mümkün olmadıqda, oruc tutmaq əmr edilir. Həmin üç günlük oruc həcc ayının yeddinci, səkkizinci və doqquzuncu günlərinə düşür. Onuncu gün qurban bayramı günüdür və həmin gün oruc tutmaq haramdır.
    Məsum imamlar "ətimmul-həcc” cümləsinin təfsirində buyurmuşlar: Tam həcc o həccdir ki, onda çirkin söz, günah və didişmə olmasın. Onun gedişində haramlara yol verilməsin.”("Cümə”, 10. )
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 911 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024